Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2467/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Cavabdeh qarşı “yağış kollektorunun üzərində inşa edilmiş tikilinin sökülərək, kollektorun mühafizə zonasının boşaldılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 may 2025-ci il tarixli, 2 (103)-152/2025 nömrəli qətnaməsindən iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 3 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən məntəqənin istismarına dair icazə verilmiş və tikilinin parametrləri müəyyən edilmiş, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 10 iyul 2018-ci il tarixli sərəncamından çıxarış ilə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən məntəqə X1 müraciətinə əsasən Cavabdeh adına sənədləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC (hüquq varisi: “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10) iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Xətai rayonu, Sadıqcan küçəsindən keçən İddiaçı ASC-yə məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun (xəttinin) üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi, kollektorun mühafizə zonalarının boşaldılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri üzrə formalaşan yağıntı sularının kollektorlar vasitəsi ilə qəbul edilib müvafiq məntəqələrə ötürülməsi gündəlik həyat üçün çox vacib vəzifələrdəndir. Yağış sularının düzgün və fasiləsiz idarə edilməsi üçün şəhərə xidmət göstərən kollektorların mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara mütəmadi texniki xidmətin göstərilməsi olduqca vacib məsələlərdəndir. Belə ki, iddiaç ı tərəfindən yağış kollektorlarına (xətlərə) texniki baxış keçirilən zaman Cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları” haqqında, “Hidrotexniki qurğuların təhlükəsizliyi” haqqında Azərbaycan Respublikası Qanunlarının və digər normativ hüquqi aktların tələbləri kobud qaydada pozulmaqla diametri 800 mm olan dəmir beton konstruksiyadan ibarət, Xətai rayonun bir hissəsində formalaşan yağıntı sularının ərazilərdən kənarlaşdırılması üçün istifadə edilən “Sadıqcan” yağış kollektorunun (xəttinin) ünvan 1 ünvanının yaxınlığından keçən hissəsinin üzərində və mühafizə zonasında özbaşına tikilinin inşa edildiyi məlum olmuşdur. Yağış kollektorunun üzərində və ya onların mühafizə zonalarında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılması tamamilə q anunsuzdur. İddiaçı ASC-yə məxsus diametri 800 mm olan yağış kollektorunun mühafizə zonalarında inşa edilmiş tikili statusuna görə Mülki Məcəllənin 180-ci maddəsi ilə müəyyən edilən özbaşına tikili olduğuna görə sökülməli, magistral su xətlərinin qanunla müəyyən edilmiş sanitar mühafizə rejimi təmin edilməlidir.
4. Məhkəmə işin hallarının araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli rəyə əsasən İddiaçı ASC-nin balansında olan diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun Xətai rayonu, Sadıqcan küçəsindən keçən hissəsinin üzəri bağlı olduğundan kanalizasiya xətlərinin istiqamətinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilən tikilinin diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən bir mərtəbəli tikilinin (məntəqə) müvafiq icra hakimiyyəti orqanının tikinti ilə bağlı icazə sənədində qeyd olunan parametrlərlə eynilik təşkil etdiyi müəyyən olunmuşdur.
5. Xətai Rayon Məhkəməsinin 2(011)-449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Aygün Həsənova).
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Xətai rayonu, Sadıqcan küçəsindən keçən İddiaçı ASC-yə məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun (xəttinin) üzəri ndə və mühafizə zonasında yerləşməsinə istinad edərək tikilinin sökülməsini və kollektorun mühafizə zonasının boşaldılmasını tələb etmişdir. Məhkəmə belə hesab etmişdir ki, iddiaçı kollektorun onun balansında olmasına, sözügedən tikilinin həmin kollektorun mühafizə zonasının üzərində yerləşməsinə aid sənədləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən aparılan araşdırma zamanı kollektorun inşa xətləri barədə plan-sxem, o cümlədən həmin plan-sxemin müvafiq göstərişlərə uyğun olmasına dəlalət edən sənədlər iddiaçıdan tələb edilsə də bu sənədlər də məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza və ekspertin iştirakı ilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus məntəqə tipli tikili müvafiq icra hakimiy yəti orqanının tikinti ilə bağlı icazə sənədində qeyd olunan parametrlərlə eynilik təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli ekspert rəyini sübut kimi qəbul edərək və iddiaçının təqdim etdiyi sübutları iddianın təmin edilməsi üçün kifayət hesab etməyərək qeyd etmişdir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından hazırkı iş üzrə iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və hüquqlarının pozulması ilə bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab et mişdir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1,14.2, 77.1, 119.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində iddia tələbində göstərilənlərlə yanaşı, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilməsi, həmçinin kollektorun mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin həmin kollektora nəzarət edilməsini, eləcə də orada qəza baş verərsə, bununla bağlı qəza-bərpa işlərinin aparılmasına maneə olması hallarının araşdırılmaması göstərilmiş, odur ki, qətnamənin ləğv və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının İddiaçı ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 yaradılmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 İddiaçı ASC-nin hüquq varisi kimi işə cəlb edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1667/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Cavabdeh məxsus tikilinin Xətai rayonu, Sadıqcan küçəsindən keçən İddiaçı ASC-yə məxsus, diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun (xəttinin) üzərində və mühafizə zonasında yerləşib yerləşməməsi müəyyən edilsin.
2. Həmin ünvanda iddiaçıya məxsus kollektorun mövcud olub-olmaması, onun yerləşmə yeri və istiqaməti barədə zəruri məlumatların (layihə və yerləşmə xəritəsinin) ekspertlərə təqdim olunması iddiaçıya həvalə edilsin.
13. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə İddiaçı ASC-nin balansında olan diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun Xətai rayonu, Sadıqcan küçəsindən keçən hissəsinin üzəri bağlı olduğundan kanalizasiya xətlərinin istiqamətini müəyyən edilməsinin mümkün olmaması səbəbindən, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilən tikilinin, diametri 800 mm olan “Sadıqcan” yağış kollektorun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamı şdır.
14. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1667/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1667/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı icra edilməsi üçün təkrarən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
15. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə İddiaçı ASC-nin balansında olan diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun Xətai rayonu, Sadıqcan küçəsindən keçən hissəsinin üzəri bağlı olduğundan kanalizasiya xətlərinin istiqamətini müəyyən edilməsinin mümkün olmaması səbəbindən, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilən tikilinin, diametri 800 mm olan “Sadıqcan” yağış kollektorun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır.
16. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-448/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh X2 qarşı ““Sadıqcan” yağış kollektorunun üzərində inşa edilmiş tikilinin sökülərək kollektorun mühafizə zonasının boşaldılması” barədə tələbi üzrə iddia ərizəsi təmin edilməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 may 2025-ci il tarixli 2(103)-152/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-449/2023 nömrəli, 20 noyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X5).
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, kollektorun tikilinin altında yerləşməsi səbəbindən kollektorların yerləşməsi ilə bağlı zəruri sənədlər məhz iddiaçı tərəfindən təqdim edilməli idi, həmin sənədlərin isə iddiaçı tərəfindən təqdim edilməməsi səbəbindən ekspert tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən cavabdehin adına sənədləşdirilən tikilinin, diametri 800 mm olan “Sadıqcan” yağış kollektorun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır.
19. Belə ki, məhkəmə iddia tələbi ilə bağlı prosessual qanunun verdiyi imkanlardan istifadə edərək, iddiaçıya iddia tələbi ilə bağlı zəruri sübutları təqdim etməsi üçün kifayət qədər şərait yaradılmış, lakin iddiaçı hər dəfə həmin zəruri sənədləri təqdim etməmiş, nəticədə müvafiq ek spert tədqiqatı aparılmamışdır.
20. Kollegiya iddiaçının nümayəndəsinin sənədlərin təqdim edilməməsi ilə bağlı gah qurumda gedən dəyişiklik, gah tədqiqatın bələdiyyə seçkiləri gününə təsadüf etməsi barədə dəlillərini isə uydurma və əsassız hesab etmişdir.
21. Beləliklə, iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə bağlı sübutları təqdim etmədiyindən, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəaları nəzərə alınaraq Kollegiya qeyd etmişdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyası 43.1-ci, Mülki Məcəllənin 180.1, 180.2, 180.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 58.1, 58.2, 77.1,97.5, 106.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerin ə yetirməsi qəti qadağan edilmişdir.
25. Bundan əlavə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13ə məxsus yağış kollektorlarına (xətlərə) texniki baxış keçirilən zaman Cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər normativ hüquqi aktların tələbləri kobud qaydada pozulmaqla diametri 800 mm olan dəmir beton konstruksiyadan ibarət, Xətai rayonun bir hissəsində formalaşan yağıntı sularının ərazilərdən kənarlaşdırılması üçün istifadə edilən “Sadıqcan” yağış kollektorunun (xəttinin) ünvan 1 ünvanının yaxınlığından keçən hissəsinin üzərində və mühafizə zonasında özbaşına tikilinin inşa edildiyi məlum olmuşdur. Kollektorun baxış quyusu tikilinin əsas divarına bitişik hissədə q almışdır. Belə ki, qeyd olunan kollektorun üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında özbaşına tikililərin inşası nəticəsində kollektora vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi və normal istismarı qeyri-mümkün olmuş və nəticədə kollektorda qəza təhlükəsi yaranmışdır. Bu da təhlükə mənbəyi olmaqla bədbəxt hadisələrin baş verməsi ehtimalını artırmış, oradan istifadə edən və ətrafda yaşayan şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün real təhlükə riskini yaratmışdır. Eyni zamandan kollektorun altında qalan hissədə baş verəcək qəzalara müdaxilə edərək qəza-bərpa işləri aparmaq qeyri-mümkün olmaqla qəzalı hissədən xaric olan tullantı suları ətrafa axaraq ərazidə yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracaqdır. Həmçinin qeyd olunan tikilinin mövcudluğu kollektorun istismarını, bu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10n nizamnaməsi üzrə müəyyən edilmiş funksiyalarının icrasında çətinliklər yaradır. Bütün bu hallar bir daha təsdiq edir ki, məhkəmə tərəfindən iş araşdırılarkən işin faktiki halları tam və lazımi qaydada araşdırılmadan qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qərardadı ilə mühafizə zonası pozulmuş xəttin keçdiyi istiqamətin müəyyən edilməsi, qanunsuz tikilinin xəttin üzərində yerləşib-yerləşməməsini müəyyən etmək məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilsə də (dəfələrlə), Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndələri ekspertiza yerinə gəlməmiş və xəttin keçdiyi yeri müəyyən etməyin mümkün olmaması barədə əsassız rəylər vermiş lər. Hər dəfə qərardad icra üçün Məhkəmə Ekspertizası Mərkəzinə yönəldildikdə formal rəylər təkrarlanmışdır. Hal bu ki, qeyd edilən qanunsuz tikiliyə bitişik formada kollektorun baxış quyusu mövcuddur və quyudan baxış keçirilərkən xəttin tikilinin altında qaldığını asanlıqla müəyyən (vizual görmək mümkündür) etmək mümkün olur. Quyuya baxış keçirmək üçün mütəxəssis belə olmağa ehtiyac yoxdur. Tərəflərindən mübahisə predmeti olan tikilinin divarına bitişik kollektorun baxış quyusunun olmasını əks etdirən foto-şəkillərdə məhkəməyə təqdim edilmiş və həmçinin elektron sistemə yüklənmişdir. Lakin məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş və iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Halbuki, işə baxan məhkəmə təqdim edilmiş foto-şəkillərə diqqət yetirdikdə belə ekspert rəyinin əsassız və işi cavabdehin xeyrinə həll edilməsində maraqlı olmasından çıxış etdiyini müəyyən edə bilərdi.
26. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 169-cu maddəsinin 1-ci bəndinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
28. Maddə 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların ı və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
30. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
31. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr araşdırma nəticəsində bu qənaətə gəlmişlər ki, kollektorun tikilinin altında yerləşməsi səbəbindən kollektorların yerləşməsi ilə bağlı zəruri sənədlər məhz iddiaçı tərəfindən təqdim edilməli idi, həmin sənədlərin isə iddiaçı tərəfindən təqdim edilməmə si səbəbindən ekspert tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən cavabdehin adına sənədləşdirilən tikilinin, diametri 800 mm olan “Sadıqcan” yağış kollektorun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə iddia tələbi ilə bağlı prosessual qanunun verdiyi imkanlardan istifadə edərək, iddiaçıya iddia tələbi ilə bağlı zəruri sübutları təqdim etməsi üçün kifayət qədər şərait yaradılmış, lakin iddiaçı hər dəfə həmin zəruri sənədləri təqdim etməmiş, nəticədə müvafiq ekspert tədqiqatı aparılmamışdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşm aq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yeni dən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv e dilməsi üçün əsas təşkil etmir.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-152/25 nömrəli 6 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.