Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2418/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilədən irəli gələn öhdəliyin icrası, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-722/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli q ətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC (bundan sonra – cavabdeh və ya MMC) ilə Maraqlı şəxs (bundan sonra-3-cü şəxs) arasında bağlanmış 06 noyabr 2003-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqaviləsinə əsasən, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti 3078A ünvanında inşa edilmiş binanın A4 korpusunun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı, mənzili (bundan sonra-mübahisəli mənzil) hər kv.m dəyəri 300 ABŞ dolları həcmində qiymətləndirilməklə 41691 ABŞ dolları məbləğində 3-cü şəxsə satmağı, 3-cü şəxs isə ümumi məbləğin ödənişini müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəs inə götürür. 2. 06.11.2003-cü il tarixli kassa mədaxil qəbzinə əsasən 3-cü şəxs tərəfindən mənzilin dəyəri ********* (köhnə məzənnə) manat tam şəkildə ödənilmişdir.
3. İddiaçı (bundan sonra – iddiaçı) ilə cavabdeh arasında bağlanmış 01 noyabr 2004-cü il tarixdə 315 saylı müqaviləyə əsasən MMC, Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının A4 korpusunda, 11-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m olan mənzili müqavilənin 2-ci bəndində sadalananlarla təchiz etməklə (ümumi TQİ, daxili elektrik xətti, daxili sanitariya xətləri, mövsümi isti-soyuq su, xarici qapı pəncərə, girişdə dəmir qapı, mənzillərə dəmir seyf qapı, lift, yüksək keyfiyyətli suvaq işi, pilləkə n meydançası, pilləkən qəfəsinin plitələrlə üzlənməsi, rənglənməsi, məhəccərlərin quraşdırılması, otaqlara astar vurulması, daxili televiziya antena quraşdırılması) cavabdehə təhvil verməyi, cavabdeh isə həmin mənzilin müqabilində 3 gün ərzində 32658 ABŞ dolları pulu MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 4. 01 noyabr 2004-cü il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, həmin tarixdə iddiaçı tərəfindən ********* manat (köhnə məzənnə) məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmişdir.
5. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2711/2021 saylı qətnaməsi ilə 3-cü şəxsin iddiası təmin edilmiş, mübahisəli mənzilin 3-cü şəxsə təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilmişdir.
6. Qətnamədən "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş, lakin, Bakı Apel lyasiya Məhkəməsinin 2(103)-7951/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2711/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət olunmuşdur.
7. Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(103)-7951/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7951/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmış, iddiaçıya izah edilmişdir ki, onun birbaşa kassasiya şikayəti vermək hüququ olmadığından, kassasiya şikayəti əlavə edilməklə ərizə ilə Ali Məhkəmənin sədrinə müraciət edə bilər.
8. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş, Azərbayca n Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3/N-4116/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7951/2021 saylı iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardadla iddiaçıya izah olunmuşdur ki, qanunsuz hesab etdiyi cavabdeh və 3-cü şəxs arasında bağlanmış müqaviləni mübahisələndirə bilər.
9. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2711/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi öz qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə istifadə və sahiblik hüquqlarının tanınaraq, mənzilin ona tə hvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə arasında bağlanmış 01 noyabr 2004-cü il tarixli, 315 saylı alğı-satqı müqaviləsinə əsasən, mübahisəli mənzilin iddiaçı tərəfindən dəyəri tam ödənilərək mülkiyyət hüququ əldə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya mənzilin dəyərinin tam ödənilməsinə dair 12 aprel 2018-ci il tarixli, 16 saylı maliyyə arayışı verilmişdir. Lakin, hazırda cavabdeh iddiaçını mənzilinə buraxmır.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1919/22 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia təmin olunmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə iddiaçı 32658 ABŞ dolları məbləğində ödənişi hesablaşma aparılan günə manatın dollara ekvivalenti ilə milli valyuta ilə müqavilə bağlanandan 3 (üç) gün ərzində həyata keçirməyi, cavabdeh isə mübahisəli mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, iddiaçı öhdəliyini icra etsə də, cavabdeh müqavilənin predmeti olan mənzili iddiaçıya təhvil verməməklə, iddiaçını həmin mənzilə buraxmamaqla iddiaçının sahiblik və istifadə hüquqlarını pozmuşdur.
14. Buna görə də iddia təmin edilməli, mübahisəli mənzilə dair iddiaçının istifadə və sahiblik hüquqları tanınmaqla mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.8, 385.1, 390.1, 390.2, 398.1, 405.1, 425, 567, 152.3, 158.1, 158.1.2, 152.2, 163.1, 164.1 və 164.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs (sonradan müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş) Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni mübahisə predmeti olan mənzilə dair Binəqədi Rayon Məhkəməsinin daha əvvəlki yəni xx.xx.2021-ci il tar ixli 2(001)-2711/2021 saylı qətnaməsinin olmasına baxmayaraq, yenidən xx.xx.2022-ci il tarixli, 2(001)-1919/2022 saylı qətnamənin çıxarılması tamamilə əsassız və qanunsuzdur, eyni zamanda vahid məhkəmə təcrübəsinin pozulmasına səbəb olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1919/2022 saylı qətnaməsi iş üzrə əhəmiyyət kəsb edən hallar ümumiyyətlə araşdırılmadan və əsassız şəkildə çıxarılmışdır. Binəqədi Rayon Məhkəməsinin daha əvvəlki yəni xx.xx.2021-ci il tarixli, 2(001)-2711/2021 saylı qətnaməsi ilə 3-cü şəxsə təhvil verilmiş mənzilin, yəni mülkiyyətinin sonradan qəbul olunan qətnamə ilə iddiaçıya verilməsi Mülki Məcəllənin 6.1.4-cü maddəsində nəzərdə tutulan mülkiyyət toxunulmazlığının əsaslı pozuntusuna səbəb olmuşdur.
18. Məhkəmə kollegiyasının iclasında id diaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3/N-4116/2022 saylı qərardadı ilə iddiaçıya izah edilmişdir ki, qanunsuz hesab etdiyi cavabdeh ilə 3-cü şəxs arasında bağlanmış müqaviləni mübahisələndirə bilər. Lakin onlar bu hüquqdan istifadə etməmiş, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsinə müraciət edərkən, 3-cü şəxs ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsi barədə məlumat verməmişlər.
19. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən 15 fevral 2023-cü il tarixdə işdə iştirak edən şəxslərin iştirakları ilə mübahisəli mənzilə yerli baxış keçirilmiş, mənzilin qapısını müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qardaşı açmış, mənzilin açarının onlarda olduğunu bildirmişdir. Yerli baxış zamanı məlum olmuşdur ki, mənzildə təmir işləri yekunlaşmamış, üçüncü şəxs tərəfindən plastik qapılar qoyulmuşdur.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-722/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq hesab etmişdir ki, məhkəmə, 3-cü şəxsi işə cəlb etməmiş, onun hüquq və vəzifələrinə aid məsələni həll etmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iclasında məlum olmuşdur ki, iddiaçı bütün bunlardan, yəni 3-cü şəxsin cavabdehə qarşı olan işindən və həmin iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktlarından məlumatlı olmasına baxmayaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadında izah edildiyi kimi 3-cü şəxs və cavabdeh arasında bağlanmış müqaviləni mübahisələndirməmiş, hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, mübahisəli mənzillə bağlı 3-cü şəxsə münasibətdə qüvvədə olan məhkəmə qətnaməsinin olması barədə birinci instansiya məhkəməsinə məlumat verməmişdir.
23. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən hazırki apellyasiya mərhələsində yeni s übutlar təqdim olunsa da, həmin sübutlar MPM-nin 372.2ci maddəsinə əsasən qəbul edilə bilməz. Belə ki, iddiaçı 3-cü şəxsin MMC-yə qarşı olan işindən və həmin iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktlarından məlumatlı olmasına baxmayaraq, birinci instansiya məhkəməsində hazırkı iddianı verərkən, hazırkı sübutları təqdim etmək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilin 3-cü şəxsə təhvil verilməsi ilə bağlı qüvvədə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2711/2021 saylı qətnaməsi olduğu halda, iddiaçı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən əşya hüququna əsaslanmaqla MMC ilə 3-cü şəxs arasında bağlanmış müqaviləni mübahisələndirmədən, eyni mənzilə iddiaçının istifadə və sah iblik hüquqları tanınaraq, mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi əsaslı hesab edilə bilməz. Buna görə də, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir.
25. Kollegiya həmçinin qeyd etmişdir ki, belə bir qətnamənin mövcudluğu, eyni mənzilə dair qüvvədə olan məhkəmə qətnaməsinə münasibətdə icrası mümkün olmayan bir məhkəmə aktının qəbul olunmasına səbəb olardı.
26. Həmçinin, məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilən zaman 3-cü şəxs tərəfindən mənzildə qismən təmir işlərinin aparılması və qapılar qoyulması müşahidə edilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir.
27. Kollegiya öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü mad dələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün yeni baxışa qaytarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iki əsasla birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Birinci əsas olaraq apellyatorun xeyrinə qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(103)-7951/2021 saylı qətnaməsinin olmasını, həmin qətnamənin qəbul olunmasına əsas olan alğı-satqı müqaviləsinin mübahisələndirilməsi barədə Ali Məhkəmənin tövsiyəsi olan xx.xx.2022-ci il tarix li, 3/N-4116/2022 saylı qərardadının olmasını qeyd edir. İkinci əsas kimi təmirsiz evin açarının üçüncü şəxsdə olmasını qeyd edir. Məhkəmə mübahisəsində tərəf olmadığı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2(103)-7951/2021 saylı qətnaməsi onun üçün heç bir preyudisiallıq daşımır. Həmin məhkəmə prosesində cavabdeh olan MMC mənzilin iddiaçıya satıldığını, Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaq materiallarında mənzilin mülkiyyətçisi kimi iddiaçının tanındığını, Müşkünaz adlı alıcının mövcud olmadığını bildiyi halda (3-cü şəxslə sonrakı ikili satışla yenidən gəlir əldə etmək məqsədilə) məhkəməyə düzgün məlumat vermədiyindən həmin proseslərdən xəbəri olmamışdır. 3-cü şəxsə aid məlumatları əldə edə bilmədiy indən məcbur qalıb müstəqil iddia ilə çıxış etmişdir. 3-cü şəxs həmin qətnamədən apellyasiya şikayəti verdiyindən məlumatlar əldə edərək dərhal Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 3-cü şəxs ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarsızlığı barədə iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsində icraatın dayandırılması barədə vəsatət vermişdir, lakin həmin vəsatət təmin edilməmişdir. Mübahisələndirilən mənzil təmir edilməmişdir. Həmin mənzilin üzərində məhdudiyyət mövcuddur. Apellyasiya məhkəməsi əsassız olaraq “təmir başa çatdırılmamış” ifadəsi işlətmişdir. Mənzilə baxış zamanı orada işləyən usta və komendant mənzilə qapını iddiaçı tərəfindən qoyulduğunu, sonradan 3-cü şəxsin qardaşı tərəfindən qapının söküldüyünü və yerinə başqa qapı qoyulduğunu, pəncərələrin isə MMC tərəfind ən qoyulduğunu bildirdilər. Məhkəmə “təmir başa çatdırılmayıb” deyəndə hansı təmiri nəzərdə tutduğu aydın deyil. İddiaçıya məxsus qapının çıxarılıb başqa qapı ilə əvəzləşdirilməsi təmir hesab edilmir.
30. Bundan başqa, işə baxan məhkəmə MMC ilə 3-cü şəxs arasında bağlanmış 06 noyabr 2003-cü il tarixli, 148 saylı müqavilənin etibarsızlığına münasibət bildirə bilərdi. Lakin kifayət qədər sübutlar və müvafiq araşdırmalar aparılması üçün vəsatətlər verilsə də, məhkəmə bunları nəzərə almamışdır. Belə ki, 06 noyabr 2003-cü il tarixli 148 saylı müqavilədə əks olunan imza 3-cü şəxsə məxsus deyil. Belə ki, AR Ədliyyə Nazirliyinin Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışı “Binəqədi-20” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının qərarını və həmin qərarı imzala mış mülkiyyətçilərin imzaları olan sənədlərdən görünür ki, 3-cü şəxsin imza qrafasında olan imzası ilə 06 noyabr 2003-cü il tarixli, 148 saylı müqavilədə olan imzası bir-birinə uyğun gəlmir, tamamilə fərqlidir. Bununla bağlı məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında vəsatət versə də, məhkəmə vəsatətlərə münasibət bildirməmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-722/2023 saylı iş nömrəli işi üzrə sonuncu məhkəmə prosesində 3-cü şəxsin qardaşına sual ünvanlanmışdır ki, “binanın tikintisi ilə əlaqədar mülkiyyətçilər tərəfindən bina təhvil verilmədiyi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edilmişdir. Lakin həmin şikayətçilər və mülkiyyətçilər arasında sizin adınız yoxdur. Bu nu nə ilə izah edirsiniz” Bu suala 3-cü şəxsin qardaşı bunu 3-cü şəxsin 15 ilə yaxın ölkədən kənarda yaşaması ilə əlaqələndirmiş və bildirmişdir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş başlayan zaman burada olmamışlar. Həmin mənzilə qapının kim tərəfindən qoyulması mübahisəsi zamanı 3-cü şəxsin qardaşı bildirmişdir ki, qapını 2015-ci ildə onlar qoymuşdur. Yəni 2015-ci ildə Azərbaycan Respublikasında olduqlarını bildirirlər. Əgər onlar 2015-ci ildə AR-da olmuşlarsa, 15 ildir AR-da olmamışlarsa, onların ölkəni tərk etməsi 2000-ci ilə təsadüf edir. Bu da deməkdir ki, 2003-cü ildə bağlanmış müqavilə formal müqavilədir. Tərəf ölkədə olmaya-olmaya necə müqavilə bağlaya bilər. Bu müqavilə bağlandığı gündən etibarsızdır. Belə ki bu müqavilə 3-cü şəxsin qardaşı ilə Ca vabdeh MMC rəhbərliyi arasında olan ət satışı arasında yaranmış borc münasibətlərinə əsasən geriyə bağlanmış müqavilədir. Həmçinin, “müqavilənin etibarsız hesab edilməsi” tələbi üzrə iş hal-hazırda Nərimanov Rayon Məhkəməsində X1 icraatındadır (e-2(005)-1465/2023). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 31. 3-cü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilm əsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
37. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
38. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
39. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinmə lidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 47. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı
48. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşma yaraq iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2711/2021 saylı qətnaməsinə, həmin qətnaməni qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7951/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə, qətnamələrin qanuni qüvvəyə minməsinə və hazırki iş üzrə Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinə əsasən preyudisial qüvvəyə malik olmasına istinad etmişdir.
53. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
54. Qeyd olunan normanın tələbinə əsasən, mülki işin icraatı zamanı preyudisial əhəmiyyətli faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan və məhkəmənin yekun aktında əks olunan faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyətini əldə edir. Artıq qüvvəyə minmiş məhkəmə qətnaməsinin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaratmış olur.
55. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin q ısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən gəlinən nəticə düzgün olmuş, Azərbaycan Respublikası Mülki Prossesual Məcəll əsinin 82.3-cü maddəsinin tələbləri pozulmuşdur.
57. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
58. Kassasiya şikayətinin işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 v ə 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Eyni zamanda, kassasiya məhkəməsi yeni sübutlar qəbul etmir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin işə baxılarkən qüvvədə olan 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, isə əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan as ılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
60. İş materiallarından görünür ki, iddiaçı 3-cü şəxsin MMC-yə qarşı olan işindən və həmin iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktlarından məlumatlı olmasına baxmayaraq, birinci instansiya məhkəməsində hazırkı iddianı verərkən, sübutları təqdim etmək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Belə olan halda, onun apellyasiya icraatı gedişində və kassasiya şikayətində yeni fakta istinad etməsi qanunla yolverilməzdir.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara al dı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-722/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.