Məhkəmə qərarları › İş №2(102)-239/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-239/2025

31.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-239/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X1 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı “X1 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1763/2019 nömrəli iş üzrə 07 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən özbaşına tikinti işlərinin aparılmasının aşkarlanaraq qarşısı alınmasına dair “X1 Kompani S.A.” Şirkətinin (bundan sonra – iddiaçı) əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixli akt tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə müraciət edərək istifadəsində olan torpaq sahəsinin bir hissəsində, yəni Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415299,41 m B 4476839,00 m C koordinatlar üzrə yerləşən hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin Şirkətin istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Şirkət, “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən DNŞ-yə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikası mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azə rbaycan Respublikası Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmiş və onun qüvvədə olan, eləcə də gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstün olduğu müəyyən edilmişdir. Şirkət Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik Şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən DNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün Şirkətin Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən, Şirkətin Nümayəndəliyinə Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin Hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməl iyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Nümayəndəliyin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Cavabdehin zəbt etdiyi və üzərində tikili inşa etdirdiyi torpaq sahəsi həmin hüdudlar daxilindədir. Bu isə iddiaçının hüquqlarına və qanuni mənafelərinə toxunur.

4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi (hakim R.Həsənov) tərəfindən qəbul edilmiş 30 aprel 2018-ci il tarixli, 2(010)-2463/2018 saylı qətnamə ilə iddia tələbi rədd edilmişdir.

5. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı Şirkətin mübahisəli torpaq sahəsi üzərində hər hansı bir hüququ mövcud deyil.

6. Birinci instansiya məhkəmə si öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 139.1, 146, 152.1, 157.4, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən torpaq sahəsinin Kontrakt sahəsində yerləşməsi barədə yetərincə sübut təqdim edilməsini və cavabdehin mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədlərinin mövcud olmadığı faktını məhkəmə nəzərə almamış, qətnamə çıxararkən maddi hüquq normalarının pozuntusuna yol verərək mübahisəli torpaq sahəsinin DNŞ-nin torpaq sahəsinin hüdudları daxilin də olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə mütəxəssis rəyinin alınması üçün sorğular göndərilməmişdir.

9. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının təşəbbüsü ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi xx.xx.2019-cu il tarixli rəyinə əsasən mübahisəli torpaq sahəsi iddiaçı Şirkətin daimi istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1763/2019 saylı, 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (ha kimlər M.Məmmədov sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində istifadə hüququ mövcuddur. İddiaçının hazırki mülki mübahisə üzrə tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetdiyindən, iddiaya etiraz edən cavabdeh öz etirazını sübut etməlidir. Çünki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Lakin buna baxmayaraq c avabdeh, mübahisəli torpaq sahəsinin hər hansı hüquq əsasında onun qanuni istifadəsinə ayrılmasını və həmin sahədə tikili inşa etdirməsi üçün ona icazə verilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu səbəbdən də, onun etirazı əsaslı hesab edilə bilməz - hesab olunmalıdır ki, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur və həmin sahədə inşa etdirilmiş tikili özbaşına tikilidir.

13. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, Torpaq Məcəlləsinin 46, 111, 68-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edi lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş üzrə apellyasiya şikayətinin verilməsindən, keçirilən məhkəmə proseslərindən onların xəbəri olmayıb. Belə bir məhkəmə sənədinin mövcudluğundan cavabdeh Suraxanı rayon İcra Şöbəsinə dəvət edildikdən sonra xəbər tutub. Bundan sonra həmin qətnamənin rəsmi qaydada verilməsi üçün məhkəməyə müraciət olunmuş və qətnamə qəbzə imza etməklə rəsmi qaydada cavabdehə xx.xx.1024-cü ildə təqdim edilmişdir.

16. Bundan başqa, həmin ərazidə çoxsaylı fərdi yaşayış evləri tikilib və cavabdehin evi həmin evlərin ortasında yerləşir. Həmin evlərin sökülməsi barədə heç bir iddia qaldırılmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Ka ssasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmə qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq e dilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

20. Maddə 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 152.1 mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, hə min hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

24. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

26. Maddə 158.1.2. əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.

27. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

28. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

30. Maddə

164. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

31. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

32. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

33. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

34. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

35. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyya tından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir.

40. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin möv qeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiy a kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, özbaşına tikilinin mövcud olduğu torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, sənaye təyinatlı olmuş və təyinatı üzrə iddiaçının istifadəsinə verilmişdir, iddiaçının həmin torpaq sahəsinə istifadə hüququ ilə bağlı əmlak hüquqları mövcuddur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, cavabdeh sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla yaşayış evi tikmişdir.

46. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmamasına dair cavabdehin dəlillərini əsassız h esab edərək qeyd edir ki, iş materiallarından məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərin, o cümlədən müvafiq məhkəmə aktının cavabdehin məlum olan sonuncu yaşayış ünvanı üzrə poçt vasitəsilə göndərildiyi, lakin ünvanın tam olmaması səbəbindən çatıdırılmasının mümkün olmadığı məlum olur. Apellyasiya instansiyası məhkəməsi işə baxan məhkəmə kimi proses iştirakçılarının məhkəmə iclasının vaxtı və yeri ilə bağlı məlumatlandırılmasına dair öz vəzifələrini yerinə yetirmiş, prosessual pozuntuya yol verməmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara əsaslanmış, maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir.

48. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1763/2019 nömrəli, 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar