Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-242/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Əfrasiyabova Dilarə Paşa qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakların qaytarılması barədə ilk, Cavabdeh İddiaçı qarşı pulun alınması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2736/2019 saylı, 28 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(060)-1732/2019 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) ilk iddia təmin edilmiş, Cavabdeh 2 dəst yataq mebeli – 2200 manat dəyərində, divan - 350 manat, raskladuşka – 50 manat, 2 ədəd mebelsandığı – hər biri 100 manat, 3 ədəd böyük miz (1 ədədi 100 manat, 1 ədədi 300 manat və 1 ədədi 600 manat) – 1000 manat, 3 ədəd jurnal masası – 240 manat, 4 ədəd taxtadan düzəldilmiş miz – 200 manat, 11 ədəd stul – 330 manat, 4 ədəd mətbəx oturacağı – 100 manat, 4 ədəd kitab rəfi – 100 manat, 1 ədəd kitab rəfi – 50 manat, 2 ədəd ayaqüstü asılqan – 30 manat, 5 ədəd divar asılqanı (nerj) – 100 manat, televizor altlığı(mebeldən) – 30 manat, 5 metrlik mətbəxmebeli - 500 manat, mətbəx dolabı – 100 manat, qızdırıcı – 80 manat, böyük vanna – 100 manat, 2 ədəd hamam güzgüsü – 100 manat, unitaz – 80 manat, əl-üz-yuyan tülpan – 170 manat, simistitel 5 ədəd – 100 manat, 2 ədəd duru sabun qabı, 3 ədəd sabunqabı - 80 manat, qoşa diş fırçası qabı – 25 manat, 1ədəd laqonda 600W – 100 manat, 1 ədəd laqonda 1800W– 300 manat, 2 ədəd preferator – 500 manat, 1ədəd direl – 25 manat, 1 ədəd bormaşın – 150 manat, elektrik ustasına aid olan bütün avadanlıqlar – 200 manat, 1 ədəd 3mx4m xalça – 150 manat, 1 ədəd 2mx5m xalça – 120 manat, 1 ədəd 2mx4m xalça – 100 manat, 2 ədəd 2mx3m xalça – 200 manat, kilim 1,5m x 4m 1 ədəd – 150 manat, 3 ədəd kiçik xalça 3mx4m - 120 manat, divar örtüyü 2 ədəd – 60 manat, 3 ədəd kreslo örtüyü – 60 manat, böyük odeyal – 160 manat, balaca o deyal - 60 manat, 1 ədəd taxt döşəyi yundan – 100 manat, 6 ədəd yun döşək – 480 manat, 7 ədəd yun yorğan – 350 manat, 20 ədəd yastıq (quş tükündən) – 200 manat, 12 ədəd döşəkcə - 50 manat, 10 ədəd pərdə 3mx3m – 400 manat, yorğan çxolları, döşək üzləri, balışüzü, hamam dəsmalları, əl-üz dəsmalları, çay dəsmalı, stolüstü süfrələr, jurnalörtükləri -200 manat, işıqlandırıcı saat – 20 manat, qol saatı arent – 200 manat, divar saatı – 20 manat, şahmat – 30 manat, nərdtaxta əl işi – 150 manat, 3 ədəd ütü – 100 manat, blendr – 50 manat, radiator qızdırıcı tokla işləyən – 50 manat, aspirator – 100 manat, qaz sobası 4 göz – 150 manat, qaz sobası ev qızdıran – 200 manat, samovar – 100 manat, televizor LG 82 ekran – 500 manat, çinar soyuducu – 300 manat, paltartikən maşın padoliski – 100 manat, ətçə kən maşın (tokla) – 120 manat, tozsoran 2 ədəd – 150 manat, çörək bişirən (soba) – 100 manat, krosna openboks 300 – 50 manat, videomaqnitafon (disk,kaset) – 100 manat, komputer dəsti – 200 manat, dedektor ATV+ 30 manat, çaynik 5 Lnerj – 40 manat, tabağ 2 ədəd – 25 manat, 2 ədəd aşsüzən – 15 manat, 4 ədəd podnis – 30 manat, 3 ədəd böyük qazan – 60 manat, 4 ədəd balaca qazan – 40 manat, 4 ədəd tava – 50 manat, ət şişi 8 ədəd – 20 manat, ət baltası 1 ədəd – 5 manat, 7 bulud, 6 kasa, 8 ədəd dərin kasa – 150 manat, 24 ədəd xörək qabı – 72 manat, 12 ədəd salat qabı və 12 ədəd ət qabı -48 manat, 22 ədəd xörək qabı – 66 manat, 8 ədəd ət qabı – 12 manat, 12 xörək qabı – 24 manat, 17 ədəd salat qabı – 34 manat, servis kofe dəsti – 100 manat, 6 qulplu, 6 armudu stəkan – 12 manat, 6 ədəd çiyələkli stə kan – 6 manat, 1 dəst çay servisi – 50 manat, düşpərəkəsən, qəndkəsən – 10 manat, üst-üstə titan (nerj) çaynik dəst – 30 manat, qaşıq, çəngəl, çömçə, çay qaşığı – 50 manat, ləyən, vedrə, 3 mərtəbəli kartof, soğan qabı – 50 manat, balon müxtəlif 100 ədəd – 50 manat, 2 ədəd termuz – 15 manat, 6 ayaqlı 4 ədəd sadə qəndqabı – 8 manat, 6 ləbləbi qabı, 8 bakal – 52 manat, 3 ədəd su qrafinkası – 15 manat, çini dəst, fincan qaşıq 6 ədəd – 10 manat, 6 yaşıl su stəkanı – 6 manat, 12 ədəd qəndqabışüşədən – 12 manat, 2 ədəd şirniyyat qabı – 20 manat, 2 ədəd büllur güldan – 90 manat, 2 ədəd 3 mərtəbəli ləbləbi qabı – 30 manat, sadə güldan şüşədən – 120 manat, 6 rumka büllur – 20 manat, 17 ədəd sadə rumka – 15 manat, 3 əd külqabı, 10 ədəd duzqabı – 10 manat, 12 ədəd böyük, 12 ədəd balaca nəlbəki – 20 ma nat, 10 ədəd fincan – 10 manat, 3 ədəd çörək qabı, 2 ədəd piti qabı – 20 manat, 2 ədəd çini salatqabı – 10 manat və geyim əşyalarının – cəmi 1000 manat dəyərində, həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda onların dəyərinin alınaraq İddiaçı ödənilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2736/2019 saylı, 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov), ilk iddia üzrə Cavabdeh apellya siya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(060)1732/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı əmlakların qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə Cavabdeh 0,02 ha torpaq sahəsi almış və 2007-ci ildə həmin torpaq sahəsində fərdi ev tikərək orada ailə üzvləri ilə birlikdə yaşamışdır. 2016-cı ilin əvvəllərində Cavabdeh və onun ailə üzvləri heç bir əsas olmadan onun evinə girmiş, evin əksər hissəsini uçurmuş, orada olan əmlakların bir hissəsini məhv etmiş, digər bir hissəsini isə naməlum istiqamətə aparmışdır. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 295A ünvanında yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 164,8 kv.m. yaşa yış binasına görə onun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 20.07.2018-ci ildə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(060)-1432/2018 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ünvanında olan 295 A saylı evə istifadə hüququ tanınmışdır. Həmin qətnamədən cavabdehin verdiyi şikayət ərizəsi Sumqayıt Apellyasiya Məhkəməsinin 07.01.2019-cu il tarixli qərarı ilə rədd edilmiş və sözügedən qərarda göstərilmişdir ki, həmin ünvanda olan fərdi evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh heç bir aidiyyatı yoxdur. Beləliklə, sözügedən ünvanda şəxsi vəsaiti hesabına inşa edilmiş əmlaklar ya məhv edilmiş, ya da cavabdeh tərəfindən ələ keçirilmişdir. Ona məx sus olan 295 A saylı evdə aşağıdakı əmlaklar olmuşdur: 2 dəst yataq mebeli – 2200 manat dəyərində, divan -350 manat, raskladuşka – 50 manat, 2 ədəd mebelsandığı–hər biri 100 manat, 3 ədəd böyük miz (1 ədədi 100 manat, 1 ədədi 300 manat və 1 ədədi 600 manat) – 1000 manat, 3 ədəd jurnal masası – 240 manat, 4 ədəd taxtadan düzəldilmiş miz – 200 manat, 11 ədəd stul – 330 manat, 4 ədəd mətbəx oturacağı – 100 manat, 4 ədəd kitab rəfi – 100 manat, 1 ədəd kitab rəfi – 50 manat, 2 ədəd ayaqüstü asılqan – 30 manat, 5 ədəd divar asılqanı (nerj) – 100 manat, televizor altlığı(mebeldən) – 30 manat, 5 metrlik mətbəxmebeli - 500 manat, mətbəx dolabı – 100 manat, qızdırıcı – 80 manat, böyük vanna – 100 manat, 2 ədəd hamam güzgüsü – 100 manat, unitaz – 80 manat, əl-üz-yuyan tülpan – 170 manat, simistitel 5 ədəd – 100 manat, 2 ədəd duru sabun qabı, 3 ədəd sabunqabı -80 manat qoşa diş fırçası qabı – 25 manat, 1ədəd laqonda 600W – 100 manat, 1 ədəd laqonda 1800W(borş) – 300 manat, 2 ədəd preferator – 500 manat, 1ədəd direl – 25 manat, 1 ədəd bormaşın – 150 manat, elektrik ustasına aid olan bütün avadanlıqlar – 200 manat, 1 ədəd 3mx4m xalça – 150 manat, 1 ədəd 2mx5m xalça – 120 manat, 1 ədəd 2mx4m xalça – 100 manat, 2 ədəd 2mx3m xalça – 200 manat, kilim 1,5m x 4m 1 ədəd – 150 manat, 3 ədəd kiçik xalça 3mx4m - 120 manat, divar örtüyü 2 ədəd – 60 manat, 3 ədəd kreslo örtüyü – 60 manat, böyük odeyal – 160 manat, balaca odeyal - 60 manat,1 ədəd taxt döşəyi yundan – 100 manat, 6 ədəd yun döşək – 480 manat, 7 ədəd yun yorğan – 350 manat, 20 ədəd yastıq (quş tükündən)–200 manat, 12 ədəd döşəkcə 50 man at, 10 ədəd pərdə 3mx3m – 400 manat, yorğan çxolları, döşək üzləri, balışüzü, hamam dəsmalları, əl-üz dəsmalları, çay dəsmalı, stolüstü süfrələr, jurnalörtükləri -200 manat,işıqlandırıcı saat – 20 manat, qol saatı arent - 200manat, divar saatı – 20 manat, şahmat – 30 manat, nərdtaxta əl işi – 150 manat, 3 ədəd ütü – 100 manat, blendr – 50 manat, radiator qızdırıcı tokla işləyən – 50 manat, aspirator – 100 manat, qaz sobası 4 göz – 150 manat, qaz sobası ev qızdıran – 200 manat, samovar – 100 manat, televizor LG 82 ekran – 500 manat, çinar soyuducu – 300 manat, paltartikən maşın padoliski – 100 manat, ətçəkən maşın (tokla) – 120 manat, tozsoran 2 ədəd – 150 manat, çörək bişirən (soba) – 100 manat,krosna openboks300 – 50 manat, videomaqnitafon (disk,kaset) – 100 manat, komputer dəsti – 200 ma nat, dedektor ATV+ - 30 manat, çaynik 5 Lnerj – 40 manat, tabağ 2 ədəd – 25 manat, 2 ədəd aşsüzən – 15 manat, 4 ədəd podnis – 30 manat, 3 ədəd böyük qazan – 60 manat, 4 ədəd balaca qazan – 40 manat, 4 ədəd tava – 50 manat, ət şişi 8 ədəd – 20 manat, ət baltası 1 ədəd – 5 manat, 7 bulud, 6 kasa, 8 ədəd dərin kasa – 150 manat, 24ədəd xörək qabı – 72 manat, 12 ədəd salat qabı və 12 ədəd ət qabı -48 manat, 22 ədəd xörək qabı – 66 manat,8 ədəd ət qabı – 12 manat, 12 xörək qabı – 24 manat, 17 ədəd salat qabı – 34 manat, servis kofe dəsti - 100manat, 6 qulplu, 6 armudu stəkan – 12 manat, 6 ədəd çiyələkli stəkan – 6 manat, 1 dəst çay servisi – 50 manat, düşpərəkəsən, qəndkəsən – 10 manat, üst-üstə titan (nerj) çaynik dəst – 30 manat, qaşıq, çəngəl, çömçə, çay qaşığı – 50 manat, ləyən, vedrə, 3 mər təbəli kartof, soğan qabı – 50 manat, balon müxtəlif 100 ədəd – 50 manat, 2ədəd termuz – 15 manat, 6 ayaqlı 4 ədəd sadə qəndqabı – 8 manat, 6 ləbləbi qabı, 8 bakal – 52 manat, 3 ədəd su qrafinkası – 15 manat, çini dəst, fincan qaşıq 6 ədəd – 10 manat, 6 yaşıl su stəkanı – 6 manat, 12 ədəd qəndqabışüşədən – 12 manat, 2 ədəd şirniyyat qabı – 20 manat, 2 ədəd büllur güldan – 90 manat, 2 ədəd 3 mərtəbəli ləbləbi qabı – 30 manat, sadə güldan şüşədən – 120 manat, 6 rumka büllur – 20 manat, 17 ədəd sadə rumka – 15 manat, 3 əd külqabı, 10 ədəd duzqabı – 10 manat, 12 ədəd böyük, 12 ədəd balaca nəlbəki – 20 manat, 10 ədəd fincan – 10 manat, 3 ədəd çörək qabı, 2 ədəd piti qabı – 20 manat, 2 ədəd çini salatqabı – 10 manat, geyim əşyaları – cəmi 1000 manat dəyərində. Cavabdeh İddiaçı qarşı pulun alınma sı barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində göstərdiyi əşyaların yerləşdiyi bina onun həyətində yerləşməklə İddiaçı kirayə yaşamaq üçün verilmiş və cavabdeh öz əşyalarını ora yığmaqla ailə üzvləri ilə birlikdə orada yaşamışdır. 2016-cı ildə o, cavabdehdən evi boşaltmağı tələb etdikdə sonuncu evi boşaltmayacağını bildirmişdir. Amma o, cavabdeh evdən çıxarmağa nail olmuşdur. Bundan sonra cavabdeh ona qarşı əmlak tələbinə dair iddia verərək, həmin evdə olan əşyalarını tələb etmiş, o da həmin iddianı qəbul edib əşyaları qaytarmağa razı olduğunu bildirmişdir. Lakin cavabdeh bütün əşyaları deyil, yalnız orda olan 2 çemodanı götürmək istədiyini bildirmiş, o, isə bütün əşyaları götürməyi tələ b etmişdir. Bu səbəbdən cavabdeh iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2017-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanmışdır. Cavabdeh əmlaklarını könüllü olaraq götürmədiyi üçün o, 2017-ci ilin yanvar ayında əşyaların çıxarılaraq bir yerə yığılmasını qərara almış, bu məqsədlə bir neçə yerdə icarə yeri axtarmış, Coratda qonşuluqda yaşayan X7 onun bu problemini bildiyi üçün özünün işləmədiyini, pula da ehtiyacı olduğunu və 50 manat haqq müqabilində evinin bir otağında həmin əşyaları saxlamağa razı olduğunu demişdir. Həmin təkliflə razılaşmış, əşyaları onun evində bir otağa yığmış, hər ay da ona 50 manat icarə haqqı ödəmişdir. Sonradan o, həbs edilmiş və həbsdə olduğu dövrdə cavabdeh sahə müvəkkilinin iştirakı ilə həmin evdən iki çemo dan götürmüşdür. Bundan sonra onun arvadı cavabdehə məxsus əşyaların evdən çıxarılması üçün məhkəmədə iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə 276 adda əşyanın evdən çıxarılması qət edilmiş, lakin cavabdeh əşyaların çıxarılmasını istəmədiyi üçün şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Həmin vaxtdan cavabdehə məxsus əşyalar onun icarə haqqı ödədiyi evdə yerləşir. O, cavabdehə məxsus əmlakların hamısını qaytarmağa razıdır. Lakin, cavabdeh bilərəkdən əşyaları götürməmişdir və o, məcbur olub əşyaları götürüb başqa yerdə saxlamış, əşyaların saxlanması üçün 2017-ci ilin yanvarından bu günə kimi icarə haqqı ödəmişdi r. Bu 2 il ərzində ödədiyi icarə haqqının məbləği 1200 manat təşkil edir. Bu gün də həmin əşyalar başqa yerdə saxlanılır və hər ay icarə haqqı ödənir. Ona görə də bu 2 il ərzində cavabdehin əşyalarını saxlamaq üçün ödədiyi 1200 manat və əşyalar götürələnə qədər ödəyəcəyi pullar cavabdehdən alınaraq ona verilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin d əlilləri: Cavabdeh və vəkili Əfrasiyabova Dilarə Paşa qızı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə birtərəfli yanaşmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili Əfrasiyabova Dilarə Paşa qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının ic lasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Məhkəmə kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdehin vəkili Əfrasiyabova Dilarə Paşa qızının izahatını dinləyib, iş materiallarını və Cavabdeh kassasiya şikayətinin dəllilərini araşdıraraq aşağıdakı göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ilkin iddia tələbinə dair hissədə ləğv olunmalı və iş həmin hissədə yeni apellyasiya baxış ına qaytarılmalı, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktik i hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 295A saylı ev İddiaçı mülkiyyətində olmuş (i.v.4), sonradan məhkəmə qətnamələri əsasında qeyd edilən ev üzərində Cavabdeh hüquqları tanınmışdır. Ev iddiaçının mülkiyyətində olduğu dövrdə ona məxsus əmlaklar da həmin evdə yerləşdirilmşdir. İş materiallarından görünür ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh arvadı X1 Ramazanova qarşı iddia qaldıraraq 276 adda əmlakın Sumqayıt şəhəri, Corat qəsəbəsi, 295A saylı evdən çıxarılmasını tələb etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 mart 2 018-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, X2 İddiaçı qarşı əmlakın çıxarılması tələbi təmin edilməmişdir (i.v. 58, 70, 73). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Göründüyü kimi, həm Cavabdeh hazırki iş üzrə qarşılıqlı iddia ərizəsində, həm də onun arvadı X2 İddiaçı qarşı əmlakın çıxarılması barədə iddia ərizəsində iddiaçı B.Ramazonova məxsus əşyaların Sumqayıt şəhəri, Corat qəsəbəsi, 295A saylı evdə olması sübuta yetir. Bu baxımdan, Cavabdeh iddia tələbində göstərilən əmlakların bir qisminin mövcudluğunu şübhə altına almasını və birinci instansiya məhkəməsində ilkin iddianı qəbul etməsi barədə izahat verməməsi barədə dəlillərini apellyasiya instansiyası məhkəməsi qəbul etməmişd ir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh birinci instansiya məhkəməsində ilkin iddianı qəbul etməsi barədə izahat vermədiyini bildirsə də, onun qarşılıqlı iddiasının məzmunundan və tələbinin mahiyətindən (qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlib) görünür ki, o, iddiaçıya məxsus əmlakların mövcudluğunu və onları qaytarmalı olmasını qəbul edir. İddia tələbi digər sübutlarla da təsdiqini tapdığı üçün yazılı ərizə olmasa da, apellyasiya instansiyası məhkəməsi Cavabdeh iddianı etiraf etməsi barədə yazılı ərizə verməli olması barədə dəlilini formal mülahizə kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyə ti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçı iddia ərizəsində göstərdiyi əmlakların mülkiyyətçisi olduğu üçün onun həmin əmlakları özgənin qanunsuz sahibliyindən geri götürmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçının təqdim etdiyi və onun bildirməsinə görə B.Ramazonovla M.Nadirov arasında olan telefon danışığının səs yazısı olan diski sübut kimi qəbul etməmişdir. Qarşıqlıqlı iddiaçı bu səs yazısının M.Nadirov tərəfindən aparılmasını bildirsə də, həmin səs yazısının nə vaxt, hansı şəraitdə yazılmasını izah edə bilməmişdir. İddiaçı isə belə bir səs yazısından, ümu miyyətlə, xəbərsiz olduğun göstərmişdir. Belə olan halda, həmin diskdə əks olunan səsyazmanın qanuni yolla əldə edilməsi təsdiq olunmadığı üçün sübut növü kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 95.2-ci maddəsinə görə qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğu üçün ilk iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mahiyyətcə düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddianın rədd edilən hissəsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddiaçı öz tələbini cavabd ehə məxsus əmlakların haqq müqabilndə kənar şəxsin evində saxlanca qoyması, bu məqsədlə 1200 manat haqq ödəməsi ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi da öz növbəsində qeyd etmişdir ki, qarşılıqlı iddiaçının bu tələbi sübuta yetmir. Onun birinci instansiya məhkəməsinə təqdim etdiyi sübut – şahid ifadəsi isə inandırıcı deyil. Əvvəla, həmin şahid qarşılıqlı iddaçı Cavabdeh həmkəndlisi olmaqla, onun qonşusu olmasını, cavabdeh İddiaçı isə Rövşəngilə gedibgələrkən gördüyünü demişdir. Bundan əlavə, qarşılıqlı iddiaçı saxlanc üçün ödədiyi pula dair hər hansı qəbz təqdim etməmişdir. Bu baxımdan, hər hansı başqa sübutlarla tamamlanmadığndan qarşılıqlı iddiaçının tanışı olan həmin şahidin ifadəsini apellyasiya instansiyası məhkəməsi mötəbər və ziddiyyətsiz sübut kimi qəbul etməmişd ir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qarşılıqlı iddia tələbi ilə bağlı gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə düzgün baxılmış, həmin hissədə mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmi şdir. Ali Məhkəmənin Mülki Kollegiyası ilkin iddia tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni tam qanuni və əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, ilkin iddia tələbində göstərilən əmlakların dəyəri yalnız iddiaçı tərəfindən müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən apellyasiya şikayətində həmin əmlakların dəyəri mübahisələndirilsə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində prosessual qanunvericiliyin tələbinə zidd olaraq ilkin iddianın cavabdeh tərəfindən etiraf edilməsi qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə görə cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə hər iki tərəf imzalayır. Bundan əlavə, cavabdeh apellyasiya şikayətinin dəlili kimi iddiaçıya məxsus əmlakların başqa şəxsə saxlanca verdiyini, həmin saxlanc yerində olan əşyaların siyahıya alınmaqla dəyərinin müəyyən edilməli olmasını qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin əsaslı dəlillərinə düzgün hüquqi qiymət verməyərək iş üzrə məhkəmə baxışının prinsipləri adlanan MPM-nin 14-cü maddəsinin tələblərinə əməl etməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbi ilə bağlı hissədə həmin maddənin tələbləri baxımından işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübu tlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə ilkin iddia tələbi ilə bağlı hissədə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının nəzərə alınmadığını və bununla əlaqədar işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Belə ki, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2736/2019 saylı, 28 avqust 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinə dair hissədə ləğv olunsun və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-242/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-242/2020
28.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver