Məhkəmə qərarları › İş №2(102)-2456/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2456/2019

16.04.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2456/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3,İddiaçı, iddiaçının vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsini n 17 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər F.Babayev və E.Həsənov) Sabunçu rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış dır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə dair iddia verərək, Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsindəki 5 saylı evin 25 saylı mənzilinə dair vərəsəlik hüququnun tanınması və həmin mənzilə dair ona pay verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, 27.03.1973-cü il tarixli orderlə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bunyatzadə küçəsi, ev 5, 25 saylı mənzil yaşayış üçün X2 və onunla birlikdə ailə üzvlərinə, o cümlədən hazırkı iş üzrə İddiaçı verilmişdir. X4 30.07.2007-ci il tarixdə vəfat etmişdir. X ölümündən sonra mübahisə predmeti olan mənzil onun qızı X adına özəlləşdirilmiş və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra X həmin mənzil 25 oktyabr 2014-cü il tarixdə müqavilə ilə qardaşı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsi əsasında Cavabdeh mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Göründüyü kimi mübahisəli Bakı şəhəri Sabunçu rayonu, Bakıxan ov qəsəbəsi, Bunyatzadə küçəsi, ev 5, 25 saylı mənzil miras qoyanın, yəni, mərhum X4 öldüyü məqamadək onun mülkiyyətində deyil, dövlət mülkiyyətində olmuşdur. Buna görə də, həmin mənzil miras əmlak kimi qiymətləndirilə bilməz. Çünki Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Re spublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar