Məhkəmə qərarları › İş №2(102)-2462/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2462/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2462/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh: X6 iddia tələbi: “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Rəsulov a Aysel Ələddin qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6747/2019 nömrəli iş üzrə 07 dekabr 2020-ci il tarixli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -İddiaçı ASC ilə X6 arasında bağlanmış 15 iyul 2013-cü il tarixli, ** nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X3 24 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. X6 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun va xtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. -İddiaçı ASC ilə X6 arasında bağlanmış 15 iyul 2013-cü il tarixli,** nömrəli ipoteka müqaviləsindən görünür ki, X6 özünə məxsus ** CX *** dövlət qeydiyyat nişanlı “BMW-535” markalı avtomobili həmin tarixli kredit müqaviləsi üzrə götürdüyü 5.000 manat kredit məbləğinin təminatı kimi ipoteka qoymuşdur. -15 iyul 2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, X6 5.000 manat kredit məbləğini İddiaçı ASC-nin Əhmədli filialından almışdır. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Baş Dövlət Yol Polis İdarəsinin məlumatından görünür ki, ** CX *** dövlət qeydiyyat nişanlı, “BMW-535 minik” markalı avtomobil 31 mart 2012-ci il tarixdə verilmiş AB 735097 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X5 adına qeydiyyata alınmış, etibarnamə əsasında 21 noyabr 2012-ci il tarixdən 23 fevral 2020-ci il tarixədək olan müddət üçün X3 verilmiş, 22 yanvar 2013-cü il tarixdə qeydiyyatdan çıxarılmış, 19 mart 2013-cü il tarixdə verilmiş AB 857849 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ** CJ *** dövlət qeydiyyat nişanı ilə X4 adına qeydiyyata alınmışdır, hazırda da qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsinin Qeydiyyat imtahan İdarəsi tərəfindən verilmiş 11 may 2018-ci il tarixli, 016-50060-1218 nömrəli cavab məktubunda göstərilmişdir ki, İdarənin kompyuter uçot bazasına görə ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil 15 iyul 2013-cü il tarixdə İddiaçı ASC-yə yüklü edilməmiş və heç vaxt X2 mülkiyyətində olmamışdır. Sözügedən avtomobil 21.11.2012-ci il tarixdən 23.02.2020-ci il tarixədək verilmiş nəqliyyat vasitəsindən istifadə hüququ verən etibarnamə əsasında 22.01.2013-cü il tarixədək X6 tərəfindən idarə edilmişdir. 22.01.2013-cü il tarixdə avtomobil komisyon mağazaya çıxarılmışdır. 19.03.2013-cü il tarixdə həmin avtomobil 512649 nömrəli, 19.03.2013-cü il tarixli hesab arayışa əsasən Sumqayıt şəhər sakini X4 adına rəsmiləşdirilərək ** CJ *** dövlət qeydiyyat nişanları təhkim edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh X3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 4.250 manat borcun, bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 3 0 manat dövlət rüsumunun cavabdehdən tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, cavabdeh X6 ilə bağlanmış 15 iyul 2013-cü il tarixli, ** saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş “BMW” minik markalı, buraxılış ili 1999-cu il olan, **-CX-*** dövlət nömrə nişanlı avtomobilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.05.2018-ci il tarixli, 2(007)-244/2018 saylı qətnaməsi ilə (hakim M.Q.Sadıqov) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “X1 4.250 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, 15 iyul 2013-cü il tarixli ** saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş “BMW” minik markalı, buraxılış ili 1999-cu il olan, **-CX-*** dövlət nömrə nişanlı avtomobilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6747/2019 nömrəli iş üzrə 27 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 25.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6747/2019 nömrəli iş üzrə 07 dekabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.S.Şirinov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6747/2019 saylı, 27 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. -408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. -408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3- 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərə fli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Rəsulova Aysel Ələddin qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh X6 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayə tinin geri qaytarılmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2019-cu il tarixli, 2(103)-6747/2019 saylı qətnaməsinin surətini 27 iyun 2019-cu il tarixdə poçt xəbərnaməsinə (i.v. 195) imza etməklə rəsmi qaydada almış və 27 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən sonra, yəni 28 oktyabr 2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi işin 195-ci səhifəsindəki poçt xəbərnaməsinin “Etibarnamə ilə” qeyd göstərilmiş hissəsinə kim tərəfindən imza edilməsini müəyyən etmək mümkün deyildir. Bu isə qətnamənin rəsmi qaydada iddiaçıya təqdim olunması kimi qiymətləndirilə bilməz. Buna görə kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir. Bundan əlavə, işə yenidən baxılarkən kassasiya şikayətində qeyd olunan “...Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6747/2019 saylı, 27 may 2019-cu il tarixli qətnaməsi bizə göndərilməmişdir. Qətnamənin əldə edilməsi məqsədi ilə tərəfimizdən **********403 saylı, 11.08.2020-ci il tarixli sorğu göndərilmişdir. Qətnamə 04 sentyabr 2020-ci ildə rəsmi olaraq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna daxil olmuşdur və kassasiya şikayəti 28 oktyabr 2020-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Odur ki, kassasiya şikayətinin verilmə müddəti buraxılmamışdır.” kimi dəlillər araşdırılmaqla kassasiya şikayətinin geri qaytarılmalı olub-olmaması məsələsinə yenidən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibə tinə prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6747/2019 nömrəli iş üzrə 07 dekabr 2020-ci il tarixli qərardadı ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar