Məhkəmə qərarları › İş №2(102)-2414/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2414/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2414/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-679/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş k assasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən qəbul etdi: İşin halları 1. "xxxx" ASC (bundan sonra – Bank) ilə Nəcəfov Nizami Ramazan oğlu arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 22% dərəcəsi hesablanmaqla 10000 manat məbləğində nağd kredit verilmişdir.

2. Bank ilə Nəcəfov Nizami Ramazan oğlu arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi hesablanmaqla 5000 manat məbləğində kredit limiti açılmışdır.

3. Nəcəfov Nizami Ramazan oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür.

4. Nəcəfov Nizami Ramazan oğlunun vərəsəsi Cavabdehdır. 5. xx.xx.2021-ci il tarixli 2V-241 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum Nəcəfov Nizami Ramazan oğlundan miras qalmış əmlaka dair onun vərəsəsinin adına vərəsəlik işi açılmış və arvadı Cavabdeh miras qalmış pul kompensasiyası məbləğindən tam hissədə olmaqla pay almışdır.

6. Cavabdeh borcun qaytarılması haqqında Bank tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Bank Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə ə sasən, tam kart kredit borcu üzrə 4999,02 manat əsas və 17,64 manat faiz borcu, BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş 8350,75 manat əsas borc və ödənilmiş 130,05 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Nəcəfov Nizami Ramazan oğlunun nağd kredit borcu üzrə Banka ödənilməmiş – 8350,75 manat, tam kredit borcu üzrə, Banka ödənilməmiş 4999,02 manat əsas və 1304.56 manat faiz borcu qalmışdır. Cavabdeh Nəcəfov Nizami Ramazan oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, Bank q arşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır.

9. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, borc mərhum həyat yoldaşının borcu olmuşdur. Borc düzgün hesablanmamışdır. Bundan başqa kredit müqaviləsindən irəli gələn tələb üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Kredit müqavilələri xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Məhkəməyə ünvanlanmış iddia ərizəsində isə iddianın tərtib edilməsi tarixi xx.xx.2024-cü il tarixi göstərilmişdir.

10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-594/2025 nömrəli iş üzrə 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 4999,02 manat əsas və 17,64 manat faiz borcu, BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş 8350,75 manat əsas borc və ödənilmiş 130,05 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı cavabdeh-vərəsə Cavabdeh tutularaq iddiaçı Banka ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov).

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin olaraq, iddia tələbinin yönəldiyi cavabdehin həmin iddia tələbi ilə bağlı su byektiv hüququnun olub-olmamağı müəyyənləşdirilməlidir. Belə ki, iddia tələbi Nəcəfov Nizami Ramazan oğlu vəfat etdiyindən onun varisinə yönəldilmişdir. xx.xx.2021-ci il tarixli 2V241 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum Nəcəfov Nizami Ramazan oğlundan miras qalmış əmlaka dair onun vərəsəsinin adına vərəsəlik işi açılmış və həmin vərəsə mərhumdan miras qalmış pul kompensasiyası məbləğindən tam hissədə olmaqla pay almışdır. Göründüyü kimi, mərhum şəxsin vərəsəsi artıq müəyyən edilmişdir. Ona görə də iddia ərizəsində Cavabdeh kimi göstərilməsi tam əsaslı olmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri yaranmışdır.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442, 443, 445, 448, 739, 1133, 1151, 1306-cı maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apell yasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin hallarını tam araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Qeyd olunan kredit müqavilələri xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Məhkəməyə ünvanlanmış iddia ərizəsində isə iddianın tərtib edilməsi tarixi “xx.xx.2024-cü il” kimi göstərilmişdir. İddia müddətinin ötürülməsi barədə cavabdeh tərəfindən ərizə verilsə də, iddia tələbi təmin edilmişdir. Məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi ərizəyə qətnamədə heç bir münasibət bildirilməmişdir. İşə baxan məhkəmə iş üzrə müəyyən edilən halları nəzərə almadan qətnamə qəbul edilmişdir. Məhkəmə cavabdehin borclunun qanun üzrə vərəsəsi olduğuna əsaslanaraq, kredit borcunun cavabdehin ödəməli olduğu qənaətinə gəlmişdir. Məhkəmənin bu barədə mövqeyi tamamilə əd alətsiz olmuşdur. Belə ki, borcludan miras kimi qəbul etdiyi əmlaklar birgə nikah dövründə əldə edilmiş, sadəcə ailə başçısı kimi həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Yəni bu əmlakların əldə edilməsində borclu ilə yanaşı onun da böyük zəhməti olmuşdur. Həmin əmlakları miras kimi qəbul etməyi onun haqqı olmuşdur. Bundan başqa kredit müqavilələri üzrə borc iddia tələbində düzgün göstərilməmişdir. Çünki mərhum həyat yoldaşı tərəfindən xeyli miqdarda kredit ödənişi icra edilmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-679/2025 nömrəli mülki iş üzrə 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmışdır (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Afiq Hüseynzadə).

17. Birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mərhum Nəcəfov Nizami Ramazan oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Mərhum şəxsin vərəsəsi artıq müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı Bankın cavabdehə qarşı hazırkı iddia tələbi əsaslı hesab edilməlidir.

18. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlilinə münasibətdə məhkəmə göstərmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən kredit müqavilələri xx.xx.2021-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır. Bu hesabla kredit müqaviləsinin icra edilməsi müddəti xx.xx.2024-cü il tarixə, həmin müqavilələr üzrə iddia müddətinin son tarixi isə xx.xx.2027-ci il tarixə təsadüf etmişdir. Göründüyü kimi iddiaçı Bank hazırkı tələb üzrə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməmişdir.

19. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlilinə hüquqi qiymət verərək məhkəmə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddia tələbi üzrə borc məbləğini mübahisələndirmişdir. Bu məsələ ilə bağlı qeyd olunmalıdır ki, kredit alan iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək illik faizin dərəcəsi və cərimənin hesablanma qaydası dəqiq müəyyən edilmişdir. Müqavilənin faiz dərəcəsinə gəlincə məh kəmə qeyd etmişdir ki, borc alan məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.

20. Apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Faiz və cərimə borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14, 21, 385, 425, 442, 445, 739, 1151, 1159, 1243 və 1306-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Mülki Məcəlləsi

25. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

31. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

32. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

33. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarı

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun ol araq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

35. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəm ələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqət ə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-679/2025 nömrəli iş üzrə 28 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar