Məhkəmə qərarları › İş №2(102)-2441/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2441/2024

23.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2441/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarma, mənzilə köçürülmə” tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-230/2024 nömrəli 13 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları

1. Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il tarixdə İddiaçı arvadı X7 ilə birlikdə Ağdaş şəhəri, Heydər Əliyev prospekti dalan 9, ev 18, mənzil 10-da yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir.

2. Mübahisəli mənzil iddiaçının atası mərhum X4 mülkiyyətində olmuş və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 25 oktyabr 2017-ci il tarixdə vəfat etmiş X4 ölümündən sonra ondan miras qalmış mübahisəli mənzildə X9 (anası), X5, Cavabdeh və İddiaçı payları hər birinə 1/4 hissədə (bərabər pay) müəyyən edilmişdir.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən fərdi yaşayış evi X9, X5, Cavabdeh və İddiaçı mülkiyyətinə verilmişdir.

4. Ağdaş rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iş üzrə İddiaçı, anası X1 Sevil Vüqar qızı ilə birlikdə sözügedən mənzildə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı yaşayış evindən (mənzildən) məcburi çıxarma, özünə və ərinə məxsus yaşayış evinə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvandakı 63,7 kv.m. ümumi sahəsi olan mənzil DƏDRX-dən verilmiş, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışa əsasən atası X4 tam xüsusi mülkiyyətindədir. Ağdaş Rayon Məhkəməsinin 2(014 )368/2019 saylı qətnaməsinə əsasən onların iddia tələbləri təmin edilmiş, iddiaçı, yəni İddiaçı və onun xx.xx.2016-cı ildən rəsmi nikahda olduğu arvadı X3 birlikdə mübahisəli mənzilə köçürülmələri qət edilmişdir. Həmin qətnaməsinin icrası qaydasında o, həmin evə köçürülmüş və birgə nikahlarından xx.xx.2018-ci ildə doğulmuş qızı Sevil Əsədova ilə birlikdə həmin ünvanda daimi yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Ondan və azyaşlı uşağından başqa həmin ünvanda yalnız anası X9 qeydiyyatda vardır. Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarının belə olmasına baxmayaraq rəsmi nikahda olduğu arvadı və bir azyaşlı övladı bu günə kimi həmin mənzildə yaşaması təmin edilə bilməmişdir. Buna səbəb qeyd olunan ünvandakı mənzildə heç bir qeydiyyatı, heç bir yaşamaq və ya istifadə hüququ olmay an, qeydə alınmayan, özbaşına şəkildə və qeydiyyatsız yaşayan, rəsmi olaraq Ağdaş rayonu, Türyançay qəsəbəsində ərdə olan, ərdə olduğu zaman birgə tikdirdikləri və daimi yaşayış yeri üzrə qeydiyyatda olduqları şəxsi mülkiyyətdə evləri olduğu halda bu mənzildə yaşamalarına imkan verməyən Cavabdehdır. Cavabdeh özü və 13 yaşında övladı, bir çox hallarda isə əri Kərimov Sahib heç bir hüquqi əsasları olmadığı halda bu mənzildə onların, yəni iddiaçının ailəsinin dinc və sakit şəraitdə daimi köçüb yaşamaqlarına, evə köçürülməsi hüququ olan arvadını və azyaşlı övladının evə köçürmələrinə imkan vermir. Hələ bunlar azmış kimi həmin şəxslər onu öz evində bir neçə dəfə döymüş, ona zor tətbiq etmiş, buna görə inzibati qərarla cərimə olunmuşlar. Ürək çatışmamazlığı səbəbi ilə İ dərəcəli əlildir. Buna ba xmayaraq, həmin şəxslər ona evdə dinc yaşamağa imkan vermir, daimi olaraq evdə qəsdən onunla açıq düşmanlıq edirlər. Cavabdeh və 13 yaşlı qızı heç bir hüquqi əsaslar olmadan mübahisəli mənzildə yaşayır, oradan özbaşına şəkildə istifadə edir, mülkiyyət hüquqlarını pozmağa davam edir. Ona mənzil sahəsindən könüllü çıxması ilə əlaqədar etdiyi müraciətlər nəticəsiz qalmışdır. Hesab edir ki, xüsusi mülkiyyət hüququ əsasında ayrıca olaraq özünə və ərinə məxsus yaşayış evi olan, 2010-cu ildən faktiki olaraq 2020-ci ilə kimi özünün və digər iki nəfər ailə üzvünün də yaşadığı, daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu evi olan cavabdeh hazırki mənzildən məcburi qaydada çıxarılmalıdır.

7. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, sözüged ən mülkiyyətdə cavabdehin də payı vardır və həmin mülkiyyət onlara atasında qalıb.

8. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1195/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Sultanov) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, X4 vəfatından sonra ondan miras qalmış mübahisəli mənzili iddiaçılar X9, X5, Cavabdeh və cavabdeh İddiaçı faktiki qəbul etmiş, həmin miras əmlaka sahiblik etmişlər. Mübahisəli mənzildə X9, X5, Cavabdeh və cavabdeh İddiaçı payları bərabər hissədə, yəni hər birinə 1/4 hissədə müəyyən edilmişdir.

10. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mülki Məcəlləsinin 152.3, 213.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 119.1, 217.3, 217.4-cü maddələrin ə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-230/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məciov və M.Əsədli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 24 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apel lyasiya şikayətinin Cavabdeh ona məxsus evdə qanunsuz yaşaması, Ağdaş şəhəri H.Əliyev prospekti dalan 9 ev 18 mənzil 10 saylı evin DƏDRX-dən xx.xx.2017-ci il tarixli çıxarışa əsasən atası X4 tam mülkiyyətində olması, onun mülkiyyət hüququnun pozulmasına dair dəlillərini əsaslı hesab etməmişdir. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən 14 sentyabr 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti dalan 9, ev 18-də yerləşən, 63,70 kvadratmetrlik 10 nömrəli mənzil X6, X2, Cavabdeh və İddiaçı ¼ hissələrlə paylı mülkiyyətlərindədir. Yəni mübahisəli mənzil hazırda iddiaçının atasının mülkiyyətində deyildir və Cavabdeh da mübahisəli mənzilin İddiaçı ilə bərabər pay sahibi olan mülkiyyətçilərindən biridir. Cavabdeh da Ağdaş şəhəri, Heydər Əliyev prospekti dalan 9, ev 18-də yerləşən, 63,70 kvadratmetrlik 10 nömrəli mənzilin bərabər pay sahibi olan mülkiyyətçilərindən olduğundan onun mübahisəli mənzilindəki yaşayışı qanunsuz hesab edilə bilməz.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh ərinin və uşaqlarının ona məxsus evdə qanunsuz yaşamalarına dair dəlilinə də münasibət bildirərək hesab etmişdir ki, şikayətin həmin dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə iddia ərizəsindən göründüyü kimi İddiaçı tərəfindən hazırkı iddia tələbi cavabdeh qismində yalnız Cavabdeh qarşı irəli sürülmüşdür. İddia tələbi üzrə birinci instansiya məhkəməsində müza kirə predmetini təşkil etməmiş bir məsələnin apellyasiya qaydasında həlli qanunvericiliyin tələblərinə uyğun deyildir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına baxmayaraq həmin evdə yaşaya bilməmələri, buna səbəbin Cavabdeh olması, onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüququnun pozulması, cavabdehin həmin evə köçüb yaşamalarına imkan verməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan Ağdaş Rayon Məhkəməsinin 9 aprel 2019-cu il tarixli, 2(014)-368/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçilar İddiaçı və X7 ilə birlikdə Ağdaş şəhəri, Heydər Əliyev prospekti dalan 9, ev 18, mənzil 10-da yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir.

17. Məhkəmə ko llegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 213.1, 213.2 və 215.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərarına, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, o, cavabdeh tərəfindən fiziki və mənəvi zorakılığa və ona və ailəsinə qarşı hörmətsizliyə görə cavabdeh barəsində inzibati qaydada tənbeh tədbiri görülməsi barədə məhkəmə və ya hüquq mühafizə orqanının qərarı, mübahisəli yaşayış sahəsinin birgə mülkiyyətçi olması kimi mötəbər sübutlarını məhkəməyə təqdim etsə də, işə baxan məhkəmə həmin sübutları obyektiv araşdırmamış və onlardan demək olar ki, istifadə etməmişdir..

20. İddiaçı öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71.1-ci, Mülki Məcəlləsinin 222.1, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.3, 217.4, 218-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayə tinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

22. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29;

24. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

25. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

26. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

27. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülk iyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

28. Maddə 43, İ hissə. heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

30. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata k eçirilir.

31. Maddə

152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər.

32. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüquq unun tanınmasını tələb etmək ixtiyarı vardır.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nət icələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-230/2024 nömrəli 13 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar