Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2460/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İlkin iddia tələbi: mənzilə, torpaq sahələrinə, avtomobilə və motosiklə 2/3 hissədə payın müəyyən edilməsi Qarşılıqlı iddia: Şağan qəsəbəsində yerləşən avtomobilə 2/3 hissədə payın müəyyən edilməsi torpaq sahələrinə və Açar sözlər: əmlakın bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə İddiaçı vəkili Quliyev Elvin Ənvər oğlunun iştirakı ilə, B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7737/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 707645 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı 04.10.2011-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1300 sayla qeydiyyat aparılmışdır, nikah bağlandıqdan sonra ərə Mərdanov, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.04.2019cu il tarixli, 2(011)-2752/2019 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında 04.10.2011-ci il tarixdə Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsində 1300 nömrəli aktla qeydə alınmış nikah pozulmuş, 26.08.2012-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02.02.2013-cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi, ev 26, 16 saylı mənzil xüsusi mülkiyyət əsasında X3 adına qeydiyyatdan keçmişdir. -27.12.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X5 (hədiyyə verən) ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili Cavabdeh (hədiyyə alan) mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 13.01.2017-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 26, 16 saylı mənzil xüsusi mülkiyyət əsasında Cavabdeh adına qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 27.06.2014-cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1572 saylı sahə xüsusi mülkiyyət əsasında Cavabdeh adına qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı ünvan 2 ünvanlanmış 20.11.2019cu il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi 2 saylı Bakı Asan Xidmət Mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilən 4Ə1049 reyestr nömrəli, 01 may 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -AC № 635532 saylı X1 Şəhadətnaməsinin surətindən görünür ki, 90TZ232 dövlət qeydiyyat nişanlı MAZDA CX5 minik markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdır. -Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Vəkil1 ünvanlanan 14.06.2019-cu il tarixli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh adına 10.11.2018-ci il tarixdən “Harley Davidson” XL 1200 CX markalı motosikl qeydiyyatdadır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.11.2018-ci il tarixdə cavabdehin adına olan “Harley Davidson” XL 1200 CX markalı motosiklə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1572 ünvanında yerləşən 0.0600 ha torpaq sahəsinə və Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26 saylı evin 16 saylı mənzilinə 2/3 hissədə payın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə təqdim edərək ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin və Mazda CX-5 markalı, 90TZ232 dövlət qeydiyyat nişanlı avtomobilə 2/3 hissəsdə İddiaçı payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, ünvan 5 ünvanında yerləşən 0.0600 ha torpaq sahəsi, ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi, Mazda CX-5 markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi qət olunmuş, ilkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməmişdir. Qətnamədən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 2(103)-7737/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2020 saylı, 03 mart 2020-ci il tarixli qətnaməsi “Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, ilkin iddia tələbinin “Harley Davidson” XL 1200 CX markalı motosikl üzərində İddiaçı və Cavabdeh bərabər olmaqla 1/2 paylarının müəyyən edilməsi” hissəsində təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı v ə izahatları İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddiaçının birgə nikah dövründə əldə edilmiş “Harley Davidson” XL 1200 CX markalı motosiklin 2/3 hissəsində payının müəyyən olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak üzərindəki paydan məhrum etməklə mülkiyyət hüququnu pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı vəkili Quliyev Elvin Ənvər oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, ilkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti say ılır. -32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: -32.2.1-ci maddəsinə görə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); -32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nik ah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -32.3-cü maddəsinə görə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. -37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. -37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payla rı bərabər bölməyə bilər. -34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə apellyasiya şikayətinin təmin edilməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Eldar yaşadığı binanın ko mendantıdır və 16 ilə yaxındır ki həmin binada işləyir. Eldar keçmiş həyat yoldaşı ilə 2018-ci ilin may-iyun aylarında ayrılmışlar. Bu müddət ərzində o, İddiaçı görməmiş, yalnız onların uşaqlarını 1 dəfə görmüşdür. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Eldarın anasıdır. Onun oğlu İddiaçı ilə 2011-ci ildə ailə münasibəti quraraq xaricə köçmüşlər və 2014-cü ildə Azərbaycan Respublikasına qayıtmışlar. Sonrada onların münasibətləri pisləşmiş və 2018-ci il may ayında Validə evi tərk edərək anasına məxsus evə köçmüşdür. Həmin müddətdən o, oğlu ilə birgə yaşamışdır. Validə evi tərk edərəkən nikah haqqında şəhadətnaməni özü ilə aparmış və nikahın pozulması barədə iddia qaldıracağını bildirmişdir. Evi tərk etdikdən sonra o, 2018-ci ilin yay aylarında 1 dəfə evə gələrək özünə məxsus əşyaları aparmışdır. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş 09.04.2019-cu il tarixli iş yerindən arayışdan görünür ki, Cavabdeh “BP Eksploreyşn (Ksapian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışır. Hal-hazırda dəniz əməliyyatları departamenti, paylaşdırma və iş icrası üzrə menecer vəzifəsini tutur. Vergi tutulmamış aylıq əmək haqqısı 10.900 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, tərəflər 2018-ci il may ayında faktiki olaraq ayrı yaşamışlar və “Harley Davidson XL 1200 CX markalı motosikl Cavabdeh adına 10.11.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. Buna görə “Harley Davidson” XL 1200 CX markalı motosiklin birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunması mümkün de yildir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi maddi hüquq normaları kimi Ailə Məcəlləsinin 32.1, 32.2, 37.1, 37.2, 34.1-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinə istinad etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdehin faktiki olaraq 2018-ci ilin may ayından ayrı yaşamalarına dair nəticəyə yuxarıda qeyd olunan iki nəfər şahid ifadələrinə əsasən gəlmişdir. MPM-nin 7-ci fəslinə əsasən şahid ifadələri sübutlar kateqoriyasına aiddir. MPM-nin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin birinci instansiya məhkəməsində işə baxılarkən qeyd olunan şahidlərin dindirilməsi ilə bağlı heç bir vəsatət verilməmişdir. Bundan əlavə cavabdehin birinci instansiya məhkəməsində verdiyi qarşılıqlı iddia tələbində iddianın motosiklə aid hissəsinin təmin edilməli olmaması ümumiyyətlə əsaslandırılmamışdır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi maddi hüquq norması kimi Ailə Məcəlləsinin 36.5-ci maddəsinin tələbləri baxımından apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməli olduğu halda, həmin maddi hüquq normasına istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məc əllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7737/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəy
Məhkəmə qərarları › İş №2(102)-2460/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2460/2021
20.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver