Məhkəmə qərarları › İş №2(102)-2441/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2441/2020

08.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2441/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, Cavabdeh2 və vəkili X15 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı girov qoyulmuş əmlakın geri qaytarılması tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2(106)-3174/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və x qızından müştərək 380 manat dəyərində 585 əyarlı 10 qram çəkidə bir ədəd reket qızıl qolbaq, 570 manat dəyərində 585 əyarlı 15 qram çəkidə nişan üzüyü, 190 manat dəyərində 585 əyarlı 5 qram çəkidə ağ qaşlı sırğa, 456 manat dəyərində 585 əyarlı 12 qram çəkidə göy qaşlı sırğa üzük ilə bir kopmlekt, 190 manat dəyərində 585 əyarlı 5 qram çəkidə badamı sırğa, 190 manat dəyərində 585 əyarlı 5 qram çəkidə beş ulduz sırğa, 152 manat dəyərində 585 əyarlı 4 qram çəkidə ağ qaşlı üzük, 190 manat dəyərində 585 əyarlı 5 qram çəkidə klon imperial, 950 manat dəyərində 585 əyarlı 25 qram çəkidə sep reket, 1140 manat dəyərində 585 əyarlı 30 qram çəkidə yolka sep, 494 manat dəyərində 13 qr am çəkidə italiya istehsalı spelə sırğa (kopmlekt üzərində qız şəkli həkk olunmşdur) cəmi 4902 manat dəyərində qızıl zinət əşyaları, əgər onlar olmadıqda onların dəyəri olan 4902 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-63/2019 nömrəli, 12 iyun 2019-cu il tarixli qətnaməsi (hakim R.Məmmədov) ilə iddianın qismən təmin edilməsi, 585 əyarlı 10 qram çəkidə bir ədəd reket qızıl qolbaq və ya onun dəyəri 380 manat, 585 əyarlı 15 qram çəkidə nişan üzüyü və ta onun dəyəri 570 manat, 585 əyarlı 5 qram çəkidə ağ qaşlı sırğa və ya onun dəyəri 190 manat, 585 əyarlı 12 qram çəkidə göy qaşlı sırğa üzük ilə bir kopmlekt və ya onun dəyəri 456 manat, 585 əyarlı 5 qram çəkidə badamı sırğa və ya onun dəyəri 190 manat, 585 əyarlı 5 qram çəkidə beş ulduz sırğa və ya onun dəyəri 190 manat, 585 əyarlı 4 qram çəkidə ağ qaşlı üzük və ya onun dəyəri 152 manat, 585 əyarlı 5 qram çəkidə klon imperial və ya onun dəyəri 190 manat, 585 əyarlı 25 qram çəkidə sep reket və ya onun dəyəri 950 manat, 585 əyarlı 30 qram çəkidə yolka sep və ya onun dəyəri 1140 manat, 13 qram çəkidə italiya istehsalı seplə sırğa (komplekt üzərində qız şəkli həkk olunmuşdur) və ya onun dəyəri 494 manat, cəmi 4902 (dörd min doqquz yüz iki) manat dəyərində qızıl zinət əşyalarının və ya onun dəyərinin Cavabdeh2 alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin olan hissəsinə görə 24 manat Cavabdeh2 alınaraq İddiaçı verilməsi, mütəxəssis tədqiqatına görə hesabalanmış 80 (səksən) manatın Cavabdeh2 alınaraq Lənkəran rayon Liman şəhər İstehsal- İstehlak Kooperativ Cəmiyyətinin (VÖEN **********1, Kapitalbank Lənkəran filialı h/h № AZ44AİİB**********3860322138 kod 200383) hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Heydərov, T.Kərimov, F.Abbasov) 12.11.2019-cu il tarixli 2(106)-3174/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-63/2019 saylı, 12 iyun 2019-cu il tarixli qətnaməsi, 585 əyarlı 10 qram çəkidə bir ədəd reket qızıl qolbaq və ya onun dəyəri 380 manat, 585 əyarlı 15 qram çəkidə nişan üzüyü və ta onun dəyəri 570 manat, 585 əyarlı 5 qram çəkidə ağ qaşlı sırğa və ya onun dəyəri 190 manat, 585 əyarlı 12 qram çəkidə göy qaşlı sırğa üzük ilə bir kopmlekt və ya onun dəyəri 456 manat, 585 əyarlı 5 qram çəkidə badamı sırğa və ya onun dəyəri 190 manat, 585 əyarlı 5 qram çəkidə beş ulduz sırğa və ya onun dəyəri 190 manat, 585 əyarlı 4 qram çəkidə ağ qaşlı üzük və ya onun dəyəri 152 manat, 585 əyarlı 5 qram çəkidə klon imperial və ya onun dəyəri 190 manat, 585 əyarlı 25 qram çəkidə sep reket və ya onun dəyəri 950 manat, 585 əyarlı 30 qram çəkidə yolka sep və ya onun dəyəri 1140 manat, 13 qram çəkidə italiya istehsalı seplə sırğa (kopmlekt üzərində qız şəkli həkk olunmuşdur) və ya onun dəyəri 494 manat, cəmi 4902 (dörd min doqquz yüz iki) manat dəyərində qızıl zinət əşyaları və ya onun dəyəri Cavabdeh2 alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməməmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti v erərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2(106)-3174/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının tələb etmək hüququnun olmasını kifayət qədər araşdırmış, buna işin faktiki hallarına uyğun, həmçinin, iş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16.02.2017ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş X3 təqsirləndirilməsinə dair cinayət işinin materiallarındakı hadisə yerindən götürülmüş əşyalara baxış keçirilməsi haqqındakı protokollara istinadən hüquqi qiymət vermişdir. Belə ki, baxış zamanı iddiaçının adı və onun tələb etdiyi qızılzinət əşyaları olduğu kimi də protokolda əks olunmuşdur. Bundan başqa, iş materiallarında olan 26 aprel 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddia tələbində qeyd olunan qızıl-zinət əşyaları iddia ərizəsində olduğu kimi qiymətləndirilmişdir. «Birinci instansiya məhkəməsi iddia tələbi üzrə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları tədqiq edərkən 1200 manat pula görə 4902 manat dəyərində qızıl-zinət əşyasının girov qoyulmasının hansı məntiqi əsasın nəticəsi kimi qoyulmasını, iddiaçının cavabdehlərin anasının ölümü ilə bağlı cinayət işi üzrə qızıl-zinət əşyalarının tələb edilməsi ilə bağlı mür aciətinin olub-olmamasını, cavabdehlərin mərhum anasına iddiaçının iddia elədiyi qızıl-zinət əşyalarının verilməsinin əsasını aydınlaşdırmalı olduğu halda, qeyd edilən xüsusatları araşdırmamışdır. Məhkəmə kollegiyası iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılması məqsədi ilə mərhum X7 ölümü ilə əlaqədar cinayət işinin materiallarını sorğu əsasında tələb etmiş və ********* saylı cinayət işinin materiallarından müəyyən edilmişdir ki, cinayət işinin materiallarının 4-cü cildində (səh:68-79), 5-ci cild (səh:116-118) mərhum S.qqnın evindən maddi sübut kimi götürülmüş qızıl-zinət əşyalarının qaytarılması barədə hər hansı müraciət edilməmişdir. Həmçinin hadisə yerindən götürülmüş əşyaların qaytarılması barədə tərtib olunmuş protokolda da İddiaçı məxsus qızıl-zinət əşyalar ının olması, xadı və qızıl-zinət əşyalarının qeyd olunmasının əksinə olaraq iddiaçının nə adı, nə də istifadəsində olan mobil telefon nömrəsi, iddiaçıdan alınan qızıl-zinət əşyalarının müəyyən edilməmişdir. Bu isə birinci instansiya məhkəməsinin həmin protokola istinad edərək iddia tələbini təmin etməsi qənaətinə gəlməsi qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dəlalət edən hal kimi qiymətləndirilməlidir. Apelyasiya instansiyası məhkəməsinin, istinad və ifadə etdiyi bu fikir həqiqəti əks etdirmir, cavabdehin xeyrinə qərəzlidir, onun «maraqları»nın təmin edilməsi məqsədini daşıyır. Çünki, əvvəla, «məntiq»lə və ya özünün sərbəst hüquqi düşüncəsi ilə mülahizə yürütməyə üstünlük verən apelyasiya instansiyası məhkəməsi, nədənsə, «.1200 manat pula görə 4902 manat dəyə rində qızıl- zinət əşyasının girov qoyulmasının hansı məntiqi əsasın nəticəsi kimi qoyulmasını» məntiqlə «dəyərləndirmə»yə çalışsa da, mərhumə xxxnın sələmçi olmasını, məhz, bank və ya digər bu növ lisenziyalı fəaliyyətlərlə məşğul olan şəxslərlə müqayisə edilməsinin qeyri-mümkün olmasını, onun sələm fəaliyyəti dairəsinin hansısa norma və standartlarla ölçülməsinin qeyriməntiqi olmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə araşdırmaları zamanı, şəxsən və bilavasitə iştirakı ilə iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş, şəxsən, özünün öz gözləri ilə gördüyü, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2017-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş X1 təqsirləndirilməsinə dair cinayət işi üzrə iş materiallarında olan hadisə yerindən götürülmüş əşyalara baxış keçirilməsi haqqında protokollardan görünür ki, 22.03.2014-cü il tarixdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 3/5-də qeydiyyatda olmaqla yaşayan X8 yaşadığı evə baxış keçirilən zaman aşkar olunmuş əşyalara baxış keçirilmiş, baxış zamanı cavabdehlər Cavabdeh2 və Arzu Ağasiyeva da iştirak etmişlər. Baxış zamanı xadı və qızı-zinət əşyaları qeyd olunmuşdur. Hadisə yerindən götürülmüş əşyaların qaytarılması haqqında protokoldan və qəbzdən görünür ki, 02 iyul 2014-cü il tarixdə hadisə yerindən götürülmüş qızıl-zinət əşyaları saxlanılması üçün hazırki mülki iş üzrə Cavabdeh2 qaytarılmışdır. Beləliklə, açıq-aşkar görünür ki, apelyasiya instansiyası məhkəməsi, cavabdehin qanunla qorunması mümkün olmayan «maraqları»nı hər hansı bir vəchlə, hansı vasitə ilə olursa-olsun, hətta, faktiki mövcud olan, şəxsən və bilavasitə öz gözü ilə gördüyü, təkzibi və inkarı mümkün olmayan, iş materiallarında saxlanılan sənəd- sübutları təkzib etmək, danmaq, inkar etmək yolu ilə də olursa olsun, qorumağa çalışmış və özünün əsassız və qanunsuz qətnaməsində buna «müvəffəq» olmuşdur. İddiaçı iddia tələbində 2013-cü ilin fevral ayında ondan 1200 manat faiz almaqla 4902 manat dəyərində qızıl-zinət əşyalarını onun evində girov qoyması, pulu ödədikdən sonra onun ddyə 300 manat borcu qalması, lakin 21.03.2014-cü il tarixdə X12 qətlə yetirildikdən sonra onun bütün qızılları onun evində qalmasını qeyd edir. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ilə mərhum xxx arasında olan hüquq münasibətinin maddi hüquqi əsası mülki qanunvericiliyə əsasən girov müqavilə sindən irəli gəlir. Bunun üçün isə iddiaçı ilk öncə sübut etməlidir ki, o, mərhum xxxya götürülmüş pul əvəzinə faizi ilə birgə qaytarılmasının təminatı kimi özünə məxsus qızıl-zinət əşyalarını girov qoymuşdur. Apellyasiya instansiyası məhkəməsinin bu xüsusatla gəldiyi nəticə də düzgün deyildir. Çünki, məhz bu xüsusatın araşdırılmasında maraqlı olan məhkəmə ilk öncə, məhkəmə prosesi tərəflərinin ədalətli və qərəzsiz məhkəmə araşdırmasına nail olmaq hüququnu təmin etməli, iş üzrə bütün tərəflərin, xüsusilə digər cavabdeh X2 məhkəmədə iştirakını təmin etməli, onun hazırki mübahisəyə dair fikrini almalı və ya dinləməli, iddianı etiraf və ya təkzib etməsini dəqiqləşdirməli, məhz, bu şəxsin hazırki iddiaya münasibətdə arqumentlərinə də hüquqi qiymət verməli idi. İşin faktiki hallarından da məlum olduğu kimi sözü gedən məhkəmə araşdırmalarına qədər, məlum cinayət işinin tədqiqi zamanı, ibtidai istintaq və bununla bağlı sonradan məhkəmə istintaqı tərəfindən də müvafiq araşdırmalar aparılmış, müvafiq şəxslər dindirilmiş və yazılı sənəd-sübutlar təqdim edilmişdir. Çünki, iş materillarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2017-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş X1 təqsirləndirilməsinə dair cinayət işinin materiallarında olan, hazırkı mülki mübahisə üzrə digər cavabdeh X2 ərizəsindən görünür ki, anası X7 öldürülməsi ilə əlaqədar cinayət işi üzrə hadisə yerindən götürülmüş əşyalar anası xxx sələm pul verməsi ilə məşğul olduğu üçün başqa şəxslərə məxsus əşyalardır. Vətəndaşlar aldıqları pulları geri qaytarmaqla həmin əşyalarını geri istəyirlər. Qardaşı Cavabdeh2 isə həmin şəxsləri təhqir edir. İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir və hər hansı bir iddia müddətinin tətbiq edilməsindən söhbət gedə bilməz. İddia ərizəsindən məlumdur ki, qətl hadisəsi baş verəndən dərhal sonra, onun tərəfindən müəyyən hərəkətlər edilmiş, o cümlədən, rayon prokurorluğuna və digər cavabdeh Arzu Ağasiyavaya müraciət edilmiş, rayon prokurorluğundan, istintaq hərəkətlərinin davam etdirildiyini, hələ cinayət işinin məhkəməyə gedəcəyini, sözü gedən qızıl-zinət əşyalarının vərəsələrə təhvil veriləcəyini, son məhkəmənin yekununda işin taleyinin necə olmasının bəlli olacağını və o üzdən vərəsələrə müraciət etməli olduğunu, vərəsə Arzu xanım isə vərəsəlik işlərinin məhkəmədə həllindən sonra, müraciət etməli olduğunu ona bildirmişdir. Beləliklə, bu səbəbdən, həm cinayət işi, həm də mülki-vərəsəlik işlərinin nəticələrini gözləyərək, heç bir müddət ötürmədən hazırki iddia tələbi ilə məhkəməyə vaxtında müraciət etmişdir. Apelyasiya instansiyası da gəldiyi nəticə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi, iddianın təmin və ya rədd olunmuş hissəsinə görə ödənilmiş dövlət rüsumuna və həmçinin, mütəxəssis tədqiqatına görə hesablanmış xərcə münasibətdə də hər hansı bir reaksiya vermədiyindən, həmçinin, qətnamənin bu hissəsi ilə bağlı cavabdeh də hər hanı bir münasibət bildirmədiyindən, çox kobud və ciddi bir qanun pozuntusu meydana çıxmışdır ki, bu da qətnamənin ləğvi üçün əsas sayıla bilər. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh2 və vəkili X15 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilmə məsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərin mərhum anasına 4902 manat dəyərində qızıl-zinət əşyalarını girov qoymaqla 1200 manat məbləğində pul faizə aldığını, həmin puldan ödəyərək, 300 manat məbləğində borc qaldığını, 21.03.2014-cü il tarixdə S.qqnın vəfatından sonra vərəsələrinə xəbər göndərsə də, qızıllarının geri qaytarılmadığını iddia edir. Cavabdeh2 isə iddia tələbini qəbul etməyərək, iddiaçıların tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etmədiklərini, həmçinin iddia müddətini ötürdüklərini bildirir. Apellyasiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması məqsədilə mərhum X7 ölümü ilə əlaqədar cinayət işinin materiallarını sorğu əsasında tələb etmiş və ********* saylı cinayət işinin materiallarından müəyyən etmişdir ki, cinayət işinin materiallarının 4-cü cildində (səh: 68-79,) 5-ci cild (səhifə116-118) mərhum S.qqnın evindən maddi sübut kimi götürülmüş qızıl-zin ət əşyalarının qaytarılması barədə ayrı-ayrı şəxslər tərəfindən prokurorluğa müraciətlər edilmişdir. Lakin cinayət işi materiallarında İddiaçı tərəfindən ona məxsus qızıl-zinət əşyalarının qaytarılması barədə hər hansı müraciət edilməmişdir. Həmçinin hadisə yerindən götürülmüş əşyaların qaytarılması barədə tərtib olunmuş protokolda da İddiaçı məxsus qızıl-zinət əşyalarının olması, xadı və qızıl-zinət əşayalarının qeyd olunmasının əksinə olaraq iddiaçının nə adı, nə də istifadəsində olan mobil telefon nömrəsi, iddiaçıdan alınan qızıl-zinət əşyaları müəyyən edilməmişdir. Buna görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin həmin protokola istinad edərək iddia tələbini təmin etməsi qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dəlalət e dən hal kimi qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbində 2013-cü ilin fevral ayında ondan 1200 manat faiz almaqla 4902 manat dəyərində qızıl zinət əşyalarını onun evində girov qoyması, pulu ödədikdən sonra onun ddyə 300 manat borcu qalması, lakin 21.03.2014-cü il tarixdə X13 qətlə yetirildikdən sonra onun bütün qızıllarının onun evində qalmasını iddia edirsə, bu faktı sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin təmin edilməsindən ötrü əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim edilmədiyindən və tədqiq edilən sübutlar da iddia tələbinin tam təmin edilməsi üçün əsas olmadığından, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəti cəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunu n girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir d əlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırmaları zamanı iddiaçının iddia etdiyi qızıl əşyalarının cavabdehlərin mərhum anasına girov qismində verməsi öz təsdiqini tapmadığından, həmçinin mərhumun qətli ilə bağlı cinayət işinin materiallarına əsasən isə hadisə yerindən götürülmüş əşyaların qaytarılması barədə tərtib olunmuş protokolda iddiaçıya məxsus İddiaçı məxsus qızıl-zinət əşyalarının olması və həmin əşyaların mərhumun vərəsələrinə qaytarılması müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia tələbini sübut edə bilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Mülki iş üzrə tam və hərtərəfli araşdırma aparılmayaraq işin hallarının düzgün müəyyən edilməməsi barədə qeyd edilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansi ya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı oğlu tərəfi ndən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2(106)-3174/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar