Məhkəmə qərarları › İş №2(102)-2432/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2432/2025

07.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2432/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri X8 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhə ri X8 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “özbaşına tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 mart 2025-ci il tarixli 2(103)-163/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu X5 xx.xx.2004-cü il tarixli, 995/1 saylı Sərəncama əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 1.200 m² torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətə ndaş X2 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.

2. Bakı şəhəri Binəqədi rayonu X5 xx.xx.2004-cü il tarixli, 1240 saylı Sərəncama əsasən Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 600 m² boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh1 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır.

3. Bakı şəhəri Binəqədi rayonu X5 xx.xx.2006-cı il tarixli, 1083 saylı Sərəncama əsasən X5 ərazi hüdudlarında Bakı şəhəri sakinləri X2 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 1200 m² torpaq sahəsinin 600 kv.m-nin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilmişdir. 678997 nömr əli kassa mədaxil orderinə əsasən X1 qəsəbə Bələdiyyəsinin hesabına 480 manat məbləğində ödəniş etmişdir.

4. Bakı şəhəri Binəqədi rayonu X5 xx.xx.2007-ci il tarixli, 1348 saylı Sərəncama əsasən X5 ərazi hüdudlarında Bakı şəhəri sakinləri X2 və X10 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 m² torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X10 adına keçirilmişdir.

5. X5 Nümayəndə2 Səttar oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən onun Binəqədi rayon 4-cü Polis Bölməsinə ünvanladığı 01/MP-169 saylı, xx.xx.2023-cü il tarixli ərizəsi X6 baxılmışdır. Şikayətçi olduğu Cavabdeh3 adına rəsmiləşdirilməsi ehtimal olunan X5 (vətəndaşın təqdim etdiyi) 1397 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına əsas hesab edilən digər sənədlər X5 arxiv materiallarında mövcud olmadığından vətəndaş Cavabdeh3 onun mülkiyyətində olan torpaq sahəsinə iddiası əsassızdır. X5 xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən Cavabdeh4 mübahisələndirilən torpaq sahəsini etibarnamə əsasında Cavabdeh1 aldığını bildirmişdir. Digər şəxs Cavabdeh3 mübahisəli torpağa iddialı olsa da, təqdim etdiyi sənədlərin arxiv materiallarının olmadığını bilərək, geri çəkilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəl b edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi rayon X5 1083 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m² olan bələdiyyəyə məxsus torpaq sahələrində cavabdehlərin inşa etdikləri yarım tikililərin cavabdehlərin öz hesabına sökülməsini və bələdiyyə ərazisinə daxil olan özbaşına zəbt etdikləri torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan torpaq sahəsinin su səthi qurudulmuş, xeyli torpaq tökülərək yararlı hala salınmış, mişar daşı ilə hasar çəkilmişdir. Çox da uzaq olmayan vaxtda Cavabdeh3 adlı şəxs gələrək, ona məxsus torpaq sahəsinin sahibi olduğu iddiası ilə əraziyə müdaxilə etmişdir. Mübahisələrinin ilkin araşdırlması X6 apar ılaraq 01/Mp-169 saylı, xx.xx.2023-cü il tarixli məktubla mübahisəli torpaq sahəsinin ona məxsus olduğu öz təsdiqini tapmışdır. xx.xx.2023-cü il tarixində ona məxsus torpaq sahəsini etibarnamə əsasında aldığını iddia edən Cavabdeh4 bu torpağın ona vətəndaşlar Cavabdeh1, Cavabdeh2 tərəfindən satıldığı, həmçinin bunların yanında Anar Sultanovun olduğu məlum olmuşdur. Cavabdehlərin adlarına X6 mübahisələndirilən torpaq sahəsinə aid heç bir torpaq ayırma sənədi qərar və ya sərəncam verilməmişdir.

8. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsinin daş hasarından İ=0,15 metr k ənardan “Azəriqaz” İstehsalat Birliyinin Bakı X14 Departamentinə (BRQİD) məxsus D108mm-lik və D76 mm-lik yerüstü aşağı təzyiqli qaz xəttləri keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsinə əsasən, təhlükəsizlik tədbirləri ilə əlaqədar aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 2 metr, orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə isə 5 metr müəyyən olunmuşdur. Həmin əlavənin “Qeydlər” hissəsinə əsasən, Tikinti Norma və Qaydalarının tələblərinə uyğun olaraq binaların divarları və örtükləri üzrə qaz kəmərlərinin çəkilməsi imkanı istisn a edilmir. Tikinti Norma və Qaydalarının ll-37-76nın 4.18-ci bəndinə əsasən, orta təzyiqli qaz boru kəmərlərinin çəkilişini odadavamlıq dərəcəsi 4-cü dərəcədən aşağı olmayan yaşayış və ictimai binaların xarici divarları ilə və ayrıca inşa edilmiş yanmayan sütunlar (dayaqlar) üzərində nəzərdə tutmağa yol verilir. Bunu nəzərə alaraq bildirirlər ki, mübahisəyə yuxarıda göstərilən hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla baxılması məqsədəmüvafiq hesab edilir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o həmin torpaq sahəsini Ruslandan almış, Ruslan da Rəşadətdən almışdır. Həmin torpaq sahəsinə görə o, 45000 manat pul ödəmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin torpaq sahəsini atası onun üçün 2004-cü ildə almışdır. Lakin torpağı öz adına yox, iş yoldaşı olan Rəşadətin adına almışdır. Sonradan onun ehtiyacı olduğu üçün həmin torpaq sahəsini Ruslan adlı şəxsə satmışdır. O da 2023-cü ilin iyun ayında sözügedən torpağı Ənvərə satmışdır.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon X5 nümayəndəsi Nümayəndə1 iddia tələbinin təmin edilməsinə etiraz etdiyini və həmin torpağın Ənvərə məxsus olduğunu bildirmişdir.

12. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etməyərək, bildirmişdir ki, iddia ona qarşı niyə verildiyini bilmir. Belə ki, o, həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamış və tikili tikməmişdir.

13. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən torpağı Binəqədi Bələdiyyəsinin 1240 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə bələdiyyə tərəfindən onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi onun mülkiyyətinə veriləndə boş olmuşdur. Bir müddətdən sonra o, həmin torpağı Ədalətə, yəni Ruslanın atasına satmışdır.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)347/2024 nömrəli qətnaməsi ilə (hakim X11) iddia tələbi rədd edilmişdir.

15. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb ed ilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ərizəsindən görünür ki, Binəqədi qəsəbə ərazisində olan 600 m² torpaq sahəsinin daş hasarından İ=0,15 metr kənardan “Azəriqaz” İstehsalat Birliyinin Bakı X14 Departamentinə (BRQİD) məxsus D108mm-lik və D76 mm-lik yerüstü aşağı təzyiqli qaz xəttləri keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsinə əsasən təhlükəsizlik tədbirləri ilə əlaqədar aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 2 metr, orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə isə 5 metr müəyyən olunmuşdur. Odur ki, id diaçının həmin torpaq sahəsi barəsində iddia qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur.

16. Məhkəmə öz mövqeyini “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə, Mülki Məcəllənin 152, 157 və 164-cü, Torpaq Məcəlləsinin 66-67-ci, Mülki Prosessual Məcəlləsinin 14, 77, 119 və 217-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli və xx.xx.2010-cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, subyektiv hüququn tətbiqi ilə bağlı işə baxmış məhkəmə, iş üzrə üçüncü şəxsin məhkəməyə elektron qaydada ünvanladığı məktuba istinad etmişdir. Hansı ki, həmin məktubla hansısa subyektiv hüququn olub-olmaması, mülkiyyət hüquqlarının tətbiq edilib-edilməməsi ilə bağlı hallar nəzərdə tutulmur. Qeyd edilən məktubla, tikinti obyektlərinin təhlükəsizlik baxımından inşa olunarkən, müvafiq minimum ölçülərin nəzərə alınması barədə vaxtı ilə AR-nın NK-nin qərarına istinad edilmişdir. Burada hansısa subyektiv hüququn tətbiqi üçün nə hüquqi əsas olmuş, nə də ki, faktiki tərəflər olmamışdır. Ümumiyyətlə, subyektiv hüquq özü bir mücərrəd mənanı kəsb edir ki, bu hüququn hazırki qətnamədə qeyd olunan kimi yanaşılması isə düzgün deyildir. Çünki subyektiv hüquq əşya ilə bağlılığı, ona münasibətdə subyektin hərəkətlərini tənzimləyən bir məqam olaraq müəyyən edilir. Şərt deyil ki, əşyaya mütləq mülkiyyət hüququ olsun və yalnız bundan sonra subyektiv hüquq yaransın. Hətta sahiblik və ya istifadə və yaxud da, gələcəkdə əşya ilə bağlı bəzi hüquqlarını əldə edilməsini özündə əks etdirən, gözlənilən hüquq da subyektiv hüququn olması üçün əsasdır. Bununla belə, işə baxan məhkəmə subyektiv hüququn olmamasını yalnız bir cümlə ilə əhatə etməklə kifayətlənmişdir. Baxmayaraq ki, mübahisəli torpağa dair onun adına xx.xx.2006-cı il tarixli, 1083 nömrəli Sərəncamla mübahisəli torpaq sahəsinin ayrılması təsdiq olunur. Hətta, torpaq sahəsinin planı da Bələdiyyənin özü tərəfindən təsdiq və tərtib edilərək ona verilmişdir. Birbaşa görünür ki, onun mübahisələndirilən torpaq sahəsi üzərində nəzərdə tutulmuş hüqu qları vardır və həmin hüquqların da müdafiəsi üçün onun məhkəməyə müraciət etmək hüququ mövcuddur.

19. İkinci tərəfdən, ona ayrılmış torpaq sahəsinin Sərəncamının 1-ci bəndində qeyd olunur ki, torpaq sahəsi onun sahiblik və istifadəsinə verilir. Hətta bu Sərəncamın tətbiqi ilə bağlı onun 2006-cı il tarixdə ödədiyi pul qəbzi də mülki işin materiallarına əlavə olunmuşdur Nəticə etibarı ilə, işə baxan məhkəmə subyektiv hüququn mövcudluğunu təsdiq edən bir çox sübutlara özü öz qətnaməsində tam formada istinad etdiyi halda, sonradan subyektiv hüququn olmadığını qeyd edir. Subyektiv hüququn olub-olmaması hansısa bir şəxsin fikri və ya mülahizəsi üzərindən tətbiq edilə bilməz. Subyektiv hüquq münasibətinin əsas özülünü təşkil etdiyindən, burada tətbiq olunmalı tərəflər yalnız qanunvericilik və bu qanunvericiliyin mahiyyətindən irəli gələn faktiki sübutlar yer tutmalıdır. Hər hansı bir məktub, mülahizə, etiraz və ya hansısa fikir subyektiv hüququn varlığına təsir edə bilməz. Necə ki, hazırki iş üzrə ən azından ona torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər ola-ola, özü də həmin sənədlərlə birbaşa müəyyən olunur ki, torpaq sahəsi onun sahiblik və istifadəsinə verilir və daha sonra da bu hüquq müəyyənedici sənədlər də məhkəmənin qətnaməsində qeyd edilirsə, deməli subyektiv hüquqla bağlı işə baxmış məhkəmə düzgün tətbiq etməmişdir. Subyektiv hüquqa dair münasibətin tətbiqi bir cümlə ilə deyil, əsaslandırılmış xüsusatlarla qətnamədə öz əksini tapmalıdır. İşə baxan birinci instansiya məhkəməsi subyektiv hüququn olmamasına dair bir cümlə ilə yekun qərara gəlincə, işdə olan digər s übutlara da qiymət verə bilərdi. Belə ki, onun nümayəndəsi tərəfindən məhkəmədə təqdim edilmiş, ancaq iş materiallarına əlavə edilməyən, Binəqədi RPİ-nin 4- cü PŞ-nin təhqiqatçısı, polis polkovnik - leytenantı İsmayıl Mahmudov tərəfindən qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarı, mübahisəli torpaq sahəsinə ilkin olaraq X2 adına ayrılmış Sərəncamın arxiv sənədlərinin mövcudluğu, hansı ki həmin sərəncamdan da irəli gələrək 600 kv.m ona torpaq sahəsinin ayrılması və s., bu kimi digər sənədlər artıq onun subyektiv hüququnun ortada olmasını həm hüquqi cəhətdən təsdiq edir, həm də bir daha onu göstərir ki, subyektiv hüquqa qiymət verilməsi üçün mülki işin içərisində olan sənədlərə istinad etmək kifayət edir. Belə ki, işdə bir çox sənədl ər olmuşdur və onların da bir qismi məhkəmənin qətnaməsində əks olunmuşdur. Bunlardan birincisi elə ona aid olan Sərəncam, arxiv arayışları, ödəniş qəbzi, cavabdehlərdən Cavabdeh1 adına verilmiş, xx.xx.2004-cü il tarixli, 1240 nömrəli Sərəncam və s., bu kimi digər sənədlər olmuşdur. Həmin sənədlərin bir-birilə bağlılığı, birinin digərini təkzib edib-etməməsi, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi və s., bu kimi digər vacib hüquqi tərəflər məhkəmədə araşdırılmamışdır. Nəticədə, həmin sənədlərə, işdə olan sübutlara tam, obyektiv və təfsilatı ilə hüquqi qiymət verilməmişdir. Ancaq üçüncü şəxsin elektron ərizəsi üzərindən subyektiv hüququn olmaması barədə bir cümlə ilə işə yekun vurulmuşdur. Bu da təkcə onun deyil, hətta cavabdehlərdən Cavabdeh1 də hüquqlarını pozmağa yönəlmişdir. Çünki hələ bilinmir ki, mübahisəli torpaq sahəsi konkret kimə aiddir və tərəflərin hər ikisinin əlində iki müxtəlif Sərəncam var. Ola bilsin, hər iki tərəfə müxtəlif yerlərdə torpaq sahələri ayrılmışdır və hər iki sənəd ayrı-ayrı torpaq sahələrinin sənədləridir. Yaxud da tərsinə, torpaq sahəsi bir dənədir və iki şəxsə ayrı-ayrılıqda eyni torpaq sahəsi barədə iki müxtəlif sənəd verilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən, işdə olan sübutlara düzgün qiymət verilməmiş və mübahisə üzrə torpaq sahəsinin naturada yerinin müəyyən olunması, hər iki sərəncamın mübahisəli torpaq sahəsinə aid olub-olmaması məsələləri açıq qalmışdır. O, məhkəmə prosesində olarkən dəfələrlə iş üzrə ekspertizanın keçirilməsini tələb etməsinə baxmayaraq, buna əhəmiyyət verilməmiş və nəticədə işə düzgün baxılmam ışdır. Mülki iş materiallarında olan sübutlardan biri, məhkəmənin özünün müvafiq sorğusu əsasında Bələdiyyə tərəfindən cavablandırılmış, xx.xx.2023-cü il tarixli məktubdur. Həmin məktubun mətni qətnamənin 3-cü səhifəsinin 9-cu abzasında qısa şəkildə göstərilmişdir. Məktubun mahiyyətinə əsasən, cavabdehlərdən Cavabdeh3 adında hansısa sənədin olmadığı, torpaq sahəsini almaması və bu kimi digər hallarla bağlı qeyd olunur. Bununla belə, Cavabdeh3 hazırki iş üzrə onun tərəfindən cavabdeh qismində məhkəməyə cəlb olunmuşdur. Hətta məhkəmə prosesində iştirak edərək, mübahisəli torpaq sahəsində hər hansı bir tikinti işləri aparmadığını vurğulamışdır (qətnamənin 3-cü səhifəsinin 1-ci abzası tam şəkildə). Buradan sual yaranır: Bu məsələnin onun subyektiv hüququna təsiri varmı? Ümumiyyətlə, bu qaydada işə baxılarkən, subyektiv hüququn olmamasına Cavabdeh3 verdiyi ifadənin nə kimi əhəmiyyəti olmuşdur? Bütün bu sual və xüsusatlar işə baxan məhkəmə tərəfindən normal araşdırılmamış və ümumiyyətlə əhəmiyyət verilməmişdir. İşdə olan digər məqam cavabdehlərin özlərinin bir-birlərinə qarşı verdikləri qərəzli izahatlar olmuşdur. Həmin izahat və fikirlər elə məhkəmə qətnaməsinin özündə birbaşa qeyd edilmişdir. Belə ki, cavabdehlərdən Cavabdeh4 qeyd edir ki, torpaq sahəsini O, Cavabdeh2 almışdır. Cavabdeh2 də torpaq sahəsini Cavabdeh1 almışdır (qətnamənin 2-ci səhifəsinin 3-cü abzası tam şəkildə). Deməli, Cavabdeh4 Ruslanı tanımış və 45.000 manat pulu da ona - Ruslana vermişdir. Bu barədə vaxtilə Binəqədi RPİdə izahat verilərkən həmin izahatı ilə eynilik təşkil edir. Daha sonra, Cavabdeh2 bildiri r ki, torpaq sahəsini atası onun üçün 2004-cü il tarixdə almışdır. Ancaq torpaq sahəsi nə onun, nə də ki atasının adına rəsmiləşdirilməmiş və iş yoldaşı Cavabdeh1 adına rəsmiləşdirilmişdir (qətnamənin 2-ci səhifəsinin 4-cü abzası tam şəkildə). Buradan açıq görünür ki, torpaq sahəsinin ümumiyyətlə Rəşadətə aidiyyəti olmamışdır. Əgər Ruslanın verdiyi izahata köklənilsə, onda Rəşadət ancaq rəsmiləşdirilmə üçün istifadə olunub. Lakin Cavabdeh1 verdiyi izahatda belə qeyd olunmur. Əksinə, Rəşadət qeyd edir ki, əslində torpaq sahəsi ona məxsus olmuş və sonradan Cavabdeh2 də onun tərəfindən satılmışdır (qətnamənin 3-cü səhifəsinin 2- ci abzası tam şəkildə). Lakin vaxtı ilə polisdə Rəşadət izahatında qeyd etmişdir ki, torpaq sahəsinin ümumiyyətlə ona aidiyyəti yoxdur, torpaq sahəsi Ruslanın atası Ə dalətə aid olmuşdur. Cinayət işinin rədd olunması barədə Qərar onun nümayəndəsi tərəfindən məhkəmədə təqdim edilmiş olsa da, ancaq həmin qərar barədə qətnamədə heç nə bildirilmir. Baxmayaraq ki, məhkəmədə izahat vermiş cavabdeh başqa formada məhkəməyə məlumat verir, polisdə isə tam başqa izahat verir. Bu isə məhkəmə tərəfindən dəqiqləşdirilmir və nəticədə, işin mahiyyətinə prosessual qaydada düzgün yanaşmanın olmadığı müəyyən olunur. Digər maraqlı məqam isə ondan ibarətdir ki, məhkəmə prosesi zamanı Bələdiyyənin adından çıxış etmiş, Nümayəndə1 ifadəsi qətnamədə düzgün qeyd edilməmiş, daha doğrusu təhrif olunmaqla göstərilmişdir. Belə ki, Nümayəndə1 öz ifadəsində torpaq sahəsinin məhz ona məxsus olduğunu məhkəmədə vurğulamış olsa da, ancaq məhkəmə qətnaməsinin 2-ci səhifəsinin sonuncu abz asında iddia tələblərinə həm etiraz olunduğunun vurğulandığı, həm də torpaq sahəsinin Cavabdeh4 məxsus olduğu yazılmışdır. Lakin Bələdiyyənin nümayəndəsi belə bir izahat verməmişdir. Məhkəmə, mühüm əhəmiyyətli olan faktiki hallardan biri olan torpaq sahələrinin iki, yaxud bir dənə olub-olmamasını, bununla bağlı müvafiq ekspertizanın keçirilməsi nəticəsində bu faktın dəqiqləşdirilməməsidir. İlk öncə, burada ekspertiza təyin edilməli idi və müəyyənləşdirilməli idi ki, torpaq sahəsi onunla cavabdehə (və ya cavabdehlərə) ayrılmış torpaq sahələri ilə eynilik təşkil edirmi? Çünki ola bilsin cavabdehə ayrılmış torpaq sahəsi tam başqa ərazidə, yəni naturada başqa yerdə yerləşir. Belə olan halda, artıq iş üzrə tərəflər arasında olan naturada başqa yerdə yerləşir. Belə olan halda, artıq iş üzrə tərə flər arasında olan mübahisəyə də son qoyulmuş olacaqdır. Yaxud da, torpaq sahəsi eyni olarsa və bu zaman tərəflərə məxsus olan sənədlər üzrə müvafiq qərar qəbul olunmalıdır. Buradan da görünür ki, işə baxmış məhkəmə işin faktiki tərəflərindən biri olan, torpaq sahəsinin (və ya sahələrinin) naturada yerinin müəyyən olunması və onların üst-üstə düşüb-düşməməsi ilə bağlı yekun nəticəni müəyyən etməmişdir. Cavabdeh1 adına hazırlanmış Sərəncamın həqiqi olub-olmaması, müvafiq məhkəmə sorğuları əsasında dəqiqləşdirilməsi həyata keçirilməli olduğu halda, bunun heç biri olunmamışdır. Bu da nəticədə aydınlaşdırılmalı olan növbəti faktın dəqiqləşdirilməməsidir. Çünki cavabdehin adına verilmiş həmin hüquqi sənədlərin düzgünlüyünün dəqiqləşdirilməsi məhkəmənin subyektiv hüquqa aid irəli sürdüyü fikirlə rinin yenidən baxılması üçün əsas şərtlərdən biridir. Birinci instansiya məhkəməsində məhkəmə prosesləri bitdikdən və məhkəmənin qətnaməsi qəbul edildikdən sonra, o, Binəqədi rayon X6n 16.1.2024-cü il tarixli, 02/S 36 nömrəli arayış almışdır. Həmin arayışla bir daha təsdiq edilmişdir ki, onun adına torpaq sahəsinin ayrılması barədə Sərəncam Bələdiyyənin arxivində saxlanılır.

20. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6364 saylı rəyinə əsasən mülki iş materiallarına əlavə edilmiş ilkin torpaqayırma sxemləri sxematik tərtib olduğundan (miqyas, istinad məsafələri, koordinatlar göstərilməyib) həmin ilkin sxemlərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X5 1083 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə İddiaçı verilmiş 600 kv.m. ölçüdə (ilk öncə, X3 1.200 kv.m. torpaq sahəsi ayrılmışdır, həmin sahənin 600 kv.m. hissəsidir) torpaq sahəsi və həmin bələdiyyənin 1240 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə Cavabdeh1 verilmiş 600 kv.m. ölçüdə torpaq sahəsi hansı koordinatlar daxilində yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən təqdim edilən torpaq sahəsinin faktiki olaraq 655.0 kv.m təşkil etdiyi, torpaq sahəsinin üzərində tikilinin olmadığı, torpaq sahəsinin bir tərəfindən 15,3 metr məsafədən yüksək gərginlikli (110 kvt-lıq) elektrik hava xət ti keçdiyi müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarında torpaq sahəsinin dövlət torpağı olması müəyyən edilmişdir. Sahənin balans saxlayıcısı ilə bağlı məlumat aşkar edilməmişdir Sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilməsi və ya Binəqədi Oil şirkətinin ərazisinə düşməsi barədə məlumat yoxdur. Göstərilən 655.0 kv.m sahənin 21 kv.m hissəsinin yüksək gərginlikli (110 kvt-lıq) elektrik xəttinin mühafizəsində yerləşdiyi müəyyən edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-163/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmışdır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, həm iddiaçıya, həm də Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu X5 müvafiq Sərəncamları ilə torpaq sahələri ayrılmışdır. Bu sərəncamlar bələdiyyənin arxivində var, onların hər hansı formada ləğv edilməsi və ya etibarsız hesab edilməsi (olması) müəyyən edilməmişdir. Lakin həmin torpaq sahələri üzərində nə iddiaçı, nə də cavabdehlərin hər hansı birinin mülkiyyət və ya digər əşya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

24. Hazırda iddiaçı Binəqədi rayonu X5 qeyd edilən Sərəncamı ilə ona ayrılmış 600 kv.m. torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini, onlar tərəfindən həmin sahədə qanunsuz olaraq tikinti inşa edildiyini iddia edir və tikintilərin on ların vəsaiti hesabına sökülməsini və onların torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdeh4 iddianı qəbul etmir, hazırda onun istifadə və sahibliyində olduğu torpaq sahəsinin iddiaçıya hər hansı aidiyyətinin olmadığını, iddiaçıya məxsus olmadığını, sahənin müvafiq bələdiyyə sərəncamı ilə Cavabdeh1 mülkiyyətinə verildiyini və bu sahəni etibarnamə əsasında ondan aldığını bildirir. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus olan torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. Bu məqsədlə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı da bu halın təsdiq edilməsi baxımından bir nəticə verməmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı onun tərəfindən qeyd olunan torpaq sahəsinin su səthinin qurudulduğunu, sahəyə xeyli torpaq tökdürməklə yararlı hala salındığını, mişar daşı ilə hasar çəkildiyini bildirsə də, bu işlərin onun tərəfindən görüldüyünü, ümumiyyətlə torpaq sahəsinin onun sahibliyində olduğunu sübuta yetirə bilməmişdir. Halbuki, istinad etdiyi bələdiyyə sərəncamı 2006-cı ilə aiddir və bu baxımdan müddət etibarı ilə torpaq sahəsi iddia qaldırılan tarixə 17 ildir ki, fasiləsiz olaraq onun istifadə və sahibliyində olmalı, 17 ilin qarşılığında bu istifadə və sahiblik öz təsdiqini tapmalı idi. Lakin bu sahənin hazırda Cavabdeh4 sahibliyində olması iddiaçının həmin sahəyə nəinki hər hansı hüququnun yaranmasını, ümumiyyətlə bu sahənin iddiaçıya hər hansı aidiyyətinin olmasını istisna edir

26. Həmçinin, iddiaçının istinad etdiyi X5 xx.xx.2023-cü il tarixli, 01/Mp-169 saylı məktubu da mübahisəli t orpaq sahəsinin ona məxsus olmasını təsdiq edən mötəbər sübut qismində çıxış edə bilməz. Belə ki, onların ikisindən yalnız iddiaçının həmin ərazidə torpaq sahibi olduğu öz təsdiqini tapmış və bu baxımdan bələdiyyənin mövqeyi nəticə etibarı ilə, istisna metoduna əsaslanmışdır. Bu hal, həmin bələdiyyənin Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Belə ki, eyni şəxslər tərəfindən imzalanmış (Rəşad İsayev və Nümayəndə1) bu məktubda iddiaçı və Cavabdeh4 tərəfindən təqdim edilmiş eskiz sxemlərdə hər hansı istinad və koordinat nöqtələrinin olmaması, sahənin hər tərəfdən yaşayış evləri ilə əhatə olunması səbəbindən sahənin tərəflərdən hansı birinə məxsus olmasının müəyyən edilməsinin Bələdiyyənin imkanları xaricində olduğu göstərilmişdir. Hər bir halda, torpaq sahəsi həqiqətən də iddiaçıya məxsus olsa idi bələdiyyə ən azı həmin, yəni xx.xx.2023-cü il tarixli məktubuna istinadən bu halı təsdiq etmiş olardı. İddiaçı öz mövqeyinin əsaslığını həmçinin, sərəncama uyğun olaraq tərtib edilmiş torpaq sahəsinin situasiya planına istinadən sübuta yetirməyə çalışır və bununla bağlı ekspert rəyində qeyd edilən yüksək gərginlikli (110 kvt-lıq) elektrik hava xəttinin onun planında öz əksini tapdığını vurğulayır. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh1 aid xx.xx.2004-cü il tarixli sərəncama əsasən tərtib edilmiş situasiya planında da yüksək gərginlikli elektrik xətti göstərilmişdir.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hüquqi nəticə etibarı ilə hazırda Cavabdeh4 sahibliyində olan torpaq sahəsinin məhz Bakı şəhəri Binəqədi r ayonu X5 xx.xx.2006-cı il tarixli, 1083 saylı Sərəncamına əsasən onun istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsi olduğunu sübuta yetirə bilmir.

28. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2,157.8, 158.4, 159, 163.1, 164.1, 164.2, 165.1 və 166.3-cü, Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci və 2-ci hissəsinə, 67-ci maddəsinin 1-ci, 3 və 4-vü hissələrinə MPM-in 14.1 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edi lmişdir ki, birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya instansiyası iddia tələblərinin rədd olunmasını yalnız subyektiv hüquqla bağlı etməmişdir. Əgər birinci instansiya məhkəməsi iddia tələbləri üzrə İddiaçı subyektiv hüququnun olmamasını əsas gətirmişdirsə, apellyasiya instansiyası mübahisəli torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkünsüzlüyünü əsaslandırmışdır. Məhkəmə bu istiqamətdə iş görərək, əvvəlcə ekspertiza təyin etmiş və ekspertin rəyində torpaq sahələrinin koordinatlarının olmamasını irəli atmaqla, torpaq sahəsinin yerinin müəyyən olunmamasını əsaslandırmasına görə iddia tələblərini rədd etmişdir. İşin mübahisəsiz tərəfi budur ki, iddiaçı ilə cavabdehə ayrılmış torpaq sahələri vaxtı ilə bələdiyyənin müvafiq sərəncamları ilə ayrılmış və həmin torpaq sahə lərinin mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sənəd yoxdur. Əgər ekspert torpaq sahələrinin yerini müəyyən edə bilmirsə (koordinat nöqtələrinin olmaması səbəbindən), deməli yerdə baxış keçirilməli, hər iki tərəfə verilmiş eskiz-cizgi (sxemlər) üzərindən torpaq sahələrinin yerləşmə yerləri müəyyən olunmalıdır. Bununla bağlı iddiaçı tərəfindən 25 fevral 2024-cü il tarixdə verilmiş vəsatətə də əhəmiyyət verilməmişdir. Buna baxmayaraq, mübahisəli torpaq sahələrinin naturada yerlərinin dəqiq göstərilməsi və (və ya) hər iki torpaq sahəsinin konkret olaraq hansı tərəfə aid olması üçün mütləq bələdiyyənin yerli baxışda işitrakı mühümdür. Belə ki, bələdiyyənin hələ 13 fevral 2024-cü il tarixli, 01/B-37 nömrəli cavab məktubunda qeyd edilir ki, hər iki torpaq sahəsinin coğrafi hüdudları fər qli sahələrə düşür, yəni fərqli-fərqli yerlərdə yerləşir.

31. Bundan sonra, Bələdiyyənin xx.xx.2025-ci il tarixli, 02/MP-35 nömrəli məktubu ilə hakim Fuad Abdıyevə ünvanladığı rəsmi məktubda torpaq sahəsinin kimə məxsus olmasının müəyyən edilməsinin bələdiyyənin imkanı xaricində olması bildirilmişdir. Hakimin və tərəflərin işitrakı ilə yerdə baxışın keçirilməsi labüddür və özü də bu bələdiyyənin iştirakı ilə onlarda olan daxili xəritə və ya digər hüquq müəyyənedici sənədlərin araşdırılması ilə aparılmalı və yekunda mübahisəli torpaq sahəsinin hansı tərəfə ayrıldığı dəqiqləşdirilməlidir. Bu yuxarıda göstərilən xüsusatlara işə baxan hakim hüquqi qiymət verməmişdir. Yalnız iş üzrə ekspertin rəyini əsas gətirmişdir. Əlbəttə ki, ekspert rəyində mübahisəli torpaq sahəsinin, eləcə də hər iki tərə fə ayrılmış torpaq sahələrinin koordinat nöqtələri yoxdur və bu da işin təkzib olunmayan tərəfidir. Ekspertin rəyindən istifadə edən məhkəmə isə qətnamədə göstərir ki, torpaq sahəsinin iddiaçıya aid olmasını İddiaçı sübut edə bilməmişdir. Ancaq iş materiallarında hüquqi sənədlər üzərindən torpaq sahəsini İddiaçı aid olması tam şəkildə öz təsdiqini tapir. Bununla belə, torpaq sahəsini ayırarkən, sxem-cizgi və bu kimi digər sənədlər hazırlamışdırsa, deməli torpağın naturada yerini bələdiyyə yaxşı bilir, sadəcə olaraq qarşı tərəflə qanunsuz və əsassız əlaqəyə girməklə, cavabdehlərə kömək edəcəyini vəd etdiyindən, bu qaydada məhkəməyə cavablar yazır. Eləcə də, dəfələrlə İddiaçı ilə birlikdə məhkəmə proseslərinin aparıldığı vaxtlarda torpaq sahəsinin məhz İddiaçı aid olduğunu qeyd etmişdir.

32. Binəqədi rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərkən, qeyd olunmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi subyektiv hüququn olmamasına dair bir cümlə ilə yekun qərara gəlincə, işdə olan digər sübutlara da qiymət verə bilərdi, hansı ki, həmin sənədlərlə bir daha təsdiq edilir ki, iddiaçının mübahisəli torpaq sahəsinə konkret subyektiv hüququ vardır. Belə ki, iş üzrə iddiaçının nümayəndəsi tərəfindən məhkəmədə təqdim edilmiş olsa da, ancaq iş materiallarına əlavə edilməyən, Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis polkovnik - leytenantı İsmayıl Mahmudov tərəfindən qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarı, mübahisəli torpaq sahəsinə ilkin olaraq X2 adına ayrılmış Sərəncamın arxiv sənədlərinin möv cudluğu, hansı ki həmin sərəncamdan da irəli gələrək 600 kv.m iddiaçıya torpaq sahəsinin ayrılması və s., bu kimi digər sənədlər artıq iddiaçının subyektiv hüququnun ortada olmasını həm hüquqi cəhətdən təsdiq edir, həm də bir daha onu göstərir ki, subyektiv hüquqa qiymət verilməsi üçün mülki işin içərisində olan sənədlərə istinad etmək kifayət edir. Odur ki, hazırki mübahisə üzrə subyektiv hüququn olmaması barədə sadəcə bir cümlə ilə qeyd etmək və bunun da nəticəsində ümumilikdə iddia tələblərinin rədd olunması, artıq haqqında danışılan məhkəmə qətnaməsinin AR-nın Konstitusiyasının 13-cü maddəsinin tələbləri tam şəkildə pozulmasını birbaşa özündə əks etdirmişdir. Çünki hər bir halda, mübahisəli torpaq sahəsinə iddiaçının gözlənilən mülkiyyət hüquqları vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

34. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

35. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

36. Maddə 163.1. Sahib lik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

37. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

38. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

39. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucud an pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

40. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:

41. Maddə 66 (İ hissə) Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

42. Maddə 66 (İİ hissə) Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

43. Maddə 67 (İ hissə) Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

44. Maddə 67 (İİİ hissə) Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hü quqların dövlət qeydiyyatına alınması məcburidir.

45. Maddə 67 (İV hissə) Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki Prosessual Məcəllə

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara v ə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlər indən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirilən həmin akt bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma yetərli olmuşdur, bu səbəbdən onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırması yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişd ir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

59. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

60. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış və onların dəlillərinə hüquqi qiymət verilmiş, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-32/2025 nömrəli iş üzrə, 03 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar