Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2428/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, iddiaçının şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Aqil Əzizağa oğlu Abbasov (məruzəçi), Kommersiya kollegiyasının hakimi X1 və İnzibati kollegiyanın hakimi X2 ibarət qarışıq məhkəmə tərkibində, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1198/2025 nömrəli, 2025-ci il 20 iyun tarixli qərardadından İddiaçı şikayətinə 17 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Mə hkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra – “MMC”, “Cavabdeh1”, birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Şamaxı rayonu, Sis kəndi ərazisində yerləşən torpaqları zəbt edərək qanunsuz tikinti aparan cavabdehlər tərəfindən tikintilərin onların hesabına sökülərək boşaldılması, maneələrin aradan qaldırılması, pozulmuş mülkiyyət hüququnun bərpası, həmin torpaq sahəsinin qanuni istifadəyə qaytarılması, cavabdehlərin torpaq sahəsindən çıxarılması, ərazinin əvvəlki vəziyyətinə gətirilməsi, tikinti materialları və qalıqlarının ərazidən cavabdehlərin hesabına daşınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Şamaxı rayonu, Sis kəndində yerləşən 0.315 ha torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz və əsassız zəbt edilərək, beton və mişar daşlardan istifadə etməklə, geniş miqyaslı otel və restoran tikintisi aparılmışdır. İddiaçı bu haqda məlumatı olduqdan sonra torpaqlarının yerləşdiyi həmin əraziyə gedərək və özünə məxsus olan mülkiyyət hüququnu təsdiq edən çıxarış və texniki pasportu göstərərək bildirmişdir ki, bu torpaqlar onun xüsusi mülkiyyətindədir və aparılan tikinti qanunsuzdur. Eyni zamanda həmin torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Lakin həmin tikintiyə rəhbərlik ed ən cavabdeh MMC-nin vəzifəli şəxsi X3 bildirmişdir ki, bütün yerli qurumlardan (icra hakimiyyəti, polis və prokurorluqdan) danışılıb və icazə verilb. Qanunsuz tikintini aparan cavabdeh MMC-nin vəzifəli şəxsləri öz qulluq mövqeyindən istifadə etməklə və Cavabdeh1 da hansısa dövlət qurumlarında onlara havadarlıq edənlərin vasitəsi ilə iddiaçıya məxsus torpaqları zəbt edib qanunsuz tikinti aparmaqla onun hüquqlarını pozmuşdur. Həmçinin, cavabdehlər tərəfindən torpaqların onlara məxsus olmasını təsdiq edən heç bir hüquq müəyyənedici sənəd təqdim olunmamış və onlar da öz növbəsində iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədi hüquqi cəhətdən mübahisələndirməmişdir.
3. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 15, 29, 71-ci, "İnsan hüquqları və əsa s azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 14.3, 16.1, 152.1, 152.5, 157.4, 180.1, 180.4-cü, Torpaq Məcəlləsinin 84,111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı, maddələrinə istinad etmişdir.
4. Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1198/2025 nömrəli, 2025-ci il 20 iyun tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. (hakim Natiq İsmayılov)
5. Birinci instansiya məhkəməsi iş materiallarında olan vergi məlumatlarından çıxarışlara əsasən müəyyən etmişdir ki, iddiaçı ********** saylı VÖEN əsasında “Sair ərzaq məhsullarının satışı” əsas fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyəti göstərir. Cavabdehlərdən biri isə Cavabdeh2dir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı mübahisə həm subyektlərin dairəsinə, həm mübahisənin predmetinə, həm də mübahisənin xarakterinə görə ümumi məhkəməyə deyil, kommersiya məhkəməsinə aiddir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 62-ci Mülki Prosessual Məcəllənin 13.4, 24.2, 24.3, 26.1, 30, 114.1.3, 152.1.3-cü maddələri, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndləri ilə əsaslandırmışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
8. İddiaçı (vəkil Nümayəndə) həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq iddianın əsasını təşkil edən mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmir, çünki onun cavabdeh MMC ilə mübahisəli torpaq sahəsi üzərində hər hansı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün heç bir müqavilə öhdəliyi yoxdur. Onlar arasında heç bir müqavilə mövcud deyil və birgə heç bir sahibkarlıq fəaliyyətini həyata keçirmirlər. Tərəflərin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə də aid məsələ və bir sübut da yoxdur.
10. Şamaxı Rayon Məhkəməsinin 2025-ci il 25 iyun tarixli qər ardadı ilə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz ri ski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hü quqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsi llərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə
30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyi ldirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədl ər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkə mə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və aza dlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı nö vündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı 10-cu bənd. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiq i mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblə rinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fə rdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdə n irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sah ibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Bənd
28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini m üvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.” Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi şi kayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
13. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı fərdi sahibkar, cavabdeh MMC isə hüquqi şəxsdir. Mübahisə torpaq sahəsinin boşaldılması, qanunsuz tikintilərin cavabdehlərin hesabına sökülərək boşaldılması, maneələrin aradan qaldırılması, pozulmuş mülkiyyət hüququnun bərpası, həmin torpaq sahəsinin qanuni istifadəyə qaytarılması, cavabdehlərin torpaq sahəsindən çıxarılması, ərazinin əvvəlki vəziyyətinə gətirilməsi, tikinti materialları və qalıqlarının ərazidən cavabdehlərin hesabına daşınması ilə bağlıdır. Torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır.
14. İddia tələbi mülkiyyətin müdafiəsi barədədir.
15. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyek tiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.
16. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
17. Hazırkı iş üzrə iddiaçı fərdi sahibkar, cavabdeh MMC isə hüquqi şəxs kimi vergi uçotuna alınmışlar. Bu baxımdan, tərəflərin subyekt tərkibi ilə bağlı mübahisə yoxdur. Digər cavabdehin sahibkar statusunun olmaması isə MPM-in 30-cu maddəsinin tələbinə görə məhkəmə aidiyyəti dəyişən hal deyil.
18. Mübahisənin predm eti və hüquq münasibətlərinin xarakteri də mübahisənin kommersiya xarakterli olmasına dəlalət edir. Belə ki, mübahisənin predmeti mülkiyyətin müdafiəsidir.
19. Hüquq münasibətlərinin xarakterinə gəldikdə isə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər iki şəxsin (iddiaçı və cavabdeh MMC-nin) kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi ilə bağlı mənafeyi onların iqtisadi fəaliyyət sferasına aid olmaqla fəaliyyətlərini daha da genişləndirmək və gəlir əldə etmək niyyətindən irəli gəlir.
20. Sözügedən iki hal da öz növbəsində kifayət edir ki, hazırkı mübahisə MPM-in (bu Qərarın 12-ci bəndi) tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının (bu Qərarın 14-cü bəndi) izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya m übahisəsi kimi xarakterizə edilsin.
21. Plenum qərarının 13 və 14-cü bəndlərinə görə iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı ol mayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.
22. Belə olan halda, hazırkı mübahisə MPM-in 24.2, 26-cı maddələrinin tələbinə və Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilən izaha əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaqla, kommersiya mübahisəsi kimi xarakterizə edilməlidir.
23. İddiaçının mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəlməməsi, cavabdehlər, o cümlədən MMC ilə hər hansı müqavilə münasibətində olmaması barədə dəliləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Həmçinin əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi barədə iddialar üzrə müqavilə münasibətinin olması zəruri deyildir, bu münasibətlər müqavilədən kənar qaydada da yarana bilər. Hazırki halda da iddiaçının deməsinə görə cavabdehlər onun mülkiyyətindəki torpağı zəbt ediblər.
24. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
25. Prosessual qanunvericiliyə görə iddia ərizəsi məhkəmə aidiyyəti üzrə verilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Başqa sözlə, bu halda birinci instansiya məhkəməsinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarması məhz prosessual qaydalara uyğun olmuşdur.
26. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
27. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 2025-ci il 20 iyun tarixli e-2(074)-1198/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.