Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2443/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili x1 iştirakı ilə,, İddiaçı Cavabdeh qarşı payların müəyyənləşdirilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Neftçala Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tari xli qətnaməsi ilə (hakim X.Fərhadov, iş № 2(053)-535/19) İddiaçı Cavabdeh qarşı payların müəyyənləşdirilməsi tələbinə dair iddiası qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,1 kv.metr, yaşayış sahəsi 47 kv.metr olan üç otaqlı 15 nömrəli mənzil payları bərabər olmaqla İddiaçı və Cavabdeh arasında bölünməsi və hər birinin paylarının 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov -sədrlik edən və məruzəçi, T.Kərimov və F.Abbasov, iş № 2(106)-3561/19) cavabdehin apelyasiya şikayəti təmin edilməyərək Neftçala Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışd ır. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Neftçala şəhəri, A.Cəfərov küçəsində istifadədə olan 0,003 hektar torpaq sahəsində yerləşən 3A nömrəli, beş mərtəbəli binanın birinci girişində, beşinci mərtəbəsində, 67,1 kv. metr ümumi, 47 kv. metr yaşayış sahəsindən ibarət üç otaqlı 15 nömrəli mənzilin 2/3 hissəsinin ona, 1/3 hissəsinin isə Cavabdeh ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri mübahisələn dirilən hissələrdə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi və vəkili x3 cavabdehin kassasiya şikayətinə etiraz edərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 08 sentyabr 2006-cı il tarixdə rəsmi evlənib ailə qurmuş, Neftçal a Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Birgə nikah dövründə Cavabdeh ilə x2 arasında bağlanmış 16 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Neftçala şəhəri, A.Cəfərov küçəsində istifadədə olan 0,003 hektar torpaq sahəsində yerləşən 3A nömrəli, beş mərtəbəli binanın birinci girişində, beşinci mərtəbəsində, 67,1 kv. metr ümumi, 47 kv. metr yaşayış sahəsindən ibarət üç otaqlı 15 nömrəli mənzili cavabdeh almış və 17 noyabr 2008-ci il tarixdə isə bu barədə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Tərəflər arasında sözügedən mənzilin bölünməsi barədə razılıq olmadığından İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci ma ddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ərarvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda n əzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Apelyasiya instansiyası məhkəməsi qənaətə gəlmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 15 nömrəli üç otaqlı mənzil tərəflərdən hansının adına qeyd olunmasından asılı olmayaraq birgə nikah dövründə əldə olunmuşdur. Bu əmlak onların ümumi mülkiyyətidir və bölünərkən payları bərabər hesab olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan mənzildə payların bərabər olmaqla tərəflər arasında bölünməsi və hər birinin payının 1/2 (ikidə bir) hissədə müəyyən edilməli olması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hər iki apelyasiya şikayətinin dəlilləri aparılmış araşdırma zamanı öz təsdiqini tapmadığından təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi hər iki tərəfə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Cavabdehin kassasiya şikayətində istinad etdiyi dəlillər apelyasiya şikayətində olan dəlilləri ilə üst-üstə düşür ki, həmin dəlillər müvafiq olaraq apelyasiya instansiya məhkəməsi tərəfindən müvafiq araşdırma aparılaraq müvafiq nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə q anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 noyabr 2019-c u il tarixli, 2(106)-3561/19 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2443/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2443/2020
09.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver