Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2390/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qətnamənin əsaslandırılması, iddianın ona cavab verməli olan şəxsə qarşı qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7386/2023 nömrəli 18 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixdə iclası keçirilmiş və həmin iclasın protokoluna əsasən ümumi şöbənin baş mütəxəssisi İddiaçı (bundan sonra iddiaçı) vəzifə təlimatında nəzərdə tutulmuş əmək vəzifələrini kobud şəkildə pozduğuna, Bank daxilində qeyri-etik hərəkətlərə yol verdiyinə, müəssisədaxili intizamı pozduğuna və bu hərəkətləri ilə digər əməkdaşların iş ahənginə xələl gətirdiyinə görə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinə və onunla bağlanılmış əmək müqavi ləsinin ləğv edilməsinə razılıq verilmişdir;
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə xx.xx.2018-ci il tarixli iddianın təmin edilməməsi barədə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aid olan Həmkarlar İttifaqı Komitəsinin xx.x x.2017-ci il tarixli iclas protokolu; işəgötürənin Həmkarlar İttifaqına əsaslandırılmış yazılı təqdimatı və onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənəd, təqdimata əlavə edilmiş əsaslandırma sənədləri; iddiaçıya aid ediməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan həkərətlərin əks olunduğu təhlürəsizlik kameralarında olan görüntülər; Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin iddiaçıya verilməsi vəzifəsinin həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankı Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qə rarı bilavasitə iddiaçıya aid olduğundan və onun hüquqlarına toxunduğundan, habelə iddiaçı qeyd edilən iclasa rəsmi olaraq dəvət edilmədiyindən, bu tədbirlə əlaqədar bir sıra sənədlərin, o cümlədən Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolu; işəgötürənin Həmkarlar İttifaqına əsaslandırılmış yazılı təqdimatı və onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənədi; təqdimata əlavə edilmiş əsaslandırma sənədləri; İddiaçı aid ediməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan həkərətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülər; Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin ona təqdim edilməsi ü çün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh Azərbaycan Beynəlxalq Bankı Həmkarlar İttifaqı Komitəsi, iddiaçının müraciətlərinə heç bir əhəmiyyət verməmiş və mediasiya mərhələsində də bu müraciətlərə münasibət bildirməmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-2912/2023 nömrəli 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov ) iddia təmin edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, əmək qanunvericiliyinə əsasən həmkarlar ittifaqları təşkilatları (birlikləri) işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən işçilərin nümayəndəli orqanı olmaqla onların əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə yaradılır. İddiaçı cav abdehə dair çıxarılmış sənədin surətlərini almaq hüququna malik olduğundan iddia tələbi əsaslıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 85, 86, 309cu maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,, 88, -ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 49.1, 54.1 88, 217.1, 217.3 və 218.1; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 86; Azərbaycan Respublikası Konstitusiyasının 71.2; “ Fərdi məlumatlar haqqında “ qanunu n 13.1-ci maddəsinə, Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarına; Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 6.2-ci bəndinə istinadən qeyd edilmişdir ki, qanunvericilik hər bir şəxsin fərdi məlumatlarının qorunması, mühafizəsi və başqa şəxslərə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla təqdim oluna bilməməsi barədə normalar təsbit etmişdir. Hazırkı məhkəmə işində iddiaçının tələblərindən biri də Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tar ixli iclas protokolunun bütövlükdə ona təqdim olunmasıdır. Sözügedən iclasın keçirilməsindən 5 ildən çox müddət keçməsinə baxmayaraq Bank tərəfindən həmin iclasla bağlı tərtib olunmuş protokoldan məhz iddiaçıya aid olan hissənin çıxarış formasında iddiaçıya təqdim olunması təmin olunmuşdur. Buna səbəb həmin iclas zamanı sadəcə iddiaçıya deyil, digər şəxslərə aid məsələlərin də müzakirə olunması və protokolda öz əksini tapmasıdır. Digər işçilərlə bağlı iclasda müzakirə olunan məsələlər də protokolda öz əksini tapdığından və bu məlumatlar həmin şəxslərin fərdi məlumatları hesab olunduğundan, həmin protokolun bütövlükdə təqdim olunmasını tələb etmək həm iddiaçı, həm də bununla bağlı qərar qəbul edən məhkəmə tərəfindən qanunvericiliyin ciddi formada pozulması və digər şəxslərin qanunla qorunan mənafelərinə xələl gəlməsi deməkdir. Sözügedən protokoldan çıxarışın məhkəməyə və iddiaçıya təqdim olunması faktı digər sübutlar kimi məhkəmə qətnaməsində öz əksini tapmasa da, yuxarı instansiya məhkəməsi tərəfindən iş materiallarına baxış keçirildikdə sözü gedən protokoldan çıxarışın təqdim olunduğunu görmək mümkündür və beləliklə, məhkəmə tərəfindən iddiaçının iddiasının bu hissədə təmin olunması qanunvericiliyin yuxarıda göstərilən normalarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsində qeyd yekun akt çıxararkən əsaslandığı hüquq normalarının içərisində AR Əmək Məcəlləsinin 86-a maddəsini qeyd etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 86cı maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparı lan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. Məhkəmənin öz iddiasının əsaslarından birini bu normanın üzərində qurması hazırkı işin hüquqi həlli baxımından absurd bir yanaşma olmuşdur. Belə ki, ilk növbədə, iddiaçının hazırkı iddia tələbi ilə bağlı təqdim edilməsini tələb etdiyi sənədlərin heç biri: 1) Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolu; 2) işəgötürənin Həmkarlar İttifaqına əsaslandırılmış yazılı təqdimatı; 3) onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənəd, təqdimata əlavə edilmiş əsaslandırma sənədləri; 4) İddiaçı aid ediməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmet i olan həkərətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülər; 5) Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətləri) yuxarıda məhkəmənin istinad etdiyi ƏM 86-cı maddəsində nəzərdə tutulan sənədlər siyahısına aid deyildir və həmin maddənin məzmununda qeyd olunan sənədlərin hər biri məhz işəgötürənlə işçi arasında olan əmək münasibətlərinə dair yekun faktların təsdiq olunduğu sənədlərdir. Hazırkı iddianın mahiyyətində, iddia işəgötürən olaraq "xxxx" ASC-yə qarşı deyil, məhz onun Həmkarlar İttifaqı Komitəsinə qarşı verilmişdir və tələb olunan sənədlər işəgötürən olaraq Banka deyil, Həmkarlar İttifaqı Komitəsinə aid olan sənədlərdir. Bundan əlavə absurd olan məqamlardan da biri ondan ibarətdir ki, məhkəmə sözügedən maddəyə əsaslanaraq qeyd olunan sənədlərin saxlanma müddətinin 5 il olduğunu göstərmişdir. Ən pis ehtimalda iddia tələbində göstərilən sənədlərin necəsə bütün hüquq normalarını qıraraq həmin maddədəki sənədlər siyahısına daxil olduğunu fərz etsək belə, bu halda da sözügedən iclas xx.xx.2017-ci il tarixdə keçirilmişdir və iddiaçı məhkəməyə məhz bu iclasla bağlı sənədlərin təqdim edilməsi tələbi ilə müraciət edərkən artıq iclasın keçirilməsindən 5 ildən çox müddət keçməsi tamamilə aşkardır. Bu halda məhkəmənin ƏM-nin 86-cı maddəsini rəhbər tutaraq cavabdehin üzərinə tələb olunan sənədlərin verilməsi öhdəliyinin qoyulması həm hüquqi, həm də məntiqi-riyazi cəhətdən tamamilə absurd bir yanaşma olmuşdur. Göründüyü kimi məhkəmə öz qətnaməsini əsaslandır arkən istinad etdiyi maddi hüquq normaları nə işin mahiyyətinə, nə hüququn ümumi prinsiplərinə uyğun gəlməmiş və beləliklə, heç bir maddi hüquqi əsası olmayan məhkəmə qətnaməsinin çıxarılmasına zəmin yaranmışdır. Qanunvericilikdə mülki prosessual fəaliyyət qabiliyyətinin təsbit olunmasına dair normada konkret olaraq kimlərin bu fəaliyyət qabiliyyətinə məxsus ola bilməsi dairəsi müəyyənləşdirilmişdir və bunlardan biri də qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsdir. "Azərbaycan dövlət idarələri və ictimai xidmət işçiləri Həmkarlar ittifaqı"mn Nizamnaməsinin 1-ci bəndinə əsasən İttifaq hüquqi şəxs statusuna malikdir və qanunlara, hüquqi aktlara, mövcud Nizamnaməyə uyğun yaradılmış orqanlar vasitəsilə öz vəzifələrini icra edir. İttifaqın ilk, ərazi və birləşmiş təşkil atları hüquqi şəxs statusuna malik deyillər və onların fəaliyyəti bu Nizamnamə ilə tənzimlənir. Cavabdeh iddianı müstəqil hüquqi şəxs olan Azərbaycan Respublikası Həmkarlar İttifaqı Komitəsinə qarşı deyil, ona tabe olan, sadəcə kiçik bir struktur bölməsi - “ABB" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə qarşı verilmişdir. Bu qurum həm AR HİK-ə tabe olmaqla bərabər, həm də “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin tərkibində mövcud olan bir qurumdur və məhkəmədə müstəqil cavabdeh kimi qoyulması, ona qarşı iddia sürülməsi və hətta məhkəmə qətnaməsi ilə onun üzərinə hansısa öhdəlik qoyulması həm MPM-in 49.1-ci maddəsinin tələblərinə, həm də yuxarıda adı çəkilən Nizamnamənin tələblərinə uyğun deyildir. Məhkəmə hələ iddia ərizəsi icraata qəbul edilərkən və işə mahiyyəti üzrə baxılarkən yoxlamalı olduğu məsələlərdən ən vacibi - subyektiv cavabdehlik məsələsini yoxlamadan və düzgün müəyyənləşdirmədən əsassız məhkəmə qətnaməsinin çıxarılmasına zəmin yaratmışdır. Cavabdeh tərəfindən nə məhkəmə proseslərində təqdim olunan, nə də "Elektron Məhkəmə İnformasiya sistemi" vasitəsilə yaradılmış elektron kabinet vasitəsilə təqdim olunan sənəd və sübutlara nəinki məhkəmə tərəfindən qiymət verilməmiş, ümumiyyətlə, məhkəmə qətnaməsində ad olaraq belə öz əksini tapmamışdır. Təqdim olunan sənədlər kimi yalnız İddiaçıla ABB ASC arasında mövcud olmuş məhkəmə mübahisəsinə dair məhkəmə aktlarının adı çəkilmiş, iş materiallarında olan və iş üçün mühüm əhəmiyyət kəs edən sənədlərin heç biri qətnamədə öz əksini tapmamış və bu sənədlərə dair məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Bu da öz nö vbəsində məhkəmə qətnaməsinin qəbulu ilə bağlı açıq-aşkar qərəzli mövqeyin mövcudluğunu deməyə rahatlıqla əsas verir. İddiaçının tələblərindən biri işəgötürənin Həmkarlar İttifaqı əsaslandırılmış yazılı təqdimatı və onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənəd, təqdimata əlavə edilmiş əsaslandırma sənədlərinin təqdim edilməsi olmuşdur. Bununla bağlı da tərəfindən daha öncə iddiaçıya onun “işə bərpa" tələbinə dair məhkəmə prosesi zamanı da təqdim edildiyi kimi, yenidən Bankın Təşkilati departamentin direktoru Şölə Ələkbərova tərəfindən cavabdeh təşkilatın sədrinə ünvanlanmış yazılı müraciət təqdim olunmuşdur. Daha öncə də qeyd olunduğu kimi ABB ASC-nin Həmkarlar İttifaqı Komitəsi adından da göründüyü kimi Bankın tərkibində fəaliyyət göstərir v ə eyni müəssisənin daxilindəki struktur bölmələr tərəfindən bir-birilərinə verilən sənədlərlə bağlı hansısa kargüzarlıq təlimatı, yaxud dəftərxana qeydiyyatı ilə bağlı hansısa tələb mövcud deyildir və hazırda iddiaçı tərəfindən sırf əsassız və süründürməçi mahiyyət daşıyan iddia qaldırılmaqla və həmin iddianı icraata qəbul edərək absurd istəklərin təmin olunmasına şərait yaradılması məhkəmə tərəfindən rəhbər tutulmalı olan ideyalar və prinsiplərlə, ümumiyyətlə, uyğun gəlməməkdədir. Hazırkı halda iddiaçının məhz hansı hüququnun pozulduğu, ümumiyyətlə, belə bir hüququnun mövcudluğu məhkəmə tərəfindən araşdırılmalı, tələb olunan istəyin fiziki cəhətdən həyata keçirilməsinin mümkün olub-olmaması məhkəmə tərəfindən müəyyənləşdirilməli idi. Təqdimata əlavə edilən sənədlərin təqdim edilməsi məsəl əsinə gəldikdə, yenə də məhkəmə qətnaməsində bununla bağlı heç bir qeyd olmamasına baxmayaraq bildirilir ki, sözügedən sənədlər onsuz da daha öncə adı çəkilən məhkəmə prosesində iş materiallarında mövcud olmuş və məhz həmin məhkəmə qətnaməsinin (hansı ki, iddiaçının ziyanına qəbul edilmişdi) çıxarılmasına əsas olan sənədlər olmuşdur. Bununla bağlı da həmin məhkəmə prosesində həmin işdə də iddiaçı olan İddiaçı tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli işlə tanış olma ərizəsi tərəflərindən məhkəməyə təqdim edilmiş (yenə də bu fakt qətnamədə öz əksini tapmamışdır) və məhkəmə tərəfindən həmin iş qaldırılaraq, həqiqətən də, tələb olunan sənədlərin məhz o iş qovluğunda olması və iddiaçının da həmin sənədlərlə tanış olma barədə ərizəsinin mövcudluğu faktı öz əksini tapmışdır. Onsuz da dah a öncə dəfələrlə təmin olunan istəklə yenidən məhkəməyə müraciət edən iddiaçının heç bir hüququnun pozulmamasına, öz hüququnu həyata keçirməsinə kifayət qədər şəraiti olması və həqiqətən də, həyata keçirməsinə baxmayaraq məhkəmə yenə də eyni öhdəliyi cavabdehin üzərinə qoymaqla çox absurd məhkəmə qətnaməsi qəbul edilməsinə zəmin yaratmışdır. İddiaçının növbəti tələbi İddiaçı aid edilməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan hərəkətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülərin tələb edilməsi olmuşdur. Bununla bağlı da tərəflərindən məhkəməyə sözügedən tələbin icrasının qeyri-mümkün olduğunu təsdiq edən sübut təqdim olunsa da, artıq təbii haldır ki, yenə də məhkəmə qətnaməsində bu fakt öz əksini tapmamışdır. Belə ki, ABB ASC- nin təhlükəsi zlik kameraları ilə bağlı məsələlərlə əlaqədar məsul struktur bölməsinə - Təhlükəsizlik departamentinə ünvanlanan xx.xx.2023-cü il tarixli sorğuya eyni tarixdə cavab ünvanlanmış və cavab məktubunda Bankda təhlükəsizlik kameraları ilə bağlı video görüntülərin saxlanma müddətinin 6 ay olduğu bildirilmişdir. Aydındır ki, xx.xx.2017-ci il tarixli Hİ iclasının keçirilməsinin üzərindən nəinki 6 ay, 6 ilə yaxın müddət keçmişdir və hazırda videogörüntülərin təqdim olunmasının qeyri-mümkünlüyü məsul struktur bölmə tərəfindən öz əksini tapmışdır. Əgər məhkəmənin cavabdeh tərəfindən təqdim edilən sübutun mötəbərliyinə şübhəsi mövcud olmuşdursa, bu zaman, həqiqətən də, videogörüntülərin mövcud olubolmamasını müəyyənləşdirmək məqsədilə bu məsələ ilə bağlı mütəxəssis və ya ekspert təyin edilə, həmçinin başqa yoxlamalar yolu ilə bu məlumatın düzgünlüyü məhkəmə tərəfindən yoxlanıla bilərdi. Növbəti tələb Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin iddiaçıya təqdim edilməsi olmuşdur ki, sözügedən sənəd də eyni iddiaçının Banka qarşı işə bərpa tələbinə dair mövcud olmuş məhkəmə prosesi zamanı təqdim edilmiş, məhkəmənin qətnamə qəbul edilərkən Əmək Məcəlləsinin müvafiq normalarının tələblərinin gözlənilməsini yoxlamaq vasitəsilə tələb olunan sənədlərdən biri olmuşdur. Yenə də iddiaçı sözügedən sənədi həmin məhkəmə işi ilə tanış olmaq imkanı mövcud olarkən və həqiqətən də, tanış olmasına baxmayaraq hazırda yenidən cavabdeh istəməsi sırf prinsipial olaraq verilmiş iddiadan başq a şey deyildir və həmin sənədin də yenidən cavabdeh tərəfindən təqdim edilməsi qeyri- mümkündür.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7386/2023 nömrəli mülki iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Azad İmanov və Məmməd Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan apellyasiya məhkəməsi kollegiyası Konstitusiyanın 32, 50; Əmək Məcəllənin 85, 86, 296, 300, 309; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80-84, 88, 106.2, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
14. Məhkəmə qeyd etmişdir ki, mülki işdə iddiaçının müraciətinə hər hansı cavab verilməsi barədə sübut mövcud deyildir. Əmək qanunvericiliyinin sənədlərin saxlanılma müddətini müəyyən normaya istinad etməsi də qeyd edilən müraciətin işəgötürənə verilməsini istisna etdiyindən, habelə həmkarlar ittifaqları - könüllü birləşdiyi, nizamnamələri və Həmkarlar ittifaqları haqqında Qanun əsasında fəaliyyət göstərən, iddiaya cavab verməsi istisna edilməyən, müstəqil ictimai, qeyri-siyasi təşkila t olduğundan, onun informasiya sahibi olaraq iddiaçının özü barədə mövcud məlumatları təqdim etmək, olmadıqda isə müvafiq köməklər göstərmək vəzifəsi vardır. Ona görə məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edir.
15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 86.1,86.2,86.3,309-cu maddəs “Həmkarlar ittifaqı haqqında“ Azərbaycan Respublikası qanununun 1,1.2-ci maddəsi, Həmkarlar İttifaqlarının Nizamnaməsinin tələbləri 7-ci maddəsi, MPM-in 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması nı xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
19. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 X2:
20. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
21. Maddə 86.1. İşəgötürən bağlanmış əmək müqavilələri ni, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.
22. Maddə 86.3. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin (sərəncamın, qərarın) əsli, işəgötürən tərəfindən əmək müqaviləsinin mühafizə edilməsi barədə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş qaydada və müddətdə saxlanılması təmin edilməlidir. “Həmkarlar ittifaqı haqqında“ Azərbaycan Respublikasının Qanunu:
23. Maddə
1. Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Bu Qanunda: “Həmkarlar ittifaqının ilk təşkilatı” dedikdə, istehsal və ya qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar ittifaqı təşkilatı başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki ş əxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
26. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
27. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
29. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
38. Belə ki, iddianın birinci instansiya məhkəməsində təmin olunmasından apelyasiya şikayəti verən cavabdeh özünün dəlillərini şikayətində ətraflı şəkildə göstərmişdir (§ 11).
39. Kollegiya hesab edir ki, onlara əsaslandırılmış şəkildə hüquqi qiymət verilməsi ədalətli məhkəmə araşdırması hüququ baxımından zəruri olmuşdur. Buna baxmayaraq apelyasiya məhkəməsi qanunvericilik normalarını sadalayaraq şikayətin dəlillərinə münasibətini aşağıdakı məzmunda ifadə etmişdir: “...əmək qanunvericiliyin sənədlərin saxlanılma müddətini müəyyən normaya istinad etməsi də qeyd edilən müraciətin işəgötürənə verilməsini istisna etdiyindən, habelə həmkarlar ittifaqları - könüllü birləşdiyi, nizamnamələri və Həmkarlar ittifaqları haqqında Qanun əsasında fəaliyyət göstərən, iddiaya cavab verməsi istisna edilməyən, müstəqil ictimai, qeyri-siyasi təşkilat olduğundan, onun informasiya sahibi olaraq iddiaçının özü barədə mövcud məlumatları təqdim etmək, olmadıqda is ə müvafiq köməklər göstərmək vəzifəsi vardır”.
40. Kassasiya məhkəməsi hesab edir ki, qeyd olunanlar qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 32-33).
41. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
42. Məhkəmə kollegiyası vurğulayır ki, işin dü zgün həlli üçün tərəflərin iddia və etirazlarını aidiyyəti maddi və prosessual hüquq normaları əsasında yoxlamadan və onlara əsaslandırılmış şəkildə qiymət vermədən, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
43. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən, hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, habelə İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlal ət edir (§ 19-20).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
45. Cavabdehin dəlillərindən biri odur ki, iddia müstəqil hüquqi şəxs olan Azərbaycan Respublikası Həmkarlar İttifaqı Komitəsinə qarşı deyil, ona tabe olan, sadəcə kiçik bir struktur bölməsi - “ABB" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə qarşı verilmişdir, bu qurum həm AR HİK-ə tabe olmaqla bərabər, həm də “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin tərkibində mövcud olan bir qurumdur, onun məhkəmədə müstəqil cavabdeh kimi qoyulması, ona qarşı iddia sürülməsi və hətta məhkəmə qətnaməsi ilə onun üzərinə hansısa öhdəlik qoyulması həm MPM-in 49.1-ci maddəsinin tələblərinə, həm də "Azərbaycan Dövlət İdarələri və İxidmət İşçiləri Həmkarlar İttifaqı"nın Nizamnaməsinin tələblərinə uyğun deyil.
46. Kollegiya hesab edir ki, iddianın v ə ona etirazın maddi hüquqi əsaslarının araşdırılmasından əvvəl qeyd olunan prosessual məsələnin həlli mühüm əhəmiyyət kəsb etmişdir.
47. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi zamanı iddiaçının kimliyi və subyektiv hüququ ilə yanaşı, cavabdehin kimliyi və iddiaya cavab verən şəxs olması, iddianın predmeti və obyekti, tərəflər arasında yaranan hüquq münasibətinin xarakteri, buna müvafiq olaraq tələbin qanuni əsası düzgün müəyyən edilməlidir.
48. Mülki Prosessual Məcəllənin 49.1 və 50.3-cü maddələrinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 49. “Həmkarlar ittifaqı haqqında“ Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, “Həmkarlar ittifaqının ilk təşkilatı” dedikdə, istehsal və ya qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar ittifaqı təşkilatı başa düşülür.
50. İş materiallarında olan, “Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı"nın Nizamnaməsinin 1-ci bəndinə əsasən, ittifaq hüquqi şəxs statusuna malikdir və qanunlara, hüquqi aktlara, mövcud nizamnaməyə uyğun yaradılmış orqanlar vasitəsilə öz vəzifələrini icra edir. İttifaqın ilk, ərazi və birləşmiş təşkilat ları hüquqi şəxs statusuna malik deyillər və onların fəaliyyəti bu Nizamnamə ilə tənzimlənir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2 fevral 2024-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiy i etibarnamə əsasında çıxış edə bilər.
52. Həmin Qərarda vurğulanmışdır ki, “Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır....mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir.... “təşkilat” ifadəsi xüsusi bir hüquqi termin olmamaqla müəyyən sistem daxilində fəaliyyət göstərən, təşkilatlanmış qurumu ifa də edir. Mülki Prosessual Məcəllənin 50.4-cü maddəsinə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Göstərilən norma Mülki Prosessual Məcəllənin 50ci maddəsinin digər normaları ilə sistemli əlaqədə olaraq, hər hansı hüquqi şəxs olmayan təşkilat barəsində yalnız qanunvericilikdə xüsusi göstəriş olduğu təqdirdə onun mülki prosesdə tərəf qismində çıxış etməsini mümkün hesab edir.”
53. Kassasiya məhkəməsi hesab edir ki, tərəflərin dəlilləri və təqdim etdikləri sübutlar tədqiq edilməklə, habelə yuxarıda göstərilən qanunvericilik normaları və hüquqi mövqelər nəzərə alınmaqla "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin hazırkı iddia üzrə cavabdeh olub-olmaması ilə bağlı məsələyə işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən əsaslandırılmış hüquqi qiymət verilməlidir.
54. Adı çəkilən Təşkilatın iddiaya cavab verən şəxs olmadığı qənaətinə gəlindikdə onun prosessual hüquqi nəticələri müzakirə olunaraq müvafiq qərar qəbul edilməlidir.
55. Belə ki, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (§ 29).
56. Hazırkı iş üzrə cavabdehin əsl cavabdeh olduğu qəbul edildikdə isə tərəflərin dəlillərinə maddi və prosessual hüquq normalarının dispozisiya şərtlərinə uyğun şəkildə əsaslandırılmış münasibət bildirilməlidir.
57. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
58. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü dü zgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7386/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiy