Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-213/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi və mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndə və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)-3734/2022 nömrəli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 nömrəli evin 22 nömrəli mənzilindən oğlu Cavabdeh iddiaçının əvvəl verdiyi kompensasiya məbləği nəzərə alınmaqla mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 nömrəli evin 22 nömrəli mənzilinə istifadə hüququnun mövcud olma faktının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil dəqiqləşmə verərək, ilkin iddianın rədd edilməsini və Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 nömrəli evin 22 nömrəli mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur. Mübahisəli mənzil (ünvan 2, mənzil 22) ona məxsusdur. Oğlu 2005-ci ildə Nəcəfova Natavan Faiq qızı ilə ailə həyatı qurmuş və həyat yoldaşını onun mənzilinə gətirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə mülkiyyətində olan sözügedən mənzilə X1 istifadə hüququ tanınmışdır. Elə həmin vaxtdan da aralarında böyük münaqişə baş vermiş, cavabdeh ailəsi və uşaqları ilə birlikdə kirayə evə köçmüşdür. Artıq 10 ildən çoxdur ki, oğlu ailəsi ilə birlikdə onun mənzilində yaşamır. Lakin buna baxmayaraq, oğlu və ailəsi bu illər ərzində onun və digər oğlunun vəsaiti hesabına ayaqda durmuşdurlar. Hal-hazırda da onun bütün təqaüdü onlar üçün xərclənir. Belə ki, mənzildən çıxandan sonra konkret olaraq 2013-cü ildə razılaşmışdırlar ki, mənzili girov qoyub, oğlu Cavabdeh pul verilsin və sonuncu ailəsi ilə birlikdə özlərinə ev alsınlar. Bu məqsədlə "xxxx" ASC-nin "Yasamal" filialı ilə oğlu Cavabdeh arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən oğlu Cavabdeh 60 ay müddətinə, illik 26% ödəmək şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasının təminatı kimi onunla bank arasında xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanaraq mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 nömrəli evin 22 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Bütün məbləği o ödəmişdir. Hal-hazırda da ödəməyə davam edir. 25.000 ABŞ dollardan da o, bir manat belə olsun götürməmişdir. Mənzil hələ də ipotekadadır, hələ də ödənilməmiş 6.000 manat borc qalmışdır. Ona görə də hesab edir ki, Cavabdeh mənzilə dair istifadə hüquqları itirilməlidir. Oğlunun pasport qeydiyyatı formal xarakter daşıyır. Oğlu mənzilə dair heç bir hüquq, vəzifə yerinə yetirmir. Oğlunun mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsinə dair müvafiq orqanlara müraciət etsə də, bunun yalnız məhkəmə yolu ilə mümkün olduğu bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mənzildən cavabdeh və onun ailəsinə düşən payı 9 il qabaq tam şəkildə ödəmişdir, artıq 10 ildən çoxdur ki, cavabdeh və ailəsi onun mənzilindən daha yaxşı olan 4 otaqlı mənzildə kirayədə yaşayırlar. Hətta onda olan məlumata görə cavabdeh özünə mənzil də almışdır, sadəcə mənzil aldığını ondan gizlədir. Ona görə də cavabdehin mənzilə istifadə hüququ itirilməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı onun anasıdır. Mübahisəli mənzil (ünvan 2, mənzil 22) onun ata evidir. Qeyd olunan mənzil 1986-cı il tarixdə satın alınmış və ilkin sənəd olaraq atasının adına order alınmışdır. Yəni 1986-cı il tarixdən valideynləri ilə mübahisəli mənzildə yaşayır və həmin evdə qeydiyyatdadır. Həmin orderə atası ilə bərabər ailə üzvləri olaraq o və anası da əlavə olunmuşdur. Qeyd olunan tarixdən o, mübahisəli mənzilə köçdüyü üçün hüquq münasibətləri 1986-cı il tarixdən yaranmış hesab olunur. Orderdə adı qeyd olunan ailə üzvlərinin (18 yaşı tamam olmuş şəxslərin) mənzili özəlləşdirməyə dair razılıq ərizələri əsasında mübahisəli mənzil iş üzrə cavabdeh, yəni anası İddiaçı adına rəsmiləşərək xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2005-ci il tarixdə ailə həyatı quraraq həyat yoldaşı X5 ailə üzvü qismində mübahisəli mənzilə köçmüşdür. Onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü Əhmədov Nərmin Namiq qızı adlı övladları anadan olmuşdur. Anası ilə, yəni iş üzrə cavabdeh İddiaçı ilə birgə yaşayıb ümumi təsərrüfat idarə etmişdirlər. Cavabdeh - İddiaçı onun həyat yoldaşını mübahisəli mənzilə pasport qeydiyyatına almadığına görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun həyat yoldaşı X1 mübahisə mənzilə istifadə və yaşamaq hüququ tanınmışdır. Bundan sonra anası İddiaçı ilə ailəsi arasında mübahisələr yaranmağa başlamışdır. Bu mübahisələrin nəticəsi olaraq anası onun övladlarını və yoldaşını mübahisəli mənzildən qovmuşdur. O, da ailə başçısı olaraq ailəsini tərk buraxmamağa görə ailəsi ilə birgə mübahisəli mənzili tərk etmişdir. Sonralar dəfələrlə mübahisəli mənzilə köçməkləri ilə bağlı müraciət etsə də cavabdeh onu və ailəsini mənzilə buraxmamışdır. Bunun nəticəsi olaraq hal-hazırda o ailəsi ilə birgə ünvan 1 ünvanında kirayədə yaşayır. Mübahisəli mənzildə yaşamaq və istifadə hüquqlarının olmasına baxmayaraq pozulmuş hüquqlarının bərpası üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 2(060)-2038/2022 nömrəli qətnaməsi ilə ailə üzvlərinin mübahisəli mənzilə köçürülmələrinə dair iddiası təmin olunmuşdur. O, hesab edir ki, cavabdeh İddiaçı iddiası əsassızdır. Mübahisəli mənzil onun ata evidir. Uzun müddət həmin mənzildə yaşamışdır, qeydiyyatdadır və 1982-ci il qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən ailə üzvü olduğu üçün istifadə hüququ yaranmışdır. Cavabdehin iddiasında onun mübahisəli mənzili könüllü tərk etməsini bildirməsinin heç bir əsası yoxdur. Qeyd olunan mübahisəli mənzillə bağlı heç bir kompensasiya məbləği verilməmişdir. İlkin iddiada qeyd olunan kredit müqaviləsinin biznes təyinatlı olması bu müqavilənin mübahisə predmetinə aid olmamasını göstərir. Odur ki, mübahisəli mənzildə istifadə hüququnun yaranması və hətta ailəsinin həmin mənzilə köçürülməsi ilə bağlı məhkəmə qətnaməsinin olması onun da həmin mənzilə köçürülməsini şərtləndirir. İş üzrə ilk iddiaçı və cavabdeh tərəfindən iddia ərizələrinə qarşı yazılı etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)-3734/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilindən oğlu Cavabdeh iddiaçının əvvəl verdiyi kompensasiya məbləği nəzərə alınmaqla mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılması barədə iddiasının təmin edilməməsi, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilinə istifadə hüququnun tanınması, onun həmin mənzilə köçürülməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı oğludur. Mübahisəli mənzil 1986-cı ildə satın alınmış və ilkin sənəd olaraq Cavabdeh atası, İddiaçı həyat yoldaşı - Məhəmməd Əhmədovun adına order alınmışdır. Mübahisəli mənzil İddiaçı adına mülkiyyət hüququ rəsmiləşərək xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh xx.xx.2005-ci il tarixdə X5 ilə ailə həyatı qurmuş və sonuncu mübahisəli mənzilə gəlin köçmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X1 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 72 saylı evin 22 saylı mənzilindən istifadə və yaşayış hüququ tanınmışdır. "xxxx" ASC-nin "Yasamal" filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə Cavabdeh fərdi mikro kredit məqsədlə 60 ay müddətinə, illik 26% ödəmək şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2038/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci təvəllüdlü Əhmədova Nərmin Namiq qızı ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 72 saylı evin 22 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Cavabdehin mənzilin mülkiyyətçisi İddiaçı oğlu olmaqla, onun ailə üzvü olması, mülkiyyətçinin cavabdehin mübahisəli mənzildən istifadəsini mümkünsüz etməsini, Cavabdeh mülkiyyətçi tərəfindən kompensasiya verilməsinin sübutlarla təsdiq olunmamasını müəyyən dərək ilk iddianı təmin etməmiş, qarşılıqlı iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)-3734/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianı təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Qətnamədə AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, AR MM-nin 152, 228, AR Konstistusiyasının 13, 29-cu maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz hesab edir. Cavabdeh onun oğludur. Mübahisəli mənzil ünvan 2 ünvanında yerləşən 22 saylı mənzil ona məxsusdur. Oğlu 2005-ci ildə Nəcəfova Natavan Faiq qızı ilə ailə həyatı qurmuş və həyat yoldaşını onun mənzilinə gətirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə mülkiyyətində olan sözügedən mənzilinə X1 istifadə hüququ tanınmışdır. Elə həmin vaxtdan da aralarında böyük münaqişə baş vermiş, cavabdeh ailəsi və uşaqları ilə birlikdə kirayə evə köçmüşlər. Artıq 10 ildən çoxdur ki, oğlu ailəsi ilə birlikdə mənzilində yaşamırlar. Lakin buna baxmayaraq, oğlu və ailəsi bu illər ərzində onun və digər oğlunun vəsaiti hesabına ayaqda durmuşdular.Hal-hazırda da bütün təqaüdü onlar üçün xərclənir. Belə ki, mənzildən çıxandan sonra konkret olaraq 2013-cü ildə razılaşmışlar ki, mənzili girov qoyaraq oğluna pul versin, o, ailəsi ilə birlikdə özünə ev alsın. Bu məqsəd ilə "xxxx" ASCnin "Yasamal" filialı ilə oğlu Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, №10122013/124362 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən oğlu Cavabdeh 60 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasının təminatı kimi onunla bank arasında xx.xx.2013-cü il tarixli, №10122013/124362 saylı ipoteka müqaviləsi bağlanaraq mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 22 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Bütün məbləği o ödəyib. Hal-hazırda da ödəməyə davam edir. 25.000 (iyimi beş min) ABŞ dollardan da bir manat belə olsun götürməmişdir. Mənzil hələ də ipotekadadır, hələ də ödənməmiş 6.000 manat borcu qalıb. Ona görə də hesab edir ki, cavabdehin mənzilə dair istifadə hüquqları itirilməlidir. Oğlunun pasport qeydiyyatı formal xarakter daşıyır. O mənzilə dair heç bir hüquq vəzifə yerinə yetirmir. Oğlunun mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsinə dair müvafiq orqanlara müraciət etsə də, bunun yalnız məhkəmə yolu ilə mümkün olduğunu bildirmişdilər. Yuxarıda qeyd etdiyi kimi mənzilindən cavabdeh və onun ailəsinə düşən payı 9 il bundan qabaq tam şəkildə ödəmiş, artıq 10 ildən çoxdur ki, mənzilindən daha yaxşı olan 4 otaqlı mənzildə kirayədə yaşayırlar. Hətta onda olan məlumata görə oğlu özünə mənzil də alıb, sadəcə ondan gizlədir. Hesab edir ki, cavabdehə öz mənzilinin dəyəri qədər məbləğ ödəmişdir. Ona görə də onun mənzilə istifadə hüququ itirilməlidir. Məhkəmə baxışı zamanı dediyi bütün faktlar öz təsdiqini tapmış, hətta cavabdeh olan oğlu özü də dolayısı ilə 20.000 manatlıq bir dəfəlik ödəmənin tərəfindən ödənildiyini etiraf etmişdir. Oğlundan öncə onun həyat yoldaşı Nəcəfova Natavan Faiq qızı Sumqayıt Şəhər Məhkəməsində ona qarşı iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş və onun mənzilinə köçürülməsi qət edilmişdir. Oğluna qarşılıqlı iddia verməkdə də məqsədi bütövlükdə bu ailəyə verdiyi kompensasiyanın onların faktiki olaraq mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə yönəlmiş olduğunu isbat etməkdir. Faktiki olaraq iş materialları ilə bu tam sübuta yetir. Məhkəmənin qətnaməsi ilə konstitusion hüququna da müdaxilə edilib. Belə ki, faktiki olaraq mənzilinin tam dəyərinin yarısını ondan almış bir ailə yenidən onun toxunulmaz mülkiyyətinə müdaxilə edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı oğludur. Onunla birlikdə yaşaya bilmir. Övladları mehribandır. Amma gəlini problem yaradır. Daha ciddi hadisələrin baş verməsini, qardaşlar arasında dava olmasını istəmir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)-3734/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianı təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qarşı tərəf 2013-cü ildən kirayədə yaşayır. Həmin ev 2013-cü ildə ipoteka ilə yüklü edilib və qarşı tərəf bunun əvəzində bankdan 25000 ABŞ dolları kredit götürüb. Sonra ödəniş etməyib, digər qardaş 20000 ABŞ dolları ödəyərək evi hərracdan çıxarıb. Bu səbəbdən əvəzlənmə olmasını istəyirlər. Qarşı tərəfin ailəsi ilə birlikdə mübahisəli evdə məskunlaşması qeyri-mümkündür. 25000 ABŞ dollarını cavabdehin yerinə iddiaçı banka ödəmişdir. Bu praktikada mövcud olan kompensasiya məbləğindən də artıq məbləğdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)- 3734/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, krediti biznesini böyütmək məqsədilə götürüb. Lakin iflasa uğradı və məqsədinə nail ola bilmədi. 15000 ABŞ dollarına qədər ödəniş edib. Bu məbləğə dair qəbzləri var. 3000 ABŞ dolları borc var. Qalan borcu - 20000 ABŞ dollarını qohumları (anası, qardaşı) ödədilər. Apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)-3734/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, iddiaçı şikayətdə bildirir ki, oğlu Cavabdeh ata evindən ailəsi ilə birlikdə çıxarılıb. Onlar məcburiyyətdən bir neçə il kirayədə yaşamışlar. Amma müvəkkili doğulduğu andan nikahından sonrakı 1-2 ilə qədər müddətdə həmin ata evində yaşamışdır. Mülki Məcəllənin 228-ci maddəsi bu münasibətə tətbiq edilə bilməz. Mübahisə köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənməlidir. Belə ki, müvəkkili həmin evdə uşaqlıqdan yaşamış və onun istifadə hüququ yaranmışdır. Tərəfin götürdüyü kredit biznes məqsədli kreditdir. Həmin kreditin kompensasiya məsələsinə heç bir aidiyyatı yoxdur. İlkin iddiaçı birinci instansiya məhkəməsində də sübut edə bilmədi ki, götürülən kredit kompensasiyanı əvəzləşdirmək məqsədilə götürmüşdür. Təmsil etdiyi şəxsin arvadının istifadə hüququna dair qətnamə var. Mənzil 2007-ci ildən ilkin iddiaçının mülkiyyətindədir. Müvəkkili 2005-ci ildə nikaha daxil olub. Nikaha daxil olan zaman evin sənədi 1986-cı ilin orderi olub. Orderdə ailə üzvü kimi Cavabdeh adı var. Evdən nə vaxt çıxmalarına dair konkret sübut yoxdur. Amma Cavabdeh arvadının istifadə hüququnun tanınmasına dair qətnamə çıxandan sonra gəlin evə qeydiyyatda düşüb və mübahisə yaranıb. Ev order əsasında özəlləşdirilib. Özəlləşdirməyə Cavabdeh razılıq verib. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)-3734/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarı. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh, onun arvadı X5 və onların övladları xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü Əhmədov Nərmin Namiq qızı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 21 saylı mənzilində qeydiyyatdadırlar, artıq 10 ildir ki, bu ünvanda yaşamırlar. Qeyd olunanları Gülşən Hümbətova, Vüqar Məmmədov və Anaqız Hacıyeva öz imzaları ilə təsdiq etmişdirlər. "xxxx" ASC-nin "Yasamal" filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh fərdi mikro kredit məqsədlə 60 ay müddətinə, illik 26% ödəmək şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli girov müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulunun təminatı olaraq İddiaçı məxsus 30.000 manat dəyərində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzili "xxxx" ASC-yə girov qoyulmuşdur. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3415/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, X1 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 72 saylı evin 22 saylı mənzilindən istifadə və yaşayış hüququ tanınmışdır. AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünvan 3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzili Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 12/590 saylı order, 14 saylı MİS tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 4546 saylı mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil üzərində ipoteka, ipotekanın tutmaya yönəldilməsi barədə bildirişin qeydiyyatı aparılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-791/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6596/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6596/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh "xxxx" ASC-nin xeyrinə cəmi 20.378 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. xx.xx.1986-cı il tarixli 22 №-li protokoldan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 22 saylı mənzilinin icarədarı X2r. Həmin orderdən görünür ki, Məhəmməd Əhmədov icarədər, İddiaçı Məhəmməd Əhmədovun həyat yoldaşı və Cavabdeh - Məhəmməd Əhmədovun oğludur. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, 25.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2038/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci təvəllüdlü Əhmədova Nərmin Namiq qızı ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 72 saylı evin 22 saylı mənzilinə köçürülməsi barədə ilkin iddiası təmin olunmuş və qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı oğludur. Mənzil 1986cı il tarixdə satın alınmış və ilkin sənəd olaraq Cavabdeh atası, İddiaçı həyat yoldaşı - Məhəmməd Əhmədovun adına order alınmışdır. Mənzil İddiaçı adına xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2005-ci il tarixdə X5 ilə ailə həyatı qurmuş və sonuncu mübahisəli mənzilə gəlin köçmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X1 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 72 saylı evin 22 saylı mənzilindən istifadə və yaşayış hüququ tanınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2038/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci təvəllüdlü Əhmədova Nərmin Namiq qızı ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 72 saylı evin 22 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmçinin iş materiallarından görünür ki, "xxxx" ASC-nin "Yasamal" filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə Cavabdeh fərdi mikro kredit məqsədlə 60 ay müddətinə, illik 26% ödəmək şərti ilə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Həmin Qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin bu qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət forması dəyişdirildikdə, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququ ilə bağlı məsələlərin həlli zamanı 2009-cu ilin oktyabr 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki işdən görünür ki, ilk iddia üzrə Cavabdeh mübahisəli mənzildə 1986-cı ildən, mənzil atası Məhəmməd Əhmədov tərəfindən 1986-cı il tarixdə satın alınan vaxt, həmçinin mənzil iddiaçının adına dövlət qeydiyyatına alınan vaxtdan yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Sözügedən Qərarda keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadəsinin mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri tərəfindən mümkünsüz edilməsi barədə hüquqi mövqeyinin, eyni zamanda ailə üzvünə də şamil olunduğu qənaətindədir. Belə ki, burada vurğulanan amil istifadə hüququ mümkünsüz hala gətirilən şəxslərin xitam verilə bilən və ya bilinməyən ailə üzvü statusuna malikliyi deyil, ona iradəsinə zidd olaraq yaşayış sahəsindən istifadə imkanının verilməməsidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh mübahisəli mənzildən istifadə hüququna malikdir. Belə ki, o, həmin mənzilin mülkiyyətçisi İddiaçı oğlu olmaqla, onun ailə üzvüdür. Cavabdeh ehtiyacı olmasına baxmayaraq mülkiyyətçi ilə birlikdə mübahisəli mənzildə yaşamır. Bu hal onun iradəsinə asılı olmamış, mülkiyyətçi cavabdehin mübahisəli mənzildən istifadəsini mümkünsüz etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mənzilə istifadə hüququna xitam verilməsi qanunvericiliyə əsasən kompensasiya verilməklə baş tuta bilər ki, bu da hazırki işdə mövcud deyildir. Belə ki, mülkiyyətçi tərəfindən cavabdehə kompensasiya verilməsini təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başa məhkəmə kollegiyası cavabdehlə bank arasında bağlanmış kreditin mənzildən istifadə hüququna xitam verilməsi üçün kompensasiya kimi cavabdehin əvəzindən ödənilməsini təsdiq edəcək hər hansı sübut, ödəniş qəbzləri təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)- 3734/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Sumqayıt Şəhər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(060)-3734/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-213/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-213/2023
17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver