Məhkəmə qərarları › İş №2(102)-2448/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2448/2021

15.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2448/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqı tələbi 15.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı, vəkili Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7828/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 aprel 2021-ci il tarixdə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında 27.08.2011-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq sonuncu 2-ci dərəcəli aşpaz vəzifəsinə təyin edilmişdir.

2. Aylıq əmək haqqı 835 manat (vergilər və tutulmalar daxil olmaqla) təşkil etmişdir. 3. 2-ci dərəcəli aşpazın vəzifə təlimatına əsasən əməkdaş vəzifəsini mövcud standartlara əməl edərək yerinə yetirməlidir.

4. Mövcud standartlara uyğun qaydalara əsasən qəbul edilən bütün sifarişlər ekspeditor tərəfindən POS printeri vasitəsilə hər bir xəttstansiyasına çağrılmış hesab edilməlidir, işçi yalnız talon əsasında hazırlanmalıdır, baş verən mümkün problemləri, yaxud qonaqların arzu və istəklərini müəyyən etmək məqsədilə baş aşpaz məlumatlandırılmalıdır 5. 06.1 2.2019-cu il tarixli əmrə əsasən İddiaçı Bəyalı oğlu ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Əmrin verilməsinə əsas İddiaçı 03 dekabr 2019-cu il tarixli izahatı və 05.12.2019-cu il tarixli akt olmuşdur. 6. 03 dekabr 2019-cu il tarixli izahatdan görünür ki, İddiaçı Bəyalı oğlu vəzifəsini mövcud standartlara uyğun qaydalara əməl etmədiyini, otelə maddii ziyan vurduğunu bildirmişdir 7. 05 dekabr 2019-cu il tarixli akta əsasən 27 avqust 201- ci il tarixində bağlanmış əmək müqaviləsi əsasında 2-ci dərəcəli aşpaz vəzifəsində çalışan İddiaçı vəzifə təlimatında qeyd olunan əmək funksiyalarının icrasına məsuliyyətlə yanaşmamış, daxili prosedurlara riayət etməmiş və çeksiz yemək verməklə əmək funksiyalarını kobud şəkildə pozulduğu qeyd edi lmiş, İddiaçı aktla tanış olaraq öz imzası ilə təsdiq etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 79/R nömrəli, 06.12.2019-cu il tarixli əmrinin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Sonradan iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək Cavabdeh MMC-nin 79/R nömrəli, 06.12.2019-cu il tarixli əmrinin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, əsassız işdən kənarlaşdırıldığı 01.12-06.12.2019-cu illərdə 1000 manat maddi ziyanın, bu aylar ərzində əsassız əmrə görə işsiz qaldığı karantin dövründə maddi vəziyyətinin daha da ağırlaşdığı üçün 6000 manat dəymiş maddi ziyanın və vəkillə bağladığı müqaviləyə görə ödədiyi 211 manat məbləğində çəkilən xərcin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Cavabdeh" MMCdə ilk iş yeri olmaqla 27.08.2011-ci il tarixdən işə qəbul edilmişdir. Sonradan Cəmiyyətdə 01.01.2012-ci il tarixdən 2 dərəcəli aşpaz kimi iş fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddətdə o, əmək intizamına yol verməmişdir, hazırki dövrədək intizam tənbehi olmamışdır, daim işinin öhdəsindən layiqincə gəlmişdir. Lakin o, 01.12.2019-cu il tarixdən 06.12.2019-cu il tarixədək işdən kənarlaşdırılmışdır. O, işəgötürənə izahatını da vermiş, izahatda o, ofisant Sakitin hərəkətlərindən xəbərsiz olmağını qeyd etmişdir, sifarişlərin yerinə yetirməməyinin əsas səbəbi isə qonaqların otel xidmətindən narazı qalmaması, müştəri məmunluğuna görə etməyini bildirmişdir. Bundan başqa izahatında gecə növbəsində olarkən qonaqların sifarişli otaqlarda ofisant Sakit tərəfindən qəbul edilməsini, sistemə yerləşdirməsini və ondan həmin yeməklərin hazırlanıb təcili qonaqlara verilməsi tələbi olmuşdur. Ofisant sistemdə olmayan yeməkləri ondan tələb etdikdə, sistemin çökməsini, sifarişi həmin an sistemə yerləşdirə bilməməsini qeyd etmiş, qonaqlar məmnun qalsın deyə, sifarişi gecikdirməməyi ondan təkidlə tələb etmişdir. Buna görə də o, sistemə vurulmamış yeməkləri hazırlayıb təcili qonaqlara ofisant vasitəsi ilə təqdim etmişdir. Cəmiyyətdə işlədiyi bu illər ərzində təxminən 3 il əvvəl iddiaçı sistemə vurulmayan yeməyi qonağa təqdim etmədikdə böyük söz-söhbət yaranmış, hətta ona raport yazı lmış və işəgötürən tərəfindən şifahi xəbərdarlıq olmuşdur ki, qonaqlar oteldən məmnun getsin deyə, sifarişi tam icra etməyi işəgötürən tərəfindən ona bildirilmişdir. Buna görə də əsas qonaqların oteldə olan xidmətdən narazı qalmaması, onların məmnunluğuna görə o aşpaz kimi sifarişi qəbul edib yeməyi hazırlayıb ofisant vasitəsilə təqdim etmişdir. Lakin yuxarıda qeyd olunanlara baxmayaraq işəgötürən onu ofisant Sakitin hərəkətlərinə görə qərəzli olaraq tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam edilməsi barədə əmr vermişdir. İddiaçı və işəgötürən arasında bağlanmış 27.08.2011-ci il tarixli əmək müqaviləsinin 3-cü bəndinə əsasən işçinin əmək funksiyasının icrası nəzərdə tutulmuş, işəgötürən tərəfindən əmək funksiyasına aid olmayan işə görə iddiaçı əsassız olaraq intizam tənbehinə cəlb edilmişdir və cəzalandırılmışdır.

11. Bakı şəhəri Səbail rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 avqust 2020-ci il tarixli 2(009)-1348/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 02.12-06.12.2019-cu ilədək işdən kənarlaşdırıldığı üçün 300 manat məbləğində dəymiş maddi ziyan və vəkillə bağladığı müqaviləyə görə ödədiyi pulun 100 manatı tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunduğundan, iddiaçının qanunla qorunan hüquqları pozulmadığından iddia tələbin in əmrin ləğv edilməsi hissəsi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan ötürülmüş, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermiş və ötürülmüş müddətin bərpa edilməsinə imkan verən hər hansı sübut təqdim edilməmişdir. Maddi ziyan tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müddət ötürülməyib. Məhkəmə hesab etmişdir ki, işçinin müvəqqəti kənarlaşdırılmasına dair hər hansı əmr olmadığı üçün bu kənarlaşdırılma qanuni hesab edilə bilməz və cavabdehdən 01 dekabr istirahət günü olduğunu nəzərə alaraq 02.12.2019-cu il tarixdən-06.12.2019-cu il tarixədək olan dövr üçün dəymiş ziyan ödənilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62, 70, 296-cı, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7828/2020 nömrəli iş üzrə 05 noyabr 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli 2(009)- 1348/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı ilə bağlan ılmış əmək müqaviləsinə xitam verilməsi üçün əsasların kifayət etdiyini nəzərə alaraq 79/R nömrəli, 06.12.2019-cu il tarixli əmrin etibarlığı üzrə əlavə araşdırma aparmağı zəruri hesab etməmişdir. Məhkəmə kollegiyası özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Belə ki, iş materiallarında olan (səh.99 və 101) 03 dekabr 2019-cu il tarixli iddiaçının izahatdan görünür ki, İddiaçı Bəyalı oğlu vəzifəsini mövcud standartlara uyğun qaydalara əməl etmədiyini, otelə maddii ziyan vurduğunu bildirmişdir, 05 dekabr 2019-cu il tarixli aktdan görünür ki, 27 avqust 2011-ci il tarixində bağlanmış əmək müqaviləsi əsasında 2-ci dərəcəli aşpaz vəzifəsində çalışan İddiaçı vəzifə təlimatında qeyd olunan əmək funksiyalarının icras ına məsuliyyətlə yanaşmamış, daxili prosedurlara riayət etməmiş və çeksiz yemək verməklə əmək funksiyalarını kobud şəkildə pozulduğu qeyd edilmiş, İddiaçı həmin aktla tanış olaraq öz imzası ilə təsdiq etmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunduğundan, iddiaçının qanunla qorunan hüquqları pozulmadığından iddia tələbinin əmrin ləğv edilməsi hissəsi əsassızdır və təmin edilə bilməz. Bununla yanaşı, İddianın işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və.s. hissəsi əmrin ləğv edilməsi tələbindən irəli gəldiyindən bu tələblər də əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək ape lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 19. kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

21. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, apelyasiya instansiyası məh kəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası mə hkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi

26. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.(maddə 68) Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

26. Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər:(Maddə 70) Mülki Prossesual Məcəllə

27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayə ti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7828/2020 nömrəli iş üzrə 05 noyabr 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar