Məhkəmə qərarları › İş №2(102)-2430/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2430/2025

07.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2430/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (hüquqi varisi X2) cavabdehlər Cavabdeh2 və qeyrisinə (Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz zəbt edilmiş ərazinin boşaldılması, torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı (hüquqi varisi X2) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Azərbaycan Respublikası ƏM DK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanunsuz zəbt edilmiş ərazinin boşaldılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-71/2025 nömrəli iş üzrə 22 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 7 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi arasında bağlanmış 18451 saylı, 18 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardar an bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1400 kv metr olan 1029 №-li bağ sahəsi onun istifadəsinə verilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış 6908 №-li müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1030 №-li bağ sahəsi onun istifadəsinə verilmişdir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* №-li Çıxarış ilə cavabdehin xüsusi mülkiyyətindədir.

3. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyasının 05 oktyabr 2001-ci il tarixli, 23 №-li Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1031 №-li bağ sahəsi digər Cavabdeh1 mülkiyyətinə verilmişdir və ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli Çıxarış ilə cavabdehin xüsusi mülkiyyətindədir.

4. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 1029 №-li bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq, xx.xx.2017-ci il tarixli məktub ilə sözügedən bağ sahəsinin ölçüsünün iddiaçı tərəfindən təqdim edilmiş hüququmüəyyənedici sənədlərdə göstərildiyi kimi 1400 kv metr deyil, 680 kv metr təşkil etdiyi, eyni zamanda, bağ sahəsinin sərbəst giriş-çıxış yolu olmadığı bildirilərək, bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mahiyyəti ilə eyni tələblə 05 yanvar 2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin 2(008)50/2021 №-li üş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

6. Həmin iş məhkəmənin icraatında olan zaman məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi tərəfindən 18451 №-li bağın istifadəyə verilməsinə dair müqaviləyə əsasən İddiaçı adına verilmiş 1029 №-li bağ sahəsinə, Cavabdeh1 adına verilmiş 1031 №-li bağ sahəsinə, Ca vabdeh2 adına verilmiş 1030 №-li bağ sahəsinə dair qovluqların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən götürülməsi qərara alınmışdır.

7. İddiaçı aid 18451 №-li qovluqdan müəyyən olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi ilə İddiaçı arasında Nardaran qəsəbəsində 0,14 ha torpaq sahəsi olan 1029 №-li bağa dair xx.xx.1988-ci il tarixdə 18451 №-li müqavilə bağlanmış, xx.xx.2006-cı il tarixdə müqavilə yenilənmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarizasiya Bürosu tərəfindən həmin bağ sahəsinə dair cizgi-sxem tərtib edilmişdir. Həmin cizgi-sxemdən görünür ki, adıçəkilən bağ sahəsinin sağında 1041, solunda 1026 №-li bağ sahələri, arxa hissəsində isə qaya yerləşir.

8. Cavabdeh2 aid 421600 №-li qovluqdan müəyyən o lunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi olan 1030 №-li bağa dair xx.xx.1987-ci il tarixdə 6908 №-li müqavilə bağlanmış, xx.xx.2004-cü il tarixdə müqavilə yenilənmişdir. X1 və İstismarı Birliyi tərəfindən həmin bağ sahəsinə dair cizgi-sxem tərtib edilmişdir. Həmin cizgi-sxemdən görünür ki, adıçəkilən bağ sahəsinin önündə 1031 №-li, sağında 1033 №-li, solunda 1027 №-li, arxasında isə 1029 (iddiaçıya məxsus sahə) bağ sahələri yerləşir. Azərbaycan Rsepublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş, DƏDRX tərəfindən MH seriyalı ******* №-li Çıxarış verilmişdir.

9. Cavabdeh1 aid 486516 №-li qovluqdan müəyyən olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi ilə Rəhmanova Rasim arasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi olan 1031 №-li bağa dair xx.xx.2001-ci il tarixdə 3135 №-li müqavilə bağlanmışdır. X1 və İstismarı Birliyi tərəfindən üç bağ sahəsinə dair (1029, 1031, 1033 ) dair plan tərtib edilmişdir. Həmin plandan görünür ki, üç bağ sahəsi ardıcıl yerləşir və ən arxada qaya var, həmin qayaya kiminsə sahəsi düşmür. Azərbaycan Rsepublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı və ölçüsü tərtib edilmiş, DƏDRX tərəfindən RX seriyalı ******* №-li Çıxarış verilmişdir.

10. Məhkəmənin icraatında olmuş 2(008)-263/2019 №-li mülki iş (yuxarıda qeyd olunan xx.xx.2018-ci il tarixdə verilmiş iddia ərizəsi üzrə açılmış iş) materiallarından çıxarılmış Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 08.2019-cu il taripxli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı icarəsinə verilmiş Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən 1029 №-li bağ sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş və ölçülmüş ərazinin faktiki sahəsi 0,7002 hektardır. Ölçülmüş ərazinin (əlavə edilmiş sxemdən göründüyü kimi) qərb hissəsində 680 kv metr İddiaçı iddia etdiyi, ardınca reyestr nömrəsi **********78 olan çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş 0,25 hektar, bunun şərqində isə reyestr nömrəsi **********64 olan çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 0,25 hektar torpaq sahəsi yerləşir. Göstərilən əraziyə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, qonşu bağ sahələrin in naturada hasarlanma işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatları və sərhədlərini təyin etmək mümkün olmamışdır. Bağ sahəsinin koordinatları dəqiq təyin edilmədiyindən sualların cavablandırılması mümkün olmamışdır. Arxiv cizgisinə əsasən 1029 №-li bağın göstərilən sahəyə (0,068 hissə) aidiyyəti yoxdur. 1029 №-li bağ (sxemdə göstərilən) ölçülmüş ərazinin cənub qərb hissəsində yerləşməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi arasında bağlanmış 18451 saylı, 18 dekabr 2006cı il tarixli müqa viləyə əsasən, istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1400 kv metr olan 1029 №-li sahəsinin boşal dılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, sözügedən bağ sahəsi artıq on ildən çox müddətdir ki, onun istifadəsindədir. İddiaçı işin hallarında (bənd 4) qeyd olunan məsələni araşdırmağa başlayarkən ona məlum olmuşdur ki, cavabdehlər müqavilə üzrə onun istifadəsinə verilmiş 1029 №-li bağ sahəsinin xeyli hissəsini qanunsuz olaraq zəbt etmişlər. Belə ki, ona məxsus bağ sahəsinin bir hissəsi cavabdehlər tərəfindən hasara alınmış ümumi sahənin tərkibində yerləşir. Cavabdehlərə məxsus torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərdə torpaq sahələrinin ümumi sahəsinin formal olaraq 0,25 ha qeyd olunmasına baxmayaraq, hal-hazırda cavabdehlər faktiki olaraq ona məxsus bağ sahəsinin xeyli hissəsini qanunsuz zəbt etmişlər.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək «İmza» ekspertizasının rəyi əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini iddiaçı tərəfdən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

15. Məhkəmə icraatı zamanı «İMZA» Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İEM-1/22 №-li mütəxəssis rəyindən aşağıdakılar müəyyən olunmuşdur:  Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən 1029, 1030 və 1031 №-li bağ sahələrinin yerləşdiyi ümumi ərazinin hasardaxili mövcud vəziyyətdə ümumi sahəsinin 0,526 ha təşkil etdiyi müəyyən edilib. Mövcud müqavilə və çıxarışlara əsasən 1029, 1030 və 1031 №-li bağ sahələrinə aid ümumi torpaq sahəsi 0,64 ha (İddiaçı məxsus ərazi 0,14 ha, Cavabdeh2 məxsus ərazi 0,25 ha, Cavabdeh1 məxsus ərazi 0,25 ha olmaqla) olmalı olduğu halda, naturada həmin ərazinin faktiki sahəsi 0,526 ha olduğu (fərq-0,11,4 ha) müəyyən olunur (0,64 ha-0,526ha=0,114 ha)  Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən 1029 №-li bağ sahəsinin naturada yeri, 1030 və 1031 №-li bağ sahələrinin isə naturada yerləri və koordinatları ƏMDK və Dövlət Toraq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş sənədlərə əsasən və naturada mövcud vəziyyətə uyğun olaraq (şəhadətnamə, çıxarış və torpaq sahələrinin plan-ölçüləri) müəyyən edilib, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən Cavabdeh1 məxsus 1031 №-li bağ sahəsinə aid olan 0,25 ha torpaq sahəsinin 0,193 ha hissəsinin ümumi sahəsi 0,526 ha təşkil edən torpaq sahəsinin daxilində, qalan 0,057 ha hissəsinin isə faktiki olaraq girişdən sağ tərəfdə yerləşən hasardan kənarda yerləşdiyi müəyyən edilir (0,193 ha +0,057 h a=0,25 ha)  Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən Cavabdeh2 məxsus 1030 №-li bağ sahəsinə aid olan 0,25 ha torpaq sahəsinin 0,193 ha hissəsinin ümumi sahəsi 0,526 ha təşkil edən torpaq sa həsinin daxilində, qalan 0,057 ha hissəsinin isə faktiki olaraq girişdən sağ tərəfdə yerləşən hasardan kənarda yerləşdiyi müəyyən edilir (0,193 ha +0,057 ha=0,25 ha)  Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən, müqavilə əsasında İddiaçı icarəsinə verilmiş 1029 №-li bağ sahəsinin 0,14 ha torpaq sahəsi ərazi olaraq - Cavabdeh1 və Cavabdeh2 məxsus sənədlərə uyğun sahələrin yeri nəzərə alındıqdan sonra umumi 0,526 ha torpaq sahəsinin qayanın dib hissəsindəki 0,06 ha ərazidən (1), girişdən sol tərəfdə yerləşən hasarla Cavabdeh1 və Cavabdeh2 məxsus bağ sahələrinin müəyyən edilmiş sərhəd xətti arasında yerləşən 0,06 ha ərazidən (2) və ümumi sahəyə girişdən sağ tərəfdə yerləşən Cavabdeh1 bağ sahəsinə bitişik və hazırda onun istifadəsində olan 0,02 ha (3) torp aq sahələrindən ibarətdir (0,06 ha + 0,06 ha + 0,02 ha = 0,14 ha).

16. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10/7714 №-li ekspert rəyinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verdiyi üçün Bakı və Bakı ətrafı bağlar ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidmətində arxiv sənədləri, eləcə də digər məlumatların olmaması səbəbindən qeyd edilən 1029, 1030, 1031 bağ sahələri yerləşən ümumi ərazinin və hə r bağın ayrı-ayrılıqda naturada yerini və koordinatlarını sənəd üzrə müəyyən etmək mümkün deyildir. Lakin mülki iş materiallarına əlavə edilmiş 164-cü səhifədəki sxemə əsasən sxemdə 1030 nömrə ilə qeyd edilən ərazi naturada ölçülmüş, iş materialına əlavə edilmiş 142-ci səhifədəki sxemlə və bazadan verilmiş sxemdə Cavabdeh2 verilmiş (1030 saylı bağ sahəsinə) reyestr nömrəsi **********78 olan çıxarışın bazada yerləşmə mövqeyi ilə üst-üstə düşür. Mübahisələndirilən və naturada ölçülmüş (səhifə 50) sahəsi 0,6329 hektar torpaq sahəsi həmin yer iş materiallarındakı vərəqə ( sahəsi 0,6480 hektar) 142-də olan plana uyğundur. Mübahisələndirilən ərazi iş materiallarındakı vərəqə (sahəsi 0,6480 hektar) 142-də olan plandan göründüyü kimi bir yerdə olduğundan onların bölündükdən sonra keçid yolu anca q mülki iş materiallarına əlavə edilmiş 164-cü səhifədəki sxemdə 1031 saylı bağdan 1030 saylı bağa 5 metr enində yol qeyd edilmiş həmin yolun axıra qədər davamı göstərilən başqa sənəd təqdim edilmədiyindən İddiaçı icarəsinə verilmiş Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən ümumi sahəsi 1400 kv metr olan 1029 nömrəli bağ sahəsinin və ona gedən yolun zəbt edilməsi halının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

17. Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-266/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Tahirə Əsədova) ilə iddia rədd edilmişdir.

18. Qətnamə onunla əsaslandırılmışdır ki, hazırkı icraat zamanı əldə olunmuş rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 1029, 1030, 1031 №-li bağ sahələri yerləşən ümumi ə razinin və hər bağın ayrı-ayrılıqda naturada yeri və koordinatları müəyyən edilərək, mülki iş materiallarının 73-cü vərəqəsində olan planda torpaq sahəsinin bir tərəfdən eninin 59 metr olduğu göstərildiyi, lakin faktiki olaraq 50 metr olduğunu, eni 59 metr olan sərhəd hasarının küçə ilə sərhədliliyinin düz xətt boyu olduğu göstərildiyi halda, faktiki olaraq mülki işin 73-cü vərəqində olan plan sxemdən fərqli olaraq küçə ilə sərhədin müxtəlif bucaqlarla kəsişdiyini, Cavabdeh1 məxsus torpaq sahəsinin 0,057 ha hissəsinin faktiki olaraq girişdən sağ tərəfdə yerləşən qonşunun istifadəsində olduğunu, həmçinin Cavabdeh2 məxsus torpaq sahəsinində 0,057 ha hissəsinin faktiki olaraq girişdən sağ tərəfdə yerləşən qonşunun istifadəsində olduğunu nəzərə alaraq, həmin torpağın və daxildə olan 1029, 1030 və 1031 №-li bağların faktiki vəziyyətinin mülki işin 73-cü vərəqəsində olan plana və ƏMDK və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş sənədlərə uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsinin sol tərəfində 6 metr enində yol nəzərdə tutulduğu, həmin yolun İddiaçı icarəsində olan 0,14 ha torpağın daxilində yerləşdiyi, həmin hissədə isə (Cavabdeh1 məxsus 1031 №-li torpaq sahəsində) 8 metr enində, 15 metr uzunluğunda tikili inşa edilərək həmin yolun tutulduğu, eyni zamanda ümumi sahəyə girişdən sağda yerləşən 0,02 ha torpaq sahəsinin faktiki olaraq Cavabdeh1 istifadəsində olduğu müəyyən edilir. Göründüyü kimi, iki mütəxəssis rəyi arasında ziddiyyət mövcud olmuşdur. Bu əsasdan məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Odur ki, iddiaçı öz torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olduğunu sübut edə bilməmişdir. Məhkəmə bu halı araşdırmaq üçün mütəxəssis və ekspert rəyləri almış, həmin rəylərlə də zəbetmə halı müəyyən edilməmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə, 68-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 164.1, 164.2 və 165.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar məhkəmənin müvafiq qərarardadı ilə X2 İddiaçı prosessual hüquqi varis kimi tanınmışdır.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçirilmiş ekspertiza nəticələri arasında ziddiyyətli məqamlar mövcuddur. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert T.Məmmədov bundan öncəki rəylərə baxaraq mübahisə predmeti olan torpaq sahəsinə yerində baxış keçirmədən lazımi ölçülər aparılmadan, xüsusi qurğuların köməyindən istifadə etmədən bir tək mövcud rəylərə nəzər salaraq eyni məzmunlu rəy vermişdir. Sonuncu rəydə qeyri-müəyyənlik, həm mütəxəssis rəyində, həm ekspert rəylərindəki ziddiyyətli nəticələr, verilmiş rəydə şübhələr olduğundan məhkəməyə təkrar ekspertiza keçirilməsi barədə vəsatət təqdim etmiş, lakin məhkəmə qərəzli şəkildə heç bir əsas gətirmədən vəsatəti rədd etmişdir. Bu səbəbdən də qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

23. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim verilmiş xx.xx.2022-ci il tarixli 10/7714 №-li ekspert rəyinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verdiyi üçün Bakı və Bakı ətrafı bağlar ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidmətində arxiv sənədləri e ləcə də digər məlumatların olmaması səbəbindən qeyd edilən 1029, 1030, 1031 bağ sahələri yerləşən ümumi ərazinin və hər bağın ayrı-ayrılıqda naturada yerini və koordinatlarını sənəd üzrə müəyyən etmək mümkün deyil. Lakin mülki iş materiallarına əlavə edilmiş 164-cü səhifədəki sxemə əsasən sxemdə 1030 nömrə ilə qeyd edilən ərazi naturada ölçülmüş, iş materialına əlavə edilmiş 142-ci səhifədəki sxemlə və bazadan verilmiş sxemdə Cavabdeh2 verilmiş (1030 saylı bağ sahəsinə) reyestr nömrəsi **********78 olan çıxarışın bazada yerləşmə mövqeyi ilə üst-üstə düşür. Mübahisələndirilən və naturada ölçülmüş (səhifə 50) sahəsi 0,6329 hektar torpaq sahəsi həmin yer iş materiallarındakı vərəqə (sahəsi 0,648 hektar) 142-də olan plana uyğundur. Mübahisələndirilən ərazi iş materiallarındakı vərəqə (sahəsi 0,648 hektar) 142-də olan plandan göründüyü kimi bir yerdə olduğundan onların bölündükdən sonra keçid yolu ancaq mülki iş materiallarına əlavə edilmiş 164-cü səhifədəki sxemdə 1031 saylı bağdan 1030 saylı bağa 5 metr enində yol qeyd edilmiş həmin yolun axıra qədər davamı göstərilən başqa sənəd təqdim edilmədiyindən İddiaçı icarəsinə verilmiş Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən ümumi sahəsi 1400 kv metr olan 1029 nömrəli bağ sahəsinin və ona gedən yolun zəbt edilməsi halının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

24. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarə sinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, 1029 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən ərazi ilə 1030 saylı bağ sahəsi kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan **********78 reyestr nömrəli sahə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyində qeyd olunanlara əsasən, ümumi sahə daxilindəki bağ sahələri ilə keçid yolu razılaşdırılmaqla və (sahələr) bölgü sxemi təqdim olunması məqsədəuyğundur. Torpaq sahələrinin koordinatlarını və yerləşmə vəziyyətini əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuş cizgidə göstərilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-71/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi tərəfindən xx.xx.2006-cı il tarixli, 18451 №-li (icarə) müqaviləsinə əsasən İddiaçı istifadəyə verilmiş 1029 №-li bağ sahəsinin zəbt olunmuş (tutulmuş) hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaqla həmin torpaq sahəsinin boşaldılması qət edilmişdir.

26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, rayon məhkəməsi iddia tələbini iki əsasla təmin etməmişdir:

1. Cavabdehlər torpaq üzərində olan hüquqlarını dövlət qeydiyyatına aldırmış, iddiaçı isə bunu etməmişdir,

2. Hazırkı vəziyyətdə iddiaçının torpağının zəbt etmə faktının müəyyən edilməsi mümkün olmur.

27. A pellyasiya məhkəməsi iddiaçının torpaq sahəsi üzrə hüquqlarını dövlət qeydiyyatına aldırmamasına əsaslanmaqla iddia tələbinin təmin edilməməsi barədə rayon məhkəməsinin mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçı tərəfin həmin torpağa hüququ dövlət reyestrində qeydə alınmasa belə, həmin torpaq sahəsi qanuni əsaslarla ona məxsus olduğundan, həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin presedent hüququ baxımından bu, «qanuni gözləntiyə» malik hüquqdur. Bu baxımdan rayon məhkəməsi iddiaçının torpağa hüququnu reyestrdə qeydə aldırmamasına əsaslanmaqla iddia tələbini rədd etməkdə haqlı olmamışdır.

28. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, rayon məhkəməsində işə baxılarkən iddiaçının torpağının zəbt edilmə faktının müəyyən edilməsi ilə bağlı araşdırma ap arılmış iki ekspert rəyi alınmışdır. Həmin rəylər arasında ziddiyyət olmuş, lakin rayon məhkəməsi tərəfindən bu ziddiyyətin aradan qaldırılması üçün iddiaçının təkrar ekspertiza keçirilməsinə dair vəsatətinə baxmayaraq, həmin ziddiyyəti araşdırmadan iddiaçının torpağının zəbt edilməsinin müəyyən olunmamasına əsaslanmaqla iddianı təmin etməmişdir. Halbuki MPM-in 102.2-ci maddəsinə görə məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bununla bağlı apellyasiya baxışı zamanı təkrar torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən edili r ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, 1029 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən ərazi ilə 1030 saylı bağ sahəsi kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan **********78 reyestr nömrəli sahə üst-üstə düşür. Bundan əlavə, mülki iş materiallarında olan «İMZA» Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İEM-1/22 №-li mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən 1029, 1030 və 1031 №-li bağ sahələrinin yerləşdiyi ümumi ərazinin hasardaxili mövcud vəziyyətdə ümumi sahəsinin 0,526 ha təşkil edir. Mövcud müqavilə və çıxarışlara əsasən 1029, 1030 və 1031 №-li bağ sahələrinə aid ümumi torpaq sahəsi 0,64 ha (İddiaçı məxsus ərazi 0,14 ha, Cavabdeh2 məxsus ərazi 0,25 ha, Cavabdeh1 məxsus ərazi 0,25 ha olmaqla) olmalı olduğu halda, naturada həmin ərazinin faktiki sahəsi 0,526 ha olduğu (fərq-0,114 ha) müəyyən olunur (0,64 ha-0,526 ha=0,114 ha)....Belə ki, naturada mövcud olan 0,526 ha torpaq sahəsinin daxilində 0,386 ha hissəsinin (0,193 ha + 0,193 ha) Cavabdeh1 və Cavabdeh2 (1030 və 1031 №-li bağ sahələri), qalan 0,14 ha hissənin isə İddiaçı (1029 bağ sahəsi) aid olduğu müəyyənləşdirilmişdir.....Tədqiq olunan torpaq sahəsinin sol tərəfində 6 metr enində yol nəzərdə tutulduğu, həmin yolun İddiaçı icarəsində olan 0,14 ha torpağın daxilində yerləşdiyi, həmin hissədə isə (Cavabdeh1 məxsus 1031 №-li torpaq sahəsində) 8 metr enində, 15 metr uzunl uğunda tikili inşa edilərək həmin yolun tutulduğu, eyni zamanda ümumi sahəyə girişdən sağda yerləşən 0,02 ha torpaq sahəsinin faktiki olaraq Cavabdeh1 istifadəsində olduğu müəyyən edilir (1-ci cild, i/v 91-100).

29. Beləliklə, hazırkı xx.xx.2025-ci il tarixli ekspert rəyi və mülki işdə olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə iddiaçıya məxsus bağın müəyyən hissəsinin cavabdehlər tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Belə olan halda, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər iddiaçıya məxsus 1029 saylı bağ sahəsinin zəbt olunmuş (tutulmuş) hissəsindən çıxarılmaqla həmin torpaq sahəsi boşaldılmalıdır.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasinin Konstitusiyası 13 və 29-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələri, “Daşınma z əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 85-ci bəndinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tədqiq olunan torpaq sahəsinin sol tərəfində 6 metr enində yol nəzərdə tutulduğu, həmin yolun İddiaçı icarəsində olan 0,14 ha torpağın daxilində yerləşdiyi, həmin hissədə isə (Cavabdeh1 məxsus 1031 №-li torpaq sahəsində) 8 metr enində, 15 metr uzunluğunda tikili inşa edilərək həmin yolun tutulduğu qənaətinə gəlmişdir. Halbuki, iş materiallarında olan Cav abdeh1 aid 486516 №-li qovluqdakı 2012-ci ilə aid Bağ evinin texniki pasportu və torpaq sahəsinin plan sxemində sözügedən tikilinin olduğu təsdiqini tapmışdır. (cild İ, səh. 68) Həmçinin, torpaq sahəsinin plan sxemində torpaq sahəsinin sol tərəfində yol nəzərdə tutulmamışdır. Yol torpaq sahəsinin giriş hissəsinin sol tərəfində deyil, sağ tərəfində mövcud olmuşdur.(cild İ, səh. 68) Həmçinin, Cavabdeh1 DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* №-li Çıxarışda da sahəsi 89,2 kv metr natamam tikili öz əksini tapmışdır. Çıxarışa əsasən torpaq sahəsinin koordinatları müəyyən edilmiş və sözügedən tikilinin həmin koordinatların daxilində yerləşməsi təsdiq olunmuşdur. (cild İ, səh. 11) Bundan başqa, X1 və İstismarı Birliyi ilə Cavabdeh1 arasında 1031 №-li bağa dair 3135 №-li müqavilə xx.xx.2001- ci il tarixdə bağlanmışdır. (cild İ, səh. 74) İddiaçı isə onunla bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə istinad edərək, torpaq sahəsinin on ildən çox müddətdir istifadəsində olduğunu bildirir. (cild İ, səh. 9) Cavabdeh1 isə 1960-ci illərdən həmin torpaq sahəsində yerləşən bağ evində yaşadığını, 1990-cı ildən hasarlanmış sahənin daxilində iddiaçıya məxsus torpaq sahəsinin mövcud olmadığını bildirmişdir. Məhkəmə yerində müayinə etsəydi, iddiaçıya məxsus torpaq sahəsinin qayanın üstündəki ərazidən ibarət olduğunu, həmin torpaq sahəsində iddiaçıya məxsus bağ evinin tikildiyini və həmin bağ evinin ayrıca yola çıxışının mövcud olduğunu müəyyən edə bilərdi. Bundan başqa, iş materiallarında olan cizgi-sxemlərdən göründüyü kimi, iddiaçıya məxsus 1029 №-li torpaq sahəsinin sol tərəfində yol n əzərdə tutulmamışdır. Yol ancaq 1030 №-li torpaq sahəsindən 1031 №-li torpaq sahəsinə keçiddə nəzərdə tutulmuşdur. (cild İ, səh. 28, 31, 37, 46) Bu hal ƏN MEM-nin xx.xx.2022-ci il tarixli, 10/7714 №-li ekspert rəyində də bir daha təsdiqini tapmışdır. (cild İ, səh. 181) Hasarlanmış torpaq sahəsinin sol tərəfində 1990-cı ildən Cavabdeh1 məxsus istixana (parnik) mövcud olmuşdur.

33. Bundan əlavə, məhkəmə icraatı zamanı əldə olunmuş rəylərin qarşılıqlı təhlili iddia tələbinin əsaslılığını təsdiq etmək üçün yetərli olmamaqla özündə bir çox ziddiyyətli məqamları ehtiva edir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 2019-cu ildə verilmiş mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin faktiki sahəsi 0,07002 ha oldu ğu, həmin torpaq sahəsinin ardınca digər Cavabdeh2 məxsus torpaq sahəsinin, sonuncuya məxsus torpaq sahəsinin ardınca isə məhz Cavabdeh1 məxsus torpaq sahəsinin yerləşdiyi qeyd olunmuşdur. Həmin mütəxəssis rəyində cavabdehlərdən hər hansı biri tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hansısa formada zəbt edilməsi ilə bağlı heç bir cümləyə yer verilməmişdir. “İMZA” Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyində isə hər üç torpaq sahəsinin faktiki cəminin 0,526 ha təşkil etdiyi, həmin torpaq sahəsinin daxilində 0,386 ha hissəsinin (0,193 ha + 0,193 ha) Cavabdeh1 və Cavabdeh2 (1030 və 1031 №-li bağ sahələri), qalan 0,14 ha hissənin isə İddiaçı (1029 bağ sahəsi) aid olduğu müəyyənləşdirilmişdir. Belə olan halda iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı id dianın əsassız olduğu nəticəsinə gəlmək olar. “İMZA” Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəy iddiaçı və cavabdehlərə məxsus bağ sahələrinə dair qovluqlardakı bağ sahəsinə dair cizgi-sxemlərə tamamilə zidd verilmişdir. Rəyi mötəbər hesab edilərsə, belə çıxır ki, iddiaçıya məxsus torpaq sahəsi həm digər Cavabdeh2 məxsus torpaq sahəsinin arxasında yerləşməklə yanaşı, həm də hər iki cavabdehə məxsus torpaq sahələrinin sol tərəfi boyunca, eləcə də Cavabdeh1 məxsus torpaq sahəsinin sağ tərəfi boyunca uzanır. Bu isə iddiaçının özünün təqdim etdiyi sübutlarla (plan sxem və.s) belə inkar olunur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10/7714 №-li ekspert rəyində də cavabdehlərin hər hansı biri tərəfindən iddiaçıya məxsus torpaq sahəsin in zəbti faktının müəyyən edilməməsi qeyd olunmuşdur. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas gətirdiyi 10 fevral 2025-ci il tarixli ekspert rəyində isə aşağıdakılar qeyd olunmuşdur: “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, 1029 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən ərazi ilə 1030 saylı bağ sahəsi kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan **********78 reyestr nömrəli sahə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyində qeyd olunanlara əsasən, ümumi sahə daxilindəki bağ sahələri ilə keçid yolu razılaşdırılmaqla və (sahələr) bölgü sxemi təqdim olunması m əqsədəuyğundur. Torpaq sahələrinin koordinatlarını və yerləşmə vəziyyətini əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuş cizgidə göstərilmişdir.” Göründüyü kimi adıkeçən rəydə sadəcə olaraq 7 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyindəki cümlələlərə yer verilmiş, əlavə zəruri araşdırma aparılmadan, iddiaçıya məxsus torpaq sahəsinin hansı hissəsinin, hansı formada və kim tərəfindən zəbt olunduğu qeyd olunmamışdır. Ekspert rəyində tədqiqatın təsviri hissəsində qeyd olunan bəzi cümlələr ekspert rəyinin qeyrimötəbər və qeyri-obyektivliyinə dəlalət edir. Belə ki, ekspert rəyinin müvafiq hissəsində aşağıdakı cümlələrə yer verilmişdir. Baxış keçirilən zaman iddiaçının nümayəndəsi bildirmişdir ki, Cavabdeh1 məxsus 1031 saylı özəl bağ sahəsi “B” tikilisi tərəfdən qeydiyyata alınmalı idi, bu səbəbdən 1029 saylı bağ sahəsinin sahəsi azalmışdır. Göründüyü kimi, müvafiq ekspert rəyində mübahisə tərəflərindən birinin nümayəndəsi tərəfindən ona bildirilən məlumatlar əsas alındığından o, mötəbər sübut kimi qiymətləndirilməməli idi. Buna baxmayaraq apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən məhz bu ekspert rəyini əsas gətirmişdi. Ümumilikdə, yuxarıda qeyd olunan ekspert və mütəxəssis rəylərini təhlil etdikdə iddiaçının iddia tələbini əsassız olması nəticəsinə gəlinir. Apellyasiya məhkəməsi isə nədənsə, mütəxəssis rəyində qeyd olunmuş ümumi və qeyri-konkret cümlələrə istinad edilmiş 10 fevral 2025-ci il tarixli ekspert rəyini əsas götürmüş, iddia tələbinin əsassız olmasına dəlalət edən digər sübutların nəyə görə əsas götürülməməsi hissəsinə heç bir münasibət bildirməmiş, mövcud ziddiyətləri aradan qaldırmamaqla iddia tələbinin təmin edilməli olması barədə nəticəyə gəlmişdir.

34. Həmçinin, apellyasiya məhkəməsinin əsas gətirdiyi digər rəy “İMZA” Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçıya məxsus torpaq sahəsində Cavabdeh1 məxsus tikilinin ucaldılması ilə bağlı olmuşdur. Halbuki iş materiallarının tədqiqi nəticəsində məlum olur ki, iddiaçıya məxsus torpaq sahəsinin ardınca Cavabdeh2, məhz onun ardınca isə Cavabdeh1 məxsus torpaq sahəsi yerləşir. Belə olan halda iddiaçıya məxsus sahəyə çıxışı olmadığı təqdirdə Cavabdeh1 tərəfindən onun torpaq sahəsinin hansı formada zəbt edilməsinin mümkün olması qeyri-müəyyən qalır. (cild İ, səh. 46) Digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yo xdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. İşdə bir neçə ekspert rəyi olduqda, məhkəmə qətnamədə onların hər birinin qəbul edilməsi və ya rədd edilməsi səbəblərini göstərməlidir. Halbuki apellyasiya instansiya məhkəməsi digər ekspert rəylərinin nəzərə alınmaması səbəbini əsaslandırmamış, mövcud ziddiyyətləri və qeyri-müəyyənlikləri aradan qaldırmamışdır.

35. Beləliklə, apellyasiya instansiya məhkəməsi sübutları qiymətləndirərkən mötəbərliliyi şübhə doğuran ekspert rəyinə istinad etmiş, digər ekspert və mütəxəssis rəylərinin niyə nəzərə alınmamalı olması ilə bağlı mövqeyini əsaslandırmadan iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul etmişdir. Ape llyasiya məhkəməsi tərəfindən Cavabdeh1 münasibətdə qətnamə qəbul edilərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Odur ki, məhkəmə qətnaməsindəki qeyri-müəyyənliklər onun qanuni qüvvəyə minəcəyi təqdirdə icrasını da mümkünsüz edəcəkdir.

36. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 1030 saylı ümumi sahəsi 0,25 ha olan bağ sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, **********78 nömrəli çıxarışa əsasən qeydə alı nmışdır və mübahisə meydana çıxan tarixədək hər hansı şəxs tərəfindən mülkiyyət hüququna qarşı hər hansı pretenziya irəli sürülməmiş, mülkiyyət hüququ mübahisələndirilməmiş, hüquqların reyestrini həyata keçirən orqan tərəfindən yuxarıda qeyd edilən çıxarışın ləğvi ilə bağlı hər hansı inzibati və ya məhkəmə icraatı həyata keçirilməmiş, ona verilmiş çıxarış hər hansı məhkəmə qərarı və ya qüvvəyə minmiş inzibati akt əsasında ləğv edilməmişdir.

38. Bundan əlavə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyindən göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsini müəyyən etmək mümkün deyildir. Lakin iddiaçıya məxsus torpaq sahəsinin arxiv cizgisi ilə Cavabdeh2 məxsus torpaq sahəsinin bazada yerləşmə mövqeyi üst-üstə düşür. Digər tərəfdən Bakı Ape llyasiya Məhkəməsi tərəfindən təyin edilmiş və iş üzrə təqdim edilmiş 10 fevral 2025-ci il tarixli rəyə əsasən də hər hansı zəbtin olması müəyyən edilməmiş, sadəcə iddiaçıya məxsus bağ sahəsinə dair bazada olan məlumatların Cavabdeh2 məxsus bağ sahəsinə dair məlumatlarla üst-üstə düşməsi müəyyən edilmişdir.

39. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin qətnaməni “əsaslandırmaq” üçün qətnamənin 75-ci bəndində 10 fevral 2025-ci il tarixli ekspertiza rəyi və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə istinad edərək zəbtin olduğu qənaətinə gəlmişdir. Halbuki 10 fevral 2025-ci il tarixli ekspertiza rəyində sadəcə Cavabdeh2 məxsus torpaq sahəsinə dair baza məlumatları ilə iddiaçıya məxsus baza məlumatlarının üst-üstə düşməsi halı müəyyən edilir. Həmin rəyin əsasını təşkil edən xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyində belə Cavabdeh2 tərəfindən hər hansı zəbtin edilməsi ilə bağlı məsələ öz əksini tapmamışdır. Həmin mütəxəssis rəyində də üstüstə düşmə halı müəyyən edilmişdir ki, bu belə zəbt qənaətinə gəlməyə əsas vermir. Digər tərəfdən məhkəmənin istinad etdiyi xx.xx.2022-ci il tarixli X3 MMC-nin mütəxəssis rəyində belə Cavabdeh2 iddiaçıya məxsus bağ sahəsi və ya ona gedən yolun zəbti ilə bağlı hər hansı hal öz əksini tapmamışdır. Qeyd edilənlərdən də göründüyü kimi məhkəmənin bu nəticəsi əsassızdır.

40. Həmçinin Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində Cavabdeh2 tərəfindən zəbtin həyata keçirilməsini sübuta yetirə bilmədiyindən və əsaslandıra bilmədiyindən məhkəmə aktının nəticə hissəsində də cavabdehin Cavabdeh2 “zəbt etm iş olduğu” hansı hissəni boşaltmasını təbii olaraq qeyd edə bilməməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Yəni cavabdeh hansı hissəni “zəbt etmişdir və hansı hissəni boşatlmalıdır”a dair məhkəmə aktının nəticə hissəsində əsaslandırmada olduğu kimi qeyri-müəyyən və ümumi ifadələrə yer verməklə konkret olaraq qət edilən məsələni göstərə bilməmişdir.

41. İş üzrə təyin edilmiş xx.xx.2025-ci il tarixli iclasda Cavabdeh2 iştirak etmədiyi halda qətnamədə iclasın onun iştirakı ilə keçirildiyi qeyd edilmişdir. Halbuki cavabdeh bununla bağlı məhkəməyə teleqram da göndərmişdir. Bundan əlavə cavabdeh tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət edilərək iş üzrə elektron kabinetə əlavə edilmiş və xx.xx.2025-ci il tarixdə iş materialları ilə tanış olmuşdur. xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edilərək eyni tarixdə daha əvvəl Xızı rayon Məhkəməsində təyin edilmiş məhkəmə iclasının olması və bununla bağlı bildiriş təqdim edərək iclasın keçirilməsinin təxirə salınması xahiş edilsə də, məhkəmə tərəfindən bu hal nəzərə alınmamış və iş üzrə yekun məhkəmə aktı qəbul edilməklə cavabdeh keyfiyyətli hüquqi yardımdan məhrum olunmuşdur. Göründüyü kimi xx.xx.2025-ci il tarixdə işə daxil olmuş və xx.xx.2025-ci il tarixdə iş materialları ilə tanış olmuş nümayəndə olaraq hüquqi yardım strategiyasının qeyd edilən zaman həddində qurulması mümkünsüz idi. Məhkəmə isə bunu fürsətə çevirərək həm cavabdehin, həm vəkilin iştirakı olmadan prosesi “operativ” yekunlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

45. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar is tisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və cavabdehlərin ayrı-ayrılıqda vermiş olduqları kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

53. Belə ki, iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayan apellyasiya məhkəməsi iddianı təmin edərək, yəni Bakı şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi tərəfindən xx.xx.2006-cı il tarixli, 18451 №-li (icarə) müqaviləyə əsasən İddiaçı istifadəsinə ve rilmiş 1029 №-li bağ sahəsinin zəbt olunmuş (tutulmuş) hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaqla həmin torpaq sahəsinin boşaldılması qənaətinə gələrkən hesab etmişdir ki, 1029 nömrəli 0,14 ha bağ sahəsi qanuni əsaslarla iddiaçıya məxsusdur, ekspert rəyinə və «İMZA» Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus bağın müəyyən hissəsinin cavabdehlər tərəfindən tutulmuşdur. İddiaçıya məxsus bağ sahəsinin arxiv cizgisində göstərilən ərazi ilə 1030 saylı bağ sahəsi kimi Cavabdeh2 mülkiyyətində olan sahə üst-üstə düşür. İddiaçı və cavabdehlərə məxsus olan 1029, 1030 və 1031 №-li bağ sahələrinin yerləşdiyi ümumi ərazinin hasardaxili mövcud vəziyyətinə və bağ sahəsinin arxiv cizgisinə görə naturada mövcud olan 0,526 ha torpaq sahəsinin daxilində 0,386 ha hissəsinin (0,193 ha + 0,193 ha) Cavabdeh1 və Cavabdeh2, qalan 0,14 ha hissənin isə İddiaçı aid olduğu müəyyənləşdirilmişdir. Torpaq sahəsinin sol tərəfində nəzərdə tutulmuş 6 metr enində yolun İddiaçı icarəsində olan 0,14 ha torpaq sahəsinin daxilində yerləşdiyi, həmin hissədə isə Cavabdeh1 8 metr enində, 15 metr uzunluğunda tikili inşa edərək həmin yolu tutduğu, eyni zamanda ümumi sahəyə girişdən sağda yerləşən 0,02 ha torpaq sahəsinin faktiki olaraq Cavabdeh1 istifadəsində olması müəyyən edilir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

55. Belə ki, iş materiallarından görünür ki, i ddiaçının və cavabdehlərin icarəsinə Nardaran bağ massivindən verilmiş sənəd üzrə 0,64 ha (0,14 ha + 0,25 ha + 0,25 ha) olan bağ sahəsi bir ərazidə yerləşmişdir. Həmin sahənin ayrıca planı 1960-cı ilin oktyabr ayında tərtib edilmiş və şərti sərhədləri müəyyən olunmuşdur(cild 1, vər. 73).

56. İş üzrə keçirilmiş ekspertiza rəyi və mütəxəssis rəyi ilə hazırda həmin ərazinin hasara alınması və hasardaxili ərazinin faktiki olaraq 0,526 ha olması müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, sənəd üzrə iddiaçının icarəsində olan 0,14 ha torpaq sahəsi həmin hasardaxili ərazildə yerləşir, cavabdehlərə məxsus cəmi 0,50 ərazinin 0,386 ha hissəsi hasardaxili ərazidə, qalan hissəsi isə digər qonşuların istifadəsindədir. Cavabdehlər hasardaxili sahədən iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsi ni (cavabdehlərdən kimin nə qədər sahəni zəbt etməsi aydın deyildir) zəbt etmişlər.

57. Lakin apellyasiya məhkəməsi bu zaman nəzərə almamışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə məxsus 0,25 ha torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi işləri aparılmış, planı və ölçüsühazırlanmış, torpaq sahəsi barədə məlumatlar vahid elektron kadastr baza məlumatlarına daxil edilmiş və sonlda mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Sənəd üzrə 0,64 ha torpaq sahəsinin 0,25 ha hissəsi Cavabdeh1 torpaq sahəsinin və daha beş nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş, bu hal JN – 251 OH KOD 00500056 nömrəli 05 aprel 2002-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş, Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa görə isə onların 0,25 ha torpaq sahəsinə ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 0,64 ha torpaq sahəsinin 0,25 ha hissəsinə isə Cavabdeh2 oğunun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bu barədə Seriya RX ******* nömrəli 06 aprel 2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir.

58. İddiaçı tərəfindən cavabdehilərin torpaq sahələrinə mülkiyyət hüququnu təsdiq edən sənədlər, yəni yuxarıda göstərilən Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, həmin sahələrə dair vahid elektron kadastr baza məlumatları mübahisələndirilməmiş, cavabdehlərin mülkiyyət hüququ üzrə dövlət tərəfindən tanınan və müdafiəsinə təminat verilən torpaq sahəsindən çıxarılma ları barədə iddia qaldırmışdır. İddiaçının torpağa hüququ dövlət reyestrində qeydə alınmasa da, həmin torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olması, həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin presedent hüququ baxımından bu, «qanuni gözləntiyə» malik hüquq olması qənaətinə gədlən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının gözlənilən mülkiyyət hüququnun müdafiəsi üçün ilk növbədə cavabdehlərin dövlət qeydiyyatına alınmış hüquqları mübahisələndirilməli idi.

59. İşdən daha sonra görünür ki, iddianı təmin edən apellyasiya məhkəməsi əsasən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə və «İMZA» Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İEM-1/22 №-li mütəxəssis rəyinə istinad etmiş, həmin rəylərə əsasən iddiaçıya məxsus bağın müəyyən hissəsinin cavabdehlər tərəfindən zəbt edildiyi müəyyən olunması qənaətinə gəlmişdir. Lakin həmin rəylərin təhlili nəticəsində aydın olur ki, mütəxəssislər iddiaçının 0,14 ha torpaq sahəsinin sərhədlərin müəyyən edərkən 0,64 ha torpaq sahəsinə dair 1960-cı ilin oktyabr ayında tərtib edilmiş planına, naturada (hasar daxili) həmin ərazinin faktiki sahəsinin 0,526 ha olmasına və iddiaçının nümayndəsinin bildirdiklərinə əsaslanmış, naturada mövcud olan hasardaxili ərazinin 0,526 ha torpaq sahəsinin daxilində 0,386 ha hissəsinin Cavabdeh1 və Cavabdeh2, qalan 0,14 ha hissənin isə İddiaçı aid olduğunu müəyyənləşdirmişdir. Ekspe rt və mütəxəssis rəylərinə əsas gətirən apellyasiya məhkəməsi cavabdehlərə məxsus torpaq sahələrinin dövlət kadastrının baza məlumatlarına görə müəyyən edilməli olmasını, həmin məlumatların həqiqiliyinin təkzib edilmədiyini, mübahisənin düzgün həlli üçün ilk növbədə baza məlumatlarına əsasən cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin sərhədlərinin müəyyən edilməli olmasını diqqətdən qaçırmışdır.

60. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayı la bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-71/2025 nömrəli iş üzrə 22 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş ye ni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar