Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2447/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş ümumi məhkəməyə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın boşaldılması və pul tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2744/2022 nömrəli iş üzrə 08 dekabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən veri lmiş şikayətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı cavabdehin icarəsində olan ona məxsus qeyri-yaşayış sahəsinin boşaldılması, ödənilməmiş icarə haqqı və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdeh ərizə ilə müraciət edərək, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-2744/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim Səbinə Nuriyeva) ərizə təmin olunmamışdır.
4. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin (bundan sonra – MPM) 24.2, 24.3, 26.1, 26.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh fərdi sahibkar kimi qeydiyyatdan keçmiş (VÖEN: **********), iddiaçı isə fiziki şəxs olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddia tələbi qanunsuz istifadə edilən əmlakın boşaldılması və istifadə edilmiş müddət ərzində ödənilməmiş icarə haqqının ödənilməsinə yönəlmişdir. Göründüyü kimi, tərəflərin subyektiv tərkibi, habelə mübahisənin mahiyyəti kommersiya məhkəmələrinə baxılan iddia tələblərinə aid deyil.
5. Qərardaddan cavabdeh (Vəkil2) tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 31 mart 2023-cü il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
6. Şikayət belə əsaslandırılm ışdır ki, iddiaçı mülkiyyətində olan obyekti icarəyə verib, gəlir əldə etdiyindən vergi orqanına qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur, cavabdeh isə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş fərdi sahibkardır, mübahisənin predmeti “obyektin boşaldılması və maddi zərərin ödənilməsi” tələbindən ibarətdir. Göründüyü kimi, tərəflər arasındakı mübahisə onların sahibkarlıq fəaliyyətindən irəli gəlir. Mülki prosessual qanunvericiliyə əsasən, fərdi sahibkar olmayan fiziki şəxslər də kommersiya mübahisələrinin subyekti ola bilərlər. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
7. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
8. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
9. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Əsaslandırıcı hissə
10. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə d air” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birli kdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).
12. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korpora tiv mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar (bənd 26).
13. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki,...fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır (bənd 27).
14. Baxılan iş üzrə cavabdeh fərdi sahibkar (VÖEN: **********) olsa da, iddiaçı fiziki şəxsdir, onun sahibkarlıq subyekti (fərdi sahibkar, hər hansı hüquqi şəxsin iştirakçısı və s.) olması barədə iş materiallarında sübut (məlumat) yoxdur. Odur ki, mülki prosessual qanunvericiliyin aidiyyət qaydalarını tənzimləyən qüvvədə olan tələbləri baxımından hazırkı iş kommersiya mübahisəsi kimi qəbul oluna bilməz.
15. Bu baxımdan, birinci instansiya məhkəməsi işin kommersiya məhkəməsinə aid olmaması barədə düzgün qənaətə gəlmişdir.
16. MPM-ə əsas ən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1)
17. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2744/2022 nömrəli iş üzrə 08 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.