Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2438/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti cəlb edilməklə) ilk, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, pulun və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti cəlb edilməklə) qarşılıqlı iddialar barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)11213/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı əmək müqaviləsi əsasında "xxxx" ASC-də 1 sentyabr 2010-cu il tarixd ən 1 sentyabr 2011-ci il tarixdən 1 il müddətinə baş inspektor vəzifəsinə işə qəbul edilmişdir.
2. Tərəflər arasında bağlanan 5 yanvar 2012-ci il tarixli əmək müqaviləsi əsasında iddiaçı 3 ay müddətinə X8 şöbəsinə böyük mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, 227 (iki yüz iyirmi yeddi) manat məbləğində əmək haqqına əlavə müəyyən edilmişdir. 3. 17 sentyabr 2012-ci il tarixdə iddiaçı Mərkəzi aparat Administrativ işlər şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmiş, 2546 (iki min beş yüz qırx altı) manat məbləğində əmək haqqı müəyyən edilmişdir. 4. 7 yanvar 2013-cü il tarixdə işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 16A kateqoriyasına müvafiq olaraq 3305 (üç min üç yüz beş) manat məbləğində əmək haqqı ödənilməsi razılaşdırılmışdır. 5. 1 aprel 2013-cü il tarixdə iddiaçı mərkəzi a paratın direktor müavini vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı olaraq 3760 (üç min yeddi yüz altmış) manat məbləğində müəyyən edilmişdir. 07 yanvar 2014-cü il tarixdə əmək müqaviləsinin müddəti 3 ay uzadılmışdır. 6. 17 fevral 2014-cü il tarixdə iddiaçı inzibati və təsərrüfat işləri xidmətinə rəhbər vəzifəsinə işə qəbul edilmişdir. 01 dekabr 2016-cı il tarixdə bağlanmış əmək haqqı 2391 (iki min üç yüz doxsan bir) manat məbləğində müəyyən edilmişdir. 7. 19 dekabr 2016-cı il tarixdə bağlanmış Əmək müqaviləsinə XXX nömrəli Əlavə əsasında iddiaçı təşkilat-analitik departamentinə baş mütəxəssis vəzifəsinə keçirilmiş, Departament direktoru tərəfindən verilmiş tapşırıqları icra edilməsi, Cəmiyyətin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və cəmiyyətin rəhbəri tərəfindən verilmiş tapşırıql arın yerinə yetirilməsi və iş prosesindən irəli gələn digər vəzifələri icra etmək kimi vəzifə öhdəlikləri müəyyən edilmişdir. Əmək haqqı 2400 (iki min dörd yüz) manat məbləğində müəyyən edilmişdir. 8. 1 may 2017-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə XXX nömrəli Əlavə əsasında işçiyə təşkilat-analitik departamentinin müdiri vəzifəsi üzrə əmək funksiyalarının icrası həvalə edilmiş, Baş icraçı direktorun əmr, qərar və sərəncamlarının struktur bölmələri tərəfindən icra olunmasına nəzarətinin həyata keçirilməsinin təşkilati cəhətdən təmin edilməsi, Korporasiyanın inzibati-təsərrüfat işlərinin təşkili, əmlakından məqsədyönlü və düzgün istifadə edilməsinin təşkili və nəzarətinin həyata keçirilməsi, Cəmiyyətin rəhbəri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi, iş prpinsipindən irəli gələn digər vəzifələrin icrası funksiyaları həvalə edilmiş, işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 700 (yeddi yüz) manat məbləğində əmək haqqı müəyyən edilmişdir. 9. 1 iyun 2017-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə XXX nömrəli Əlavə əsasında işçi təşkilat-analitik departamentinə müdir vəzifəsinə keçirilmiş, Baş icraçı direktorun əmr, qərar və sərəncamlarının struktur bölmələri tərəfindən icra olunmasına nəzarətinin həyata keçirilməsinin təşkilati cəhətdən təmin edilməsi, Korporasiyanın inzibati-təsərrüfat işlərinin təşkili, əmlakından məqsədyönlü və düzgün istifadə edilməsinin təşkili və nəzarətinin həyata keçirilməsi, Cəmiyyətin rəhbəri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi, iş prpinsipindən irəli gələn digər vəzifələrin icrası həvalə edilmiş, əmək ha qqı 3100 (üç min yüz) manat məbləğində müəyyən edilmişdir. 10. 15 yanvar 2019-cu il tarixdə bağlanmış Əmək müqaviləsinə XXX nömrəli Əlavə əsasında iddiaçı xidmət şöbəsinə müdir vəzifəsinə keçirilmiş, işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 4000 (dörd min) manat məbləğində əmək haqqı müəyyən edilmişdir. 11. 18 fevral 2019-cu il tarixdə iddiaçı Mərkəzi Aparata rəhbər vəzifəsinə keçirilmiş, hər ay vergilər və digər ödənişlər daxil olmaqla 4280 (dörd min iki yüz səksən) manat məbləğində əmək haqqı müəyyən edilmişdir. 12. "xxxx" ASC tərəfindən İddiaçı məktub ünvanlanaraq bildirilmişdir ki, ən son təqdim olunmuş xəstəlik vərəqəsinin verilməsindən 1 ay keçməsinə baxmayaraq İddiaçı tərəfindən xəstəliyin davam etməsi ilə əlaqədar Korporasiyaya heç bir sənəd təqdim olunmamış və bun unla yanaşı o, işə gəlməmişdir. 3 iş günü ərzində Korporasiyaya 16.03.2021-ci il tarixdən sonrakı dövr ərzində əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar hər hansı sənəd təqdim olunmazsa, bu hal üzürsüz iş yerinə gəlməmə və bu barədə iş yerinə məlumat verməmə kimi nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun müvafiq tədbirlər görüləcəkdir. Lakin, göndəriş çatdırılmadan geri qaytarılmış, göstərilmişdir ki, yaşayış evlərinin üzərində nömrələnmə olmadığı üçün ünvanı müəyyən etmək mümkün olmamışdır. 13. "xxxx" ASC-nin Baş İcraçı direktoru XXX əmək müqaviləsinə xitam verilməsi barədə 90 nömrəli 26 aprel 2021-ci il tarixli əmrə əsasən, X1 daxili nizam-intizam qaydalarını və eləcə də, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 26.04.2021-ci il tarixdən xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. X4 istifadə etmədiyi əmək məzuniyyəti günlərinə uyğun son haqq-hesab ödənilməsi əmr edilmişdir.
14. Tərəflər arasında bağlanan XXX saylı 1 sentyabr 2010-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, müqavilənin premetini əmək prosesində 18 yaşına çatmış işçinin və işəgötürənin bir-birinə vurduqları maddi ziyanın əsaslarını müəyyən etmək, vurulmuş zərərin həcmini, zərərin ödənilməsini və müqavilə tərəflərinin əmək hüquqlarının həyata keçirilməsinin Azərbaycan Respublikası Əmək və Mülki Qanunvericiliyinin tələbləri daxilində təmin edilməsi ilə əlaqədar yaranan münasibətlər təşkil edir.
15. AS 103/0618 nömrəli 21.06.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, "xxxx" ASC (bundan sonra satıcı) Nizamnamə əsasında fəaliyyət göstərən Baş İcraçı direktor X13 və alıcı X18 müqavilə bağlayaraq Lexus LX 570 minik markalı **-AA-*** i/o avtomobili satıcı satmış, alıcı isə müqavilədə qeyd olunan məbləği ödəyərək almışdır. Avtomobilin qiyməti vergilər daxil 42500 manat təşki etmişdir.
16. AS 06/0121 nömrəli 03.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC (bundan sonra satıcı) Nizamnamə əsasında fəaliyyət göstərən Baş İcraçı direktor X13 və alıcı X7 müqavilə bağlayaraq Hyundai İX-35 minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili satıcı satmış, alıcı isə müqavilədə qeyd olunan məbləği ödəyərək almışdır. Avto mobilin qiyməti ƏDV daxil 3894 manat təşki etmişdir.
17. SN 0006 seriyalı XXX nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 10.08.2020-16.08.2020, 17.08.2020-19.08.2020, 20.08.202031.08.2020, 01.09.2020-12.09.2020-ci il aralığında işdən azad edilir.
18. SN 0006 seriyalı XXX nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 13.09.2020-19.09.2020, 20.09.2020-26.09.2020, 27.09.202003.10.2020,04.10.2020-10.10.2020-ci il aralığında işdən azad edilir.
19. SN 0006 seriyalı XXX nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 11.10.2020-17.10.2020, 18.10.2020-24.10.2020, 25.10.202001.11.2020,02.11.2020-14.11.2020-ci il aralığında işdən azad edilir.
20. SN 0006 seriyalı XXX nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 15.11.2020-20.11.2020, 21.11.2020-26.11.2020, 27.11.202002.12.2020,03.12.2020-09.12.2020-ci il aralığında işdən azad edilir.
21. SN 0006 seriyalı XXX nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 10.12.2020-11.12.2020, 11.12.2020-23.12.2020, 24.12.202030.12.2020, 31.12.2020-13.01.2021-ci il aralığında işdən azad edilir.
22. SN 0006 seriyalı XXX nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 14.01.2021-20.01.2021, 21.01.2021-28.01.2021, 29.01.202105.02.2021, 06.02.2021-12.02.2021-ci il aralığında işdən azad edilir.
23. SN 0006 seriyalı XXX nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 13.02.2021-19.02.2021, 20.02.2021-28.02.2021, 01.03.202108.03.2021, 09.03.2021-16.03.2021-ci il aralığında işdən azad edilir. 2
4. SN 0007 seriyalı XXX nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 17.03.2021-24.03.2021 25.03.2021-01.04.2021, 02.04.202109.04.2021, 10.04.2021-17.04.2021-ci il aralığında işdən azad edilir.
25. SN 0007 seriyalı XXX nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 18.04.2021-25.04.2021 25.04.2021-04.05.2021-ci il aralığında işdən azad edilir.
26. SN 0007 seriyalı XXX nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 05.05.2021-.07.05.2021 08.05.2021-10.05.2021-ci il aralığında işdən azad edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
27. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun əmək müqaviləsinə xitam verilməsi barədə 26.04.2021-ci il tarixli əmrin ləğv edilməsi və öz vəzifəsinə bərpa olunması, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr, yəni xəstə olduğu dövrlər üçün həmin xəstəlik vərəqələrinə görə verilməyən və istifadə etmədiyi 74 günlük məzuniyyətə görə verilməli olan pulun hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması və iddiaçıya vurulmuş 5000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC-də 02.04.2007-ci il tarixdən əmək müqaviləsinə əsasən işə qəbul edilmişdir. Həmin tarixdən 26.04.2021-ci il tarixədək müxtəlif vəzifələrdə (baş inspektor, böyük mütəxəssis, şöbə rəisi, direktor müavini, inzibati və təsərrüfat işlərinə rəhbər, xidmət şöbəsinə müdir) çalışmışdır. Son olaraq 18.02.2019-cu il tarixli 13 nömrəli əmək müqaviləsinə əsasən mərkəzi aparata rəhbər vəzifəsinə keçirilmiş və aylıq əmək haqqı 4280 manat müəyyən edilmişdir. 26.04.2021-ci il tarixli əmrlə xəstə olduğu dövrdə işəgötürən tərəfindən əmək hüquqları kobud şəkildə pozularaq əmək müqaviləsinə “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması” əsası ilə xitam verilmişdir. Həmin əmr ona ümumiyyətlə təqdim edilməmişdir və əmrdən yalnız elektron qaydada şəxsi kabinetinə daxil olarkən xəbərdar olmuşdur. Həmçinin işdən azad olunarkən ona verilməli olan son haqq-hesab verilməmiş, istifadə etmədiyi 74 günlük 7 978 manat məbləğində məzuniyyət pulları ona verilməmiş, əmək kitabçası ümumiyyətlə ona təqdim edilməmişdir. Bununla belə o, 10.08.2020-ci il tarixdən 08.05.2021-ci il tarixədək müxtəlif diaqnozlarla xəstə olmuş və bununla əlaqədar olaraq qanuna müvafiq qaydada müalicə müəssisəsinin əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsinə uyğun olaraq işdən azad edilmişdir və bütün xəstəlik vərəqələri lazımi qaydada və vaxtında "xxxx" ASCyə təqdim edilmişdir. Lakin həmin xəstəlik vərəqlərinə görə hesablanıb ona verilməli olan 25000 (iyirmi beş min) manat məbləğində pulu ala bilməmişdir. Əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün borcu ümumilikdə 32978 (otuz iki min doqquz yüz yetmiş səkkiz) manat təşkil edir. Onun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin kobud surətdə poz ulması ilə xitam verilmiş, bununla da onun əmək hüquqları işəgötürən tərəfindən kobud və qərəzli şəkildə pozulmuşdur. O, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar, iztirablar keçirmişdir. İllərini verdiyi əmək müəssisəsinin ona qarşı etdiyi bu hörmətsiz, qayğısız, etinasız davranış onun üçün dözülməz və qəbul edilməzdir. Üstəlik cavabdeh ağır ürək əməliyyatı keçirdiyi dövrdə əmək müqaviləsinə heç bir xəbərdarlıq etmədən xitam vermişdir.
29. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə ümumilikdə 63500 (altmış üç min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" ASC-yə ödəni lməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
30. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin keçmiş əməkdaşıdır. X6 11.11.2008-ci il tarixdə əmək müqaviləsinə əsasən, Korporasiyaya işə qəbul edilmiş, 26.04.2021-ci il tarixdə isə Azəraycan Respublikasının Əmək Məcəlləsinin 72-i maddəsinə əsasən onun əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Belə ki, cavabdeh fəaliyyəti dövründə öz vəzifə mövqeyindən sui-istifadə edərək, özünə müəyyən imtiyazlar tətbiq etmiş, özünə yaxın olan şəxslərə güzəştlər etməklə Korporasiyanın mülkiyyətində olan əmlakların dəyərindən aşağı qiymətə onların xeyrinə özgəninkiləşdirilməsinə şərait yaratmış və bununla da Korporasiyaya xeyli miqdarda maddi ziyan vurmuşdur. Bununla bağlı cava bdehin iş fəaliyyəti dövrü yoxlanılmış, pozuntular aşkar edilmiş və nəticəsi barədə X17 Komitəsinin 25.12.2020-ci il tarixli hesabatı tərtib edilmişdir. Həmin hesabatdan görünür ki, Korporasiya ilə X18 arasında bağlanmış 21.06.218-ci il tarixli AS 103/1068 nömrəli alqı-satqı müqaviləsinə əsasən,”Lexus LX 570” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil 42500 (qırx iki min beş yüz) manat məbləğində satılmış, lakin vəsait bu günə qədər Korporasiyaya ödənilməmişdir. Həmin alqı-satqını İddiaçı özü təşkil etmişdir. Korporasiya ilə X7 arasında bağlanmış 03.03.2020-ci il tarixli AS 06/0121 nömrəli alqı-satqı müqaviləsinə əsasən, “Hyundai İX-35” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 3894 manat məbləğində satılmışdır. Həmin avtomobilə təbiət hadisəsi, yəni küləyin iri gövdə li ağacı qıraraq üzərinə aşırması nəticəsində ciddi ziyan dəymişdir. Həmin avtomobil "xxxx" ASCdə 625 manat məbləğində sığorta haqqı ödənilməklə “Kasko” sığorta olunmuşdur. Qəzadan sonra avtomobilin təmiri üçün sığorta şirkətinə müraciət olunmamış və nəticədə avtomobil qalıq dəyərindən aşağı satılmışdır. “Hyundai İX-35” markalı avtomobilin həmin dövrə bazar qiyməti 25000 manat civarında dəyişib, bununla Korporasiyaya 21000 manat maddi ziyan dəymişdir. Göründüyü kimi İddiaçı təqsirli hərəkətləri nəticəsində Korporasiyaya ümumilikdə 63500 manat məbləğində maddi ziyan vurulmuşdur. Eyni zamanda İddiaçı ilə Korporasiya arasında 11.11.2008-ci il tarixli tam maddi məsuliyyət barədə müqavilə imzalanmışdır.
31. Məhkəmə araşdırması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmə ti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir
32. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 2(005)3077/2021 nömrəli iş üzrə 7 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı "xxxx"ASC-nin Baş İcraçı direktoru XXX 90 nömrəli 26 aprel 2021-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı "xxxx" ASCnin Mərkəzi Aparat rəhbəri vəzifəsinə işə bərpa edilməsi, İddiaçı 26 aprel 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün işə bərpa olunduğu vaxtadək ödənilməli olan əmək haqqının hesablanaraq ödənilməsinin "xxxx" ASC-yə həvalə edilməsi, əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr, yəni xəstə olduğu dövrlər üçün həmin xəstəlik vərəqələrinə görə verilməyən və istifadə etmədiyi məzuniyyə tə görə verilməli olan pulun hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmiş, ilkin iddia qalan hissədə, qarşılıqlı iddia tələbi isə tamamilə təmin edilməmişdir.
33. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Baş İcraçı direktoru XXX əmək müqaviləsinə xitam verilməsi barədə 90 nömrəli 26 aprel 2021-ci il tarixli əmri əmək qabiliyyətini müvəqqəti itirən işçi barəsində olduğundan qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. Ona görə də qeyd edilən əmr əsaslı deyildir. məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçının iddia tələbinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Məhkəmə ilkin iddia tələbinin onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr, yəni xəstə olduğu dövrlər üçün həmin xəstəlik vərəqələrinə görə verilməyən və istifadə etmədiyi 74 günlük məzuniyyətə görə verilməli olan pulun hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə təmin olunmalıdır.
34. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir.
35. Qarşılıqlı iddia tələbi ilə bağlı hiss ədə məhkəmə qeyd etmişdir ki, "xxxx" ASC və İddiaçı arasında bağlanan XXX saylı 01 sentyabr 2010-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. "xxxx" ASC həmin müqaviləyə istinad edərək İddiaçı vurulmuş zərərin ödənilməsini tələb edir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının zərərin əsası kimi istinad etdiyi AS XXX nömrəli 21.06.2018ci il tarixli və AS XXX nömrəli 03.03.2020-ci il tarixli alqı-satqı müqavilələrində "xxxx" ASC adından Baş İcraçı direktor X13 imza etmişdir. İddiaçı əmlakları sataraq müəssisəyə maddi ziyan vurulması sübuta yetirilməmişdir.
36. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələri, Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsi, 3-cü maddəsi, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddənin “Ç” bəndi, 72-ci maddəsi, 74-cü maddəsinin 2-ci hissəsi, 79-cu maddənin 1-ci hissəsi, 200, 287, 292, 300cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
37. Qətnamədən ilk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. Apellyasiya şikayəti onunla əsaslandırılmış dır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. İşin baxışı və onun qiymətləndirilməsi zamanı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin bir çox maddəsinin tələblərinə zidd mövqe tutmuş və onu düzgün tövsif, təfsir və tətbiq etməmişdir. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməli, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. X5 11.11.2008-ci il tarixdə əmək müqaviləsinə əsasən ”Korporasiya"ya işə qəbul edilmiş və 1 8.02.2019-cu il tarixdə mərkəzi aparata rəhbər vəzifəsinə keçirilmişdir. X2 müxtəlif diaqnozlarla xəstə olduğunu bildirmiş, 10.08.2020-ci il tarixdən etibarən işə gəlməmiş və bununla bağlı vəzifə Öhdəliklərinin icrasında nöqsanların olması barədə Korporasiyada əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən cavabdehin fəaliyyəti dövrü yoxlanılmış, nəticədə çoxsaylı pozuntular aşkar edilmiş və yoxlama ilə bağlı X17 Komitəsinin 25.12.2020-ci il tarixli hesabatı tərtib edilmişdir. 26.04.2021-ci il tarixdə isə Azərbaycan Respubikası Əmək Məcəllənin 72-ci maddəsinə əsasən onun əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə "Korporasiya'nın təqdim etdiyi sübutlar və dəlillər tam əsaslıdır. Lakin sənədlərin, işin hallarına tam uyğun gəlməsinə və s übuta yetirilməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Bütün yuxarıda qeyd olunanlardan və əmək Məcəlləsinin 288-ci maddəsinin d) bəndinə əsasən, müəyyən olunur ki, hazırki iddianın predmeti pul tələbi deyil, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi tələbidir ki, bu tələb Əmək Məcəlləsinin 288-ci maddəsinin d) bəndinə əsasən Fərdi Əmək mübahisəsidir, əmək mübahisəsinin həllinə dair iddia müddətləri isə 1 ay kimi müəyyən olunmuşdur. Lakin iddiaçı 1 aylıq iddia müddətini ötürmüşdür. Məhkəmənin iddiaçıya avqust 2020-ci il tarixdən mart 2021-ci il tarixədək ödənilməmiş əmək haqqının ödənilməsi və gecikdirilmələrə görə ödənişin verilməsi barədə qənaəti də tam əsassız və qanunsuzdur.
39. Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-11213/2021 nömrəli 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, "xxxx" ASC-nin Baş İcraçı direktoru XXX əmək müqaviləsinə xitam verilməsi barədə 90 nömrəli 26 aprel 2021-ci il tarixli əmri əmək qabiliyyətini müvəqqəti itirən işçi barəsində olduğundan qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. Ona görə də qeyd edilən əmr əsaslı deyildir.
41. Apellyator apellyasiya şikayətində ilkin iddia üzrə iddiaçının 1 aylıq iddia mü ddətini ötürüldüyünü qeyd etsə də, iş materialları ilə bu hal təkzib olunur. Belə ki, ilkin iddia üzrə iddiaçı 25.05.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə onun əmək müqaviləsinə xitam verilməsi barədə 26.04.2021-ci il tarixli əmrin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməklə 1 aylıq müddəti ötürməmişdir. Ona görə də kolegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz.
42. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələri, Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsi, 3-cü maddəsi, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddənin “Ç” bəndi, 72-ci maddəsi, 74-cü maddəsinin 2-ci hissəsi, 79-cu maddənin 1-ci hissəsi, 200, 287, 292, 300cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
43. Cavabdeh "xxxx" ASC (vəkil X9) həmin qətnamədən kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək mübahisəsinin həllinə dair iddia müddətləri 1 ay müəyyən olunmuşdur. Lakin iddiaçı 1 aylıq idd ia müddətini ötürmüşdür. Bu halı məhkəmə iclasında məhkəmənin diqqətinə çatdırsalar da, işə baxan hakim bu hala qiymət verməmişdir. Məhkəmə qətnaməsinin qanuni və əsaslı olması, Mülki Prosessual məcəllədə inperativ tələblərindən biri kimi təsbit olunsa da, işə baxan məhkəmə tərəfindən bu normaya ümumiyyətlə əməl edilməmişdir. Məhkəmə prosesi zamanı cavabdeh tərəf, iddia tələbində qeyri dəqiqlik olduğu üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə yazılı müraciət etsə də, işə baxan hakim tərəfindən vəsatət təmin olunmamışdır.
45. Kassasiya şikayətinin dəlillərinə görə Bakı Apellyasiya Məhkəməsi prosessual normalara riayət etməmiş, habelə məhkəmə nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırılmamış, iş materiallarına əlavə edilmiş sənədləri sad alamaqla işini bitmiş saymış və nəticədə əsassız qətnamə çıxarmışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
49. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
50. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a)özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b)alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c)təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
51. Maddə 74.2. Tər əflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
52. Maddə 79.1. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar İş əgötürən tərəfindən: əmək qabiliyyətini müvəqqəti itirən işçilərinvə digərlərinin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
53. Maddə
287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
54. Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməl iyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
55. Maddə
292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ. Bənd
1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
56. Bənd
2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci madd əsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
57. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbl əğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi
58. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
59. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
60. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçis inin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 61. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məz munundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
62. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. M addə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.
70. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
72. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaqla düzgün və ətraflı hüquqi qiymət verilmişdir.
73. Bundan başqa, işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlı kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
74. Məhkəmələr müəyyən etmişlər ki, "xxxx" ASC-nin Baş İcraçı direktoru XXX əmək müqaviləsinə xitam verilməsi barədə 90 nömrəli, 26 aprel 2021-ci il tarixli əmri əmək qabiliyyətini müvəqqəti itirən işçi barəsində olduğundan qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. Ona görə qeyd edilən əmr əsaslı deyildir.
75. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsi əmək qabiliyyətini müvəqqəti itirən işçilərin və həmin normada göstərilən digər kateqoriya işçilərlə Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsini qadağan edır.
76. İlkin iddia həmin hissədə təmin olunduğundan məhkəmələr haqlı olaraq hesab etmişlər ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hü quq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçının iddia tələbinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir.
77. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr, yəni xəstə olduğu dövrlər üçün həmin xəstəlik vərəqələrinə görə verilməyən və istifadə etmədiyi 74 günlük məzuniyyətə görə verilməli olan pulun hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması hissəsi ilə bağlı maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
78. Cavabdehin iddia müddətinin tətbiq olunaraq ilk iddianın rədd edilməsi barədə dəlili keçərli deyil. Kollegiya həmin məsələ ilə bağlı məhkəmələrin dəyərləndirməsi ilə razılaşır və hesab edir ki, iddiaçı tələbi rəli sürmək üçün iddia müddətini ötürməmişdir. Beləki, iddiaçı 26.04.2021-ci il tarixli əmrlə işdən azad olunmuş, 25.05.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələr bununla bağlı ətraflı hüquqi dəyərləndirmə aparmışlar.
79. Qarşılıqlı iddia tələbi ilə bağlı hissədə məhkəmə qeyd etmişdir ki, "xxxx" ASC və İddiaçı arasında bağlanan XXX saylı 01 sentyabr 2010-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Ona görə "xxxx" ASC həmin müqaviləyə istinad edərək İddiaçı vurulmuş zərərin ödənilməsini tələb edir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının zərərin əsası kimi istinad etdiyi AS XXX nömrəli 21.06.2018-ci il tarixli və AS XXX nömrəli 03.03.2020-ci il tarixli alqı-satqı müqavilələrində "xxxx" ASC adından Baş İcraçı direktor X13 imza etmişdir.
80. Cavabdeh təşkilat şirkətin avtomaşınlarının İddiaçı mənafeyinə uyğun olaraq realizə edilməsinə istinad edərək zərərin məhz onun tərəfindən vurulmasını bildirsələr də, bu halları sübut edə bilməmişlər.
81. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn ən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
84. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11213/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.