Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2427/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, vindikasiya tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhməd Güləhməd oğlu Nurməmmədov (məruzəçi), Aqil Əzizağa oğlu Abbasov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2025-ci il tarixli 2(107)-422/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı və Cavabdeh qonşudurlar.
2. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 13 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin (X1, X6, X5 və X2) ümumi mülkiyyətinə Qəbələ rayonu, Hacalı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni qərar ilə Qəbələ rayonu Hacalı kəndində yerləşən 0,14 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin (X7, X3, X4 və X8) ümumi mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahələri bitişikdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra- “cavabdeh”) qarşı 2024- cü il 5 fevral tarixdə iddia ərizəsi və 2024-cü il 26 iyun tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Qəbələ rayonu, Hacalı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsinin qarşı tərəfin qanunsuz sahibliyindən azad edilməsi, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması, 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis-xidmət haqqının tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, Qəbələ rayonu, Hacalı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi və ərazidəki fərdi yaşayış evi iddiaçının və ail ə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. Daha sonra torpaq sahəsində tikilən fərdi yaşayış evinin torpaqla birlikdə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ötrü DƏDKR publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ölçmə işləri aparılarkən ərazinin bir hissəsinin cavabdehin mülkiyyətində olan əraziyə daxil olduğu müəyyən edilmiş və müvafiq qeydiyyatın aparılmasından imtina olunmuşdur. Cavabdehdən zəbt etdiyi ərazidən çıxması tələb olunsa da, o, torpaq sahəsinin qaytarılmasından imtina etmişdir.
5. Cavabdeh öz izahatında bildirmişdir ki, onun və ailə üzvlərinin istifadəsində olan Qəbələ rayonu, Hacalı kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi onların mülkiyyətə verilmişdir. Torpaq sahəsi 40 ildən çoxdur ki, onu n çəpəri daxilində olmuş və sərhədləri indiyədək dəyişilməmişdir. İddiaçının mülkiyyətində olan planda sərhədləri göstərilən 0,16 ha həyətyanı torpaq sahəsinin hər hansı bir hissəsi onun torpaq sahəsinin daxilində yerləşmir.
6. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 25 noyabr tarixli 10/6034 nömrəli ekspert rəyi ilə JN-197F saylı 40604018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Hacalı kəndinə yerləşən 0,16 ha torpaq sahəsinin DƏDKR publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 2024-cü il 27 may tarixli 3-21-3- 42/2-2894/2024 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş 5 nömrəli Planda ardıcıl olaraq 1;2;3;4 rəqəmləri ilə işarələnmiş 0,002 ha hissəsi Cavabdeh istifadəsində olduğu və həmin ərazidə heç bir tikili olmaması müəyyən edilmişdir.
7. Qəbələ Rayon Məhkəməsinin 2025-ci il 28 yanvar tarixli e-2(025)-5/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus olan Qəbələ rayonunun Hacalı kəndində yerləşən 0,16 həyətyanı torpaq sahəsinin 0,0020 ha ərazisinin cavabdehin qanunsuz sahibliyindən azad edilib iddiaçıya qaytarılması və istifadəsinə törədilən maneçiliyin aradan qaldırılması, keçirilmiş ekspertiza xərcini təşkil edən 50 manat pul vəsaitinin cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Ülvi Qənbərov).
8. Məhkəmə gəldiyi nəticə ilə bağlı onu qeyd etmişdir ki, 0,16 ha həyətyanı torpaq sahəsinin yalnız 0,0020 ha hissəsinin cavabdehin istifadəsində olduğ unu müəyyən etmişdir. Həmin 0,002 ha sahədə heç bir tikilinin mövcud olmaması da nəzərə alınmışdır.
9. Həmçinin məhkəmə iddiaçının mülkiyyətində olan 0,16 ha həyətyanı torpaq sahəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və əlavə edilən 5 nömrəli planda göstərilən sərhədlər üzrə, cavabdehin qanunsuz sahibliyindən azad edilməli olduğunu və həmin ərazinin iddiaçıya qaytarılması zərurətini qeyd etmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsi; «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152, 157.2, 157.4 və 213.6-cı maddələri; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “M PM”) 76.1, 76.2 və 119.1-ci maddələrinə istinad edərək ifadə etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının 30 ildən artıq müddətdə qonşu ərazidə torpaq sahəsinə fasiləsiz və etirazsız sahiblik etməsi nəzərə alınmamışdır. Həmin müddət ərzində iddiaçı, cavabdehə qarşı qonşu kimi torpaq sahəsi ilə bağlı heç bir irad bildirməyərək, mülkiyyətinə dair hüquqlarını müdafiə etmişdir. Məhkəməyə təqdim edilən ekspert rəyində mütəxəssis ərazini şəxsən nəzərdən keçirməmiş, yalnız dövlət qurumlarının rəylərinə istinad etmişdir. Bu, ekspertin öz vəzifəsinin tələblərinə zidd olmaqla, rəyin əsassız və qanunsuz olmasına səbəb olmuşdur.
13. İddiaçının 40 il ərzində istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi ehtimalı məhkəmə tərəfindən kifayət qədər aydınlaşdırılmamışdır. Məhkəmə yalnız mütəxəssis rəyinə əsaslanaraq qərar vermiş, ancaq rəyin düzgün və tam yoxlanılmaması nəticəsində qərarın qəbulunda qanunsuzluq olmuşdur. Qəbələ rayonu üzrə xəritə dəyişiklikləri nəzərə alınmamaqla, ekspertin rəyində bu məsələyə dair suallara yer verilməmişdir. Bu hal öz növbəsində, məhkəmə araşdırmasının qeyri-obyektiv və qeyri-tam olmasına səbəb olmuşdur. Məhkəmə əvvəlki xəritə məlumatlarını və əraziyə dair ekspertizasını tam şəkildə nəzərə almadan, yalnız iddiaçının maraqlarına xidmət edən sübutları toplamaqla kifayətlənmişdir.
14. Məhkəmə tərəfindən mütəxəssis rəyinə əsaslanaraq qərar qəbul edilmiş, lakin ekspert qarşısında 2013-cü ildə elektron kadastr məlumat bazasında ərazi ilə bağlı dəyişiklik edilib-edilməməsi, dəyişiklik edilibsə, səbəbinin nə olması və hansı variantın naturadakı vəziyyətə uyğun olması kimi mühüm suallar qoyulmamışdır. Bu sualların qoyulmaması ekspertin mübahisəli əraziyə şəxsən baxış keçirmədən rəy verməsinə və nəticədə məhkəmənin qərarının əsaslı faktiki hallardan məhrum olmasına səbəb olmuşdur.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 22 aprel tarixli 2(107)-422/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və m əruzəçi Elçin Mehdiyev, hakimlər Ələddin Məcidov və Elman İsayev).
16. Birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin əvvəlki xəritə məlumatlarında iddiaçının tələb etdiyi torpaq sahəsinin onların mülkiyyətləri olmasının müəyyən olunması, həmin torpaq sahəsinin onun mülkiyyəti olmasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, 0,002 ha zəbt torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasına dair cavabdeh tərəfindən məhkəməyə xəritə məlumatı təqdim edilməmişdir. Əksinə JN 197F KOD 40604018 nömrəli şəhadətnamədən də görünür ki, Qəbələ rayonu Hacalı kəndində yerləşən 0,16 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.
17. Apellyasiya məhkəməsi cavabdehin ekspert qarşısında düzgün olmayan sualların qoyu lması və ekspertin rəyində xəritə dəyişikliklərinə dair sualların nəzərə alınmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər ekspertiza zamanı baxılmalı sualları məhkəməyə təqdim etməli olsalar da, iş materiallarında ekspert qarşısında yanlış sualların qoyulmasına dair heç bir sübut tapılmamışdır. Nəticədə, ekspertiza rəyinin etibarlılığı və məhkəmənin qərarının əsaslı olduğu qiymətləndirilmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən ekspertin yerində baxış keçirməsi və yenidən ekspertiza təyin edilməsi tələblərini əsaslı hesab etməmiş, birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza və alınan rəylər mübahisənin obyektiv araşdırılması üçün kifayət etmişdir.
19. İddiaçının uzun müddət torpaq sahəsinə sahib olmasına və idarəçiliyinə irad bi ldirməməsinə əsasən iddiaçının mülkiyyət hüququnu irəli sürmək imkanını itirməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə dair məhkəmə vurğulamışdır ki, bu fakt iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun itirilməsinə deyil, pozulmasına gətirib çıxarmışdır.
20. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cu maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 2 və 3-cü hissələri, MM-in 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2 və 213.6-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci. MPM-nin 9.1, 9.3, 14.2, 77.1, 88, 97.1, 101.3, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.2, 372.6, 372.7, 384 və 402.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2006-cı il 31 yanvar tarixli Qərarına, Azərbaycan Respublika sı Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının 17-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
18. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-cü il tarixli 2(107)-422/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci, həm də apellyasiya məhkəmələri mülkiyyət hüququnun qeydiyyata alınması məsələsi üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən iddiaçıya verilən əsassız və qanunsuz imtina cavabına hüquqi qiymət verməmiş dir. Məhkəmə orqanları uzun müddətdir faktiki sahiblik və istifadə hüququnun mövcudluğunu, tərəflərin əmlak üzərində illərlə fasiləsiz istifadə vəziyyətini və əvvəlki mülkiyyət sənədlərinə əsaslanan hüquqi əsasları nəzərə almamışdır. Halbuki, tərəflər əmlak üzərində uzun illərdir dinc və fasiləsiz şəkildə istifadə və faktiki sahiblik həyata keçirməsi mülkiyyət hüququnun tanınması üçün əsas hesab edilməlidir. Bundan başqa, məhkəmə orqanları təqdim olunan sənədlərin hüquqi qüvvəsini və onların əmlak hüququnun təsdiqi üçün yetərli olub-olmamasını araşdırmamış, inzibati orqanın hərəkətsizliyi və ya qeyri-qanuni qərar verməsi ilə bağlı aspektlərə toxunmamışdır. Həmçinin iddia yalnız ümumi birgə mülkiyyətçilərdən birinə qarşı yönəldilmiş, iddianın predmeti isə əvvəlki tələblərlə müqayisədə əhəmi yyətli dərəcədə azaldılmışdır. b)
20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhə tdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlak ını geri tələb edə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansi yası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
24. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəl i sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan 58,2 kv metr torpaq sahəsini hasara alması və orada tikinti aparması iddiaçının razılığı ilə olmuşdur, hətta bu barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi vardır. Bu vəziyyətdə iddiaçı Cəmilli Elnur Muxtar oğlunun cavab dehin 0,00508 ha hissəsində inşa etdiyi evin bir hissəsinin sökülməsi və torpaq sahəsinin ona təhvil verilməsi tələbini irəli sürməsi hüquqdan sui-istifadə dəyərləndirilməlidir.
25. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
26. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilm əmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-422/2025 nömrəli iş üzrə 22 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.