Məhkəmə qərarları › İş №2(102)-2412/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2412/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2412/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” barədə ilkin Cavabdeh3 “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı “dəymiş ziyanın, çəkilmiş xərclərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: zaminliyə xitam verilməsi, dövriyyədəki malların girovu, girovun məhv olması nəticəsində vurulmuş ziyana görə məsuliyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva xxxxşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev xxxxşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil Abülfəz oğlunun iştirakı ilə, Bakı Apxxxxyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli, 2(103)6606/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bankla Cavabdeh3 arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli “xxxx” əsasında Bank tərəfindən Kiçik Müəssisəyə 13 dekabr 2023-cü il tarixədək 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin tərəflər arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli “Bə rpa olunan kredit xətti müqaviləsi”nə əsasən müəssisəyə 36 ay müddətinə illik istifadə dərəcəsi 13 faiz olmaqla 1.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasında problem yarandığı üçün “Bərpa olunan kredit xətti müqaviləsinə” 22 may 2015-ci il tarixli 01 saylı Razılaşmaya əsasən müqavilənin müddəti 77 aya kimi uzadılmışdır. Kreditin ödənilməsi yenidən lazımınca təmin olunmadığından 02 saylı Razılaşmaya əsasən 11 mart 2016-cı il tarixədək mövcud olan borc kapitallaşdırılaraq 1.033,944 ABŞ dolları məbləğində müəyyən edilmiş, müqavilənin müddəti 50 ay, faiz dərəcəsi 13 faiz müəyyən olunmuşdur. xxxx üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa, öhdəliyin təminatı kimi Cavabdeh2 məxsus X11 yer ləşən 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı 254 kv.metr ümumi sahədən ibarət 3424A nömrəli bağ evi” 14.12.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. 22 may 2015-ci il tarixdə tərəflər arasında “Dövriyyədəki malların girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3nə məxsus 500.000 manat dəyərində 1.322 ton buğda məhsulu borclunun öhdəliklərinin təminatı kimi girov qoyulmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına əsasən borc alanın 20.04.2017-ci il tarixə 1.033.944 ABŞ dolları əsas borcu, 111.636,85 ABŞ dolları faiz borcu, 38.045 ABŞ dolları cərimə borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxxASC cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi il ə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “xxxxASC ilə “xxxx" Kiçik Müəssisəsi arasında bağlanmış 100526-1-10102/1/1 saylı 11.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 20.04.2017-ci il tarixə banka borclu olduğu 1.033.944 ABŞ dolları məbləğində əsas borc, 111.636,85 ABŞ dolları məbləğində faiz borcu, 38045,50 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.183.626,35 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh3ndən, Cavabdeh1 və Cavabdeh2 “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 310.000 manat məbləğində müəyyən edilməklə c avabdehlərdən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, X11, ölçüsü 0.16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254 kv.m. ümumi sahədən ibarət 3424A nömrəli bağ evinə yönəldilməsinə, evin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onun ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində ərizə təqdim edərək bildirmişdir ki, gələcəkdə icra mərhələsində qə tnamənin icrasında yarana biləcək problemlərin aradan qaldırılması üçün qətnamədə bank tərəfindən verilmiş kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Sumqayıt şəhəri, X11, 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254 kv.m. ümumi sahədən ibarət 3424A nömrəli bağ evi ilkin çıxarışda qeyd edildiyi kimi “Sumqayıt şəhəri, X11, 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254 kv.metr ümumi sahədən ibarət 3424A nömrəli bağ evi, ümumi sahəsi 213,7 kv.metr olan bağ evinin tərkibi (həyətyanı tikili və qurğular) ilə birlikdə qeyd olunmalıdır. Cavabdeh3 iddiaçı “xxxxASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıdan Cavabdeh3 xeyrinə əldən çıxmış fayda qismində 1322 ton buğdanın saxlanmasına görə 57.120 m anat, buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə görə 964.905 ABŞ dolları, real zərər qismində məhv olmuş 1322 ton buğdanın dəyəri olan 636.942,67 ABŞ dolları və onun saxlanılması, ekspertizası, daşınması və məhv edilməsinə görə 17.254 manat, cəmi 1.601.847,67 ABŞ dolları və 74.374 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı arasında 26 dekabr 2013-cü il tarixli, 100526-1-101021/1 saylı bərpa olunan kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh3nə illik faiz dərəcəsi 13% olmaqla 1.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən bankın ayırdığı kredit hesabına alınan 1322,78 ton buğda mə hsulu - dövriyyə mallarının girov predmeti olaraq 22 may 2015-ci il tarixli 303305 saylı “Dövriyyədəki malların girov müqaviləsi” ilə Bankın xeyrinə girova götürdü. Müqavilənin bağlanmasından üç ay keçdikdən sonra dolların-manatla əvəzləməsinə söz verilməsinə baxmayaraq bank tərəfindən bu vəd icra olunmadı, müxtəlif bəhanələrlə və aldatmalarla müəssisədəki vəziyyəti daha da ağırlaşdırdılar. Bu müddət ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında X4 Xidməti tərəfindən anbarda saxlanan, girovda olan buğda fumiqasiya olundu və bununla bağlı xərclər çəkildi, yəni girova götürülmüş buğda məhsulunun saxlanılması üçün lazımı tədbirlər görüldü. Girovda olan buğdanı uzun müddət saxlamaq təhlükəli olduğundan müqavilə şərtlərinə uyğun olaraq, banka yerində monitorinq keçirərək, saxlanılan buğda məhsulu ilə bağlı müvafiq sərəncam vermək üçün nümayəndə göndərilməsi barədə rəsmi məktub göndərildi. Girovda saxlanılan buğdanın keyfiyyət göstəricilərini yoxlamaq üçün mütəmadi olaraq müəssisənin laboratoriyası tərəfindən müvafiq yoxlamalar aparılırdı. Həmin buğda 2014-cü ildə alındığından və Nazirlər Kabinetinin qərarına əsasən saxlama müddəti 8 ay olduğundan bununla bağlı banka dəfələrlə məktub göndərilmişdir, lakin bank heç bir cavab verməmiş və bununla bağlı ümumiyyətlə münasibət bildirməmişdir. Bankın müxtəlif məsul şəxsləri ilə txxxxefon əlaqələri saxlanılmış, lakin “boş şeydir narahat olmayın, onsuzda Bank pis vəziyyətdədir” deməklə kifayətlənmişlər. Bank girovda saxlanılan buğda ilə bağlı sərəncam vermək üçün bir dəfə də olsun monitorinq keçirmədi. Nəhayət 2017-ci ilin may ayında laborat oriya analiz edərkən məlum oldu ki, buğda keyfiyyətsiz hala düşmüşdür. Buğdanın girovda olduğu 2 il müddətində Banka 3 dəfə buğdanın vəziyyəti barədə monitorinq keçirmək üçün müraciət etmişlər. Onların məktublarına bank məsuliyyətsiz yanaşaraq, nəinki nümayəndə göndərdi, heç müraciətlərinə cavab da vermədi. Müqavilədən irəli gələn məsuliyyəti dərk edərək buğdanın keyfiyyətinin yoxlanılması üçün İngiltərədə yerləşən, dünyada on nüfuzlu keyfiyyət nəzarəti təşkilatı olan “Baltic Control” təşkilatına və onun Azərbaycandakı nümayəndəliyi “X10” MMC-yə müraciət etmişlər. Onlarla müqavilə bağlamışlar və ödəmə aparmışlar. MMC-nın nümayəndələri və laboratoriya işçiləri anbardakı girov götürülmüş buğdadan nümunə götürərək analiz etdilər və girov götürülmüş buğdaya ekspertiza sertifikatı verdilər. X16 təşkilatının ekspertiza analizinə görə girovda olan buğda uzun müddət saxlandığından onun tərkibi dəyişmiş, kifləşmiş, qaralmış, 3-cü dərəcəli gənələrlə zəhərlənmiş, qlüteyn müəyyən edilə bilməz hala düşmüş, istifadəsi mümkün olmayan vəziyyətə düşmüş və təcili olaraq anbardan daşınaraq zərərsizləşdirilməsi zərurəti yaranmışdır. Bu haqda müəssisədə yaradılmış komissiya Baltic Control Azərbaycan nümayəndəliyinin iştirakı ilə Akt bağladı. Bu məhsulu müəssisənin anbarından daşıyıb zərərsizləşdirmək üçün xxxxnə müraciət etmişlər və müqavilə bağlayıb, ödəmə aparmışlar. 18.05.2017-ci il və 19.05.2017-ci il tarixlərdə yük nəqliyyat vasitələri ilə hər günə 661 ton olmaqla iki gün ərzində buğda məhsulu xxxxnin tullantı poliqonuna daşınaraq zərərsizləşdirildi. Müəssisə anbarında Azərbaycan Respublik ası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 25 iyun 2015-ci il tarixli DMEA/TS-332-10/2015 saylı müqaviləsinə əsasən X13 14.000 ton buğdasını saxlancda saxlayır. Girova götürülmüş buğdanın keyfiyyətsiz hala düşməsi, kiflənməsi və 3-cü dərəcəli gənələrlə zəhərlənməsi həmin anbarda yanaşı saxlanılan X13 14.000 ton buğdasının da keyfiyyətsiz hala düşməsinə təhlükə yaratdığından, bankın buna məsuliyyətsiz yanaşmasına baxmayaraq təcili olaraq girovda olan buğdanı qanuna müvafiq qaydada anbardan çıxarmışlar. Bununla bağlı da məlum olduğu kimi külli miqdarda ziyana düşmüşlər. Bankın məsuliyyətsiz hərəkəti və günahı üzündən girov predmeti olan buğda məhsulu birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişmiş və məhv olmuşdur. Məhz ona görə də bank girov qoyanın girov predmetinin itir ilməsi nəticəsində dəyən zərərin əvəzini, onun saxlanılması üçün çəkilmiş xərcləri, dövriyyə mallarını girovda saxladığı üçün əldən çıxmış faydanı və buğda yararsız hala düşdükdən sonra onun məhv olması ilə bağlı çəkilmiş bütün xərcləri ödəməlidir. 1322 ton buğdanın müəssisənin anbarında saxlancda saxlanılmamasından müəssisənin itirdiyi maddi zərərin hesablanması — müəssisə anbarında FHN-nin Dövlət X1 25 iyun 2015-ci il tarixli DMEA/TS-332-10/2015 saylı müqaviləsinə əsasən Taxıl Fondunun 14.000 ton buğdasını saxlancda saxlayır. (FHN-nin Cavabdeh3KM ilə bağladığı müqavilə əlavə edilir) Taxıl Fondunun 1322 ton miqdarında buğdasını 24 ay müddətində saxlancda saxlasa idilər FHN-yi Taxıl Fondunun kontraktında göstərilən normativə uyğun olaraq 1 ton taxılın 1 ay müddətində saxlanması üçün ƏDV- siz 1,80 manat olmaqla aşağıdakı məbləğdə gəlir əldə etmiş olardılar. Bxxxxə ki, bir ayda saxlanc məbləği: 1322 ton x 1.80 = 2380AZN təşkil edir. 24 ay x 2380AZN = 57.120 AZN. Bxxxxəliklə, Cavabdeh3 KM 24 ay müddətində anbarında 1322 ton buğdanın saxlancda saxlanmasından 57.120 AZN gəlir itirmişdir. 1322,78 ton buğdanın girova götürülərək emala getməməsindən müəssisənin itirdiyi maddi zərərin hesablanması Cavabdeh3 nəzdində üyütmə gücü 1800 ton olan un dəyirmanı fəaliyyət göstərir. Müəssisə Bank VTB-dən dövriyyə malları olan buğda xammalının alınması üçün kredit götürmüşdür. Alınmış kredit hesabına idxal edilmiş dövriyyə malları olan 1322,78 ton buğda girov müqaviləsi əsasında girova götürülmüşdür. Məhz ona görə də, müəssisənin dövriyyə mallarının hərəkəti məhdudlaşdırılmışdır, bu da sonda ciddi nəticələrə səbəb olmuşdur. Müəssisə un dəyirmanında buğda xammalını emal edərək un və kəpək hazır məhsulu istehsal edir. Un dəyirmanı texnoloji çıxım sxeminə görə 1 ton buğdadan 72% əla növ un, 28% kəpək məhsulu istehsal edir. Bxxxxə ki, 1322,78 ton buğdadan müəssisənin texnoloji üyütmə sxeminə görə 72%, yəni 951,8 ton əla növ un, 28%, yəni 370 ton kəpək məhsulu emal edir. May 2015-ci il - may 2017-ci il tarixə kimi mövcud olmuş bazar qiymətlərinə görə 1 ton əla növ unun qiymət 500 AZN, 1 ton köpəyin qiyməti isə 214 AZN-ə satılmışdır. Bazar qiymətlərinə əsaslanaraq 1322 ton buğdanın emalından alınmış hazır məhsulun satışı aşağıdakı məbləği təşkil edir: (müəssisənin kalkulyasiya və digər sənədləri əlavə edilir) 951,8 ton əla növ un - 72%, 951,8 ton un x 500AZN = 475.900AZN, 370 ton k əpək - 28%, 370 ton kəpək x 214AZN = 79.180AZN, cəmi satış – 555.080 AZN. 1322.78 ton buğda xammalının emalından əldə olunan hazır məhsulun satışından xalis aylıq gəlir 55.080 AZN və ya 11% təşkil edir. 24 ay müddətində itirilmiş xalis gəlir aşağıdakı məbləğdən ibarətdir:24 ay x 55.080AZN =1.321920 AZN, 1322 ton buğda 24 ay müddətində girova götürüldüyündən müəssisədə hər ay 1322 ton buğdanın emalı məhdudlaşdırılmışdır, bu da sonda müəssisənin 132.192.0 AZN gəlirinin itməsinə səbəb olmuşdur. Fevral 2015-dekabr 2015-ci il tarixlərdə 1 $= 1.05AZN təşkil etmişdir. Dekabr 2015-ci il - may 2017ci il tarixlərdə 1 $ = 1.70AZN təşkil etmişdir. Ortalama 1 $-ın AZN məzənnəsi yuxarıda göstərilmiş müddətlərdə 1 $=1.37AZN təşkil etmişdir. Yuxarıda qeyd edilmiş itirilmiş zərəri dollar üzərindən hesablan sa, o zaman aşağıdakı məbləği alınır: ******* AZN: 1.37AZN = 964905 $. Yuxarıdakılar ümumiləşdirilsə Cavabdeh3KM 1322.78 ton buğdanın 24 ay müddətində girov müqaviləsi əsasında girova götürülərək emalının və fəaliyyətinin məhdudlaşdırılmasından 964.905 ABŞ dolları itki vermiş və eyni zamanda girova götürülən 500 000 manat dəyərində buğda məhsulu 2014-cü ildə idxal edilmiş, idxal zamanı kurs 1 $ = 0.785 AZN olmuşdur. Bu kursla hesablayaraq 500000AZN: 0.785AZN = 636456.21 ABŞ dollar dəyərində buğda məhv edilmişdir. Eyni zamanda Cavabdeh3 KM 1322.78 ton buğdanın 24 ay müddətində zərərvericilərə qarşı mübarizə üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X4 Xidmətinə 2015-ci ildə 1.895 manat, 2016-cı ildə 519,68 manat və 2017-ci ildə 519,68 manat, cəmi 2934.38 AZN məbləğ ində pul ödəmişdir. Girova götürülmüş buğdanın keyfiyyətinin yoxlanılması üçün “X10” MMC-yə 820 manat pul ödəmişdir. Yararsız hala düşmüş 1 322 ton buğdanın tullantı poliqonuna daşınması üçün sürücü (fiziki şəxslərə) 5 500 manat ödəmişdir. Yararsız hala düşmüş 1 322 ton buğdanın “xxxx” MMC-nin tullantı poliqonuna qəbulu üçün qeyd olunan MMC-yə 8000 manat ödənilmişdir. Buna görə də yuxarıda qeyd olunanlarla bağlı aparılmış 17 254 manat məbləğində pul vəsaitidə İddiaçı-dən tutularaq Cavabdeh3nə ödənilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-dən əldən çıxmış fayda qismində 1.322 ton buğdanın saxlanılmasına görə 57 120 manat, buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə görə 964 905 ABŞ dolları, real zərər qismində məhv olmuş 1 322 ton bu ğdanın dəyəri olan 636942.67 ABŞ dolları və onun saxlanılması, ekspertizası, daşınması və məhv edilməsinə görə 17 254 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh3nə ödənilməlidir. Bunlarla yanaşı, Cavabdeh3 1 000 000 ABŞ dolları kredit götürən zaman ABŞ dollarının manata olan məzənnəsi 0.7850 manat təşkil edirdi ki, bunun da əsasında Cavabdeh3nə 785.000 manat məbləğində kredit ayrılmış və həmin məbləğdən alınmış 500.000 manat dəyərində buğda girov götürülərək nəticədə bankın təqsiri ucbatından məhv edilmişdir. 500.000 manat dəyərində olan buğda 2014-cü ildə Qazaxıstan Respublikasından idxal edilmişdir. Həmin buğdanın dəyəri 500.000 AZN: 0,785=636942.67ABŞ dolları müvafiq olaraq ödənilmişdir. 636.942,67 ABŞ dolları dəyərindəki buğda bank tərəfindən girova götürülmüş və onun təq siri ucbatından məhv olmuşdur. Eyni zamanda bankdan kredit kimi götürülən pul vəsaitinin 636942.67 ABŞ dollarının təyinatı üzrə istifadəsi bank tərəfindən məhdudlaşdırılmasına baxmayaraq həmin məbləğə 166152 ABŞ dolları məbləğində faiz və əlavə cərimələr hesablanmışdır ki, bununla bağlı bankın tələb irəli sürməsi tam qanunsuz və əsassızdır. Cavabdeh3 “Bank VTB (Azərbaycan)” ASC-yə 244 792.59 ABŞ dolları məbləğində ödəniş etmişdir ki, bu da bugünkü məzənnəyə uyğun olaraq 416 146 manat təşkil edir. Bu qeyd edilənlərdən də aydın olduğu kimi, “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi və.s” tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh1 ərizə təqdim edərək bildirmiş dir ki, Cavabdeh3 ilə “Bank VTB (Azərbaycan)” ASC arasında 26 dekabr 2013-cü il tarixli, 100526-1-101021/1 saylı bərpa olunan kredit xətti müqaviləsi bağlanılmış və həmin müqavilənin şərtlərinə əsasən “Bank VTB (Azərbaycan)” ASC tərəfindən “xxxx” Kiçik Müəssisəsinə illik faiz dərəcəsi 13% olmaqla, 36 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqavilədən yaranan öhdəliklər üzrə o, zaminlik müqaviləsi imzalamış və öhdəlik götürmüşdür. “Bank VTB (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, 26 dekabr 2013-cü il tarixli 100526-1-101021/1 saylı bərpa olunan kredit xətti müqaviləsinə 22.05.2015-ci il tarixdə və 11.03.2016-cı tarixdə əlavə razılaşmalar tərtib olunaraq imzalanmış və hər iki razılaşmadan da onun məlumatı olma dan kredit müqaviləsinin əsas şərtləri dəyişdirilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin müddəti və məbləğində dəyişikliklər olmuşdur. Bununla bağlı onun heç bir razılığı alınmamış və ona məlumat verilməmişdir. Kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməsi, “Bank VTB (Azərbaycan)” ASC- cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsinə və.s” dair iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Aytən Mirzazadə) 2(004)-5130/2017 nömrəli, 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(004)-5130/2017 saylı qətnaməsi ilə i lkin iddia qismən təmin edilərək, 1.033.944 ABŞ dolları əsas borc, 111.636,85 ABŞ dolları faiz borcu, 38.045,50 ABŞ dolları cərimə borcu, ümumilikdə isə 1.183.626,35 ABŞ dolları, 60 manat məhkəmə xərcinin Cavabdeh3ndən tutularaq iddiaçı “xxxxASC-yə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, ekspertiza tədqiqatının aparılmasına görə 590 manat məbləğində pul vəsaitinin Cavabdeh3ndən tutularaq “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, X11 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı sahəsi 254 kv.m olan 3424A nömrəli bağ evinə (bağ evinin tərkibinə daxil olan sahəsi 213,7 kv.metrdən ibarət həyətyanı tikili və qurğu (qaraj, h/tualet, gözət çi otağı, hovuz, yay mətbəxi, darvaza, hasar) birlikdə yönəldilərək, həmin evin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 1.350.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 və Cavabdeh2 qarşı iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə görə 964.905 ABŞ dolları, real zərər qismində məhv olmuş 1322 ton buğdanın dəyəri olan 636.456,21 ABŞ dolları, onun daşınması və məhv edilməsi ilə bağlı xərclərə görə 13.500 manat məbləğində pul vəsaiti “xxxxASC-dən tutularaq Cavabdeh3nə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ma liyyə arayışına əsasən borc alanın 20.04.2017-ci il tarixə ******* ABŞ dolları əsas borcu, 111636,85 ABŞ dolları faiz borcu, 38045 ABŞ dolları cərimə borcu vardır. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Bxxxxə ki, "İpoteka haqqında" Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. İddiaçı ipoteka predmetinin ilkin satış qiymətinin 310000 manat məbləğində müəyyən edilməsini tələb edərək “Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin Ekspert rə yi” adlı sənədi təqdim etmişdir. Həmin rəydə bağ evi 310000 AZN məbləğində qiymətləndirilmişdir. Lakin bu rəy ümumiyyətlə əsaslandırılmamış, bir səhifədən ibarət qısa xülasə şəklindədir. Ona görə də, məhkəmə düzgün olaraq həmin sənədi ipoteka predmetinin real bazar dəyərini əks etdirə biləcək mötəbər sübut kimi nəzərə almamışdır. 03.07.2017-ci il tarixli qərardadla ipoteka predmetinin bazar dəyərinə uyğun qiymətləndirilməsi “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə həvalə olunmuş, 03.10.2017-ci il tarixli ekspert rəyinə əsasən 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254 kv.metrdən ibarət əsas tikili, onun tərkib hissələri olan yardımçı tikililər nəzərə alınmadan 950000 manat məbləğində qiymətləndirilmişdir. Daha sonra cavabdeh tərəf eyni qurumun mütəxəss is rəyini təqdim etmiş, həmin rəydə yardımçı tikililər da nəzərə alınmaqla, bütövlükdə bağ evinin dəyəri 1.350.000 manat müəyyən olunmuşdur. Baxmayaraq ki, təqdim olunan sonuncu sənəd ekspert rəyi deyil, mütəxəssis rəyidir, hər iki sənəd eyni təşkilat tərəfindən verildiyindən, müəyyən olunmuş sonuncu qiymət ipoteka predmetinin ipoteka müqaviləsində müəyyən olunan qiyməti ilə uzlaşdığından, mütəxəssis rəyi ekspert rəyi ilə eyni qaydada əsaslandırıldığından, rəylərdəki qiymətlər bir-birini təkzib etmədiyindən, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən mütəxəssis rəyindəki qiyməti nəzərə almışdır. Zaminlik müqaviləsi Cavabdeh2 ilə 13.12.2013-cü ildə, Cavabdeh1 ilə isə 20.12.2013-cü ildə bağlanmış, kredit 20.12.2013-cü il tarixdə verilmişdir. Məhkəmə "xxxx"nda müqavil ənin mühüm şərti olan faiz dərəcəsi göstərilmədiyindən, bağlanmış kredit müqaviləsində isə faiz dərəcəsi ilə bağlı zaminlərin razılığı alınmadığından, həmçinin kredit müqaviləsinin şərtləri 22.05.2015-ci il tarixdə dəyişdirilərək, kreditin qaytarılma tarixi uzadıldığından, bu isə onların məsuliyyətinin artmasına səbəb olduğundan (MM 477.0.1 maddəsi), bununla da, zaminliyə xitam verildiyindən, ilkin iddia tələbi zaminlərə münasibətdə təmin edilməməsi nəticəsinə gəlmişdir. Qarşılıqlı iddia üzrə məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında 22.05.2015-ci il tarixdə "Dövriyyədəki malların girov müqaviləsi" bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ümumi dəyəri 500.000 AZN (məhsulun hər tonunun qiym əti 378 AZN) olan 1322,7513 ton miqdarında buğda bankın xeyrinə girov qoyulmuşdur. Girov müqaviləsinin 5.2.1-ci bəndinə əsasən girov predmetinin (əmtəə ehtiyatları, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a) tərkibini və natural formasını dəyişdirir bu şərtlə ki, onun ümumi dəyəri bu Müqavilənin 3.5-ci bəndində göstərilən girov qiymətindən (dəyərindən) aşağı düşməsin. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən girov predmeti 500.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin müqaviləsinin 5.1.10-cu bəndinə əsasən girov qoyan girov predmetini bankın bu barədə yazılı razılığı olmadan müqavilə ilə müəyyən olunmuş ünvandan daşımır. Məhkəmə qeyd etmişdir ki, dövriyyədəki malların girovu onunla xarakterizə olunur ki, bu girov zamanı girov predmetinin tərkibi, natural forması dəyişdirilə bilər, girov predmeti yeni mal girov qoyulması şərti ilə özgəninkiləşdirilə bilər. Yeni girova qoyulmuş mal mütləq dövriyyədə olmalı, dövriyyədən gəlir gəlməlidir. Girov müqaviləsinin 5.1.10-cu bəndi isə dövriyyədəki malların girovunun mahiyyətinə zidd olmaqla, müqavilənin digər bəndləri uzlaşmır. Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Girov müqaviləsinin 5.1.10-cu bəndi qeyri-müəyyən olduğundan, həmin müqavilə şərti onun müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin - iddiaçının ziyanına şərh olunmalı, müvafiq mənfi nəticələri həmin tərəf daşımalıdır. Cavabdeh “xxxx" Kiçik Müəss isəsi yerində monitorinq keçirərək girov qoyulan buğdaya müvafiq sərəncam vermək üçün nümayəndə göndərilməsi ilə bağlı banka müraciət etdiyini bildirərək, 21.09.2015-ci il tarixdə, 08.08.2016-cı il tarixdə və 27.01.2017-ci il tarixli məktubları məhkəməyə təqdim etmişdir. İddiaçının nümayəndəsi bxxxxə bir məktub almadıqlarını iddia etsə də, həmin məktubların üzərindəki və şirkətin göndərilən məktub və sənədlərin qeydiyyatı kitabındakı qeydlər iddiaçının bu dəlilini aradan qaldırır. 21.09.2015-ci il tarixli məktubda bildirilmişdir ki, girov predmeti olan buğda anbarda saxlanılır, buğda mövsümi kənd təsərrüfatı məhsulu olduğundan, uzun müddət saxlanılması məhdudlaşdırılır, müəssisənin laboratoriyası tərəfindən buğdanın mütəmadi keyfiyyət göstəriciləri yoxlanılır, müəyyən olunmuşdur ki, buğdan ın keyfiyyətinin pozulması təhlükəsi yaranıb. Məktubda buğdanın saxlanma şəraitinə və nəzarət monitorinqində iştirak etmək üçün bankın nümayəndəsinin göndərilməsi xahiş olunmuşdur. 27.01.2017-ci il tarixli məktubda son yoxlama zamanı buğdanın keyfiyyətinin xeyli pozulduğu, daha öncə banka iki dəfə müraciət olunduğu, bankın monitorinqdə iştirak etmədiyi, məktublara cavab verilmədiyi qeyd edilərək, müqavilənin şərtlərinə əsasən girov predmetinin yerinin dəyişdirilməsinin mümkün olmaması vurğulanmış, yenidən buğdanın mövcud keyfiyyətinin dəyərləndirilməsi üçün nümayəndənin göndərilməsi və yazılı cavab verilməsi tələb olunmuşdur. Məhkəmə hesab etmişdir ki, girov müqaviləsində girov predmetinin bankın razılığı olmadan müqavilədə müəyyən olunmuş ünvandan daşınması qadağan olunduğundan, bank həmi n buğdanın məhv olmasına görə də məsuliyyət daşımalıdır. Buna görə də, qarşılıqlı iddia buğdanın dəyəri kimi 636456,21 ABŞ dolları, məhv olmuş buğdanın zərərsizləşdirilməsi ilə əlaqədar 13500 manat real zərər, buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə görə 964905 ABŞ dolları əldən çıxmış fayda hissəsində təmin edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 306.1, 306.2, 419.2, 21.1, 21.2, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1, 34.1.2, 59.3-cü maddələri ilə əsaslandırmışdır. İddiaçı “xxxxASC apxxxxlyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsinin qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin 1.350.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddianın rədd edilməsi hissələrində və qarşılıqlı iddianın təmin edilən hissələrində ləğv edilməsi, “xxxxASCnin iddiasının tam təmin edilməsi, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh3 qətnamədən apxxxxlyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin 2(004)-5130/2017 saylı 29 noyabr 2017-cİ il tarixli qətnaməsinin “xxxxASC-nin Cavabdeh3nə qarşı pul tələbi hissəsində qismən ləğv edilərək, Cavabdeh3 faiz borcu kimi ödədiyi 48 505,50 ABŞ dollarının əsas borcdan silinməsi, Cavabdeh3ndən “xxxxASC- nin xeyrinə 314551,83ABŞ dolları əsas borc, 57941 ABŞ dolları faiz borcunun tutulması və qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apxxxxyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apxxxxlyasiya Məhkəməsinin (hakimlər X.Sa rıyev - sədrlik edən və məruzəçi, M.Məmmədov və E.Nağıyeva) 2(103)-3279/2018 saylı 10 oktyabr 2018-ci il tarixli xüsusi qərardadı ilə girov predmeti olan 1322 ton buğdanın məhv edilməsi ilə bağlı məsul olan şəxslərin əməllərində cinayət tərkib əlamətlərinin olub-olmamasının araşdırılması üçün Bakı şəhər Prokurorluğuna məlumat verilməsi qərar alınmışdır. Bakı Apxxxxlyasiya Məhkəməsinin (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, M.Məmmədov və E.Nağıyeva) 2(103)-3279/2018 saylı 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apxxxxlyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(004)5130/2018 qətnaməsi ilkin iddianın - “Bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavab deh2 və onun ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, Sumqayıt şəhəri, X11 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı sahəsi 254 kv.metr olan 3424A nömrəli bağ evinə (bağ evinin tərkibinə daxil olan sahəsi 213,7 kv.metrdən ibarət həyətyanı tikili və qurğu (qaraj, h/tualet, gözətçi otağı, hovuz, yay mətbəxi, darvaza, hasar) tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin sahədən Cavabdeh2 çıxarılmaqla, bağ evi boşaldılması, qətnamənin ilkin iddia ilə bağ lı qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, Cavabdeh3 apxxxxyasiya şikayətinin rədd edilməsi qət edilmişdir. Apxxxxlyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, borc alan kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən iddiaçının tələb etdiyi məbləğin ondan tutulması, tutma ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ******* manat təyin olunması hissəsində qətnamə düzgündür, iddiaçının bu hissədə olan dəlilləri isə əsassız hesab edir. Lakin birinci instansiya məhkəməsi “Bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onun ailə üzvlər i yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair” hissədə ilkin iddianı təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də, məhkəmə kollegiyası “İpoteka haqqında” Qanunun 59.1 və 59.3cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı tərəfin apxxxxlyasiya şikayəti qeyd olunan hissədə qismən təmin edilməlidir. Kollegiya qeyd edir ki, müqavilənin 5.1.10-cu bəndi müqavilənin 5.2.1-ci bəndinə zidd kimi qəbul edilməməlidir. Bxxxxə ki, Mülki Qanunvericiliyin tələbindən və müqavilənin şərtlərindən göründüyü kimi, girov qoyan olan cavabdeh girov predmetinin tərkibini və natural formasını girovun dəyərindən aşağı olmamaq şərti ilə dəyişə bilər. Deməli, mall ar dövriyyədə olduğu üçün, həmin malların xarab olması labüd olur və buna görə də, girov qoyana malların dəyişdirilməsi hüququ verilir. Girov müqaviləsinin 6.2-ci bəndinə əsasən müqavilənin 5.1.6 və 5.1.7-ci bəndləri ilə müəyyən olunan vəzifələrin “Girov qoyan” tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində girov predmetinin məhv olması, itirilməsi və ya zədələnməsinə görə məsuliyyəti “Girov qoyan” daşıyır. Həmin müqavilənin 5.1.6-cı bəndinə əsasən girov qoyan vəzifə olaraq girov predmetinin salamatlığını təmin edir, üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiə edir. Həmin müqavilənin 5.1.7-ci bəndinə əsasən girov predmetinin məhv olması, itirilməsi və ya zədələnməsi təhlükəsi yarandıqda “Bank”a dərhal məlumat verir. Göründüyü kimi, girov predmetinin sal amatlığını təmin etmək girov qoyanın vəzifəsi olmaqla, girov qoyan girov predmetinin məhv olması, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Kollegiya hesab etmişdir ki, girov predmeti dövriyyədə olan ərzaq məhsulu-buğda olmaqla, girov qoyan həmin buğdanın keyfiyyətinin aşağı düşməsinə görə girov predmetinin tərkibini və natural formasını girovun dəyərindən aşağı olmamaq şərti ilə dəyişdirmədiyindən, bununla da, məsuliyyət girov qoyanın üzərinə düşdüyündən, qarşılıqlı iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apxxxxlyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3279/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC kassasiya şikayəti verərək Bakı Apxxxxlyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3279/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ilk iddianın təmin edilməməsinə dair hissədə ləğv edilərək, ilk iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Dəmirov - sədrlik edən və məruzəçi, A.İsgəndərov və Ə.Əhmədov) 15 mart 2019-cu il tarixli, 2(102)-1617/2019 nömrəli qərarı ilə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin və Cavabdeh3 kasasiya şikayətləri qismən təmin olunaraq Bakı Apxxxxlyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apxxxxyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası hər iki kassasiya şikayətinin dəlillərini işin faktiki halları ilə qarşılıqlı surətdə öyrənib təhlil edərək qeyd etmişdir ki, mülki işin 1-ci cildinin 87-88-ci səhifəsində olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış, 26 oktyabr 2016-cı il tarixli, 1244/P saylı pretenziyadan görünür ki, iddiaçı 11 mart 2016-cı il tarixli “Bərpa olunan kredit xətti müqaviləsi”nə dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən cavabdehlərin 25.10.2016-cı il tarixinə Banka əsas borc məbləğinin 981.901,15 dollar olduğunu göstərdiyi halda, iddia tələbində isə yenə həmin Razılaşmaya əsasən əsas borcun məbləğinin 1.033.944,00 ABŞ dolları olduğunu göstərmişdir. Lakin apxxxxlyasiya instansiyası məhkəməsi C avabdeh3 tərəfindən qeyd olunan müqavilədən sonra hansı məbləğdə kredit borcunun ödənilməsini araşdırmamış, həmin ziddiyyətə hüquqi qiymət verməmiş, bununla əlaqədar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasının zəruriliyini araşdırmamışdır. Bundan başqa 22 may 2015-ci il tarixli, “Dövriyyədəki malların girov müqaviləsi” adlı 303305 saylı müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Cavabdeh3 qarşılıqlı iddia tələbində yerində monitorinq keçirərək girov qoyulan buğdaya m üvafiq sərəncam vermək üçün nümayəndə göndərilməsi ilə bağlı Banka rəsmi müraciət edildiyini bildirərək müvafiq məktubları birinci instansiya məhkəməsinə təqdim etmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsinin qətnaməsində aşağıdakılar qeyd olunmuşdur: “...cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi məktublardan aydın olur ki, borc alan dəfələrlə banka, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasına manatın ABŞ dolları qarşısında məzənnəsinin aşağı düşməsi ilə əlaqədar kredit müqaviləsinə dəyişiklərin edilməsini xahiş etmişdir. O cümlədən borc alan 21.09.2015-ci il tarixdə, 08.08.2016-cı il tarixdə və 27.01.2017-ci il tarixdə banka məktublar göndərmişdir. 21.09.2015-ci il tarixli məktubda bildirilmişdir ki, girov predmeti olan buğda anbarda saxlanılır, buğda mövsümi kənd təsərrüf atı məhsulu olduğundan, uzun müddət saxlanılması məhdudlaşdırılır, müəssisənin laboratoriyası tərəfindən buğdanın mütəmadi keyfiyyət göstəriciləri yoxlanılır, müəyyən olunmuşdur ki, buğdanın keyfiyyətinin pozulması təhlükəsi yaranıb. Məktubda buğdanın saxlanma şəraitinə və nəzarət monitorinqində iştirak etmək üçün bankın nümayəndəsinin göndərilməsi xahiş olunmuşdur. 08.08.2016-cı il tarixli məktubda girov müqaviləsinin 5.1.10-cu bəndinə istinad olunmuş, öncəki məktuba cavab alınmadığı bildirilmiş, yenidən nümayəndənin göndərilməsi xahiş olunmuşdur. 27.01.2017-ci il tarixli məktubda son yoxlama zamanı buğdanın keyfiyyətinin xeyli pozulduğu, daha öncə banka iki dəfə müraciət olunduğu, bankın monitorinqdə iştirak etmədiyi, məktublara cavab verilmədiyi qeyd edilərək, müqavilənin şərtlərinə ə sasən girov predmetinin yerinin dəyişdirilməsinin mümkün olmaması vurğulanmış, yenidən buğdanın mövcud keyfiyyətinin dəyərləndirilməsi üçün nümayəndənin göndərilməsi və yazılı cavab verilməsi tələb olunmuşdur. Şirkətin qeydiyyat kitabına baxış keçirilərkən aydın olmuşdur ki, həmin müqavilə şərtlərinin dəyişdirilməsi barədə təklifləri özündə əks etdirən məktublar, həm də buğdanın keyfiyyəti ilə bağlı banka ünvanlanmış məktublar ardıcıllıqla qeydə alınmışdır. Həmçinin məktubların üzərində “Hacıyeva” soyadı yazılmışdır. İddiaçının nümayəndəsi həmin soyadlı şəxsin bankın işçisi olduğunu təsdiq etmişdir...”. Lakin apxxxxlyasiya instansiyası məhkəməsi 22 may 2015-ci il tarixli “Dövriyyədəki malların girov müqaviləsinə əsasən öz vəzifəsini icra etməməsi və ya lazımınca icra etməməsinə görə 500.00 0 manat məbləğində 1322,78 ton buğda məhsulunun məhv olmasına görə hansı tərəfin təqsirinin olmasına hüquqi qiymət verməmişdir. Apxxxxlyasiya instansiyası məhkəməsi girov qoyanın hüquqlarına aid olan müqavilənin 5.2.1ci bəndinə istinad etmişdir. Həmin bəndə əsasən girov qoyan girov predmetinin (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirir, bu şərtlə ki, onun ümumi dəyəri bu Müqavilənin 3.5-ci bəndində göstərilən girov qiymətindən dəyərindən aşağı düşməsin. Lakin bununla əlaqədar apxxxxlyasiya instansiyası məhkəməsi girov predmetinin tərkibinin və natural formasının dəyişdirilməsinə girov qoyanın maddi imkanlarının olub-olmamasına, 1322,78 ton buğda məhsuluna münasibətdə bunun texniki cəhətdən mümkün olub-olmamasın a hüquqi qiymət verməmişdir. Apxxxxlyasiya instansiyası məhkəmə kollegiyası tərəflərdən ziyan vurulmasında kimin təqsirinin olmasını müəyyən etməmiş, 10.10.2018-ci il tarixdə xüsusi qərardad çıxarıb təqsirlilik məsələsinin müəyyən edilməsini prokurorluğun üzərinə qoymuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, sübutetmə yükünün 3-cü şəxsin üzərinə qoyulması yolverilməzdir. Hazırkı iş üzrə xüsusi qərardad tərəflərdən birinə münasibətdə çıxarıla bilərdi. Bundan əlavə apxxxxlyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə zaminlər olan Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinin təmin olunmamasına dair zaminlik müqavilələrinin şərtlərinə tam hüquqi qiymət verməmişdir. Bxxxxə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəl iyin təmin edilməsi üçün də bağlana bilər. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsinin, xxxxəcə də Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsinin 3.4.4-cü bəndinə əsasən hər iki zamin zaminliklə təmin edilmiş öhdəliyin dəyişdirilməsinə, dəyişdirmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olub-olmamasından asılı olmayaraq, habxxxxə zaminliklə təmin edilmiş öhdəliyin başqa şəxsə keçməsinə etiraz etməməyi öhdələrinə götürmüşlər. Apxxxxyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apxxxxlyasiya Məhkəməsinin(hakimlər X.Mərdanova, E.Həsənov və F.Babayev) 2(103)7665/2019 saylı, 29.10.2019-cu il tarixli qətnaməsi ilə, ilk iddia üzrə iddiaçı “Bank VTB (Azə rbaycan)” ASC-nin apxxxxlyasiya şikayəti rədd edilərək, ilk iddia üzrə Cavabdeh3 apxxxxlyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2017 nömrəli, 29 noyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh3ndən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulmalı olan əsas borcun 999.353,45 ABŞ dolları, faiz borcunun isə 83.022,38 ABŞ dolları məbləğində müəyyən edilməsi, ekspertizanın dəyəri 100 manat təşkil etdiyindən həmin məbləğin Cavabdeh3ndən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qərardadına əsasən keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfind ən təqdim edilmiş 03 sentyabr 2019-cu il tarixli 18451 saylı ekspert rəyinə əsasən, borclunun 20 dekabr 2013-cü il tarixə, əsas borcu 999.353,45 ABŞ dolları, faiz borcu isə 83.022,38 ABŞ dolları hesablanmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə 20.04.2017-ci il tarixə 1.033.944 ABŞ dolları əsas borc və 111.636,85 ABŞ dolları faiz borcu təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, Bank tərəfindən ödənilməsi tələb olunan əsas və faiz məbləğinin çox hesablandığı müəyyən olunmuşdur. Bxxxxə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz bor cunun tutulması hissəsində dəyişdirilməli, borcludan banka ödənilməmiş əsas borcu 999.353,45 ABŞ dolları, faiz borcu 83.022,38 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə uyğun olaraq, cavabdehlərdən iddiaçının xeyrinə tutulmuş cərimə borcunu müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfındən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş əmlaklara yönəldilməli, həmin əmlakların açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka öd ənilməlidir. Apxxxxlyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş digər rəyləri nəzərdən keçirmiş və həmin rəyləri Əmlak Bazarı İştirakçıları ” İB-nin 220/10-17/M-01-S saylı 05 oktyabr 2017-ci il tarixli rəyi təkzib etmədiyini müəyyən etmişdir. Bxxxxə olan halda qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil müəyyən edilməmişdir. İlk iddia üzrə birinci instansiya məhkəməsi ipoteka predmetlərinin dəyərinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Apxxxxlyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, zaminlər kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmaları ilə tanış olmamış, həmin kredit razılaşmaları üzrə müəyyən edilmiş faizlər, kreditin müddəti və məbləği ilə bağlı məlumatı olmamışdır. Kollegiya qeyd etmişdir ki, zaminlər Cavabdeh3 təsisçiləri olsalar da, bankla Cavabdeh3 arasında 20/12/2013-cü il tarixli 100526-1-10102/1 saylı bərpa olunan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 11 mart 2016-cı il tarixli 02 saylı razılaşma bağlanmış, həmin razılaşma ilə bağlı Cavabdeh3 təsisçilərin qərarı ilə təstiqlənməmişdir. Cavabdehlərin təsisçi kimi həmin razılaşmanın bağlanmasına dair razılıqları olmadığından onların bank qarşısında olan məsuliyyətləri onlardan asılı olmayan səbəblərdən artmışdır. Bxxxxə olan halda onlar zamin qismində məsuliyyət daşıya bilməzlər. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlə r. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və bxxxxə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipotekasaxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Bxxxxə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi ilə bağlı hissəsi ilə qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında 22.05.2015-ci il tarixdə “Dövriyyədəki malların girov müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ümumi dəyəri 500000 manat (məhsulun hər tonunun qiyməti 378 AZN) olan 1322,7513 ton miqdarında buğda bankın xeyrinə girov qoyulmuşdur. Girov müqaviləsinin 5.1.10-cu bəndində qeyd edilmişdir ki, girov qoyan girov predmetini bankın bu barədə yazılı razılığı olmadan müqavilə ilə müəyyən olunmuş ünvandan daşımır. Cavabdeh3 yerində monitorinq keçirərək girov qoyulan buğdaya müvafiq sərəncam vermək üçün nümayəndə göndərilməsi ilə bağlı banka müraciət etdiyini bildirərək, müvafiq məktubları birinci instansiya məhkəməsinə təqdim etmişdir. İddiaçının nümayəndəsi bxxxxə bir məktub almadıqlarını iddia etsə də, həmin məktubların üzərindəki və şirkətin göndərilən məktub və sənədlərin qeydiyyatı kitabındakı qeydlər i ddiaçının bu dəlilini aradan qaldırmışdır. Bxxxxə ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi məktublardan aydın olur ki, borc alan dəfələrlə banka, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasına manatın ABŞ dolları qarşısında məzənnəsinin aşağı düşməsi ilə əlaqədar kredit müqaviləsinə dəyişikliklərin edilməsini xahiş etmişdir. O cümlədən borc alan 21.09.2015-ci il tarixdə, 08.08.2016 və 27.01.2017-ci il tarixdə banka məktublar göndərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şirkətin qeydiyyat kitabına baxış keçirilərkən aydın olmuşdur ki, həm müqavilə şərtlərinin dəyişdirilməsi barədə təklifləri özündə əks etdirən məktublar, həm də buğdanın keyfiyyəti ilə bağlı banka ünvanlanmış məktublar ardıcıllıqla qeydə alınmışdır. Həmçinin məktubların üzərində “Hacıyeva” soyadı yazılmışdı r. Göründüyü kimi, buğdanın keyfiyyəti ilə bağlı məktublar banka göndərilmiş və həmin məktublar bankın əməkdaşı tərəfindən alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında həmin məktubların bankın əməkdaşı olmuş “Hacıyeva” soyadlı şəxs tərəfindən qəbul edilməsini etiraf etdiyindən kollegiya hesab etmişdir ki, girov predmeti bankın təqsiri üzündən yararsız vəziyyətə düşmüşdür. Apxxxxlyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, girov müqaviləsində girov predmetinin bankın razılığı olmadan müqavilədə müəyyən olunmuş ünvandan daşınması qadağan olunduğundan həmin buğdanın məhv olmasına görə də məsuliyyəti iddiaçı daşımalıdır. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habxxxxə sənədlərin və əşyaları n baxışının keçirilməsi haqqında” 02.05.2017-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən qəbul edilmiş qərardan görünür ki, “xxxx" Kiçik Müəssisəsinin istehsal və xidmət sahələrinin ərazisinin, binaların və istifadə olunan maşın və avadanlıqların, mühasibat sənədlərinin, əşyaların, xxxxektron daşıyıcıların baxışı keçirilmişdir. Eyni zamanda həmin departamentin 05.06.2017-ci il tarixli qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi nəzarətinin həyata keçirilməsi üzrə buğda satışı, un, kəpək, çörək istehsalı və satışı sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssis dəvət olunmuş və mütəxəssisə 01.01.2016 - 01.01.2017-ci ildən olan dövrdə sərf olunmuş xxxxektrik enerjisi və ya avadanlıqların istehsal güclərinə və sair g östəricilərinə görə satılmış və emala verilmiş buğdanın, buğdadan alınmış un, kəpək və digər məhsulların aylar üzrə həcminin, istehsala çəkilmiş bütün xərclərin, əmək məsrəflərinin və mal material xərclərinin müəyyən olunması tapşırılmışdır. Bundan başqa, 05.06.2017-cı il tarixli qərarla səyyar vergi yoxlamasının aparılması zamanı 01.01.2016 - 01.01.2017-ci il tarixlərində satılmış buğda, un, kəpək və ya çörəyin real bazar satışı qiymətini müəyyən etmək üçün ekspertiza təyin olunmuşdur. Mütəxəssis rəyində qeyd edilmişdir ki, iki il müddətində saxlanıldığından 1322,78 ton buğda məhsulu istifadəsi mümkün olmayan vəziyyətə düşmüş və anbardan daşınaraq zərərsizləşdirilmiş, məhz buna görə 1322,78 ton buğda müəssisənin istehsal ehtiyatlarından silinmiş və nəticədə müəssisəyə ciddi zərər dəymiş, müəssisə hesabat ilini zərərlə yekunlaşdırmış, silinmə vergi qanunvericiliyə uyğun həyata keçirilmişdir. Göründüyü kimi, girov qoyulmuş 1322,78 ton buğdanın məhv olması səyyar vergi yoxlaması zamanı müəyyən olunmuşdur. Buğdanı iki il müddətində girovda saxlamaqla müəssisənin fəaliyyətinin məhdudlaşdırılmasının, həmin idxal olunmuş məhsulun məhvi nəticəsində müəssisəyə dəymiş ziyanın müəyyən edilməsinə dair 24.10.2017-ci il tarixli A6-071 saylı audit rəyində girova götürülən 500.000 manat dəyərində buğdanın 2014-cü ildə Qazaxıstan Respublikasından idxal edildiyi, idxal zamanı kursun 1 ABŞ dolları - 0,785 manat olduğu, 1322,78 ton buğdanın idxal olunmasına 2014cü ilin sonlarında 636456,21 ABŞ dolları vəsait ödənildiyi qeyd edilmişdir. Həmin kurs nəzərə alınmaqla (500.000 manat ÷ 0,785 manat) 636.456,21 ABŞ dolları dəyərində buğdanın məhv edildiyi hesablanmışdır. Cavabdeh3 'Kiçik Müəssisəsi buğdanı xarici ölkədən idxal etdiyindən, onun dəyərini ABŞ dolları ilə ödədiyindən ona dəymiş real zərər hesablanarkən dolların manata məzənnəsi nəzərə alınmalıdır. Bxxxxəliklə, iddiaçıdan Cavabdeh3 xeyrinə 636456,21 ABŞ dolları real zərər tutulmalıdır. Məhv olmuş buğdanın zərərsizləşdirilməsi ilə əlaqədar Cavabdeh3 13500 manat (8000 manat + 5500 manat ) real xərc çəkmişdir ki, həmin məbləğ iddiaçıdan tutulmalıdır. Cavabdeh3 həmçinin zərərvericilərə qarşı mübarizəyə və buğdanın keyfiyyətinin yoxlanılmasına görə çəkilmiş (2934,38 manat + 820 manat) xərcləri də tələb etmişdir. Girov müqaviləsinin 5.1.6-cı bəndinə əsasən girov predmetinin salamatlığını təmin etmək girov qoyanın vəzifəsi olduğu ndan, yuxarıda adı çəkilən xərclər də girov qoyana aid edilməli və qarşılıqlı iddia həmin hissədə təmin olunmamalıdır. Girov qoyulmuş buğdanın emala getməməsi nəticəsində əldə olunacaq 964905 ABŞ dolları tələblə bağlı apxxxxlyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Səyyar vergi yoxlaması çərçivəsində əldə olunmuş ekspert rəyində qeyd olunmuşdur ki, yoxlama aparılan dövrdə istehsal olunan məhsulun rentabxxxxliyi 10-12 % arasında olmuşdur ki, bu da un üyütmə sahəsi üçün aşağı göstəricidir. Mütəxəssis rəyində də göstərilmişdir ki, girov qoyulmuş 1322,78 ton buğdanın 2017-ci ilin mayına kimi iki il müddətində hər ay emala getməməsindən müəssisə mənfəət əldə etməmiş və nəticədə büdcəyə ödəniləcək əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi kəskin azalmışdır. Göründüyü kimi, vergi yoxlam ası çərçivəsində girov qoyulmuş buğdanın dövriyyədə olmaması, yəni hər ay emala getməməsi nəticəsində Cavabdeh3 mənfəət əldə etmədiyi müəyyən olunur. Qeyd olunduğu kimi, dövriyyədəki malların girovunun mahiyyəti ondan ibarətdir ki, girov predmeti stabil olaraq qalmamalı, daim dəyişdirilməli, dövriyyədə olmalı, gəlir gətirməlidir. Buğdanın dövriyyəyə buraxılmasını əngəlləyən müqavilə şərti nəticəsində Cavabdeh3 hər ay gəlir əldə etmək imkanından məhrum olmuşdur. Bxxxxəliklə, girov qoyulmuş buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə görə 964905 ABŞ dollarının bankdan Cavabdeh3 xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 57.120 manat əldən çıxmış faydaya görə qarşılıqlı iddia tələbini haqlı olaraq rədd etmişdir. Bu tələb onunla əsaslandırılmışdır ki, müəssisə anbarında Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 müqaviləsinə əsasən Taxıl Fondunun 14000 ton buğdasını saxlancda saxlayır. Taxıl Fondunun 1322 ton miqdarında buğdası 24 ay müddətində saxlancda saxlanılsa idi, 57.120 manat gəlir əldə olunardı. Tərəf girov qoyulmuş buğdanın anbarda saxlanması nəticəsində Taxıl Fondunun eyni miqdarda buğdasını saxlaya bilməməsi ilə bağlı real sübut təqdim edilmədiyindən qarşılıqlı iddia bu hissədə təmin oluna bilməz. Həmçinin qeyd olunmalıdır ki, vergi yoxlaması çərçivəsində müəssisənin bu növ gəlirdən məhrum olması müəyyən olunmamışdır. Saxlama müddəti bitmiş buğdanın girov qoyulması barədə iddiaçının dəlili də əsassızdır. Bxxxxə ki, təqdim olunmuş gömrük sənədlərindən buğdanın 201 4-cü ilin noyabr ayında idxal edildiyi görünür ki, müqavilənin 2015-ci ilin may ayında bağlanması nəzərə alınsa, 8 aylıq müddət bitməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1, 462.1, 439.1, 295, 317.1, 319.1, 306.1, 306.2, 419.2, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 34.1.1, 59.3, 36.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC kassasiya şikayəti verərək Bakı Apxxxxlyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7665/2019 nömrəli, 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin ilk iddianın təmin edilməməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair hissədə ləğv edilərək, ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın tam rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdi r. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakim İ.Xələfov, G.Quliyev, Z.Əliyev) 03 iyun 2020-ci il tarixli 2(102)2044/2020 saylı qərarı ilə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apxxxxlyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apxxxxlyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cavabdeh3 1996-cı ildə dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərir. Müəssisənin təsisçiləri Cavabdeh2 və Cavabdeh1 qardaşlarıdır. Müəssisənin təmsilçisi və direktoru Cavabdeh2dur. Müəssisənin direktoru olan Cavabdeh2 20 dekabr 2013-cü il tarixli “Bərpa olunan kredit müqaviləsi”nin bağlanmasında bilavasitə iştirak et miş, müqavilənin hansı müddətə, hansı şərtlərlə bağlanması, o cümlədən kreditə hesablanan faiz dərəcəsi ona məlum olmuşdur. Cavabdeh2 zamin kimi borcun tutulmasından imtina olunarkən işin həmin halı nəzərə alınmamış və ona Mülki Məcəllənin 477.0.1-ci maddəsinin və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, xxxxəcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarının tələbləri baxımından qiymət verilməmişdir. Qarşılıqlı iddia üzrə məhkəmə kol legiyası qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Cavabdeh3nə məxsus 1322 ton buğda məhsulu girov qoyulmuşdur. Tərəflər arasında bağlanmış girov müqaviləsində buğda məhsulunun idxal olunma tarixi, keyfiyyəti barədə hər hansı bir məlumat əks etdirilməmişdir. Halbuki buğda məhsulu mövsümi olmaqla tez xarab olan məhsul olduğundan girova qoyulan məqamda onun keyfiyyəti yoxlanılmalı və müvafiq qaydada sənədləşdirilməli idi. Lakin məhkəmə kollegiyası buğdanın idxal olunduğu tarixin, girov qoyulan məqama keyfiyyətinin yoxlanılıb–yoxlanılmamasını araşdırmamış və işin həmin halına müvafiq qiymət verməmişdir. Kassasiya məhkəməsi göstərmişdir ki, müqavilənin mübahisə doğuran 5.1.10-cu bəndinə görə girov qoyan Bankın yazılı razılığı olmadan girovun predmetini bu müqavilə ilə mü əyyən edilən ünvandan daşımır. Həmin bəndin mənası ondan ibarətdir ki, buğda məhsulu girovda olduğu üçün Bankın razılığı olmadan oradan çıxarıla bilməz. Bunda məqsəd təminat vasitəsi olan buğdanın mövcudluğunu qorumaqdan ibarətdir. Bxxxxə olduqda, həmin bəndin qüvvəsinin buğdanın keyfiyyəti üçün təhlükə yaranması halında tətbiqinin nə dərəcədə mümkün olmasına məhkəmə tərəfindən qiymət verilməli idi. Həmin buğda öhdəliyin təminatı olduğundan Bank onun keyfiyyətinin pisləşməsində maraqlı olmamalı idi. Daha sonra kassasiya məhkəməsi qeyd etmişdir ki, həmin bəndin mahiyyətinin tam açılması üçün müqavilənin digər bəndlərinin tələblərinə də diqqət yetirilməli idi. Müqavilənin 5.1.6-cı bəndi girovun predmetinin salamatlığının təmin edilməsini, üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müda fiə edilməsini “Girov qoyan”ın üzərinə qoymuşdur. Müqavilənin 5.1.7-ci bəndinə əsasən girov predmetinin məhv olması, itirilməsi və zədələnməsi təhlükəsi yarandıqda ipoteka qoyan Banka dərhal yazılı məlumat verir. Müqavilənin tərəflərin məsuliyyətini müəyyən edən 6.2-ci bəndinə görə isə müqavilənin 5.1.6 və 5.1.7-ci bəndləri ilə müəyyən olunan vəzifələrin “Girov qoyan” tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində girov predmetinin məhv olması, itirilməsi və ya zədələnməsinə görə məsuliyyəti “Girov qoyan” daşıyır. Girov qoyulmuş buğda məhsulu dövriyyədə olan mal olduğundan və həmin malın üyüdülməsi, satılması və o müəssisənin fəaliyyət növü olduğundan müəssisə öz növbəsində buğdanın salamatlığını təmin etməli idi. Yuxarıda qeyd olunduğu kimi müəssisə onda saxlanılan buğdanın keyfiyyətinin pisləşməsi ilə bağlı ilk dəfə müqavilədən 3 ay sonra müraciət etmişdir. Kollegiya hesab etmişdir ki, Banka göndərilən məktubların tez xarab olan məhsul kimi buğdanın salamatlığının təmin olunmasında vaxtında görülmüş səmərəli tədbir vasitəsi kimi qəbul edilməsinin mümkünlüyünə qiymət verilməli idi. Bankın müəssisə tərəfindən məktublarda edilmiş təkliflərə əməl etməməsi də girovun predmetinin qorunmasını təmin etməmişdir. Bxxxxə olan halda məhkəmənin yalnız həmin məktublara əsaslanıb məsuliyyəti təkcə Bankın üzərinə qoyması əsaslı sayıla bilməz. Girovun predmetinin qorunmasında hər iki tərəf üzərinə düşən vəzifələrin tam yerinə yetirilməsini təmin etmədiyindən mübahisə həmin hissədə hər bir tərəfin təqsirlilik dərəcəsinə qiymət verilməklə həll edilməli və bu zaman hə r iki tərəfin baş vermiş vəziyyətə münasibətdə birgə məsuliyyət daşımaları imkanı da araşdırılmalı idi. İşin yuxarıda göstərilən hallarına hərtərəfli, tam və obyektiv qiymət verilməməsi səbəbindən məhkəmə cəmi 500.000 manat dəyərində qiymətləndirilmiş buğda məhsulunun məhv olmasına görə müəssisənin onun dəyərindən xeyli artıq miqdarda 964.905 ABŞ dolları məbləğində fayda götürmək imkanından məhrum olması barədə ağlabatan mühakiməyə uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apxxxxyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apxxxxlyasiya Məhkəməsinin (hakimlər A.Tanrıverdiyev, T.Səmədov, İ.Şirinov) 2(103)6606/2020 saylı, 16.10.2020-ci il tarixli qətnamə si ilə, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apxxxxlyasiya şikayəti rədd edilmiş, Cavabdeh3 apxxxxlyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2017 nömrəli, 29 noyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh3ndən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulmalı olan əsas borcu 999.353,45 ABŞ dolları, faiz borcu isə 83.022,38 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, ekspertizanın dəyəri olan 100 manatın Cavabdeh3ndən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə Bakı Apxxxxlyasiya Məhkəməsinin2(103)-7665/2019 saylı, 29.10.2019-cu il tarixli qətnaməsində əks o lunmuş eyni mövqxxxxərə əsaslanmış, borcun zaminlərdən tutulması hissəsi üzrə müəyyən etmişdir ki, zaminlər kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmaları ilə tanış olmamış, həmin kredit razılaşmaları üzrə müəyyən edilmiş faizlər, kreditin müddəti və məbləği ilə bağlı məlumatı olmamışdır. Bxxxxə olduqda, kollegiya yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarını əsas götürərək qeyd edir ki, zaminlər Cavabdeh3 təsisçiləri olsalar da, bankla Cavabdeh3 arasında 20/12/2013-cü il tarixli 100526-110102/1 saylı bərpa olunan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 11 mart 2016-cı il tarixli 02 saylı razılaşma bağlanmış, həmin razılaşma ilə bağlı Cavabdeh3 təsisçilərin qərarı ilə təsdiqlənməmişdir. Cavabdehlərin təsisçi kimi həmin razılaşmanın bağlanması na dair razılıqları olmadığından onların bank qarşısında olan məsuliyyətləri onlardan asılı olmayan səbəblərdən artmışdır. Bxxxxə olan halda onlar zamin qismində məsuliyyət daşıya bilməzlər və birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə Cavabdeh3 arasında 22.05.2015-ci il tarixdə “Dövriyyədəki malların girov müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ümumi dəyəri 500.000 manat (məhsulun hər tonunun qiyməti 378 AZN) olan 1322,7513 ton miqdarında buğda bankın xeyrinə girov qoyulmuşdur. Girov müqaviləsinin 5.1.10-cu bəndində qeyd edilmişd ir ki, girov qoyan girov predmetini bankın bu barədə yazılı razılığı olmadan müqavilə ilə müəyyən olunmuş ünvandan daşımır. İşə yenidən apxxxxlyasiya qaydasında baxılarkən, Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma zamanı cavabdehin nümayəndəsinin izahatı əsasında müəyyən edilmişdir ki, heç bir halda buğdanın daşınması mümkün olmamış və dövriyyədəki malların girovu müqaviləsinin 5.1.10cu maddəsinin tələbinə görə, girov predmeti bankın yazılı razılığı olmadan müqavilə ilə müəyyən edilən ünvandan daşına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 306.1-ci və 306.2-ci maddələrinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, dövriyyədəki malların girovu onunla xarakterizə olunur ki, bu girov zamanı girov predmetinin tərkibi, natural forması dəyişdirilə bilər, girov predmeti yeni mal girov qoyulması şərti ilə özgəninkiləşdirilə bilər. Yeni girova qoyulmuş mal mütləq dövriyyədə olmalı, dövriyyədən gəlir gəlməlidir. Girov müqaviləsinin 5.1.10-cu bəndi isə dövriyyədəki malların girovunun mahiyyətinə zidd olmaqla, müqavilənin digər bəndləri uzlaşmır. Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Girov müqaviləsinin 5.1.10-cu bəndi qeyri-müəyyən olduğundan, həmin müqavilə şərti onun müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin - iddiaçının ziyanına şərh olunmalı, müvafiq mənfi nəticələri həmin tərəf daşımalıdır. Cavabdeh3 yerində monitorinq keçirərək girov qoyulan buğda ya müvafiq sərəncam vermək üçün nümayəndə göndərilməsi ilə bağlı banka müraciət etdiyini bildirərək, müvafiq məktubları birinci instansiya məhkəməsinə təqdim etmişdir. İddiaçının nümayəndəsi bxxxxə bir məktub almadıqlarını iddia etsə də, həmin məktubların üzərindəki və şirkətin göndərilən məktub və sənədlərin qeydiyyatı kitabındakı qeydlər iddiaçının bu dəlilini aradan qaldırmışdır. Qeyd olunduğu kimi, girov müqaviləsində girov predmetinin bankın razılığı olmadan müqavilədə müəyyən olunmuş ünvandan daşınması qadağan olunduğundan həmin buğdanın məhv olmasına görə də məsuliyyəti iddiaçı daşımalıdır. Məhkəmə özündən əvvəlki apxxxxlyasiya qətnaməsindəki mövqeyə uyğun əsaslandırma ilə hesab etmişdir ki, iddiaçıdan Cavabdeh3 xeyrinə 636456,21 ABŞ dolları real zərər, 13500 manat (8000 manat + 550 0 manat ) real xərc, girov qoyulmuş buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə görə 964905 ABŞ dollarının bankdan Cavabdeh3 xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının qarşılıqlı iddia tələbinə etirazının əsası cavabdeh tərəfin hüquqdan sui-istifadə edərək girov qoyulmuş buğdanı yeni buğda ilə əvəz edə biləcəyi halda bunu etməməsidir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə müqavilənin 5.1.10-cu bəndini qeyri-müəyyən şərt kimi iddiaçının əleyhinə şərh etmişdir. Həmçinin cavabdeh tərəf müqavilənin 5.1.10-cu bəndinə istinad etməklə, banka müraciət etməsinə baxmayaraq bank heç bir tədbir görməmiş, ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman ümumiyyətlə dövriyyədəki malların girovu barədə müqavilənin bağlanması barədə məlumat verməmişdir. Buğdanın saxlandığı anbarın standartlara uyğunluğu barədə məlumatın verilməməsi ilə bağlı dəlillə əlaqədar qeyd olunmalıdır ki, girov predmeti girov saxlayanın iradəsi əsasında girov qoyanın saxlancına verilmiş, əgər anbar standartlara uyğun deyildirsə, müqavilə bağlanan zaman bu qeyd edilməli idi. Həmçinin dəvət olunmasına baxmayaraq bank buğdanın keyfiyyətinin yoxlanılmasına öz nümayəndəsini göndərməmişdir. Məhv olmuş buğdanın məhz girov qoyulmuş buğda olmaması barədə dəlil də işdə olan yuxarıda adları çəkilən çoxsaylı sənədlərin məcmusu ilə təkzib olunur. Bxxxxə ki, cavabdeh tərəfin təqdim etdiyi maliyyə, vergi və digər sənədlər məzmun, tarix etibarilə bir-biri ilə uzlaşır və biri digərini inkar edən hər hansı hal aşkar olunmamışdır. İ ddiaçı qeyd olunan sənədlərin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil təqdim etməmişdir. Kollegiya qeyd edir ki, saxlama müddəti bitmiş buğdanın girov qoyulması barədə iddiaçının dəlili də əsassızdır. Bxxxxə ki, təqdim olunmuş gömrük sənədlərindən buğdanın 2014-cü ilin noyabr ayında idxal edildiyi görünür ki, müqavilənin 2015-ci ilin may ayında bağlanması nəzərə alınsa, 8 aylıq müddət bitməmişdir. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC kassasiya şikayəti verərək Bakı Apxxxxlyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6606/2020 saylı, 16.10.2020-ci il tarixli qətnaməsinin ilk iddianın təmin edilməməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair hissədə ləğv edilərək, ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın tam rədd edilməsinə dair yeni qərar qəbul edi lməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apxxxxyasiya instansiya məhkəməsi İddiaçınin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddiasını təmin etməyərək, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv etmiş, bu səbəbdən Bakı Apxxxxlyasiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2(103)6606/2020 saylı qətnaməsi qanunsuz və əsassızdır. Bxxxxə ki, ekspertiza tədqiqatının nəticələrinə dair məhkəmə kollegiyasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 03 sentyabr 2019-cu il tarixli 18451 saylı ekspert rəyinə əsasən, borclunun 999.353,45 ABŞ dolları əsas borc faiz borcu isə 83.022,38 ABŞ dolları hesab lanmışdır. Kollegiya qətnamədə qeyd etmişdir ki, qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil apxxxxyasiya şikayəti verən tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Bununla bağlı, əvvəlki mübahisələndirilən qətnamə qət edildiyi 29.10.2019-cu il tarixdə Bank VTB tərəfindən məhkəməyə iş üzrə təkrar mühasibatlıq ekspertizasının təyin edilməsi barədə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 03 sentyabr 2019-cu il tarixli 18451 saylı ekspert rəyinin iş üzrə sübutlar siyahısından çıxarılması barədə qərardad qəbul edilməsi xahiş edilmiş, vəsatətdə Cavabdeh3 ilə İddiaçı arasında bağlanılmış 20/12/2013-cü il tarixli 100526-1-10102/1 saylı “Kredit xətti müqaviləsi" və 11/ 03/2016-cı il tarixli 100526-1-10102/1/1 saylı əlavə razılaşma üzrə ekspertin verdiyi rəy üzrə aşkar olunan səhvlər əsaslandırılaraq qeyd edilmişdir ki, 11.03.2016-ci il tarixində müştərinin borcları (1 milyon ABŞ dolları əsas borc və 33,943.62 ABŞ dolları faiz borcu) kapitallaşdırılaraq əlavə razılaşma ilə 1 033 944,00 ABŞ dolları məbləğində rəsmiləşdirilmişdir. Həmin günə kapitallaşdırılmış borcların 5.552.50 ABŞ dolları məbləğində dəbbəsi də mövcud idi. Məhkəmənin qətnamədə qeyd etdiyinin əksi olaraq, Bank tərəfindən sözü gedən rəy mübahisələndirilmişdir və buna dair sübut təqdim edilmişdir. 11.03.2016-ci il tarixindən sonra müştəri ödəniş etməmiş, ekspert rəyində göstərilmiş ödənişlər faktiki ödənişlərdən fərqlənmişdir. 22.05.2015-ci il tarixində qeyd etdiyi 636942.67 ABŞ dolları - bu tarixdə ümumiyyətlə ödəniş olmamışdır. 24.06.2015-ci il tarixində qeyd etdiyi 326375 ABŞ dolları - həmin tarixdə müştəriyə 324.150 məbləğdə, 15.07.2015-ci il tarixində qeyd etdiyi 150.863,71 ABŞ dolları - həmin tarixdə müştəriyə 150.375 ABŞ dolları məbləğdə, 07.08.2015-ci il tarixində qeyd etdiyi 526.198 USD - həmin tarixdə müştəriyə 525.475,00 ABŞ dolları məbləğində kredit ayrılmışdır. 20.12.2013-cü il tarixdən 11.03.2016-ci ilədək (kapitallaşmaya kimi) müştəri tərəfindən 245.292,80 ABŞ dolları pul vəsaiti ödənilib və bütün vəsait faiz (245.205,70 ABŞ dolları) və dəbbə (87.10 USD ) borcuna silinib. Müştəriyə 11.03.2016-ci il tarixli 1.033.944 ABŞ dolları kredit üzrə 32.493 ABŞ dolları dəbbə hesablanıb, bu barədə ekspert rəyində qeyd yoxdur. Apxxxxyasiya İnstansiya məhkəməsi Bank ilə Cavab deh3 arasında bağlanmış xxxxnda faiz dərəcəsi göstərilmədiyindən və faiz dərəcəsi barədə zaminlər Cavabdeh1 və Cavabdeh2 razılığı alınmadığından hazırki iş üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürülmüş tələblərin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə ilə razılaşmaq mümkün deyil. Bxxxxə ki, iş materiallarından müəyyən olunur ki, Bank ilə "xxxx” Kiçik müəssisəsi arasında bağlanmış 13.12.2013-cü il tarixli 100526-1-10102 saylı “xxxx’’na əsasən Bank tərəfindən ona 13.12.2013-cü İl tarixindən 13.12.2023-cü il tarixinədək 5.000.000 (beş milyon) ABŞ dolları məbləğində kredit xətti açılmış, eyni zamanda, “xxxx” üzrə "xxxx” Kiçik müəssisəsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə 13.12.2013-cü il tarixli 119991-7-6441 saylı zaminlik müqaviləsi və Cavabdeh1 ilə 20.12.2013-cü il tarixli 119990-7-6442 saylı “Zaminik Müqavilə"si əsasında Cavabdeh3 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndindən müəyyən olunur ki, Bank və kredit alan arasında bağlanmış 13.12.2013-cü il tarixli 100526-1-10102 saylı “xxxx”nın və qeyd olunan Baş kredit razılaşmanın ayrılmaz hissəsi olan kredit müqaviləsinin bütün şərtləri zamin Cavabdeh1 və Cavabdeh2 yaxşı məlumdur. Müqavilənin bütün şərtlərinin Cavabdeh2 və Cavabdeh1 məlum olması, buna etiraz etməməsi, əksinə, iradə ifadəsini bildirərək, müqaviləni imzalaması - zaminin razılığının olması kimi qəbul olunmalıdır. Kredit müqaviləsində faiz dərəcəsi barədə məlumatın və ya razılığın olma ması ilə əlaqədar zamin Cavabdeh2 və Cavabdeh1 heç vaxtı Banka müraciət etməmiş və buna öz etirazını bildirməyərək, öz razılığını ifadə etmişdir. Lakin apxxxxyasiya instansiya məhkəməsi bunu faiz dərəcəsi barədə zaminlər Cavabdeh1 və Cavabdeh2 razılığının alınmaması kimi qiymətləndirərək, bu hissədə səhv nəticəyə gəlmişdir. "xxxx” Kiçik müəssisəsi arasında bağlanmış kredit xətti müqaviləsinin mühüm şərtləri məbləğ, müddət və valyuta müqavilədə yetərli dərəcədə aydın göstərilmişdir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməsə də, bağlanmış kredit müqaviləsində faiz dərəcəsi barədə cavabdeh zaminlərin məlumatı olmuş və bu hal Bankla onun arasında bağlanmış zaminlik müqaviləsinin 2.5-ci bəndində öz əksini tapmışdır. Zaminlik müqaviləsinin 2.5-ci bəndində kredit müqaviləsinin bütün ş ərtlərinin zamin Cavabdeh2 və Cavabdeh1 yaxşı məlum olduğu aydın şəkildə qeyd olunmuşdur. Bu səbəbdən apxxxxyasiya instansiya məhkəməsinin bağlanmış kredit müqaviləsində faiz dərəcəsi barədə zaminlər Cavabdeh2 və Cavabdeh1 razılığının alınmaması qənaətinə gəlməsi tam əsassızdır. Bank ilə Cavabdeh2 ilə 13.12.2013-cü il tarixli 119991-7-6441 saylı zaminlik müqaviləsi və Cavabdeh1 ilə 20.12.2013-cü il tarixli 119990-7-6442 saylı "Zaminik Müqavilə’’si bağlandıqdan sonra zaminlərin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olacaq dəyişiklik baş verməmiş, ümumiyyətlə, zaminin öhdəliyi dəyişməmişdir. Zamin Cavabdeh2 və Cavabdeh1 öhdəliyinin dəyişməsi, onun məsuliyyətinin hər hansı bir formada artması, onun üçün digər əlverişsiz nəticələrə səbəb olacaq hər hansı bi r dəyişiklik barədə iş materiallarında heç bir sübut mövcud deyil. 13.12.2013-cü il tarixli 119991-7-6441 saylı və 20.12.2013-cü il tarixli 119990-7-6442 saylı “Zaminik" müqaviləsinin 2.2-ci bəndində zaminliklə təmin edilmiş öhdəlik göstərilmiş, 2.5-ci bəndində isə kredit müqaviləsinin bütün şərtlərinin zaminlərə yaxşı məlum olduğu qeyd olunmuşdur. Cavabdeh2 və Cavabdeh1 iradə ifadəsini bildirərək, həmin müqavilənin şərtləri ilə razılaşaraq müqaviləni imza etmişlər. Bu andan sonra zaminin öhdəliyi dəyişməmiş, məsuliyyəti artmamış və onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişiklik baş verməmişdir. Apxxxxyasiya instansiya məhkəməsi isə bunu nəzərə almamış, həmin normanı zaminliyin xitamı üçün əsassız üstünlük imkanı kimi qəbul etmiş, işin konkret hallarını nəzərə almayaraq, qanunsuz və əsassız qənaətə gəlmiş, məhkəmə qərarını əsaslandırmamışdır. Bundan əlavə, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədiyindən və faiz dərəcəsi barədə zamin Cavabdeh2 və Cavabdeh1 razılığı alınmadığından onun məsuliyyətinin artması kimi nəticələnməsini ehtimal edilsə bxxxxə, bu halda, zaminin həmin müqavilə üzrə yaranmış əsas borca dair öhdəliyini də nəzərə almaq lazım idi. Apxxxxyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarına istinad edərək, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı irəli sürülmüş tələblərin tam şəkildə (əsas, faiz və cərimə borcu) təmin edilməməsi qənaətinə gəlməsi qanuni və əsaslı hesab edilə bilməz. Hazırki kredit xətti müqaviləsində Plenumun qərarına uyğun ol araq, zaminlər kredit məbləğindən, müddətindən və valyutasından məlumatı, razılığı olduğu halda, məhkəmə kollegiyası bu halı nəzərə almayaraq, zaminlərə qarşı iddianı tam şəkildə təmin etməmişdir. Apxxxxlyasiya instansiya məhkəməsi tərəfindən “bağ evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan X9 və onun ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına” dair hissəsinin təmin edilməməsi əsassızdır. Birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırmaq üçün qeyd etmişdir ki, '"müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və bxxxxə bir iddia o zaman İrəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslə r yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Məhkəmə bxxxxə qənaət formalaşdırarkən ipoteka hüququnun əşya hüququ olmasını və mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatının əşya hüququnun subyekti olan şəxslərin əmlak hüquqlarına da şamil olunmasını, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarının istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməli olmasını nəzərə almamışdır. Hazırki halda isə Bank özünün ipoteka saxlayan (əşya hüquqlarının subyekti) statusuna, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına əsaslanaraq tələb irəli sürməkdə haqlı olmuşdur. Bu səbəbdən də apxxxxyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəm əsinin mövqeyini əsas götürərək iddianı həmin hissədə təmin etməməsi qanunsuz və əsassızdır. Həmçinin, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin əmlakın real bazarından qat-qat artıq (1.350.000 manat məbləğində) müəyyən edilməsi əsaslıdır. Bxxxxə ki, qətnamədə qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı ipoteka predmetinin real bazar dəyərini müəyyən etmək məqsədi ilə 03.07.2017-ci İl tarixli qərardadla ipoteka predmetinin bazar dəyərinə uyğun qiymətləndirilməsi “Əmlak Bazarı iştirakçıları” İctimai Birliyinə həvalə olunmuşdur. 03.10.2017-ci il tarixli ekspert rəyinə əsasən 0,16 kv.metr torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254 kv.metrdən 3424A nömrəli bağ evinin bazar dəyəri yardımçı tiki lilər nəzərə alınmadan 950.000 manat müəyyən edilmişdir. Daha sonra cavabdeh eyni qurumun mütəxəssis rəyini məhkəməyə təqdim etmiş, həmin rəydə isə bağ evinin dəyəri bütövlükdə bağ evinin dəyəri 1.350.000 manat müəyyən olunmuşdur. Məhkəmə təqdim edilən rəyin ekspert rəyi deyil, mütəxəssis rəyi olduğunu qeyd etmiş, lakin sənədin eyni təşkilat tərəfindən verildiyini və müəyyən olunmuş sonuncu qiymətin ipoteka predmetinin ipoteka müqaviləsində müəyyən olunan qiymət İlə uzlaşdığından, mütəxəssis rəyi ilə eyni qaydada əsaslandırıldığından, rəylərdəki qiymətlər bir-birini təkzib etmədiyindən, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin mütəxəssis rəyindəki qiymətə əsasən təyin etmişdir. Məhkəmənin əmlakın ilkin satış qiymətinin müəyyən olunmasında sübut qismində əsas götürdüyü mütəxəssis rəyi məhkəmə tərəfindən cəlb edilmiş mütəxəssis tərəfindən deyil, Cavabdeh3 şəxsi sifarişi əsasında tərtib edilmişdir. Mütəxəssis rəyinin məhkəmədə sübut qismində çıxış etməsi üçün həmin mütəxəssis tərəflərin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə cəlb edilməli idi, mütəxəssisə MPM-nin 187-ci maddəsinə əsasən məsuliyyət barədə xəbərdarlıq edilməli idi. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi rəydə “Əmlak Bazarı iştirakçıları Birliyinin” verdikləri rəyin doğruluğu barədə xəbərdarlıq edilməsi barədə bənd və ya qeyd yoxdur. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyi ekspert rəyi ilə eyni qaydada əsaslandırılmışdır, lakin sözü gedən mütəxəssis rəyində və ekspert rəyində bağ evinin texniki xüsusiyyətləri hissəsində uyğunsuzluq müşahidə olunur. Bxxxxə ki, ipoteka qoyan Cavabde h2 mülkiyyət hüquqlarını təsdiq edən Seriya RX № 028601115, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 07.10.2011-ci il DƏDR-dən çıxarışa əsasən əmlakın texniki göstərişləri Ekspert rəyinə əsasən qeyd edilmiş, Lakin mütəxəssis rəyində isə əmlakın texniki göstəriciləri kəskin artırılmış, bağ evinin ümumi sahəsi isə ümumiyyətlə çıxarışda qeyd ediləndən iki dəfə çox 579.3 m2 qeyd edilmişdir. Aydındır ki, texniki göstəriciləri yanlış olan bir mütəxəssis rəyi əsasında qoyulmuş əmlakın ilkin satış qiyməti də yanlış olacaq. Bxxxxə ki, mütəxəssis tərəfindən əmlakın qiymətləndirilməsi həqiqəti təhrif etməklə yanaşı, həmin daşınmaz əmlak dəyərinin həqiqi bazar dəyərindən qat-qat yuxarı şişirdilmiş şəkildə qiymətləndirilmiş, daşınmaz əmlakın iqtisadi əsaslan düzgün nəzərdən keçirilməmiş, qiymətlə ndirmə konyunkturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlak eyni regionda yerləşən oxşar və eyni daşınmaz əmlakların bazarda satış qiyməti və bu əmlaklara olan istehlakçı tələbatı araşdırılmamışdır. Hər iki rəydə “Əmlak Bazarı İştirakçıları Birliyinin” əməkdaşlarının əmlakı qiymətləndirməsi zamanı bağ evinə baxış keçirdikləri qeyd edilib. Mütəxəssis rəyində bağ evinin texniki göstəriciləri şişirdilmiş vəziyyətdə və tək sənədlə olan sahə deyil, həm də mövcudluğu məhkəmə baxışında araşdırılmamış və tədqiq edilməmiş faktiki sahə də qeyd edilib. Bütün yuxanda qeyd edilən fərqləri nəzərə alaraq Bank tərəfindən təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə tərəfindən vəsatət təmin edilməmiş və nəticədə ümumiyyətlə məhkəmədə sübut qismində qəbul edilə bilinməyəcək rəyin əsasında ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 1.350.000 manat məbləğində müəyyən edilmişdir. Bxxxxəliklə işin yuxarıda qeyd olunan halları ilə sübuta yetirilir ki, “Əmlak Bazarı İştirakçıları Birliyi” tərəfindən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri şişirdilərək həqiqi bazar dəyərindən qat-qat yuxarı müəyyən olunmuş və bununla da birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 1.350.000 manat müəyyən edilməsi hissəsində əsassız qənaətə gəlmişdir. Bu səbəbdən də qətnamə həmin hissədə ləğv edilməlidir. Məhkəmə mübahisələndirilən qətnamədə qarşılıqlı iddianı qismən təmin edərkən öz mövqeyini bxxxxə əsaslandırmışdır ki, girov müqaviləsində girov predmetinin bankın razılığı olmadan müqavilədə müəyyən olunmuş ünvandan daşınması q adağan olunduğundan həmin buğdanın məhv olmasına görə də məsuliyyəti iddiaçı daşımalıdır. Məhkəmə bxxxxə qənaətə gələrkən nəzərə almamışdır ki, “Dövriyyədəki malların girov müqaviləsinin” 5.2.1-ci maddəsində Girov qoyanın hüquqları müddəalarında qeyd edilmişdir ki, Girov qoyan girov predmetinin (əmtəə ehtiyatlan, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a) tərkibini və natural formasını dəyişdirir, bu şərtlə ki, onun ümumi dəyəri və müqavilənin 3.5-ci bəndində göstərilən girov qiymətindən (dəyərindən) aşağı düşməsin”. Göründüyü kimi girov qoyana girov predmetinin tərkibinin və natural formasının girov dəyərini azaltmamaq şərti ilə dəyişmək hüququ verilmişdir. Nəzərə almaq lazımdır ki, dəyişmək və daşımaq ayrı-ayrı anlayışlardır. Girov predmetinin xarab olmasını görən giro v qoyan bunun üçün əvvəlcədən tədbirlər görməmiş və həmin buğdanı yeni buğda ilə əvəz edə biləcəyi halda, bunu etməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, tərəf hüquqdan sui-istifadə etməyə qarşısına məqsəd qoymuş və məhkəməni yanlış yerə yönəltməklə məşğul olmuşdur. Əslində, bir tərəfdən də buğdanın həqiqətən də dəyişdirilməməsi və məhz girov qovulan həmin buğdanın həqiqətən də xarab olması hələ də sübut edilməyib, ortada xxxxə bir fakt yoxdur. Yəni, buğda xxxxə bir əşyadır ki, onun üzərində tanınma nişanı, sənəd, ştamp, onun növünü, formasını göstərən fərqlənmə nişanı və s. olmur və girov qovulan zaman da bunların heç biri müqavilədə qeyd edilməyib. Məhkəmə tərəfindən xarab olan buğdanın məhz Banka girov qoyulmuş buğda olduğunu müəyyən etmək mümkün deyildi. Məhkəmə nəzərə almamışd ır ki, tərəf müqavilənin 5.2.1-ci bəndinin mövcudluğunu nəzərə almadan, öz maraqlarına xidmət edən müqavilənin 5.1.10-cu bəndinə istinad edir. Bu isə Azərbaycan Respublikası MM-nin normaları ilə hüquqdan sui-istifadədir. Bxxxxə ki, AR Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habxxxxə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Digər tərəfdən “Dövriyyədəki malların girov müqaviləsinin” 6.2-ci maddəsində qeyd edilmişdir, Müqavilənin 5.1.6 və 5.1.7-ci bəndləri ilə müəyyən olunan vəzifələrin «Girov qoyan tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində girov predmetinin məhv olması, itirilməsi və ya zədələnməsinə görə məsuliyyəti «Girov qo yan» daşıyır. Buğdanın yerinin dəyişdirilməsi məktubları ilə bağlı məhkəmənin mövqeyi İlə də razılaşmayaraq onu qeyd etmək istəyirik ki, bu fikir də tam əsassızdır. Bxxxxə ki, məhkəmə qeyd etmişdir ki, buğdanın keyfiyyəti ilə bağlı məktublar şirkətin (“xxxx kiçik") qeydiyyat kitabında qeydə alınmışdır və məktubu “alan" “Hacıyeva” soyadlı işçinin bankın işçisi olması faktı həmin məktubların həqiqətən də Banka göndərilməsini sübut edir. Məhkəmə bununla bağlı tamamilə səhv qənaətə gəlmişdir. Bxxxxə ki, məktubun göndərməsini iddia edən şirkət üçün özünün hansısa daxili kitabında bunu sonradan qeyd etmək xxxxə də çətin məsələ deyil və hakim bunu sübut kimi nəzərə almalı deyildi. Bundan başqa “Hacıyeva” soyadlı şəxsin imzasına istinad edərək Bank tərəfindən həmin məktubların alınmasını iddia etm ək ümumiyyətlə absurddur, “Hacıyeva” soyadlı Bankın əməkdaşı olub və o, ixtisara düşərək işdən azad olunub. Bundan başqa imza onun olsa bxxxxə, tərəflər arasında qohumluq, yaxınlıq, tanışlıq halı ola bilər ki, bu hal da həmin şəxsə sonradan sənədə imza etdirmək üçün kömək ola bilərdi, bu da nəzərə alınmayıb. Məhkəmə nəzərə almayıb ki, Şirkət tərəfindən Banka borc mübahisəsi ilə bağlı dəfələrlə məktublar göndərilmiş və Bank tərəfindən bu məktubların hamısına cavab verilmişdir. Girovla bağlı banka göndərilmiş məktublara Bank tərəfindən reaksiya verilməməsi mümkün deyil. Bu əsassız bir yanaşmadır. Tərəf borcla bağlı müqavilə öhdəliklərinə əməl etmədiyi halda, girovla bağlı, dəfələrlə guya banka məktub göndərmişdir. Bu, tərəfin uydurmasından başqa bir şey deyil. Bundan başqa, istinad edilmiş h əmin məktublara nəzər salındıqda görülür ki, orada girovun daşınması barədə xahiş ümumiyyətlə yoxdur. Bunu da məhkəmə nəzərə almamışdır. Həmçinin, "xxxx” kiçik müəssisin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi kimi girova qoyulmuş buğda 2014-cü ildə Qazaxıstandan idxal olunmuşdur. "xxxx” kiçik müəssisin qarşılıqlı iddia ərizəsinə qoşma olaraq əlavə etdiyi 16.06.2017-ci il tarixli Mütəxəssis rəyində qeyd edilmişdir ki, müəssisə tərəfindən Qazaxıstandan fevral-mart aylarında 1704 ton, sentyabr oktyabr aylarında isə Rusiyadan 2078.85 ton ərzaq buğdası idxal olunmuşdur. Tərəfin məhkəməyə təqdim etdiyi “Fars ÜS" TOO və Cavabdeh3 arasında müqavilə 23.10.2013-cü il tarixində bağlanmış, buğda idxalı üçün köçürmə sifarişinin surətinə əsasən buğda 12 mart 2014-cü il tarixində idxal edilmişdir. Qeyd etdiyimiz iş materiallarında olan sənədlərdən göründüyü kimi buğda idxal olunandan 15 ay sonra Bankda girov qoyulmuşdur. Cavabdeh3 qeyd etdiyi kimi Nazirlər Kabinetinin qərarına əsasən buğdanın saxlama müddəti 8 aydır, bundan bxxxxə qənaətə gəlmək olar ki, Cavabdeh3 bilə-bilə Bankda artıq saxlama müddəti bitmiş buğdanı girov qoymuşdur. Digər tərəfdən yuxarıda qeyd edilən mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən müəssisə ümumi torpaq ərazisi 2 ha olmaqla bir neçə tikililərdən ibarətdir. Müəssisənin tərkibində ayrı-ayrı binalarda yerləşən ümumi sahəsi 1150 kv.m olan bir dəyirman mövcuddur. Bundan başqa ərazidə 4 ədəd hər birinin tutumu 1480 ton taxıl dəmir silosları sahəsi 1500 kv.m olan açıq buğda anbarı həmçinin inzibati bina və digər köməkçi bina və tikililər inşa edilmişdir. M əhkəmənin diqqətinə çatdırırıq ki, 22 may 2015-ci il tarixli 303305 “Dövriyyədəki malların girov müqaviləsinə 1 saylı Əlavədə girov məhsulunun adı (buğda), miqdarı (1 322, 7513), məhsulun 1 tonunun qiyməti (378 AZN), Məbləği (500 000 AZN) qeyd edilmişdir. Lakin girov predmetinin Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev 300 ünvanında yerləşən anbarda yerləşən 4 ədəd hər birinin tutumu 1480 ton taxıl dəmir siloslarının və ya 1500 kv.m olan açıq buğda anbarın dəqiq hansında yerləşdiyi, eyniləşdirmə əlamətləri qeyd edilməmişdir. Tərəfin məhkəməyə təqdim etdiyi X8 İtd-nin sınaq protokolunda 1 saylı anbardan götürülmüş buğda nümunələrini üzərində aparılmış analizlərin nəticələri qeyd edilmişdir, lakin Banka qoyulmuş buğdanın məhz 1 saylı anbarda yerləşdiyi heç bir sənəddə öz əksini tapmam ışdır. Həmçinin, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, saxlama müddəti bitmiş buğdanın girov qoyulması barədə iddiaçının dəlili əsassızdır. Bxxxxə ki, təqdim olunmuş gömrük sənədlərindən buğdanın 2014-cü ilin noyabr ayında idxal edildiyi görünür ki, müqavilənin 2015-ci il ilin may ayında bağlanması nəzərə alınsa, 8 aylıq müddət bitməmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, məhkəmənin sübut qismində qəbul etdiyi iki sənəd, ümumiyyətlə hazırki mübahisəyə aid olmayan gömrük bəyannaməsinin bərbad vəziyyətdə çap olunmuş surətləridir. Bxxxxə ki, sənədin surətindən anlaşılan bir neçə məlumatdan bəlli olur ki, qeyd edilən gömrük bəyannaməsinə əsasən Qazaxıstan Respublikasından 9637 ton (son rəqəmlər düzgün yazılmaya bilər, sənədin surətindən aydın görünmür) idxal oluna n buğdanın bəyannaməsidir. Cavabdeh “xxxx" Kiçik müəssisəsinin məhkəməyə təqdim etdiyi və məhkəmənin qətnamədə sübut kimi istinad etdiyi 05.06.2017-cİ il tarixli mütəxəssis rəyində qeyd edilib ki, İddiaçı-yə girov qoyulan buğda Qazaxıstan Respublikasından fevral-mart aylarında idxal olunan 1704 ton buğda məhsulundan qoyulan girovdur (1322.78 ton). Məhkəmə baxışı zamanı bu fakt apxxxxlyasiya instansiya məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmə ümumiyyətlə bu fakta önəm verməmiş, hətta Bankın dəlillərinin təkzibi kimi qeyd edilən sənədə istinad etmişdir. Apxxxxyasiya instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında həmin məktubdan bankın əməkdaşı olmuş “Hacıyeva” soy adlı şəxs tərəfindən qəbul edilməsini etiraf etdiyindən kollegiya hesab edir ki, girov predmeti bankın təqsiri üzündən yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı qeyd edilmişdir ki, Bankın nümayəndəsi tərəfindən məhkəmə iclasında qeyd edilən məsələ ilə bağlı etiraf və ya etiraf kimi təhrif ediləcək heç bir açıqlama olmamışdır. Həm birinci instansiya məhkəməsinin, həm də apxxxxyasiya instansiya məhkəməsinin İclaslarında həmin məktubların bankın əməkdaşı olmuş “Hacıyeva" soyadlı şəxs tərəfindən qəbul edilməsi, məktubların banka daxil olması faktı öz təsdiqini tapmamışdır. Hazırki qətnamədə bu faktın təhrif edilərək Bankın nümayəndəsi tərəfindən etiraf edilməsi faktını qeyd etmək, apxxxxyasiya İnstansiya məhkəməsinin bu mülki işə baxarkən qərəzli olduğunun sübutudur. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməs i, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Lakin, Bank tərəfində məhkəmə orqanlarında təmsilçiliklə bağlı X3 verilmiş səlahiyyətlərə əsasən iddianın etiraf edilməsi səlahiyyətləri qeyd edilməmişdir. Həmçinin, bu barədə məhkəmə iclas protokolda yazılmaqla onun tərəfindən protokol imzalanmamışdır. Qeyd etmək istəyirik ki, apxxxxyasiya instansiya məhkəməsi heç bir araşdırma aparmamış, sadəcə dövlət orqanları tərəfindən hazırlanmayan, cavabdeh tərəfindən təqdim edilmiş arayışlara əsasən qarşılıqlı iddianı təmin etmişdir. Apxxxxyasiya instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yara tmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, lazımi sübutların əslini tələb etməmiş, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır və bununla da Bakı Apxxxxlyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1ci, 88-ci və 89.3-cü maddələrinin tələblərini kobud şəkildə pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh3 KM-nin vəkili X6 məhkəməyə ərizə ilə müraciət edərək, xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, ərizəyə 20.05.2021-ci il tarixində “xxxx” özəl tibb mərkəzində ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası diaqnozu ilə tibbi müayinə və müalicədə olduğu, 15 gün ambulator müalicə və həkim nəzarətində olmasının məsləhət görülməsi barədə “xxxx” MMC-nin 22.05.2021-ci il tarixli arayışını əlavə etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, Cavabdeh3 KM-nin vəkili X2 məhkəmə iclasında iştirakına mane ola biləcək stasionar müalicədə olmadığını nəzərə alaraq, onun ərizəsini təmin etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərd ə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habxxxxə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir q üvvəsinə malikdir. Maddə 306.1. (münasibətlərin yarandığı dövrdə qüvvədə olan redaksiyada) Dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir, bu şərtlə ki, onların ümumi dəyəri girov müqaviləsində göstərilən dəyərindən aşağı düşməsin. Girov qoyulmuş dövriyyədəki malların dəyərinin azalmasına, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girovla təmin edilmiş öhdəliyin icra edilmiş hissəsinə mütənasib surətdə yol verilir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi məna sını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricin in rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka muqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yonəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxs lər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apxxxxlyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apxxxxlyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apxxxxlyasiya instansiyası məhkəməsi apxxxxlyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apxxxxyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.4. Apxxxxlyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apxxxxlyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apxxxxlyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apxxxxlyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apxxxxyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayəti əsasında qətnamə ilkin iddianın təmin edilməyən hissəsində və qarşılıqlı iddianın təmin edildiyi hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apxxxxyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın tutulmalı olan əsas borc və faiz məbləğinin, ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissələrində qanuni və əsaslıdır, həmin hissələrdə qətnamənin ləğvi üçün əsaslar mövcud deyildir. Bxxxxə ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdehlər tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. İddiaçının tələb etdiyi kredit borcunun məbləği iş üzrə təyin edilərək keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kassasiya şikayətində iddiaçı tərəflər arasında bağlanmış 11.03.2016-cı il tarixli əlavə razılaşmaya əsasən əsas borc və faiz məbləğ inin kapitallaşdırılması və həmin tarixdən sonra cavabdeh tərəfindən hər hansı vəsait ödənilmədiyi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə 20.04.2017-ci il tarixə 1.033.944 ABŞ dolları əsas borc və 111.636,85 ABŞ dolları faiz borcu təşkil etdiyi göstərilsə də, keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, Bank tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinin pozulduğu və faizdən faiz hesablanması müəyyən olunmuşdur. Bxxxxə olan halda məhkəmə kollegiyası hesab edir ki, apxxxxlyasiya instansiya məhkəməsinin borcludan banka ödənilməmiş əsas borcun ekspert rəyinə u yğun olaraq 999.353,45 ABŞ dolları, faiz borcu 83.022,38 ABŞ dolları məbləğində müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88, 103-cü maddələrinin tələlərinə tam əməl edilmişdir və kassasiya şikayəti bu hissədə əsaslı deyildir. Həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində məhkəmə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsini düzgün tətbiq edərək, 03.07.2017-ci il tarixli qərardadla ipoteka predmetinin bazar dəyərinə uyğun qiymətləndirilməsini “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə həvalə etmiş, 03.10.2017-ci il tarixli ekspert rəyinə əsasən 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254 kv.metrdən ibarət əsas tikili 950000 manat məbləğində qiymətləndirilmişdir. Daha sonra cavabdeh tər əf eyni qurumun 05.10.2017-ci il tarixli mütəxəssis rəyini təqdim etmiş, həmin rəydə bağ sahəsinə dair çıxarışda göstərilmiş 213,7 kv.m yardımçı tikililər da nəzərə alınmaqla, bütövlükdə bağ evinin dəyəri 1.350.000 manat müəyyən olunmuşdur. İddiaçı kassasiya şikayətində eyni təşkilat tərəfindən verilsə də, ikinci rəyin məhkəmə qərardadı əsasında alınmadığını, ikinci rəydə evin texniki göstəricilərinin şişirdildiyini, təkcə sənədlə olan sahənin deyil, mövcudluğu məhkəmə tərəfindən araşdırılmamış sahənin də nəzərə alındığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsassızdır. Bxxxxə ki, iddiaçı özü birinci instansiya məhkəməsində ərizə təqdim edərək bildirmişdir ki, gələcəkdə icra mərhələsində qətnamənin icrasında yarana biləcək problemlərin aradan qaldırılma sı üçün qətnamədə bank tərəfindən verilmiş kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Sumqayıt şəhəri, X11, 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254 kv.m. ümumi sahədən ibarət 3424A nömrəli bağ evi ilkin çıxarışda qeyd edildiyi kimi “Sumqayıt şəhəri, X11, 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254 kv.metr ümumi sahədən ibarət 3424A nömrəli bağ evi, ümumi sahəsi 213,7 kv.metr olan bağ evinin tərkibi (həyətyanı tikili və qurğular) ilə birlikdə qeyd olunmalıdır. İşdə olan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin 05.10.2017-ci il tarixli rəyində də 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254 kv.m. ümumi sahədən ibarət 3424A nömrəli bağ evi, həm də bağ evinin 213,7 kv. m yardımçı tikililəri birlikdə qiymətləndirilmişdir. Həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda da 2 mərtəbəli, 5 otaqlı, 254 kv.m. ümumi sahədən ibarət bağ evi və 213,7 kv.m yardımçı tikililər əks olunmuşdur və bu da onların faktiki mövcudluğu ilə bağlı hər hansı şübhəni aradan qaldırır. Buna görə də, kollegiya hesab edir ki, apxxxxlyasiya məhkəməsinin ipoteka predmetinin ilkin qiymətinin 1.350.000 manat müəyyən edilməsi barədə nəticəsi düzgün və əsaslıdır. Lakin ilkin iddianın kredit borcunun zaminlərdən tutulması və ipoteka qoyanın evdən çıxarılması tələblərinin rədd edilməsi hissəsində kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apxxxxyasiya instansiyası məhkəməsi tərəfindən həmin tələb üzrə maddi hüquq nor maları düzgün tətbiq edilməmiş, həmçinin zaminlərin məsuliyyəti ilə bağlı kassasiya məhkəməsinin göstərişləri ətraflı araşdırılmamış və nəzərə alınmamışdır. Bxxxxə ki, Cavabdeh3 1996-cı ildə dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərir. Müəssisənin təsisçiləri Cavabdeh2 və Cavabdeh1 qardaşlarıdır. Müəssisənin təmsilçisi və direktoru Cavabdeh2dur. Təsisçilərin 25 noyabr 2013-cü il tarixdə keçirilmiş iclasında “Bank VTB (Azərbaycan)” ASCdən 36 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kreditin götürülməsi qərara alınmış və kreditin sənədləşdirilməsi üçün imza səlahiyyəti Cavabdeh3 direktoru Cavabdeh2 verilmiş, bundan sonra 13 dekabr 2013-cü il tarixdə Bankla Cavabdeh3 direktoru Cavabdeh2 arasında “xxxx” bağlanmış və həmin müqavilədə müəssisəyə 13 dekabr 2023-cü il tarixədək 5.000.000 ABŞ dolları məbləğində kreditin verilməsi üçün kredit xətti açılmışdır. Hər iki təsisçi ilə zaminlik müqavilələri bağlanmışdır. Hər iki zaminlik müqaviləsinin 3.4.4-cü bəndində zamin zaminliklə təmin edilmiş öhdəliyin dəyişdirilməsinə, dəyişdirmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olub-olmamasından asılı olmayaraq, habxxxxə zaminliklə təmin edilmiş öhdəliyin başqa şəxsə keçməsinə etiraz etməməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən bir həftə sonra, yəni 20 dekabr 2013-cü il tarixdə Bankla müəssisənin direktoru Cavabdeh2 arasında “Bərpa olunan kredit müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən müəssisəyə 36 ay müddətinə, illik istifadə dərəcəsi 13 faiz olmaqla 1.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa, təsisç ilərin 08 may 2015-ci il tarixli qərarı ilə “Bank VTB (Azərbaycan)” ASCdə mövcud olan 1.000.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsinin 60 ay müddətinə uzadılmasına, 500.000 manatlıq dövriyyədəki malların banka girov qoyulmasına, bununla əlaqədar sənədlərin imzalanması səlahiyyətinin Cavabdeh2 verilməsi qərara alınmışdır. Bu razılıq əsasında da, 22.05.2015-ci il tarixdə kredit xətt müqaviləsinə 01 saylı razılaşma imzalanmış, kredit xəttinin müddəti 77 ay, bitmə tarixi 15.05.2020-ci il müəyyən edilmiş, yəni kredit müqaviləsinin müddəti 60 aya uzadılmışdır. 11.03.2016-cı il tarixli 02 saylı razılaşmada isə əvvəlki razılaşmalar üzrə 11.03.2016-cı il tarixə yaranmış mövcud əsas və faiz borcu kapitallaşdırılmış və əsas borc 1.033.944 ABŞ dolları müəyyən edilmiş, kreditin qaytarılma mü ddətində (15.05.2020) və faiz dərəcəsində hər hansı dəyişiklik edilməmişdir. Müəyyən olunduğu kimi borclu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425 və 442-ci maddələrinin tələblərinə zidd olaraq kreditin qaytarılması üzrə öhdəliyinin icrasını lazımınca təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. (470.2). Müəyyən olunduğu kimi müəssisənin təsisçilərindən biri və direktoru olan Cavabdeh2 20 dekabr 2013-cü il tarixli “Bərpa olunan kredit müqaviləsi”nin və ona edilmiş 01 və 02 sayl ı razılaşmaların bağlanmasında müəssisənin rəhbəri kimi şəxsən iştirak etmiş, müqavilənin hansı müddətə, hansı şərtlərlə bağlanması, o cümlədən kreditə hesablanan faiz dərəcəsi ona məlum olmuş, bu şərtlərlə razılaşaraq müqavilə və əlavələri, zaminlik müqaviləsini imzalamışdır. Həmçinin digər təsisçi Cavabdeh1 təsisçi kimi 1.000.000 ABŞ dolları kreditin götürülməsinə, həmçinin sonradan onun müddətinin uzadılmasına, sənədləşmənin aparılmasının isə Cavabdeh2 tapşırılmasına dair təsisçilərin iclas qərarı ilə razılıq vermişdir. Bu isə o deməkdir ki, onun ilkin olaraq kredit müqaviləsi üzrə faiz dərəcəsini bilmədiyi ehtimal olunsa bxxxxə, həmin kreditin müddətinin uzadılmasına və əlavə girov müqaviləsinin bağlanmasına razılıq verməsi həmin kreditin faizinə də razılığını ehtiva etmişdir.(Mülki Mə cəllənin 355, 357-ci maddələri ) Sonuncu 11.03.2016-cı il tarixli 02 saylı razılaşma üzrə təsisçilərin əlavə qərarı olmasa da, həmin razılaşma ilə kredit borcunun qaytarılma müddətinə və faizə dəyişiklik edilməmiş, sadəcə qalıq borc məbləği kapitallaşdırılaraq əsas borc 1.033.944 ABŞ dolları müəyyən edilmiş, lakin hazırki iş üzrə əsas kredit borcunun məbləği həmin razılaşmaya əsasən deyil, məhkəmə ekspertizası rəyinə əsasən ümumi qaydada hesablanmış məbləğdə təmin edilmişdir. Yəni zamin Cavabdeh1 məsuliyyəti 11.03.2016-cı il tarixli 02 saylı razılaşma ilə artmamışdır. Bundan başqa, hər iki zamin zaminlik müqaviləsində qabaqcadan zaminliklə təmin edilmiş öhdəliyin dəyişdirilməsinə, dəyişdirmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olub-olmamasında n asılı olmayaraq, habxxxxə zaminliklə təmin edilmiş öhdəliyin başqa şəxsə keçməsinə etiraz etməməyi öhdəsinə götürmüşdür. Bxxxxə olan halda, apxxxxlyasiya məhkəməsinin Mülki Məcəllənin 477.0.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, xxxxəcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarına istinad edərək, zaminlərin kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmaları ilə tanış olmaması, həmin kredit razılaşmalar ı üzrə müəyyən edilmiş faizlər, kreditin müddəti və məbləği ilə bağlı məlumatı olmaması barədə gəldiyi nəticə yanlış olmuş, zaminlər Cavabdeh3 təsisçiləri olsalar da, bankla Cavabdeh3 arasında 20.12.2013-cü il tarixli 100526-1-10102/1 saylı bərpa olunan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 11 mart 2016-cı il tarixli 02 saylı razılaşma bağlanarkən həmin razılaşma ilə bağlı Cavabdeh3 təsisçilərin qərarı ilə təsdiqlənməməsi və cavabdehlərin təsisçi kimi həmin razılaşmanın bağlanmasına dair razılıqları olmadığından onların bank qarşısında olan məsuliyyətləri onlardan asılı olmayan səbəblərdən artması barədə qənaəti yuxarıda qeyd edilənlərə əsasən əsassız olmuşdur. Həmçinin, kollegiya hesab edir ki, apxxxxlyasiya instansiya məhkəməsi “Bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin bağ evindən məcburi qaydada çıxarılmaları və evin boşaldılmasına dair” hissədə ilkin iddianı təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Bxxxxə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutd uqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər bxxxxə öhdəlik götürmüş sayılırlar. İş materiallarından görünür ki, ipoteka predmeti olan bağ evi ipoteka qoyan (mülkiyyətçi) Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuşdur. Cavabdeh həmin evi ipotekaya qoymaqla, tutma ipoteka predmetinə yönəldildikdə və ev satıldıqda onu tərk edəcəyini öhdəsinə götürmüşdür. İddiaçı tərəf cavabdehin ailə üzvlərinin kimlərdən ibarət olması barədə sübutlar təqdim etməmiş, onlara qarşı tələb irəli sürməmişdir, buna görə də bu tələbin ailə üzvlərinə münasibətdə təmin edilməməsi düzgün olmuşdur. Buna görə də, iddiaçı tərəfin kassasiya şikayəti qeyd olunan hissədə qismən əsaslıdır və iddianın bu hissəsi Cavabdeh2 münasibətdə təmin edilərək, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin sahədən çıxmazsa, Cavabdeh2 evdən çıxarılmalıdır. Məhkəmə kollegiyası apxxxxlyasiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin edilmiş hissəsində də əsassız hesab edir. Bxxxxə ki, apxxxxlyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına əsasən iddiaçı ilə Cavabdeh3 arasında 22.05.2015-ci il tari xdə "Dövriyyədəki malların girov müqaviləsi" bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ümumi dəyəri 500.000 AZN (məhsulun hər tonunun qiyməti 378 AZN) olan 1322,7513 ton miqdarında buğda məhsulunu bankın xeyrinə girov qoyulmuşdur. Girov müqaviləsinin 5.2.1-ci bəndinə əsasən girov predmetinin (əmtəə ehtiyatları, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a) tərkibini və natural formasını dəyişdirir bu şərtlə ki, onun ümumi dəyəri bu Müqavilənin 3.5-ci bəndində göstərilən girov qiymətindən (dəyərindən) aşağı düşməsin. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən girov predmeti 500.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin müqaviləsinin 5.1.10-cu bəndinə əsasən girov qoyan girov predmetini bankın bu bar ədə yazılı razılığı olmadan müqavilə ilə müəyyən olunmuş ünvandan daşımır. Müəssisə tərəfindən irəli sürülmüş qarşılıqlı iddia tələbinə görə girov qoyulmuş buğda məhsulunun yeri müqavilənin 5.1.10-cu bəndinə əsasən yalnız bankın razılığı ilə dəyişdirilə bildiyindən, Bank isə bu barədə müraciətlərə reaksiya vermədiyindən buğda məhsulu Bankın təqsiri üzündən yararsız hala düşüb məhv olmuş və onlara həm real zərər, həm də əldən çıxmış fayda şəklində zərər dəymişdir. Apxxxxlyasiya instansiyası məhkəməsinə görə tərəflər arasında bağlanmış girov müqaviləsinin 5.1.10-cu bəndi Bankın razılığı olmadan buğdanın yerininin dəyişdirilməsinə imkan verməmiş, buğdanın keyfiyyətinin pisləşməsi ilə əlaqədar müəssisə tərəfindən yazılmış məktublara isə Bank cavab verməmiş və nümayəndəsini göndərməmişdir. Nəti cədə buğda məhsulu bankın təqsirindən məhv olduğuna görə bank vurulmuş ziyanı ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apxxxxlyasiya məhkəməsi bu nəticəyə gələrkən həm müqavilə şərtlərini düzgün təfsir etməmiş, həm də Mülki Məcəllənin 306.1 və 306.2-ci maddələrini, həmçinin Mülki Prossesual Məcəllənin 420-ci maddəsinin tələblərini pozmuşdur. Bxxxxə ki, Mülki Məcəllənin 306.1-ci və 306.2-ci maddələrinə əsasən dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir, bu şərtlə ki, onların ümumi dəyəri girov müqaviləsində göstərilən dəyərindən aşağı düşməsin. Girov qoyulmuş dövriyyədək i malların dəyərinin azalmasına, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girovla təmin edilmiş öhdəliyin icra edilmiş hissəsinə mütənasib surətdə yol verilir. Girov qoyanın özgəninkiləşdirdiyi dövriyyədəki mallar əldə edənin mülkiyyətinə keçdiyi andan girov predmeti olmur, girov qoyanın əldə etdiyi, girov müqaviləsində göstərilən mallar isə girov qoyanın onlara mülkiyyət hüququnun əmələ gəldiyi andan girov predmeti olur. Mülki Qanunvericiliyin tələbindən və müqavilənin şərtlərindən göründüyü kimi, girov qoyan olan cavabdeh girov predmetinin tərkibini və natural formasını girovun dəyərindən aşağı olmamaq şərti ilə dəyişə bilər. Deməli, mallar dövriyyədə olduğu üçün, həmin malların xarab olması labüd olur və buna görə də, girov qoyana malların dəyişdirilməsi hüququ verilir. Həmin hü ququn həyata keçirilməsinə müqavilənin 5.1.10-cu bəndinin birbaşa mane olması barədə cavabdehin dəlilləri isə əsaslı deyil. Çünki müqavilənin mübahisə doğuran 5.1.10-cu bəndinə görə girov qoyan Bankın yazılı razılığı olmadan girovun predmetini bu müqavilə ilə müəyyən edilən ünvandan daşımır. Həmin bəndin mənası ondan ibarətdir ki, buğda məhsulu girovda olduğu üçün Bankın razılığı olmadan onun saxlandığı yer dəyişdirilmir. Burda məqsəd təminat vasitəsi olan buğdanın mövcudluğunu, saxlanma şəraitini qorumaqdan ibarətdir. Kassasiya məhkəməsi sonuncu qərarına həmin bəndin qüvvəsinin buğdanın keyfiyyəti üçün təhlükə yaranması halında tətbiqinin nə dərəcədə mümkün olmasına məhkəmə tərəfindən qiymət verilməsini vacib hesab etmiş, apxxxxlyasiya məhkəməsi bu göstərişlə bağlı yalnız cavabdehin nümay əndəsinin izahatı əsasında müəyyən etmişdir ki, heç bir halda buğdanın daşınması mümkün olmamışdır və əvvəlki apxxxxlyasiya qətnaməsindəki mövqeyi təkrarlayaraq qeyd etmişdir ki, girov müqaviləsinin 5.1.10-cu bəndi dövriyyədəki malların girovunun mahiyyətinə zidd olmaqla, müqavilənin digər bəndi ilə uzlaşmamışdır və girov predmeti bankın təqsiri üzündən yararsız vəziyyətə düşmüşdür. Lakin müqavilənin 5.1.6-cı bəndinə əsasən girov qoyan vəzifə olaraq girov predmetinin salamatlığını təmin edir, üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiə edir. Həmin müqavilənin 5.1.7-ci bəndinə əsasən girov predmetinin məhv olması, itirilməsi və ya zədələnməsi təhlükəsi yarandıqda “Bank”a dərhal məlumat verir. Girov müqaviləsinin 6.2-ci bəndinə əsasən müqavilənin 5.1.6 və 5.1.7-ci bəndləri ilə müə yyən olunan vəzifələrin “Girov qoyan” tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində girov predmetinin məhv olması, itirilməsi və ya zədələnməsinə görə məsuliyyəti “Girov qoyan” daşıyır. Göründüyü kimi, girov predmetinin salamatlığını təmin etmək girov qoyanın vəzifəsi olmaqla, girov qoyan girov predmetinin məhv olması, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Kollegiya hesab edir ki, girov predmeti dövriyyədə olan ərzaq məhsulu-buğda olmaqla, girov qoyan həmin buğdanın keyfiyyətinin aşağı düşməməsinə görə girov predmetinin tərkibini və natural formasını girovun dəyərindən aşağı olmamaq şərti ilə mütəmadi dəyişdirməli idi. Cavabdeh bunun üçün mütləq şəkildə buğdanın saxlandığı ünvandan başqa ünvana daşınmasının zəruri olduğunu əsaslandırmamışdır. Giro v müqaviləsinə əsasən girovun saxlandığı ünvan ünvan 2şən anbardır. Məhkəmələrin istinad etdiyi cavabdeh müəssisədə səyyar vergi yoxlamasına dair sənədlərdən, o cümlədən mütəxəssis rəyindən məlum olur ki, müəssisənin qeyd edilən ünvanda ümumi torpaq sahəsi 2 ha olmaqla, ərazidə ayrı-ayrı binalarda yerləşən ümumi sahəsi 980 kv.m olan bir çörək zavodu, istehsal və hazır məhsul anbarının sahəsi 1150 kv.m olan bir dəyirman mövcuddur. Göründüyü kimi, girov qoyulmuş buğdanın müqavilədə göstərilən ünvandan daşınmadan dövriyyəyə buraxılması, ondan un məhsulu və çörək istehsal edilməsi mümkün olmuş, həmçinin həmin sənədlərə əsasən müəssisənin həmin dövrdə idxal etdiyi buğda məhsulunun həcmi onu deməyə əsas verir ki, həmin girovun tərkibinin dəyişdirilməsi üçün də müəssisənin imkanı olmuşdur. Cavabd eh isə özünün qeyd etdiyi kimi keyfiyyəti pisləşməyə başlamış buğda məhsulu ilə bağlı 2 il ərzində cəmi 3 dəfə banka məktub yazmaqla, müqavilənin 5.1.6-cı bəndinə əks olunmuş vəzifəsini yerinə yetirilmiş hesab etmiş, müqavilənin 5.2.1-ci bəndinin və Mülki Məcəllənin 306.1-ci maddəsinin ona verdiyi imkandan istifadə etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, girov predmetinin salamatlığının təmin edilməməsin görə məsuliyyət girov qoyanın üzərinə düşdüyündən və bankın qeyd edilən məktublara cavab verməməsi bxxxxə, girov qoyanı bu məsuliyyətindən azad etmədiyindən girov predmetinin məhv olması nəticəsində vurulmuş ziyanın tutulması hisssində qarşılıqlı iddia tələbi əsassız olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apxxxxlyasiya instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etməklə, düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habxxxxə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilə n hüquqların və qanunla qorunan mənafxxxxərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, apxxxxlyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən hissələrdə bu tələblərə cavab vermir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə apxxxxlyasiya instansiya məhkəməsində dəfələrlə mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından, işdə olan sübutlar qərar qəbul etməyə imkan verdiyindən və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan, qətnamənin ləğv edilmiş hissələrində işin yenidən baxılması üçün apxxxxlyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur. Azərbaycan Respubli kasının Mülki Prossesual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apxxxxlyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apxxxxlyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apxxxxlyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, ilkin iddianın zaminlərdən borcun tutulması, ipoteka qoyanın evdən çıxarılması hissəsinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edi lmiş hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qərar qəbul edilərək, ilkin iddia həmin hissələrdə təmin edilməli, qətnamə ilə müəyyən edilmiş kredit borcu borclu Cavabdeh3 KM ilə yanaşı, zaminlər Cavabdeh2 və Cavabdeh1 da müştərək qaydada tutulmalı, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda, ən geci 1 ay ərzində həmin sahədən çıxmazsa, Cavabdeh2 evdən çıxarılmalı, qarşılıqlı iddia mübahisələndirilən hissədə rədd edilməli, qətnamə kassasiya baxışının predmetini təşkil edən digər hissələrdə (kredit borcunun məbləği, ipotekanın satış qiymətinin müəyyən edilməsi, ipotekaqoyanın ailə üzvlərinin evdən çıxarılması və evin boşaldılması hissələrində) dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apxxxxyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli, 2(103)6606/2020 nömrəli qətnaməsi qismən, ilkin iddianın zaminlərdən borcun tutulması, ipoteka qoyanın evdən çıxarılması hissəsinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilmiş hissələrində ləğv edilsin və həmin hissələrdə iş üzrə yeni qərar qəbul edilsin. İlkin iddia zaminlərdən borcun tutulması, ipoteka qoyanın evdən çıxarılması hissəsində təmin edilsin. Qətnamə ilə müəyyən edilmiş kredit borcu borclu Cavabdeh3 KM ilə yanaşı, zaminlər Cavabdeh2 və Cavabdeh1 da müştərək qaydada tutulsun. İpoteka predmetinə tutma yönəldikdə və o satıldıqda, ən geci 1 ay ərzində həmin sahədən çıx mazsa, Cavabdeh2 evdən çıxarılsın. Qarşılıqlı iddia mübahisələndirilən hissədə rədd edilsin. Qətnamə kassasiya baxışının predmetini təşkil edən digər hissələrdə (kredit borcunun məbləği, ipotekanın satış qiymətinin müəyyən edilməsi, ipotekaqoyanın ailə üzvlərinin evdən çıxarılması və evin boşaldılması hissələrində) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar