Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2401/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə “xxxx" ASC-nin ləğvedicisi QƏRARİ (Açar sözlər: ipoteka ilə yüklü edilmiş əmlakın 2-ci hərracdan sonra satılmadığı təqdirdə ipotekaya xitam verilməsi məsələləri ilə bağlı) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin vəkili Rəsulova Aysel Ələddin qızının iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və “xxxx” MMC) “daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5638/2020 nömrəli 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli, 2(103)-921/2015 saylı qətnaməsi ilə İddiaçı 48.246 manat əsas, 6.571 manat faiz borcu, 4.500 manat dəbbə pulu olmaqla cəmi 59.317 manat məbləğində pulun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsbəsi, şəhər şossesi döngə 5, 1 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi qət edilmişdir. Sözügedən qətnamənin icrası ilə əlaqədar birinci hərrac 23 sentyabr 2015-ci il tarixdə keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi 28 oktyabr 2015-ci il tarixə təyin edilmişdir. İkinci hərracdan sonra da hərrac baş tutmamış və nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Bank əmlakı mülkiyyətinə götürməmiş və icra qrumuna məktubla müraciət edərək icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Həmin müraciət təmin edilərək icra sənədi tələbkarın tələbi ilə məhkəməyə qaytarılmışdır. İptoeka ilə yüklü edilmiş əmlak 2-ci hərracdan sonra tələbkar tərəfindən borcun əvəzi olara q qəbul edilmədiyi üçün ipoteka qoyan hazırkı mübahisəni başladaraq ipotekaya xitam verilməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh “xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi döngə 5, 17 saylı fərdi yaşayış evinin ipotekasına xitam verilməsinə və həmin mənzilin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli, 2(103)-921/2015 saylı qətnaməsi ilə İddiaçı 48246 manat əsas, 6571 manat faiz borcu, 45 00 manat dəbbə pulu olmaqla cəmi 59317 manat məbləğində pulun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsbəsi, şəhər şossesi döngə 5, 17 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi qət edilmişdir. Sözügedən qətnamənin icrası ilə əlaqədar birinci hərrac 23 sentyabr 2015-ci il tarixdə keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi 28 oktyabr 2015-ci il tarixə təyin edilmişdir. İkinci hərracın keçirilməsindən sonra da hərrac baş tutmamış və nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Artıq həmin zamandan 4 il keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Tələbkar və ipoteka saxlayan “xxxx” ASC ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi döngə 5, 17 saylı fərdi yaşayış evi təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməli və həmin evin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1464/2020 saylı iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Mustafayeva) iddia təmin edilmişdir.
5. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 15.1, 43.7, 43.8-ci maddələrinə istinad etmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Mehdiyev sədrlik edən və məruzəçi, Ş.Məmmədova və X.Sarıyev) 01 sentyabr 2020-ci il tarixli 2(103)-5638/2020 saylı qətnaməsi ilə Cavabdeh ləğv prosesində olan “xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1464/2020 saylı iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı fərdi “daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16. 1.1, 270.1, 307.1, “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1, 23.1.1, 23.3cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli ipoteka predmetinə dair birinci hərrac 23 sentyabr 2015-ci il tarixdə keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi 28 oktyabr 2015-ci il tarixə təyin edilmişdir. İkinci hərracın keçirilməsindən sonra hərrac baş tutmamışdır və nəticədə qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Buna baxmayaraq cavabdeh təşkilat qanunvericiliklə müəyyən edilmiş ipoteka predmetini əldə etmək imkanından istifadə etməmiş və ipoteka predmetini əldə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Rəsulova Aysel Ələddin qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların i ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
13. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəz ərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 14. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 43.1.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
15. Həmin Qanunun 43.8-cu maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
16. Bu Qanunun 48.1.1-48.1.5-ci maddələrində ipotekaya xitam verilmə əsasları nəzərdə tutulmuşdur. Bu hallar sırasına ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” qərarında əks olunan mövqeyinə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.... “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla xitam verilməsinin prosedura ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlay an ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. “ 18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır.
22. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli, 2(103)-921/2015 saylı qətnaməsi ilə İddiaçı 48.246 manat əsas, 6.571 manat faiz borcu, 4.500 manat dəbbə pulu olmaqla cəmi 59.317 manat məbləğində pulun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsbəsi, şəhər şossesi döngə 5, 17 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar qanunla müəyyən edilən qaydada iki dəfə hərrac keçirilsə də, alıcı olmaması səbəbindən hərrac baş tutmamışdır. Qanunvericiliyin tə ləblərinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuş, bank əmlakı mülkiyyətinə götürməmişdir. Bundan sonra bank icra qrumuna məktubla müraciət edərək icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Həmin müraciət təmin edilərək icra sənədi tələbkarın tələbi ilə məhkəməyə qaytarılmışdır.
25. Apelyasiya Məhkəməsi iddianı rədd edərkən əsaslanması belə olmuşdur: “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli, 2(103)-921/2015 saylı icra vərəqəsi üzrə ipoteka predmeti olan mübahisəli fərdi yaşayış evinə dair 28 oktyabr 2015-ci il tarixdə keçirilmiş ikinci hərrac baş tutmamışdır. "xxxx" ASC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanan 30.12.2015-ci il tarixli məktub ilə həmin icra vərəqəsinin “İcra haqqında” Azərbaycan Resp ublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Nəsimi Rayon İcra Şöbəsinin 28.03.2016-cı il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-921/2015-ci il tarixli icra vərəqəsi həmin məhkəməyə qaytarılmışdır. Bundan sonra qeyd edilən icra sənədi yenidən icraya yönəldilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli ipoteka predmetinin tələbkara təklif edildikdən sonra 1 ay müddətində icra sənədinin məhkəməyə geri qaytarılması barədə "xxxx" ASC-nin icra qurumuna müraciət etməsini, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 28.03.2016-cı il tarixli qərarı ilə həmin icra vərəqəsinin məhkəməyə geri qaytarılmasını nəzərə almadan, İddiaçı 4 ilə yax ın müddət keçdikdən sonra 13.12.2019-cu il tarixdə məhkəməyə daxil olmuş hazırkı iddia tələbi üzrə əsassız olaraq ipotekaya xitam vermişdir.
26. Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Əvvəla, məhkəmənin gəldiyi nəticə özünün müəyyən etdiyi faktiki hallarla ziddiyyət təşkil edir. Beləki, bank ikinci hərracdan sonra keçən bir ay ərzində deyil, ikinci hərracdan 2 ay 02 gün sonra icra sənədinin məhkəməyə qaytarılması barədə müraciətlə icra qrumuna müraciət etmişdir. Hansıki, qanunvericiliyin tələbinə əsasən artıq 30 gün ərzində bank əmlakı öz mülkiyyətinə qəbul etmirsə ipotekaya xitam verilir.
27. Eyni zamanda, 2-ci hərracdan sonra əmlakın banka təklif olunmasını bank özü etiraf etmişdir. Beləki, bank qətnamədən verdiyi apellyasiya şikayə tində 2-ci hərracdan sonra əmlakın ona təklif edilməsini təsdiq etmişdir (mülki iş, 79-cu səhifə).
28. Bu qərarın 15 və 17-ci bəndlərində qeyd edilən normativ hüquqi aktlara əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.... “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla xitam verilməsinin prosedura ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikd ə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. “
29. Göründüyü kimi qanunvericinin bu sahədə göstərişi birmənalıdır. Hazırkı işdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsi düzgün tətbiq edilməmişdir. Həmin norma icra edilməyən və ya qismən icra edilən icra sənədinin tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılmasını tənzimləyir. Tərəflər arasında qanuni qüvvəsini almış məhkəmə qətnaməsi tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində icra edilmişdir. Həmin əmlak qanunvericiliyə uyğun olaraq iki dəfə hərraca çıxarılmış və satılmadığı üçün tələbkara təklif edilmişdir. Qanunverici tutmanın ipotekaya yönəldilməsinin fərqli qaydasını müəyyənləşdirmədiyindən həmin prorsedurlardan sonra ipotekaya xitam verilmsini nəzərdə tutur.
30. Qətnamə əmlakın hərracda satılması hissəsində artıq icra olunduğundan, icra sənədi təkrar olaraq həmin hissədə icra oluna bilməz. Ona görə Apelyasiya Məhkəməsinin icra sənədinin təkrar icraya yönəldilməsi imkanları və hazıradək bank tərəfindən belə bir təşəbbüsün göstərilməməsi ilə bağlı əsaslandırması qəbul edilən deyil. 31. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1. maddəsi icra sənədinin qaytarılmasının beş qaydasını nəzərdə tutumuşdur. Onlardan dördü-23.1.223.1.5. maddələrdə nəzərdə tutulan hallar o hallara aiddir ki, qətnamənin icrası mümkün olmur. Yəni, borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək v ə yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmur, və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmur, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmur və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermir, tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina edir, tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olur.
32. Tək bir halda icra sənədi tələbkarın ərizəsi əsasında (23.1.1. maddə) qaytarılır. Lakin, tələbkara belə bir səlahiyyətin verilməsi o anlama gəlməyə əsas vermir ki, ipotekaya xitam verilməsi halı baş verdikdən sonra tələbkar icra sənədini geri qaytarmaqla sonradan onu təkrar olaraq icraya yönəldə bilər. Çünki hüquqa xitam verilməsi həmin hüququn artıq mövcud olmaması deməkdir. İpotekaya xitam verilirsə ipotekaya yönəltmə hüququna da xitam verilir.
33. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi hüquq normasını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
34. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5638/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.