Məhkəmə qərarları › İş №2(102)-2423/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2423/2024

29.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2423/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fiziki şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı mübahisələr, məlumatın təkzib edilməsi, üzr istənilməsi, mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi, təkzib məktublarının göndərilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1135/2024 nömrəli, 2 2 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMC-də 2500 manat əmək haqqı almaqla baş mühasib vəzifəsində işə götürülmüşdür. 2. 1 iyun 2022-ci il tarixində iddiaçı cavabdehdən AR Əmək Məcəlləsinin 69.6-cı maddəsinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. 3. 10.04.2023-cü il tarixli qəbzə əsasən cavabdeh tərəfindən iddiaçıya 263,84 manat son haqq-hesab ödənilmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)399/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin iddia tələbinin “öhdəliyin q oyulması” tələbindən imtinası qəbul edilərək, mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)399/2023 saylı qətnaməsi ilə İddiaçı toplanmış məlumatların iddiaçıya təqdim etməməsi səbəbindən iddiaçıya dəymiş 24.000 manat məbləğində zərərin cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi tələbinin təmin edilməsi qət edilmişdir.

6. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********9 nömrəli cavab məktubuna əsasən iddiaçının AR Əmək Məcəlləsinin 144.2-ci maddəsinə müvafiq olaraq istifadə etmədiyi bütün iş illərinin əmək məzuniyyətlərinə görə pul əvəzinin və həmin Məcəllənin 83.2-ci maddəsinə görə son haqq-hesabının tam ödənilməməs i aşkar olunmuş, sözügedən hüquq pozuntusuna dair cavabdehin vəzifəli şəxsi barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi aşkar olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: iddiaçının işgüzar nüfuzun zədələnməsi səbəbindən şəxsə vurulan maddi və mənəvi zərərə dair 50000 manat həcmində kompensasiya, ödənilmiş vəkil xidmətlərinə görə 330 manat, mediasiya sessiyasinda iştiraka görə 55 manat, dövlət rüsumuna görə 190 manat, ümumilikdə isə 50575 manat pul vəsaitinin cavabdehdən tutulmasına; iddiaçı barəsində yayılmış böhtan xarakterli uydurma məlumatlara görə birbaşa iddiaçıdan yazılı şəkildə üzr istənilməsi, iddiaçı nın hazırkı iş yeri və böhtan xarakterli uydurma məlumatların göndərildiyi digər yerlərə təkzib məktublarının göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına; iddiaçının əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsinə və möhür vurulmasına; AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* qərarına əsasən İddiaçı hesablanmış son haqq-hesabın qalıq hissəsinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı həmin müəssisə ilə əmək münasibətlərində olduğu dövr ərzində mühasibatlıq xidmətlərini həyata keçirmişdir. Qeyd edilmişdir ki, iddiaçı öz əmək funksiyalarını lazımi qaydada və peşəkar səviyyədə yerinə yetirmiş, rəhbərl ik tərəfindən işində heç bir nöqsan aşkar olunmamışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, işçinin əmək kitabçasına müəssisə tərəfindən möhür vurulmamış, hətta istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr iddiaçıya tam ödənilməmişdir. Bu barədə iddiaçı tərəfindən dəfələrlə müəssisəyə müraciət edilmiş və cavabdeh tərəfindən törədilmiş hüquq pozuntularının aradan qaldırılması tələb edilmişdir. Cavabdeh tərəfindən isə bu məsələyə heç bir münasibət bildirilməmişdir. Baş verənlər səbəbi ilə pozulmuş hüquqlarının bərpası məqsədilə iddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin məsələ Cavabdeh MMC-nin İddiaçı əmək hüquqlarını kobud şəkildə pozması ilə bitməmişdir. Cavabdeh ilk baş da iddiaçıya qarşı əsassız iddialar irəli sürməyə başlamış, daha sonra isə iddiaçının yeni iş yerinə iddiaçı barəsində böhtan xarakterli məlumatların əks olunduğu məktublar göndərmişdir. Belə ki, cavabdehin iddialarına görə iddiaçı sözügedən müəssisənin işçisi olduğu dövrdə mühasibatlıq işlərini apardığı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “X2” MMC-nin vergi hesabatlarının təqdim edilməsi üçün tərtib etdiyi cədvəlləri, mənfəət bəyannamələri üzrə topladığı balans məlumatlarını, gəlir xərclərinin açıqlanmasını, əsas vəsaitlərin amortizasiya cədvəlləri və ümumi hesabatlar üçün topladığı məlumatları onlara təhvil verməmişdir. Eyni zamanda, cavabdeh iddiaçı barəsində Binəqədi Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Məhz buna görə də iddiaçı xidmət haqqı ödəməklə burada da vəkil xidmətindən istifadə etmişdir. Şikayət barədə sözügedən hüquq-mühafizə orqanı tərəfindən araşdırma aparılmış, cinayət tərkibinin olmadığı aşkar edilmiş və “cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərar qəbul edilmişdir. Həmçinin cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, “məlumatların təqdim edilməsinə və dəymiş maddi zərərin ödənilməsinə dair” öhdəliyin iddiaçının üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, cavabdehin qeyd edilən əsaslarla iddiaçını ittiham etməsi çox utancverici bir haldır. Belə ki, iddiaçı sözügedən müəssisədə öz əmək funksiyalarını yerinə yetirdiyi müddət ərzində həyata keçirdiyi bütün əməliyyatları “Asan imza” və s. giriş sistemlər i vasitəsi ilə etmişdir. Hər kəsin də bildiyi kimi şirkətlərlə bağlı bütün məlumatlara məhz elektron sistem üzərindən əlçatımlılıq mövcuddur və bu məlumatlar əsasında bütün əməliyyatlar həyata keçirilir. Nəticə etibarilə sistemə girişi mümkün olan hər bir şəxs şirkətlə bağlı bütün məlumatlarla tanış ola, həyata keçirilmiş əməliyyatları görə bilər. Hazırkı vəziyyətdə də cavabdehin digər mühasibləri və vəzifəli şəxsləri iddiaçının həmin müəssisədə işlədiyi dövrdə olduğu kimi həmin girişə malikdirlər. Bu halda şirkətlərlə bağlı hər hansı bir sənəddən və onun Cavabdeh MMC-yə təqdim edilməməsindən söhbət belə gedə bilməz. Cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunun pozulması məqsədilə iddiaçının hazırkı iş yerinə də böhtan xarakteri məktublar göndərilmişdir. Təbii ki, bu hal iddiaçının iş yerində onun barəsində mənfi fikirlərin formalaşmasına, iş yoldaşları və yuxarı səlahiyyətli şəxslərin ona olan inam və etimadının zədələnməsinə səbəb olmuşdur. İddiaçı barəsində böhtan xarakterli uydurma fikirlərin uzun müddət yaddaşlarda qalacağını, hətta zədələnmiş etibarın çox çətinliklə bərpa ediləcəyini nəzərə alaraq, iddiaçıdan yazılı qaydada üzr istəməsi, iddiaçının hazırkı iş yerinə və eləcə də böhtan xarakterli məlumatlar göndərilmiş digər yerlərə cavabdeh tərəfindən təkzib məktublarının göndərilməsi artıq bir zərurətdir. Əlavə olaraq bildirilmişdir ki, əsassız halda iddiaçı barəsində prokurorluq orqanlarına şikayətlərin edilməsi, böhtan xarakterli məlumatların yayılması, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi iddiaçı və onun yaşlı ailə üzvlərinin davamlı stress və psixolo ji gərginlik yaşamasına, mənəvi iztirablara məruz qalmasına səbəb olmuşdur. Böhtan xarakterli məlumatların əks olunduğu məktublar iddiaçının ailəsi ilə birlikdə yaşadığı ünvana göndərildiyi ilk vaxtlarda iddiaçı bu cür məlumatların gəldiyindən xəbərsiz olduğu və qarşısını alması mümkün olmadığı üçün həmin məktublar yaşlı valideynlərinin əlinə keçmiş və səhhətlərində müəyyən problemlərə səbəb olmuşdur. Sağlamlıq cəhətdən həssas və yaşlı ata və ananın övladları barəsində bu qədər ağır ittihamlar irəli sürülməsi həmin şəxslərin səhhətinin daha da pisləşməsi ilə nəticələnə biləcəyi üçün iddiaçı bu cür məktublar aldıqda onları valideynlərindən gizlətmək məcburiyyətində qalmış və halhazırda da buna davam etməkdədir. Bu müddət ərzində iddiaçı yaşadığı sarsıntılar səbəbilə ödənişli psixoloji və ti bbi yardım almış, cavabdehin bu hərəkətlərinin qarşısını alınması üçün isə haqqı ödənilməklə vəkil xidmətinə müraciət etmişdir. Həmçinin sözügedən mülki mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında uzlaşma əldə edilmədiyi üçün iddiaçıya mediasiya prosesinin davam etdirilməməsi barədə arayış təqdim edilmişdir.

9. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə yazılı etiraz edərək, iddiaçının cavabdehə qarşı işgüzar nüfuzun zədələnməsi, maddi və mənəvi zərərin ödənilməsi, təkzib məktublarının göndərilməsi tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC-də xx.xx.2021-ci il tarixdən “Baş mühasib” vəzifəsində işləməyə başlamış, 26 may 2022-ci il tarixdə məzuniyyətə çıxması və əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət edərək, 1 fevral 2021 - 1 fevral 2022 və 1 fevral 2022 1 fevral 2023-cü illər üçün ona 44 gün müddətinə əmək məzuniyyəti verilməsini və məzuniyyətinin sonunda isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Onun ərizəsinə baxılmış və ona 1 iyun 2022-ci il tarixdən onun tələb etdiyi müddətdə əmək məzuniyyəti verilməsi barədə müvafiq əmr qəbul edilmişdir. İddia ilə əlaqədar olaraq bildirilmişdir ki, o, işə qəbul edilən zaman əmək kitabçasında işə qəbul edilməsi barədə qeydi yazdırdıqdan sonra əmək kitabçasını onlara təhvil verməmiş, özündə saxlamış, ona görə də işdən çıxdıqdan sonra onun əmək kitabçasın a işdən çıxması barədə qeydləri yazmaq mümkün olmamışdır. Ona məxsus əmək kitabçası ondadır və həmin əmək kitabçasında onun xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-də “Baş mühasib” vəzifəsində işləməsi barədə qeyd vardır. Yəni həmin əmək kitabçası qanunun tələbinə görə işəgötürəndə qalmalı olduğuna görə iddiaçı işə qəbul edilməsi barədə qeydi yazdırdıqdan sonra əmək kitabçasını cavabdehdən alaraq özündə saxlamış, işdən çıxdıqdan sonra da bu barədə qeyd aparılması üçün onlara təhvil verməmişdir. Bu hal isə əmək kitabçasının iddiaçının özündə olması ilə sübuta yetirir. İddiaçı istənilən vaxt əmək kitabçasını onlara təqdim etdiyi zaman onun əmək kitabçasında onun işdən çıxması barədə qeyd aparılaraq möhürlə təsdiq ediləcəkdir. Bir sözlə, iddiaçının əmək kitabçasında onun işdən çıxması barədə q eydin aparılmaması cavabdehin təqsiri olmamış, o özü əmək kitabçasını cavabdehə təqdim etməmişdir. Hətta iddiaçının Əmək Müfəttişliyinə bu barədə etdiyi şikayətə də Əmək Müfəttişliyindən ona əmək kitabçasının cavabdehə təhvil veriləcəyi təqdirdə bu barədə qeydlərin aparılacağı ona bildirilmişdir. Beləliklə də, cavabdeh belə hesab etmişdir ki, iddiaçının onun əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsinə və möhür vurulmasına dair qətnamə qəbul edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin, işçiyə ödənilməli əmək haqqının və digər ödəmələrin iddiaçıya tam ödənilməməsi ilə əlaqədar ilk əvvəl məhkəmənin nəzərinə çatdırılmışdır ki, iddiaçı MMC-də baş mühasib vəzifəsində çalışmış, əmək haqlarının, son haqq-hesabın hesablanması on un əmək funksiyasına aid olmuş, işdən çıxan zaman o, özü ərizə verərək ona yalnız 1 fevral 2021 - 1 fevral 2022 və 1 fevral 2022 - 1 fevral 2023-cü illər üçün istifadə edilməmiş əsas əmək məzuniyyətinin verilməsini tələb etmiş, ona əsas əmək məzuniyyəti verilmiş və o özü ona verilməli olan son haqq-hesabı özü hesablamışdır. Lakin sonradan isə Əmək Müffəttişliyinə bu barədə şikayət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən MMC-nin direktoru Nofəl Məhərrəmov barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 28 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən direktor cərimə edilmişdir. İddiaçının son haqq-hesabının düzg ün verilməməsi sübuta yetərək cavabdeh tərəfindən ona artıq 263,84 manat son haqq-hesab ödənilmişdir. Lakin iddiaçıya son haqq-hesabın düzgün ödənilməməsi birbaşa iddiaçının əmək funksiyasını düzgün yerinə yetirməməsi nəticəsində baş verdiyinə görə bu hal cavabdehin iddiaçıya qarşı qəsdən törədilən qanunsuz hərəkəti kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının "15" noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin X3 Sorğu Kitabçası”-nda bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin adı və ödəniş dərəcələri diapazonuna görə “Baş mühasib” vəzifəsi rəhbər vəzifələr kateqoriyasına aid edilmiş və “Baş mühasib” tərəfindən əmək funksiyası kimi di gər funksiyalarla yanaşı əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsinin, birdəfəlik haqq-hesabın işlənilməsinin və ödənişlərin aparılmasının həyata keçirilməsi göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının yeni iş yerinə onun barəsində böhtan xarakterli məlumatların əks olunduğu heç bir məktub göndərilməmiş, sadəcə olaraq bəzi məlumatların alınması ilə əlaqədar iddiaçının işlədiyi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına vəkil sorğusu göndərilmiş və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məktubuna cavab verilmişdir. Belə ki, iddiaçı Cavabdeh MMC-də “Baş mühasib” vəzifəsində işləməyə başladığı xx.xx.2021-ci il tarixdən cavabdehin 1 fevral 2021-ci il tarixli Əmri ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və digər şirkətlərin mühasibatlıq əməliyyatları ona tapşırılmış, həmin şirkətin mühasibat uçotunun qurulması, 1C proqramında mühasibat uçotu məlumatlarının yığılması, vergi xidməti və statistika idarəsinə verilən hesabatların tərtibi, göndərilməsi cavabdeh tərəfindən həyata keçirilmiş, bütün bu məlumatlar onda toplanmışdır. İddiaçının xx.xx.2022-ci il tarixdən əmək məzuniyyətinə çıxmağı ilə əlaqədar olaraq ona tapşırılmış Şirkətlərin işlərinin davam etdirilməsi üçün həmin Şirkətlərə məxsus sənədlər və digər məlumatların Cavabdeh MMC-yə təhvil verilməsi ondan tələb edilsə də, o, həmin sənədləri Cavabdeh MMC-yə təhvil verməmişdir. Məhz iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına aid məlumatları vaxtında cavabdehə təqdim etmədiyindən cavabdeh tərəfindən natamam məlumatlarla verilmiş bəyannamələrdə səhvlərə yol verilmişdir. Bu səbəbdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 25 iyul 2022-ci il tarixdə onlara məktub ünvanlayaraq, cavabdeh tərəfindən hesabatların düzgün bəyan edilməməsi səbəbindən may, iyun və 2-ci rüb 2022-ci il üzrə vergi hesabatlarının (bəyannamələr) onlar tərəfindən təkrar hazırlanıb göndərilməsi və hesabatları səhv bəyan edilməsi nəticəsində yaranan problemləri nəzərə alaraq Filialın təsisçisi Kevin Robert tərəfindən Cavabdeh və “Hydroserv Caspian LTD” arasında bağlanmış müqaviləyə xitam verilməsinin qərara alınması göstərilmişdir. Eyni zaman da həmin məktubda əlavə olaraq qeyd edilmişdir ki, 2022-ci ilin iyun ayının ƏDV bəyannaməsi və 2-ci rüb üzrə ÖMV hesabatı səhv tərtib olunmuş və 2022-ci ilin 2-ci rübü üzrə Vahid bəyannamə hesabatı ümumiyyətlə təqdim olunmamışdır. Cavabdeh həmin məktuba cavab olaraq Şirkətin daxili əmri ilə xx.xx.2021-ci il tarixdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və digər Şirkətlərin mühasibatlıq əməliyyatlarının aparılması Cavabdeh MMC-nin işçisi iddiaçıya tapşırılmasını, həmin tarixdən iddiaçının "xxxx" Şirkətinin mühasibat uçotunun qurulması, 1C 8.3 proqramında mühasibat uçotu məlumatlarının yığılması, vergi xidməti və statistika idarəsinə verilən hesabatların tərtibi və göndərilməsini həyata keçirilməsini, bütün bu məlumatların onda toplanmasını, lakin 2022ci ilin may ayından iddiaçının öz əmək funksiyasını həyata keçirməkdən imtina etməsini, həmin tarixdən əmək məzuniyyətinə çıxması ilə əlaqədar olaraq ona tapşırılmış şirkətlərin işlərinin davam etdirilməsi üçün həmin şirkətlərə məxsus sənədlər və digər məlumatların cavabdehə təhvil verilməsi ondan tələb edilsə də, o, həmin sənədləri cavabdehə təhvil verməməsini, müxtəlif bəhanələrlə sənədləri onlara təhvil verməkdən yayınmasını, hətta bu barədə ondan verilmiş rəsmi bildirişə də əhəmiyyət verməməsini, məhz iddiaçıda olan sənədlər və digər elektron məlumatlar olmadan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının mühasibatlıq işlərinin görülməsində çətinliklərin yaranmasını, bunun nəticəsində də, 2022-ci ilin may-iyun ayı üzrə cavabdeh tərəfindən ƏDV bəyannaməsinin verilməsində (hesablamalarda) nöqs anlara yol verilməsini, bunun səbəbi isə may-iyun ayından əvvəl olan məlumatları cavabdehin əldə edə bilməməyi olmasını göstərmiş, 2022-ci ilin may, iyun ayları üçün görülmüş mühasibatlıq işlərində yol verilmiş nöqsanların səbəblərini üzrlü hesab etmələrini xahiş edərək, cavabdehlə müqaviləni pozmayacaqları təqdirdə gələcəkdə belə hallara yol verilməməsi üçün bütün qabaqlayıcı tədbirlərin görüləcəyini nəzərlərinə çatdırmışlar. Yəni iddiaçı barəsində cavabdeh tərəfindən yeganə bildirilən məlumat onun xidmət göstərdiyi zaman əldə etdiyi məlumatları MMC-yə təhvil verməməsi olmuşdur. Bundan əlavə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məktubunu cavablandıran zaman iddiaçının orada işləməsi barədə cavabdehin məlumatı olmamış, bu barədə sonradan məlumat almışlar. Yəni bu məktub onun işgüzar nüfuzuna toxunan hal kimi qiymətləndirilə bilməz və bu məktubda cavabdeh tərəfindən təkzib ediləcək hər hansı bir məlumat verilməmişdir. İddiaçıya tapşırılmış Şirkətlərin işlərinin davam etdirilməsi üçün həmin Şirkətlərə məxsus sənədlərin və digər məlumatların cavabdehə təhvil verilməsindən imtina etdiyinə görə cavabdeh onun hansısa marağına görə cavabdehin şirkətində işləyərək onların və digər şirkətlərin kommersiya məlumatlarını toplamasından, sonradan isə həmin məlumatları üçüncü tərəflərə ötürməklə, şirkətlərə məxsus kommersiya sirlərini qanunsuz yolla istifadə etmək və yaymasından şübhələnmiş, bununla əlaqədar araşdırma aparılması üçün Binəqədi rayon prokurorluğuna müraciət etmiş, lakin Binəqədi rayon prokurorluğu mübahisənin mülki xarakterli olması əsası ilə araşdırma aparmaqdan imtina etmiş, bundan sonra isə cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh belə hesab etmişdir ki, iddiaçıya qarşı məhkəmədə iddia irəli sürülməsi onun tərəfindən edilən hərəkətlərin sübuta yetirilib-yerilməməsindən asılı olmayaraq iddiaçının üzərinə iddia ərizəsində göstərilən halların təkzib edilməsi vəzifəsinin qoyulması üçün əsas hesab edilə bilməz. Cavabdeh Nizami Rayon Məhkəməsində onlar tərəfindən qaldırılan iddiaya qapalı məhkəmə iclasında baxılmasını tələb etdikdə iddiaçı buna etiraz etmiş, bununla da o həmin iddiada olan məlumatların onun nüfuzuna xələl gətiriləcəyindən ehtiyat etməməsini təsdiq etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh tərəfindən iddiaçı barəsində hər hansı bir məlumat kütləvi surətdə yayılmamış, onun iş yerinə onun barəsində onun işgüzar nüfuzuna xələl gətirəcək hər hansı bir məlumat verilməmiş, qapalı məhkəmədə ona qarşı aparılan məhkəmə araşdırması hələ sona yetməmiş, onun işdən çıxması ilə əlaqədar son haqq-hesabının çatışmayan hissəsi ona ödənilmiş və onun əmək kitabçasında onun işdən çıxması ilə əlaqədar qeydin aparılmaması onun əmək kitabçasını cavabdehə təhvil verməməsi səbəbindən olmuşdur.

10. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia tələbinin əmək kitabçasına imza və möhürün vurulması cavabdeh tərəfindən təmin edilmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(0 05)-1326/2023 nömrəli iş üzrə 1 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilməmişdir.

12. Məhkəmə ilk növbədə “əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsi və möhür vurulması” tələbinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının nümayəndəsi (vəkili) bu hissədə hər hansı mübahisələrinin olmadığını və tərəflər arasında bu məsələnin məhkəmədənkənar həll edildiyini bildirərək həmin hissədə iddia tələbini müdafiə etməmişdir. Belə olanda məhkəmə “əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsi və möhür vurulması” tələbinə əlavə hüquqi qiymət verməyə lüzum görməyərək, iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlir, özünün bu mövqeyini mülki qanunvericiliyin “prosessual qənaət” prinsipi baxımından əsaslı hesab etmişdir.

13. Məhkəmə m ülki işin faktiki hallarını nəzərə alıb bildirmişdir ki, mülki iş materiallarında olan qəbzdən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya qalıq olan son haqq-hesab qismində 263,84 manat ödənilmişdir. Belə olanda məhkəmə hesab etmişdir ki, iddiaçının bu hissədə də tələbi əsassız olduğundan təmin edilə bilməz.

14. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə yeni iş yerinə böhtan xarakterli məlumatların göndərilməsi və iş kollektivində nüfuzdan düşməsi bildirilməklə formal mülahizələr irəli sürülmüşdür. Göründüyü kimi iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması, belə məlumatların yayılma hallarının mövcudluğu habelə işgüzar nüfuzunun zədələnməsinin konkret nəticələri, həmin nəticələ rin nədən ibarət olması kimi hallara dair hər hansı mötəbər sübut təqdim edilməmiş, iddiaçı bu hissədə tələbini cavabdehin ünvanlandığı sorğuların, habelə prokurorluğa müraciətinin mövcudluğu ilə işgüzar nüfuzunun zədələnməsini sübut etməyə çalışmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdehin prokurorluq orqanına müraciət etməsi özü-özlüyündə iddiaçının işgüzar nüfuzunun zədələnməsi kimi qiymətləndirilə bilməz. Hər bir halda Konstitusiya ilə hər kəsin qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə və hüquq mühafizə orqanlarına müraciət etmək hüquqları tanınmışdır.

16. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunun zədələnməsi faktı öz təsdiqini tapmadığından, “maddi və mənəvi zərərin ödənilməsi, iddiaçıdan yazılı şəkildə üzr istənilməsi, təkzib məktubların ın göndərilməsi” hissəsində tələblər isə həmin faktiki haldan irəli gəldiyindən, həmin hissələrdə iddia tələbinə əlavə hüquqi qiymət verməyə lüzum görməyərək, özünün bu mövqeyini mülki qanunvericiliyin “prosessual qənaət” prinsipi baxımından əsaslı hesab etmiş, o cümlədən iddianın həmin hissələrdə də təmin edilməməsi qənaətinə gəlmişdir.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1 və 2-ci hissələri, 71-ci maddəsinin 1-ci hissəsinə, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi, 154.1, 172-ci maddənin 4-cü və 5-ci bəndinə, Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1. 23.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 106, 217.4. 220.5-ci maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təc rübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

20. İddiaçının vəkili (nümayəndəsi) əlavə olaraq bildirmişdir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman cavabdeh onların tələbinin “əmək kitabçasına imza edilməsi və m öhür vurulması, habelə hesablanmış son haqq-hesabın qalıq hissəsinin ödənilməsi barədə hissəsini” məhkəmədən kənar şəkildə icra etdiyindən həmin tələblər onlar üçün əhəmiyyətini itirmiş və bu səbəbdən onlar həmin tələbləri artıq müdafiə etmirlər.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1135/2024 nömrəli mülki iş üzrə 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası iddianın “əmək kitabçasına cavabdeh tərəfindən imza edilməsi və möhür vurulması barədə” habelə “hesablanmış son haqq-hesabın qalıq hissəsinin cavabdeh tə rəfindən ödənilməsi barədə” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının vəkili (nümayəndəsi) bu hissədə hər hansı mübahisələrinin olmadığını və tərəflər arasında bu məsələnin məhkəmədənkənar həll edildiyini bildirərək həmin hissədə iddia tələbini müdafiə etməmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının işgüzar nüfuzuna xələl gəlməklə iqtisadi və maliyyə vəziyyətində hər hansı itkilərə məruz qalması, o cümlədən nüfuzdan salınması və bunların cavabdeh MMC-nin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hallar müəyyən edilməmişdir.

24. Məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya m əhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1 və 2-ci hissələrinə, 71-ci maddəsinin 1-ci hissəsinə, Mülki Məcəlləsinin 21.1, 23.1, 23.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 385.2-ci, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vəkil Nüma yəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

27. Şikayət iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

28. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 24-cü, Mülki Məcəlləsinin 23-cü, Mülki Prosessual Məcəlləsinin 217.1, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzər də tutulmasın

31. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

32. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilmə lidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüv vədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edil mədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

44. İddiaçının kassasiya şikayətinin işin faktiki halları nın düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmç inin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

46. Yuxarıda göstər ilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli 2(103)-1135/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar