Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2465/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan tərkibdə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 may 2025-ci il tarixli 2(103)-2636/2025 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 39 saylı evin 25 saylı mənzil əvvəllər xx.xx.1975-ci il tarixli order əsasında İddiaçı əri X1 faktiki sahibliyində olmuşdur. Sonuncu xx.xx.2019-cu il tarixdə ölmüşdür.
2. Cavabdeh İddiaçı nəvəsidir.
3. Cavabdeh valideynləri arasında bağlanmış nikah pozulduqdan sonra Cavabdeh anasının yanında saxlanılması qət edilmişdir. 4. 13.03.2021-ci tarixli payın bağışlanması müqaviləsinə əsasən Zahid Əlixanov, Elnarə Əlixanova və Səbinə Əlixanova öz miras paylarını İddiaçı bağışlamaları nəticəsində mən zil onun tam mülkiyyətinə keçmişdir.
5. Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda olsa da, hazırda anası ilə birlikdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh həmin mənzildə qeydiyyatda olsa da 2017-ci ildən yaşamır. Getdiyi gündən də cavabdehin bütün məktəb ləvazimatları mənzilində qalmaqdadır. Doğma nəvəsi olduğundan dəfələrlə ona bildirmişdir ki, onunla birlikdə yaşasın, lakin cavabdeh mənzildə yaşamaqdan imtina etmişdir. Hətta cavabdeh onunla danışmayaraq əlaqədən həmişə qaçmışdır. Cavabdehlə ar alarında heç bir notarial qaydada müqavilə olmamışdır. Mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir. Cavabdehin mənzildə qeydiyyatda qalmağı ona maddi cəhətdən ziyan vurduğundan o, əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır.
8. Cavabdeh mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X2 atası ilə nikaha daxil olduqdan sonra hazırkı mübahisəli mənzilə xarici vətəndaş kimi qeydiyyata düşmüş, nikahları 2018ci ildə pozulsa da, 2020-ci ilə kimi qızı ilə orada yaşamışdır. 2020-ci ildə "Covid-19" virusunun tüğyan etdiyi 2020-2022-ci illərdə təcrid olmaq məqsədilə kirayə mənzil tutmuş və orada yaşamışdır. Daha sonra, yəni pandemiya qurtardıqdan sonra o, nənəsi Zəmirənin mənzilinə qayıtmaq istəsə də, onu həmin mənzilə buraxmamışlar. Onu yola vermədiklərinə görə evdən çıxmış, əşyalarının bir qismini götürsə də, bir hissəsi mübahisəli mənzildə qalmışdır. Faktiki olaraq mənzildən qovulmuşdur. Onun başqa yaşayış sahəsi yoxdur, anasının da mülkiyyətində yaşayış sahəsi yoxdur, kirayədə yaşayırlar. O, həmçinin tələbədir, müstəqil qazancı yoxdur, bu hallar isə onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. O, həmin mənzilə ailə üzvü qismində köçürülmüş və keçmiş ailə üzvü hesab edilmir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(011)541/2025 nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) hər iki iddia təmin edilməmişdir.
11. Məhkəmə İddiaçı iddiasına münasibətdə qeyd etmişdir ki, mənzil hələ iddiaçının ərinin mülkiy yətində olan dövrdə cavabdehin valideynləri arasında bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan cavabdehin anasının himayəsinə verilməklə, onun yaşayış yeri anasının yanında müəyyən edilmişdir. Cavabdehin vəkili və nümayəndəsi cavabdehin valideynləri arasında nikah pozulduqdan sonra da mənzildə yaşadığını bildirsə də, iddiaçı cavabdehin daimi yaşamaq üçün deyil, bir neçə günlük mənzilə gəldiyini bildirmişdir. Həmçinin, mənzildən istifadə hüququnun yaranması üçün cavabdehlə iddiaçı və ya mənzilin keçmiş mülkiyyətçisi olan iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehin mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun mə hkəmə tərəfindən itirilməsi barədə tələb təmin oluna bilməz. Buna görə də iddia tələbi rədd edilməlidir.
12. Məhkəmə hesab etmişdir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.
13. Məhkəmə Cavabdeh iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə notariat qaydasında müqavilə bağlanmalıdır, belə müqavilə bağlanmadığından əmələ gəlməyən istifadə hüququnun itirilmiş hesab olunması qət oluna bilməz.
14. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3 və 228.5-ci maddələri nə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək onun iddia tələbinin təmin edilməsi, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu hallar məhkəmə iclaslarında təsdiqini tapmamış, iddiaçı tərəfindən göstərilmiş hallar işin həlli üçün əhəmiyyət kəsb etməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlər iddia tələbinin təmin оlunması üçün yetərli deyildir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2636/2025 nömrəli, 23 may 2025-ci il tarixli qə tnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi barədə” iddiasının təmin olunmaması, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiasının təmin olunaraq, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39-da yerləşən 25 nömrəli mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh mənzildən istifadə hüququ xx.xx.2005-ci ildə, yəni sonuncunun doğulduğu vaxt yaranmışdır. Həmin vaxtı mənzil dövlət mənzil fonduna aid olmuş, mənzilin kirayəçisi (icarədarı) Cavabdeh babası (atasının atası) Şər əfəddin Əlixanov olmuşdur. Həmin zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər”. Həmin maddənin 3-cü hissəsində isə qeyd olunub: “İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər”. Cavabdeh doğulduğu vaxtdan (xx.xx.2005-ci ildən) mənzil özəlləşdirilənə qədər (xx.xx.2008-ci ilədək) mənzildə icarədar (babası Şərəfəddin Əlixanov) ilə birlikdə yaşayaraq onunla ümumi təsərrüf at aparmışdır. Odur ki, Cavabdeh istifadə hüququ mənzilin dövlət mənzil fonduna aid olduğu zaman yaranmışdır. Sonradan mənzilin Cavabdeh babasının adına özəlləşdirilməsi, babasının ölümündən sonra isə vərəsəlik qaydasında nənəsinin mülkiyyətinə keçməsi Cavabdeh mənzildən istifadə hüququnun xitamına səbəb olmamışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh istifadə hüququna xitam verilməsi üçün göstərilən üç haldan (1) Cavabdeh həmin hüquqa görə kompensasiya verilməlidir; 2) Cavabdeh hüquqdan imtina etməlidir; 3) Cavabdeh həmin yaşayış sahəsinə ehtiyacı aradan qalxmalıdır) heç biri mövcud deyildir. Belə ki, Cavabdeh kompensasiya təklif olunmamış və ya onun özü hüquqdan imtina etməmiş, onun həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması isə müəyyən olunmamışdır. Həmçinin, Ca vabdeh başqa yaşayış sahəsinə mülkiyyət və ya istifadə hüququ əldə etməsi barədə sübut yoxdur.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflərin heç biri istinad etdiyi tarixi təsdiq edən sübut təqdim etmədiyinə görə, Cavabdeh bildirdiyi tarix həqiqi tarix kimi qəbul olunmalıdır. Belə ki, sübutetmə vəzifəsinin bölgüsü zamanı hüquq sahibinin hansı tarixdən etibarən hüquqdan istifadə etmədiyini sübut etmə yükü hüququn itirildiyini iddia edən şəxsin (İddiaçı) üzərinə düşür. Bu barədə sübut təqdim edilmədiyinə görə, hüquq sahibinin (Cavabdeh) etiraf etdiyi tarix (2020-ci il) həqiqi tarixi kimi qəbul olunmalıdır.
21. Digər tərəfdən, İddiaçı göstərdiyi tarixdə (2017-ci ildə) Cavabdeh 12 yaşı olmuş və nikahın pozulması barədə qətnaməyə əsasən onun anasının yanında qalması qət olunmuşd ur. Cavabdeh xx.xx.2023-cü ildə yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatdıqda sonra onun özünə başqa ünvanda daimi yaşayış yeri əldə etməsi barədə sübut yoxdur. Cavabdeh müəyyən müddət mənzildə yaşamaması Mülki Məcəllənin 15.2-ci maddəsinə əsasən, hüquqa xitam verilməsi üçün əsas deyildir.
22. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 15.2-ci maddəsinə, əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassas iya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsassızdır və qanunvericiliyin maddi hüququ normaları düzgün tətbiq olunmadan qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (8 iyul 1982-ci il)
26. Maddə
53. İ hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı 27. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllə
28. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyət çi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
30. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
31. Maddə 262.2 Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı
32. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyy ətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar… Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır… Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu m addənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədl əri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
44. Belə ki, işin mübahisə olunmayan hallarına görə, cavabdeh iddiaçının nəvəsidir. Mübahisə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39-da yerləşən 25 nömrəli mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil əvvəlcə dövlət mənzil fonduna aid olmuş, 1975-ci ildə mənzilə dair Şərəfəddin Əlixanovun adına order verilmişdir. X3 Əlixanovanın əri, Cavabdeh isə babasıdır. Mənzil 1975-ci ildən 2008-ci ilə kimi Şərəfəddin Əlixanovun icarəsində olmuşdur. Cavabdeh xx.xx.2005-ci ildə, yəni mənzil babasının kirayəsində olduğu zaman doğulmuş, doğulduğu vaxtdan mənzildə yaşamış və mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Cavabdeh 3 y aşı olanda mənzil onun babası Şərəfəddin Əlixanovun adına özəlləşdirilmiş və Şərəfəddin Əlixanovun mülkiyyət hüququ xx.xx.2008-ci ildə dövlət reyestrində qeydə alınmışdır. Şərəfəddin Əlixanov xx.xx.2019-cu ildə ölmüş, mənzil vərəsəlik qaydasında onun arvadı İddiaçı mülkiyyətinə keçmiş, mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2020-ci ildə dövlət reyestrində qeydə alınmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh valideynlərinin arasındakı nikah pozulmuş və həmin vaxt 12 yaşı olan Cavabdeh anasının yanında qalması qət edilmişdir.
45. Bu mənada apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin mü ddəaları baxımından Cavabdeh mübahisəli mənzildə istifadə hüququ yaranmış, mənzilin sonradan özəlləşdirilməsi və vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçməsi bu istifadə hüququnun xitamına səbəb olmamışdır.
46. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh istifadə hüququna xitam verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslardan (kompensasiyanın verilməsi, özünün bu hüquqdan imtina etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacın aradan qalxması) heç biri hazırkı halda mövcud olmamışdır. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, Cavabdeh başqa yaşayış sahəsinə mülkiyyət və ya istifadə hüququ əldə etməsi barədə sübut olmadığı üçün onun mübahisəli yaşayış sahəsinə istifadə hüququ.
47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gə ldiyi bu nəticə ilə razılaşmır və bununla bağlı qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh mübahisəli mənzildə doğulub orada daimi olaraq yaşamış, 2020-ci ildə isə həmin mənzili könüllü şəkildə tərk edərək getmişdir.
48. Cavabdeh mənzili könüllü tərk etməsini belə izah etmişdir ki, o, pandemiya şəraitində təcrid olmaq məqsədilə anası ilə birlikdə kirayə mənzil tutaraq orada yaşamışdır.
49. Hazırda isə Cavabdeh onun sonradan mübahisəli mənzilə qayıtmaq istədiyini, lakin nənəsi İddiaçı onu mənzilə buraxmadığını bildirmişdir. Lakin iş materiallarından aşkar görünür ki, Cavabdeh mübahisəli mənzilə köçürülməsi ilə bağlı nə yetkinlik yaşına çatanadək, nə də yetkinlik yaşına çatdıqdan sonra keçən bir ildən də artıq müddət ərzində hər hansı mübahisə a çmamış, hazırkı iddianı isə nənəsi onun mənzildən istifadə hüququnun itirilməsinə dair məhkəməyə müraciət etdikdən sonra vermişdir.
50. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh mübahisəli mənzili tərk edərək uzun müddət orada yaşamamasını, onun yetkinlik yaşına çatdıqdan sonra da bu hüququndan uzun müddət istifadə etməməsini onun mübahisəli mənzildən istifadə hüququnun xitamına əsas vermədiyini qənaətinə gələrkən, onun digər yaşayış sahəsinə mülkiyyət və ya istifadə hüququ əldə etmədiyinə istinad etmişdir.
51. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yaşayış sahəsindən mövcud istifadə hüququnun kompensasiya verilmədən itirilməsi üçün hüquq sahibinin başqa yaşayış sahəsinə mülkiyyət və ya istifadə hüququ əldə etməsi mütləq və yeganə əsas kimi çıxış etmir.
52. Doğrudur, Mülki Məcəl lənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd edilən hüquqi mövqe Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında da öz əksini tapmışdır.
53. Lakin iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyəti üzrə həll edərkən göstərilən halı nəzər ə almamış, bu istiqamətdə hər hansı qiymətləndirmə aparmamışdır.
54. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün, ədalətli həlli yuxarıda qeyd edilən halların ətraflı araşdırlması ilə mümkündür.
55. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Lakin hər bir halda bu məhdudlaşdırma qanunun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
57. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri müzakirə edərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 may 2025-ci il tarixli, 2(103)2636/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qanuni qüvvəyə minir.