Məhkəmə qərarları › İş №2(102)-2446/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2446/2021

20.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2446/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: “qızıl-zinyət əşyalarının, komputerin, yaxud onların dəyərlərinin qaytarılması” Açar sözlər: əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Qocayev Orxan Ələddin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(103)-7552/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş k assasiya şikayətinə dair işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Tərəflər 01 mart 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra iddiaçı cavabdehin yaşadığı X. ünvanında yerləşən evə gəlin köçmüş, nikahlarından 01 yanvar 2017-ci il tarixdə Səbinə adını verdikləri uşaqları doğulmuş, 2019-cu ilin iyun ayında iddiaçı nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə 01 mart 2015ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurduğunu və cavabdehin pasport qeydiyyatında olduğu X. ünvanında yerləşən evə gəlin köçdüyünü, gəlin köçərkən özü ilə birlikdə cehiz əşyalarını da həmin mənzilə apardığını, nikahlarından 01 yanvar 2017-ci il tarixdə Səbinə adını verdikləri uşaqlarının doğulduğunu, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən nikahlarının pozulduğunu, uşağın yanında qaldığını və onun saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulduğunu, cavabdehin ona hədiyyə olunmuş qızıl-zinyət əşyalarını və özünün şəxsi əşyalarını qaytarmadığını bildirmiş, buna görə də cavabdehdən 1 ədəd qiyməti 3.200 manat olan 750 əyarlı komplektin (sırğa-üzük, qolbağı, sep, klon), 1 cüt qiyməti 200 manat olan 2,6 qram, 585 əyarlı sırğanın, 1 cüt qiyməti 220 manat olan 3,1 qram, 585 əyarlı sırğanın, 1 ədəd qiyməti 120 manat olan 2 qram, göy qaşlı, 585 əyarlı üzüyün, 1 ədəd qiyməti 120 manat olan, 2 qram, yaşıl qaşlı, 585 əyarlı üzüyün, 1 ədəd qiyməti 120 manat olan, qaşsız (alyans), 585 əyarlı üzüyün, 1 ədəd qiyməti 670 manat olan, 13,3 qram, 750 əyarlı komplektin (sırğa, üzük, klon, sep), 1 ədəd qiyməti 1300 manat olan, 10 qram, 750 əyarlı 750 brilyant qaşlı nişan üzüyünün, 1 ədəd qiyməti 180 manat olan, 3,1 qram, 585 əyarlı sırğanın, 1 ədəd qiyməti 190 manat olan, 3,2 qram, 585 əyarlı sırğanın, 1 ədəd qiyməti 700 manat olan “LG” markalı kompyuterin, naturada olmadıqda isə onların dəyərinin, yəni 6320 manatın, həmçinin 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılma sı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(010)1376/2020 saylı qətnaməsi ilə (hakim A.F.İbrahimov) iddia tələbləri qismən təmin edilərək, Cavabdeh 1 ədəd, əyarı 750 olan komplektin (sırğa-üzük, qolbağı, sep, klon), 1 cüt, 2,6 qram, əyarı 585 olan sırğanın, 1 cüt, 3,1 qram, əyarı 585 olan sırğanın, 1 ədəd, 2 qram, göy qaşlı, əyarı 585 olan üzüyün, 1 ədəd, 2 qram, yaşıl qaşlı, əyarı 585 olan üzüyün, 1 ədəd, qaşsız (alyans), əyarı 585 olan üzüyün, 1 ədəd, 13,3 qram, əyarı 750 olan komplektin (sırğa, üzük, klon, sep), 1 ədəd, 10 qram, əyarı 750 olan brilyant qaşlı nişan üzüyünün, 1 ədəd, 3,1 qram, əyarı 585 olan sırğanın, 1 ədəd, 3,2 qram, əyarı 585 olan sırğanın və ya onların dəyəri olan 6144 manatın, 1 ədəd “LG” mar kalı kompyuterin monitorunun və ya onun dəyəri olan 70 manatın, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manatın Cavabdeh oğlundan dövlət büdcəsi xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(103)-7552/2020 saylı qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1376/2020 saylı iş üzrə 14 avqust 2020-ci il tarixli qətnaməsinin “Cavabdeh 1 ədəd, əyarı 750 olan komplektin (sırğaüzük, qolbağı, sep, klon), 1 cüt, 2,6 qram, əyarı 585 olan sırğanın, 1 cüt, 3,1 qram, əyarı 585 olan sırğanın, 1 ədəd, 2 qram, göy qaşlı, əyarı 585 olan üzüyün, 1 ədəd, 2 qram, yaşıl qaşlı, əyarı 585 olan üzüyün, 1 ədəd, qaşsız (alyans), əyarı 585 olan üzüyün, 1 ədəd, 13,3 qram, əyarı 750 olan komplektin (sırğa, üzük, klon, sep), 1 ədəd, 10 qram, əyarı 750 olan brilyant qaşlı nişan üzüyünün, 1 ədəd, 3,1 qram, əyarı 585 olan sırğanın, 1 ədəd, 3,2 qram, əyarı 585 olan sırğanın və ya onların dəyəri olan 6144 manatın, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manatın Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması” hissələrində ləğv olunması, iddia tələbinin göstərilən hissədə də təmin edilməməsi, qətnamənin mübahisələndirilən qala n hissədə, yəni “1 ədəd “LG” markalı kompyuterin monitorunun və ya onun dəyəri olan 70 manatın X2 alınıb İddiaçı verilməsi” hissəsində dəyişdirilmədən saxlanılması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid edilməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 80 (səksən) manatının İddiaçı, 20 (iyirmi) manatının isə Cavabdeh oğlundan alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/hAZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22) keçirilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunmasına və cavabdehdən 1 ədəd, əyarı 750 olan komplektin (sırğa, üzük, qolbaq, sep, klon), 1 cüt 2,6 qram, əyarı 585 olan sırğanın, 1 cüt 3,1 qram, əyarı 585 olan sırğanın, 1 ədəd 2 qram, göy qaşlı, əyarı 585 olan üzüyün, 1 ədəd, 2 qram, yaşıl qaşlı, əyarı 585 olan üzüyün, 1 ədəd qaşsız (alyans), əyarı 585 olan üzüyün, 1 ədəd 13,3 qram, əyarı 750 olan komplektin (sırğa, üzük, klon, sep), 1 ədəd 10 qram, əyarı 750 olan brilyant qaşlı nişan üzüyünün, 1 ədəd 3,1 qram, əyarı 585 olan sırğanın, 1 ədəd 3,2 qram, əyarı 585 olan sırğanın və ya onların dəyəri olan 70 manatın, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası mövcud sübutlar əsasında tərəflərin gerçək hüquqi niyyətlərinin və öz mülkünün satışına cavabdeh tərəfindən iradəsi ziddinə yol verilməsi, iddiaçının iradə ifadəsinin müəyyən edilməməsi kim hallara düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının İddiaçı vəkili Qocayev Orxan Ələddin oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyası ndan xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəs inə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul ed ilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddiasına görə gəlin köçərkən (nikaha daxil olarkən) ona iddia ərizəsində sadaladığı qızıl-zin yət əşyaları hədiyyə olunmuş, münasibətləri pozulduqdan sonra həmin əşyalar ona qaytarılmamışdır; cavabdeh isə iddiaçının iddia etdiyi qızıl-zinyət əşyalarından yalnız dəyəri 2.200 manat olan komplektin və nişan üzüyünün mövcud olduğunu, onların isə nikahda olduqları dövrdə ailənin ehtiyacları üçün satıldığını bildirmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinə ərizə ünvanlayan X4 ərizəsində göstərmişdir ki, Bakı şəhərinin “Neftçilər” metrosu yaxınlığında yerləşən “Orbita” ticarət mərkəzində qızıl dükanında satıcı işləyir və işlədiyi müddətdə Cavabdeh 20162018-ci illərdə ona dəfələrlə qızıl satmış, satılmış üzük, boyunbağı, sırğaların əyarları 750 və 585 olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbində göstərdiyi qızıl-ziny ət əşyalarından komplektin və nişan üzüyünün ona hədiyyə edilmiş olduğunun iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac olmamışdır; çünkü bu fakt, yəni sözügedən qızılların iddiaçıya hədiyyə edildiyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İşin hallarından və iş materiallarından aydın olur ki, həmin zinyət əşyaları tərəflərin nikahda olduqları (ailə olaraq yaşadıqları) dövrdə cavabdeh tərəfindən satılmışdır və hazırda cavabdehin sahibliyində deyildir. İddiaçı qızıl-zinyət əşyalarının ona məlumat verilmədən (xəbəri olmadan) satıldığını irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi onun bu arqumentini inandırıcı hesab etməmiş və qeyd etmişdir ki, iş materiallarından, qızılların tərəflərin münasibətlərinin normal olduğu tarixlərdə satıldığı məlum olur və buna görə də onların bilavas itə iddiaçının razılığı əsasında satılaraq əldə olunan pulun ailə ehtiyaclarına sərf edildiyi gənaətinə gəlmək daha ağlabatandır. İddiaçının iddia tələbində ona hədiyyə olunduğunu irəli sürdüyü digər zinyət əşyaları barədə isə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissəsi üzrə əlavə əsaslandırma aparılmasına zərurət görməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(103)-7552/2020 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar