Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2464/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1567/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qətnaməsindən Ca vabdeh1 kassasiya şikayətinə 07 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 (yeni qaydalarla: AZ1150, ünvan 2 fərdi yaşayış evi 4 iyul 2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
2. X4, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X1 ünvanda qeydiyyatdadırlar.
3. Cavabdeh1 və Cavabdeh2 Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan ərazi dairəsi üzrə nümayəndəsinə ünvanladıqları ərizələrinə əsasən mübahisəli mənzilə gedib gəlirlər, arada qalırlar, şərait olmadıqları üçün tam olaraq yaşamırlar.
4. Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 116 saylı BTK-nın 216 saylı, 0,04 ha ölçüdə bağ sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 a dına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2, azyaşlı X2 ünvan 1 (yeni qaydalarla: AZ1150, ünvan 2 fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 (yeni qaydalarla: AZ1150, ünvan 2 fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh1 və Cavabdeh2 iddiaçının övladlarıdır və onlar onun birinci nikahından dünyaya gəlmişlər. Cavabdehlər uzun müddətdir ki, qeydiyyatda olduqları evdə faktiki olaraq yaşamırlar. Belə ki, cavabdehlər özlərinə məxsus fərdi yaşayış evlərində yaşayırlar, lakin uzun müddət keçməsinə baxmayaraq, onlar hələ də qeydiyyatdan çıxmamışlar. Belə olan halda iddiaçının mülkiyyət hüquqları məhdudlaşır.
7. Cavabdehlər biricni instansiya məhkəməsidnə iştirak etməmişlər.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(003)3320/2024 nömrəli ilə iddia təmin olunmuş, Cavabdeh2, Cavabdeh1 və yetkinlik yaşına çatmayan uşağı 9 yanvar 2008-ci il təvəllüdlü X3 ilə birlikdə iddiaçıya məxsus ünvan 1 (yeni qaydalarla: AZ1150, ünvan 2 ünvanında yerləşən evə istifadə hüquqları itirilmiş hesab olunması qət edilmişdir. (hakim Zaur Tağıyev).
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil xx.xx.2024cü il tarixdən iddiaçının mülkiyyətinə keçmişdir. Tərəflər arasında münasibət daha əvvəl yaransa da, mənzil iddiaçının mülkiyyətində olmamış, iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında 2024-cü ilin iyul ayında dövlət qeydiyyatına alınmışdır. Mübahisəli mənzil xx.xx.2024-cü il tarixədək iddiaçın sahibliyində və istifadəsində olduğundan və xx.xx.2024-cü il tarixdən onun həmin mənzilə mülkiyyət hüquq yarandığından mübahisənin həlli zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materialları və cavabdehlərin ərizələri ilə təsdiq olunur ki, cavabdehlər uzun müddətdir ki, həmin ünvanda yaşamırlar. Bununla yanaşı, məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olmasını təsdiq edən hər hansı bir hüquqi əsas müəyyən edilməmişdir. Göründüyü ki mi, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehlərin mənzildə yaşamadığına baxmayaraq, onların mənzilə formal qeydiyyatının və istifadə hüquqlarının saxlanılması iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Beləliklə, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüquqları itirilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 152.7, 228.1-ci, 1 oktyab r 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, 53-cü, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdi r.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o və iş üzrə digər cavabdeh olan qardaşı iddiaçının doğma uşaqlarıdır və mübahisəli mənzildən başqa digər yaşayış yerləri yoxdur. Anaları yol nəqliyyat hadisəsi zamanı öldüyündən atası başqa qadınla evləndiyi üçün onları evə buraxmır və buna görə də kirayədə qalmaq məcburiyyətindədirlər. Birinci instansiya məhkəməsi isə bu faktı bilə-bilə formal araşdırma aparıb qeyri-obyektiv, əsassız və qanunsuz nəticəyə gəlmişdir. Halbuki iddiaçı qanunvericiliklə müəyyən edilmiş kompensasiya ödəməklə yaşayış sahəsinə istifadə hüququna xitam verə bilərdi. Birinci instansiya məhkəməsi onların yeni yaşayış yerinin olub-olmamasını və istifadə hüququnun itirilməsi tələb olunan yaşayış sahəsinə ehtiyacının olub-olmamasını araşdırmadan qərəzli olaraq səhv nəticəyə gəlmişdir.
14. İddiaçının vəkili apellyasiya şikayətinə etiraz vermişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışır ki, birinci instansiya məhkəməsində vəkil sorğusu əsasında iş materiallarına əlavə edilmiş cavabdehlərin ərizələrindən görünür ki, cavabdehlər uzun müddətdir ki, həmin ünvanda yaşamırlar. Bundan başqa, cavabdehlərə məhkəmə iclasında iştirak etmələri, həmçinin sübutlarının təqdim edilməsi üçün şərait yaradılmasına baxmayaraq, onlar ərizə və vəsatətlə məhkəməyə müraciət etsələr də iş üçün əhəmiyyət daşıya biləcək sübutları təqdim etməmişlər. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 verilən suallara cavabında bildirmişdir ki, o ərə getdikdən sonra ata evini tərk etmiş, hazırda onun mülkiyyətində Xəzər rayonu, Xaşa-Xuna bağ massivində torpaq sahəsi vardır (həmin hal məhkəmənin elektron informasiya sistemindən əldə edilən məlumatda da öz əksini tapmışdır) və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evində oğlu ilə birlikdə yaşayır. Məhkəmə iclasında Cavabdeh1 fərdi yaşayış evində kirayədə yaşadığını bildirsə də buna dair sənədlərinin olmadığını qeyd etdi. Cavabdehin yaşadığı evin mülkiyyətdə olmamasınına istinad edərək yaşayış yerinin olmamasını bildirməsi hüquqi baxımdan düzgün deyildir. Belə ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu da o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bü tün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir. Bundan əlavə, həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmçinin cavabdehin də apellyasiya şikayətində istinad etdiyi Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkün olduğu göstərilmiş, belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Məhkəmə tərəfindən işin faktiki halları aydınlaşdırılmış, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmış, yaşayış sahəsinə ehtiyacın aradan qalxmağı, iş materiallarında olan sübutlarla onun izahatları ilə müəyyən olunmuşdur.
15. Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək əlavə olaraq göstərmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evində yaşamaq üçün ataları tərəfindən imkan yaradılmayıb, əksinə, maneçilik törədilib. O, 2007-ci ildə ailə qurmuş, təxminən 7 il Mərdəkan qəsəbəsində yerləşən evdə kirayədə qalmışdır. Təxminən 2015-ci ildə həyat yoldaşı ilə ailə münasibətləri pozulmuş, bu ndan sonra qızı ilə birlikdə başqa evə köçüb, orada kirayədə qalmışdır. Anaları 2021-ci ilin noyabr ayında vəfat etmişdir. Anası sağ olan zaman qardaşı həmin evdə onlarla birlikdə qalıb, sadəcə orada şərait olmadığına görə o, övladı ilə birlikdə ayrı evdə yaşamışdır. Anaları vəfat etdikdən sonra o, tək qalmasın deyə qardaşı ona dəstək olmaq üçün onunla birlikdə yaşamağa başladı. O, halhazırda övladı ilə birlikdə Qala qəsəbəsində yerləşən Xaşa-Xuna bağları massivində yerləşən evdə kirayədə yaşayır. Evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində olsa da, üzərində yerləşən ev ona məxsus deyildir və o, evə görə kirayə haqqı ödəyir, lakin torpaq sahəsi onun adına oluğundan evin bütün kommunal xidmətləri də öz adınadır.
16. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1567/2025 say lı, 22 aprel 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(003)-3320/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh1 və yetkinlik yaşına çatmayan uşağı xx.xx.2008-ci il təvəllüdlü X2 İddiaçı məxsus ünvan 1 (yeni qaydalarla: AZ1150, ünvan 2 ünvanında yerləşən evə istifadə hüquqları itirilmiş hesab olunması hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmuş, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşağı 09 yanvar 2008-ci il təvəllüdlü X3 ilə birlikdə İddiaçı məxsus ünvan 1 (yeni qaydalarla: AZ1150, ünvan 2 ünvanında yerləşən evə istifadə hüquqları itirilmiş hesab edilməsi qət olunmuşdur. (hakimlər Fərrux Qasımov (sədrlik edən və mər uzəçi), Günay Axundova, Leyla Əliyeva).
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisənin həlli zamanı tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşmayaraq göstərmişdir ki, prosessual qanunvericiliyə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarına görə cavabdeh (apellyator) Cavabdeh1 05 avqust 1981-ci il tarixdə anadan olmuşdur, həmin vaxtdan 2007-ci il tarixə kimi mübahisə predmeti olan evdə yaşamışdır, onun yetkinlik yaşına çatmayan övladı X3 09 yanvar 2008-ci ildə anadan olmuş və həmin vaxtdan da bu evdə qeydiyyatdadırlar. Göründüyü kimi istər is tifadə hüququnun yaranması, istərsə də itirilməsi ilə bağlı münasibətlər 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin təsir dairəsinə düşmür.
19. Cavabdeh1 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən “icarədar ilə birlikdə yaşayan ailə üzvü” kimi mənzildən istifadə hüququ əldə etmişdir. İddiaçının mövqeyinə görə Cavabdeh1 ailə qurduqdan sonra mübahisəli mənzili tərk edərək ayrıca fərdi yaşayış evlərində yaşamış və mübahisəli mənzilə yaşayış yeri kimi heç bir ehtiyacı qalmamışdır. Cavabdeh1 isə iddia edir ki, mübahisə predmeti olan fərdi yaşayış evində yaşamaq üçün ataları tərəfindən imkan yaradılmayıb, əksinə maneçilik törədilib.
20. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdehin evdən könüllü olaraq başqa y aşayış yerində yaşamaq üçün çıxması və hazırda həmin evə ehtiyacının olmaması məhkəmə iclasında verdiyi izahat və işin halları ilə tamamilə təsdiqini tapır. Cavabdeh1 etirazını atası tərəfindən evə buraxılmaması və bu səbəbdən kirayədə yaşaması ilə əsaslandırmış, məhkəmə iclasında da bu xüsusatları təkrar etmişdir. O, izahatında hal-hazırda övladı ilə birlikdə Qala qəsəbəsində yerləşən Xaşa-Xuna bağları massivində yerləşən evdə kirayədə yaşamasını, evin yerləşdiyi torpaq sahəsinin ölçüsünün 0,04 ha olduğunu bildirmiş, sonra məhkəmə kollegiyası tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 116 saylı BTK-nın 216 saylı, 0,04 ha ölçüdə bağ sahəsinin mülkiyyət hüququ əsasında onun adına qeydə alındığı nəzərinə çatdırıldıq dan sonra Cavabdeh1 həmin torpaq sahəsinin onun mülkiyyətində olduğunu, lakin üzərində inşa edilmiş evin başqa şəxs tərəfindən inşa olunaraq ona kirayə verildiyini, kommunal xidmətlərin öz adına rəsmiləşdirildiyini və kirayə haqqı ödəməsini deməklə qeyri – müəyyən izahat vermişdir.
21. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı diqqətə çatdırmışdır ki, hər hansı bir fiziki şəxsin öz mülkiyyətində olan torpaq sahəsinin üzərində digər şəxs tərəfindən evin inşa olunaraq özünə kirayə verilməsi, həmçinin, kommunal xidmətlərin öz adına olması məntiqə ziddir və inandırıcı deyildir. Qeyd olunan hallarla təsdiq edilir ki, Cavabdeh1 2007-ci ildə ailə qurduqdan daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüşdür. Beləliklə, Cavabdeh1 mübahisəli mənzilə yaşayış yeri kimi ehtiyacının qaldığını göstərən hər hansı hal məhkəmə araşdırması gedişində müəyyən edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququnu artıq qüvvədən düşmüş Mənzil Məcəlləsi əsasında əldə etdiyindən, onun istifadə hüququ da həmin Məcəlləyə uyğun olaraq itirilmiş hesab edilməlidir. Həmin Məcəllənin müvafiq normalarından eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından görünür ki, yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığı müəyyən edilmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmək isə icarə müqaviləsinin pozulması, beləliklə, yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirilmişdir. Lakin bu zaman həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin məhkəmə araşdırması nəticəsində müəyyən edilməsidir. Məhkəmə artıq yuxarıda Cavabdeh1 mübahisəli mənzili başqa yaşayış yerində (ailə qurduqdan sonra ailələri ilə birlikdə ayrı-ayrı fərdi yaşayış evlərində) yaşamaq üçün tərk etdiyi, uzun müddətdir orada daimi yaşadığı, mübahisəli mənzillə yaşayış yeri kimi heç bir bağlılığının qalmadığı nəticəsinə gəlmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin istifadə hüququna kompensasiya verilməklə xitam verilməli olması ilə bağlı dəlilinə münasibətdə göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən ist ifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsinin həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) aradan qalxmasının mümkünlüyü təsbit olunmuşdur. Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi həmçinin, onu da qeyd etmişdir ki, cavabdehin mənzili tərk etməsindən artıq uzun müddət keçmiş, bu illər ərzində cavabdehin mənzilə köçürülməsi üçün hər hansı aktiv hərəkəti, müraciəti və s. işin halları ilə müəyyən olunmur.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 152.5, 262.2-ci, Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək olan) 53, 60, 87, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixl “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarların istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh1 (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki işdən göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2, azyaşlı X2 fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O və qardaşı Cavabdeh2 iddiaçının birinci nikahından dünyaya gəlmiş övladlarıdırlar. Onlar uzun müddətdir ki, atalarının evində qeydiyyatda olsalar da, anaları yol nəqliyyat hadisəsi zamanı öldüyü və başqa qadınla evləndiyi üçün atası onları evə və yaşayışlarına mane olur. Atası məhkəməyə yalan məlumat verərək guya onların yaşamaq üçün başqa evin olduğunu bildirmişdir. Lakin bu faktı sübut edə bilməmişdir. O iddiaçıya həmçinin evdə ona və qardaşına məxsus fərdi əş yaların olduğunu bildirmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə bu normanın da tələblərini pozaraq işdə olan sübutları mülki işin digər halları ilə əlaqəli şəkildə təhlil etməmişdir. Belə ki, məhkəmə işin mühüm halını (yaşayış sahəsindən istifadə hüququ olan şəxsin istifadə hüququn vəziyyətin) araşdırmamış, işdə olan digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş və mülki prosessual qanunun yuxarıda adı çəkilən normasının tələblərini pozaraq yanlış nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Ma ddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın t ətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək olan) Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıy ırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayı ş məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda d a saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyin in pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin edilən hissəsi üzrə olub. Bu baxımdan, qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 qarşı iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin bütün dəlillərinə qiymət vermişdir.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini hazırkı qərarın 1725-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsini və işin müəyyən edilmiş hallarına uyğun olaraq tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
35. İşdən görünür ki, a pellyasiya instansiyası məhkəməsi Cavabdeh1 iddiaçının mülkiyyətində olan evə istifadə hüququnun əldə etməsini, eləcə də Cavabdeh1 ailə həyatı quraraq, mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 116 saylı BTK-nın 216 saylı, 0,04 ha ölçüdə torpaq sahəsi üzərindəki evdə yaşamasını, həmin kommunal xidmətlərinin Cavabdeh1 adına olmasını, bununla da sonuncunun mübahisəli evlə hüquqi bağlılığının qalmamasını, istifadə hüququnu itirməsini müəyyən etmişdir.
36. İşin müəyyən edilmiş halları və hüquq münasibətlərinin yarandığı zaman tətbiq edilən Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin tələblərinə əsasən iddianın Cavabdeh1 qarşı təmin edilməsi düzgün olmuşdur.
37. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsini və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
38. Belə ki, apellyasiya məhkəməsi Cavabdeh1 qarşı iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1567/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.