Məhkəmə qərarları › İş №2(102)-2449/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2449/2021

07.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2449/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: XXXqızı İddia tələbi: əmlak tələbi Açar sözlər: ər-arvadın birgə mülkiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin faktiki halları İddiaçı ilə X2 18 mart 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 09 noyabr 2015-ci il tarixdə notariatda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 73,1 kv.m sahəsi olan iki otaqlı mənzil 135000 manata satılmışdır. X4 ilə Cavabdeh arasında bağlanılmış 09 iyul 2015-ci il tarixli müqaviləyə əsasən, X4 onun icarəsində olan Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin 26 may 2008-ci ildən başlayaraq icarə hüquqlarından 0.04 ha torpaq sahəsinin icarə hüquqlarını Cavabdeh 4.000 manata satmış, həmin torpaq sahəsi üzərində sonuncunun adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 07.03.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsini n 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan 18.03.2011-ci il tarixdə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan olan 31 avqust 2013-cü il təvəllüdlü X5 və 23 iyun 2016-cı il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılması, 31 avqust 2013-cü il təvəllüdlü X5 və 23 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin 1/3 məbləğdə alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat 26 iyul 2018-ci il tarixdə İddiaçı XXXqızına qarşı iddia ərizəsi məhkəməyə müraciət etmiş, sonradan iddia ərizəsinə əlavə təqdim edərək, Abşeron rayonu, 1 nömrəli Zeytun savxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində icarə hüquqlarının ½ hissədə ona verilməsi, həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ½ hissəsinə pay hüququnun tanınması, birgə nikah dövründə aldığı əmlakların- cəmi 16.650 manat dəyərində 13 adda qızıl-zinət əşyası, 1578 manat dəyərində kompyuter və telefon, 2500 manat dəyərində şuba, cəmi 18.610 manat dəyərində 13 adda məişət əşyasının cavabdeh XXXqızından alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nikahdan əvvəl 23 iyul 2004-cü il tarixdə iki otaqlı mənzil aıdığını, həmin mənzilin satışından əldə olunan 135000 manatı əsas hissəsinin evin tikintisinə sərf olunduğunu göstərmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-41/2020 saylı iş üzrə 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.M.Əhmədova) iddia qismən təmin e dilmiş, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin hazırki bazar dəyəri olan 130.000 manat xərcin 2/5 (40 faiz) hissəsinə iddiaçının, 3/5 (60 faiz) hissəsinə isə cavabdehin pay hüququnun tanınması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin olunmaması hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddia ərizəsinə uyğun əsaslandırmaqla nikahdan əvvəl əldə etdiyi mənzilin satışından əldə olunan vəsaitdən 80000 dollarının birgə nikah dövründə tikilmiş evin inşasına sərf olunduğunu göstərmişdir. Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5865/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin olunmuş, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin hazırki bazar dəyəri olan 130.000 manat xərcin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə XXXqızının pay hüququ tanınması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evini n tikintisinə çəkilmiş 130000 manat dəyərində xərcin, yeni evin hazırki bazar dəyərinin 2/5 (40 faiz) hissəsinə İddiaçı, 3/5 (60 faiz) hissəsinə isə XXXqızının pay hüququnun tanınması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Çünki, tərəflərin birgə nikah dövründə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Həmin ev onların birgə nikah dövründə birgə əldə etdikləri vəsaitlər hesabına tikildiyindən bu evin hazırki bazar dəyərinə, yəni evin tikintisinə çəklmiş xərcə onların payı müəyyən olunmalıdır. Lakin həmin payların birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən qaydada müəyyən edilməsi üçün əsas olan hallar sübuta yetirilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, işin müəyy ən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1 və 37.2-ci maddələrini tətbiq etməklə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş 130000 manat dəyərində xərcin, yeni evin hazırki bazar dəyərinin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin pay hüququ tanınmalıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evinə 2/5 hissədə iddiaçının, 3/5 hissədə isə onun pay hüququnun tanınması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən tərəflərin birgə əmlakdakı payları müəyyən edilərkən Ailə Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında mübahisələndirilən hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiym ətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ə rarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə, ər-arvadın birgə nikah dövründə əldə etdiyi əmlakın bölünməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələ rini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar