Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3032/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürmə. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair ilk, ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiaları üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(105)-580/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-211/22023 saylı məktuba əsasən, Sumqayıt şəhər X13 İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli, 21/51 saylı qərara əsasən yaşayış sahəsi 29,07 kv metr olan 2 otaqlı 34-cü məhəllə ev 48/2 38 nömrəli mənzil əsas kirayəçisi X3 qeydiyyatdan çıxması və nikahlarının pozulması ilə əlaqədar mənzilin kirayə müqaviləsi Cavabdeh1 adına dəyişdirilmiş, Cavabdeh1 3 nəfərdən ibarət ailə tərkibinə - Cavabdeh1, X8 və Biryuk (Səlimova) Yelena Nikolayevnaya təqdim edilmişdir.
2. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti üzrə 1 saylı Məhəllə Komitəsi tərəfinən xx.xx.2023-cü il tarixdə verilmiş, 1058 saylı arayışına əsasən Cavabdeh2 “Xəzər Bağçılıq Cəmiyyəti”nin ərazisində yuxarı küçədə sahəsi 100 kvadrat metr olan 237/10 saylı bağ evində anası Cavabdeh1 ilə onun istifadəsində olan evdə qeydiyyatsız yaşayırlar.
3. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 463 nömrəli arayışına əsasən İddiaçı ünvan 1 ünvanında Cavabdeh1, Cavabdeh2 və X12 ilə birlikdə qeydiyyatdadırlar.
4. Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona TSEK tərəfindən verilmiş TSE-0 seriyalı, AR № 802008 saylı arayışdan görünür ki, Cavabdeh2 uşaqlıqdan müddətsiz olaraq 1-ci qrup əlildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3, mənzil 38, 2 otaqlı, yaşayış sahəsi 29,07 kv metrdən ibarətdir. Bu mənzil əvvəllər X3 adına olmuşdur. xx.xx.1983-cü il tarixli Sumqayıt şəhər X9 İK-nin iclasının 4 saylı protokoluna əsasən ünvan 3, mənzil 38-in əsas kirayəçisi X3 qeydiyyatdan çıxması və nikahları nı pozması ilə əlaqədar iddiaçı da ailə üzvləri sırasına daxil olmaqla kirayə müqaviləsi anası Cavabdeh1 adına dəyişdirilmişdir. Cavabdehlər Cavabdeh1 onun anası, Cavabdeh2 isə qardaşıdır. Cavabdehlər 1998-ci ildən Sumqayıt şəhəri, Nizami küçəsi, 34-cü məhllə, ev 48/2, mən 38-dən könüllü çıxmaqla özlərinə başqa yaşayış sahəsi seçmiş, bütün şəxsi əmlaklarını da özləri ilə aparmışlar. Artıq bu illər ərzində bir dəfə də olsun ünvan 3, mənzil 38-ə gəlməmişlər. Hazırda iddiaçı bu mənzildə əsas kirayəçi kimi yaşayır. Son illər iddiaçıya məlum olmuşdur ki, cavabdehlər Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisində 237 saylı bağ evi alaraq həmin evdə daimi yaşayırlar. Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin 1 saylı məhəllə Komitəsinin verdiyi arayış da bu faktı təsdiq edir. Artıq 25 ildir ki bu mənzildə iddiaçı və qızı yaşayır. Göründüyü kimi cavabdehlər könüllü olaraq bu mənzili tərk etmiş və şəxsi əmlaklarını da özləri ilə aparmışlar. Bu onu təsdiq edir ki, onlar daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3, mənzil 38-də istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxaxarılmasını məhkəmədən xahiş edir.
7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 qızı, Viktor Sepmatkevin bacısıdır. Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 48/2 ünvanında yerləşən, 2 otaqlı yaşayış sahəsi 29,7 kv metrdən ibarət olan 38 saylı mənzilin əsas kirayəçisi Cavabdeh1 həyat yoldaşı X3 adına olmuşdur. xx.xx.1983-cü il tarixli Sumqayıt şəhər X9 İK-nin iclasının 4 saylı protokol qərarına əsasən sözügedən mənzilin əsas kirayəçisi X4 qeydiyyatdan çıxması və Cavabdeh1 ilə olan nikahlarının pozulması ilə əlaqədar mənzilin kirayə müqaviləsi Cavabdeh1 adına dəyişdirilmişdir. Mənzilin kirayə müqaviləsi Cavabdeh1 adına dəyişdirilərkən X1 qızı X10 dünyaya gəlmiş və xəstə doğulmuşdur. Oğlu Cavabdeh2 1-ci qrup əlildər. Oğlu böyüdükcə Yelena onunla bir evdə yaşaya bilməmiş və onların arasında mütəmadi olaraq söz-söhbət baş verdiyi üçün o da oğlunu müdafiə etmək məcburiyyətində qalmışdır. İş elə gətirmişdir ki, digər qızı X10 özlərinə məxsus heç bir kommunal şəraiti olmayan “Xəzər bağçılıq” cəmiyyətində onlara yer vermişdir ki, o, x əstə oğlunu orada saxlasın. Cavabdeh1 bütün ömrünü oğluna həsr etmişdir. Ona görə də Yelenanı narahat etməmişdir. Hər dəfə mənzilə hər hansı bir iş üçün gəldikdə Yelena hayküy salıb, qardaşı ilə yola getmədiklərini əsas gətirərək, onların mənzildə yaşamağına imkan verməmişdir. Cavabdeh1 artıq ahıl yaşındadır. Ondan sonra inanmır ki oğluna kimsə baxsın. Digər bacısı oğlunun ürəyi arxayın olsun deyə Bağçılıq kitabçasını onun adına keçirib. Yelena Nikolayevna başa düşmür ki, bağçılıq kitabçası daimi yaşayış yeri əldə etmək üçün verilmir. Həmçinin bağçılıq kitabçası daim yaşayış yeri anlamına gəlmir. Kirayəçi olduğu halda bu gün oğlunun yanında ona görə yaşayır ki, ona baxsın, Yelena Nikolayevnanı da narahat etməsin. Lakin verilmiş iddiadan görünür ki, Yelena Nikolayevna bütün mənəvi dəyərləri aşıb. Ona göstərdikləri iltifatdan sui-istifadə edir. Onun ümumiyyətlə onlara qarşı belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Onlar mənzildən müvəqqəti çıxsalar da, başqa yaşayış sahəsi əldə etməmişlər. Mənzilin icarədarı kimi bu gün də evin kommunal xərclərini ödəyir. Gözlənti hüququ ilə bu mənzil Q alinə Blinovanın mülkiyyəti sayılır. Yuxarıda qeyd etdiyi kimi o, başqa bir yaşayış sahəsi əldə etməmişdir. Yalnız qızı ilə oğlu arasındakı mübahisənin qurbanına çevrilmişdir. Göstərilənlərə əsasən ünvan 2 ünvanında yerləşən 38 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, Cavabdeh1 onun anası, Cavabdeh2 isə qardaşıdır. Bacısı İddiaçı qardaşları Cavabdeh2 ilə daima mübahisə et miş, onun sözügedən ünvanda yaşamasına imkan verməmişdir. Anaları Qalina qardaşlarına qulluq etdiyi üçün onlar birlikdə yaşamalıdırlar. Bu səbəbdən o, özünə məxsus mənzili müvəqqəti onların istifadəsinə vermişdir. Anası hər dəfə sözügedən mübahisəli evə gedəndə söz-söhbət başlayır. Bunu qonşular da təsdiq edə bilər. Bir sözlə, İddiaçı anasının və qardaşının mübahisəli mənzildə yaşamaqlarına imkan vermir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərmişdir ki, o, Yelena ilə qonşudur. 1992-ci il tarixdə həmin binaya gəlin gəldiyi zaman, evdə anası, qardaşı və özü olmuşdur. Daha sonra Qalina xanım evdən oğlu ilə bərabər getmişdir. Hazırda eşitdiyinə görə digər qızı ilə qalır. Gedərkən əşya apardığını görməmişdir. Tərəflər bərabər qaldıqları müddətdə münasibətləri normal olmuşdur.
11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(060)-6296/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbi təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 2/48, 38 saylı mənzilə köçürülmələri qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 53, 60, 87, 123-ci maddələri, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 81, 89.3, 76. 1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd lunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir. Cavabdehlərin hazırda Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisində 237 saylı bağ evində yaşaması mülki işin mübahisəsiz halıdır. Daimi yaşayış yerinin olması faktı: 1.Qonşuların Aktı; 2.cavabdehlərin məhkəmədə həmin bağ evinə dair bağçılıq kitabçasını nümayiş etdirməsi; 3. şəxsi əmlaklarını b u mübahisəli mənzildən çıxartmasını etiraf etməsi; 4. 25 il ərzində (1998-ci il tarixdən götürsək) hüquqlarının pozulması barədə hər hansı məhkəmə və hüquq mühafizə orqanına müraciət etməməsi;
5. Cavabdeh1 1982-ci tarixdə Sermatkev soyadlı şəxslə faktiki nikaha girmiş və mübahisəli mənzili daimi tərk etməsi təsdiq etmişdir. Hansı ki, məhkəmə gedişində məlum oldu ki, cavabdehlər 1998-ci ildən yox, 1991-ci ildən mübahisəli mənzili tərk etmişlər. Bu halda onlar mübahisəli mənzili 25 il yox, 32 il ərizində tərk etmişlər. Bu nikahdan da digər Cavabdeh2 1984-cü il tarixdə Sumqayıt şəhəri 14-cü məhəllə ərazisindəki Cavabdeh1 bu faktiki nikahdan olan ərinin mənzilində dünyaya gəlmişdir. Sonradan bu faktiki nikah alınmadığına görə Cavabdeh2 atasının ölməsi ilə əlaqədar Cavabdeh1 digər cavabdehlə 19 91-ci il tarixdən həmin mənzili müəmmalı şəkildə tərk etmişlər. 1991-ci il tarixdən də anaları bir, ataları ayrı olan iddiaçının bacısı məhkəmə iclasında iddiaçının əleyhinə şahid qismində dindirilmiş X5 ailəsi ilə tutduğu kirayə mənzilllərdə ailəsi ilə birgə yaşamışlar. Məhkəmə gedişində məlum oldu ki, cavabdehlər 1998-ci ildən yox, 1991-ci ildən mübahisəli mənzil olan Sumqayıt şəhəri, Nizami küçəsi, 34-cü məhllə, ev 48/2, mən 38-dən başqa yaşayış sahəsinə daimi yaşamaq üçün çıxmışlar. Hazırda isə cavabdehlərin daimi yaşadıqları Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisində 237 saylı bağ evinə Cavabdeh2 adına bağçılıq kitabçası da verilmişdir. Həmin bağçılıq kitabçası məhkəməyə təqdim edilsə də, məhkəmə bu kitabçanı araşdırıb hüquqi qiymət verməmişdir. Ana bir, ata ayrı bacısı X5 məhkəmə iclasında deməsinə görə guya həmin kitabça onda saxlanılır, lakin bacısı yalan demişdir. Bu şahid hazırlıq iclaslarında məhkəmə zalında oturmuş və sonra isə məhkəmə baxışı iclasında cavabdehlərin xeyrinə ifadə vermiş və demişdir ki, bu bağ sahəsini guya o almış və cavabdehlərdən qardaşı (ana bir ata ayrı ) olan Cavabdeh2 adına qeydiyyata aldırmışdır. Bu hal da məhkəmədə tam araşdırılmamışdır. Cavabdehlərin evlərinin və ünvanlarının olduğuna, 25 il ərzində (1991-ci il tarixindən isə 32 il ərzində) başqa ünvanda fasiləsiz yaşamalarına məhkəmə hüquqi qiymət verməmişdir. İlk iddiaçı isə 25 il müddətində fasiləsiz (1991-ci il tarixindən isə 32 il ərzində) olaraq bu ünvanda yaşamış, bütün kommunal ödənişləri etmiş və mənzilin saxlanması, cari təmiri və əsaslı təmir işlərini apararaq, kirayə müqaviləsindən irəli gələn hüquq və vəzifələrimi yerinə yetirmişdir. Bu hallar göstərir ki, məhkəmə cavabdehlərin 25 il ərzində Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 2/48, mənzil 38-də fasiləsiz olaraq yaşamamasını, bu mənzili müvəqqəti tərk etmədiklərini sübut olunmuş hesab etməli olduğu halda iddianın əsassızlığı nəticəsinə gəlmişdir. Qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul olunarkən hər hansı maddi və prosessual hüquq norması təbiq edilməmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-580/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), İ.Dəmirov və F.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilmiş, ilk iddianın təmin edilərək cavabdehlərin ünvan 3 ünvanında yerləşən 38 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlərin könüllü olaraq daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüklərini, 1998-ci ildən sözügedən mənzildə yaşamamalarını əsas gətirərək onların istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmiş, qarşılıqlı iddia üzrə cavabdehlər isə mübahisəli mənzilə köçürülmələrini məhkəmədən xahış etmişlər. Beləliklə, tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin qüvvədə olan müddətdə yaranmışdır, həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. Belə ki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 60- cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
17. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən işin mübahisəsiz hallarına əsaslanaraq, hesab edib ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd edilən mənzili könüllü olaraq tərk etdiklərindən, 1998-ci ildən başlayaraq hazırkı məhkəmə mübahisəsi başlananadək mübahisəli mənzilə dair hər hansı iddia sürülmədiyindən, onlar faktiki olaraq mənzildən istifadəyə ehtiyaclarının olmamasını ifadə etmişlər. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları düzgün qiymətləndirməmiş, ilkin iddianı təmin etməməklə, qarşılıqlı iddianı təmin etməklə yanlış nəticəyə gəlmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 157.4, 157.8-ci, MPM-in 14.2, 77.1, 217.3, 217.4, 385.1, 386-cı, Mənzil Məcəlləsinin (xx.xx.1982-ci tarixdən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) 60 və 87ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, müəyyən edilmiş hallar və sübutlar əsasında ilkin iddia üzrə iddiaçının iddiasının rədd olunmasına və qarşılıqlı iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi dövlətin əlilliyi olan şəxslərə siyasətini n əzərə almadan hüquqlarını kobudcasına pozmuşdur. İddiaçı qızı İddiaçı mülkiyyət hüququ əsasında öz qızının adına mənzil aldıqdan sonra onun adına olan mənzili də ələ keçirtmək məqsədi ilə məhkəməyə müraciət etmişdir, məhkəmə isə buna qiymət verməmişdir. Mənzilin icarədarı onun olmasına baxmayaraq iddiaçı onu mənzilə buraxmır.
21. Cavabdeh həmçinin qeyd etmişdir ki, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, 6 aydan və daha çox müddətə yaşayış sahəsindən getməsi onların hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından suiistifadə hallarının qarşısını almağa yönəlir. Cavabdeh hər hansı yaşayış sahəsinə köçməmiş və digər yaşayış sahəsi əldə etməmişdir.
22. Cavabdeh öz mövqeyini əsaslandırarkən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, Mənzil Məcəllənin 5.3, 9.2.2, 12.2, 13, 16, 53, 54, 60 və 87-ci, MPM-in 9, 14.2, 77.1, 88, 372, 417.1.4 və 418-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi
27. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
28. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gü ndən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilk iddiaya etirazda, qarşılıqlı iddia ərizəsində, habelə məhkəmə iclaslarında irəli sürdüyü dəlillərdə göstərilənlərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
39. Apell yasiya məhkəməsi haqlı olaraq mübahisənin həllində 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarındakı mövqeyi tətbiq etməklə hesab etmişdir ki, cavabdeh və qapşılıqlı iddiaçı Cavabdeh1 mübahisəli mənzili könüllü olaraq 1998-ci ildən tərk etmiş, həmin vaxtdan hazırkı məhkəmə mübahisəsi başlananadək mübahisəli mənzilə dair hər hansı iddia sürməmiş, bununla da mənzildən istifadəyə ehtiyacının olmamasını ifadə etmişdir. Həmin vaxtdan onun mənzildə yaşayış sahəsindən istifadə hüququ itirilmişdir.
40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların a ydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiy a instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-580/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.