Məhkəmə qərarları › İş №2(105)-1787/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1787/2024

10.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1787/2024 10.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının itirlimiş hesab edilməsinə dair ilk, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə ilə bağlı qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X19 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının itirlimiş hesab edilməsinə dair ilk, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə ilə bağlı qarşılıqlı tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1478/2024 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh3, X20, X16, Cavabdeh1, Cavabdeh2, X14, Şövqətova Yeganə Arif qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar.

2. 20 saylı MKİS-nin sahə ustası A.Hüseynova, qonşular R.Ağayev, Q.Məmmədov, N.Mərdanlı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 8, mənzil 9-da qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hal-hazırda qonşuların da dediyinə əsasən yuxarıda göstərilən ünvanda qeydiyyatdadırlar, lakin yaşamırlar.

3. 20 saylı MKİS-nin sahə ustası X.Həsənova, 47-ci məhəllə, ev 8, mənzil 3 ünvanında yaşayan X15, 47-ci məhəllə, ev 8, mənzil 15-də yaşayan X21 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan qeyd olunmuşdur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.1995-ci il tarixdən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 8, mənzil 9-da yaşamırlar.

4. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərfindən verilmiş 17 mart 1995-ci il tarixli, 9/34 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 47-ci məhəllədə yerləşən 8 nömrəli evin 39,6 kv.m sahəsi olan 3 otaqlı ev 5 nəfər ailə üzvü ilə İddiaçı verilmişdir. Həmin orderdə sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxlərin siyahısında ev sahibi Şovqatov A.İ, qardaşı Şavqatov A.İ, qardaşı arvadı Cavabdeh1F, qardaşı qızları Şavqatova İ.A, Şavqatova V.A göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilk iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçılar Cavabdeh1, Cavabdeh2 və X11 cavabdeh X6 qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 8-də yerləşən 9 saylı mənzilə köçürülmələrini məhkəmədən xahiş etmişdirlər.

7. İlk iddia tələbini belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla ailə üzvləri ilə (həyat yoldaşı X16 və üç uşağı, Şövqətova Yeganə Arif qızı, X14, X20) ünvan 2 ünvanında yerləşən üç otaqlı mənzildə qeydiyyatda olmaqla yaşayır. ünvan 1 ünvanında yerləşən üç otaqlı mənzil Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 17 mart 1995-ci il tarixli, 9/34 №-li order əsasında (SŞİH Başçısının xx.xx.1995-ci il tarixli, 147 nömrəli sərəncamına əsasən) ona məxsusdur. Cavabdehlər X1nun həyat yoldaşı və qızlarıdır. X1 vəfat etmişdir. Qardaşı və ailə üzvləri ona məxsus mənzildə bir gündə olsun yaşamamışlar, yalnız formal qeydiyyatda olmuşdurlar. Göstərdiklərini Sumqayıt şəhər 20 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktları təsdiq edir. Cavabdehlər uzun illər ona məxsus mənzildə yaşamamalarına, formal qeydiyyatda olmalarına baxmayaraq bu günədək mənzilindən qeydiyyatdan çıxmamışdırlar. Hazırda ona məxsus mənzildə o, ailə üzvləri və cavabdehlər daxil olmaqla 8 nəfər pasport qeydiyyatındadırlar. Qohumları vasitəsilə cavabdehlərdən mənzildən qeydiyyatdan çıxmalarını xahiş etməsinə baxmayaraq Cavabdeh1 qeydiyyatdan çıxmamışdır. Qızları ailə qursalar da, mənzilində formal qeydiyyatda qalmış və qeydiyyatdan çıxmamışdırlar. Göründüyü kimi cavabdehlər onun ailə üzvləri deyildir. Onların həmin mənzildə heç bir əmlakı yoxdur və olmamışdır. Cavabdehlər ona məxsus mənzildə bir gün də olsun yaşamamış, formal olaraq qeydiyyatda qalmışdırlar. Ona görə də onun mənzil və yaşayış hüquqları pozulur, mənzilinə istədiyi kimi sərəncam verib, özəlləşdirə və özgəninkiləşdirə bilmir. Bundan başqa cavabdehlər mənzilində formal olaraq qeydiyyatda qaldığından kommunal xərclər (mənzilə dair adambaşına nəzərdə tutulan zibil pulu) ondan tələb olunur və bu onun üçün əlavə xərclərə səbəb olmaqla mənzil hüquqlarını məhdudlaşdırır, mənzilinə istədiyi kimi sərəncam verə bilmir. Cavabdehlər könüllü olaraq mənzilindən qeydiyyatdan çıxmadığından mübahisənin məhkəmədənkənar həlli qeyri-mümkün olduğundan o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi cavabdehlər onun ailə üzvi deyildir, ona məxsus mənzildə yaşamamışdırlar və formal pasport qeydiyyatındadırlar. Bu il ərzində mənzillə bağlı aralarında mübahisə və razılaşma olmamış, inzibati orqanlara məhkəməyə şikayət və müraciət daxil olmamışdır. Bu illər ərzində mənzilə dair kommunal xərclər yalnız onun tərəfindən maddi imkanı daxilində ödənilmişdir. Cavabdeh mənzildə yaşamamış, kommunal xərclərin ödənilməsində iştirak etməmişdir. Yuxarıda sadalananlara əsasən hesab edir ki, məhkəmə tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 4 ünvanında yerləşən ona məxsus mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmalıdır.

8. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, qeyd edilən mənzil daimi yaşayış yerləridir. Bu mənzil 1995-ci ildə ayrılarkən onların da adı mənzilə dair orderə daxil edilmiş və bu səbəbdən də 3 otaqlı mənzil verilmişdir. Cavabdeh onlara bildirmişdir ki, o mənzili satıb onlara düşən payı verəcəkdir. Belə ki, onlar ağır vəziyyətdə, zirzəmidə yaşayırlar və cavabdeh hər dəfə onların bu mənzilə köçürülmələrinə əngəl yaratmış və aralarında belə bir şərtləşmə olmuşdur ki, o mənzili onların razılıqları ilə özəlləşdirməklə satacaq və satışdan əldə olunan payı bərabər şəkildə böləcək, onlara düşən payı almaqla özlərinə başqa yerdən mənzil alacaqdırlar. Bu səbəbdən də onlar bu illəri gözləmiş, lakin cavabdeh bu vəziyyətdən istifadə etməklə onlara qarşı bu iddianı qaldırmışdır. Onlar bu illər ərzində mübahisəli mənzildə qeydiyyatda olmuş və bu mənzilə yaşayış hüquqları Mənzil Məcəlləsinin həmin vaxt qüvvədə olan 53-54-cü maddələrinə əsasən yaranmışdır, buna görə də onlar bu mənzilə köçürülməlidirlər.

9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1478/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 8 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Vəfa Şirəliyeva)

10. Məhkəmə ilkin iddia tələbinə münasibətdə mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından ilkin iddia tələbi üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının yaranmasına baxmayaraq həmin hüquqdan istifadə etməmələri ilə əlaqədar bu hüququ itirmişlər.

11. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə mövqeyini belə əsaslandırmışdır ki, həm qarşılıqlı iddiaçılar Cavabdeh1, Cavabdeh2, X7 mübahisəli mənzilə münasibətdə istifadə hüquqununun itirilmiş hesab edilməsi nəticəsinə gəlindiyi üçün, həm də məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə ididaçıların bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması müəyyən edildiyindən onların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsaslı sayıla bilməz.

12. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrini, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51, 54, 60, 87-ci maddələrini, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun əmisidir və tərəfin əsaslandığı iddialar reallığı əks etdirmir. Onun və digər cavabdehlərdən olan Şövqətova Dilarənin əmisidir. Həmin mənzil 1995-ci idə ayrılan zaman həmin mənzilə dair təqdim edilən orderdə o və digər cavabdehlər X4 və X5 adları qeyd edilmişdir. Məhz onların həmin orderdə adlarının daxi edilməsi səbəbi ilə 3 otaqlı mənzil verilmişdir. Həmin ev ayrıldıqdan sonra həmin mənzildə yaşamaq istəsələr də, iddiaçı tərəf onlara həmin mənzili sataraq qanuni paylarını verəcəklərini bildirmişdir. Onlar da, həmin vədə etibar edərək o vaxtdan gözləmişdirlər. Həmin müddətdə onlar yaşayış yerindən məhrum olaraq zirzəmiyə yerləşmiş, elə həmin vaxtdan zirzəmidə ağır şəraitdə yaşamağa məcbur olmuşdurlar. İllərdir ki, iddiaçı tərəf onların Sumqayıt şəhəri 47-ci məhəllə, ev 8-də yerləşən 9 saylı mənzilə köçərək yaşamaq istəməklərinə qarşı çıxmış, buna maneələr yaratmışdırlar. Hər dəfə ona müraciət etdikləri zaman isə, İddiaçı süni əngəllər yaratmağa çalışmış, yenə də yalan vədlər verərək onlarə gözləməyə məcbur etmişdir. Artıq illərdir ki, o və digər cavabdehlər olan X9, X12 ağır şərtlər altında heç bir şəraiti olmayan, yaşayı üçün nəzərdə tutulmayan zirzəmi anbarda yaşayırlar. Bu məsələ birinci instansiya məhkəməsi prosesi zamanı onlar tərəfindən təqdim edilmiş 147 saylı xx.xx.2023-cü il tarixli Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə onun arasında bağlanmış 40 kv.metr olan zirzəmi-anbarın istifadəsinə dair müqavilə də sübut etməkdədir. Məhkəmə bu məsələdə qərəzli yanaşaraq, işi məhz iddiaçının xeyrinə töhsif edən halları qəbul etmişdir. Məhkəmə işə baxan zaman nəzərə almamışdır ki, 1995-ci ildə Sumqayıt şəhəri 47-ci məhəllə, ev 8-də yerləşən 9 saylı mənzil ayrılan zaman onun və digər cavabdehlərin həmin mənzilə dair təqdim edilən 17.03.95-ci il tarixli, 9/34 nömrəli orderdə adları vardır. Bundan başqa, məhkəmə özü də qeyd edir ki, onlar həmin mənzildə qeydiyyatdadırlar və bunu AR DİN tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda təsdiq etməkdədir. İddiaçı öz iddiasında güya onun və digər cavabdehlərin həmin mənzildə heç vaxt yaşamadıqlarını qeyd etmiş və buna əsasən də istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etmişdir. Halbuki, bu cür iddia istifadə hüququna xitam verilməsi üçün əsas sayıla bilməz. Nəzərə almaq lazım idi ki, onlar məhz iddiaçının yaratdığı maneələr səbəbi ilə o və digər cavabdehlər adı çəkilən mənzilə köçə və orada yaşaya bilməmişdirlər. Məhkəmə işin gedişatına təsir edəcək olan bu halları əsas götürməyərək, onların istifadə hüququnu qanuna zidd olaraq itirilmiş hesab etmişdir. O və ailə üzvləri olan digər cavabdehlər X9, X5 bugünə qədər bu məsələ bağlı hüquqi müstəvidə addım atmamaqlarına səbəb isə məhz İddiaçı vədlərinə inanaraq onun mənzili sataraq onlara düşən qanuni payı verməsin gözləməkləri olmuşdur. Belə ki, illərdir o və digər cavabdehlər X9, X5 istifadə hüququndan məhrum olaraq Sumqayıt şəhəri 47-ci məhəllə, ev 8-də yerləşən 9 saylı mənzildə yaşamamışdırlar. 1995-ci ildən bəri həmin evdə ancaq iddiaçı və onun ailəsi yaşamış, onların oraya köçmələrinə iddiaçı tərəfindən maneələr yaradılmışdır. İddiaçı onların iradlarına və etirazlarına ciddi məhəl qoymamış, sadəcə yalan vədlər ilə zaman qazanmağa çalışmışdır. Onlar iddiaçıya etibar edərək zaman içində məsələni həll edəcəyini düşünmüş, onun adı çəkilən mənzili sataraq onların paylarını verəcəyinə inanmışdırlar. Bütün bu illər ərzində o və digər cavabdehlər ağır vəziyyətdə, qeyri-yaşayış sahəsi olan və heç bir şəraiti olmayan zirzəmidə yaşamağa məcbur olmuşdurlar.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

17. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Şövqətov X10 məhkəmə inormasiya istemi vasitəsilə teleqram ünvanlayaraq səhhəti ilə bağlı ağciyər xəstəsi olduğundan məhkəmə iclasinda iştirak edə bilmədiyini və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini əsassız olduğundan qəbul etmədiyini bildirmiş, işə onun iştirakı olmadan baxaraq apellyasiya şikayətini təmin etməyib, Sumqayıt Şəhər Məhkəməsinini 2(060)-1478/2024 saylı qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

19. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:

20. Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan):

21. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

22. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;

23. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

24. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları

25. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli Qərar: “Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya baxışının hədləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmetini təşkil edən mənzil ilə bağlı tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

36. 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

37. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

38. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

39. Sadalanan normalardan görünür ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

40. İş materialları və cavabdeh tərəfin məhkəmə iclasında verdikləri izahatlarında onların qeyd olunan mənzildə yaşamamaları təsdiq olunur. Belə ki, məhkəmə iclasında Cavabdeh1 ümumiyyətlə həmin evdə yaşamadıqlarını bildirmişdir. Lakin o, iddiaçı və onun arvadı tərəfindən mənzilə buraxılmamaları səbəbindən həmin mənzildə yaşamadıqlarını bildirmişdir.

41. Cavabdeh tərəf ötən 29 ilə yaxın müddət ərzində mübahisəli mənzildə gəlib yaşamamış və iddiaçıdan sözügedən hüququnun təmin edilməsini tələb etməmiş, bu barədə məhkəmədə iddia qaldırmamışdır.

42. Digər tərəfdən, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfin mübahisəli mənzillə bağlı 1995-ci ildən hazıradək mənzillə bağlı hüquqi müstəvidə addım atmamaqlarına səbəbin ilk iddia üzrə İddiaçı vədlərinə inanaraq onun mənzili sataraq onlara düşən qanuni payı verməsini gözləməkləri olması iş materialları və məhkəmə iclasında işin araşdırılmış halları ilə təsdiqini tapmır, əksinə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfin ötən müddət ərzində mənzilə köçürülmə barədə məhkəmə qaydasında mübahisə açmaması onların mübahisəli mənzillə əlaqələrini kəsmələrini göstərir.

43. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən ilkin və qarşılıqlı iddialar üzrə tələblər bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

44. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ əldə etmələrinə baxmayaraq, həmin hüquqdan heç vaxt istifadə etməmələri ilə əlaqədar bu hüququ itirmişlər. Odur ki, mübahisəli mənzilə köçürülmə barədə qarşılıqlı iddia əsaslı sayıla bilməz.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

47. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1478/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar