Məhkəmə qərarları › İş №2(102)-2453/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2453/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2453/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, öhdəliklərin icra edilməməsi, borclunun icranı gecikdirməsi, əqdin etibarsızlığı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər, səlahiyyətsiz şəxsin bağladığı əqd. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1402/2024 nöm rəli, 5 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixdə “Hyundai Elantra” minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh kredit yolu ilə satılmış, avtomobilin dəyəri 30.314,5 manat müəyyən edilmişdir. Müqaviləni İddiaçı əvəzindən nümayəndə qismində "xxxx" MMC-nin direktoru X6 imzalamışdır.

2. Cavabdeh avtomobilin dəyərinin 5.000 manat hissəsini ilkin ödəniş kimi qalan 25314,5 manat hissəsindən 6.336 manat hissəsini isə aylıq ödənişlər şəklində ödəmiş, cəmi 18.978,5 manat isə ödənilməmiş borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə dəymiş zərərin əvəzi kimi 18.978,5 manat əsas borc pulun, 3.766,4 manat məbləğində cərimə pulunun, 26.750 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 238,49 manat pulun cavabdehlər Cavabdeh və X3 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas f əaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2000 manat, 36 ay müddətinə, hər ay üzrə 704 manat ödəniş etməklə, 30.314,5 manata satılmışdır. xx.xx.2019-cu il tarixli, 2647 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh X9 müqavilə üzrə zaminlik edərək xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ödəniş etmədiyi təqdirdə zamin olaraq ödənişləri edəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh “Hyundai Elantra” minik markalı, 20 12-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2.000 manat, əlavə xərclər üçün 3000 manat, 9 ay 704 manat ödəniş edərək, cəmi 11.336 manat ödəniş etmiş və xx.xx.2020-ci il tarixdən sonra "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Cavabdeh 18978,5 manat məbləğində əsas borcu ödənilməmişdir. Qalan borcun ödənilməsi barədə dəfələrlə Cavabdeh şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Bu səbəbdən xx.xx.2022ci il tarixdə borclunun qeydiyyat ünvanına “Pretenziya” məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi tələb olunmuş, lakin borclu bu tələbə də məhəl qoymamışdır. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, Cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 535 gün istifadə edərək təhvil vermədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə (535x50) haqqı olmaqla 26750 manat məbləğində icarə pulu hesablanmışdır Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdir ildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 535 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə olmaqla 3766,4 manat məbləğində cərimə pulu hesablanmışdır. Müqavilənin 5.1.3-cü bəndinə əsasən alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə açıb götürmək satıcının hüququdur. Müqavilənin 7.2-ci bəndinə əsasən müqavilə üzrə alıcının öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqavilə ləğv edildikdə alıcı satıcıya qarşı hər hansı bir iddia tələbi ilə dövlət orqanlarına, müvafiq hüquq mühafizə orqanlarına (Polis, Prokurorluq, Məhkəmə və s.) müraciət etmək hüququnu itirir. Həmin müqavilənin 8.1.1-ci bəndinə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. Eyni zamanda müq avilənin 8.1.2-ci bəndinə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşın geri alındıqda və ya qaytarıldıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə, satıcı birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını başqa şəxsə satmaqda haqlıdır.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında "xxxx" MMC əsl İddiaçı ilə əvəz edilmişdir.

6. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, İddiaçı "xxxx" MMC-yə verdiyi AR-İ № 455435 saylı, xx.xx.2016-cı il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti olan “Hyundai Elantra” minik markalı, 2012-c i il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, 99KA-282 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ona geri verilməsi, bu mümkün olmadıqda dəymiş zərərin əvəzi olaraq 18.978,5 manat əsas borc pulun, 3.766,4 manat məbləğində cərimə pulunun, 26.750 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 238,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 02 avqust 2022-ci il tarixli, e-2(011)-3178/2022 saylı qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia qismən təmin edilərək, İddiaçı ("xxxx" MMC-yə verilmiş etibarnamə əsasında) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il ta rixli, 2647 saylı nisyə alqısatqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh tərəfindən “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı geri qaytarılması, bu mümkün olmadıqda Cavabdeh 18978,50 (on səkkiz min doqquz yüz yetmiş səkkiz manat əlli qəpik) manat əsas, 1500 (min beş yüz) manat cərimə borcu və 238,49 (iki yüz otuz səkkiz manat qırx doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə yaranmış münasibətlər mülki qanunvericiliyin nisyə alqı-satqı müqaviləsinin bağlanması barədə tələblərinə aiddir. Tərəflər arasında bağlanmış 2647 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında xx.xx.2019cu il tarixli müqavilənin 5.1.3-cü maddəsinə əsasən satıcının alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşın pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirərkən çəkilən bütün xərcləri alıcıdan tələb etmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək və 5.1.5-ci maddəsinə əsasən avtomaşını geri alarkən yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərər i alıcıdan tələb etmək və onun əmlakına yönəldilməsi tələbi irəli sürmək hüquqları vardır.

9. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə və ödənilməmiş qalan əsas borcu və müqavilə üzrə ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır.

10. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, iddiaçının müq avilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğu halda avtomobili ondan geri tələb etmək hüququ olduğundan, “Hyundai Elantra” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalı, avtomobilin geri qaytarılması mümkün olmadıqda isə ödənilməmiş pul öhdəliyi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

11. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən əsas borcun tutulması hissəsində təmin edilərək, ödənilməmiş 18.978,50 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə həmçinin, iddia ərizəsində göstərilən cərimə pulunu əsassız və şişirdilmiş hesab etməklə işin hallarını nəzərə alaraq, iddia tələbində göstərilən cərimə pulunun 3.766,40 manat məbləğində deyil, 1.500 manat məbləğində müəyyən edilməsi ni məqsədə müvafiq saymışdır.

13. Məhkəmə iddianın “26.750 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə hissəsini araşdıraraq hesab etmişdir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Ona görə ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsində icarə haqqının ödənilməsi barədə razılaşma olmamışdır.

14. Məhkəmə cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğu qənaətinə gələrək hesab etmişdir ki, iddianın “xx.xx.2019-cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi” hissəsində də iddia tələbi təmin edilməlidir.

15. Məhkəmə həmçinin iddianın 238,49 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini d ə araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 421.2, 442, 443.1, 443.5, 462.1, 467, 600.1, 601.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 119.1-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, avtomobilə dair xx.xx.2019-cu il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsi onunla bağlansa da, avtomobil X1 istifadəsinə verilmişdir. “Hyundai Elantra” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil heç vaxt onun istifadəsində olmamışdır. Bir dəfə olsun belə həmin avtomobili idarə etməmiş, istifadəsində olmamışdır. Əslində bu müqavilənin bağlanması səbəbindən xeyli ziyana düşmüşdür. Belə ki, iddiaçıya ödənilmiş ilkin ödəniş və xidməti haqqını o, öz vəsaiti hesabına ödəmişdir. Cavabdeh olduğu iş üzrə məhkəmə iclasında vəsatət verərək onu əsl cavabdeh X8 ilə əvəz edilməyini məhkəmədən xahiş etsə də, məhkəmə vəsatəti müzakirə etmədən təmin etməmişdir. Etibar Hüseynov 2020-ci ilin sentyabr ayında “Hyundai Elantra” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətmişdir. Bu barədə Nərimanov rayon Polis İdarəsi tərəfindən Etibar Hüseynovun barəsində İXM-nin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Nisyə alqı-satqı müqaviləsi bağlansa da, avtomobil onun istifadəsinə verilməmiş, Mülki Məcəllənin 337.1-ci maddənin tələblərinin pozulması ilə bağlandığından, əhəmiyyətsiz əqd hesab oluna bilər.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3771/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və F.Qasımov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şə həri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, e-2(011)-3178/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin qanuni əsası ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab edərək qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə onlar arasında “Hyundai Elantra” minik markalı avtomobilin nisyə alqı-satqısı müqaviləsi ilə əlaqədar yaranmış öhdəlik hüquq münasibətləri ilə bağlıdır. Cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair v əzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə və ödənilməmiş qalan əsas borcu və müqavilə üzrə ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır

21. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin hərəkəti düzgün olaraq öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilmiş və iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehdən icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə haqlı olmuşdur

22. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə iddia tələbinin nəqliyyat vasitəsinin geri qaytarılması, əks təqdirdə cavabdehdən 18.978,50 manat borcun tutulması hissəsində təmin edilməsi ilə b ağlı düzgün nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası həmçinin, işin halları nəzərə alınmaqla Mülki Məcəlləinin 467-ci maddəsinə əsasən iddia tələbində göstərilən cərimə pulunun 3.766,40 manat məbləğində deyil, 1500 manat məbləğində müəyyən edilməsini ədalətli və qanuni hesab etmişdir.

24. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur.

25. Buna görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi “xx.xx.2019-cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi” hissəsində düzgün olaraq təmin edilmişdir.

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd e tdiyi nisyə alqısatqı müqaviləsinin cavabdehlə bağlansa da, avtomobili X1 istifadəsində olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, avtomobili kimin istifadə etməsindən asılı olmayaraq tərəflər arasında bağlanmış 2647 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən öhdəlik münasibətləri İddiaçı və Cavabdeh arasında yaranmış, nəqliyyat vasitəsi Cavabdeh təhvil verilmiş, sonuncu müqavilə üzrə öhdəlikləri icra etməyi öz öhdəsinə götürmüşdür.

27. Apellyasiya instansiyası məhkəməsi cavabdehin nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, tərəflər arasında mubahisələndirilən nisyə alğı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığı na səbəb ola biləcək hallar mövcud olmamışdır..

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 421.1, 421.2, 442, 443.1, 443.5, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 600.1, 600.4, 601.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 385.2, 387.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmamışdır. Müqavilə "xxxx" MMC ilə cavabdeh arasında bağlanmışdır. Onların da İddiaçı adınan müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Buna görə müqavilə etibarsız hesab edilməli idi. Bunu təsdiq edən sənəd iş materiallarında yoxdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə araşdırmanı və ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə istinad olunaraq cavabdehdən 1.500 manat cərimənin tutulması tamamilə absurd və ədalətsizdir. İddiaçının mülkiyyətində olan avtomobili etibanamə əsasında istifadə etmək hüququ "xxxx" MMC-yə verilmişdir. Cavabdehə isə avtomobildən istifadə etmək üçün iddiaçı tərəfindən heç bir etibarnamə verilməmişdir. Bütün bunlar məhkəmə tərəfindən araşdırılmalı idi. Qətnamə qanuni qüvv əyə mindiyi halda cavabdeh həm avtomobilin dəyərini ödəməli, həm də avtomobil iddiaçıya qaytarılmalıdır. Hansı ki, cavabdehə avtomobil verilməmişdir. Bunun təsdiq edən müqavilə və etibarnamə isə mövcud deyil.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4317/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qərarı ilə ( hakimlər - X5 (məruzəçi), X10 və X4) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(103)-3771/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

32. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

33. Belə ki, baxılan işin hallarından aydın olur ki, 23 dekabr 2019-cu il tarixli müqavilə ilə İddiaçı etibarnaməsi əsasında "xxxx" MMC-nin direktoru X2 şəxsində Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti 1 ədəd minik avtomobilin (KMHDH41EBCU540757 şassi nömrəli 2012-li «Hyundai Elantra» markalı, 99KA282 dövlət nömrə nişanlı») nisyə alqı-satqısı ilə bağlıdır.

34. Cavabdeh kassasiya şikayətində göstərir ki, "xxxx" MMC-nə verilmiş xx.xx.2019cu il tarix li etibarnamədə nisyə alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti verilməmiş, etibarnamə yalnız nəqliyyat vasitəsini idarə etmək məqsədi ilə verilmişdir.

35. İşin araşdırılmış hallarından aydın olur ki, nisyə alqı-satqı müqaviləsi rəsmləşdirilərkən yalnız xx.xx.2019-cu il tarixli etibarnamə təqdim edilmişdir. Həmin etibarnamə ilə etibar edən yalınz nəqliyyat vastəsini idarə etmək səlahiyyətini digər tərəfə vermişdir.

36. Yuxarıda qeyd olunan maddi hüquq normalarından görünür ki, etibarnamə təmsilçiliyi üçüncü şəxslər qarşısında rəsmiləşdirən sənəddir. Təmsilçilik isə birtərəfli əqd olmaqla, təmsil edilən şəxs üçün hüquq və vəzifələrinin yaradılmasına, dəyişdirilməsinə və xitam verilməsinə dair təmsilçiyə verilmiş səlahiyyətdir. Yəni qanunun mənasına görə etibarnamə əsasında yalnız təmsil ed ilənin hüquqi statusunda dəyişikliklər baş verə bilər. Təsadüfi deyil ki, MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

37. Nəzərə almaq lazımdır ki, cavabdeh eyni dəlilləri apellyasiya şikayətində də göstərmişdir. Lakin apellyasiya instansiya məhkəməsi cavabdehin həmin dəlillərinin (o cümlədən nəqliyyat vasitəsinin ona təhvil verilməsi, nəqliyyat vasitəsinin onun istifadəsində olub-olmaması, onun tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə ödənişlərin edilib-edilməməsi, nəqliyyat vasitəsinin hazırda kimin sahibliyində olması, keçən müddət ərzində cavabdehə və digər hər hansı şəxsə etibarnamə verilib-verilməməsi, verilmişdirsə etibarnamənin kimin tərəfindən və hansı müddətdə verilməsi və s.) araşdırılması ilə bağlı heç bir hərə kət etməmiş, yalnız müqavilənin qanunauyğun bağlanması, nəqliyyat vasitəsinin və ya zərərin ödənilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır.

38. İşin aşkar olan halı ondan ibarətdir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur. Təqdim olunmuş müqavilənin 5.1.3-cü bəndinə əsasən «alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün müddətində gecikdirəcyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomoblin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirərək çəkilən xərcləri «alıcı»-dan tələb etmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istə nilən yerdə satıcı tərəfindən açıb götürmək hüquqları vardır.

39. Müqavilənin 5.1.5-ci bəndinə əsasən avtomaşını geri alarkən yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin «alıcı»-dan tələb etmək və ya onun əmlakına yönəldilməsi tələbini irəli sürmək hüququ vardır.

40. Birinci instansiya məhkəməsi iddiaçının adından çıxış edən "xxxx" MMC-nin avtomaşının özgəninkiləşdirmək səlahiyyətinə malik olması nəticəsinə gəlir. Cavabdeh tərəf isə MMC-in nəqliyyat vasitəsini özgəninkiləşdirmək üçün səlahiyyətə malik olmadığını iddia edir.Cavabdeh tərəf etirazının əsası kimi etibarnamə ilə MMC-yə belə səlahiyyət verilmədiyinə istinad edir. Göstərilən vəziyyətdə səlahiyyəti olmayan şəxsin nisyə alqısatqı müqaviləsi bağlaması üçün sərəncam hüququna malik olma sı apellyasiya instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmalı dəlil olsa da məhkəmə belə araşdırmanın aparılmasını təmin etməmiş, nəticədə isə faktiki olaraq Mülki Prosessual Məcəlləninin 88ci maddəsinin tələbləri pozulmuşdur.

41. Digər tərəfdən alqı-satqı üzrə isə iddiaçı satılan əşyanın dəyərinin tam ödənilməməsini iddia etmişdir. Bu halda, MM-in 600.4-cü maddəsinə əsasən iddiaçının ya verilmiş əşyanın dəyərini ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququ yaranmışdır ki, iddiaçı eyni zamanda müvafiq maddədə göstərilən hər iki tələbi irəli sürmüşdür. Lakin apellyasiya məhkəməsinin qətnaməsində MM-in 600.4-cü maddəsinin dispozisiyasına istinad etsə də, həmin maddənin hazırki mübahisəyə hansı qaydada tətbiq etməsini şərh etməmişdir.

42. Mülki Məcəllənin 600.2-ci maddəsi ilə bağlı isə məhkəmə kollegiyası izah edir ki, həmin norma Məcəllənin 600.4-cü maddəsinin tətbiqini istisna etmir. Belə ki, həmin maddənin mahiyyəti ondan ibarətdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanaraq, alıcı müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş qaydada icra etdiyi halda satılmış əşyanın qiymətinin dəyişməsinə yol verilmir. Lakin alıcı öhdəliyini icra etmədikdə satıcının 600.4-cü maddəsində nəzərdə tutulmuş tələblərdən birini irəli sürmək hüququ vardır.

43. Bu zaman isə tərəflər arasında bağlanmış müqavilə şərtlərinin qiymətləndirilməsi zəruridir. Çünki müqavilədə tərəflərin müəyyən etdikləri mühüm şərtlərdən aydın olur ki, iddiaçı müqavilənin pozulması zamanı nəqliyyat vasitəsini geri tələb etmək və nəqliyyat geri qaytarıldıqdan sonra nəqliyyat vas itəsinə zərər vurulması müəyyən olunduğu halda zərər tələbi irəli sürmək hüquq vardır.

44. Məhkəmələr iddianı təmin edərkən nəzərə almamışlar ki, nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində qalmaqda davam edir. Öhdəliyin icrasının pozulması vəziyyətində müqavilə dəyərinin tam tutulması təmin olunarsa nəqliyyat vasitəsinin cavabdehin mülkiyyətinə keçməsinin mümkünlüyü də müzakirə edilməlidir. Çünki adi vəziyyətə öhdəliyin tam icra olunması zamanı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçməlidir.

45. Digər tərəfdən cavabdeh tərəf bəyan edir ki, nəqliyyat vasitəsi onda deyil, başqa şəxsin istifadəsindədir. Həmin şəxs isə nəqliyyat vasitəsini məhz iddiaçı tərəfin verdiyi etibarnamə əsasında idarə edir. Bu vəziyyətdə də nəqliyyat vasitəsinin həqiqətən cavabdehdən alınması və başqa şəxsin istifadəsinə verilməsi, istifadə üçün yeni əldə edən şəxsə etibarnamə verilməsi halları da aydınlaşdırılmalı olduğu halda apellyasiya instansiya məhkəməsi belə araşdırmanın da aparılmasını təmin etməmişdir.

46. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiy a Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

47. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.

48. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 359.1, 359.2, 359.3, 385.1, 386.1, 421.1, 421.2, 442, 443.1, 443.5, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 567, 600.1, 600.2, 600.4, 601.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 217.4, 218.1, 416.1, 416.2, 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Ap ellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

49. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1402/2024 nömrəli, 5 mart 2024cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(011)-3178/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin müqavilə üzrə ödənilməmiş dəyərinin - 18978,50 (on səkkiz min doqquz yüz yetmiş səkkiz manat əlli qəpik) manatın, 1500 (min beş yüz) manat cərimənin və ö dənilmiş dövlət rüsumunun əvəzi 238,49 (iki yüz otuz səkkiz manat qırx doqquz qəpik) manatın alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamə tam icra olunduqdan dərhal sonra İddiaçı tərəfindən avtomobilin Cavabdeh mülkiyyətinə keçməsinin rəsmiləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri hərəkətlərin (Baş X21 İdarəsində yaxud müvafiq qurumlarında alqı-satqı müqaviləsi bağlanmasını rəsmiləşdirmək üçün razılıq yaxud bu məqsədlə etibarnamə vermək və.s) icra edilməsi qət edilmişdir.

50. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə g əldiyi nəticə avtomobilin qaytarılması hissəsində düzgün olmamışdır.

51. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə qismən uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia nisyə alqı- satqı müqaviləsi üzrə avtomobilin də yərinin ödənilməmiş qalan hissəsinin tələb edilməsi hissəsində haqlı sayılır.

52. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi və yoxlanılması tələb edilən qəti olmayan göstərişlər verilmişdir.

53. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni avtomobilin geri qaytarılması, bu mümkün olmadıqda i sə onun dəyərinin tutulması ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.

54. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

55. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

56. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mümkün olan sübutlarını təqdim edib və iddia tələbinin əsası kimi istinad etdiyi bütün halları özü sübut etməlidir. Çünki həmin halları sübut etmək yükü onun üzərinə düşür. Belə ki, iddiaçı cavabdeh ilə arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə sonuncunun icra edilməmiş öhdəliyinin qaldığını bəyan edib hazırki yekun dəqiqləşdirilmiş iddia tələbini irəli sürmüşdür.

57. İşin mübahisəsiz halıdır ki, İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 5000 manat olmaqla, 36 ay müddətinə, hər ay üzrə 704 manat ödəniş etməklə, 30.314,5 manata satılmışdır. Eyni tarixdə X9 ilə zaminlik müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş və əlavə xərclər üçün cəmi 5000 manat, 9 ay üzrə isə 704 manat olmaqla, cəmi 11.336 manat ödəniş edilmiş və xx.xx.2020-ci il tarixdən sonra heç bir ödəniş olmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdən heç bir ödəniş etmədiyi üçün nisyə alqı-satqı müqaviləsi üzrə 18978,5 manat ödənilməmiş borcu qalmışdır.

58. Cavabdeh apellyasiya şikayətində göstərməsə də, kassasiya şikayətində m ülkiyyətçi tərəfindən "xxxx" MMC-yə verilmiş xx.xx.2019-cu il tarixli etibarnamədə nisyə alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti verilmədiyi, etibarnamə yalnız nəqliyyat vasitəsini idarə etmək məqsədi ilə verildiyi, nisyə alqı-satqı müqaviləsi rəsmləşdirilərkən yalnız xx.xx.2019-cu il tarixli etibarnamə təqdim edildiyi, həmin etibarnamə ilə etibar edən yalınz nəqliyyat vastəsini idarə etmək səlahiyyətini digər tərəfə verdiyi işin mübahisəli halı kimi göstərilir. Lakin iş materiallarında iddiaçının "xxxx" MMC-yə 05 aprel 2016-cı il tarixdə verdiyi etibarnamədə özünün bütün daşınar əmlakını idarə və istifadə etməyi və üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizəsi əsasında məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdlər i, o cümlədən almaq, satmaq, bağışlamaq və digər əqdləri bağlamaq səlahiyyəti (bax.i.v.60) etibar edilmişdir. Cavabdehin bu cür dəlillərdən istifadə etməsi başadüşülən olmamışdır. Hətta iddiaçı "xxxx" MMC-yə belə bir səlahiyyət verməməsi də nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrasını tələb etməyi istisna etmir. Çünki ilkin iddia tələbi "xxxx" MMC tərəfindən irəli sürülsə də sonradan İddiaçı əsl iddiaçı kimi əvəz olunmuşdur. Bu hal ona dəlalət edir ki, İddiaçı cavabdehin mübahisələndirməyə cəhd etdiyi əqdi bəyənmişdir.

59. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəl i qərardadının 18, 19 və 23-cü bəndlərində qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mübahisələndirilən müqavilə müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər növünə aid olsa belə yenə də cavabdehin iddiaya bu cür etirazı əsaslı ola bilməzdi. Çünki əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Göründüyü ki, hətta qəbul edilsə belə ki, iddiaçı "xxxx" MMC-yə mübahisə predmeti olmuş avtomobili nisyə alqı-satqı müqaviləsi ilə satmaq səlahiyyəti verməmişdir, qeyd olunan müddətdə bu müqaviləni mübahisələndirməməsi, müqavilə üzrə edilən ödənişləri qəbul etməsi və hazırki iddianı müdafiə etməsi əqdi bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd f ormasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın qeyd olunan əsasla rədd edilməsini təkzib edir.

60. İlkin iddia tələbində cavabdeh kimi zamin X9 da göstərilsə də, iddiaçı tərəfindən iddia tələbinin həcmi azaldılaraq cavabdeh kimi yalnız Cavabdeh saxlanılmışdır. Buna baxmayaraq, apellyasiya baxışı zamanı X9 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsinə dair qərar qəbul edildi. Lakin dəfələrlə məhkəmə iclasında iştirak etmək üçün xəbərdar edilsələr də, o cümlədən telefonla əlaqə saxlanılaraq dəvət edilsələr də məhkəmə iclasında iştirak etməyə söz verdilər, son anda yenə də iştirak etməkdən yayındılar. Buna baxmayaraq, cavabdehin dəlilləri, o cümlədən nəqliyyat vasitəsinin ona təhvil verilməsi, nəqliyyat vasitəsi nin onun istifadəsində olubolmaması, onun tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə ödənişlərin edilib-edilməməsi, nəqliyyat vasitəsinin hazırda kimin sahibliyində olması, keçən müddət ərzində cavabdehə və digər hər hansı şəxsə etibarnamə verilib-verilməməsi, verilmişdirsə etibarnamənin kimin tərəfindən və hansı müddətdə verilməsi və s. hallar araşdırıldı. Belə ki, apellyasiya baxışı zamanı Cavabdeh "xxxx" MMC-yə avtomobil almaq məqsədilə getdiyini, məqsədi avtomobili alıb gündəlik yaxud bir neçə günlük ayrı-ayrı şəxslərə kirayə(icarəyə) verməklə məşğul olan tanışı Etibar Hüseynova və onun vasitəsilə “Rentakar” fəaliyyəti ilə məşğul olan Səfər Zaxarova vermək olmuşdur. Nisyə alqı-satqı müqaviləsinin onunla bağlandığını və mübahisə predmeti olmuş avtomobilin təhvil-təslim aktına imza etmə klə ona təhvil verildiyini təsdiq etdi(bax.i.v.8-12) və həmin gün də avtomobili Etibar Hüseynova verdiyini bildirdi. Cavabdeh bütün bu hərəkətlərin hamısının onun iradəsi və istəyi ilə həyata keçirildiyini, hətta nisyə alqı-satqı müqaviləsi üzrə 10 ay müddətində edilən ödənişlərin də onun iradəsinə uyğun aparıldığını dönə-dönə təsdiqlədi. Məqsədinin bu yolla həm müqavilə üzrə avtomobilin dəyərini ödəmək və qazanc əldə etmək, sonda, yəni dəyəri tam ödənildikdən sonra isə avtomobilin mülkiyyətinə keçməsinə nail olmaq olduğunu söylədi. Məhz bu məqsədlə də, yəni “Rentakar” fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən "xxxx" RENT A CAR MMC-yə avtomobili idarə etmək üçün "xxxx" MMC tərəfindən etibarnamələr verilmişdir. 2020-ci ilin oktyabr ayından sonra nə cavabdeh, nədə hər hansı bir şəxs tə rəfindən müqavilə üzrə avtomobilin dəyərinin qalan hissəsi ödənilməmişdir. Bu faktları cavabdeh Xətai Rayon Polis İdarəsinin 37-ci X17 Hüseynovun pulunu ələ keçirməsi barədə verdiyi şikayət üzrə aparılan araşdırma zamanı izahatındada təsdiq etmişdir.

61. Göründüyü kimi, 2020-ci ilin sonundan mübahisə predmeti olan avtomobilin halhazıradək kimin sahibliyində olması, eləcə də salamat yaxud məhv olması da məlum deyil. Cavabdeh avtomobilin tapılması üçün hüquq mühafizə orqanlarına müraciət etdiyini, lakin heç bir nəticəsinin olmadığını da təsdiq edir. Baş X21 İdarəsinin 23 avqust 2023-cü il tarixli məlumatından da görünür ki, iddiaçı tərəfindən yalnız "xxxx" MMC-yə avtomobildən istifadə hüququ əsasında etibarnamə verilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi “Rentakar” fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən "xxxx" RENT A CAR MMC-yə avtomobili idarə etmək üçün "xxxx" MMC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək etibarnamə verilmişdir. Bu cür etibarnamənin isə cavabdehin iradəsi və istəyi əsasında verilməsi mübahisə doğurmur. Apellyasiya baxışı zamanı təqdim edilmiş, ayrıayrı şəxslərin barəsində tərtib edilmiş çoxsaylı X18 haqqında qərarlardan da görünür ki, mübahisə predmeti olan avtomobilin istismarı ilə əlaqədar yol hərəkəti qaydalarının pozuntularına yol verilmişdir. Bu faktlar da ona dəlalət edir ki, avtomobilin hazırda hansı şəxsdə olmasını müəyyən etmək, başqa sözlə avtomobilin tapılması mümkün deyildir. Bu cür vəziyyətdə avtomobilin cavabdeh Kazımov X13 tərəfindən iddiaçıya geri qaytarılması barədə iddianın təmin olunması isə əsassız olmuşdur. Çünki avtomobil cavabdehin istifadəsində və sahibliyində yoxdursa, hüquq mühafizə orqanları tərəfindən axtarılıb tapılması da bir nəticə vermirsə, cavabdeh tərəfindən geri qaytarılacağı da hazırki iddianın hətta tam təmin olunacağı təqdirdə icrasının mümkün olmayacağı bir hal sayılır.

62. Düzdür, nisyə alqı-satqı müqaviləsinin 5.1.3-cü bəndində alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün müddətində gecikdirəcəyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomoblin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirərək çəkilən xərcləri «alıcı»-dan tələb etmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömr ələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək hüquqları, müqavilənin 5.1.5-ci bəndində isə avtomaşını geri alarkən yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin «alıcı»-dan tələb etmək və ya onun əmlakına yönəldilməsi tələbini irəli sürmək hüquqları nəzərdə tutulmuşdur. Ancaq Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəyə əsasən isə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktik a, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Göründüyü kimi, mövcud vəziyyətdə, yəni hazırki iddianın avtomobilin geri qaytarılması hissəsinin əsaslılığı baxımından müqavilənin 5.1.3-cü bəndinin icrası mümkünsüz vəziyyətə gəlmişdir. Məhz buna görə də, müqavilənin 5.1.5-ci bəndinin icrası da əhəmiyyətini itirmiş olur. Bu cür vəziyyətdə, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbi baxımından nisyə alqı-satqı müqaviləsi üzrə yalnız avtomobilin ödənilməmiş məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Cavabdeh isə nisyə alqı-satqı müqaviləsi üzrə aldığı avtomobilin dəyərini tam ödəməlidir. Çünki müqavilə cavabdehlə bağlanaraq avtomobil rəsmi qaydada ona təhvil verilmişdir. Cavabdehin ona təhvil verilmiş avtomobili sonradan öz tanışına yaxud üçüncü şəxslərə ha nsısa məqsədlə verməsi onun hazırki iddiaya cavab verməli olan şəxs olmadığını bəyan etməyə əsas vermir və bu cür mövqe hüquqa uyğun yanaşma sayılmır. Demək ki, cavabdehin nisyə alqı-satqı müqaviləsindən irəli gələn icra edilməmiş öhdəliyi qalır və o, bu öhdəliyin icrası üçün məsuliyyət daşıyır.

63. Göründüyü kimi, nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı satılan əşyanın dəyərinin tam ödənilməməsini iddia etməkdə haqlı olub. Ancaq Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən iddiaçının ya verilmiş əşyanın dəyərini ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququ yaranmışdır ki, iddiaçı isə eyni zamanda müvafiq maddədə göstərilən hər iki tələbi irəli sürmüşdür. Lakin birinci instansiya məhkəməsi həmin normanı səhv təfsir edərək həm avtomobilin qaytarılmasını, bu mümkün olmadıqda isə müqavilə üzrə ödənilməmiş məbləğin alınmasını qət etmişdir. Çünki alıcı öhdəliyini icra etmədikdə satıcının 600.4-cü maddəsində nəzərdə tutulmuş tələblərdən birini irəli sürmək hüququ vardır.

64. Bununla belə, nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində qalmaqda davam edir. Müqavilə üzrə ödənilməmiş məbləğin cavabdeh tərəfindən tam icra ediləcəyi təqdirdə mübahisə predmeti olan avtomobilin onun mülkiyyətinə keçməsi təmin olunmalıdır. Baxmayaraq ki, müqavilənin 5.2.4-cü bəndinin tələbinə görə iddiaçının satıcı kimi avtomobilin dəyərinin müqavilənin qüvvədə olduğu vaxt tam ödənildiyi halda qeyd-şərtsiz olaraq alıcının, yəni hazırki iş üzrə cavabdehin mülkiyyətinə vermək vəzifəsi nəzərdə tutulmuşdur, ancaq işin halları və tərəflərin qarşılıqlı münasibətləri də nəzərə alınmaqla qətnamə tam icra olunduqdan dərhal sonra İddiaçı tərəfindən avtomobilin Cavabdeh mülkiyyətinə keçməsinin rəsmiləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri hərəkətlər(Baş X21 İdarəsində yaxud müvafiq qurumlarında alqı-satqı müqaviləsi bağlanmasını rəsmiləşdirmək üçün razılıq yaxud bu məqsədlə etibarnamə vermək və.s) icra edilməlidir. Çünki adi vəziyyətdə öhdəliyin tam icra olunması zamanı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçməlidir.

65. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda nisyə alqı-satqı müqaviləsindən yaranan öhdəliklər və hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı.

66. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 337.1, 355.1, 355.2, 357, 358.1, 359.1, 385.1, 386.1, 390.6, 390.7, 421.1, 421.2, 442, 443.1, 443.5, 445.1, 445.2.1, 448.1, 467, 567, 600.1, 600.2, 600.4, 600.5, 601.1, 601.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.3, 217.4, 385.1, 386, 387.1, 390, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

67. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

68. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmamışdır. Müqavilə cavabdehlə "xxxx" MMC arasında bağlanmışdır. "xxxx" MMC -nin isə İddiaçı adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Bunu təsdiq edən sənəd iş materiallarında yoxdur. Bütün bunlar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə işin hərtərəfli, tam və obyektiv bu iş üzrə əhəmiyyətli halları aydınlaşdırmamış, qanunsuz və əsassız olaraq qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi iş üzrə araşdırmanı və ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir.

69. Apellyasiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, guya cavabdehin iradəsinə uyğun olaraq "xxxx" Rent A Car MMC-yə avtomobili idarə etmək üçün etibarnamə verilmiş halbuki, cavabdehin razılığı olmamışdır. İş materiallarında "xxxx" Rent A Car MMC-yə yalnız bir aylıq etibarnamə verildiyini görmək mümkündür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.x x.2023-cü il tarixli 3-13-16/2111693/2023 saylı cavab məktubundan bəlli olmuşdur ki, iddiaçının mülkiyyətində olan avtomobil etibarnamə əsasında istifadə etmək hüququ yalnız "xxxx" MMC-yə verilmişdir. Cavabdehə avtomobili idarə etmək üçün hər hansı bir etibarnamə verilməmişdir. Məhkəməyə təqdim edilmiş X18 haqqında qərarlardan görünür ki, “Hyundai Elantra” minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil daha sonra cavabdehin tanımadığı başqa şəxslərə verilmişdir. Belə ki, xx.xx.2019-cu il, 29.12,2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində X18 haqqında qərarlar iddiaçının özünə yazılmışdır. xx.xx.2020-ci il tarixli X18 haqqında qərar Sənan Xəlilova yazılmışdır. xx.xx.2020-ci il tarixli X18 haqqında qərar İbrahim Abdullayevə yazılmışdır. xx.xx.2020-ci il tarixli X18 haqqında qərar Rəşadət Rəhimova yazılmışdır. xx.xx.2020-ci il tarixli X18 haqqında qərar Rüfət Abbasova yazılmışdır. xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində X18 haqqında qərarlar X12 yazılmışdır. Bütün bunlar onu göstərir ki, iddiaçının avtomobilin həmin şəxslərdə olması barədə məlumatı vardır. Cavabdeh həmin şəxsləri tanımır və onlara məhz iddiaçının razılığı əsasında avtomobili idarə etmək hüquq verilmişdir. Bu fakt onu göstərir ki, dolayısı ilə iddiaçının avtomobilin kimdə olmasından məlumatı vardır. Cavabdehdə isə avtomobil yoxdur və həmin şəxsləri ümumiyyətlə tanımır. Apellyasiya məhkəməsi ali məhkəmənin göstərişlərinə əməl etməyək qanunsuz qətnamə qəbul etmişdir.

70. Ali məhkəmə qərarında qeyd etmişdir ki, məhkəmələr iddianın təmin edərkən nəzərə almamışlar ki, nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində qalmaqda davam edir. Öhdəliyin icrasının pozulması vəziyyətində müqavilə dəyərinin tam tutulması təmin olunarsa nəqliyyat vasitəsinin cavabdehin mülkiyyətinə keçməsinin mümkünlüyü də müzakirə edilməlidir. Çünki adi vəziyyətə öhdəliyin tam icra olunması zamanı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçməlidir. Apellyasiya məhkəməsi isə belə qənaətə gəlmiş ki, qətnamə tam icra olunduqdan dərhal sonra İddiaçı tərəfindən avtomobilin Cavabdeh mülkiyyətinə keçməsinin rəsmiləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri hərəkətlər (Baş X21 İdarəsində yaxud müvafiq qurumlarında alqı-satqı müqaviləsi bağlanmasını rəsmiləşdirmək üçün razılıq yaxud bu məqsədlə etibarnamə və.s) icra edilməlidir. Çünki adi vəziyyətdə öhdəlik tam icra olunması zamanı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçməlidir. Hesab edirik ki, məhkəmənin bu mövqeyi əsasızdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2023cü il tarixli 3-13-16/2-111693/2023 saylı cavab məktubundan bəlli olmuş ki, iddiaçının mülkiyyətində olan avtomobil etibarnamə əsasında istifadə etmək hüququ "xxxx" verilmişdir. Cavabdehə isə avtomobildən istifadə etmək üçün iddiaçı tərəfindən heç bir etibarnamə verilməmişdir. Onda sual yaranır avtomobil hansı formada cavabdehin istifadəsində olmuş və etibarnamə olmadığı halda cavabdeh hansı formada avtomobildən istifadə edə bilər? Çox təəssüf ki, bütün bunlar məhkəmə tərəfindən araşdırılmamışdır. b) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri

71. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

72. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

73. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəal iyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

74. Maddə 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər.

75. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

76. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti et məlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

77. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

78. Maddə 421.1.Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

79. Maddə 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə v ə ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

80. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

81. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

82. Maddə 443.5.Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzin in ödənilməsini tələb edə bilər.

83. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

84. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

85. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

86. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalı dır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

87. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər.

88. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

89. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir

90. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

91. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

92. Maddə 601.1.Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Prosessual Məcəllə

93. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

94. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

95. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

96. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkə mə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

97. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

98. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

99. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

100. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

101. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

102. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

103. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

104. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

105. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi apelyasiya instansiya məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsind ə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

106. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

107. Məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə əhəmiyyətli olan faktiki halların araşdırılmamasına dair dəlillərinə hüquqi qiymət vermir.Belə ki, Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

108. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, yoxlanılan hissədə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma il ə razılaşır.

109. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

110. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

111. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfində n verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “5” mart 2024-cü il tarixli 2(103)1402/2024 saylı qətnaməsi apelyasiya instansiya məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar