Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2394/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh «xxxx» ASC-nin vəkili Vəkil iştirakı ilə, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13905/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) xx xxxx 2019-cu il tarixli, 2(005)-2824/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, “Nissan Sentra” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin «xxxx» ASC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı avtomobilin geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, “Nissan Sentra” mark alı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərdən geri alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, “Nıssan Sentra” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Cavabdeh “xxxx” ASC ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli 00/11655/AFS saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən ona 60 ay müddətinə qaytarılmaq şərti ilə illik 18%-lə 18647 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq avtomobil “xxxx” ASC-yə ipoteka (girov) qoyulmuşdur. Kredit müqaviləsi bağlandığı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək o, bankdan götürdüyü krediti və ona hesablanmış faizləri qaytarmışdır. Qalan məbləğ qay tarılmadığı üçün “xxxx” ASC ona qarşı Qobustan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, ondan 15652,63 manat məbləğində əsas, 2543,55 manat məbləğində faiz, 139,57 manat məbləğində cərimə olmaqla, cəmi 18335,75 manat məbləğində pul alınıb “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Qobustan Rayon İcra şöbəsinə göndərilmişdir. Bundan sonra məhkəmənin qətnaməsi qismən icra edilmiş, ümumi borcun 15969 manat hissəsi banka ödənilmiş, 2366,75 manat cəmi borc məbləği qalmışdır. Əsas borcun banka ödənildiyini və onun “xxxx” ASC-yə cəmi 2335,75 manat borcunun qaldığını “xxxx” ASC-nin ona ünvanladığı xx.xx.2017-ci il tarixli 1739 saylı və İcra Şöbəsinə ün vanladığı xx.xx.2016-cı il tarixli 6485 saylı məktublarla təsdiq edilmişdir. O, qalan 2335,75 manat borc məbləğinin ödənilməsini öhdəsinə götürür. Bununla yanaşı qeyd edir ki, “xxxx” ASC-nin tələbi ilə xx.xx.2015-ci il tarixdə ayında təhvil-təslim aktı əsasında həmin avtomobil Cavabdeh2 təhvil verilmişdir. Eyni zamanda Cavabdeh2 daşınmaz əmlak istisna olmaqla ümumi etibarnamə verilmişdir. Lakin xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoruna yazılı müraciət edərək verilmiş etibarnamə ləğv edilmişdir. Hazırda həmin etibarnamə verilmiş şəxs Cavabdeh2 vəfat etdiyindən etibarnaməyə də xitam verildiyindən, banka olan borcun əsas hissəsi ödənildiyindən avtomobilin geri qaytarılması tələb edilsə də, cavabdeh avtomobili geri qaytarmaqdan imtina edirlər. Daha sonra İddiaçı məhkəməy ə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, “Nissan Sentra” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh «xxxx» ASC-dən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətikassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və iş icra m ərhələsində olarkən mübahisə predmeti olan avtomobil İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adlı şəxsə verilmiş seriya AR-İ 408460 saylı etibarnamə əsasında 16000 manata sonuncu tərəfindən satılmışdır. Satışdan əldə olunan həmin vəsait xx.xx.2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 00/11655/AFS saylı kredit müqaviləsi və qətnamə üzrə İddiaçı Bank qarşısında olan öhdəliyin icrasına yönəlmişdir. Həmin vəsaitin 15652,63 manatı borclunun kredit müqaviləsi və qətnamə üzrə əsas borcuna, 347,37 manatı isə faiz borcuna silinmiş və İddiaçı qətnaməyə əsasən bank qarşısında 2196,18 manat faiz borcu və 139,57 manat peniya borcu olmaqla, hələ də 2335,75 manat icra edilməmiş öhdəliyi qalmışdır. Göründüyü kimi, mübahisə predmeti olan avtomobil iddiaçının könüllü iradə ifadəsi, etibarnamə və təhvil-təslim aktı əsasında Cavabdeh2 adlı şəxsə təhvil verilmiş, həmin avtomobilə dair bütün əqdlərin bağlanması sonuncuya etibar edilmiş, avtomobil də iddiaçının iradə ifadəsinə əsasən satılmaqla əldə olunmuş pul onun banka ödəməli olduğu kredit borcunun silinməsinə yönəlmişdir. Bu səbəbdən də ipoteka ilə bank qarşısında yüklü olan və iddiaçının banka ödəməli olduğu kredit borcunun ödənilməsi üçün satılan avtomobilin iddiaçıya qaytarılması qanunsuz və əsassızdır. Artıq avtomobilin satışından əldə olunan vəsait qanuni qüvvəyə minmiş və icra olunmalı olan məhkəmə qərarına əsasən banka ödəməli olduğu borcuna yönəlmişdir. Tərəflərin izahatları: Cavabdeh «xxxx» ASC-nin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə e dərək təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-579/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcunun və hesablanmış faizlərin qaytarılması» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 15652,63 manat məbləğində əsas borc, 2543,55 manat məbləğində faiz borcu, 139,57 manat məbləğində cərimə olmaqla, cəmi 18335,75 manat məbləğində borcun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 31 manat məbləğində pulun alınıb Cavabdeh1-nin xeyrinə ödənilməsi qət edilmişdir. «xxxx» ASC tərəfindən Qobustan rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, 6485 nömrəli məktubdan görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş borcdan İddiaçı «xxxx» ASC-nə ödənilməmiş qalan 2335,75 borcunun ödənilməsi üçün icra tədbirlərinin davam etdirilməsi xahiş olunmuşdur. «xxxx» ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli, 1739 nömrəli məktubdan görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən icra olunmuş, İddiaçı hal-hazırda «xxxx» ASC-nə 2366,75 borcu vardır. İddiaçı hazırki tələbində avtomobilin qaytarılmasını xahiş edir və yalnız bu halda banka olan borcunu ödəyəcəyini bildirir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli nəqliyyat vasitəsinin hazırda iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Cavabdeh tərəf nəqliyyat vasitəsinin iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında satılması və satışdan əldə olunan vəsatin onun banka olan borcunun əvəzinə silindiyini göstərmiş olsa da, bununla bağlı hər hansı sübuta istinad etmir. Nəqliyyat vasitəsinə dair alqısatqı müqaviləsinin bağlanması işin araşdırılmış halları baxımından təsdiq olunmur. Cavabdeh tərəf nəqliyyat vasitəsinin etibarnamə əsasında satıldığını göstərir. Lakin qeyd edilməlidir ki, nəqliyyat vasitəsinə görə hər hansı bir şəxsə hər hansı səlahiyyətlə etibarnamə verilməsi mülkiyyətçinin mülkiyyət hüququna xitam verilməsi kimi qəbul oluna bilməz. Bu halda is tinad olunan normanın tələbinə müvafiq olaraq iddiaçı öz mülkiyyətində olan əmlakını geri tələb etməkdə haqlı olması aşkar olaraq müəyyən olunmuş olur. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında bundan əvvəl ödənilməyən kredit borcunun qaytarılmasına dair iddia tələbinə baxılmış, həmin iş üzrə Cavabdeh1 iddiaçı olmuş və həmin kredit müqaviləsinin təminatı olaraq təqdim edilmiş nəqliyyat vasitəsinə tələbin yönəldilməsinə dair tələb olmamışdır. Belə olan halda da tələbin əmlaka yönəldilməsinə dair Cavabdeh1 iddia tələbinin olması, nəqliyyat vasitəsinin hərrac vasitəsi ilə özgəninkiləşdirilməsi halının mövcudluğu ümumiyyətlə istisna olunur. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin də lillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsin təşkil edir. Həmin normaya görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb etmək hüququna malikdir. Hazırda mübahisəli avtomobilin iddiaçının mülkiyyətində olması işin mübahisə edilməyən halıdır. İşin mübahisələnidirlən halı həmin avtomobilin hansı əsaslarla iddiaçının sahibliyindən çıxması və hazırda kimin cavabdehin sahibliyində olması, həmin sahibliyin qanunsuzluğudur. İddia tələbini təmin edən birinci instansiya məh kəməsi, məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi Cavabdeh1-dən qaytarılmasını qət edərkən avtomobilin hal-hazırda cavabdeh bankda olub-olmamasını müəyyən etməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən İddiaçı banka olan borcunu ödəyə bilmədiyi üçün mübahisəli avtomobili aktla Cavabdeh1-nin Problemli Kreditlər Şöbəsinin əməkdaşı Cavabdeh2 təhvil vermiş, həmçinin sonuncuya baş etibarnamə də vermişdir. Sonradan Cavabdeh2 vəfat etmiş, İddiaçı isə öz növbəsində həmin etibarnaməni ləğv etdirmişdir. «xxxx» ASC tərəfindən Azərbaycan Respublikasının Maliyyə X1 Hüquq və İcraat departamentinə və İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli, 118 nömrəli məktubdan görünür ki, məhkəmə çəkişməsi davam etdiyi müddətdə İddiaçı banka yaxınlaşaraq xx.xx.2015-ci il tarixli, AR-İ seriyalı 408460 nömrəli etibarnamə ilə 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, “Nissan Sentra” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili banka könüllü təhvil vermiş və avtomobilin satılıb kredit borcuna yönəldilməsində bankdan köməklik istəmişdir. Bu səbəbdən də avtomobil etibarnamə əsasında satılmış, əldə olunan məbləğ İddiaçı Şahnəzər oğlunun kredit borcundan silinmişdir. Qalıq borc haqda İddiaçı Şahnəzər oğluna məlumat verilmişdir. Göründüyü kimi, avtomobil iddiaçının sahibliyindən onun iradəsinə zidd çıxmamış, istinad olunan məktubda avtomobilin satılaraq iddiaçı x1 banka olan borcunun ödənilməsi qeyd edilmişdir. Belə olan halda iddiaçının hazırki vindikasiya iddiası, əmlakın kimin qanunsuz sahibliyində olmasını müəyyən etməklə tələb həmin şəxsə yönəlməl i olduğu halda, hazırki mübahisədə bu hal müəyyən edilmədən məhkəmə avtomobilin cavadeh bankdan alınması nəticəsinə gəlmişdir. İş materiallarından avtomobilin cavabdeh bankda olması öz təsdiqini tapmır. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Bundan başqa işə baxan məhkəmələr avtomobilin qaytarılmasını qət edərkən onun qiymətini müəyyən etməməklə prosessul qanunvericiliyin tələləblərinə əməl etməmişlər. İş materiallarına görə avtomaşınını mövcud olm ası, işlək vəziyyətdə olması müəyyən edilmir. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13905/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2394/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2394/2020
02.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver