Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2459/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2148/2023 nömrəl i, 27 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2002-ci il tarixdə Ağdam rayonu 149 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, E-1363 nömrəli əmrinə əsasən həmin məktəbdə xx.xx.2021-ci il tarixdə araşdırma aparılmışdır. Araşdırma nəticəsində məktəbin fəaliyyətində aşkarlanan nöqsan və qüsurlarla bağlı akt tərtib edilmiş, izahatlar alınmışdır. İnsan resursları şöbəsinin məsləhətçiləri Rəşad Musayev, Tükəzban Quliyeva və iddiaçı tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, məktəbə daxil o larkən (saat 09:45) 18 texniki işçidən 5 nəfər işdə idi. Saat 11:00 radələrində 4 texniki işçi məktəbə gəldi. Məktəbin kitabxanaçısı X27, xadimələr X33, X8, X15, kitabxanaçı X27 mütəmadi olaraq işə gəlmirlər. Təsərrüfat işləri üzrə direktor müavini X5 (direktorun bacısı qızı) işdə yox idi. İzahatında müəllimlərin işə qəbulu üzrə müsabiqəyə hazırlaşdığı üçün bəzi hallarda işə gəlmədiyini bildirdi. Siniflərin davamiyyəti yoxlanılarkən 11 a (23 şagird), 11 b (23 şagird) və 11 c (21 şagird) və 9 c (20 şagird) siniflərinin şagirdləri məktəbdə yox idi. Eyni zamanda monitorinq aparılarkən (xx.xx.2021 -ci il 3-cü dərs saatı) cədvəl üzrə 11-ci siniflərdə dərsi olan müəllimlər Elmira Quliyeva (11 a, tarix müəllimi), əsas iş yeri Ağdam rayon 102 nömrəli məktəb olan İlhamə Hüseynova (11 b, rus dili mü əllimi), Maisə Əliyeva (11 c, ingilis dili müəllimi) məktəbdə deyildilər. Ümumilikdə məktəbdə şagird davamiyyəti aşağı idi. 9a sinfində 20 şagirddən 15-i, 9b sinfində 23 şagirddən 14-ü, 8b sinfində 20 şagirddən 13-ü, 8c sinfində 18 şagirddən 10-u dərsdə iştirak etmirdi. Məktəbin sənədlərinə baxış keçirilərkən məlum oldu ki, məktəbin əmr kitabı xx.xx.2021-ci il tarixindən etibarən yazılmır. Məktəbdə sinif jurnalları yoxdur. Yeni təyin olunan işçilərlə kağız formasında əmək müqavilələri bağlanılmır, əmək müqavilələrinin elektron bildirişləri sistemə tələb olunan vaxtdan gec işlənilir, bəzi hallarda isə əmək müqaviləsinin elektron bildiriş sistemə daxil edilməyib. Yeni işə təyin olunan işçilərin əmək kitabçalarında müvafiq qeydlər aparılmamışdır. Xadimə vəzifəsində çalışan X20 və gözətçi vəzi fəsində çalışan X3 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021 -ci il tarixində ləğv olunsa da, əmək müqavilələrinə xitam verilməsi barədə əmr təqdim edilməmiş və əmək müqavilələrinin ləğvi barədə elektron bildiriş sistemdən çıxarılmamışdır. Direktor İddiaçıin məlumatına görə A.Xələfovun yerinə Yaşar Balayev işə götürülmüşdür. Y.Balayev izahatında xx.xx.2021-ci il tarixindən mütəmadi olaraq hər gün işə gəldiyini bildirsə də, onunla əmək münasibətləri rəsmiləşdirilməmişdir. İxtisasca ibtidai sinif müəllimi olan X34 2016-cı ildən məktəbdə psixoloq vəzifəsində çalışır. Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında 43 bal toplayıb. X9 2005ci ildə işə qəbul olub, Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. İxtisası psixoloqdur: Diaqnostik qiymətləndirmədə ü mumi 27 pal (ixtisas 19 bal) toplayıb. Dərs yükü 5 saatdır, 6 saat (0,5) dərnək aparır. X10 2007-ci ildən işə qəbul olunub, ixtisası ibtidai sinif müəllimliyidir, işə təyin olunduğu dövrdən informatika fənnini (7 saat) tədris edir. Diaqnostik qiymətləndirilmədə iştirak etməmişdir. X28 2005-ci il tarixindən məktəbdə əvəzçilik qaydasında musiqi fənnini tədris edir. Əvvəlki illərdə dərs yükü 13 saat olub. Əsas iş yeri Abşeron Rayon Xırdalan şəhər 11 illik musiqi məktəbidir. İxtisası fortepianodur. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında iştirak etməmişdir. Cari tədris ilində A.Məmmədova səhhəti ilə əlaqədar olaraq 8 saat dərsdən imtina etmişdir. Noyabr ayının 1-dən A.Məmmədova üçün 5 saat dərs yükü nəzərdə tutulmuşdur. Direktorun bildirdiyinə görə 6 sa at dərs yükü vakansiyaya çıxarılıb, müəllim işə qəbul olmadığı üçün həmin dərslər ixtisar ehtimalı olan ibtidai sinif müəllimi X11 həvalə edilmişdir. X16 əsas iş yeri Laçın rayon 45 nömrəli tam orta məktəbdir, fizika müəllimi vəzifəsində çalışır. Ümumi dərs yükü 17 saatdır. Diaqnostik qiymətləndirmədə fizika fənni üzrə iştirak edib. İkinci iş yeri olaraq Ağdam rayon 149 nömrəli tam orta məktəbdə çalışır. Fizika fənni üzrə 6 saat, texnologiya fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etmədiyi halda 5 saat tədris edir. Texnologiya fənni üzrə qalan 8 saat isə fizika müəllimi X21 tərəfindən tədris edilir. G.Əsədova texnologiya fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etməyib. İxtisasca ibtidai sinif müəllimi olan X4 yuxarı siniflərdə fiziki tərbiyə fənni üzrə 8 saat dərs yükü verilm işdir. Ü.Fətəliyeva fiziki tərbiyə fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etməmişdir. Çalışmanın yaş həddinə çatmış fiziki tərbiyə müəllimi X22 ilə əmək münasibətləri davam etdirilir, 30 saat dərs yükü tədris edir. Fiziki tərbiyə fənni üzrə diaqnostik qiymətləndirmədə (ümumi 45 bal, ixtisas 33 bal) iştirak edib. Məktəbdə sinif komplektlərinin sayı 35 olmasına baxmayaraq məktəbin ştat cədvəlində tədris işləri üzrə direktor müavininə 1,5 ştat vahidi ayrılmışdır. Bununla əlaqədar xx.xx.2020-ci il tarixində Gülnar Paşayeva 0.5 ştat direktor müavini vəzifəsinə təyin edilmişdir.
3. Təhsil nazirinə ünvanlanmış xx.xx.2021-ci il tarixli xidməti məlumatda məktəbin fəaliyyətində aşkarlanmış nöqsanlarla əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif edilmişdir.
4. Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-1552 nömrəli əmri ilə Ağdam rayonu 149 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-1552 nömrəli əmək müqaviləsinə xitam verilməsi ha qqında əmrinin ləğvi, Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunmağı, ona məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-1552 nömrəli əmri ilə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi qəra ra alınmışdır. Barəsində qəbul edilmiş, guya müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyi qeydinin özünün nədə ifadə etməsi heç də müəyyən deyildir. Hesab edir ki, heç bir töhmət belə almadan bir başa 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilməyi qanunauyğun deyil.
7. İddiaçı izahatında bildirmişdir ki, 20 il ərzində məktəbin direktoru vəzifəsində işləyib. İşlədiyi dövrdə nəinki ona qarşı nəinki intizam tənbehi, heç xəbərdarlıq da tətbiq edilməyib. Yoxlama aparılan vaxt 149 saylı məktəb Binə qəsəbəsindən yeni ünvana – Xocasən qəsəbəsinə təzə köçmüşdü. Şagirdlərin davamiyyətinin zəif olması məhz bu faktla əlaqədar olub. Belə ki, məktəb şagirdlərin bö yük əksəriyyətinin evindən çox uzaq məsafədə yerləşdiyinə, həmçinin pandemiya dövrü olduğuna görə, davamiyyət aşağı səviyyədə olub. Texniki işçilərlə bağlı isə onu qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq işçilərin 30 faizi işə çıxırdı və növbəlilik prinsipinə əməl olunurdu. Bu səbəbdən texniki işçilərin bəziləri səhər, bəziləri isə günorta gəlirdilər. Yoxlamanı aparan şəxslər də bu fakta şahid oldular. Aktda adı çəkiən texniki işçilər isə hələ də həmin məktəbdə əmək fəaliyyəti ilə məşğul olmağa davam edirlər. Əgər onların əmək intizamı ilə bağlı nöqsanları vardı, nəyə görə onların əmək münasibətlərinə də xitam verilməyib? Müəllimlərlə əmək müqaviləsini bağlamaq səlahiyyəti direktora deyil, təhsil şöbələri (hazırda regional təhsil idarələrinə) məxsusdur. Sinif jurnallarının komplektlə şdirilməməsinin səbəbi ondan irəli gəlirdi ki, əvvəl sinif sayı daha çox idi. Daha sonra siniflərin ixtisar olduğu barədə məlumat gəldi. Ona görə də dərs cədvəlləri hazır idi, sadəcə divardan asılmamışdı, çünki təsdiq edilməmişdi. Çox çətin illərdə məktəbə rəhbərlik etmiş, buna görə də birbaşa əmək münasibətlərinə xitam verilməsi ədalətli deyildir.
8. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iş materillarına əlavə edilmiş yoxlamanın nəticələrinə dair sübutlardan iddiaçının işdən çıxarılması əsas verdiyini bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Nümayəndə yoxlama nəticəsində tərtib edilən aktda əks edilən nöqsanların çox ciddi olduğunu bildirmiş və qeyd etmişdir ki, iddiaçı özü də izahatında bu faktları et iraf edib.
9. Məhkəmə iclasında şahid X6 İddiaçı qohumu olduğunu, xx.xx.2021-ci il tarixdə məktəbdə keçirilən yoxlama zamanı yazdığı izahatın özünü təzyiq halında hiss edərək yazdığını, həqiqəti tam və düzgün əks etdirmədiyini, yoxlama zamanı məktəbin işçi heyətinin bəzilərinin şəklini tanımamasının səbəbinin görmə qabiliyyətinin zəif olması, yoxlama aparan şəxslərin məktəbin işçi heyətini adla deyil, uzaqdan qısa müddətə göstərdikləri şəkildən tanıyıb-tanımadığını soruşmaları nəticəsində bəzi işçi heyətini tanımaması olduğunu, guya kitabxanın işçisi kimi göstərilsələr də, işə gəlməyən şəxslərin hələ də həmin vəzifələri tutduğunu, onların məktəbdəki əmək fəaliyyətinə xitam verilmədiyini bildirmişdir.
10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(005)-3255/22 saylı qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia təmin edilərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-1552 nömrəli, xx.xx.2021-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı Ağdam rayonu 149 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2021-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olm amalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Əmrdə cavabdeh məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsini göstərilməmiş və əsaslandırmamışdır.
12. Bundan əlavə məhkəmə hesab etmişdir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi o halda mümkündür ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahəngini pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırki mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar mülki işdə müəyyən olunmur. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
13. Məhkəmə mübahisələndirilən əmr ilə bağlı digər pozunt uya hüquqi qiymət verərək bildirmişdir ki, işəgötürən ƏM-nin 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, işçiyə intizam tənbeh tədbirini pozuntunun aşkar edildiyi vaxtdan təxminən 1,5 ay sonra tətbiq etmişdir. Nəticə etibarilə işəgötürənin həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilə bilməz. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı Ağdam rayon 149 saylı məktəbin direktoru vəzifəsini tutumuşdur. Fəaliyyəti dövründə ona hər hansı bir intizam tənbehi tətbiq edilməmişdir. Əksinə, Azərbaycan Respublikası Prezidentinin 06 mart 2014-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ağdam Rayon Təhsil şöbəsi tərəfindən “Fəxri Fərmanla” təltif edilmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatında göstərdiyi, 2021-ci il pandemiya dövrünə düşdüyü üçün məktəblərdə tədrisin daha gec tarixdə başlaması, yoxlamadan az müddət əvvəl məktəbin Bakının Xocasən qəsəbəsinə köçürüldüyünə görə şagirdlərin və texniki işçilərin davamiyyətinin aşağı səviyyədə olması barədə dediklərini ağlabatan hesab edir. Belə ki, 2021-2022 tədris ilində orta məktəblərin İİV sinif şagirdləri 22 sentyabr, V-Xİ sinif şagirdləri isə 29 sentyabr tarixindən ənənəvi dərslərdə iştirak etməyə başlamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” xx.xx.2 020-ci il tarixli 122 saylı Qərarına əsasən Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etməsi göstərişi öz əksini tapmışdır. Yoxlama aktında əksini tapmış nöqsanlardan biri - kitabxanaçı X1 məktəbdə fəaliyyətini davam etdirməsi həm şahid ifadəsi, həm də elektron məhkəmə informasiya sistemindən çıxarış ilə öz əksini tapır. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil Sahəsi işçilərinin X12 X7”nın XVİİ bölməsinin 1, 3 və 7-ci bəndlərinə görə, təlim-tərbiyə və metodiki işlərinin təşkil edilməsi, zəruri tədris-metodiki sənədlərin i şlənib hazırlanması, onların keyfiyyətinə məsuliyyət daşıması və tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi direktor müavininin əmək funksiyasına aid edilmişdir. Yoxlama aparılan vaxt bəzi texniki işçilərin işdə olmamaları ilə bağlı isə məhkəmə qeyd edir ki, istənilən iş yerində işçilərin işə gecikməsi baş verə bilər və bu hallar müntəzəm xarakter daşımadığı təqdirdə müəssisədə əmək və icra intizamına nəzarət edilməməsi kimi qəbul oluna bilməz.
14. Məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu ha lda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı, 83-cü və 187-ci maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır.
15. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021- ci il tarixli, K-1552 saylı əmrindən görünür ki, əmrdə işəgötürənin hüquqi ünvanı göstərilməmiş, ƏM-nin 84-cü maddəsinin birinci hissəsinin imperativ göstərişi pozulmuşdur
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 10, 42(1), 45(4), 47, 56(2), 70, 71, 74, 83(1), 84(1), 84(2), 186, 187, 287, 288, 292, 300, 311-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat
17. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yoxlama aktında aşkar olunan faktlara, cavabdehin və digər şəxslərin izahatlarına, habelə iş üçün əhəmiyyət kəsb edən sənədlərə münasibət bildirməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində kobud pozuntuya yol verməklə formal əsaslarla qərar qəbul etmişdir. İş materiallarına əlavə olunmuş aktdan görünür ki, iddiaçı fəaliyyəti zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öhdəliklərini və vəzifə funksiyalarını qanunvericiliyin tələbinə uyğun olaraq yerinə yetirməmiş və bu əsasla da işdən azad olunmuşdur. Lakin məhkəmənin mövqeyinə görə, işçi tərəfindən qeyd edilən pozuntuların törədilməsi onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin hüquqi əsası olmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrə və ona əlavə edilmiş sənədlərdən görünür ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmiş, müvafiq iş yerində əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin qanunla qorunan mənafelərinə ciddi formada ziyan vurmuşdur. Lakin, işə baxan məhkəmə işin bu hallarına heç bir əhəmiyyət verməmişdir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Lakin iş materiallar ından göründüyü kimi, araşdırılması tələb olunan halları, habelə araşdırmanın nəticəsində əldə olunan sənədlərin müvafiq aiddiyyatı şöbələrdə araşdırılmasının zəruriliyini nəzərə almadan məhkəmə Əmək Məcəlləsinin 187.2-ci maddəsini tətbiq etmişdir. Belə ki, həmin maddəyə əsasən, intizam tənbehi işçi tərəfindən əmək və icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Əmək və icra intizamını pozan işçiyə bir ay keçdikdən sonra intizam tənbehinin verilməsini istisna etmir. Bildiririk ki, işə baxan məhkəmə müddəti tətbiq edərkən həmin Məcəllənin 187.3-cü maddəsinin tələbinə əhəmiyyət verməmişdir. Məhkəmə qətnaməsinə əsasən işçilər tərəfindən davamiyyətin pozulmasına görə direktor məsuliyyət daşımamalıdır. İşə baxan məhkəmə qətnamədə yalnız Əmək Məcəlləsinin müvaf iq maddələrinə istinad etməklə kifayətlənmiş lakin, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, Əmək Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş yoxlama aktında sadalanan nöqsanların əsaslı olubolmaması, aşkar olunan faktlarda iddiaçının hansı dərəcədə təqsirli olub-olmaması, yoxlayıcılar tərəfindən akt yazılarkən hüquq normalarına riayət olunub-olunmaması, mübahisələdirilən faktların qanunvericiliyin tələblərinə uyğun olub-olmaması və s. kimi hallar araşdırılmamış, qətnamədə bu məsələlərə hüquqi münasibət bildirilməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 27 mart 2023-cü il tarixli, 2(103)-2148/2023 saylı qətnaməsi ilə (X23 (sədrlik edən və məruzəçi), X24 və X25) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3255/22 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı əvəzinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının əmək funksiyası rəhbərlik etdiyi məktəbin fəaliyyətinin idarə edilməsi, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasının, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməs inin, müəssisənin təsərrüfat fəaliyyətinin təmin edilməsi və s. olduğu, habelə o, daxili intizam qaydalarına riayət olunmasına məsuliyyət daşıdığı halda, cavabdeh tərəfindən məktəbdə yoxlama aparılarkən xx.xx.2021-ci il tarixli aktda qeyd olunan ciddi nöqsanlar aşkar edilmiş, iddiaçı yazılı izahatında həmin nöqsanların yalnız bir qisminə aydınlıq gətirə bilmişdir. Birinci instansiya məhkəməsi isə həmin nöqsanlara qiymət verərkən onların işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmasının və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan vurmasının sübut olunmadığı qənaətinə gəlmişdir. Halbuki, yuxarıda göstərilən aktla rəsmiləşdirilmiş nöqsanlar iddiaçı tərəfindən üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirmədiyini təsdiq edir. Həmçinin nəz ərə alınmalıdır ki, ümumi təhsil müəssisəsinin rəhbəri – direktor tərəfindən əmək funksiyasının lazımi qaydada yerinə yetirilməməsi hər bir vətəndaşın Konstitusiya ilə qorunan təhsil almaq hüququna ciddi xələl gətirir və cavabdehin də Dövlət qurumu olaraq bu hüququnun lazımi qaydada təmin edilməsi, təhsilin təşkilinə nəzarət etməsi kimi vəzifələri vardır.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir, əmək qanunvericiliyində işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tədbiq edilməsi qaydası nəzərdə tutulmamışdır.
22. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə Əmək Məcəlləsinin 187.2-ci maddəsini tədbiq etməklə sə hvə yol vermişdir. Belə ki, həmin Məcəllənin 187.3-cü maddəsinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. İşdən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya intizam tənbehi həmin müddət çərçivəsində verilmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10(a), 68(1), 70(ç), 71(2), 72(e), 80(1), 84(1), 84(2), 186, 187-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, Təhsil sahəsinə aid olan X12 X2 17-ci bölməsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin d əlilləri
24. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamənin ləğv edilməsi üçün yeganə əsaslandığı aktı araşdırmadan, birinci instansiya məhkəməsində araşdırılmış heç bir müddəalara fikir vermədən bir iclasda sadəcə tərəfləri qısa formada dinləməklə apellyasiya şikayətinin əsaslı olması qənaətinə gəlmişdir. Bu qənaətə hansı qaydada gəlməsi isə qeyri-müəyyən qalmışdır. Faktiki həmin tarixdə baş verən dəyişikliklər, məktəbin köçməsi ilə əlaqədar uşaqların məktəbdən kifayət qədər uzaq bir yerdə həmin yoxlama olduğu tarixlərdə yaşaması kimi hallar ümumiyyətlə nəzərə alınmamışdır.
26. Bundan başqa qanunverici müqaviləyə 7 0-ci maddəsinin (ç) bəndi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir: 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması; 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan əsaslardan heç biri müəyyən edilməmişdir. Bu saatlarla davam edən 9 iclasda müəyyən edilmiş və məhkəmə bu qənaətə gəlmişdir. 3-5 dəqiqə davam edən bir iclasda isə apellyasiya məhkəməsi qətnamənin ləğvi üçün kifayət qədər əsaslar olmasını görmüş və qətnaməni ləğv etmişdir. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Həmin tarixdə məktəbin hansı formada fəalliyyət göstərməsi 1-ci instansiya məhkəməsi tərəfindən araşdırılsada, işə baxan apellyasiya məhkəməsi buna ümumiyyətlə diqqət yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə
42. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Əmək Məcəlləsi
29. Maddə 10(a) Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindən biridir.
30. Maddə 68(1) Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
31. Maddə 70(ç) İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
32. Maddə 71(2) Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öh dəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
33. Maddə 72(e) Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri hesab edilir.
34. Maddə 80(1) Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
35. Maddə 84(1) Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
36. Maddə 84(2) Bu maddənin birinci hi ssəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
37. Maddə 186(1) İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
38. Maddə 186(2) İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən on a aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
39. Maddə 186(3) İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
40. Maddə 187(1) İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
41. Maddə 187(2) İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edil diyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
42. Maddə 187(3) İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
43. Maddə 300 (1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələb lərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etm əlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Təhsil sahəsinə aid olan X12 X7
51. Bölmə
17. Direktorun əmək funksiyası: Məktəbin fəaliyyətini idarə edir...Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir. Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir...İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti ilə bağlı qeyd edir ki, apellyasiya məhkəməsi işin hallarını araşdıraraq, iddiaçının əmək funksiyasının, rəhbərlik etdiyi məktəbin fəaliyyətinin idarə edilməsi, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılması, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsi, müəssisənin təsərrüfat fəaliyyətinin təmin edilməsi və s. olduğu, habelə o, daxili intizam qaydalarına riayət olunmasına məsuliyyət daşıdığ ı halda, məktəbdə yoxlama aparılarkən xx.xx.2021-ci il tarixli aktda qeyd olunan ciddi nöqsanlar aşkar edilmiş, iddiaçı yazılı izahatında həmin nöqsanların yalnız bir qisminə aydınlıq gətirə bilmişdir.
56. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, göstərilən aktla rəsmiləşdirilmiş nöqsanlar iddiaçı tərəfindən üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirmədiyini təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır.
57. Nəzərə alınmalıdır ki, ümumi təhsil müəssisəsinin rəhbəri – direktor tərəfindən əmək funksiyasının lazımi qaydada yerinə yetirilməməsi hər bir vətəndaşın Konstitusiya ilə qorunan təhsil almaq hüququna ciddi xələl gətirir və cavabdehin də Dövlət qurumu olaraq bu hüququnun lazımi qaydada təmi n edilməsi, təhsilin təşkilinə nəzarət etməsi kimi vəzifələri vardır.
58. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən etmişlər ki, təhsil müəssisəsində Azərbaycan Respublikası təhsil nazirinin 14 oktyabr 2021-ci il tarixli əmrinə əsasən Bakı şəhərində yerləşən Ağdam rayon 149 nömrəli tam orta məktəbdə araşdırma aparılmış, xx.xx.2021-ci il tarixdə yoxlamanın nəticələrinə görə akt tərtib olunmuş, xx.xx.2021-ci ildə xidməti məlumat verilmiş və xx.xx.2021-ci il tarixdə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir.
59. Belə olan halda aşkar olaraq müəyyən olunmuş olur ki, nöqsanlar bilavasitə yoxlamanın nəticəsində müəyyən olunmuş və bunun nəticəsində xidməti məlumat əsasında (müvafiq olaraq h əmkarlar təşkilatında müzakirədən sonra) işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 187-ci maddəsində nəzərdə tutulmuş müddətlər daxilində olmuş, nəzərdə tutulmuş qaydaların pozulması müəyyən edilmir.
60. Daha az əhəmiyyətli olan intizam tənbehinin tətbiq edilməməsi ilə bağlı dəlilə münasibətdə isə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 186-cı madəsinin 2-ci hissəsinin tələbinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmin Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən qanunla müəyyən edilmiş tənbehlərdən birini vermək səlahiyyətə malikdir. Bu baxımdan hansı intizam tənbehinin verilməsi po zuntunun xarakterindən və sair hallardan asılı olaraq işəgötürənin hüququdur. Baxılan işdə isə pozuntuların xarakteri və vətəndaşın Konstitusiya ilə qorunan təhsil almaq hüququna ciddi xələl gətirməsi, təhsil siyasətini həyata keçirən qurumun bu hüququnun lazımi qaydada təmin edilməsi və pozuntuların çoxşaxəli olmasını nəzər alması aşkar olaraq müəyyən olunur.
61. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının araşdırılması və sübut olunması, habelə məhkəmə qətnaməsindəki nəticənin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır ki, bu kassasiya instansiyası məhkəməsinin səlahiyyət və araşdırma predmetinə daxil deyil.
62. Belə ki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki halların araşdırılması üçün tərəflərə lazımi şəraiti yaratmışlar. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin izahatları dinlənilmiş, təqdim etdikləri sübutlar tədqiq edilmiş, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə mübahisəli faktiki hallara dair yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hall arının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2148/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.