Məhkəmə qərarları › İş №2(102)-2465/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2465/2022

06.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2465/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bank "xxxx" açıq səhmdar cəmiyyətinə və “X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinə dair protokolun etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bank "xxxx" ASC-yə və “X1 Mərkəzi” MMC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Maraqlı şəxs2 mübahisə predmeti barəsində mü stəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracdan satış protokolunun etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11845/2021 nömrəli mülki iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Bank "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 6 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-2363/2015 saylı qətnaməsi ilə İddiaçı (bundan sonra - iddiaçı) 40193,54 manat əsas, 419,88 manat faiz borcu olmaqla, cəmi 40.613,42 manat kredit borcunun, 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, iddiaçıya məxsus ünvan 1 ünvand a yerləşən 16 saylı mənzilə (bundan sonra – mübahisəli mənzil) yönəldilərək hərrac yolu ilə satılması, borcun əmlakın dəyərindən tutulması, mənzilin ilkin satış qiymətinin 55700 manat müəyyən edilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində iddiaçının və orada yaşayan digər şəxslərin çıxarılmaları qət edilmişdir.

2. Həmin qətnamə 01 dekabr 2015-ci il tarixdə icraya yönəldilmiş, Maraqlı şəxs2 (bundan sonra – İcra şöbəsi) tərəfindən 22 dekabr 2015-ci il tarixli qərarla icra üzrə icraata başlanılmış və ipoteka predmeti olan əmlakın satılması 25 dekabr 2015-ci il tarixli məktubla "xxxx" MMC-yə sifariş olunmuşdur. Hərrac Mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixə təyin edilmiş ilk və xx.xx.2016-cı il tarixə təyin edilmiş təkrar hərrac alıcı olmadağından baş tutmamış hesab edilə rək, 19 iyul 2016-cı il tarixli məktubla icra işi İcra şöbəsinə qaytarılmışdır. 3. "xxxx" ASC-nin lisenziyası xx.xx.2016-cı il tarixdə ləğv edilmiş və onun tərəfindən "xxxx" ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə xidmətlər Fond tərəfindən əvvəlcə "xxxx" ASC-yə, sonradan isə Bank "xxxx" ASC-yə (bundan sonra – birinci cavabdeh və ya Bank) verilmişdir.

4. Bank "xxxx" ASC xx.xx.2018-ci il tarixdə ərizə ilə İcra şöbəsinə müraciət edərək, "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin ləğvetmə prosesində keçirilmiş hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini bildirməklə, həmin əmlak barəsində təkrar hərrac keçirilməsini xahiş etmişdir.

5. İcra şöbəsi tərəfindən 12 avqust 2020-ci il tarixli məktubla ilkin satış qiyməti 55700 manat müəyyən edilməklə mübahisəli mənzillə ba ğlı hərracın keçirilməsi “X1 Mərkəzi” MMC-yə (bundan sonra – ikinci cavabdeh və ya hərrac təşkilatı) sifariş olunmuşdur. Hərrac təşkilatı tərəfindən xx.xx.2020-cı il tarixə təyin edilmiş ilk və xx.xx.2020- cı il tarixə təyin edilmiş təkrar hərrac baş tutmamış hesab edilərək, ipoteka predmeti təkrar hərracakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 33508,75 manat olmaqla Banka təklif olunmuşdur. Hərrac təşkilatının YP 011 nömrəli, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən mənzil həmin qiymətlə Bank tərəfindən əldə edilmiş və xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində bankın adına dövlət qeydiyyatından keçmişdir.

6. Qeyd olunan icra tədbirlərinin həyata keçirildiyi Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi isə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)-1588/2016 saylı qərardadı ilə ləğv edilmiş və "xxxx" ASC-nin iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilmişdir. Qərardad qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair hərrac təşkilatının xx.xx.2020-ci il tarixli, YP-011 saylı satış protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil hərrac təşkilatı tərəfindən ləğv edilmiş qətnamə əsasında aparılmış icra tədbirləri nəticəsində satıldığından buna d air protokol etibarsız hesab edilməlidir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-6600/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia təmin olunmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzilə dair hərrac təşkilatı tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla açıq hərrac keçirilmiş və mənzil satılmışdır. Belə ki, hərracın keçirilməsinə əsas olmuş məhkəmə qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Belə olan halda, hərrac qüvvədə olmayan, ləğv edilmiş məhkəmə qətnaməsi əsasında keçirilmişdir ki, bu da qanunvericiliyin tələblərinə birbaşa ziddir.

11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ( bundan sonra – MM) 152.1, 158.3 və 178.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 10.4, 11.1, 15.1 və 48.1.2-ci və Azərbaycan Respbublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Birinci cavabdeh (Bank) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş və şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apelyasiya şikayətinə baxılarkən "xxxx" ASC-nin nümayəndəsinin iddiadan imtina etməsinin qanunsuz olduğunu nəzərə almadığı, Gəncə Apelyasiya Məhkəməsinin 18 iyul 2016-cı il ta rixli qərardadından kassasiya şikayəti verildiyi arqumentləri ilə əsaslandırmışdır

13. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-11845/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi hərrac sonradan ləğv olunmuş qətnamə əsasında həyata keçirilmiş, bununla belə, həmin qətnamənin ləğvi özü-özlüyündə tərəflərin əvvəlki vəziyyətə qayıtmaları nəticəsinə (icrada geri dönüşə) səbəb olmamışdır. Bu səbəblə, sözügedən hərracın nəticəsinin etibarsız hesab olunması barədə məhkəmənin gəldiyi qənaət əsaslıdır və bilavasitə qanunun tətbiqi zərurətindən irəli gəlir.

15. Belə ki, “İcra haqqında” Qanun yalnız qanuni qüvvəyə minmiş qətnamənin icrasını mümkün hesab edir; həmin qanunun 20.1.4-cü və 22-ci maddələrində isə icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarının ləğv edilməsi halında icra sənədi üzrə icraata xitam verilməli olduğu və icra məmurunun təyin etdiyi bütün icra tədbirlərinin ləğv edilməsinin zəruriliyi nəzərdə tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi sonradan ləğv edildiyindən, ləğv olunmuş qətnamə əsasında həyata keçirilmiş icra tədirləri qüvvədə saxlanıla bilməz.

16. Məhkəmə kolleg iyası, Bankın apellyasiya şikayətində irəli sürülən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadından kassasiya şikayəti verildiyi barədə arqumentlə bağlı qeyd etmişdir ki, elektron məhkəmə sistemindən əldə olunan məlumatla həmin şikayətin Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə qeyri-mümkün hesab edildiyi müəyyən olunmuşdur.

17. Apellyasiya məhkəməsi həmçinin vurğulamışdır ki, iddiaçının əmlakı barəsində "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə keçirilən hərracların baş tutmamasından və icra sənədinin xx.xx.2016-cı il tarixli məktubla İcra şöbəsinə geri qaytarılmasından sonra, həmin əmlakla bağlı yenidən hərracların keçirilməsi ümumiyyətlə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir və Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il il tarixli qərarındakı hüquqi mövqelərə görə, Qanunun 43cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh "xxxx" ASC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apelya siya baxışına qaytarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya məhkəməsi Bank tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadına etiraz edilməsinə baxmayaraq, həmin qərardadın əsaslı olub-olmadığını araşdırmadan onu rəhbər tutmaqla qətnamə qəbul etmişdir. Halbuki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə icraata xitam barədə qərardad qəbul edilərkən "xxxx" ASC tərəfindən verilmiş kreditlərlə bağlı kredit portfeli "xxxx" ASC-yə verilmiş, lakin məhkəmə tərəfindən nə həmin bank, nə də İpoteka Fondu prosese cəlb edilməmiş, iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeləri öyrənilmədən yekun qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası Bankın həmin qərardaddan verdiyi kassasiya şikayətinin Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edildiyini bildirsə də, əslində həmin qərardadda qeyd edilmişdir ki, oktyabr 2021-ci il tarixdə MPM-ə edilmiş dəyişikliyə əsasən Bank maraqlarına toxunan şəxs kimi tanınmaq üçün Ali Məhkəməsinin sədrinə müraciət etməlidir. Hazırda Bank tərəfindən müvafiq ərizə ilə müraciət olunmuşdur.

20. Digər tərəfdən, apellyasiya məhkəməsi protokolu etibarsız hesab edərkən, həm də eyni əmlak barəsində iki dəfə hərrac keçirilməsinə istinad etmiş, lakin nəzərə almamışdır ki, Bank 2016-cı ildə keçirilmiş hərraclar barədə məlumatlı olmamış, həmin hərraclar barədə bildirişlər ona yox, "xxxx" ASC-yə göndərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayə tinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Müki Məcəlləsi

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

24. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 7.1.6. İcra sənədində məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt göstərilir.

26. Maddə 20.1.4. İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orq anın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir.

27. Maddə

22. İcraata xitam verilməsi barədə məhkəmənin qərardadı qanuni qüvvəyə mindikdən sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Göstərilən qərardad və icra məmuru tərəfindən müvafiq qeydlər edilmiş icra sənədi məhkəməyə və ya digər orqana qaytarılır (xx.xx.2017-ci il tarixədək qüvvədə olan). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

28. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az ol mayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

29. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

30. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

31. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın b aş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 2. hərracın iştirakçısı olmadıqda; 3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

32. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

33. Maddə 43.3. Hərracın b aş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

34. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

35. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərr acın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

36. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

37. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxla yanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

38. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

39. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il il tarixli Qərarı 40....təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gə lmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

43. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

51. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış, onların dəlillərinə hüquqi qiymət verilmiş və iş ü zrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bank "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11845/2021 nömrəli mülki iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar