Məhkəmə qərarları › İş №2(102)-2470/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2470/2021

31.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2470/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlunun və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7584/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 03 aprel 2008-ci il tarixindən “Cavabdeh" QSC-də fəaliyyətə başlamış, 04.02.2014-cü il PERSORD-64176 saylı əmək müqaviləsinə əsasən Müştəri Xidmətləri aparıcı kredit mütəxəssisi vəzifəsinə təyin edilmiş, sonradan müqaviləyə edilmiş 27.10.2017-ci il tarixli əlavəyə əsasən vəzifə maaşı 450 manat olmaqla, QKM Satışı və Bank Xidmətləri üzrə Aparıcı Mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə 04 mart 2019-cu ildən 21 iyul 2019-cu il tarixədək analıq, 22 iyul 2019-cu ildən 14 avqust 2 019-cu il tarixədək əsas əmək məzuniyyəti, 15 avqust 2019-cu ildən 31 dekabr 2019-cu il tarixədək uşağa qulluqla bağlı sosial məzuniyyətdə olmuşdur. 07 yanvar 2020-ci il tarixdən işə çıxmışdır. Cavabdeh QSC tərəfindən İddiaçı ünvanlanmış 14.01.2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış zərurət ilə əlaqədar olaraq “xxxx” QSC-də istehsalın və əməyin təşkilində optimallaşdırma ilə bağlı dəyişiklik edilməli olduğundan “Pərakəndə Bankçılıq” Departamentinin əməkdaşları arasında vəzifə bölgüsünün yenidən aparılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq bildirişlə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əmək haqqı məbləği 600 manat olmaqla Cavabdeh QSC-nin Babək filialında Kredit Bək Ofis üzrə Aparat Mütəxəssisi” vəzifəsinə keçirilməsi barədə məlumatlandırılmış, yeni əmək şəraitin şərtlərinə münasibətindən asılı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş növbəti tədbirlərin görüləcəyi bildirilmişdir. Cavabdeh QSC-nin13.02.2020-cu il tarixli 20-0138 saylı əmrinə əsasən, “QKM Satışı və Bank Xidmətləri üzrə Aparıcı Mütəxəssis” İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 14 fevral 2020ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin c yarımbəndinə əsasən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. 19.05.2020-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, iddiaçının Cavabdeh QSC-də əmək hüquqlarının pozulması barədə müraciətinə baxılmış və Cavabdeh QSC-nin rəhbərliyinin X6 Xidmətinin Bakı şəhər idarəsinə təqdim etdiyi məktublar və əlavə olunmuş sənədlərdə iddiaçının 01.11.2017-ci il tarixdən “QKM satışı və bank xidmətləri üzrə aparıcı mütəxəssis” vəzifəsində çalışdığı, əmək haqqının 450 (dörd yüz, əlli) manat məbləğində olduğu, şirkət tərəfindən 14.02.2020-ci il tarixdə “QKM satışı və bank xidmətləri” departamentində (əvvəlki eyni vəzifə funksiyasına uyğun olan təlimata) əmək haqqının 600 (altı yüz) manat olmaqla əmək şəraitinin dəyişdirilməsi barədə ona bildirişin təqdim edildiyi, lakin razılıq vermədiyindən onunla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əsasən xitam ver ildiyi qeyd olunmuşdur. Hazırda Cavabdeh” QSC-də “Pərakəndə Bankçılıq” departamentinin müştəri xidmətlərində aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiyanın olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli bu mümkün olmadıqda isə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində əmək müqaviləsinə xitam verilə bilər. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair id dia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.02.2020-ci il tarixli, 20-0138 saylı əmrin qanunsuz və əsassız hesab edilməsi, işsiz qaldığı bütün dövr üzrə orta əmək haqqının, dəymiş mənəvi zərərə görə 20.000 manat məbləğində pul vəsaitinin, hüquqi məsləhət və nümayəndəlik xidmətləri üçün 200 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə görə, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl onu xəbərdar etməli idi və yeni əmək şəraitinə razılıq vermədiyi təqdirdə işəgötürən onu başqa vəzifəyə keçirə bilərdi və əgər bu mümkün olmasaydı işəgötürənin əmək müqaviləsinə xitam verməyə hüqu qu olardı. Yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermək üçün işəgötürən həmin yeni əmək şəraiti ilə iddiaçını tanış etməli idi, onu da etməmişdir. Nəticə etibarı ilə "Cavabdeh" QSC əmək qanunvericiliyinin tələblərinə əməl etmədən əmək münasibətlərinə xitam vermiş və iddiaçıya maddi və mənəvi zərər vurmuşdur. Məzunyyətdən sonra 07 yanvar 2020-ci il tarixdən işə çıxmış və Cavabdeh QSC-nin rəhbəri tərəfindən heç bir xəbərdarlıq olunmadan əmək funksiyasından kənarlaşdırılmış və onun yerinə başqa işçi götürülmüşdür. Bundan başqa, məzuniyyətdə olduğu dövrdə çalışdığı departamentin adı dəyişdirilmiş və ondan başqa bütün əməkdaşlara yeni müqavilə təqdim olunmuşdur. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müqaviləyə xitamın əsası kimi Əmək Məcəlləsinin 68-ci madd əsinin 2-ci bəndinin "c" yarımbəndinə, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi göstərilsə də, əslində cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" yarımbəndində göstərilmiş, yəni işçilərin sayı və ştatları ixtisarı edilmə əsası ilə əmək müqaviləyə xitama hüquqi don geyindirməyə çalışmışdır. Beləliklə, onların bu hərəkəti cinayət məsuliyyətindən yayınmaya yönəldilmişdir. İşin faktiki hallarından göründüyü kimi Əmək Məcəlləsində 3 yaşınadək uşağı olan qadınlar üçün nəzərdə tutulmuş sosial müavinətlərin və sair ödənişlərin, qısa iş saatı və digər üstünlükləri ilə bağlı tələblərinin yerinə yetirməli olduğu halda işəgötürən əlavə xərcə düşməmək üçün onu, yəni 3 yaşınadək uşağı olan qadın olması əsası ilə faktiki olaraq ixtisara salmış, əmrdə isə formal olaraq ə mək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndini qeyd edərək xitam vermişdir, nəticə etibarı ilə məsuliyyətdən yayınmağa cəhd göstərmişdir. Qeyd olunanlar əmrin qanunsuzluğunu və əsassızlığını göstərir. O, 12 il vicdanla "Cavabdeh" QSC-də çalışmış və bu müddət ərzində o bankın inkişafına, zənginləşməsinə və fəaliyyətin yaxşılaşmasına öz əməyini sərf etmişdir. Bütün bunlardan sonra barəsində bu cür qanunsuz hərəkət mənfi psixi reaksiyaya və mənəvi pozğunluğa səbəb olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli) 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya 14 yanvar 2020-ci il tarixdə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə rəsmi bildiriş təqdim olunmuş və Azərb aycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar ona əmək haqqı məbləğinin 450 manat məbləğindən 600 manat məbləğinə artırılaraq “Kredit Bək Ofis üzrə Aparıcı Mütəxəssisi” vəzifəsinə keçirilməsi təklif edilmişdir. X1 əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə razılıq verməmişdir. Onun başqa vəzifəyə keçirilməsi mümkün olmadığından əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə 14 yanvar 2020-ci il tarixdə verilmiş bildiriş üzrə xəbərdarlıq müddəti bitdikdən sonra iddiaçı və Cavabdeh QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilmişdir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı əmək müqaviləsinin xitam verilməsi ilə bağlı araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmiş və araşdırma əsasında ona qanun pozuntusunun müəyyən edilmədiyi bildirilmişdir. Məhkəmə eyni zamanda cavabdehin nümayəndəsinin iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia ərizəsinin məhz bu əsasla rədd edilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı işdən azad olunması barədə əmrin surətini Cavabdeh QSC-dən 14 fevral 2020-ci il tarixdə almışdır. Əmrlə tanış olduqdan araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmişdir. 19.05.2020-ci il tarixdə Az ərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən iddiaçıya cavab məktubu göndərilmişdir. İddiaçı isə 31.05.2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56.1, 56.2, 68-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)3135/2020 nömrəli mülki iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdırarkən yalnız 14 yanvar 2020-ci i l tarixli rəsmi bildirişə və 15 yanvar 2020-ci il tarixli etiraz ərizəsinə istinad etmişdir. 14 yanvar 2020-ci il tarixli rəsmi bildirişə əsasən, iddiaçı əmək şəraitin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əmək haqqı məbləği 600 manat olmaq “xxxx” QSC Babək filialında “Kredit Bək Ofis üzrə Aparıcı Mütəxəssis vəzifəsinə keçirilməyiniz barədə məlumatlandırırsınız” barədə bildirilmişdir. Lakin məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddiaçı əslində başqa vəzifəyə keçirilməmişdir. Buradan görünür ki, cavabdeh artıq digər vəzifəyə keçirildiyini yalandan bildirməklə, iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Axı bu məsələdə əmək qanunvericiliyi iddiaçının hüquqlarını xüsusilə vurğulayır, hansılardan ki, cavabdeh faktiki olaraq, ya hazırki vəziyyətlə barışmaq, ya işdən çıxmaq şərtini sərt şəkildə qoymaqla iddiaçını onlardan məhrum etmişdir. İddiaçının başqa vəzifəyə keçirilməsi mümkün olub-olmadığı araşdırılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56.1-maddəsinə əsasən, “İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.” Qeyd edilir ki, iş materiallarında olan 27 oktyabr 2017-ci il tarixli əmək müqaviləsinə əlavənin 1.2-ci bəndinə əsasən, iddiaçı “İşçi QKM satışı və Bank xidmətləri üzrə Aparıcı Mütəxəssisi” (qeyri kredit məhsulların) vəzifəsinə təyin edilmişdir. Lakin 14 yanvar 2020-ci il tarixli rəsmi bildirişə əsasən, “Kredit Bək Ofis üzrə Aparıcı Mütəxəssisi” vəzifəsinə keçirilmişdir. Burada vəzifənin adından müəyyən etmək olur ki, birinci vəzifə bank xidmətlərinin “qeyri kredit” məhsulları ilə lakin keçirilmiş yeni vəzifə isə “kredit”-lə bağlıdır. Yəni cavabdehin “...İşçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir” barədə qanunun tələbini riayət edilib-edilməməsi və buna dair hər hansı sübut təqdim edilməməmişdir. Cavabdeh tərəfindən əmək haqqı 600 manat olan, yəni əvvəlkindən daha yüksək əmək haqqı nəzərdə tutulan vəzifənin, əmək funksiyaları barədə məsələ araşdırılmamışdır. Məhkəmə iclasının protokoluna əsasən, cavabdeh bildirir ki “əmək funksiyaları demək olar ki, eynidir. Dəyişiklərlə bağlı rəsmi sənəd iddiaçıya və X4 təqdim olunmuşdur”. Lakin əmək funksiyaları barədə hər hansı sənədlər iddiaçıya təqdim edilməmiş və bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əmək funksiyalarında dəyişiklik olunub-olunmaması araşdırılmamışdır. İş materiallında olan cavabdehə ünvanlanmış 08 may 2020-ci il tarixli ərizəyə əsasən, iddiaçı “Kredit Bək Ofis üzrə Aparıcı Mütəxəssis” vəzifəsinin əmək funksiyası barədə sual versə də, iş materialında olan 20 may 2020-ci il tarixli məktuba əsasən, cavabdeh bu barədə məlumat verməyərək, “ həmin vəzifə üzrə müvafiq vəzifə öhdəlikləri izah edilmişdir” deyə bildirmişdir. Beləliklə, qeyd edilənləri rəhbər tutaraq hesab edirik ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işin həlli üçün bütün faktiki halları araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı Apelyasiy a Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Xəyal Sarıyev) 27 oktyabr 2020-ci il tarixli 2(103)-7584/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3135/2020 nömrəli mülki iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsa s təşkil etmir. Belə ki, iddiaçıya 14 yanvar 2020-ci il tarixdə, yəni qanunvericiliyin tələbinə uyğun olaraq 1 ay əvvəldən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə rəsmi bildiriş təqdim olunmuş və bununla əlaqədar ona əmək haqqı məbləğinin artırıldığı digər vəzifəyə keçirilməsi təklif edilmişdir. Bu təklif istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar yaranmış işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməsinə uyğun olmuşdur. X9 yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmiş, onun başqa vəzifəyə keçirilməsi isə mümkün olmamışdır. Beləliklə, 14 yanvar 2020-ci il tarixdə verilmiş bildiriş üzrə xəbərdarlıq müddəti bitdikdən sonra iddiaçı və Cavabdeh QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsin in 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilmişdir. İddiaçı əmək müqaviləsinin xitam verilməsi ilə bağlı araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmiş və araşdırma əsasında ona qanun pozuntusunun müəyyən edilmədiyi bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, aparılmış məhkəmə araşdırmaları zamanı İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiasının qanuni və əsaslı olması sübuta yetirilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli qətnaməsini n ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 14.01.2020-ci il tarixli bildirişdə göstərilmiş Bankda vəzifə bölgüsünün həqiqətən aparıldığını müəyyən etmək çox əhəmiyyətlidir. Bunu üçün vəzifə bölgüsü aparılmamışdan öncə və sonraki müqavilələri, dəyişiklərinin keçirilməsini təsdiq edən rəsmi sənədlərini məhkəmə araşdırmamışdır. Ümumiyyətlə cavabdeh iddiaçını yeni əmək şəraitinin şərtlərləri ilə tanış etməmişdir. Əmək Məcəlləsinin 56-cı maddəsinə riayət olunmasa da, qarşı tərəf buna etiraz edərək, riayət olunmasını bildirmişdir. Lakin, etirazını əsaslandıran və sübut e dən hər hansı rəsmi sənədi təqdim etməmişdir. Beləliklə də, məhkəmə bu hissəni araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iclas protokoluna əsasən, cavabdeh bildirir ki, “yalnız departamentin adı dəyişdirilib, qalan hissədə hər hansı dəyişiklik olunmayıb”. Departament adının dəyişdirilməsi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hesab oluna bilməz. Cavabdeh həmçinin iddiaçının başqa vəzifəyə keçirilməyinin mümkün olmamasını bildirilsə də, cavabdeh buna dair hər hansı sübut təqdim etməmiş və apellyasiya instansiyası bunu araşdırmamışdir. Hesab edir ki, cavabdeh tərəfindən əmək haqqı 600 manat olan, yəni əvvəlkindən daha yüksək əmək haqqı nəzərdə tutulan vəzifəyə keçirilməsi təklifi ƏM-nin 57.3-cü maddəsinə ziddir. İş materiallında olan cavabdehə ünvanlanmış 08 may 2020-ci il tarixli ərizəyə əsasən, iddiaçı “Kredit Bək Ofis üzrə Aparıcı Mütəxəssis” vəzifəsinin əmək funksiyaları barədə sual versə də, iş materialında olan 20 may 2020-ci il tarixli məktuba əsasən, cavabdeh bu barədə məlumat verməyərək, “həmin vəzifə üzrə müvafiq vəzifə öhdəlikləri izah edilmişdir” bildirmişdir. Dəyişiklərlə bağlı rəsmi sənəd iddiaçıya və X4 təqdim olunmuşdur”. Lakin əmək funksiyaları barədə hər hansı sənədlər iddiaçıya təqdim edilməmiş və bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının vəzifəsi qeyri-kredit məhsulları üzrə aparıcı mütəxəssis olsa da, ona təklif edilən vəzifə kredit üzrə aparıcı mütəxəssis olmuşdur, bu da əmək funksiyalarının dəyişdirilməsi deməkdir. Əmək funksiyalarının dəyişdirilməsinə isə Əmək Məcəlləsinin 57.3-cü maddəsin ə əsasən yalnız tərəflərin razılığı ilə yol verilir. Əmək şəraitinin dəyişdirilməsi ilə bağlı edilən təklif həm də əmək funksiyalarının dəyişdirilməsini ehtiva etdiyindən iddiaçı buna razılıq verməəkdə haqlı olmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 56.1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edi lməsi zürriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Maddə 56.2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Maddə 57.3. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldı lmasına və ya artırılmasına yol verilmir. Maddə 57.4. Əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşə-ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. (c bəndi) c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsi ldə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi ş ikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən iddiaçıya əmək şəraitinin dəyişdiriməsinə, yəni əmək haqqının məbləği artırılmaqla bankın başqa filialında kredit üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilməsi barədə bildiriş verilib. İddiaçı kassasiya şikayətində bu təklifin Əmək Məcəlləsinin 57.3-cü maddəsinə zidd olduğunu göstərsə də, məhkəmə kol legiyası hesab edir ki, qeyd edilən vəzifə işçinin peşəsi və ixtisasına uyğun olmuş, həmçinin qeyd edilən halda əmək funksiyalarının dəyişdirilməsindən də işçinin imtina etmək hüququ olmamışdır. Belə ki, iddiaçı 04.02.2014-cü il PERSORD-64176 saylı əmək müqaviləsinə əsasən Müştəri Xidmətləri aparıcı kredit mütəxəssisi vəzifəsinə təyin edilmiş, sonradan müqaviləyə edilmiş 27.10.2017-ci il tarixli əlavəyə əsasən vəzifə maaşı 450 manat olmaqla, QKM Satışı və Bank Xidmətləri üzrə Aparıcı Mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Ona yenidən təklif edilən kredit mütəxəssisi vəzifəsi onun peşəsi və ixtisasına uyğun olmaqla, bu vəzifəyə görə daha çox əmək haqqı nəzərdə tutulmuşdur. Əmək funksiyalarının dəyişdirilməsinə Əmək Məcəlləsinin 57.3-cü maddəsinə əsasən yalnız tərəflərin razılığı ilə yol ve rilir. Lakin həmin Məcəllənin 57-ci maddəsinin 4-cü hissəsinə əsasən müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşəixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər. Hazırki halda isə işçinin orta aylıq əmək haqqı artırıldığından iddiaçının əmək funksiyalarının dəyişdirilməsindən imtina etmək hüququ olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ƏMƏK Məcəlləsinin 56 və 57-ci maddəsinin tələbləri pozulmamış, iddiaçı ona təklif edilən şərtlərə razılıq vermədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməmə li, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7584/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar