Məhkəmə qərarları › İş №2(102)-2412/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2412/2024

23.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2412/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə, mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi”, iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələblərinə dair birləşdirilmiş mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-341/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, 12-ci mkr., ev 34 ünvanda yerləşən 44 saylı mənzil xx.xx.1975ci il tarixdə 12/237 saylı order əsasında İddiaçı 3 nəfər ailə üzvü (İddiaçıM, həyat yoldaşı Həmidova V.İ və qızı Həmidova İ.H) daxil olmaqla yaşayış sahəsinə ehtiyaclarının ödənilməsi məqsədilə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanda yerləşən 44 saylı mənzil ayrılmışdır.

2. X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür.

3. Cavabdeh mülkiyyətçinin oğludur və o, mübahisəli mənzildə 2004-cü ildən qeydiyyatda olsa da, ailə qurduğu gündən digər – ünvan 1 ünvanında yaşayır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-603/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, X6 ilə Cavabdeh arasında 11 noyabr 2003-cü il tarixli Sumqayıt şəhəri “Nikah evi”ndə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Elşad oğlu və xx.xx.2004-cü il təvəllüdlü X7 iddiaçı X2 yanında saxlanılmaları, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Elşad oğlu və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddi açı X4 ödənilməsi, alimentin tutulmasının xx.xx.2020-ci il tarixdən hesablanması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. 5. 30.05.2023-cü il tarixli akta əsasən, 10 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası Əliyeva Sənəm, qonşulardan X1, X9 bildirirlər ki, ünvan 3 ünvanında Cavabdeh 2003-cü il tarixdən həmin mənzildə yaşamır. Aktın doğruluğunu imzaları ilə təsdiqləmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən cavabdehin iddiaçıya məxsus mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı t ələbini onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil xx.xx.1975-ci il tarixli 12/237 saylı orderə əsasən 3 nəfər ailə üzvləri (İddiaçıM, arvadı Həmidova V.İ və qızı Həmidova İ.H) ilə birlikdə iddiaçıya verilmişdir. Mənzil özəlləşdirilməyib və hazırda dövlət mənzil fonduna aiddir. Cavabdeh iddiaçının oğludur. O, 2003-cü il tarixdən sözügedən mənzildən köçmüşdür. Həmin vaxtdan etibarən ailəsi ilə birlikdə ünvan 4 ünvanında yerləşən 51 saylı mənzildə yaşayır. İddiaçının onunla hər hansı bir əlaqəsi qalmamışdır. Cavabdehin sözügedən mənzilə hər hansı bir bağlılığı yoxdur, mənzildə ona məxsus hər hansı bir əşyası olmamışdır. Bu baxımdan da cavabdehin həmin mənzilə qeydiyyatı tamamilə formal xarakter daşıyır. İddiaçı mənzili indiyədək özəlləşdirməsə də, o, mənzilin potensial mülki yyətçisidir. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun doğma atasıdır. Anası X5 xx.xx.2019-cu il tarixdə dünyasını dəyişmişdir. Anasının sağlığında atası ilə aralarında tez-tez mübahisələr olurdu. Anası dünyasını dəyişəndən sonra atası onun orda yaşamağına maneələr törədir, dava-dalaş salırdı. Atası olduğuna görə polisə müraciət etməyi özünə sığışdırmamışdır. Sonuncu dava-dalaşdan sonra iddiaçı iş ə gedib evə qayıdanda atası mənzilin açarını dəyişmiş və o, mənzilə daxil ola bilməmişdir. Ona aid əşyalarını belə götürə bilməmişdir. Mütəmadi mənzilə gedib qapını döysə də, atası ona qapı açmamışdır. Hal-hazırda iddiaçının atası mübahisəli mənzildə, yəni ünvan 5 ünvanında tək yaşayır. Mənzil 2 otaqdan ibarət olmuşdur. Bir otaq iddiaçıya aid olmuş və ona aid əşyaları orada yerləşmişdir. Digər otaq isə atasına aid olmuşdur.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışına əsasən, İddiaçı 21 yanvar 2004-cü ildən etibarən Cavabdeh ilə birlikdə mübahisəli mənzildə qeydiyyatdadırlar.

11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 733 nömrəli arayışına əsasən, arayışına əsasən Cavabdeh ünvan 4, mənzil 51 ünvanında yaşayır.

12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5930/2023 qərardadına əsasən, müxtəlif hakimlərin icraatında olan işlər 2(060)-4724/2023 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır.

13. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2(060)4724/2023 saylı qətnaməsi ilə (hakim Ş.Həxiyeva) İddiaçı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh “mənzilə köçürülmə” tələbinə dair iddiası isə təmin edilmiş, onun mübahisə predmeti olan mənzilə köçürülməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı təl əbini məhkəmədə sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehin 2003-cü il tarixdən mübahisəli evdən köçüb getdiyini, ailə quraraq başqa yerdə yaşadığını göstərərək həmin əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. Lakin iddiaçının göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir mötəbər sübuta əsaslanmamışdır. Belə ki, iddiaçı tərəf cavabdehin ailə qurduğunu, bununla bağlı olaraq həmin mənzili tərk edib getdiyini göstərsə də, cavabdehin hazırda nikahda olması, daimi yaşayış yeri olmaqla bu yaşayış sahəsinə ehtiyacının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mə nzil Məcəlləsinin 53.1, 53.3, 60, 87, 123-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi və cavabdehin Cavabdeh iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “sübutetmə yükü iddia edənin üzərinə düşür” prinsipinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı tələbini məhkəmədə sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehin 2003-cü il tarixdən mübahisəli evdən köçüb getdiyini, ailə quraraq başqa yerdə yaşadığını göstərərək həmin əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. Lakin iddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, iddiaçı tərəf cavabdehin ailə qurduğunu, bununla bağlı olaraq həmin mənzili tərk edib getdiyini göstərsə də, cavabdehin hazırda nikahda olması, daimi yaşayış yeri olmaqla bu yaşayış sahəsinə ehtiyacının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(105)-341/2024 saylı qətnaməsi ilə (hakimlər İ.Dəmirov (sədrlik edən v ə məruzəçi), F.Məmmədov və L.Rəhimli) Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2023cü il tarixli, 2(060)-4724/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası təmin edilərək, Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən 44 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilmiş, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından da görünmüşdür ki, cavabdeh ailə quraraq ailəsi ilə birlikdə daimi başqa ünvanda yaşamaq üçün 2003-cü ildən mənzili tərk etmiş və digər yaşayış sahəsinə köçmüşdür. Cavabdehin ailə qurduğu ilk gündən, yəni 2003-cü il tarixdən Sumqayıt şəhəri, 12-ci mikroray on, ev 34 ünvanında yerləşən 44 saylı mənzildə yaşamaması hazırkı mülki işin mübahisələndirilməyən halı olmuşdur. Bununla da, Cavabdeh köçürülməsini iddia etdiyi mənzilə olan bağlılığını itirmişdir. Bu hallar iş materialları ilə də öz təsdiqini tapmışdır. Cavabdeh 20 ildir ki, mübahisəli mənzildə yaşamamışdır. Bu müddət ərzində mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmişdir. Yalnız iddiaçı tərəfindən müraciət edildikdən sonra məhkəməyə müraciət etmişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87.2, “Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndinə, Mülki Məcəllənin 157.8, 158.1.2, 365.1.7-ci, MülkiProsessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.3 və 384.0.1-ci maddələrinə istinadl a əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edərək, iddiaçının cavabdehə qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, onun “mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin olunması və mübahisəli mənzilə köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdeh kassasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, mənzili daimi olaraq tərk etməmiş, daimi tərk etmək üçün başqa yaşayış yeri olmamış, bütün əmlakları hal-hazırda mübahisəli mənzildə qalmışdır. Lakin onunla həmişə ədavəti olan atası-iddiaçı dava-dalaş ilə onu evdən qovmuşdur. Halhazırda onun adında mənzil yoxdur, və o, arvadı ilə 3 ildir ki, rəsmi qaydada boşanmış, iddiaçının MİS-dən aldığı arayışda göstərilən ünvan isə Cavabdeh kirayədə yaşadığı bir mənzil olmuşdur. Lakin yetərincə əsasların olmamasına və iddiaçının bu mənzilə istifadə hüququnun itirilməsinə səbəb olan halların mövcud olmamasına baxmayaraq məhkəmə cavabdehin hüquqlarına təminat verməmiş və onun daimi və yeganə yaşayış yeri olan mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi qənaətinə gəlmişdir.

23. Cavabdeh həmçinin qeyd etmişdir ki, iddiaçı və cavabdeh ata-bala olmaqla bir ailə üzvləri hesab olunurlar və hər ikisinin dövlət fondunda olan bu mənzil üzərində eyni hüquqları vardır. Bu qayda Mülki Məcəlləsinin 120-ci maddəsində də təsbit edilmişdir. Lakin məhkəmə maddi normaları düzgün isti nad etməmiş və qəbul edilmiş qətnamə iddiaçı Cavabdeh Konstitusiyanın 43-cü maddəsində təsdiq edilmiş mənzil hüquqlarının pozulmasına səbəb olmuşdur.

24. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54, 87, Mülki-Prosessual Məcəllənin 8.1, 9.1, 14.1, 88, 217.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

27. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaş adığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

28. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

29. Maddə

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbay can Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırı lmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-341/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar