Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-240/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X” X14rşı iş üzrə QƏRARİ Açar sözləri: əmrin ləğv edilməsi, işə bərpa 30.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4527/2024 nömrəli,16 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh “X X23 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən 03 fevral 2014-cü il tarixli və 18 dekabr 2019-cu il tarixli Sertifikasiya Şəhadətnamələrinə əsasən, İddiaçı həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində terapiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 30 iyun 2015-ci il tarixdə verilmiş Fəxri Fərmana əsasən, İddiaçı 1-ci Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra etdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən verilmiş 01 may 2019-cu il tarixli vəsiqəyə əsasən İddiaçı xx.xx.2024-cü il tarixə kimi İİ qrup əlillik verilmişdir.
4. X Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş tarix qeyd olunmadan Xasiyyətnaməyə əsasən, İddiaçı xx.xx.1990-cı ildə Bakı şəhər Təcili və X4 Stansiyasının 9 saylı bölməsinə səyyar həkim vəzifəsinə işə qəbul olunmuş, həmin vaxtdan 8, 3, 8, 20, 21, 18, 20, 15 saylı bölmələrdə həkim, əməliyyat və hospital işlərinin təşkili şöbəsində böyük həkimi, səyyar həkim, bölmə müdiri kimi vəzifələrdə çalışmış, 2016-cı ildən etibarən üzərinə düşən vəzifələrin icrası ilə bağlı nöqsanlara yol verməyə başlamış, yol verdiyi nöqsanlara görə ona xx.xx.2017-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.2023-cü il tarixdə isə “töhmət” intizam tənbehləri verilmişdir.
5. X 05 mart 2022-ci il tarixli, 690-k saylı əmrinə əsasən, xx.xx.2022-ci il tarixdə 15 saylı bölmədə İddiaçı saat 21:00-da iş növbəsindən çıxarkən narkotik və psixotrop dərman preparatları saxlanan 2 saylı qutunu təhvil vermək istədikdə, qutunun olmadığının aşkar edilməməsi səbəbindən, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə PHŞ-nın həkim heyətinin təcili və X4 üzrə həkimi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətlə töhmət verilmişdir. Əmrə akt və izahat əlavə olunmuşdur.
6. X 17 yanvar 2023-cü il tarixli 108 saylı əmrinə əsasən, xx.xx.2022-ci il tarixdə 21/09 iş növbəsində 15 saylı bölmənin təcili və X4 üzrə həkimi İddiaçı çağırışların icrası zamanı istifadə etdiyi dərmanların tələbnaməsini yazmamış və iş növbəsi bitdikdən so nra bölməni tərk etmişdir. Bölmə müdiri tərəfindən həkimə irad bildirilərək, izahat yazması tələb edildikdə İddiaçı imtina etmişdir. Bu barədə bölmədə akt tərtib edilmişdir. Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə PHŞ-nin həkim heyətinin təcili və X4 üzrə həkimi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əmrə inzibati tənbeh verilməsi haqqında təqdimatlar, akt, tibb bacılarının izahatları əlavə olunmuşdur.
7. X2 adından əlyazma ilə tərtib edilmiş və müraciətin edildiyi ünvan göstərilməmiş 13 may 2023-cü il tarixli müraciətin kserosurətində qeyd olunmuşdur ki, “xx.xx.1984-cü il təvəllüdlü. Şikayətim ondan ibarətdir ki, Lökbatan qəsəbəsindən Təcili tibbi yardım şöbəsi məni Semaşko xəstəx anasına gətirib. Xəstəxanada mənə gec baxıblar. Sizdən xahişim odur ki, Təcili tibbi yardım şöbəsində işləyən həkimə verdiyim pulu mənə geri qaytarsın. Həkimə 20 manat, sürücüyə 10 manat pul vermişəm. Yaşadığım ünvan: Lökbatan qəsəbəsi, massiv 1, 111 nöm. Dayanacağınyanı. Tel: **********, İmzaTarix. xx.xx.2023.”
8. X 16 may 2023-cü il tarixli PHŞ-6-96/3-1-2204/2023 saylı əmrinə əsasən, həmin PHŞ-nın həkim heyətinin təcili və X4 üzrə həkimi İddiaçı ilə bağlanmış 2652 nömrəli əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrdə həmçinin işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 18 təqvim günü ödənilməsi və işçi ilə son haqqhesabın aparılması, işçiyə son haqqhesabın, əmək kitabçasının və həmin əmrin surətinin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi barədə göstəriş yer almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə cavabdeh X X20 (bundan sonracavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin xx.xx.2023-cü il tarixli, PHŞ-6-96/3-1-2204/2023 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2023cü il tarixədək Təcili və Təxirə salınmaz X7 müxtəlif bölmələrində həkim vəzifəsində çalışmışdır. 2014 və 2019-cu illərdə müvafiq olaraq sertifikasiyadan keçmiş və bu barədə iddiaçıya şəhadətnamələr verilmişdir. xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirinin 69-k nömrəli əmrinə əsasən 1-ci Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra etdiyinə görə iddiaçı fəxri fərmanla təltif edilmişdir. xx.xx.2019-cu il tarixdən isə iddiaçı 2-ci qrup əlildir. Heç bir əsas olmadan işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə cavabdehlə iddiaçı arasında bağlanmış 2652 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi direktor vəzifəsini icra edən Təranə Şahməmmədovanın təqdimatı, “BŞT TTYS” X16 HİK-nin xx.xx.2023-cü il tarixli 577 nömrəli protokolu, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini nəzərə alaraq əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ər zində təkrarən əmək funksiyasını pozması, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Hesab edirlər ki, əmrin verilməsi üçün göstərilmiş əsaslar qanunsuzdur, Əmək Məcəlləsinin normaları pozulmuşdur və həmin əmr ləğv olunmalıdır. Qeyd olunmalıdır ki, işlədiyi son bir il ərzində X23 tərəfindən iddiaçıya heç bir intizam tənbehi verilməmiş, hər hansı növ intizam tədbirinin verilməsi barədə ona əmr təqdim edilməmiş və yaxud da barəsində intizam tənbehinin tətbiq edilməsindən əvvəl iddiaçıdan hər hansı izahat alınmamışdır. X21 Şəxs xx.xx.2023-cü il tarixli əmrin əsaslarından biri kimi 72-ci maddəsinin “ə” bəndinə istinad etmişdir. X23 tərəfindən işlədiyi son bir il ərzində iddiaçıdan hər hansı izahat tələb edilməmişdir. Bundan başqa, X23 tərəfindən iddiaçı ilə bağlanmış əmək müq aviləsinə xitam verilərkən yenə də iddiaçının izahatı alınmamış, müqaviləyə xitam verilməsinin əsasları və işdən azad olunmasına dair səbəblər ona izah olunmamışdır. Yalnız əmrin verildiyi gün işdə olduğu zaman iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunan şərtlərin hər hansı birinin mövcud olması barədə qeyd öz əksini tapmamış, müqaviləyə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır.
11. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı uzun illər X18 işləmişdir. İşlədiyi müddətdə xeyli intizam pozu ntusu törətmiş və buna görə intizam tədbirləri verilmişdir. İddiaçı onun barəsində verilmiş intizam tədbirlərindən heç bir nəticə çıxarmamışdır. İddiaçı pozuntu törətməyə davam etmişdir və ondan izahat almaq istəyərkən izahat verməkdən imtina etmişdir. Sonuncu dəfə 17 yanvar 2023-cü il tarixdə iddiaçıya töhmət verilmişdir. İddiaçı dəfələrlə çağırışda olmuş və bununla bağlı tələbnamə yazmalı olduğu halda, bunu etməmişdir. 14 may 2023-cü il tarixdə iddiaçı xəstədən çağırış zamanı pul almışdır. Tibb bacısı xəstədən pul almış, pulu iddiaçıya uzatmış və iddiaçı da həmin pulu qəbul etmişdir. Tibb bacısının bununla bağlı izahatı da vardır. Daha sonra xəstə bununla bağlı şikayət etmişdir. Bundan sonra iddiaçı aldığı pulu tibb bacısına geri vermişdir ki, xəstəyə qaytarsın, xəstə də şikayətini geri götürsün. Bu hadisələrədən sonra iddiaçının barəsində tədbirlər görülmüşdür. Əmri təqdim etmək üçün işçini dəvət etmiş, əmri təqdim etmişdirlər. İşçi əmri ya qəbul etmiş və imza edərək götürmüş, yaxud götürməkdən imtina etmişdir. İşçi sənədləri götürməkdən imtina etsə də, bu müvafiq aktla rəsmiləşdirilmişdir. Əmrlər kitabını məhkəməyə təqdim etmişdir. X23 2016-cı ildə düşünə bilməzdi ki, 2023-cü ildə iddiaçını işdən azad edəcək, ona görə də iddiaçının barəsində qarayaxma kampaniyası aparılsın. Ümumiyyətlə, iddiaçı intizamsız işçi olmuş və barəsində dəfələrlə intizam tənbeh tədbirləri görülmüşdür. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının törətdiyi əməli təsdiq edən videogörüntü və Zakir Həsənovun vermiş olduğu şikayətin surəti təqdim edilmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2 (006)-3436/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçıya əvvəllər, yəni, 17 yanvar 2023-cü il, 5 mart 2022-ci il tarixlərdə işəgötürən tərəfindən intizam tənbehləri verilmişdir. Lakin, iddiaçı işlədiyi son bir il ərzində X23 tərəfindən ona heç bir intizam tənbehi verilməməsini, hər hansı növ intizam tədbirinin verilməsi barədə ona əmr təqdim edilməməsini və yaxud da barəsində intizam tənbehinin tətbiq edilməsindən əvvəl ondan hər hansı izahat alınmamasını göstərsə də, bu halların təsdiqi olaraq heç bir sübut təqdim etməmişdir. Əksinə iş materiallarında olan iddiaçının son intizam tənbehi ilə bağlı xx.xx.2022-ci il tarixdə verdiyi izahatı onu n bu dəlillərini təkzib edir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya 16 may 2023-cü il tarixdə tətbiq edilmiş intizam tənbehinin əsasını xəstə Zakir Həsənovun “103” xidmətinə gələrək təcili yardım həkimi olan iddiaçıya və sürücüyə pul verdiyini bildirərək (30 manat), həmin pulun geri qaytarılmasını tələb etməsi ilə bağlı olmuşdur. Həmin ərizə ilə bağlı araşdırma zamanı çağırışda olan tibb bacısı Şahid öz izahatında pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. İddiaçı heç kimdən pul almamasını, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun izahatının alınmamasını, müqaviləyə xitam verilməsi əsasları və işdən azad olunmasına dair səbəblər ona izah olunmamasını göstərsə də, məhkəmə hesab etmişdir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli s übut kimi qəbul edilə bilməz.
14. Məhkəmə iddiaçının barəsində qəbul edilmiş əmrin qanunsuz olması və barəsində verilən əmrin əsaslandırılmadan işdən çıxarılmağı barədə dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, onun işdən azad edilməsinə dair əmrin verilməsinə mühüm əsaslar mövcud olmuşdur. Bu əsaslar həm əmrin verilməsinə əsas direktor vəzifəsini müvəqqəti icra edən X1 təqdimatının, həm də cavabdehin işçisi Şahid hadisə ilə bağlı işəgötürənə verdiyi izahatın məzmunları ilə təsdiq edilir. Məhkəmə araşdırması zamanı da şahid qismində ifadə vermiş Şahid öz ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı X16 15 may 2023-cü il tarixli iclasında iştirak edərək bu məsələ ilə bağlı izahat verə rək həqiqətən də 20 manat pulun tibb bacısının ona ötürdüyünü etiraf etmiş, ona verilmiş pulun həmin anda xəstəyə qaytarmayaraq xəstə şikayət etdikdən sonra həmin pulu tibb bacısına verməsi barədə sualı isə cavablandırmaqda çətinlik çəkmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahid xəstə Zakir Həsənov ilə iddiaçı arasında baş vermiş pul alınıb verilməsi ilə bağlı hadisəni aydın və müfəssəl təsvir etmişdir. Özünün də ifadəsindən görünür ki, baş vermiş hadisə ilə bağlı ona qarşı da intizam tənbeh tədbiri görülmüşdür. Belə olan halda isə şahidin verdiyi ifadəsi ilə iddiaçıya münasibətdə hər hansı qərəzli münasibət olmasından söhbət gedə bilməz.
16. Məhkəməyə təqdim edilmiş audiovizual materiallardan da göründüyü kimi, X16 həkimi olmuş iddiaçı tibb bacısından xəstənin verdiyi pul vəsaitini qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, göstərilənlər iddiaçının törətmiş olduğu əməllə bağlı onun barəsində hazırki intizam tədbiri görülməsinə əsas olduğundan, başqa sözlə, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulmuş əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə işəgötürən qanunla ona verilən səlahiyyətlər çərçivəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun ona “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbeh növünü vermək hüququndan istifadə etməkdə haqlı olmuş və əmək müqaviləsinə xitam verilərkən iddia çının qanunla qorunan hüquqları pozulması hallarına yol verilməmişdir. Belə ki, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində qanuni əsaslarla verilmiş əmr Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddənin 1-ci bəndi, 10, 68-ci maddənin 1-ci hissəsi, 76, 70-ci maddənin “ç” bəndi, 71-ci maddənin 2-ci və 3-cü bəndi, 72-ci maddənin “ə” bəndi, 83, 186-ci maddənin 1, 2 və 3 hissələri, 187-ci maddənin 1 və 2-ci hissələri, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunanlara uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, X23 xx.xx.2023-cü il tarixli əmrin əsaslarından biri kimi Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad etmişdir. Məhkəmə iclasında cavabdeh in nümayəndəsi tərəfindən məhkəməyə X10 adlı şəxsin ərizəsinin surəti təqdim olunmuşdur. Həmin ərizədə Zakir Həsənov adlı şəxs güya bildirmişdir ki, Lökbatan qəsəbəsindən Təcili Tibbi yardım şöbəsi onu “Semaşko” adına xəstəxanaya gətirib. Xəstəxanada ona gec baxıblar. Təcili tibbi yardım həkiminə 20 manat və sürücüyə 10 manat pul vermişdir. Həmin pulun qaytarılmasını xahiş edir. Qeyd olunmalıdır ki, Zakir Həsənov adlı şəxs ümumiyyətlə mövcud deyil. Əslində həmin vətəndaşın soyadı və təvəllüdü yazılan ərizədəki ilə uyğunluq təşkil etmir. İddiaçı tərəfindən məhkəmə prosesi dövründə həmin şəxslə əlaqə saxlanılaraq məhkəmədə şahid qismində ifadə verməsi ondan xahiş edilmişdir. Həmin şəxs məhkəməyə gələrək ifadə verəcəyini bildirsə də cavabdeh tərəfin təzyiqi ilə məhkəməyə gəlməkdən imtina etmi şdir. Məhkəmə isə İddiaçı barəsində əmrin verilməsinə əsas kimi göstərilmiş Zakir Həsənov adlı şəxs barəsində heç bir araşdırma aparmamışdır. Əmrin verilməsinə əsas kimi direktor vəzifəsini icra edən Təranə Şahməmmədovanın təqdimatı, X22 HİK-nin xx.xx.2023-cü il tarixli 577 nömrəli protokolu, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini nəzərə alaraq əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Məhkəmə işdəki sübutları tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquq qiymət verməmiş, qanunsuz və əsassız qətnamə çıxarmışdır.
20. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 ifadə verər ək göstərmişdir ki, “tərəfləri tanımır. Ərizə onun tərəfindən yazılıb, imzalanmış, lakin hansı tarixdə yazdığını xatırlamır. Ərizədə soyadının fərqli yazılmağı göstəriş verilmişdir. Ondan xahiş etmişlər ki, özünü xəstə kimi göstərsin, həkimin pul alıbalmamasını yoxlasınlar. Ona gizli nömrə ilə zəng vuraraq təlimatları vermişlər ki, hansı tarixdə hansı saatda harada olmalıdır. Təlimatlara uyğun hərəkət etmiş, Təcili tibbi yardım stansiyasına getmiş, maşının içində həkim onu müayinə etmişdir. Təcili yardım maşınında çəkilişi özü etmişdir. X15 gətirilmiş, orada təlimat verilmişdir ki, hay-küy sal, həkimdən şikayətçi ol. Onun həkimlə ünsiyyəti olmamış, pulu tibbi bacısına vermişdir. Xahiş edən şəxsin kimliyini açıqlamaq istəmir. Özü taksi sürücüsüdür. Qarşı tərəfi də tanımır. Ona demişdilər ki, həkimə töhmət veriləcək, işdən çıxarılacağınıdeməmişdilər. Ərizəni hadisə günü, X12 inzibati binasında yazmışdır. Ərizədə özünə aidiyyəti olmayan ünvanı qeyd etmişdir. Məhkəmə prosesində qarşı tərəfdən hər hansı təzyiq olmamışdır. Maşında iddiaçıya iki dəfə pul təklif etsə də o, pulu almamışdır. Onu yaxşı xəstəxanaya yerləşdirilməsini demiş, həkim də narahat olmamasını bildirmişdir. Pulu tibb bacısına vermişdir. Məhkəməyə gəlmək üçün ondan xahiş edən şəxsdən icazə almamışdır. Tibb bacısına verdiyi pulu ondan xahiş edən şəxs vermişdir. Taksi pulu ilə birlikdə cəmi 50 manat pul verilmişdir. “Milli Ön” vasitəsi ilə kartına köçürmüşlər. Pul təklif etdiyi səs yazısı var. İddiaçı ondan ümumiyyətlə pul istəməmşdir. Birinci instansiya məhkəməsində işə baxılarkən onu şahid qismində dəvət edən olm amışdır. 10-cu Polis bölməsindən ona zəng vurmuşlar ki, iddiaçı ilə bağlı köməklik göstərsin. İddiaçının işdən çıxarıldığını oğlu demişdir. Bu barədə əvvəlki məhkəmə iclasından iki gün əvvəl məlumatı olmuşdur. Cavabdehin nümayəndəsinə polisdən zəng edildiyini bildirmiş, cavabdehin nümayəndəsi də “narahat olma, heç bir problem yoxdur” demişdir.”
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-689/2024 nömrəli iş üzrə 9 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuş dur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Göründüyü kimi iddiaçı dəfələrlə ciddi nöqsanlara yol vermiş, ona bir neçə dəfə intizam tənbehləri verilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə əmək funksiyasının keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə Əməl Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən iddiaçıya töhmət verilmişdir. Bu intizam tənbehinin verilməsindən sonra 6 ay ərzində təkrar əmək funksiyasını pozmuşdur. Təqdim edilmiş audiovizual materiallardan görünür ki, X16 həkimi olmuş İddiaçı tibb bacısından xəstənin verdiyi pul vəsaitini qəbul etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid öz ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. İddiaçı X16 PHŞ-nın 15 may 2023-cü il tarixli iclasında iştirak edərək bu məsələ ilə bağlı izahat verməklə, həqiqətən də 20 manat pulun tibb bacısının ona ötürdüyünü etiraf etmiş, ona verilmiş pulun həmin anda xəstəyə qaytarmayaraq, xəstə şikayət etdikdən sonra həmin pulu tibb bacısına verməsi barədə sualı isə cavablandırmaqda çətinlik çəkmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Zakir Həsənov adlı şəxs ümumiyyətlə mövcud deyil, əslində həmin vətəndaşın soyadı və təvəllüdü yazılan ərizədəki ilə uyğunluq təşkil etmir. Həmin şəxslə əlaqə saxlanılaraq məhkəmədə şahid qismində ifadə verməsi ondan xahiş olunmuş, əvvəl razı olsa da, cavabdeh tərəfin təzyiqi ilə məhkəməyə gəlməkdən imtina etmi şdir. Məhkəmə kollegiyası tərəfindən X11 şahid qismində dindirilmişdir. İddiaçının qeyd etdiyi kimi şəxsin soyadının fərqli olması müəyyən edilmişdir. Şahid ifadəsində qeyd olunanları başqa şəxsin xahişi ilə göstərilən təlimatlar əsasında həyata keçirdiyini bildirmişdir. Pulu da tibb bacısına verdiyini, sonuncu tərəfindən həkimə ötürüldüyünü qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şahid tərəfindən verilən pulun iddiaçı tərəfindən qəbul edilməsi mübahisəsizdir. Bu hal iddiaçı tərəfindən intizam xətasına yol verildiyini göstərir. Hadisənin kiminsə “sifarişi” əsasında baş verib-verməməsi isə heç bir əhəmiyyət kəsb etmir, digər tərəfdən, şahid konkret ad çəkməmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlill əri qətnamənin ləğvi üçün əsas deyildir.
25. Apellyasiya instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddənin 2-ci və 3-cü bəndləri, 72-ci maddəsinin “ə” bəndi, 83.1, 186-cı maddənin 1 və 2-ci hissələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1. və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2ci bən dinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. xx.xx.2023-cü il tarixli əmrin verilməsinə əsaslardan biri kimi soyadı belə düzgün yazılmayan X3 şikayət xarakterli ərizəsinə istinad olunaraq İddiaçı əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasın ı pozması qənaətinə gəlinmişdir. Birinci instansiya məhkəməsində izahat verməkdən boyun qaçırsa da apellyasiya instansiyasında şahid qismində dindirilmiş Zakir Paniyev göstərmişdir ki, “Tərəfləri tanımır. Ərizə onun tərəfindən yazılıb imzalanmışdır, lakin hansı tarixdə yazdığını xatırlamır. Ərizədə soyadının fərqli yazılmağı göstəriş verilmişdir. Ondan xahiş etmişdilər ki, özünü xəstə kimi göstərsin, həkimin pul alıbalmamasını yoxlasınlar. Ona gizli nömrə ilə zəng vuraraq təlimatları verdilər ki, hansı tarixdə hansı saatda harada olmalıdır. Təlimatlara uyğun hərəkət etmiş, Təcili tibbi yardım stansiyasına getmişdir, maşının içində həkim onu müayinə etmişdir. Təcili yardım maşınında çəkilişi özü etmişdir. X15 gətirilmiş, orada təlimat verilmişdir ki, hay-küy sal, həkimdən şikayətçi ol. Onun həkimlə ünsiyyəti olmamış, pulu tibbi bacısına vermişdir. Xahiş edən şəxsin kimliyini açıqlamaq istəmir. Özü taksi sürücüsüdür. Qarşı tərəfi də tanımır. Ona demişdilər ki, həkimə töhmət veriləcək, işdən çıxarılacağınıdeməmişdilər. Ərizəni hadisə günü, X12 inzibati binasında yazmışdır. Ərizədə özünə aidiyyəti olmayan ünvanı qeyd etmişdir. Məhkəmə prosesində qarşı tərəfdən hər hansı təzyiq olmamışdır. Maşında iddiaçıya iki dəfə pul təklif etsə də o, pulu almamışdır. Onu yaxşı xəstəxanaya yerləşdirilməsini demiş, həkim də narahat olmamasını bildirmişdir. Pulu tibb bacısına vermişdir. Məhkəməyə gəlmək üçün ondan xahiş edən şəxsdən icazə almamışdır. Tibb bacısına verdiyi pulu ondan xahiş edən şəxs vermişdir. Taksi pulu ilə birlikdə cəmi 50 manat pul verilmişdir. “Milli Ön” vasitəsi ilə kartına köçürmüşlər. Pul təklif etdiyi səs yazısı var. İddiaçı ondan ümumiyyətlə pul istəməmşdir. Birinci instansiya məhkəməsində işə baxılarkən onu şahid qismində dəvət edən olmamışdır. 10-cu Polis bölməsindən ona zəng vurmuşlar ki, iddiaçı ilə bağlı köməklik göstərsin. İddiaçının işdən çıxarıldığını oğlu demişdir. Bu barədə əvvəlki məhkəmə iclasından iki gün əvvəl məlumatı olmuşdur. Cavabdehin nümayəndəsinə polisdən zəng edildiyini bildirmiş, cavabdehin nümayəndəsi də “narahat olma, heç bir problem yoxdur” demişdir. Şahidin ifadəsindən də aydın olur ki, X16 rəhbərliyi İddiaçı qarşı qərəz nümayiş etdirərək pul müqavilində Zakir Panıyevlə sövdələşməyə girərək əvvəlcədən qurulmuş və planlaşdırılmış şəkildə İddiaçı pozuntuya yol verməsinə şərait yaratmış və bu şəkildə də İddiaçı işdən azad olunma sına nail olmuşdur. Halbuki, İddiaçı bu pozunuya qəsdən yol verməmiş, hər hansı səhlənkarlıq etməmiş, öz vəzifə borcunu yerinə yetirərək xəstə olmadığı halda özünü xəstə kimi aparan vətəndaşa ilkin tibbi yardım göstərmişdir. Şahid ifadəsində bildirmişdir ki, onun tərəfindən əvvəlcə şəxsən iki dəfə həkimə pul təklif olunsa da o, pulu qəbul etməmişdir. İşə baxan apellyasiyainstansiyası ilə şahidin ifadəsini öz qətnaməsində qeyd etsə də şahid tərəfindən verilən pulun iddiaçı tərəfindən qəbul edilməsinin mübahisəsiz hal olduğunu, bu halın da iddiaçı tərəfindən intizam xətasına yol verildiyini göstərdiyi qənaətinə gəlmişdir. Hadisənin kiminsə “sifarişi” əsasında baş veribverməməsi halına məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2 (102)-1712/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarı ilə (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-689/2024 saylı, 9 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması üçün əsas kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin nəzərə alınması və əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozmas ı qeyd edilməklə, ona əvvəllər töhmət intizam tənbehinin verilməsi üçün əsas olmuş hala istinad edildiyindən, bu halda işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən mübahisələndirilən əmrlə yanaşı iddiaçıya töhmət intizam tənbehinin verilməsi barədə əmrin qanuniliyinə də hüquqi qiymət verilməli idi. İddiaçıya töhmət verilməsi barədə xx.xx.2023-cü il tarixli 108 saylı əmrdə onun “çağırışların icrası zamanı istifadə etdiyi dərmanların tələbnaməsini yazmaması və iş növbəsi bitdikdən sonra bölməni tərk etməsi, bölmə müdiri tərəfindən həkimə irad bildirilərək, izahat yazması tələb edildikdə İddiaçı imtina etməsi, bu barədə bölmədə akt tərtib edilməsi, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdi” göstərilmişdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində ona intizam tədbirinin tətbiq edilməsi barədə əmrin surətinin təqdim edilmədiyini, izahatının alınmamasını göstərsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmamış, iddiaçının ona “töhmət” intizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli 108 saylı əmrdən məlumatlı olması və surətinin təqdim olunubolmamasıyoxlanılmamış, iddiaçının izahat verməkdən imtina etməsi barədə xx.xx.2022-ci il tarixli aktda qeyd olunan hallar iddiaçının fikirləri öyrənilməklə araşdırılmamışdır.
31. Apellyasiya instansiya məhkəməsi iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsinin əsasının xx.xx.2023-cü il tarixdə xəstə kimi Təcili və X4 Stansiyasına müraciət etmiş Zakir Həsənovun “103” xidmətinə gələrək təcili yardım həkim i olan iddiaçıya 20 manat və sürücüyə 10 manat pul verdiyini bildirərək, həmin pulun geri qaytarılmasını tələb etməsi ilə bağlı olmasını, qeyd olunan müraciətlə bağlı araşdırma zamanı çağırışda olan tibb bacısı Şahid öz izahatında və birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini bildirməsini göstərsə də, daha sonra apellyasiya məhkəməsində şahid qismində ifadəsi alınarkən Zakir Həsənov adlı şəxsin əslində X11 olmasını, “103” xidmətinə müraciət etdiyi ünvanda deyil başqa ünvanda yaşamasını, şahidin açıqlamaq istəmədiyinə görə adı naməlum qalan şəxsin sifarişi və təlimatına əsasən “özünü xəstə kimi göstərərək” Təcili və X4 Stansiyasına müraciət etməsini, yolda tibb bacısına 20 manat pul verməsini, tibb bac ısının isə həmin pulu avtomobilin pəncərəsindən həkim İddiaçı verməsini, şahidin gətirildiyi X8 təlimat vermiş şəxsin göstərişinə əsasən “hay-küy salaraq həkimdən şikayətçi olmasını” müəyyən etsə də, şahid Zakir Paniyevin ifadəsinin işin ədalətli həllini şübhə altına alan sübut olmasına, həmçinin iddiaçının buna etiraz edərək pulu almaması barədə göstərdiyi mövqeyinə əhəmiyyət verməmiş, “Zakir Həsənov” adlı şəxsin müraciəti ilə bağlı cavabdeh tərəfindən araşdırma aparılan zamanı Şahid pulu avtomobilin pəncərəsindən iddiaçıya verdiyi vaxt avtomobilin qarşı hissəsində iddiaçı ilə yanaşı əyləşərək avtomobili idarə edən sürücünün mövqeyinin, şahid tərəfindən sürücüyə də 10 manat pul verməsi ilə bağlı halın da mövcud olması nəzərə alınarsa araşdırılıbaraşdırılmamasıaydınlaşdırılmamış, bununla b ağlı tərəflərin fikirləri öyrənilmədən, qeyd olunan hallara düzgün hüquqi qiymət verməmişdir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunan halları araşdırmadan, o cümlədən Zakir Paniyevin tibb bacısına və iddiaçıya pul verməyə cavabdeh X23 tərəfindən təhrik edilib-edilməməsi barədə halları diqqətlə araşdırmadan həmin sübutları mötəbər sübutlar kimi qəbul etməkdə tələskənliyə yol vermişdir. Həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 16 may 2023-cü il tarixli, PHŞ-6-96/3-1-2204/2023 nömrəli əmrin məzmunu araşdırılmamış, həmin əmrin yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin dispozisiyası ilə əsaslandırılması, bu zaman işçinin yol verdiyi pozuntuların konkret nədə ifadə olunmasının əmrdə göstərilməməsi, bunu nla da əmrin Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin və 83-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun tərtib edilib-edilməməsinə hüquqi qiymət verilməmişdir.
33. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2-ci maddəsinin 1 və 2-ci hissələrinə, 10 “a” bəndinə, 12-ci maddənin 1-ci hissəsinə, 14-cü maddəsinin 1-ci hissəsinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4527/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” barədə iddiası təmin edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin xx.xx.2023-cü il tarixli, PHŞ-6-96/3-12204/2023 nömrəli əmrinin ləğv edilməsi və onun cavabdehdə əvvəlki işinə, yəni həkim heyətinin təcili və X4 üzrə həkimi vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
35. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə baxan kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin iddia tələbinin və apellyasiya şikayətinin təmin edilməməsi barədə qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Hazırkı iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ə” bəndinin-əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əsası ilə ləğv etmişdir. Lakin iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması özü ziddiyyətlidir və həqiqətən baş verdiyi birmənalı təsdiq olunmur. Çünki iddiaçının barəsində belə bir intizam tənbehi olmasından məlumatlı olması iş materialları ilə təsdiq olunmur. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən əmrin qanuniliyi və əsaslılığı yoxlanılarkən iddiaçıya töhmət intizam tənbehinin verilməsi ba rədə əmrin qanuniliyinə də hüquqi qiymət verilməli idi. Çünki cavabdeh məhz xx.xx.2023-cü il tarixli töhmət intizam tənbehinin verilməsi barədə əmrin mövcudluğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddənin “ə” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir.
36. İddiaçı iddia ərizəsində son bir ildə ona intizam tədbirinin tətbiq, bu barədə ona əmrin surətinin təqdim edilmədiyini, izahatının alınmamasını göstərsə də, birinci instansiyası məhkəməsi bu halların təsdiqi üçün heç bir sübut təqdim etməməkdə onu qınamış, üstəlik son intizam tənbehi ilə bağlı 4 mart 2022-ci ildə verdiyi izahatının onun bu dəlillərini təkzib etdiyini göstərmişdir. Ancaq iddiaçının bu hallara dair məhkəməyə sübut təqdim etmək kimi bir vəzifəsi olmamışdır. Çünki həmin hal ları sübut etmək yükü cavabdehin üzərinə düşürdü. Eyni zamanda, iddiaçı son intizam tənbehi ilə bağlı 4 mart 2022-ci ildə izahat verə bilməzdi. Çünki son intizam tənbehinə dair əmrin verildiyi tarixin 17 yanvar 2023-cü il olduğu qeyd olunub. Ona görə də iddiaçının 4 mart 2022-ci ildə verdiyi izahatı xx.xx.2023-cü ildə birinci instansiya məhkəməsinə daxil olmuş iddia ərizəsində göstərilənləri heç bir halda təkzib edə bilməz. İddiaçı ona “töhmət” intizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli 108 saylı əmrdən məlumatlı olmadığını və surətinin təqdim olunmadığını, izahat verməkdən imtina etməsi barədə xx.xx.2022-ci il tarixli aktda qeyd olunan hallardan məlumatı olmadığını bildirmişdir. Bu cür vəziyyətdə xx.xx.2023-cü il tarixli əmrdə göstərilənlərin intizam xətası olması özü aç ıq-aşkar şübhəli olduğuna və təsdiq olunmamış həmin hallara görə iddiaçı ilə əmək müqaviləsini sonradan sözügedən əsasla (ƏM.72 m.”ə” bəndinə istinad etməklə) ləğv etməklə də əlbətdə ki, cavabdeh haqlı olmamışdır. Çünki xx.xx.2023-cü il tarixli əmrdə göstərilən halların həqiqi olması belə qeyd olunan əsasla əmək müqaviləsini ləğv etməyə cavabdehə əsas vermirdi. Ən azından ona görə ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair heç bir digər fakt təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçının əvvəllər intizam tənbehinə məruz qalmasının qanunuliyinin və əsaslılığının yoxlanılması hazırki iddianın və icraatın predmeti olmasa da həmin hallar bu iddianın əsaslı olduğunu aradan qaldırmır yaxud şikayətin əsaslı olmasını ist isna etmir. Çünki həmin intizam xətaları həqiqətən baş vermişdirsə belə onlara görə intizam tənbehi verilmişdir. İddiaçının barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddənin “ə” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilərdi ki, onun əmək funksiyasını yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bundan əvvəlki, apellyasiya baxışında şahid qismində ifadəsi alınarkən Zakir Həsənov adlı şəxsin əslində X11 olması müəyyən edilmiş, Zakir Paniyev “103” xidmətinə müraciət etdiyi ünvanda deyil başqa ünvanda yaş amasını, açıqlamaq istəmədiyinə görə adı naməlum qalan şəxsin sifarişi və təlimatına əsasən “özünü xəstə kimi göstərərək” Təcili və X4 Stansiyasına müraciət etdiyini, iddiaçı ilə heç bir ünsiyyətinin olmadığını, yolda tibb bacısına 20 manat pul verməsini, tibb bacısının isə həmin pulu avtomobilin pəncərəsindən həkimə ötürdüyünü, maşında iki dəfə iddiaçıya pul təklif etsə də, sonuncunun pulu almadığını, iddiaçının ümumiyyətlə ondan pul istəmədiyini, gətirildiyi X8 təlimat vermiş şəxsin göstərişinə əsasən hay-küy salaraq həkimdən şikayətçi olmasını bildirdiyini götərmişdir. Göründüyü kimi, şahid Zakir Paniyevin bu cür ifadəsi də iddianın lap əvvəldən əsassız olmadığına dəlalət edir. Bundan əlavə, mübahisələndirilən əmr yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin dispozisiyası ilə əsaslandırılmış, iddiaçının yol verdiyi pozuntuların konkret nədə ifadə olunması əmrdə göstərilməmiş, bununla da əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin, 83-cü maddəsinin 1-ci hissəsinin və 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Bu faktın özü də mübahisələndirilən əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilər.
37. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2 (1,2-ci hissə), 10 (a bəndi), 12 (1-ci hissə), 68 (1-ci hissə, 2-ci hissə “a” bəndi), 71 (2,3-cü hissə)maddələrinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçının əmək müqaviləsinə tam qanuni və əsaslı surətdə xitam verilsə də, apellyasia instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı işlədiyi son bir il ərzind ə X23 tərəfindən ona heç bir intizam tənbehi verilməməsini, hər hansı növ intizam tədbirinin verilməsi barədə ona əmr təqdim edilməməsini və yaxud da barəsində intizam tənbehinin tətbiq edilməsindən əvvəl ondan hər hansı izahat alınmamasını göstərsə də bu tamamilə əsassız arqument olmuşdur. Həmçinin iddiaçıya 16 may 2023-cü il tarixdə tətbiq edilmiş intizam tənbehinin əsasını xəstə Zakir Həsənovun “103” xidmətinə gələrək təcili yardım həkimi olan iddiaçıya və sürücüyə pul verdiyini bildirərək (30 manat), həmin pulun geri qaytarılmasını tələb etməsi ilə bağlı olmuşdur. İşə götürən olaraq cavabdehin bütün prosessual qaydalara riayət etməsinə baxmayaraq məhkəmə formal mülahizələrlə bir şəxsi işə bərpa etməklə yanaşı digər şəxslərin də qanun pozuntusuna yol verməsinə stimul vermiş olur. Eyni z amanda dövlət büdcəsindən xeyli miqdarda vəsait əsassız olaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə yönələcəkdir. Dövlət büdcəsindən xeyli miqdarda vəsaitin bu cür formal əsaslarla ləğv olunmuş əmrə əsasən şəxsə geri qaytarılması yolverilməzdir. Apellyasiya instansiya məhkəməsi isə aşağıda qeyd edilən məsələləri yenidən tam araşdırmayaraq əsassız Qərar çıxarmışdır. İş üzrə araşdırılmalı olan məsələlər aşağıdakı kimi idi: 1) İddiaçıya “töhmət” intizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli 108 saylı əmrdən məlumatlı olması və surətinin ona təqdim olunub-olmaması, iddiaçının izahatının alınıbalınmaması, iddiaçının izahat verməkdən imtina etməsi barədə xx.xx.2022-ci il tarixli aktda qeyd olunan hallar araşdırılmalı idi. Lakin hazırkı apellyasiya məhkəməsi sözüged ən faktları tam araşdırmamışdır. Belə ki, məhkəmə xx.xx.2024-cü il tarixli, 2(103)-4527/2024 nömrəli qətnaməsində qeyd etmişdir ki, “iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması özü ziddiyyətlidir və həqiqətən baş verdiyi birmənalı təsdiq olunmur. Çünki iddiaçının barəsində belə bir intizam tənbehi olmasından məlumatlı olması iş materialları ilə olunmur. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən əmrin qanuniliyi və əsaslılığı yoxlanılarkən iddiaçıya töhmət intizam tənbehinin verilməsi barədə əmrin qanuniliyinə də hüquqi qiymət verilməli idi”. Göründüyü kimi sözügedən fakt məhkəmə tərəfindən tam tədqiq olunmamışdır. Halbuki iddiaçı sözügedən əmrdən məlumatlı olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
41. Maddə 2(1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
42. Maddə 2(2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
43. Maddə 10 (“a” bəndi). Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndin ə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.
44. Maddə 12 (1-ci hissə). Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məiş ət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq və s.
45. Maddə 14 (1-ci hissə). Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hü quqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
46. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
47. Maddə 68 (2-ci hissə, “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
48. Maddə 70 (bənd “ç”). Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, y axud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.
49. Maddə 70(2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
50. Maddə 71(2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol ver ilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
51. Maddə 71(3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
52. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
53. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
54. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış ya zılı qərarını işəgötürənə təqdim etməlidir.
55. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsininsənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
56. Maddə 186 (1-ci hissə). İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etməd ikdə intizam məsuliyyətnə cəlb edilir.
57. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
58. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
59. Maddə 189 (1-ci hissə). Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
60. Maddə 189 (3-cü hissə). İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
72. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki m ülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
73. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.
74. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Hazırkı iş üzr ə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ə” bəndinin-əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əsası ilə ləğv etmişdir. Lakin, iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması özü ziddiyyətlidir və həqiqətən baş verdiyi birmənalı təsdiq olunmur. Çünki iddiaçının barəsində belə bir intizam tənbehi olmasından məlumatlı olması iş materialları ilə təsdiq olunmur. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən əmrin qanuniliyi və əsaslılığı yoxlanılarkən iddiaçıya töhmət intizam tənbehinin verilməsi barədə əmrin qanuniliyinə də hüquqi qiymət verilməli idi. Çünki cavabdeh məhz xx.xx.2023-cü il tarixli töhmət intizam tənbehinin verilməsi barədə əmrin mövcudluğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddənin “ə” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir.
75. İddiaçı, iddia ərizəsində son bir ildə ona intizam tədbirinin tətbiq, bu barədə ona əmrin surətinin təqdim edilmədiyini, izahatının alınmamasını göstərsə də, birinci instansiyası məhkəməsi bu halların təsdiqi üçün heç bir sübut təqdim etməməkdə onu qınamış, üstəlik son intizam tənbehi ilə bağlı 04 mart 2022-ci ildə verdiyi izahatının onun bu dəlillərini təkzib etdiyini göstərmişdir. Ancaq iddiaçının bu hallara dair məhkəməyə sübut təqdim etmək kimi bir vəzifəsi olmamışdır. Çünki həmin hallar ı sübut etmək yükü cavabdehin üzərinə düşürdü. Eyni zamanda, iddiaçı son intizam tənbehi ilə bağlı 04 mart 2022-ci ildə izahat verə bilməzdi. Belə ki, son intizam tənbehinə dair əmrin verildiyi tarixin 17 yanvar 2023-cü il olduğu qeyd olunub. Ona görə də iddiaçının 04 mart 2022-ci ildə verdiyi izahatı xx.xx.2023-cü ildə birinci instansiya məhkəməsinə daxil olmuş iddia ərizəsində göstərilənləri heç bir halda təkzib edə bilməz. İddiaçı ona “töhmət” intizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli 108 saylı əmrdən məlumatlı olmadığını və surətinin təqdim olunmadığını, izahat verməkdən imtina etməsi barədə xx.xx.2022-ci il tarixli aktda qeyd olunan hallardan məlumatı olmadığını bildirmişdir. Bu cür vəziyyətdə xx.xx.2023-cü il tarixli əmrdə göstərilənlərin intizam xətası olması özü açıq-aşkar şübhəli olduğuna və təsdiq olunmamış həmin hallara görə iddiaçı ilə əmək müqaviləsini sonradan sözügedən əsasla (Əmək Məcəlləsinin 72-ci maddəsinin ”ə” bəndinə istinad etməklə) ləğv etməklə də əlbətdə ki, cavabdeh haqlı olmamışdır.
76. Belə ki, xx.xx.2023-cü il tarixli əmrdə göstərilən halların həqiqi olması belə qeyd olunan əsasla əmək müqaviləsini ləğv etməyə cavabdehə əsas vermirdi. Ən azından ona görə ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair heç bir digər fakt təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçının əvvəllər intizam tənbehinə məruz qalmasının qanunuliyinin və əsaslılığının yoxlanılması hazırki iddianın və icraatın predmeti olmasa da həmin hallar bu iddianın əsaslı olduğunu aradan qaldırmır yaxud şikayətin əsaslı olmasını istisna etmir. Çünki həmin intizam xətaları həqiqətən baş vermişdirsə belə onlara görə intizam tənbehi verilmişdir. İddiaçının barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddənin “ə” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilərdi ki, onun əmək funksiyasını yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
77. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, bundan əvvəlki, apellyasiya baxışında şahid qismində ifadəsi alınarkən Zakir Həsənov adlı şəxsin əslində X11 olması müəyyən edilmiş, Zakir Paniyev “103” xidmətinə müraciət etdiyi ünvanda deyil, başqa ünvanda yaşamasını, açıqlamaq istəmədiyinə görə adı naməlum qalan şəxsin sifarişi və təlimatına əsasən “özünü xəstə kimi göstərərək” Təcili və X4 Stansiyasına müraciət etdiyini, iddiaçı ilə heç bir ünsiyyətinin olmadığını, yolda tibb bacısına 20 manat pul verməsini, tibb bacısının isə həmin pulu avtomobilin pəncərəsindən həkimə ötürdüyünü, maşında iki dəfə iddiaçıya pul təklif etsə də, sonuncunun pulu almadığını, iddiaçının ümumiyyətlə ondan pul istəmədiyini, gətirildiyi X8 təlimat vermiş şəxsin göstərişinə əsasən hay-küy salaraq həkimdən şikayətçi olmasını bildirdiyini götərmişdir.
78. Göründüyü kimi, şahid Zakir Paniyevin bu cür ifadəsi də iddianın lap əvvəldən əsassız olmadığına dəlalət edir. Bun dan əlavə, mübahisələndirilən əmr yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin dispozisiyası ilə əsaslandırılmış, iddiaçının yol verdiyi pozuntuların konkret nədə ifadə olunması əmrdə göstərilməmiş, bununla da əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin, 83-cü maddəsinin 1-ci hissəsinin və 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Bu faktın özü də mübahisələndirilən əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilər. Ona görə də iddia təmin edilməlidir.
79. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərini araşdır araq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2(103)-4527/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.