Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2468/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, əsil cavabdehə qarşı verilməyən iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı mülki iş ü zrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2215/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qax rayonun İlisu kəndində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 95.6 kv.m. sahədən ibarət fərdi yaşayış evinin 8/10 hissəsi İddiaçı, 2/10 hissəsi 000, 2/10 hissəsi X2 ümumi birgə mülkiyyətindədir (bu barədə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 164 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılıb). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin verdiyi xx.xx.2020-ci il tarixli ********* nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş payın naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qax rayonun Qaxbaş kəndində yaşayır. Qax rayonu İlisu kəndində valideynlərindən miras qalmış ata yurdu vardır. X9 xx.xx.2008-ci il tarixdə, anası YYYa xx.xx.2012-ci il tarixdə ölmüşdür. Atası və anasından ona Qax rayonun İlisu kəndində yerləşən 95.6 kv.m. yaşayış evi və 0.03 ha həyətyanı sahə miras qalmışdır. Daha sonra anasından miras qalmış əmlakdan ona düşən pay məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Lakin bacısı Gülçöhrə İmamova ilə birlikdə həmin evdən istifadə edə bilmir.
4. Birinci instansiya məhkəməsi tərəfində n mübahisəli evin bölünməsinin mümkünlüyünü müəyyən etmək üçün ekspertiza təyin olunmuş və “X3”nin 18 yanvar 2021-ci il tarixli, 32 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu, İlisu kəndində yerləşən, ümumi sahəsi 95.6 kv.m. olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.03 ha həyətyanı torpaq sahəsinin naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un tələblərinə uyğun olaraq mümkün deyildir.
5. Bundan sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmədən onun, 000 və X2 paylı mülkiyyətində olan Qax rayonunun İlisu kəndində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satılması və satış pulu nun müvafiq qaydada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qax Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(024)-47/2021 nömrəli qətnaməsi ilə (hakim M.Qarayev) iddia təmin edilərək, Qax rayonun İlisu kəndində yerləşən, 0.03 ha torpaq sahəsi üzərində yerləşən 1930-cu il tarixdə tikilmiş iki otaqlı, ümumi sahəsi 95.6 kv.m evin və evin yerləşdiyi 0.03 ha torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin İddiaçı, 000 və X2 arasında onların daşınmaz əmlakda paylarına mütənasib surətdə bölüşdürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manatın İddiaçı alınıb "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, Qax Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(024)201/2018 nömrəli qətnaməsinə əsa sən iddia qismən təmin edilərək, mərhum X1 miras qalmış Qax rayonu İlisu kəndində yerləşən, 1930-cu il tarixdə tikilmiş iki otaqlı, ümumi sahəsi 95.6 kv.m. evə və evin yerləşdiyi 0.03 ha torpaq sahəsinə vərəsəlik açılması və Qax rayon DNK-da təsdiq olunmuş 02 dekabr 2009-cu il tarixli vəsiyyətnamənin icra edilməsi, X1 miras qalmış Qax rayonu İlisu kəndində yerləşən, 1930-cu il tarixdə tikilmiş iki otaqlı, ümumi sahəsi 95.6 kv.m. evə və evin yerləşdiyi 0.03 ha torpaq sahəsindən ibarət miras əmlakdan İddiaçı vəsiyyətnamə üzrə düşən pay 1/2 hissə və yerdə qalan 1/2 hissədən iddiaçının məcburi payı və X6, X4 iddiaçının xeyrinə imtina etdikləri məcburi payları nəzərə alınmaqla ümumilikdə 3/5 hissəsinin İddiaçı verilməsi, müvafiq sənədləşmə işlərinin aparılmasının Azərbaycan Respublikası Əmlak M əsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinə həvalə edilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı DƏDRX-nin verdiyi xx.xx.2020-ci il tarixli, ********* nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş payın naturada ayrılıb verilməsi barədə iddia ərizəsi ilə müraciət etdikdən sonra hazırkı iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün mübahisəli Qax rayonu İlisu kəndində yerləşən ümumi sahəsi 95.6 kv.m. olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.03 ha həyətyanı torpaq sahəsinin İddiaçı paylı mülkiyyətinə verilmiş 8/10 hissə pay ının natura qaydasında bölünməsinin mümkün olub-olmamasını müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, “X3”nin ekspert qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 18 yanvar 2021-ci il tarixli, 32 saylı rəyi ilə Azərbaycan Respublikası ƏMDK yanından DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli ********** qeydiyat nömrəli çıxarışa əsasən Qax rayonu, İlisu kəndində yerləşən, ümumi sahəsi 95.6 kv.m. olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.03 ha həyətyanı torpaq sahəsinin naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un tələblərinə uyğun olaraq mümkün olmadığı göstərilmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəll əsinin 220, 213, 214, 223cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs 000 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2215/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Hüseynov) işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs 000 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək, Qax Rayon Məhk əməsinin 17 mart 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Məmmədova İmam qızının cavabdeh İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “onun, 000 və X2 paylı mülkiyyətində olan Qax rayonunun İlisu kəndində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsini açıq hərracda satılması və satış pulunun müvafiq qaydada bölünməsi barədə” iddia tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 300 manatın İddiaçı alınıb "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən, sonradan isə iddia tələbini dəyişərkən (səh. 41) İqtisadiyyat Nazirliyi yan ında DƏDRX-nin 12 saylı Ərazi İdarəsini cavabdeh qismində qoymuş, digər mülkiyyətçilər ümumiyyətlə işə cəlb edilməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə onlara məlumat verilmədən iş üzrə yekun qərar qəbul edilmişdir.
12. Halbuki, Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinin tələbinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
13. Apellyasiya instansiyası məhkəməsi hes ab etmişdir ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi hazırkı tələb üzrə cavabdehlik daşımağa hüququ olmayan orqan olduğundan, iddia tələbi həmin orqana qarşı təmin edilə bilməz.
14. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə Mülki Prosessual Məcəllənin bir sıra normalarının da tələblərini kobud şəkildə pozmaqla işin hallarına uyğun olmayan nəticəyə gəlmiş və sonda apellyatorun, həmçinin digər mülkiyyətçinin mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən bax ılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi düzgün olmayan cavabdehi əsil cavabdehlə əvəz etməli və digər payçıları məhkəmə prosesinə cəlb etməli olduğu halda bunu etməmiş, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)2215/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvəyə minəcəyi təqdirdə İddiaçı paylı mülkiyyətdə olan əmlakın əsas hissəsinin mülkiyyətçisi olmaqla öz payının naturada ayrılması, mümkün olmadıqda isə məhkəmə qaydasında açıq hərracda satılaraq öz payının götürülməsi imkanından qeyd edilən maddələrin tələblərinə əsasən məhrum olacaqdır və nəticədə mülkiyyət hüquqları kobud şəkildə pozulacaqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs 000 kassasiya şikayətinə qarşı etirazında kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Prosessual məsələlər
18. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
19. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki P rossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşul arın və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə
220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyə tçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüquq unu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
21. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk ad dım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
24. Məhkəmə kollegiyasının qənaətinə görə iddia tələbinə, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasını tənzimləyən hüquq normaları əsasında qiymət verilməlidir.
25. Azərbaycan Respubli kası Mülki Məcəlləsinin paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasından bəhs edən 220-ci maddəsinin təhlilindən görünür ki, ümumi mülkiyyətdə olan payın naturada ayrılması mümkün olmadığı halda ayrılan mülkiyyətçinin öz payına düşən hissəyə görə digər mülkiyyətçilərdən kompensasiya ödənilməsini tələb etmək hüququ vardır. Bu mümkün olmadığı halda ayrılmaq istəyən mülkiyyətçi əmlakın satılmasını tələb edə bilər. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında da göstərilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
26. Baxılan işdən görünür ki, iddiaçı digər mülkiyyətçilərdən kompensasiya ödənilməsini tələb etməmişdir. Bu halda evin satılması barədə iddia tələbi təmin oluna bilməz.
27. Bundan başqa, ümumiyyətlə iddiaçı tələbini əsil cavabdehlərə - paylı əmlakın mülkiyyətçilərinə deyil, İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı yönəltmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya cavabdehlərin əsil cavabdehlə əvəz olunmasını təklif etməmiş, y axud digər mülkiyyətçiləri üçüncü şəxs qismində işə cəlb etməmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
28. Kassatorun «Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2215/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvəyə minəcəyi təqdirdə paylı mülkiyyətdə olan əmlakın əsas hissəsinin mülkiyyətçisi olmaqla öz payının naturada ayrılması, mümkün olmadıqda isə məhkəmə qaydasında açıq hərracda satılaraq öz payının götürülməsi imkanından qeyd edilən maddələrin tələblərinə əsasən məhrum olacağı» barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi, iddiaçının Mülki Məcəllənin 220.3-cü maddə sinə əməl etməklə, paylı mülkiyyətçilərə qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar çıxarılması barədə iddia vermək hüququnu istisna etmir.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. 2(107)-2215/2021