Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2420/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı (X35, X29, X47, X46, X30, X39, X48, X63 və X22 vərəsələrinin müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilməklə) Cavabdeh qarşı ilkin iddiası və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2420/2023 (Açar sözlər: ər-arvadın əmlak bölgüsü, iddia müddəti) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X64 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı (X35, X29, X47, X46, X30, X39, X48, X63 və X22 vərəsələrinin müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilməklə) Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin 1/2 payları üzərində mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “mənzilin və torpaq sahəsinin 1/2 payları üzərində iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-661/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil X65) və iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətlərinə 12 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh ailə qurmaqla 14 fevral 2004-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Tərəflərin arasında olmuş nikah xx.xx.2015-ci il tarixdə pozulmuşdur. Birgə nikah dövrü ərzində İddiaçı və Cavabdeh adlarına müxtəlif daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Tərəflər birgə nikahda olduqları müddətdə müxtəlif daşınmaz əmlakları bağışlama və alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişlər. 2. “Elektron notariat” X5 çıxarışa əsasən İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə yazılmış və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda 14952 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə adından dövlət və qeyri-dövlət təşkilatlarında onu təmsil etməsi, o cümlədən banklarda nümayəndəsi olması, istənilən bankdan istənilən məbləğdə adından kreditə pul vəsaiti götürməsi, bununla əlaqədar lazımi sənədlərdə imza etməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh xx.xx.2014-cü il tarixədək səlahiyyət verilmişdir. 3. “Elektron notariat” X5 çıxarışa əsasən İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə yazılmış və Bakı şəhəri 19 saylı notariat kontorunda 8696 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, keçmiş həyat yoldaşı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına etiraz etmir. 4. “Elektron notariat” X5 çıxarışa əsasən İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə yazılmış və Bakı şəhəri 19 saylı notariat kontorunda 8696 reyestr nömrəsi ilə təsdiq ed ilmiş ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş keçmiş həyat yoldaşı Cavabdeh T Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi haqqında ərizə vermişdir. Həmin ərizənin ləğv edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanda yerləşən 0,1200 ha torpaq sahəsi ünvan 4q edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-05-1234 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə,......Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36 saylı, 100 saylı mənzil "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçıların arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2006-cı il tarixli, 52 saylı protokoldan çıxarışa, xx.xx.2006-cı il tarixli 28 nömrəli maliyyə arayışına, xx.xx.2013-cü il tarixli 132 nömrəli Forma 2 arayışına əsasən xx.xx.2013-cü il tarixdə ilkin olaraq Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak Bakı şəhəri, 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2014-cü il tarixli, 4Ə-882 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X22 adına özgəninkiləşdirilmiş və ünvan 4q edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-809 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən yenidən xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyatdan keçmiş və hazırda mülkiy yətindədir....”.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3804/2014 nömrəli, 14 oktyabr 2014-cü il tarixli qərarından görünür ki, cavabdeh Hüseynova Reyhan Musa qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2823/2014 nömrəli, 07 may 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarıda müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-839/2014 nömrəli, 24 fevral 2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Hüseynova Reyhan Musa qızı, X23, X36 və X31 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 36-da yerləşən 100 nömrəli mənzildən çıxarılması və həmin mənzilin iddiaçı Cavabdeh sahibliyinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının 2(103)-2823/2014 nömrəli, 07 may 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iddianın təmin olunması, Hüseynova Reyhan Musa qızı, X23, X36 və X31 Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 36-da yerləşən 100 nömrəli mənzildən çıxarılması və həmin mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin və torpaq sahəsinin 1/2 payları üzərində mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X26 bağışlanması ba rədə ünvan 4q edilmiş xx.xx.2014-cü il tarixli, 40-882 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında Nəsimi rayon qeydiyyat şöbəsində 14 02.2004-cü il tarixli 96 saylı aktla nikah bağlamış və Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixli 15 saylı aktla həmin nikah pozulmuşdur. Birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaklar barədə məlumat verilməsi ilə bağlı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında D aşınmaz Əmlakın Dövləl Reyestri Xidmətinə KVB-117 nömrəli, 10 sentyabr 2020-ci il tarixli sorğu verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən № **********89 xx.xx.2020-ci il tarixli məktubla sorğusuna cavab verilmişdir. Məktubda qeyd olunmuşdur ki, “sorğu ilə əlaqədar olaraq bildiririk ki, Cavabdeh adına ünvan 6 ünvanda yerləşən 0,1200 ha torpaq sahəsi ünvan 4q edilmiş xx.xx.2012-cü il tarixlı, 4Ə-05-1234 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixində; Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzil "xxxx" MTK üzvlüyünə qəbul və mənzillərin payçıların arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə xx.xx.2006-cı il tarixli, 52 saylı protokoldan çıxarışa, xx.xx.2006-cı il tarixli, 28 nömrəli maliyyə arayışına, xx.xx.2013-cü il tarixli, 132 nömrəli forma 2 arayışına əsasən xx.xx.2013-cü il tarixində ilkin olaraq Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak ünvan 4q edilmiş, xx.xx.2014-cü il tarixli, 4Ə-882 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X22 adına özgəninkiləşdirilmiş və Bakı şəhəri 12 saylı notanat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 40-809 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən yenidən xx.xx.2018-ci il tarxində Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.” İddiaçı xx.xx.2014-cü il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş ərizəsi ilə Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Səba il rayonu, Salyan Şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına razılıq vermişdir. Cavabdeh onun tərəfindən cavabdehə verilmiş razılıq ərizəsindən sui-istifadə edərək Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzili 12 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə-882 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. xx.xx.2018-ci il tarixdə o, notariusa müraciət edərək yuxarıda qeyd edilən ərizəsini ləğv etmişdir Belə ki, “Elektron notariat X5 çıxarış”a əsasən, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu X52 tərəfindən 8160 reyestr nömrəsi ilə İddiaçı aşağıdakı məzmunda ərizəsi təsdiqlənmişdir “Mən yazıb bildirirəm ki, keçmiş həyat yoldaşım Cavabdeh məxsus olan Bakı şəh əri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına etiraz etmirəm.” “Elektron notariat X5 çıxarış”a əsasən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu X52 tərəfindən 8696 reyestr nömrəsi ilə İddiaçı aşağıdakı məzmunda ərizəsi təsdiqlənmişdir: “Yazıb bildirirəm ki, xx.xx.2018-ci il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş keçmiş həyat yoldaşım Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi haqqında ərizə vermişəm. Xahiş edirəm həmin ərizəni ləğv edəsiniz”. Bundan başqa, “Elektron notariat X5 çıxarış”a əsasən, xx.xx.2014-cü il tarixdə 3 saylı ASAN xidmət mərkəzindəki notariat kontorunun notariusu X40 tərə findən 14952 reyestr nömrəsi ilə təsdiqlənmiş etibarnaməyə əsasən İddiaçı Cavabdeh banklarda onun nümayəndəsi kimi çıxış etmək haqqında etibarnaməni təsdiqləmişdir. Həmin çıxarışda Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 8 hazırkı iddia ərizəsi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Mülki və ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi onun yuxarıda qeyd edilən əmlak üzərində pay hüququ müəyyənləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, mənzil 100 qeydiyyatdan keçmişdir və 12 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə-882 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh tərəfindən onun razılığı olmadan ümumi birgə mülkiyyətdə olan əmlakı bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilməsi onun həmin əmlak üzərində olan mülkiyyət hüquqlarını pozmuşdur. Belə olan halda xx.xx.2014-cü il tarixli 4Ə-882 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.
9. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X32 bağışlanması barədə ünvan 4q edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-882 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X68 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manatın Ca vabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.
10. İddia ərizəsinə əlavə ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Mirbəşir Qasımov küçəsi, ev 4, 83 saylı mənzil 2008-ci ildə əsaslı təmir edilərək qeyri-yaşayış sahəsinə çevrilmiş və mağaza kimi fəaliyyət göstərmişdir. Həmin mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün təmirinə 150.000 manat vəsait xərclənmişdir. Həmin təmir nəticəsində mənzilin Mirbəşir Qasımov küçəsinə qapısı açılmış, arakəsmə divarlar sökülmüş, elektrik xəttləri, su və isitmə xəttləri yenidən çəkilmiş, tavanın divarlarının səthi düzəldilmiş, rənglənmiş, yeni çıl-çıraqlar, elektrik açarları və qoruyucular quraşdırılmış, Mirbəşir Qasımov küçəsindən yeni giriş qapısı, vitrin quraşdırılmışdır. Mənzilin döşəməsi tamamilə yenilə nmişdir. Köhnə döşəmə sökülmüşdür. Məhz bu səbəbdən Cavabdeh sözügedən qeyri-yaşayış sahəsini 500.000 manat məbləğinə satmışdır. Beləliklə satılan qeyri-yaşayış sahəsinin dəyərinə həmçinin tərəflərin birgə nigah dövründə qazandıqları vəsait hesabına icra olunan təmirin dəyəri də daxildir. Lakin, cavabdeh qeyd edilən qeyriyaşayış sahəsini satdıqda iddiaçıya onun payına düşən 75.000 manatı verməmişdir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Mirbəşir Qasımov küçəsi, ev 4, 83 saylı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi və əsaslı təmiri nəticəsində əmlakın dəyəri əhəmiyyətli dərəcə artmışdır. Bu səbəbdən cavabdeh tərəfindən sözügedən əmlak 500.000 manat məbləğində satılmışdır.
11. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X26 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə, 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat və **-OV-*** nömrə nişanlı, 2011 buraxılış ili, ağ rəngli, mühərrik 1GRA313420, ban JTMDU09J1B4042402 olan “X75” minik avtomobilinin 500751 BRA hesab arayışa əsasən xx.xx.2021-ci il tarixdə satılmasından əldə edilən pulun 1/2 hissəsi Cavabdeh İddiaçı Fikrət qızının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.
12. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, halhazırda məlum olmuşdur ki, cavabdeh X49 xx.xx.2013-cü il tarixdə əldə etdiyi və AB836456 nömrəli şəhadətnamə və **-OV-*** nömrə nişanı ilə “X75 minik” buraxılış ili 2011, rəngi ağ, mühərrik 1GRA313420 Ban JTMDU09J1B4042402 avtomobili əldə etmişdir və qeydiyyata saldırmışdır. Tərəflər arasında nikah ləğv olunduqdan sonra Cavabdeh İddiaçı Fikrət qızının razılığın olmadan, ondan xəbərsiz həmin avtomobili 500751 BRA hesab arayışa əsasən xx.xx.2021-ci il tarixdə satmışdır və bu əsasla avtomobili öz adından qeydiyyatdan çıxarmışdır. Həmin avtomobil də birgə nikah dövründə əldə olunmuşdur. Bu s əbəbdən qeyd edilən avtomobilin satışından cavabdehin əldə etdiyi pulun 1/2 hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
13. Həmçinin Cavabdeh İddiaçı qarşı “mənzilin və torpaq sahəsinin 1/2 payları üzərində iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilərək, xx.xx.2004-cü il tarixli, seriya ÖM 200990 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 10 ünvanında iki otaqlı mənzilin 1/2 hissəsinə, xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 3, mənzil 3 ünvanında üç otaqlı mənzilin 1/2 hissəsinə, xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən ünvan 11 ünvanında iki otaqlı mənzilin 1/2 hissəsi nə, xx.xx.2010-cu il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, X60 küçəsi, ev 28, C bloku, 3-cü giriş, mənzil 24 ünvanında üç otaqlı mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmıdır ki, İddiaçı ilə onun arasında olan nikah xx.xx.2004-cü il tarixdə rəsmi qaydada qeydə alınmış, xx.xx.2015-ci il tarixdə həmin nikah pozulmuşdur. Birgə nikah dövründə cavabdeh İddiaçı adına bir çox daşınmaz əmlaklar alınmışdır. Birgə nikah dövründə Respublika ərazisində cavabdeh İddiaçı adına qeydə alınmış daşınmaz əmlaklar barədə dəqiq məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə sorğu verilmişdir. Hal-hazırda həmin sorğuya cavab verilmədiyi üçün birgə nikah dövründə, yəni xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı adına Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların dəqiq siyahısı əlində yoxdur. Bununla belə, cavabdehin adına birgə nikah dövründə alınmış bəzi daşınmaz əmlakların hüquqmüəyyənedici sənədlərinin surətləri əlində olduğu üçün hazırki qarşılıqlı iddia ərizəsi ilə həmin daşınmaz əmlakların 1/2 hissələrinə payının müəyyən edilməsini məhkəmədən xahiş etmək qərarına gəlmişdir Cavabdehin adına birgə nikah dövründə alınmış bəzi daşınmaz əmlakların hüquqmüəyyənedici sənədlərinin surətləri aşağıdakılardır: 1. xx.xx.2004-cü il tarixli, seriya ÖM 200990 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 10 ünvanında iki otaqlı mənzil; 2. xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 3, mənzil 3 ünvanında üç otaqlı mənzil; 3. xx.xx.2007-ci il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən ünvan 11 ünvanında iki otaqlı mənzil; 4. xx.xx.2010-cu il tarixli, seriya MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, X60 küçəsi, ev 28, C bloku, 3-cü giriş, mənzil 24 ünvanında üç otaqlı mənzil. Qeyd edilən daşınmaz əmlakların hüquqmüəyyənedici sənədlərində mülkiyyətçi kimi yalnız İddiaçı adına qeyd edilməsinə baxmayaraq, həmin daşınmaz əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün, həmin daşınmaz əmlakların 1/2 hissələrinə payının tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
15. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 13 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X6 barədə Bakı şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-01-139 saylı müqavilənin etibarsız sayılması, ünvan 13 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 14 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X6 barədə Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-235 saylı müqavilənin etibarsız sayılması, ünvan 14 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 15 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X12 barədə Bakı ASAN xidmət mərkəzində notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-76 6 saylı müqavilənin etibarsız sayılması, ünvan 15 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 16 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X16 barədə Bakı şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-02-935 saylı müqavilənin etibarsız sayılması, ünvan 16 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 17 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X21 barədə Bakı şəhər notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-02-383 saylı müqavilənin etibarsız sayılması, ünvan 17 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 28/24 saylı ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X9 barədə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmi ş xx.xx.2013-cü il tarixli, 4Ə-05-1787 saylı müqavilənin etibarsız sayılması, Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, 28/24 saylı ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsinin İddiaçı tərəfindən X17 barədə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 4Ə-51 saylı müqavilənin etibarsız sayılması, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 13 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X6 barədə Bakı şəhəri notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-01-139 saylı müqavilənin etibarsız sayılması, ünvan 13 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 20 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X15 barədə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə-2/406 saylı müqavilənin etibarsız sayılması, ünvan 20 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi; ünvan 21 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən X7 barədə Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə-03/474 saylı müqavilənin etibarsız sayılması, ünvan 21 ünvanda yerləşən mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.
16. Qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı adına Azərbaycan Respublikasının ərazisində daşınmaz ə mlakların dövlət qeydiyyatına alınıb-alınmaması, müsbət halda həmin tarixlərdə onun adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklardan hansıların özgəningiləşdirilməsi barədə məlumatların əldə edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinə sorğu verilmişdir. Həmin sorğuya 7552 saylı xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda aşağıdakılar göstərilmişdir: 1. “İddiaçı adına ünvan 13 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-01-139 saylı müqaviləsinə əsasən X1.” 2. “İddiaçı adına ünvan 13 ünvanda yerləşən mənzil Bakı şəhəri 53 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-235 saylı müqaviləsinə əsasən X1.” 3. “İddiaçı adına ünvan 15 ünvanda yerləşən mənzil Bakı ASAN xidmət mərkəzində notariat kontorunun xx.x x.2018-ci il tarixli, 4Ə-766 saylı müqaviləsinə əsasən X8.” 4. “İddiaçı adına ünvan 16 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-02-935 saylı müqaviləsinə əsasən X13.” 5. “İddiaçı adına ünvan 17 ünvanda yerləşən mənzil Bakı şəhər notariusunun xx.xx.2013-cü il tarixli, 4Ə-02-383 saylı müqaviləsinə əsasən X19.” 6. “İddiaçı adına ünvan 27 ünvanda yerləşən mənzil Bakı şəhəri 9 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-05-1787 saylı müqaviləsinə əsasən X2.” 7. “İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsi Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə-51 saylı müqaviləsinə əsasən X14.” 8. “İddiaçı adına ünvan 20 ünvanda yerləşən mənzil Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-2/406 saylı müqaviləsinə əsasən X10.” 9. “İddiaçı adına ünvan 21 ünvanda yerləşən mənzil Bakı şəhəri 12 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-03/474 saylı müqaviləsinə əsasən X3.”. xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək İddiaçı adına Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların dəqiq siyahısını əldə etdiyinə görə qarşılıqlı iddia tələbini dəqiqləşdirmək qərarına gəlmişdir.
17. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini, ilkin iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını məhkəmədən xahiş etmiş, həmçinin izahatında göstərmişdir ki, qarşı tərəflə Cavabdeh arasında mün asibətlər 2014-cü ildən faktiki olaraq kəsilmişdir. 2015-ci ildə isə tərəflər rəsmi qaydada boşanmışlar. Qarşı tərəf qanunvericilikdə müəyyənləşdirilən iddia verilməsi üçün müddəti ötürmüşdür. İddiaçı bu müddəti cavabdeh tərəfindən gözləntisi olduğu üçün ötürdüyünü desə də qeyd olunmalıdır ki, xx.xx.2013-cü il tarixdə onun tərəfindən Milli Təhlükəsizlik “dələduzluq” faktı ilə bağlı müraciət edilmişdir. Buradan aydın olur ki, qarşı tərəf hüquqlarının pozulduğunu bilirdi. Bundan başqa, qarşılıqlı iddianı müdafiə edir və bildirir ki, birgə nikah dövründə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına bir çox daşınmaz əmlaklar alınmışdır. Həmin əmlaklar hamısı Cavabdeh razılığı olmadan özgəninkiləşdirilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın birgə nikah dövründə qazandıql arı əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Eyni zamanda Cavabdeh nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim edərək göstərmişdir ki, ilkin iddia üzrə İddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün, iddia verilməsi üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür.
18. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddianı müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəflər arasında nikah xx.xx.2015-ci il tarixdə xitam olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbin 3 illik iddia müddəti tətbiq olunur. İşdən göründüyü ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin müddəti ötürmüşdür.
19. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, ilkin iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. (Cild 2. i.v.53-54) 2
0. Həmçinin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən iddia müddəti ötürüldüyündən qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. (Cild 2. i.v.57)
21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzilin Cavabdeh tərəfindən X26 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014cü il tarixdə, 4Ə-882 re yestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi və Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə, 4Ə-809 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh hərəsinə ayrı-ayrılıqda 1/2 pay üzrə mülkiyyət hüququnun tanınması, qətnamə yalnız bu hissədə həmin daşınmaz əmlaklara dair (Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi) İddiaçı və Cavabdeh paylı mülkiyyət hüququnun (hərəsinə ayrı-ayrılıqda 1/2 pay üzrə) daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması qət edilmiş, ilkin iddia tələbləri qalan hissədə və qarşılıqlı iddia təmin edilməmiş, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət olunmuşdur.
22. Birinci instansiya məhkəməsi araşdırma apararaq müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanılmış, xx.xx.2015-ci il tarixdə həmin nikah pozulmuşdur. Tərəflərin birgə nikah dövrü ərzində İddiaçı və Cavabdeh adlarına müxtəlif daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Tərəflər birgə nikahda olduqları müddətdə müxtəlif daşınmaz əmlakları bağışlama və alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişlər. Hal-hazırda tərəflər həmin bağışlama və alqı-satqı müqavilələr inin etibarsız hesab edilməsini, həmin əmlakların 1/2 payların müəyyən edilməsi ilə bağlı iddialar qaldırmışlar. Belə ki, ilk iddia üzrə İddiaçı tərəfindən qaldırılan iddiadan görünür ki, Cavabdeh adına olan və iddia ərizəsində sadalanan 1 adda daşınmaz əmlakla bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, 2 adda daşınmaz əmlakların 1/2 payların üzərində mülkiyyət hüququnun tanınmasını, qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manatın və “X75” markalı avtomaşının satışından əldə edilən pulun 1/2 hissəsinin onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qaldırılan iddiadan görünür ki, İddiaçı adına olan və iddia ərizəsində sadalanan 9 adda daşınmaz əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməs ini və həmin əmlakların 1/2 hissəsinə payının müəyyən edilməsini xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzilin bağışlanması barədə xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir.
24. Belə ki, məhkəmə müəyyən etmişdir ki, tərəflər birgə nikah dövründə olduqları zaman mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzili xx.xx.2006-cı il tarixdə əldə etmişlər və mənzil xx.xx.2013cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. ünvan 4q edilmiş xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh mülkiy yətində olan mübahisəli mənzili anası X26 bağışlamış və həmin bağışlama müqaviləsi təsdiq edilərkən iddiaçı Səkinə İsmayılovanın razılığı olmamışdır (notariat işinin içərisində nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətinin olmasına baxmayaraq). xx.xx.2018-ci il tarixdə isə mübahisəli mənzil bağışlama müqaviləsinə əsasən yenidən Cavabdeh adına qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətindədir.
25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutuğmuş mülki hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur.
26. Birinci instansiya mə hkəməsi qeyd etmişdir ki, Cavabdeh nikah dövründə olduğu zaman Səkinə İsmayılovanın razılığı olmadan birgə mülkiyyətdə olan mübahisəli mənzili bağışlama müqaviləsinə əsasən özgəninkişləşdirilmişdir.
27. Məhkəmə həmçinin qeyd etmişdir ki, göstərilən Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzil ilə bağlı ilkin bağışlama müqaviləsi (xx.xx.2014-cü il tarixli) etibarsız hesab edildiyindən, daha sonradan Cavabdeh mülkiyyətinə yenidən keçməsinə baxmayaraq sonuncu xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsidə etibarsız hesab edilməlidir. Odur ki, ilkin iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
28. Məhkəmə ilkin iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində mülkiyyət hüququnun müəyyən edilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir.
29. Belə ki, məhkəmə həmin tələblə bağlı müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi tərəflərin birgə nikah dövründə olduqları zaman əldə edilmiş və ilkin iddia üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir.
30. Bininci instansiya məhkəməsi hesab etmişdir ki, göstərilən daşınmaz əmlaklar tərəflərin birgə nikahı dövründə əldə edildiyindən, həmin əmlaklar bərabər paylarla iddiaçı və cavabdeh arasında bölünməldir.
31. Məhkəmə ilkin iddi a tələbinin qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
32. İlkin iddia tələbi üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh adına olmuş Bakı şəhəri, Mirbəşir Qasımov küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzili 2008-ci ildə əsaslı təmir edilərək qeyri-yaşayış sahəsinə çevrilmiş və mağaza kimi fəaliyyət göstərmişdir. Həmin mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün təmirinə 150.000 manat vəsait xərclənmişdir. İlkin iddia üzrə Cavabdeh həmin qeyriyaşayış sahəsini 500.000 manat məbləğinə satmışdır. Beləliklə satılan qeyri-yaşayış sahəsinin dəyərinə həmçinin tərəflərin birgə nikah dövründə qazandıqları vəsait hesabına icra olunan təmirin dəyəri də daxildi r. Lakin Cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsini satdıqda iddiaçıya onun payına düşən 75.000 manatı verməmişdir. Bu səbəbdən ilkin iddia üzrə iddiaçı ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manatın cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.
33. Bininci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən Bakı şəhəri, Mirbəşir Qasımov küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilinin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün təmirinə 150.000 manat vəsaitin xərclənməsini göstərsə də, bu halları təsdiq edən mötəbər olan hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
34. Bininci instansiya məhkəməsi həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətə münasibətd ə qeyd etmişdir ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, sözügedən sahə ilkin iddia üzrə iddiaçının iddia ərizəsində də qeyd edildiyi kimi 06 fevral 2020-ci il tarixdə özgəninkiləşdirilmiş, həmçinin mübahisəli sahəyə aid heç bir əsaslı sübutu təqdim etməmişdir. (şahid ifadələri, təmir ilə bağlı video görüntü, fotoşəkil, ödəniş qəbzləri və s.).
35. Bininci instansiya məhkəməsi ilkin iddia tələbinin avtomobilin satışından cavabdehin əldə etdiyi pulun 1/2 hissəsinin iddiaçının xeyrinə tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. İlkin iddia üzrə iddiaçı birgə nikah dövründə əldə olunmuş və Cavabdeh adına qeydiyyata alınmış “X75” markalı, **OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun razılığı olmadan xx.xx.2021-ci il tarix də satılmasını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş məlumatdan görünür ki, mübahisəli “X75” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2013-cü il tarixdən Cavabdeh adına qeydiyyata alınmış, qeydiyyat şəhadətnamənin dəyişməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxmış, həmin tarixdə yenidən Cavabdeh adına qeydiyyata alınmış və hal-hazırda cavabdehin mülkiyyətindədir. Bininci instansiya məhkəməsi hesab etmişdir ki, “X75” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh mülkiyyətində olması müəyyən edildiyindən, iddia tələbi avtomobilin satışından əldə etdiyi pulun 1/2 hissəsinin tutulması hissəsində əsassız he sab edilməli və təmin edilməməlidir.
36. Bininci instansiya məhkəməsi İddiaçı adına olan 9 adda daşınmaz əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin əmlakların 1/2 hissəsinə payının müəyyən edilməsi ilə bağlı Cavabdeh qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 3 saylı mənzili İddiaçı anası xx.xx.2004-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamış və həmin mənzil xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X20; Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 32 saylı mənzili xx.xx.2003-cü il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmiş, həmin mənzil xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X13; Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 18 saylı mənzilin 1/2 hissəsi İddiaçı anası xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamış, həmin mənzil xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X19; Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 33 saylı mənzili xx.xx.2006-cı il tarixli mənzil dəyişmə müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmiş, həmin mənzil xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1; Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 20 saylı mənzili xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmiş, həmin mənzil xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10.
37. Bininci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlaklar kimi payların müəyyən edilməsi xahiş olunan yuxarıda sadalanan daşınmaz əmlaklar tərəflərin birgə nikah dövründə əldə olunmadığından, həmin əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsində qarşılıqlı iddia tələbi əsassız hesab edilməlidir.
38. Bininci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, C bloku, 3-cü giriş, ev 28 ünvanında yerləşən 24 saylı mənzili xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X11. İddiaçı notarial qaydada ərizə yazaraq sözügedən mənzili əldə etdiyi vaxta subay olması və həmin əmlakı satanda da su bay olması göstərmişdir.
39. Bininci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, X60 küçəsi, C bloku, 3-cü giriş, ev 28 ünvanında yerləşən 24 saylı mənzili xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 sonra satış nəticəsində əldə olunmuş vəsait birgə nikah dövrü aralığına düşmüş, həmin vəsaitin Səkinə İsmayılova tərəfindən ailə ehtiyaclarından kənar sahəyə xərclənməsi barədə sübutları qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə təqdim etməmişdir.
40. Bininci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 28 ünvanında yerləşən 24 saylı mənzil ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməlidir.
41. Bininci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 16 saylı mənzilini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X33 bağışlamış və Cavabdeh notariat qaydada ərizə yazaraq həmin mənzilin özgəninkiləşdirilməsinə etiraz etməmişdir.
42. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi həmin hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir.
43. Bininci instansiya məhkəməsinin iclasında bundan başqa müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsini, Cavabdeh razılığını almadan, xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X18.
44. Məhkəmə mübahisəli bağ sahəsinin nikah dövründə satılması ilə bağlı qeyd etmişdir ki, Cavabd eh razılığı alınmasa da belə, satış birgə nikah dövründə həyata keçirilmişdir və satışdan əldə edilmiş vəsaiti də nikah dövründən kənar başqa bir yerə xərclənməsi də sübuta yetirilmədiyindən, ehtimal olunur ki, həmin vəsaitlər birgə nikah dövründə xərclənmişdir.
45. Bininci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbi bağ sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsində təmin edilməməlidir.
46. Bininci instansiya məhkəməsi iddia tələbinin ünvan 34 ünvanında yerləşən 35 saylı mənzillə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
47. Belə ki, məhkəmə iclasında müəyy ən edilmişdir ki, İddiaçı mübahisəli mənzili xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 99.000.000 manata almışdır.
48. Bininci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzili tərəflərin birgə nikah dövründə İddiaçı adına qeydiyyata alınsa da, həmin mənzil Cavabdeh ilə nikaha daxıl olduqdan 5 aydan sonra tərəflərin birgə vəsaiti hesabına deyil, İddiaçı şəxsi vəsaiti hesabına alınmışdır və həmin hal məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə təsdiq edilmişdir.
49. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzil ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pa yların müəyyən edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.
50. Bininci instansiya məhkəməsi ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizələri ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə verilən iddia ilkin iddia verildikdən sonra təqdim edilmiş, bu hal isə qarşılıqlı iddia üzrə iddiaçıya bu an, yəni ilkin iddia verildikdən sonra məlum olmuşdur.
51. Bininci instansiya məhkəməsi həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddəti tətbiq edilərkən əgər verilən iddia tələbi əsassızdırsa onunla bağlı verilən iddia müddətinin tətbiqi barədə ərizədən də söhbət gedə bilməz, bu hal yalnız verilmiş iddia əsaslıdırsa və müddət keçmişdirsə ərizə təmin oluna bilərdi. Odur ki, qarşılıqlı iddia üzrə ve rilən iddia müddətinin tətbiq edilməsi barədə vəsatət əsassız olduğundan təmin oluna bilməz.
52. Bininci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasları zamanı verilmiş izahatlardan görünür ki, İddiaçı ev 36, 100 saylı mənzildə əvvəl yaşamış, daha sonra barışması üçün vaxt gözləmiş, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular vermiş, sorğu nəticəsində mənzilin bağışlandığını bilmiş və dərhal sonra məhkəməyə müraciət etmişdir. Bu halda məhkəmə verilmiş ərizəni müddət ötürülmədiyindən əsassız hesab etmişdir.
53. Bininci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 225.1, 324.1 337.1, 339.2, 339.3-cu, Azərbaycan Respublikası Ai lə Məcəlləsinin 32.1, 34.1, 36.3, 36.9, 37.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
54. Qətnamədən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1, həmçinin iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətləri vermişlər.
55. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətində qətnamənin ilkin iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
56. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayə ti qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırmışdır.
57. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
58. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti ilkin iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.
59. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-661/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Günay Axundova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 6
0. Apellyasiya instansiyası məhkəməsi, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsində yerləşən 36 saylı evin 100 nömrəli mənzilinin ünvan 4q edilmiş xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh anası X26 bağışlaması və sonradan xx.xx.2018-ci il tarixdə isə mübahisəli mənzil bağışlama müqaviləsinə əsasən yenidən Cavabdeh adına qeydiyyatdan keçməsi ilə bağlı qeyd etmişdir ki, həmin müqavilələr uydurma əqd olduğundan əhəmiyyətsizdirlər. Belə ki, Cavabdeh anasına və sonuncunun mənzili yenidən ona (oğluna) bağışlaması müqavilənin həqiqi niyyətinə xidmət etməmişdir.
61. Məhkəmə kollegiyası Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin tərəflər arasında bərabər paylara bölünməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi nin düzgün olduğunu hesab edərək qeyd etmişdir ki, iş materialları ilə qeyd edilən əmlakın tərəflərin birgə nikah dövründə olduqları zaman əldə etdikləri təsdiq olunur. Ona görə də göstərilən daşınmaz əmlaklar tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin əmlaklar bərabər paylarla iddiaçı və cavabdeh arasında bölünməldir.
62. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddianın Cavabdeh adına qeydiyyata alınmış “X75” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pulun 1/2 hissəsinin tutulması hissəsi ilə bağlı apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı məhkəmənin sorğusuna X72 Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, mübahisəli “X75” markalı, **-OV-*** d övlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2013-cü il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə mülkiyyətçi dəyişmədən yenidən Cavabdeh adına qeydiyyata alınmış və hal-hazırda cavabdehin mülkiyyətindədir. Göründüyü kimi mübahisəli avtomobil başqa şəxsə satılmamış və hazırda da cavabdehin mülkiyyətindədir.
63. Apellyasiya instansiya məhkəməsi ilkin iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat pulun tutulması hissəsi üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, keçən 12 ildən sonra belə tələb irəli sürülməsi sağlam məntiqə və ağlabatan mühakiməyə uyğun gəlmir.
64. Apellyasiya instansiya məhkəməsi İddiaçı adına olan 9 adda daşınmaz əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin əmlakların 1/2 hissəsinə payının müəyyən edilməsi ilə bağlı Cavabdeh qarşılıqlı iddia tələbinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iş materiallarından görünür ki, qeyd edilən daşınmaz əmlaklar tərəflərin birgə nikah dövründə, həmçinin birgə vəsait hesabına əldə olunmamışdır. Ona görə də, həmin əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi barədə qarşılqılı iddianı təmin etməməkdə birinci instansiya düzgün nəticəyə gəlmişdir.
65. Apellyasiya instansiya məhkəməsi həmçinin, qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, e v 28 ünvanında yerləşən 24 saylı mənzillə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi hissəsində, Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində yerləşən 3 saylı evin 16 saylı mənzillə bağlı xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi hissəsində, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 0,12 ha bağ sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi hissəsində, ünvan 34 ünvanında yerləşən 35 saylı mənzillə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi hissəsində, əsassız olduğu üçün təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsini qeyd etmişdir.
66. Apellyasiy a instansiya məhkəməsi ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizələri ilə bağlı qeyd etmişdir ki, qarşılıqdı iddia üzrə verilən iddia ilkin iddia verildikdən sonra təqdim edilmiş, bu hal isə qarşılıqlı iddia üzrə iddiaçıya bu an, yəni ilkin iddia verildikdən sonra məlum olmuşdur. İddia müddəti tətbiq edilərkən əgər verilən iddia tələbi əsassızdırsa onunla bağlı verilən iddia müddətinin tətbiqi barədə ərizədəndə söhbət gedə bilməz, bu hal yalnız verilmiş iddia əsaslıdırsa və müddət keçmişdirsə ərizə təmin oluna bilərdi. Odur ki, qarşılıqdlı iddia üzrə verilən iddia müddətinin tətbiq edilməsi barədə vəsatətin təmin olunmaması barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir.
67. Apellyasiya instansiya məhkəmə si ilkin iddia tələbi ilə bağlı verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasları zamanı verilmiş izahatlardan görünür ki, İddiaçı ev 36, 100 saylı mənzildə əvvəl yaşamış, daha sonra barışması üçün vaxt gözləmiş, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular vermiş, sorğu nəticəsində mənzilin bağışlandığını bilmiş və dərhal sonra məhkəməyə müraciət etmişdir. Bu halda verilmiş ərizəni müddət ötürülmədiyindən əsassız hesab edilməsi barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir.
68. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.1, 225.1, 324.1 337.1, 339.2, 339.3-cu, Ailə Məcəlləsinin 32.1, 34.1, 36.3, 36.9, 37.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
69. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkili Nümayəndə1) və iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (Vəkili Nümayəndə2) kassasiya şikayətləri vermişlər.
70. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
71. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bakı şəhəri, Nəsimi rayonu, X68 küçəsi, ev 36, 100 saylı mənzil Cavabdeh adına rəsmiləşdirilsə də, həmin mənzilin pulu X38 tərəfindən "xxxx" MTK-ya ödənilmişdir. Qeyd edilən fakı təsdiq edən ödəniş qəbzləri və "xxxx" MTK-dan v erilən arayışlar birinci instansiya məhkəməsində qarşı tərəfin iştirakı ilə tədqiq edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin məzmunundan da aydın olur ki, nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməyən, hədiyyə şəklində, vərəsəlik qaydasında əldə edilmiş əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab edilir. Çox təssüf ki, həm birinci insytansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi ödəniş qəbzlərini və "xxxx" MTK-dan verilən arayışları görməzdən gələrək, maddi hüquq normasının tələbini pozmuşlar. Bundan başqa İddiaçı ilə Cavabdeh arasında münasibətlər 2014-cü ildən faktiki olaraq kəsilmişdir. 2015- ci ildə isə tərəflər rəsmi qaydada boşanmışlar. Qarşı tərəf qanunvericilikdə müəyyənləşdirilən iddia verilməsi üçün m üddəti ötürmüşdür. İddiaçı bu müddəti cavabdeh tərəfindən gözləntisi olduğu üçün ötürdüyünü desə də qeyd olunmalıdır ki, xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə “dələduzluq” faktı ilə bağlı müraciət edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3804/2014 nömrəli, 14 oktyabr 2014-cü il tarixli qərarından da görünür ki, İddiaçı Cavabdeh icazəsiz ona məxsus mənzili Milli Təhlükəsizlik Nazirliyinə “dələduzluq” faktı ilə bağlı etdiyi müraciətdə qeyd edilən şəxslərin (Reyhan Hüseynova və sair) istifadəsinə vermiş, bu fakt Cavabdeh məlum oldudan sonra və İddiaçı ilə artıq münasibətləri bərpa olunmaz dərəcədə pozulduğu üçün İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X68 küçəsi, ev 36, 100 saylı mənzilə yerləşdirdiyi şəxslərin həmin mənzildən çıxarılmaları barədə məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, İddiaçı Cavabdeh öz xətti ilə yazdığı üzrxaqlıq məktubu da birinci instansiya məhkəməsində qarşı tərəfin iştirakı ilə tədqiq edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, qarşı tərəf hüquqlarının pozulduğunu 2014-cü ildən bilirdi. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbini görməzdən gəlmiş, yalnız İddiaçı mövqeyini üstün tutmaqla kifayətlənərək, qətnamədə qeyd etmişlər ki, “Məhkəmə ilkin iddia tələbi ilə bağlı verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, məhkəmə iclasları zamanı verilmiş izahatlardan görünür ki, İddiaçı ev 36, 100 saylı mənzildə əvvəl yaşamış, daha sonra barışması üçün vaxt gözl əmiş, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular vermiş, sorğu nəticəsində mənzilin bağışlandığını bilmiş və dərhal sonra məhkəməyə müraciət etmişdir. Bu halda məhkəmə verilmiş ərizəni müddət ötürülmədiyindən əsassız hesab edir.” Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Həmçinin, iş materiallarında İddiaçı Cavabdehla münasibətləri tamamilə pozulduqdan sonra, yəni 2014-cü ildən 2020-ci ilədək keçən 6 il müddətində barışmalarına cüzi də olsa ehtimalın olmasını təsdiq edən heç bir sübut olmadığı halda, İddiaçı hüquqlarının pozulduğunu bildiyi 6 il müddətin barışıq üçün ağlabatan hesab etməsi yolverilməzdir. Aşağı instansiya məhkəmələri yalnız İddiaçı izahatında Cavabdehla barışması ilə bağlı gözləntis inin olmasını qeyd etməsini və öz fərziyələrini əsas hesab edərək, yuxarıda qeyd edilən maddi hüquq normasının dispozisiyası baxımından düzgün araşdırma aparmadan, ilkin iddianın qismən təmin olunması haqqında qətnamə qəbul etmişdir. İş üzrə tərəflərin təqdim etdiyi sübutlar ümumiyyətlə qanunvericiliyin tələb etdiyi formada araşdırılmamış və düzgün hüquqi qiymət verilməmiş, apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.
72. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
73. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X73 xx.xx.2021-ci il tarixdə ilkin iddia üzrə iddiaçının vəkilinə verdiyi arayışla Bakı Apellyasiya Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli arayış biri digərini inkar edir. Bakı Apellyasiya Məhkəməsi bu ziddiyyətə heç bir hüquqi qiymət verməmişdir, həmin zidiyyəti ümumiyyətlə araşdırmamışdır. Halbuki, bu vəziyyətdə Dövlət YolPolisinin xx.xx.2021-ci il tarixdə ilkin iddia üzrə iddiaçının vəkilinə verdiyi arayışında istinad etdiyi 500751 nömrəli BRA seriyalı hesab arayış, texniki müayinə aktı, xx.xx.2023-cü il tarixdə qeyd edilən nəqliyyat vasitəsinə verilmiş yeni şəhadətnamə götürülməli idi. Bu tədbirlər həyata keçirilməmişdir və əsassı z hüquqi qiymətləndirmə aparılmışdır. Bundan başqa, iş materiallarından görünür ki, cavabdeh xx.xx.1991-ci il tarixli 05/1931 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Mirbəşir Qasımov küçəsi, ev 4, mənzil 8.340.000 manata almışdır. xx.xx.1992ci il tarixdə həmin mənzil cavabdehin adına qeydiyyata alınmışdır. Bundan sonra 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-1378/2014 nömrəli, 28 mart 2014-cü il tarixli qərarına əsasən həmin mənzilin təyinatı dəyişdirilmişdir və qeyri-yaşayış sahəsinə keçmişdir. Sözü gedən qeyri-yaşayış sahəsi Bakı şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-25 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 500.000 manata satılmışdır. Həmin əmlakın təyinatı nikah dövründə dəyişdirilmişdir. Mənzilin tə yinatını qeyri-yaşayış sahəsinə dəyişməkdən ötrü təbiiki orada əsaslı təmir işləri aparılmışdır. Əsaslı təmir işləri nikah dövründə aparılıb və həmin təmirin nəticəsində əmlakın dəyəri dəfələrlə artmışdır. Bu səbəbdən məhkəmə həmin əmlakın təmirinə xərclənən vəsaitin 1/2 hissəsinin, 75.000 manatı cavabdehdən iddiaçının xeyrinə tutmalı idi. Qətnamənin 80-ci bəndində qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən Bakı şəhəri, Mirbəşir Qasımov küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi üçün təmirinə 150.000 manat vəsaitin xərclənməsini göstərsə də, bu halları təsdiq edən mötəbər olan hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.” Bu dəyərləndirmə işin faktiki hallarına u yğun deyil. Çünki iddiaçı onun imkanı çatan bütün sübutları məhkəməyə təqdim etmişdir. Təmir işlərinə xərclənən vəsaitin qiymətləndirilməsi üçün ilkin iddia üzrə iddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsidə məhkəmə inşaat və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətlər vermişdir. Lakin, məhkəmə həmin vəsatətləri təmin etməmişdir. Qeyd edilən vəsatətlərin təmin edilməməsinin əsaslandırılması qətnamədə əks olunmamışdır. Hesab edir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin satışından əldə edilən gəlirin 1/2 hissəsinin müəyyən edilməsi üçün ilk növbədə avtomobilin satıldığını təsdiq edən alqı-satqı müqaviləsinin surəti əldə edilməli idi. Bundan sonra məhkəmə tərəfindən həmin avtomobilin satışından əldə edilmiş gəlirin 1/ 2 hissəsi müəyyən edilməli idi. Məhkəmə əsassız olaraq iddiaçının vəsatətinin təmin edilməsindən imtina etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı Bakı şəhəri, Mirbəşir Qasımov keçəsi, ev 4, mənzil 83-də həmin sahənin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı aparılan təmir işlərinin dəyərinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini vəsatətlə xahiş etmişdir. Məhkəmə əsassız olaraq həmin vəsatəti təmin etməmiş və qətnamənin 68-ci bəndində yazmışdır ki, guya həmin vəsatət əsassız olmuşdur. Bununla yanaşı məhkəmə iddiaçını 150.000 manat məbləğində vəsaitin təmirə xərclənməsi barədə sübutları təqdim etməməkdə təqsirləndirmişdir. Halbuki həmin sübutun təmin olunmasına məhkəmə özü əsassız maneə yaratmışdır. Əmtəəşünaslıq ekspertizası asanlıqla həmin məbləği müəyyən edə bilərdi. Normal mühakiməyə görə hamıya aydındır ki, mənzilin təyinatını qeyri-yaşayış sahəsinə dəyişdirmək üçün həmin əmlaka sərmayə qoymaq lazımdır. Mənzilin təyinatının məhz nikah dövründə dəyişdirilməsi işin mübahisəsiz halıdır. Hazırkı qətnamədə sübutlar təhrif olunmuşdur. Qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
74. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
75. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır
76. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
77. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
78. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi dir.
79. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
80. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
81. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
82. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində su sulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
83. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
84. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
85. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
86. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
87. Maddə
375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çı xarması üçün əsasdır.
88. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
89. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
90. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
91. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər- arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir
92. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
93. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunma sından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
94. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
95. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ü mumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
96. Maddə 36.3. Mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir.
97. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
98. Maddə 37.1. Ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
99. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
100. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
101. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əs aslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
102. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
103. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
104. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasl andırır.
105. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
106. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
107. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıd ır.
108. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
109. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
110. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
111. Kassasiya şikayətinin nəticə hissəsində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd qarşılıqlı iddianın təmin edilməsini xahiş etsə də, şikayətin məzmununda qətnaməni yalnız ilk iddianın təmin olunması hissəsində mübahisələndirmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) isə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilk iddianın təmin olunmaması hissəsində mübahisələndirmişdir. Odur ki, məhkə mə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya şikayətlərində mübahisələndirilən hissədə yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
112. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddianın qismən və qarşılıqlı iddianın tam rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilsə də, ilk iddianın qismən təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan zamanı maddi hüquq normaları düzgün tətbiq olunmamış, həmin hissədə düzgün qətnamə qəbul edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilməsi hiss əsində ləğv olunmalı və həmin hissədə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
113. Belə ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) iddia ərizəsində və iddia həcminin artırılması barədə ərizələrində, Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X26 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə, 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində onun mülkiyyət hüququnun müəyyən edilməsi, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manat və **-OV-*** nömrə nişanlı, “X75” minik avtomobilinin 5007 51 BRA hesab arayışa əsasən xx.xx.2021-ci il tarixdə satılmasından əldə edilən pulun 1/2 hissəsinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
114. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) isə qarşılıqlı iddia ərizəsində İddiaçı adına olan 9 adda daşınmaz əmlaklarla bağlı alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsini, həmin əmlakların 1/2 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
115. Apellyasiya instansiya məhkəməsi, ilk iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manatın və “X75” markalı avtomaşının satışından əldə edilən pulun 1/2 hissəsinin iddiaçının (qarşılı iddia üzrə cavabdeh) xeyrinə tutulması hissəsində rədd edilməsi haqqı nda birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaması barədə mövqeyini hazırki qərarın 62-63-cü paraqraflarında, eyni zamanda qarşılıqlı iddia tələbinin İddiaçı adına olan 9 adda daşınmaz əmlaklarla bağlı alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin əmlakların 1/2 hissəsinə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) payının müəyyən edilməsi hissəsində rədd edilməsi haqqında birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaması barədə mövqeyini hazırki qərarın 64-65-ci paraqraflarında əsaslandırmışdır.
116. Məhkəmə kollegiyası iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə hesab edir ki, həmin kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instans iyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin əsaslandırması, o cümlədən qeyd olunan tələblərlə bağlı birinci instansiya məhkəməsinin hazırki qərarın 31-35-ci paraqraflarında əksini tapmış əsaslandırması ilə razılaşır. Bundan başqa məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə apellyasiya instansiya məhkəməsinin əsaslandırması, o cümlədən qeyd olunan qarşılıqlı tələblərlilə bağlı birinci instansiya məhkəməsinin hazırki qərarın 36-49-cu paraqraflarında əksini tapmış əsaslandırmaları ilə razılaşır.
117. Məhkəmə kollegiyası iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiy yətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manatın və “X75” markalı avtomaşının satışından əldə edilən pulun 1/2 hissəsinin iddiaçının (qarşılı iddia üzrə cavabdeh) xeyrinə tutulması hissəsində tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
118. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmi ş kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 75.000 manatın və “X75” markalı avtomaşının satışından əldə edilən pulun 1/2 hissəsinin iddiaçının (qarşılı iddia üzrə cavabdeh) xeyrinə tutulması hissəsində ləğv edilməsi və ilk iddianın həmin hissədə tam təmin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır.
119. Məhkəmə kollegiyası həmçinin ilk iddianın təmin edilməsi hissəsində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da a pellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
120. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianı Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzilin Cavabdeh tərəfindən X26 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014cü il tarixdə, 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsi, habelə həmin mənzilin və Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 payları üzərində iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) mülkiyyət hüququnun müəyyən edilməsi hissəsində təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən Azərbaycan Respublikası MPMnin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
121. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, “Azərbayca n Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilik tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur.
122. Hazırki iş üzrə iddiaçını n (qarşılıqlı iddia üzrə cavabdeh) Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzilə münasibətdə mübahisələndirdiyi əqdin bağlanması üçün onun razılığı tələb olunduğuna və bağışlanma müqaviləsinin razılığı olmadan bağlandığına istinad edərək, həmin müqavilənin etibarsızlığını tələb etmişdir. Göründüyü kimi hazırkı mübahisə əqdin əhəmiyyətsizliyi ilə deyil, mütləq şəkildə tələb olunan razılığın olmaması səbəbilə etibarsızlıq halı ilə bağlıdır.
123. Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Bu halda birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.
124. Bununla belə nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
125. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlamasından bəhs edən 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələ r yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən isə, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. 126. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd ba ğlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin y aranmasına səbəb olar.
127. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
128. Baxılan hazırki iş üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) əqdin bağlanmasına razılığının olması işin halları ilə təsdiqini tapmasa da, onun əqdin tərəfi olmuş keçmiş ərindən 14 yanvar 2015-ci il tarixdə bo şanmasına baxmayaraq, birgə nikahda olduqları vaxt 20 oktyabr 2014-cü il tarixdə bağlanmış bağışlama müqaviləsi barədə 6 il müddətində məlumatlı olmaması, həmçinin birgə nikah müddətində əldə etdikləri mənzillə maraqlanmaması inandırıcı deyildir. Bu baxımdan hazırkı iş üzrə məcburi forma şərtinə tabe tutulan mübahisələndirilən əqdə dair iddiaçının konkludent hərəkətləri və rəftarı onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
129. Həmçinin məhkəmələr tərəfindən Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinad edilməklə, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) əqdin bağlanmasına razılığının olmamasının, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən əqdin onun aldadılması yolu ilə bağlanması şəkilində qiymətləndirilməsi də, işin faktiki hallarına uyğun olmamaqla, hər hans ı sübutla təsdiqini tapmır. Belə ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vicdanlılıq nümayiş etdirərək bağışlama əqdinin rəsmiləşdirilməsi məqsədi ilə müraciət etdiyi notariusa İddiaçı ilə nikahda olmasını təsdiq edən nikah haqqında şəhadətnamənin surətini təqdim etməklə sonuncunu aldatmaq niyyətində olmadığını təsdiq etmişdir. Bu hal həmçinin nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətinin notariat işinə əlavə edilməsi ilə də sübut olunur. Lakin əqdi rəsmləşdirməsini həyata heçirən notariusun əqdin bağlanmasına razılığını almaq üçün Cavabdeh həmin vaxt arvadı olmuş İddiaçı dəvət etməməsi, hazırki halda cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) ziyanına şərh edilməməlidir.
130. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında münasibətlərin han sı tarixdən faktiki olaraq kəsilməsi, İddiaçı mübahisəli mənzildə hansı tarixə kimi yaşaması, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən iddia olunduğu kimi müddətin ailənin bərpasına ümid bəsləməsi ilə əlaqədar ötürülməsinin həqiqətə uyğun olub-olmaması, bu müddət ərzində barışıq üçün nə kimi cəhdlərin edilməsi hazırki iş üzrə əhəmiyyət kəsb etsə də, həmin hallar məhkəmələr tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir.
131. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasındaki nikah 14 yanvar 2015-ci il tarixdə pozulsa da, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və başqalarına qarşı hazırki ilkin iddia tələbi ilə bağlı məhkəməyə, hüququnun pozulduğunu bilməli olduğu gündən 6 il müddət keçdikdən sonra, 18 noyabr 2020-ci il tarixdə müraciət etmişdir.
132. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə isə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
133. Apellyasiya instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclasları zamanı verilmiş izahatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzildə əvvəl yaşamış, daha sonra barışması üçün vaxt gözləmiş, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular vermiş, sorğu nəticəsində mənzilin bağışlandığını bilmiş və dərhal sonra məhkəməyə müraciət etmişdir. Bu halda verilmiş ərizəni müddət ötürülmədiyindən əsassız hesab edilməsi barədə birinci instansiya düzgün nəticəyə gəlmişdir.
134. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqindən imtina etməsi barədə apellyasiya instansiya məhkəməsinin həmin mövqeyi və əsaslandırması ilə razılaşmır.
135. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqindən imtina etməsi barədə nəticəyə gələrkən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) hüququnun pozulması anı ilə əlaqədar işin hallarını araşdırmamış, mövqeyini yalnız iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) formal mülahizələri ilə (barışması üçün vaxt gözləməsi, dövlət qurumlarına sorğular verməsi, sorğu nəticəsində mənzilin bağışlandığını bilməsi və dərhal məhkəməyə müraciət etməsi) əsaslandırmış və həmin məsələyə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Res publikası Mülki Məcəllənin 477.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi baxımından qiymət verməmişdir.
136. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Konstitusiya Məhkəməsi həmin qərarında göstərmişdir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn p ozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.
137. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qərarda qeyd etmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidirlər.
138. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qərarda göstərmişdir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin.
139. Apellyasiya instansiyası məhkəməsi isə ilkin iddia tələbi ilə bağlı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsi haqqında nəticəyə gələrkən, tərəflər arasında mövcud olmuş nikahın 14 yanvar 2015-ci il tarixdə pozulmasına, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) isə hazırki ilkin iddia tələbi ilə bağlı məhkəməyə 6 il müddət keçdikdən sonra, 18 noyabr 2020-ci il tarixdə müraciət etməsinə baxmayaraq, onun hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü dəqiq müəyyənləşdirməmiş, işin qeyd olunan hallarını araşdıraraq hüquqi qiymət verməmişdir.
140. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mül ki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərarı).
141. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanma anını iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) Bakı şəhəri, Nəsimi rayonu, X60 küçəsi, ev 36, 100 saylı mənzildə əvvəl yaşaması, daha sonra barışması üçün vaxt gözləməsi, lakin barışıq əldə edilmədiyindən müvafiq dövlət qurumlarına sorğular verməsi, sorğu nəticəsində mənzilin bağışlandığını bilməsi və dərhal sonra məhkəməyə müraciət etməsi tarixindən hesablamaqla iddia müddətinin ötürülmə məsi barədə nəticəyə gəlmişdir.
142. Apellyasiya instansiyası məhkəməsinin nəticəsi yalnız iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) formal mülahizələrinə əsaslandığından və Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmadığından məhkəmə kollegiya həmin nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gün, işin konkret halları nəzərə alınmadan və onlara müvafiq hüquqi qiymət verilmədən müəyyən olunmuşdur.
143. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilk iddia ərizəsində xx.xx.2014-cü il tarixdə 7E-8160 reyestrlə təsdiq edilmiş ərizəsi ilə Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayo nu, Salyan Şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə və ipotekaya qoyulmasına razılıq verməsini qeyd edərək, bununla da məhz xx.xx.2014-cü il tarixdə Cavabdeh mülkiyyətində həmin torpaq sahəsinin olmasını bildiyini etiraf etdiyi halda, həmin iddia ərizəsində dövlət orqanına verilmiş sorğuya 02 oktyabr 2012-ci il tarixdə cavabdan Cavabdeh adına Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin olmasından məlumatlı olduğunu bildirmişdir. Məhkəmələr tərəfindən isə həmin ziddiyyət araşdırılmamış, həmin tələb üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) hüququnun pozulduğunu bildiyi gündən 6 il müddət keçdikdən sonra məhkəməyə iddia verilməsi aşkar görünsə də, əsassız olaraq iddia müddəti tətbiq edilməmişdir.
144. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiyası məhkəməsinin ilk iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaması barədə gəldiyi nəticə tam və əsaslı deyildir.
145. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
146. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
147. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
148. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015c i il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
149. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında ” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
150. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
151. Məhkəmə kollegiyası göstərilənlə ri nəzərə alaraq hesab edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayəti təmin edilməməli, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayəti qismən təmin olunaraq, apelyasiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunması hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə kassasiya şikayətlərində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
152. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
153. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-661/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilk iddianın qismən təmin olunması hi ssəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-661/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətlərində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.