Məhkəmə qərarları › İş №2(102)-733/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-733/2025

05.03.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-733/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: eyni əşyaya dair bir neçə kreditorla müqavilə bağlanması, əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdlər (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1614/2024 nömrəli, 30 oktyabr 2 024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzili 62890 manata Cavabdeh satmışdır. Bu barədə İddiaçı MMC tərəfindən Cavabdeh eyni tarixli maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 5 avqust 2016-cı il tarixli, 2(012)- 4696/2016 nömrəli qətnaməsi ilə İddiaçı MMC ilə Babayeva Röya Elxan qızı arasında 23 may 2014cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın “A” girişi, 6-cı mərtəbəsindəki, ümumi sahəsi 129,13 kvadrat metr olan, 3 otaqdan ibarət 33 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və İddiaçı MMC ilə Cavabdeh Nuhu oğlu arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehlər Babayeva Röya Elxan qızı və Cavabdeh Nuhu oğlundan müştərək qaydada tutularaq “Avro Qrand" MMC-yə ödənilməsi barədə iddia tələbi təmin e dilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2017-ci il tarixli, 2(105)-2724/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 5 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi təmin edilmiş, Avro Qrand” MMC ilə Babayeva Röya Elxan qızı arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “A” girişi, 6-cı mərtəbəsindəki, ümumi sahəsi 129,13 kvadrat metr olan, 3 otaqdan ibarət 33 saylı mənzilə dair bağlanmış alqısatqı müqaviləsi və İddiaçı MMC ilə Cavabdeh Nuhu oğlu arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, tərəflərin ilkin vəziyyətə qaytarılması, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(102)2536/2018 saylı qərarı ilə cavabdeh Babayeva Röya Elxan qızının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(105)2541/2018 nömrəli qətnaməsinə əsasən, cavabdeh Babayeva Röya Elxan qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edi lmiş, Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh Nuhu oğluna aid hissədə təmin edilmiş, “Avro Qrand" MMC ilə Cavabdeh Nuhu oğlu arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 iyul 2020-ci il tarixli, 2(102)2375/2020 saylı qərarı ilə, Cavabdeh Nuhu oğlunun kassasiya şikayəti qismən təm in edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(105)2541/2018 saylı qətnaməsi Cavabdeh Nuhu oğlunun kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni iddia tələbinin İddiaçı MMC ilə Cavabdeh Nuhu oğlu arasında 23 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(105)2423/2020 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edi lmiş, Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(012)-4696/2016 saylı qətnaməsi Cavabdeh aid hissədə ləğv edilmiş, İddiaçı MMC-nin Cavabdeh Nuhu oğluna qarşı Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın «C» girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kv.metr olan 3 otaqdan ibarət 49 saylı mənzilə dair bağlanmış 23 may 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 may 2021-ci il tarixli, 2(102)3169/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(105)- 2423/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Cavabdeh xx.xx.2017-ci il tarixli ərizə ilə, qardaşı Elxan Babayevin və onu n qızı Röya Babayevanın İddiaçı MMC-yə qarşı onun adından verilmiş iddia ərizəsindən xəbəri olmadığından həmin tələb üzrə iddia ərizəsini qəbul etmədiyini bildirmişdir. Odur ki, Xanlar Cəfərovdan heç bir tələbi yoxdur, belə ki, həmin mənzillər üçün qardaşı Elxan Babayev və onun qızı Röya Babayeva tərəfindən heç bir ödəniş edilməmişdir, yalnız ödənişə söz verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın C girişi, 10-cu məətəbəsində yerləşən, sahəsi 125,78 kv.metr olan 3 otaqdan ibarət 49 saylı mənzilin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli müqavilənin ləğv edilmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, 2014-cü ilin ortalarında müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhərində 5 ədəd tək bloklu 12 mərtəbəli binanın tikintisi üçün torpaq sahəsi götürülərək yüksək mərtəbəli binanın tikintisinə başlanılmışdır. Həmin vaxt torpaq sahəsinin sahibi ilə X10 vasitəsilə tanış olunmuşdur. Tanışlıqdan sonra qarşı tərəflə razılaşma olduğundan vasitəçiliyə görə tikiləcək binada Elxan Babayevə 3 otaqlı mənzil veriləcəyinə vəd verilmiş, bu məqsədlə tikinti işləri başladıqdan sonra vəd verilmiş 3 otaqlı mənzil onun adına rəsmiləşdirilmişdir. Həmin vaxt Elxan Babayev şirkətə mütəmadi gedib-gəlmiş və həmin ərəfələrdə bildirmişdir ki, inşa olunan binada pul u ödənilmək şərti ilə daha 2 mənzil lazımdır. Elxan Babayevi tanıdığından ona etiraz edilməmişdir. Elxan Babayev mənzillərə görə ödənişi dərhal edə bilməyəcəkiərini, ödənişi tədricən edə biləcəklərini bildirmiş, eyni zamanda onun tikinti sektorunda əlaqəsinin olduğunu bildirərək, tikintiyə lazım olan tikinti materiallarını verəcəyini vəd etmişdir. Aralarında şifahi razılaşma olduqdan sonra Elxan Babayev 2 şəxsiyyət vəsiqəsi təqdim etmişdir. Həmin vəsiqələrdən biri onun qızı Babayeva Röya Elxan qızı, digəri isə qardaşı Cavabdeh Nuhu oğluna məxsus olmuşdur. Elxan Babayev mənzillərə dair müqavilə yazıldıqdan sonra 1 il 6 ay müddətinə ödənişləri başa çatdırılacağını bildirmişdir. Bu məqsədlə xx.xx.2014-cü il tarixli müqavilə əsasında Babayeva Röya Elxan qızının adına Abşeron rayon, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın ”A” girişi, 6-cı mərtəbəsindəki 33 saylı, sahəsi 129.13 kv.metr, dəyəri 64565 manat olan mənzil və Cavabdeh Nuhu oğlunun adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki 49 saylı, sahəsi 125.78 kv.metr, dəyəri 62890 manat olan mənzil üzrə alqı-satqı müqavilələri bağlanılmışdır. Qeyd edilən mənzillər üzrə ödənişlər 2015-ci ilin dekabr ayının 23-nə qədər yekunlaşmalı idi. Həmin müddət ərzində nə Elxan Babayev, nə də adlarına mənzil rəsmiləşdirilmiş şəxslər tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Alqı-satqı zamanı adlarına mənzil rəsmiləşdirilmiş şəxslər prosesdə iştirak etməmiş, müqavilələr Elxan Babayevə olan inam nəticəsində bağlanılmışdır. İş mah iyyəti üzrə araşdırılan zaman Cavabdeh apellyasiya məhkəməsinin iclasında iştirak edərək verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzillə bağlı onunla müqavilə bağlanılsa da, onun tərəfındən qeyd edilən mənzilin alınmadığı, mənzilin alınması üçün iddiaçıya müraciət etmədiyini, həmin mənzillərin dəyərinin əvəzi olaraq qardaşı Elxan Babayev tərəfindən iddiaçıya tikinti materialları veriləcəyini bildirmişdir. İşin araşdırılması zaman məhkəmədə izahat vermiş şahidlər iddia tələbinə uyğun izahat vermiş, Elxan Babayevin Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə həbs edildiyi, mübahisə üzrə hər hansı bir münasibət bildirməkdən imtina etdiyi müəyyən edilmişdir. İşə baxılan zaman 1-ci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən iddia tələbi təmin edilsə də, Azərbayc an Respublikası Ali Məhkəməsinin qənaətinə əsasən, tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlərdə istinad olunan normaların əsas dispozitiv şərtləri baxımından yanaşıldıqda, həmin mənzillə bağlı imzalanmış müqavilənin etibarsızlığı üçün əsasların müəyyən edilmədiyi, mənzilin dəyərinin cavabdeh tərəfindən həqiqətən də ödənilməməsi müqavilənin etibarsızlığına deyil, ləğvi üçün əsas ola bilməsi qeyd edilmişdir. İddiaçı’ MMC ilə Cavabdeh Nuhu oğlu arasında mübahisəli mənzilin satılması ilə bağlı tərəflərin iradə ifadəsi mövcud olmamış, qeyd edilən mübahisəli mənzil və müqavilə üzrə hər hansı bir məbləğdə pulun ödənilməsi və Elxan Babayev tərəfindən mənzilin dəyəri həddində verilmiş vədə uyğun olaraq tikinti materiallarının verilməsi təsdiqini tapmamış və bu xüsusat iş materialların da olan sənədlər, şahid ifadələri və Cavabdeh etirafı ilə təsdiq edilmişdir.

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə etmişdir ki, mənzilə görə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırda həmin mənzildə cavabdeh yaşayır.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, mübahisəli mənzildə artıq 3 ildir ki, yaşayır. Mənzili alarkən bir dəfəyə 62090 manat pulu İddiaçı MMC-yə ödəmişdir. Cəmiyyət tərəfindən ona maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir. O vaxt məlum ərizəni hədə-qorxu gəlindiyi üçün yazmışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 14.. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2725/2024 nöm rəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın C girişi, 10-cu mərtəbəsində yerləşən, sahəsi 125,78 kv.metr olan 3 otaqdan ibarət 49 saylı mənzilin alqısatqısına dair İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin ləğv edilməsi, mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə verilməsi qət edilmişdir.

15. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın «C» girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kv.metr olan 3 otaqdan ibarət 49 saylı mənzilin alqı-satqısı barədə 23 may 2014- cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, lakin sonradan İddiaçı MMC bu müqavilənin etibarsızlığı barədə məhkəmədə iddia qaldırmış və son nəticədə çoxsaylı məhkəmə aktları ilə bu iddia təmin edilməmişdir. Bununla belə, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə görə Cavabdeh tərəfindən İddiaçı MMC-yə heç bir vəsait ödənilməmişdir. Bu halı Cavabdeh məhkəməyə verdiyi xx.xx.2017-ci il tarixli ərizəsi bir daha təsdiq etmişdir.

16. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab etmişdir ki, mübahisəli mənzilə görə Cavabdeh tərəfindən İddiaçı MMC-yə heç bir vəsait ödənilmədiyindən müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

17. Birinc i instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 404.2, 421.1, 421.2, 421.3, 442-ci, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2725/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4696/2016 saylı, 5 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh Nuhu oğluna və Babayeva Röya Elxan qızına qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair i ddiası təmin olunaraq İddiaçı MMCnin Babayeva Röya Elxan qızı ilə Abşeron rayonu Xırdalan şəhərində, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa edilmiş binanın “A” girişi, 6-cı mərtəbəsindəki 33 saylı, sahəsi 129,13 kv.m, dəyəri 64 565 manat olan mənzil 12 may 2014-cü il tarixli alqı-satqı müqaviləsi və İddiaçı MMC-nin Cavabdeh Nuhu oğlu ilə Abşeron rayonu Xırdalan şəhərində, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa edilmiş binanın “C” girişi, 10-cu mərtəbəsindəki 49 saylı, sahəsi 125,78 kv.m, dəyəri 62 890 manat olan mənzil 23 may 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb müəyyən etmişdir ki, işə apellyasiya q aydasında baxılması qeyri-mümkün hesab edilsin. Səbəb kimi göstərilmişdir ki, şikayət verdiyi Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(105)-2541/2018 saylı qətnaməsi ilə ləğv olunmuşdur və ləğv olunmuş qətnamə mübahisələndirilə bilməz. Daha sonra qərardadda qeyd edilir ki, “Cavabdeh Babayev X8 rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(012)-4696/2016 saylı qətnaməsini deyil, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(105)-2541/2018 saylı qətnaməsini mübahisələndirməlidir” Ali məhkəməyə verdiyi şikayət qərardadı dəyişmədən saxladı. Beləliklə qətnamədən verdiyi kassasiya şikayəti təmin olundu və işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyası xx.xx.2020-ci i l tarixli qətnamə ilə tələbi təmin olundu. Mənzil ona qaytarıldı və indiyə kimi həmin mənzildə yaşayır. İddiaçı MMC sakit dayanmayaraq mənzilin ikinci alıcısı olan X2 hüquqi yardım göstərərək guya özləri də cavabdeh kimi Rizvanın adından ona və İddiaçı MMC-yə qarşı iddia qaldıraraq mənzilin ona qaytarılması barədə tələb irəli sürdü. Abşeron Rayon Məhkəməsinin 2(012)-3961/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh Nuhu oğluna, X4, X5 və İddiaçınə qarşı mülkiyyət hüquqlarının bərqərar edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Kərimov Rizvan bundan əvvəl də ona qarşı mənzildən çıxarılma tələbinə dair iddia irəli sürmüş və onun mənzildən çıxmağını tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1679/2023 saylı. xx.xx.2023-cü il tarixli qərardadla iş baxılmamış saxlanılmışdır. Tələbinin əsası kimi iddiaçı mübahisələndirdiyi mənzilin ona məxsus olmasını hesab edir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət aldatdığı çoxsaylı insanlara görə cavab verməli idi. Kərimov Rizvana ya mənzil, ya da pul qaytarmalıdırlar. Təsisçi və icraçı direktor X3 çoxsaylı vətəndaşları aldadaraq bir mənzili 2-3 alıcıya satdığı üçün hal-hazırda uzunmüddətli həbsdədir. Lakin onun əməlləri davam edir. Qoyub getdiyi fiqurlar və möhürlə istədiklərini edirlər. X1 arxasında gizlənərək verdikləri iddia tələbi təmin edilmədiyindən öz adlarından yeni iddia düşünərək 10 ildən sonra müqavilənin ləğvi tələbi ilə məhkəməyə dönüş etdilər. Rizvana ya pul, ya mənzil verməlidirlər. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyası xx.xx.2020-ci il tarixli qətnamə ilə tələbi təmin olundu. Mənzil ona qaytarıldı. İddiaçı MMC kassasiya şikayəti verdi. Lakin, Ali Məhkəmə 2(102)-3169/2021 saylı qərarla kassasiya şikayətini təmin etməmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfin iddia tələbi heç bir qanuna uyğun deyildir. Mənzilin ilkin alıcısı odur və onun adınadır. 2014-cü ildə alqı-satqı müqaviləsinə aid bütün lazımi sənədlər imza və möhürlə təsdiqlənmiş, çoxsaylı məhkəmə prosesləri getmiş və nəticə onun xeyrinə olmuşdur. İlkin alıcı onlar olduğu halda iddiaçı "xxxx" MMC Kərimov Rizvanın onlardan pul və mənzil tələbini yerinə yetirmək üçün qanunazidd olaraq ona qarşı müqavilənin ləğvi tələbini irəli sürür. Qeyd edilən MMC-nin direktoru 1984-cü ildən üzü bəri dələduzluq cinayətinə görə 10 dəfədən çox məhkum həyatı yaşayıb və yaşamaqdadır. Təkcə iddiaçı Kərim ovu deyil, yüzlərlə şəxsi aldadıb, bir mənzili 3-4 nəfərə satıb. İddiaçı Kərimov Rizvanı bir insan olaraq anlayır. Onun pulunun əlindən çıxmasına cavabdeh olan şəxslər məsuliyyət daşımalıdır. O ki, qaldı onun mülkiyyətinə o, nə həmin şəxsin, nə də qeyrilərinin mülkiyyət haqlarına toxunmamışdır. İddiaçı MMC-nin də 10 ildən sonrakı bu oyunu Kərimov Rizvana görədir. Məhkəmə iddiaçı tərəfin heç bir əsaslandırılmış bir dəlili olmadan müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul etməsi ədalətsiz, qərəzli, heç bir qanuna və ədalətə sığmayan mövqeyini göstərir. Digər halda onun tərəfindən yazılmış-daha doğrusu zorla yazdırılmış heç bir məhkəmə prosesindən xəbəri olmadan aparıb iddiaçı tərəfdən Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilmiş, həmin vaxt orda əsassız hesab edilən kağız parçası nec ə ola bilər ki, hazırkı işdə mühüm rol oynadı. Nə vaxtsa başqa bir məhkəmə prosesi üçün verilmiş ərizədə olan “Babayev Elxan və Babayeva Röya heç bir pul ödəməyib” cümləsi mötəbər sübut kimi hazırkı məhkəmədə sübut ola bilməz. Bu 2017ci ildə Sumqayıt Apellyasiya Məhkəməsində iş materiallarında olan bu ərizə möhürlənmiş, təsdiqlənmiş, hər iki tərəfdən imzalanmış mənzil alqı-satqı müqaviləsindən, satıcı tərəfindən imzalanmış və möhürlənmiş kassa mədaxil orderindən, borcu olmamaq haqqında maliyyə arayışından daha mötəbər oldu. Məhkəmə sözü gedən ərizəni əsas tutaraq qeyd edir ki, “İşdə olan Cavabdeh Nuhu oğlunun yazdığı ərizənin surətindən görünür ki, qardaşı Elxan Babayevin və onun qızı Röya Babayevanın İddiaçı MMC-yə qarşı onun adından verilmiş iddia ərizəsindən xəbəri olmadığından həmin tə ləb üzrə iddia ərizəsini qəbul etmir. Odur ki, Xanlar Cəfərovdan heç bir tələbi yoxdur. Belə ki, həmin mənzillər üçün qardaşı Elxan Babayev və onun qızı Röya Babayeva tərəfindən heç bir ödəniş edilməmiş, yalnız ödəməyə söz vermişdir. Məhkəmə yalnız bu ərizənin surətini əsas götürərək mənzil müqaviləsini ləğv etmişdir. Lakin bu ərizənin hansı halda və şəraitdə nə səbəbə yazıldığı (yazdırıldığı) bir yana, ərizədə qeyd edilən xüsusatları araşdırmadan, həmin vaxt söhbətin hansı iddiadan getdiyini araşdırmadan kortəbii qərar qəbul etmişdir. Həqiqətən onun həmin vaxt və sonra iddia ərizəsi ilə məhkəməyə müraciəti olmayıb, həqiqətən onun adından da iddia tələbi irəli sürülməyib. Bu ərizəni əsas tutan hakim tərəfindən aydınlaşdırılmayıb ki, söhbət hansı mənzildən və hansı mənzilin ödənişindən gedi r. Qardaşını həbs etdirməyə nail olan "xxxx" MMC və onun rəhbəridirektoru X11 Elxanı həbs etdirməyə ona görə nail oldu ki, şəriki Elxan heç nə qazana bilməsin. Həm də gülünc şikayətlə həbs etdirdi. Elxan Babayev bəraət aldı. (Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(1031035/2019) Bu gün X6 xeyrinə "xxxx" MMC və onun direktoru Cəfərov Xanlardan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 662 335 manat və dövlət rüsumunun əvəzi qismində 45 manat 60 qəpik pul tutulmalıdır. Qətnamə icra olunması üçün Abşeron İcra Şöbəsinin icraatındadır.

20. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, Cavabdeh həmin mənzilə dair müqavilə tələblərindən ir əli gələn heç bir hüququ olmamış, həmin müqavilədən heç bir xəbəri olmamış, onu tərtib etməmiş və imzalamamışdır. Müqavilənin tərtib olunmasında iştirak etmədiyi və müqavilə tərəfi olmadığı halda onun həmin müqavilə üzrə “mübahisəli mənzilə dair” mübahisə olunan müqavilə üzrə hüquqlarının müdafiə etməsi, bu hissədə şikayət verə bilməsi, İddiaçı MMC- nə qarşı tələb irəli sürməsi, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verə bilməsi kimi hüquq və vəzifələri həmin müqavilə üzrə tərəf olmadığından qəbul edilə bilməz. Bununla əlaqədar əslində onun məhkəmədə iddia qaldırmaq və mənzilə dair hər hansı tələbi irəli sürmək, məhkəmədə həmin müqavilə üzrə mövqeyini əsaslandırma kimi subyektiv hüquqları yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi 02 iyul 2020-ci il tarixli, 2(102)- 2375/2020 say lı qərarında cavabdehin müraciətində qeyd olunanları iddianın etirafı kimi yox, faktın etirafı kimi qiymətləndirmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı iddia qaldırmaq müqavilə üzrə “olmayan hüquqlarını” müdafiə etmək kimi subyektiv hüquqları olmamışdır. İş materiallarından görünür ki, Cavabdeh qeyd olunanlara baxmayaraq mübahisəli mənzili zəbt edərək uzun müdət ərzində həmin mənzildə buna heç bir hüququ olmadan yaşayır, qanunsuz mənzilə sahiblik və istifadə hüquqlarını həyata keçirməklə İddiaçı MMC-yə külü miqdar zərər vurmaqda davam edir. Mübahisəli yaşayış sahəsinə dair cavabdeh ilə MMC arasında bağlanılmış həmin müqavilə uzrə cavabdehin həmin mənzilə hüquqları müəyyən olunmamış, həmin yaşayış sahəsinə nə onun, nə də onun adından digər şəxslər tərəfindən pul məbləği ödənilməmiş, qanunsuz və əsassız olaraq MMC-nin mülkiyyətini təşkil edən həmin yaşayış sahəsinə sahiblənmiş, bununla əlaqədar MMC-nin mülkiyyətinə kulli miqdar maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi özünün 02 iyul 2020-ci il tarixli, 2-102-2375/20 saylı qərarında Cavabdeh Nühi oglu ilə İddiaçı MMC arasında Abşeron rayonu Xırdalan qəsəbəsi, H.Aslanov küçəsi 21-ci məhəllədə yaşayış binasının “C” giriş, 10-cu mərtəbəsində sahəsi 125,78 kv. metr olan 3- otaqlı 49 saylı məzilə dair “alqı satqı” müqaviləsinin İddiaçı MMC-nin iddia tələbi üzrə “etibarsız hesab edilməsi” hissəsində ləgv edərək izah vermişdir ki, ”tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlərə istinad olunan normaların əsas dizpozitiv şərtləri baxımından yanaşdıqda həmin mənzillə bağlanmış müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən edilmir”. Belə ki, “mənzilin dəyərinin cavabdeh tərəfindən həqiqətdə ödənilməməsi” müqavilənin etibarsızlığı üçün yox, həmin müqavilənin ləğvi üçün əsas ola bilər”. Ali Məhkəmə yalnız qeyd olunan hissədə iddia tələbinin müqavilənin “etibarsız hesab olunması” hissəsində qoyulmasını əsassız hesab etməklə Apellyasiya Məhkəməsinin qətnaməsini ləgv etmiş, yeni baxışa qaytarmış, işə yenidən baxan Sumqayıt Apellyasya Məhkəməsi özünün xx.xx.2024-cü il tarixli 2(105)-2423/20 saylı qətnaməsin də eyni mövqe ilə İddiaçı MMC Cavabdeh qarşı iddiasının “müqavilənin etibarsız hesab edilməsi” hissəsində əsassız saymaqla təmin etməmişdir. Qeyd olunanlar isə "xxxx" MMC tərəfindən Cavabdeh ilə “bağlanmış” müqavilənin eyni əsaslarla, lakin predmet fərqi ilə müqavilənin ləğvi barədə iddia tələbi irəli sürmək imkanını vermiş, Abşeron Rayon Məhkəməsi yuxarıda qeyd olunanlara əsaslanmaqla tərəflər arasında mübahisəli “alqı-atqı” müqaviləsini ləgv etmişdir. Mənzilə dair hüquqların cavabdehə keçməsinin huquqi əsasları olmamış, bu əsasla da mənzilin onun qanunsuz sahibliyindən alınması və qanuni sahib kimi MMC-yə qaytarılması və təhvil təslim olunması, onun isə mənzildən çıxarılmasının huquqi əsasları yaranmışdır. Qeyd olunanlar ilə əlaqədar 23 may 2014-cü il tarixli, H.Aslanov 21-ci məhəllədə inşa olunan binanı “C” girişli, 10-cu mərtəbəsində 3 otaqlı 49 saylı mənzilə dair müqavilə və "xxxx" MMC tərəfindən ləgv olunmuşdur.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, məhkəmə qərarlarından da görünür ki, ca vabdehlə təmsil etdiyi təşkilat arasında hər hansı müqavilə bağlanmamış, tərəflər arasında öhdəlik münasibəti yaranmamışdır. Məhkəmə iclas protokollarında Yaşarın qardaşı tərəfindən iki mənzilin ödənişinin həyata keçirilməsi öhdəliyinin götürüldüyü, lakin ödənişi həyata keçirə bilməməsi barədə izahatlar vardır. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim olunmuşdur ki, həmin ərizədə ödənişi həyata keçirə bilməmələri öz əksini tapmışdır. Müqavilə üzrə ödənişin həyata keçirilməsi ilə bağlı heç bir sübut olmamışdır. Müqavilənin ləğvi üçün əsaslar müəyyən olunmuşdur. Məbləğin ödənilməsi də təklif olunmuş, lakin qarşı tərəf ödəniş etməmişdir. Cavabdeh ərizənin ona zorla, təhdid altında yazdırıldığını bildirmişdirsə, illər ərzində polisə şikayət etməməsi ağlabatan deyildir. Birtərəfl i qaydada müqaviləni ləğv etsələr də məhkəmə qaydasında da ləğv olunmasını istəyirlər. Çünki əsaslar fərqlidir. Həmin binanın tikintisi zamanı tərəflər arasında səmimi münasibət olmuş, cavabdehə etibar olunmuş, beton məmulatlarının təminatı olaraq qarşı tərəfə maliyyə arayışı, kassa mədaxil orderi təqdim olunmuşdur. Etibarsızlıqla bağlı mübahisə 2020-ci ildə bitmişdir. 2020-ci ildən sonra üç ilə yaxın müddətdə iddia qaldırmamalarının səbəbi təmsil etdiyi təşkilatda uzun müddət ərzində səlahiyyətli şəxslərin olmaması, direktorların həbsdə olması ilə bağlı olmuşdur. 2019-cu ildən mübahisəli mənzilin Kərimov Rizvan adlı şəxsə satılması ilə əlaqədar dəqiq məlumatı yoxdur. 2017-ci ildə həmin mənzilə dair məhkəmə mübahisəsi mövcud olduğu halda, ikinci dəfə digər şəxslə müqavilə bağlanmamasının səbəbini bilmir. Ərizə təzyiqlə yazılmışdısa, polisə müraciət oluna bilərdi.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1614/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi) Ayaz Mahmudov və Zahid Məmmədov) apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2725/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd etmişdir ki, tərəflər arasında hazırkı mübahisə predmeti olan müqavilənin etibarsızlığına dair məhkəmə mübahisəsi üzrə Abşeron Rayon Məhkəməsinin 5 avqust 2016-cı il tarixli, 2(012)-4696/2016 saylı, S umqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2017-ci il tarixli, 2(105)-2724/2017 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(105)-2541/2018 saylı qətnamələri ləğv edildiyindən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbi baxımından həmin qətnamələr üzrə müəyyən edilmiş hər hansı bir fakt preyudisial əhəmiyyətə malik olmamışdır. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(105)-2423/2020 saylı qətnaməsi ilə isə cavabdehin qeyd edilən müqavilə üzrə pulu ödəməməsi ilə bağlı hər hansı bir fakt müəyyən edilməmişdir. Həmin qətnamədə yalnız müqavilə üzrə əşyanın dəyərinin ödənilməməsinin müqavilənin etibarsızlığına deyil, müqavilənin ləğvinə əsas verən hal olmasına dair hüquqi qiymət verilməklə id dia tələbi rədd edilmişdir.

24. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2017-ci il tarixli ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, həmin ərizənin mətnində - “qardaşı Elxan Babayevin və onun qızı Röya Babayevanın İddiaçı MMC-yə qarşı onun adından verilmiş iddia ərizəsindən xəbəri olmadığından həmin tələb üzrə iddia ərizəsini qəbul etməmişdir. Odur ki, Xanlar Cəfərovdan heç bir tələbi yoxdur, belə ki, həmin mənzillər üçün qardaşı Elxan Babayev və onun qızı Röya Babayeva tərəfindən heç bir ödəniş edilməmişdir, yalnız ödənişə söz verilmişdir”- sözləri qeyd edilmişdir ki, həmin mətndə mübahisənin hansı mənzillərdən getməsi və onun adından hansı iddia ərizəsinin verilməsi aydın olmamışdır. Cavabdeh tərəf hazırda həmin ərizəni təsir nəticəsində həqiqi iradəsindən kə nar yazıldığını iddia etməklə yanaşı, həmin ərizədə konkret hansı iddiadan, hansı müqavilədən söhbət getdiyini qeyd olunmadığını bildirməklə, mötəbərliyini əsaslı şəkildə şübhə altına salmışdır.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında hazırkı mübahisə predmeti olan müqavilənin etibarsızlığına dair məhkəmə mübahisəsi getdiyi zaman, o cümlədən cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli ərizə yazıldığı zaman cavabdehin qardaşının barəsində İddiaçı MMC-nin rəhbəri Xanlar Cəfərovun şikayəti üzrə cinayət işi olmuşdur ki, bu zaman cavabdehin özünün və qardaşının əleyhinə xx.xx.2017ci il tarixli ərizəni yazması və ərizəsində Xanlar Cəfərovdan heç bir tələbinin olmaması kimi ifadəni işlətməsi həmin ərizənin onun həqiqi iradəsi ilə yazılmamasına dair etiraz dəlilinin a ğlabatan və inandırıcı olmasını təsdiq etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qeyd edilən ərizəni mötəbər sübut kimi qiymətləndirməsi düzgün olmamışdır. Hərçənd ki, iş materialalrında olan iddiaçı tərəfin səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş 23 may 2014-cü il tarixli maliyyə arayışı və kassa mədaxil orderi qəbzi ilə Cavabdeh tərəfindən mübahisələndirilən müqavilənin premdeti olan mənzilə görə 62890 manat pul vəsaitinin ödənilməsi öz təsdiqini tapmışdır.

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə qarşı iddiaçının yazılı etirazında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarına istinad edərək, iradə ifadələrini bildirməklə tərəflər arasında bağlanmış müqavilənin artıq ləğv edilməsi ilə bağlı etiraz dəlilinə münasibətdə isə qeyd edir ki, qeyd edilən halda iddiaçı müqavilənin ləğvinə dair deyil, yalnız əmlakın cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması tələbini irəli sürə bilərdi. Lakin, iddiaçı müqavilənin ləğv edilməsi və əmlakın geri qaytarılması barədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunan əqdin etibarsızlığı ilə bağlı mübahisə yarandığı təqdirdə tərəflərin məhkə məyə müraciət edə bilməsi ilə bağlı hüquqi mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, müqavilənin ləğvi tələbinə dair mübahisə yarandığı təqdirdə də tərəflərin müqavilənin ləğvinə dair məhkəmədə iddia qaldırmaq hüququ istisna olunmur.

27. Məhkəmə kollegiyası qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(105)-2423/2020 saylı qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 may 2021-ci il tarixli, 2(102)-3169/2021 saylı qərarın mövcudluğu halında tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı və buna müvafiq olaraq isə etibarsız müqavilənin ləğvi tələbinin irəli sürülməsinin mümkünlüyünə dair hüquqi qiymət verilməsini əsassız hesab etmişdir.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci in stansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir ki, bununla da birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 421.1, 421.2, 421.3, 423.1, 423.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenimunun «Bagırovun şikayəti üzrə Ali Məhkəmənin MİÜMKnın xx.xx.2007 ci il tarixli qərarınına əsasən, Cavabdeh İddiaçıa qarşı iddia qaldırmaq müqavilə üzrə “olmayan hüquqlarını” müdafiə etmək kimi subyektiv hüququ olmamışdır. İş Cavabdeh qeyd olunanlara baxmayaraq mübahisəli mənzili zəbt edərək uzun müdət ərzində həmin mənzildə buna heç bir hüququ olmadan yaşayır, qanunsuz mənzilə sahiblik və istifadə hüquqlarını həyata keçirməklə MMC-yə küllü miqdarda zərər vurmaqda davam edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdehin nümayəndəsi kasassiya şikayətinə etiraz ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin 2(105)-1614/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kasasiya şikayətinin təmin edilmə məsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər

34. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 35. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 36. 421.3. Müqavilənin tamam ilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

37. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

38. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı m ünasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən a sılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktları bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Apellyasiya instansiyası məhkəməsi işin halları üzrə müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(105)2423/2020 saylı qətnaməsi ilə cavabdehin qeyd edilən müqavilə üzrə pulu ödəməməsi ilə bağlı hər hansı bir fakt müəyyən edilməmişdir. Həmin qətnamədə yalnız müqavilə üzrə əşyanın dəyərinin ödənilməməsinin müqavilənin etibarsızlığına deyil, müqavilənin ləğvinə əsas verən hal olmasına dair hüquqi qiymət verilməklə iddia tələbi rədd edilmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, tərəflər arasında hazırkı mübahisə predmeti olan müqavilənin etibarsızlığına dair məhkəmə mübahisəsi getdiyi zaman, o cümlədən cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli ərizə yazıldığı zaman cavabdehin qardaşının barəsində İddiaçı MMC-nin rəhbəri Xanlar Cəfərovun şikayəti üzrə cinayət işi olmuşdur ki, bu zaman cavabdehin özünün və qardaşının əleyhinə xx.xx.2017-ci il tarixli ərizəni yazması və ərizəsində Xanlar Cəfərovdan heç bir tələbinin olmaması kimi ifadəni işlətməsi həmin ərizənin onun həqiqi iradəsi ilə yazılmamasına dair etiraz dəlilinin ağlabatan və inandırıcı olmasını təsdiq etmişdir.... birinci instansiya məhkəməsinin qeyd edilən ərizəni mötəbər sübut kimi qiymətləndirməsi düzgün olmamışdır. Hərçənd ki, iş materiallarında olan iddiaçı tərəfin səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş 23 may 2014-cü il tarixli maliyyə arayışı və kassa mədaxil orderi qəbzi ilə Cavabdeh tərəfindən mübahisələndirilən müqavilənin predmeti olan mənzilə görə 62.890 manat pul vəsaitinin ödənilməsi öz təsdiqini tapmışdır.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəm əsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

55. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamal ı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1614/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar