Məhkəmə qərarları › İş №2(105)-341/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-341/2024

29.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-341/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə ünvan 4qayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(060)-4724/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ünvan 4qayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4qayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanda yerləşən 44 saylı mənzil xx.xx.1975-cı l tarixli 12/237 saylı orderə əsasən 3 nəfər ailə üzvü (İddiaçıM, həyat yoldaşı Həmidova V.İ və qızı Həmidova İ.H) ilə birlikdə İddiaçı verilmişdir. Mənzil özəlləşdirilməyib və hazırda dövlət mənzil fonduna aiddir. Cavabdeh iddiaçının oğludur. Cavabdeh 2003-cü il tarixdən sözügedən mənzildən köçmüşdür. Həmin vaxtdan etibarən ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən 51 saylı mənzildə yaşayır. İddiaçının onunla hər hansı bir əlaqəsi qalmamışdır. Cavabdehin sözügedən mənzilə hər hansı bir bağlılığı yoxdur, mənzildə ona məxsus hər hansı bir əşyası yoxdur. Bu baxımdan da cavabdehin həmin mənzilə qeydiyyatı tamamilə formal xarakter daşıyır. İddiaçı mənzili indiyədək özəlləşdirməsə də, o, mənzilin potensial mülkiyyətçisidir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya məxsus ünvan 4qayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanda yerləşən 44 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı onun doğma atasıdır. Mərhum anası X6 xx.xx.2019-cu il tarixdə dünyasını dəyişmişdir. Anasının sağlığında atası ilə aralarında tez-tez mübahisələr olurdu. Anası dünyasını dəyişəndən sonra atası onun orda yaşamağına maneələr törədir, dava-dalaş salırdı. İddiaçı cavabdeh atasıdır deyə polisə müraciət etməyi özünə sığışdırmamışdır. Sonuncu dava-dalaşdan sonra iddiaçı işə gedib evə qayıdanda atası mənzilin açarını dəyişmişdir. Belə ki, mənzilə daxil ola bilməmişdir. Ona aid əşyalarını yatacaq çarpayı geyimlərini və s. belə götürə bilməmişdir. Mütəmadi mənzilə gedib qapını döysə də, atası ona qapı açmır. Hal-hazırda iddiaçının atası mübahisəli mənzildə, yəni ünvan 2 ünvanında tək yaşayır. Mənzil 2 otaqdan ibarətdir. Bir otaq iddiaçıya aiddir və ona aid əşyaları orada yerləşir. Digər otaq isə atasına aiddir. Göstərilənlərə əsasən iddiaçının ünvan 3 ünvanında yerləşən mənzildə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçının ünvan 3-ə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən etmişdir. ünvan 4qayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5930/2023 nömrəli qərardadına əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiaçının ünvan 4qayıt şəhəri, 12-ci mikrorayon, ev 34, 4 saylı mənzilə köçürülməsi barədə iddia tələbi üzrə 2(060)-5930/2023 saylı mülki işin məhkəmənin digər hakimin icraatında olan İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair 2(060)- 4724/2023 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır. ünvan 4qayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(060)-4724/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair iddia ərizəsinin rədd edilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsinin təmin edilməsi, iddiaçı Cavabdeh ünvan 3-ə köçürülməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). İddiaçı apellyasiya şikayəti verərək ünvan 4qayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(060)-4724/2023 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair iddia ərizəsinin təmin edilməsini və iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsinin rədd edilməsı barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab etmişdir ki, İddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilməmişdir. İddiaçı tərəf (İddiaçı) cavabdehin (Cavabdeh) 2003-cü il tarixdən mübahisəli evdən köçüb getdiyini, ailə quraraq başqa yerdə yaşadığını göstərərək həmin əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. Lakin iddiaçının (İddiaçı) iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, iddiaçı tərəf cavabdehin ailə qurduğunu, bununla bağlı olaraq həmin mənzili tərk edib getdiyini göstərsə də, cavabdehin hazırda nikahda olması, daimi yaşayış yeri olmaqla bu yaşayış sahəsinə ehtiyacının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, birləşdirilmiş iddianın təmin edilib-edilməməsi birinci iddianın mahiyyəti üzrə həllindən asılı olduğundan və birinci iddia rədd edildiyindən birləşdirilmiş iddia təmin edilərək, iddiaçı Cavabdeh ünvan 3-ə köçürülməlidir. Qeyd etmişdir ki, ünvan 4qayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanda yerləşən 44 saylı mənzil xx.xx.1975-cı l tarixli 12/237 saylı orderə əsasən 3 nəfər ailə üzvü (İddiaçı, həyat yoldaşı V.İ. Həmidova və qızı İ.İddiaçı) ilə birlikdə İddiaçı verilmişdir. Mənzil özəlləşdirilməyib və hazırda dövlət mənzil fonduna aiddir. Cavabdeh iddiaçının oğludur. Qeyd etmişdir ki, cavabdeh 2003-cü il tarixdən sözü gedən mənzildən köçmüşdür. Belə ki, cavabdeh həmin vaxtda ailə quraraq ailəsi ilə birlikdə daimi yaşamaq üçün ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilə köçmüşdür. Aralarındakı nikah 2021-ci il tarixdə məhkəmənin müvafiq qətnaməsi ilə ləğv edilmişdir. Qeyd etmişdir ki, tərəflər 2003-cü il tarixdə ailə qurmuş, bu nikahdan 2 övladları dünyaya gəlmiş və 2003-cü il tarixdən Cavabdeh ailəsi ilə birlikdə yaşamaq üçün mübahisəli mənzili könüllü tərk etmişdir. Göründüyü kimi cavabdeh könüllü olaraq başqa ünvanda daimi yaşamaq üçün mübahisəli mənzildən çıxıb getmişdir və həmin mənzillə bağlılığını itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd etmişdir ki, cavabdeh ailə quraraq ailəsi ilə birlikdə daimi başqa ünvanda yaşamaq üçün mənzili tərk etmiş və digər yaşayış sahəsinə köçmüşdür. Bununlda da mənzilə olan bağlılığını itirmişdir. Bu hallar iş materilları ilə də öz təsdiqini tapır. Cavabdeh 20 ildir ki, mübahisəli mənzildə yaşamır. Bu müddət ərzində mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmişdir. Yalnız iddiaçı tərəfindən müraciət edildikdən sonra məhkəməyə müraciət etmişdir. Lakin nədənsə məhkəmə bu hala düzgün qiymət verməmişdir. Məhkəmə qanunu səhv təfsir etmiş və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı və «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair iddia ərizəsi təmin olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək İddiaçı iddiası təmin olunmalı, Cavabdeh isə mənzilə köçürülməyə dair iddiası təmin olunmamalıdır. İş materiallarında olan ünvan 4qayıt şəhər X1 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12/237 saylı, xx.xx.1975-ci il tarixli orderinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 3 nəfər ailə üzvü (İddiaçıM, həyat yoldaşı Həmidova V.İ və qızı Həmidova İ.H) daxil olmaqla yaşayış sahəsinə ehtiyaclarının ödənilməsi məqsədilə ünvan 4qayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanda yerləşən 44 saylı mənzil ayrılmışdır. İş materiallarında olan ünvan 4qayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ № 008349 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, İddiaçı 21 yanvar 2004-cü ildən etibarən Cavabdeh ilə birlikdə ünvan 4qayıt şəhəri, 12-ci mikrorayon, ev 34, 44 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 733 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1, mənzil 51 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, 10 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası Əliyeva Sənəm, qonşulardan X2, X10 bildirirlər ki, ünvan 3 ünvanında Cavabdeh 2003-cü il tarixdən həmin mənzildə yaşamır. Aktın doğruluğunu imzaları ilə təsdiqləmişlər. İş materiallarında olan ünvan 4qayıt Şəhər Məhkəməsinin 2(060)-603/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, iddiaçı X8 ilə Cavabdeh arasında 11 noyabr 2003-cü il tarixli ünvan 4qayıt şəhəri Nikah evində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Elşad oğlu və xx.xx.2004-cü il təvəllüdlü X3 iddiaçı X4 yanında saxlanılmaları, xx.xx.2006cı il təvəllüdlü İddiaçı Elşad oğlu və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X5 ödənilməsi, alimentin tutulmasının xx.xx.2020-ci il tarixdən hesablanması, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüünvan 4unun 10 manatı Cavabdeh tutularaq iddiaçı X5 ödənilməsi, 10 manat dövlət rüünvan 4unun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan ünvan 4qayıt şəhəri Qeydiyyat şöbəsi tərəfindən 10 fevral 2022-ci il tarixində verilmiş AZ-İ № 415026 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasındakı nikah ünvan 4qayıt Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10 may 2021ci il tarixdə 235 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Mustafayeva soyadı verilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil order əsasında xx.xx.1975-ci il tarixdə İddiaçı istifadəsinə ayrılmış, tərəflər ailə üzvü kimi birlikdə həmin tarixdən etibarən mənzildən istifadə edib yaşamağa başlamışlar, İddiaçı bildirməsinə görə oğlu 2003-cü il tarixdən ailə quraraq başqa mənzilə köçmüş, bu səbəbdən də onun mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh atasının ailə münaqişəsi zəminində onu evdən qovduğunu, orada yaşamasına maneələr yaratdığını, mənzilə buraxmamasını, ailəsinin dağıldığını, hazırda kirayədə yaşadığını bildirərək, bununla əlaqədar mənzilə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçı tərəf (İddiaçı) cavabdehin (Cavabdeh) 2003-cü il tarixdən mübahisəli evdən köçüb getdiyini, ailə quraraq başqa yerdə yaşadığını göstərərək həmin əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. Lakin iddiaçının (İddiaçı) iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, iddiaçı tərəf cavabdehin ailə qurduğunu, bununla bağlı olaraq həmin mənzili tərk edib getdiyini göstərsə də, cavabdehin hazırda nikahda olması, daimi yaşayış yeri olmaqla bu yaşayış sahəsinə ehtiyacının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlardan məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlannda göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə və ikincisi; məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından da görünür ki, cavabdeh ailə quraraq ailəsi ilə birlikdə daimi başqa ünvanda yaşamaq üçün 2003-cü ildən mənzili tərk etmiş və digər yaşayış sahəsinə köçmüşdür. Cavabdeh ailə qurduğu ilk gündən, yəni 2003-cü il tarixdən ünvan 4qayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən 44 saylı mənzildə yaşamaması hazırki mülki işin mübahisələndirilməyən halıdır. Bununla da Cavabdeh köçürülməsini iddia etdiyi mənzilə olan bağlılığını itirmişdir. Bu hallar iş materilları ilə də öz təsdiqini tapır. Cavabdeh 20 ildir ki, mübahisəli mənzildə yaşamır. Bu müddət ərzində mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmişdir. Yalnız iddiaçı tərəfindən müraciət edildikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. ünvan 4qayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(060)-4724/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ünvan 4qayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanında yerləşən 44 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə”tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası ünvan 4qayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar