Məhkəmə qərarları › İş №2(102)-2404/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2404/2025

07.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2404/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti və Abşeron rayon İcra Hakimiyyəti işə cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq münasibətlərdən irəli gələn münasibətlər; torpaq sahəsindən çıxarılma. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il 8 aprel tarixli, 2( 103)303/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu "xxxx" X1 direktoru ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli "xxxx"nə əsasən, Müəssisə özünə aid torpaq sahəsinin 0,6 ha torpaq hissəsini əkib-becərmək üçün 5 il müddətində Cavabdeh2 icarəyə vermişdir. 2. “Torpaq sahələrinin icarəyə verilməsi haqqında” Abşeron RİH Başçısının xx.xx.2006 cı il tarixli, 499 nömrəli Sərəncamına əsasən keçmiş X3 sovxozunun daimi istifadəsində olmuş, hal-hazırda ehtiyat fondda saxlanılmış, əkinə yararlı torpaq sahəsindən 126 hektarı icarə qaydasında "Subtropik” X2 11 il müddətinə istifadəyə verilmişdir.

3. Abşeron RİH başçısı ilə Cavabdeh2 aras ında bağlanmış xx.xx.2007-ci il tarixli 48 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən Abşeron RİH başçısının xx.xx.2006-cı il tarixli, 499 nömrəli Sərəncamına əsasən 1 ha torpaq sahəsi kənd təsərrüfatı məhsularının istehsalı üçün 11 il müddətinə Cavabdeh2 icarəyə verilmişdir.

4. Sabunçu RİH tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən tərəflər arasında bağlanılmış torpaq sahəsinə dair icarə müqaviləsinin uzadılması rayon icra hakimiyyətlərinin səlahiyyətləri daxilində deyil. 5. "xxxx" X1 2010-2015-ci il müddətinə mövsümi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsa sən 1 ha torpaq sahəsi 5 il müddətində əkib-becərmək üçün iş üzrə digər Cavabdeh1 icarəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 164 nömrəli Sərəncamı ilə ona ayrılmış və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 2 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Sabunçu RİH- nin xx.xx.2016-cı il tarixli 164 nömrəli Sərəncamı ilə iddiaçıya Maştağa qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi ilə 2 ha to rpaq sahəsi ayrılmışdır. İddiaçı əvvəllər torpaqdan istifadə etsə də, sonra şəxsi problemləri ilə əlaqədar istifadə edə bilməmiş və 2021-ci ilin sonlarında həmin torpaq sahəsinə getdikdə, sahənin başqa şəxslərin qanunsuz istifadəsində olduğunu bilmişdir. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə müraciət etmiş və araşdırma zamanı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu məlum olmuşdur. Cavabdehlərin həmin torpaq sahəsindən istifadə etmələrinin hüquqi əsası olmadığından cavabdehlər həmin sahədən çıxarılmalıdırlar.

8. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, Maştağa qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə 2 hektar torpaq sahəsinin xx.xx.2016-cı ildə Sabunçu Rayon İcra Hak imiyyətinin 164 nömrəli Sərəncamı ilə iddiaçıya verilməsi, cavabdehlərin isə subyektiv hüquqları olmadan həmin torpaq sahəsindən istifadə etməsi işin mübahisəsiz halıdır. Ona görə də iddia təmin olunmalıdır.

9. Cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında bildirmişlər ki, onlar yaşadıqları Maştağa qəsəbəsinin ərazisində yerləşən torpaq sahəsini uzun illərdir kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edirlər. Hər birinin istifadəsində bir hektar torpaq sahəsi vardır. Həmin torpaq sahələri vaxtı ilə onlara dövlət tərəfindən icarəyə verilmişdir. Onlar ailələrinin dolanacaq xərclərini yalnız qeyd olunan torpaq sahəsini əkib becərməklə əldə edirlər. Hazırda isə iddiaçı qeyd olunan iki hektar torpaq sahəsinin Sabunçu RİH-nin Sərəncamı ilə ona ayrıldığını bildirsə də, iddiaç ı ona ayrılmış torpaq sahəsinin sxemini təqdim edə bilmir və bununla da iddiaçı ona ayrılmış iki hektar torpaq sahəsinin məhz onların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia edə bilməz. İddiaçı həmin torpaq sahəsini heç vaxt istifadə etməmişdir. Buna görə də iddia əsassız hesab edilməlidir.

10. Məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı etiraf etməyərək bildirmişlər ki, onlar yaşadıqları Maştağa qəsəbəsinin ərazisində yerləşən torpaq sahəsini uzun illərdir ki, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edirlər. Hər birinin istifadəsində bir hektar torpaq sahəsi vardır. Həmin torpaq sahələri vaxtilə onlara dövlət tərəfindən icarəyə verilmişdir. Onlar ailələrinin dolanacaq xərclərini yalnız qeyd olunan torpaq sahəsini əkib-becərməklə əldə edirlər. Hazırda İddiaçı qeyd olunan iki hektar torpaq sahəsinin Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə ona ayrıldığını bildirir, halbuki iddiaçının torpaq sahəsinin sxemi mövcud olmadığına görə iddiaçı ona ayrılmış iki hektar torpaq sahəsinin məhz onların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia edə bilməz. İddiaçı həmin torpaq sahəsini heç vaxt istifadə etməmişdir. 11. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində və Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyində göstərilmişdir ki, şərti olaraq göstərilən torpaq sahəsi faktiki olaraq 2 ha təşkil edir. Göstərilən 2 ha torp aq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən olunmuşdur: 1. 415633.000 2. 415435.700 3. 415419.324 4. 415616.623 4484595.000 4484562.247 4484660.897 4484693.650

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-301/2024 nömrəli, 22 may 2024- cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 164 nömrəli Sərəncamı ilə ona verilən Maştağa qəsəbəsi ərazisində 2 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması” barədə iddiası təmin edilməmişdir (hakim V.Qasımov).

13. Məhkəmə nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı ona ayrılmış 2 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası mülki prose ssual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə bu qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azəbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 322 nömrəli Qərarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 81, 83.1, 84.1 ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2, 158.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş et mişdir.

16. Apellyasiya şikayəti iddia tələbi ilə eyni əsaslarla əsaslandırılmış və qeyd edilmişdir ki, rayon məhkəməsi sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinin sxemini rayon məhkəməsinə təqdim etsə də, rayon məhkəməsi həmin sxemi nəzərə almamışdır və iddianı rədd etmişdir. Halbuki, həmin sxem nəzərə alınsa idi iddia təmin olunmalı idi. Bundan başqa işə baxmış rayon məhkəməsi nəzərə almamışdır ki, həmin torpaq sahəsindən istifadə etmək üçün cavabdehlərin müvafiq sənədləri yoxdur. Bu isə özü-özlüyündə cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları üçün əsasdır.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7685 saylı tikinti-texniki obyektlərinin tədqiqi barədə ekspert rəyinə əsasən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmiş 2,0 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmiş, ikinci sual üzrə qeyd edilmişdir ki, şərti göstərilmiş 2,0 ha ərazinin 0,18 ha hissəsi Maştağa TərəvəzçilikSüdçülük Sovxozunun ərazisindən Abşeron Rayon İcra Hakimiyyətinin istifadəçiliyində saxlanılmış kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmiş, yerdə qalan hissəsi isə eynilə kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyəti torpağı olmaqla, Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahələrinin dövlət qeydiyyatı barədə məlumat yoxdur.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 103)-303/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər M.Məmmədov (məruzəçi), F.Talışinski və A.İmanov).

19. Bakı şəhəri Sabunçu Rayon icra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 164 nömrəli Sərəncamı ilə Maştağa qəsəbəsi ərazisində yerləşən 2 ha torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş və ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin tərtib olunması qərara alınmışdır. Bundan sonra ayrılmış 2 ha torpaq sahəsinin yerləşmə sxemi Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı həmin sxemi rayon məhkəməsinə təqdim etmişdir. İddiaçı on a ayrılmış həmin 2 ha torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə olunduğunu iddia edir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “rayon məhkəməsi nəzərə almamışdır ki, həmin torpaq sahəsindən istifadə etmək üçün cavabdehlərin müvafiq sənədləri yoxdur. Bu isə özü-özlüyündə cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları üçün əsasdır” dəlilinə münasibətdə qeyd etmişdir ki, qeyd edilən hal mövcud olub-olmamasından asılı olmayaraq, iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddianın təmin edilməsinə zəmin yaratmır. Çünki iddiaçının qeyd etdiyi torpaq sahəsinin məhz ona aid olmasını sübuta yetirə bilmədiyindən hesab edilir ki, o, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarını tələb etmək üçün subyektiv hüquqa malik deyil.

21. Məhkəmə kollegiyası mövqey inin hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 81, 83.1, 84.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2, 158.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 119.1, 384, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-303/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində qanunvericiliyin müvafiq normasına istinad edilsə də, cavabdehlərin mübahisəli torpaq sahəsinə dair hər hansı subyektiv hüquqların olmamasına baxmayar aq, onların torpaq sahəsinə münasibətdə hansı əmlak hüquqlarının müdafiəsindən söhbət getməsini öz qətnaməsində izah etməmiş, sadəcə qeyd olunan normanı formal olaraq sadalamışdır. Göründüyü kimi, məhkəmənin iddiaçının torpaq sahəsinə dair hüquqlarını göz ardı etməklə qeyd olunan normaya istinad etməsi və cavabdehlərin torpaq sahəsinə dair olmayan hüquqlarına bu cür üstünlük verməsi, ümumiyyətlə anlaşılan deyil. Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 164 saylı Sərəncamı ilə Maştağa qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə istifadəyə verilmişdir. Həmin sərəncam hal-hazırda qüvvədədir. Məhz bu sərəncama istinadən iddiaçı istifadəsində olan torpaq sahəsinin üçüncü şəxslər cavabdehlər tərəfindən qanunsuz zəbt olu nduğunu və bu səbəbdən öz hüququ əsasında həmin əmlakın geri qaytarılmasını, yəni qanunsuz sahibliyə son qoyulmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 10/7685 saylı ekspert rəyi formaca birinci instansiya məhkəməsində olan əvvəlki ekspert rəyi ilə eyni nəticəni vermiş, mübahisəli torpaq sahəsinə faktiki baxış keçirilməmiş, rəy yalnız mövcud sənədlər əsasında, sxem və plan materialları olmadan hazırlanmışdır. Yenidən əlavə ekspertizanın keçirilməsi barədə vəsatət verilsə də, apellyasiya instansiyası ekspertiza rəyləri arasında məzmun və keyfiyyət baxımından ciddi fərq olmadığını nəzərə almamış, əlavə ekspertizanın da eyni qeyri-müəyyən və natamam nəticələri təkrarladığı halda, bu rəy əsas ında iş üzrə yenidən hərtərəfli və tam araşdırma aparmadan qərar vermişdir.

24. Cavabdehlərin Abşeron rayon İcra Hakimiyyəti tərəfindən onlara torpaq sahəsinin icarəyə verilməsi barədə məhkəməyə təqdim etdikləri icarə müqaviləsinə əsasən icarə müqavilələrinin müddətləri bitmiş və artırılması üçün cavabdehlər tərəfindən müraciət olunmamışdır. Məhkəmə tərəfindən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmiş, əksinə məhkəmə mübahisə üzrə düzgün nəticəyə gəlmək əvəzinə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamını öz qətnaməsində mübahisələndirmişdir.

25. Məhkəmə yekun qərar verərkən təqdim olunmuş sübutları kompleks şəkildə qiymətləndirməmiş, yalnız şəxsi mülahizələrə əsaslanaraq əsassız və qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə iş üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfindən təqdim olunmuş və iş üzrə toplanmış sübutları bir-bir ilə əlaqəli şəkildə qiymət verməmiş, yalnız şəxsi mülahizələrinə əsaslanaraq əsassız və qanunsuz qətnamə çıxarmışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29, hissə İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. Maddə 29, hissə İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

31. Maddə 157.2. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

32. Maddə 158.1.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixdən əmələ gəlir.

33. Maddə 158.4. M ülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

34. Maddə 14.1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; Bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; Dövlət və xüsusi m ülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.

35. Maddə 83.1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.

36. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4 cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab e dilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istin ad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

47. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərli k tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olu nmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəl diyi nəticə əsaslandırılmışdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-303/2025 nömrəli iş üzrə 08 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar