Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2422/2020 26.02.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Akif İsgəndərov İddiaçı cavabdehlər X1, X2, X3 və X4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı cavabdehlər X1, X2, X3 və X4 qarşı kredut müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi üzrə iddiası qismən təmin olunaraq cav abdeh X4 xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22.175,32 (iyirmi iki min yüz yetmiş beş ABŞ dolları, otuz iki sent) ABŞ dolları məbləğində əsas, 1.443,94 (bit min dörd yüz qırx üç ABŞ dolları, doxsan dörd sent) ABŞ dolları məbləğində faiz, 5.000 (beş min) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 28.619,26 (iyirmi səkkiz min altı yüz on doqquz ABŞ dolları, iyirmi altı sent) ABŞ dolları məbləğində borcun məzənnə üzrə manatla tutulması, tutmanın X4 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nırimanov rayonu, Təbriz küçəsi, ev 55A ünvanında yerləşən 56 saylı mənzlə (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 95, M6, m1) yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borcun ödənilməsi, ödəni şlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan X4 qaytarılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 88.000 (səksən səkkiz min) manat məbləğində müəyyən edilməsi, mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər X1, X2, X3 və X4 qarşı mənzildən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh X4 və digər cavabdehlərin etibarnamə üzrə nümayəndəsi Əliyeva Könül Nəriman qızı həmin qətnamədən apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli, 2(103)xxx/17 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılmışdır. İş üzrə cavabdeh olan X4 apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən narazı qalaraq kassasiya şikayəti vermiş və şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli, 2(102)-xxx/18 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmayaraq apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə kassasiya qaydasında baxılarkən iddiaçının vəkili Alıyev Cavid Barat oğlu və cavabdeh X4 iştirak etmişlər. İşə kassasiya qaydasında baxıldıqdan 2 il və apelyasiya qaydasında baxıldıqdan 3 il sonra xx xxx 2020-cu il tarixdə cavabdeh X4 apelyasiya instansiyası məhkəməsinin xx xxx 2017-ci il tari xli qətnaməsindən kassasiya şikayəti vermişdir. Aşağıdakılara görə hesab edirəm ki, cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməməlidir. Yuxarıda qeyd olunanlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2017cu il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasında həmin şikayətə baxılmış və xx xxx 2018-ci il tarixli qərarla şikayət təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən kassasiya qaydasında işə baxılarkən barəsində kassasiya şikayəti verilən Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxx 2017-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı bütünlüklə yoxlanılmış, apelyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi yoxlanılmış və xx xxx 2018-cu il tarixli yekun qərarla buna hüquqi qiymət verilmişdir. Kassasiya instansiyası məhkəməsində işə baxılması apelyasiya instansiyası məhkəməsində işə baxılmasından fərqlənir. Əsas fərq ondan ibarətdir ki, apelyasiya qaydasında qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına mahiyyəti üzrə baxılır, yəni iş üzrə olan və yeni təqdim edilən sübutlar araşdırılır və müvafiq qərar qəbul edilir. Kassasiya instansiyasında isə işə mahiyyəti üzrə baxılmır. Bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar qəbul edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında yalnız həmin aktların hüquqi baxımdan qanuniliyi, başqa sözlə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə müvafiq olaraq maddi və prosessual normalara riayət edilib-edilməməsi yoxlanılır. Yuxarıda qeyd olunduğu kimi, kassasiya instansiyası məhkəməsi hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini kassasiya qaydasında işə baxarkən işdə iştirak edən şəxslərin, o cümlədən iddiaçının vəkili Alıyev Cavid Barat oğlu və cavabdeh X1 oğlunun iştirakları ilə artıq tam həcmdə yoxlamış və xx xxx 2018-cu il tarixdə yekun qərar qəbul etmişdir. Yalnız həmin qərar qəbul edildikdən 2 il sonra sonra cavabdeh X3 apellyasiya instansiyası məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. A1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2016-cı il tar ixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki,...məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçir ilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Azərbaycan Respublikası MPM-nin 408.2-ci maddəsinə əsasən, 408.1.1 və 408.1.3408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsi cavabdeh X1 kassasiya şikayətinin mümkünlüyü məsələsini tam araşdırmadan mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırkı iş üzrə kassasiya şikayəti icraata qəbul edilmədən mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 408.2, 408.3-cü maddələrini rəhbər tutaraq qərara aldım: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-cu il tarixli, 2(103)xxx/17 saylı qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Mülki iş kassasiya şikayətinin qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-2422/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-2422/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver