Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2472/2025 20.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Qusar rayon Samur Bələdiyyəsinə qarşı ilk, iddiaçı Qusar rayon Samur Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, torpaq sahəsinin geri qaytarılması, öhdəlik müqaviləsini etibarsız hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddia çı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Qusar rayon Samur Bələdiyyəsinə, üçüncü şəxslər Qusar rayon Notariat ofisinə, X3, X4 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyəti təsdiq edən sənədin verilməsinə dair ilkin, Qusar rayon Samur Bələdiyyəsi cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-359/2025 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayətinə 20 okytabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı
1. X8 18 noyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən Qusar rayonu, Samur Qəsəbəsində yerləşən 17 ha torpaq sahəsini X12 17000 (on yeddi min) manata satmışdır. 2. 27 noyabr 2019-cu il tarixli, 01 saylı öhdəlik müqaviləsinə görə birinci tərəf kimi qeyd edilən X13 və İddiaçı birgə nikah dövründə əldə elədikləri Qusar rayonu, Samur qəsəbəsindəki mülkiyyət hüququ ilə onlara məxsus olan 17 ha torpaq sahəsini ikinci tərəf kimi qeyd edilən Qusar rayonu, Samur bələdiyyəsinə bağışlamağı öhdəsinə götürür. İkinci tərəf Samur Bələdiyyəsi bağışlanan həmin 17 ha torpaq sahəsinin əvəzinə birinci tərəfə Qusar rayonu, Samur qəsəbəsində yerləşən bağışlanan torpaq sahəsinin kateqoriyasına uyğun olan 20 ha torpaq sahəsini xx.xx.2024-cü il tarixədək birinci tərəfin mülkiyyətinə verməsini öhdəsi nə götürür. Birinci tərəf 17 ha torpaq sahəsini ikinci tərəfə bağışladıqdan sonra, ikinci tərəf öz öhdəliyini yerinə yetirmədikdə bağışlama müqaviləsinin ləğv olunmasına, bağışlama müqaviləsindən əmələ gələn bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsinə və dəymiş zərərin əvəzinin ödənilməsinə (əldən çıxmış fayda daxil olmaqla) ikinci tərəfin yəni Qusar rayonu, Samur Bələdiyyəsinin heç bir etirazı olmayacaq.
3. Samur Bələdiyyəsinə məxsus 2019-cu il tarixli çıxan sənədlərin, 2019-cu il tarixli iclas protokollarının qeydiyyat kitablarında sözü gedən torpaq sahəsinin satılması, müzakirəsi haqqında heç bir qeyd aşkar edilməmişdir.
4. Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Qusar rayonu Samur Qəsəbəsin də yerləşən 17 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə keçmişdir.
5. İddiaçı etibarnamə üzrə nümayəndəsi X14 08 iyun 2022-ci il tarixli müqavilə ilə **********79 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 17 ha torpaq sahəsini Qusar rayonu Samur Bələdiyyəsinə bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı” və ya “qarşılıqlı cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Notariat ofisində onunla Qusar rayonu, Samur bələdiyyəsi (bundan sonra “cavabdeh” və ya “qarşılıqlı iddiaçı”, yaxud Samur Bələdiyyəsi”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli 1 7 ha torpaq sahəsinə verilmiş mülkiyyəti təsdiq edən çıxarışın ləğv edilərək, əvvəlki vəziyyətə gətirilib, həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində onun adına qeydə alınması, torpaq sahəsinin qanunsuz sahiblikdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əri ilə birgə nikahda olduğu dövrdə Qusar rayonu, Samur qəsəbəsində yerləşən 17 ha torpaq sahəsi əldə etmişdir. Bu barədə ərinə mülkiyyəti təsdiq edən çıxarış verilmişdir. Daha sonra Samur bələdiyyəsi təklif etmişdir ki, iddiaçının əri həmin 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlasın, Bələdiyyə isə əvəzində torpaq sahəsinin kateqoriyasına uyğun 20 ha torpaq sahəsi versin. İddiaçının əri bununla razılaşmış və iddiaçının da iştirakı ilə aralarında bu barədə müqavilə bağlanılmışdır. Daha sonra ərinin səhhətində çətinliklər olduğu üçün bu öhdəlikləri faktiki icra edə bilməmişdir. Əri vəfat etdikdən sonra 2022-ci il tarixdə iddiaçı müqavilə öhdəliklərini yerinə yetirmək üçün özünə məxsus olan həmin 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlamışdır. Samur bələdiyyəsi isə 2024-cü ilin may ayına qədər öz öhdəliyini yerinə yetirməli və iddiaçıya 20 ha torpaq sahəsi verməli idi. Lakin hazırkı vaxtadək cavabdeh müqavilə öhdəliklərini icra etmir. Aralarında bağlanan müqavilədə iddiaçıya belə bir hüquq verilmişdir ki, əgər ikinci tərəf, yəni Samur Bələdiyyəsi öz öhdəliklərini yerinə yetirməsə o, bağışlama müqaviləsini ləğv edə, mülkiyyət sənə dini əvvəlki vəziyyətinə qaytara və dəymiş zərərin əvəzini (əldən çıxmış fayda daxil olmaqla) Samur Bələdiyyəsindən tələb edə bilər. Bu səbəbdən də məhkəmə müdafiəsindən yararlanmaq qərarına gəlmişdir.
8. Samur Bələdiyyəsi iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Samur bələdiyyəsinə qarşı iddiası saxta sübutlara istinad edilməklə verildiyindən, habelə Azərbaycan MPM-in 82-ci maddəsinin tələblərinə zidd olmaqla qanunsuz olduğundan mümkün sayıla bilməz və icraata qəbulundan imtina edilməlidir. İddiaçının iddiası üzrə iddianın predmeti olan 120.000 manat dəyərində 17 hektar torpaq sahəsinin saxta sənədlər əsasında dələduzluq etməklə Xaçmaz Reqional Ədliyyə idarəsinin sabiq rəisi X7 tərəfindən ələ keçirilməsi, ziyanın ödəniliməsi üçün həmin iş üzrə zərərçəkmiş şəxsin nüma yəndəsi kimi tanınmış Samur Bələdiyyəsinin sədri Elnarə Ayibova ilə barışıq əldə edilməsi, vurulmuş ziyanın natura qaydasında Samur bələdiyyəsinə qaytarılması və bu səbəbə görə təqsirləndirilən şəxsə şərti məhkum etmə tətbiq edilməsi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-105/2024, xx.xx.2024cü il tarixli hökmü ilə təsdiq edilmişdir.
9. İlk iddiaya etirazla yanaşı, Samur Bələdiyyəsi iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi də verərək Bələdiyyə bağlanmış 27 noyabr 2019-cu il tarixli, 1 saylı öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı cavabdeh ərizəsində Samur bələdiyyəsi ilə onun mərhum əri X13 arasında bağlanmış 27 noyabr 2019-cu il tarix öhdəlik müqaviləsi nə istinad etmiş və göstərmişdir ki, 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlaması müqabilində Samur bələdiyyəsi onlara ayrı ərazidə 20 ha torpaq sahəsi ayırmağı öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməmişdir. İddiaçının sübut kimi istinad etdiyi 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlaması müqabilində Samur bələdiyyəsinin onlara ayrı ərazidə 20 ha torpaq sahəsi ayırmağı öhdəsinə götürməsi haqda müqavilə saxta olması səbəbindən heç bir hüquqi nəticə doğura bilməz və aşağıdakı səbəblərə görə etibarsız hesab edilməlidir. Belə ki, Samur bələdiyyəsinin 2019-cu ilə aid iclas protokollarının qeydiyyatı kitabında 27 noyabr 2019-cu il tarixdə belə müqavilənin müzakirəsinin keçirilməsi haqda heç bir qeydiyyat olmamış, məhkəməyə iddiaçı və ya əri tərəfindən hər hansı müraciət olu nmamışdır. Qeydiyyat kitabından görünür ki, bələdiyyənin növbəti iclası 26 noyabr 2019-cu il tarixdə keçirilmiş (bələdiyyə sədri X9 olmuşdur) və orada iddiaçının və ya ərinin 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlaması, bunun qarşılığında Bələdiyyənin başqa ərazidə bağışlayana 20 ha ərazini qaytaracağı haqda öhdəlik götürməsi haqda məsələ müzakirə edilməmişdir. Bundan əlavə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin məhkəməyə təqdim edilən hökmü ilə sübut edilmişdir ki, iddiaçının həmin torpaq sahəsinə heç bir subyektiv hüququ yoxdur və torpaq sahəsinə hər hansı aidiyyəti olmamışdır. 17 ha torpaq sahəsinin Samur bələdiyyəsinə bağışlanmasına görə Bələdiyyənin başqa yerdə 20 ha ərazini qaytarmağı haqda öhdəlik götürməsi haqda iddia ərizəsinə əlavə edilmiş 27 noyabr 2019cu il tarixli 01 saylı öhdəlik müqaviləsi saxtadır. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(105)-28/2021 nömrəli qərardadından görünür ki, iddiaçı X10 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair ərizəsini geri götürdüyündən iş üzrə icraata xitam verilmiş və Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(118)-636/2020 nömrəli qərarı ləğv edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin adı çəkilən hökmü ilə müəyyən edilmişdir ki, Qusar rayonunun Samur qəsəbəsində yerləşən və 120000 manat dəyərində olan 17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şamaxı rayonu, Me ysəri kəndində yaşayan X11 (iddiaçının yaxın qohumudur) adına rəsmiləşdirilmiş olsa da, faktiki olaraq məhkum X7 tərəfindən saxta sənəd tərtib edilməklə ələ keçirilərək ona məxsus olmuş və cinayət işi üzrə onun Samur bələdiyyəsinə vurmuş olduğu 120 min manat həcmində ziyanın bərpası üçün natura qaydasında Samur bələdiyyəsinə bağışlanmışdır. Məhkəmənin hökmündə də qeyd edilmişdir ki, təqsirləndirilən Cavanşir Əvəzov torpaq sahəsini sənədləri saxtalaşdırarkən Samur bələdiyyəsinin sədri Albina Muradxanovanın imzası və möhürü ilə təsdiq olunmuş görüntüsü yaradan “həmin torpaq sahəsi bələdiyyə tərəfindən 01 dekabr 2005-ci il tarixli,15 nömrəli qərarla vətəndaş Ziyadxan Zeynalova satılmış, vətəndaş torpağı təyinatına uyğun istifadə edir, vətəndaşa çıxarışın və texniki pasportun verilməsi məqsədə uyğundur” məzmunlu 05 avqust 2019-cu il tarixli 103 nömrəli bilə-bilə yalan məlumatlar daxil edilmiş məktubunu məhkəməyə poçtla təqdim edilməsini təmin etmişdir. Digər tərəfdən dəyəri 120.000 manat olan 17 ha torpaq sahəsini iddiaçının necə əldə etməsi, hansı məbləğdə pul ödəməsi, hansı səbəbdən bələdiyyəyə əvəzsiz bağışlaması, bağışlamanı notarial qaydada həyata keçirsə də, öhdəlik müqaviləsini notarial qaydada təsdiq etdirməməsi, bağışlamadan 2 il keçdikdən sonra torpağın qaytarılması haqda iddia qaldırması kimi şübhəli məqamlar da diqqətə alınmalıdır. 17 ha torpaq sahəsinin Samur Bələdiyyəsinə qaytarılması məhkum C.Əvəzovun Samur bələdiyyəsinə vurduğu 120 min manat ziyanı ödəməsi kimi qiymətləndirilərək ona törətdiyi cinayət əməlinə görə şərti cəzanın verilməsinə səbəb olmuşdur.
11. İdd iaçı (qarşılıqlı cavabdeh) qarşılıqlı iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, əqdin etibarsiz sayılması barədə məhkəməyə heç bir əsas və dəlil gətirilməmişdir. Əqdin etibarsızlığı əqd formasında həyata keçirilən hərəkətlərin hüquqi fakt xarakteri daşımaması deməkdir. Etibarsız əqdin etibarsızlığının nəticələrindən başqa heç bir hüquqi nəticəsi yoxdur. Belə bir əməliyyat bağlandığı andan etibarsızdır. Hüquq normalarına uyğun gəlməyən əqdlər, iddianın məhkəməyə verilməsindən və ya məhkəmə tərəfindən etibarsız sayılmasından asılı olmayaraq, özlüyündə etibarsız sayılır. İstənilən maraqlı şəxs belə əqdlərin etibarsızlığının nəticələrinin tətbiqini tələb edə bilər. Mübahisəli və etibarsız əqdlər əqdin məhkəmə tərəfindən etibarsız sayılmasının zəruriliyi meyarına görə fərqləndi rilir. Müəyyən qüsurları olduqda, yəni qanunla müəyyən edilmiş etibarlılıq meyarlarına cavab vermədikdə əqd etibarsız sayılır. Göründüyü kimi qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı mübahisələndirdiyi əqdin qanunla müəyyən edilmiş hansı etibarlılıq meyarına cavab verməməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, buna görə də hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi Qusar rayon Notariat ofisini, X5 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir.
13. Qusar Rayon Məhkəməsinin 2(029)-719/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia təmin edilərək, X13 və İddiaçı ilə Qusar rayonun Samur Bələdiyyəsi arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 1 saylı öhdəlik müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. (hakim Əli Cəlilov)
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh Qusar rayonu Samur bələdiyyəsi arasında bağlanmış 08 iyun 2022-ci il tarixli bağışlama müqaviləsində həmin müqavilənin hər hansı şərtlə bağlandığı, o cümlədən Bələdiyyənin iddiaçı qarşısında hər hansı öhdəlik götürməsi qeyd olunmamışdır. Bundan başqa həmin müqavilə bağlanan anda Mülki Məcəllənin hər hansı tələbləri pozulmamış, bağışlama əqdinin istər məzmunu, istərsə də, forması ilə bağlı nəzərdə tutulan bütün tələblərə əməl olunmuşdur. Həmin müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı ilə, müqaviləni imzalayan şəxslərin iradə ifadəsinin bildirilməsi ilə, vahidliyinin mövcudluğu ilə, əqdin form a və məzmununa qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Bununla da bağışlama əqdinin etibarsız hesab olunması üçün Mülki Məcəllə ilə müəyyən olunmuş hansı əsas mövcud deyil.
15. İddiaçının istinad etdiyi xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsinin bağlanması barədə Samur bələdiyyəsinin iclas protokollarında və digər arxiv sənədlərində heç bir məlumat aşkar olunmamış, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsinin bağlanması ilə bağlı Bələdiyyədə müzakirə aparılması ilə iclas protokollarında öz əksini tapmamışdır. xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsinin bağlanması zəruri edən iclas protokolunun gündəliyinə də daxil edilməsi öz əksini tapmamışdır.
16. Birinci instansiya məhkəməsi bələdiyy ələrin hər bir hərəkəti iclas prokotolunda əks olunmalıdır, lakin sözü gedən xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsi ilə bağlı 2019cu il tarixli iclas protokollarında əks olunmamışdır. Bütün bunlar isə belə qənaətə gəlməyə əsas verir ki, həmin öhdəlik müqaviləsi mötəbər olmamaqla Mülki Məcəllənin tələblərinə ziddir. xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsini 2019-cu il iclas protokollarında qeyd edilsə, həmin müqavilə iclas protokolunda müzakirə edilsə və ya iclas protokolunda öz əksini tapsa idi hazırkı qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış hesab ediləcəkdir. Hazırkı halda isə xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsi etibarsız hesab edilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 139.1, 140, 141.1, 144.1, 144.2,146.1, 146.2, 15 7.2, 324.1, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 404.1, 405.1, 666.1,666.2, 667.1, 668.1, 670.1, 673.1, 373.3-cü, Torpaq Məcəlləsinin 1, 3-cü, “Bələdiyyələrin statusu haqqında” Qanunun 16-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. İddiaçı (qarşılıqlı cavabdeh) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı isə təmin etməklə əsassız və qanunsuz qətnamə qəbul etməsi nəticəsində iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Mülki qanunverciliyin tələbinə görə öz hüquqlarını həy ata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu barədə Konustitutsiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı da mövcuddur. Tərəflər arasında mövcud olan xx.xx.2019-ciu il tarixli 01 saylı öhdəlik müqaviləsinin 1.1ci bəndinin tələblərinə uyğun olaraq, iddiaçı və əri Sərdar Şirinov notarial qaydada bağlanılmış alğı-satqı müqaviləsi əsasında mülkiyyətlərinə keçmiş, Qusar rayonu, Samur qəsəbəsində yerləşən 17 ha torpaq sahəsini Samur bələdiyyəsinə bağışlamış, buna baxmayara q, Samur bələdiyyəsi həmin müqavilənin 1.2-ci bəndinin tələblərinə əməl etməyərək, 17 ha torpaq sahəsi əvəzinə, bağışlanan 17 ha torpaq sahəsi ilə eyni kateqoriyaya uyğun Samur bələdiyyəsinə məxsus 20 ha torpaq sahəsini iddiaçıya və Sərdar Şirinovanın mülkiyyətinə verməkdən imtina etmişdir. Halbuki, bu müqavilənin bağlanılmasına əsas həmin torpaq sahəsinin Samur qəsəbəsinə bitişik olmaqla, gələcəkdə torpağın təyinatının dəyişdirilməklə, əhali artımı ilə əladədar 312 sot ölçülərinə bölünməklə həyətyanı sahə kimi Bələdiyyə tərəfindən satılması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi kənd təsərrüfatı təyinatlı bu torpaq sahəsinin qəsəbəyə yaxınlığı və ya uzaqlığı iddiaçı üçün heç bir əhəmiyyət kəsb etməmiş, əksinə, vətəndaş olaraq 17 ha əvəzinə 20 ha torpaq sahəsi əldə etmək niyyətində olmuş lar. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbini səhv təfsir etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq iddiaçı xx.xx.2019-cu il tarixli müqavilənin tələblərinə tam riayət etsə də, cavabdeh heç bir qanuni əsas gətirmədən həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Müqavilə tərəfi olaraq əvvəlki bələdiyyə sədrinin sonradan digəri ilə əvəz edilməsi, öhdəliklərin icrasından yayınmaq üçün əsas kimi nəzərdə tutulmamışdır. Gələcəkdə də bələdiyyə sədri yenidən digəri ilə əvəz olunar ki, yekunda bələdiyyə hüquqi şəxs olmaqla əvvəllər ziyanına və ya xeyrinə olsa belə, müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəliklərin icrasından yayına bilməz. Halbuki, əvvəlki bələdiyyə sədri ilə bağlanılmış müqavilənin şərtləri yeni bəl ədiyyə sədrinin dövründə, yəni xx.xx.2022-ci ildə tam icra edilmiş, yeni bələdiyyə bu öhdəliyin icra edildikdən sonra, bələdiyyə sədrinin öz öhdəliyini icra edəcəyini bildirsə də, sonradan müxtəlif bəhanələrlə öhdəliklərdən yayınmışdır. İkitərəfli müqavilənin tərəfi olan Samur bələdiyyəsi xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixədək üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır ki, bu zaman həmin müqavilənin 1.3-cü bəndinə uyğun olaraq, iddiaçının müqavilə şərtlərindən imtina etmək və dəymiş zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq hesab etmişdir ki, “əgər xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsini 2019-cu il iclas protokollarında qeyd edilsə idi, həmin müqavilə iclas protokolunda müzakirə edilsə idi və ya iclas protokolunda öz əksini tapsa idi hazırkı qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış hesab ediləcəkdi” Halbuki, bələdiyyə iclaslarında konkret hansı məsələlərin həll edilməli olması 9 bənddə konkret sadalanmışdır ki, burada bələdiyyə ilə digər fiziki və ya hüquqi şəxslərlə hər hansı müqavilə bağlayıbbağlamamasını müzakirə etməsi nəzərdə tutulmamışdır. Bələdiyyə iclaslarında hansı məsələlərə baxılıb-baxılmaması halları ətraflı olaraq qanunvercilikdə qeyd edilib. Hazırkı öhdəlik müqaviləsinin bələdiyyə iclasında müzakirə edilməsi nəzərdə tutulmamışdır. Eləcə də məhkəmə yalnız cavabdeh tərəf olan bələdiyyənin bildirdiyi şifahi məlumatlar əsasında bu nəticəyə gəlmiş, lakin həmin hallarla bağlı araşdırma aparmamışdır. İddiaçı və həyat yoldaşı Sərdar Şirinov qeyd olun an torpaq sahəsini vicdanlı əldə etmişlər. Yəni, hər iki şəxs Samur qəsəbəsində yerləşən 17 ha torpaq sahəsini Quba “ASAN Xidmət” Mərkəzinin Notariat ofisində notarial qaydada bağlanılmış 18 noyabr 2019-cu il tarixli, 4Ə2707 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında keçmiş mülkiyyətçidən dəyərini ödəməklə almışdır. Məhkəmə isə bu halı araşdırmaq əvəzinə, keçmiş mülkiyyətçi Ziyadxan Zeynalovun hansısa saxta sənəd əsasında torpaq sahəsini özəlləşdirməsinə istinad etmişdir. Halbuki, bu torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN 0059 KOD 30102018 nömrəli dövlət aktı və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)1671/2019 nömrəli qərarı əsasında sonuncunun adına özəlləşmiş, qeyd olunan məhkəmə qərarı əsasında X2 adına 5 saylı Xaçmaz Ərazi İdarəsindən 05 noyabr 2019cu il tarixli ********** saylı çıxarış verilmişdir ki, həmin sənədlər hazırda da qüvvədə olmaqla, hər hansı məhkəmə tərəfindən ləğv edilməyib, dəyişdirilməyib və ya etibarsız sayılmamışdır. Rayon Məhkəməsi nəzərə almır ki, iddiaçının vəfat edən həyat yoldaşı X1 rayonunun Samur qəsəbəsində yerləşən 17 ha torpaq sahəsini Quba “ASAN Xidmət” Mərkəzində 18 noyabr 2019-cu il tarixli, 4Ə-2707 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında keçmiş mülkiyyətçidən almış, bununla əlaqədar torpaq sahəsinin dəyərini tam ödəmişdir. Həmin alğı-satıqı müqaviləsi hazırda da ləğv və ya etibarsız hesab edilməmiş, bununla bağlı hər hansı iddia qaldırılmamışdır. Ailə olaraq dövlətə və dövlətin səlahiyyətli orqanlarına güvənib dəyərin i odəməklə notarial qaydada bağlanılmış alğı-satqı müqaviləsi əsasında 17 ha torpaq sahəsi almışlar. Bundan əvvəl kiminsə həmin sahəyə hansısa saxta və ya qeyri-saxta sənəd düzəltməsinin iddiaçıya və həyat yoldaşına heç bir aidiyyəti yoxdur. Eləcə də məhkəmə əsassız olaraq hər dəfə “Cavanşir” adlı şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə istinad edərək, bütün hökmü qətnaməyə köçürmüşdür. Eləcə də, həmin hökmlə iddiaçının Bələdiyyə ilə bağladığı müqavilə arasında hər hansı bağlılıq mövcud deyil. Habelə, iddiaçı həmin cinayət işi üzrə nə təqsirləndirilən, nə zərərçəkən, nə də şahid qismində dindirilməmişdir. Həmin hökmün iddiaçıya heç bir aidiyyəti yoxdur. İddia tələbi kiminsə barəsində cinayət işi qaldırılmasından deyil, məhz notarial qaydada bağ lamaqla aldığı 17 ha torpaq sahəsindən ibarətdir. Samur bələdiyyəsi isə cavabdeh tərəf olaraq bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsinə dair ilkin hüquq müəyyənedici sənədlər və dövlət reyestri qeydi hazırda da qüvvədə olmaqla hər hansı dövlət təşkilatı və ya məhkəmə tərəfindən mübahisələndirilməmişdir. Eləcə də keçmiş mülkiyyətçi pulunu alıb, torpaq sahəsini qısa müddət ərzində ona satmışdır. Bələdiyyə isə onu tora salmaqla və 17 ha əvəzinə, guya əlavə 3 hektar torpaq sahəsi vermək adı altında onu aldatmaqla, hüquqi cəhətdən savadsızlığından sui-istifadə edib, birgə nikah dövründə min bir əziyyətlə əldə etdiyi torpaq sahəsini əlindən almağa nail olmuş, əvəzində isə 20 ha torpaq sahəsi verməkdən yayınmı şdır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, yalnız Samur Bələdiyyəsinin ümumi söz birləşmələrindən ibarət cümlələrini, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin işə aidiyyəti olmayan hökmünü olduğu kimi qətnaməyə köçürməklə əsassız qərar qəbul etmişdir. Məhkəmə təqdim edilmiş sübutları düzgün tədqiq etməmiş, öhdəlik müqaviləsinin bələdiyyə iclasında müzakirə edilməli olu b-olmamasını araşdırmamışdır. Bu müqavilə bağlanmamışdan əvvəl, müqavilə tərəfi üzrə bələdiyyə sədrinin müqavilə şərtlərinin bələdiyyə iclasında müzakirə edib-etməməsi halı müqavilə tərəfi olaraq iddiaçının vəzifəsinə aid deyildir. Məhkəmə yalnız ümumi əsaslarla işin faktiki hallarına aid olmayan qeyri-mötəbər sübutlara əsaslanıb qərar qəbul etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qeyd olunan torpaq sahəsi dəyəri tam ödənilməklə keçmiş mülkiyyətçi Ziyadxan Zeynalov adlı şəxsdən alınmış, müqavilədə məbləğ az göstərilsə də, faktiki olaraq hissə-hissə beh adı altında əmlakın dəyəri keçmiş mülkiyyətçi Ziyadxan Zeynalova tam ödənilmişdir ki, bu halı məhkəmə ümumiyyətlə araşdırmamış və həmin şəxsi üçüncü şəxs və ya şahid qismində dindirməmişdir. Samur Bələdiyyə si iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu təqdim edə bilməsə də məhkəmə mötəbər olmayan sübutlara və bələdiyyənin şifahi sözlərinə əsaslanmışdır. Həmçinin, məhkəmənin gəldiyi digər nəticəyə əsasən guya iddiaçı ilə Samur bələdiyyəsi arasında bağlanmış 08 iyun 2022-ci il tarixli bağışlama müqaviləsində həmin müqavilənin hər hansı şərtlə bağlandığı, o cümlədən Bələdiyyənin iddiaçı qarşısında hər hansı öhdəlik götürməsinin qeyd olunmaması, bundan başqa, həmin müqavilə bağlanan anda Mülki Məcəllənin hər hansı tələblərinin pozulmaması, bağışlama əqdinin istər məzmunu, istərsə də, forması ilə bağlı nəzərdə tutulan bütün tələblərə əməl olunması, həmin müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı ilə, müqaviləni imzalayan şəxslərin iradə ifadəsinin bildirilməsi il ə, vahidliyinin mövcudluğu ilə, əqdin forma və məzmununa qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanması, bununla da, bağışlama əqdinin etibarsız hesab olunması üçün Mülki Məcəllə ilə müəyyən olunmuş hansı əsas mövcud olmaması göstərilmişdir. Məhkəmə tərəflərin arasında bağlanan öhdəlik müqaviləsi üzrə Mülki Məcəllənin hansı normalarının pozulmasını əsaslandıra bilməsə də, bağışlama müqaviləsinə münasibətdə tamam fərqli nəticəyə gəlmişdir. Hansı ki, bağışlama müqaviləsi öhdəlik müqaviləsinin tələbi olduğu üçün tərəflər arasında bağlanmışdır. Öhdəlik müqaviləsinə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh Samur bələdiyyəsi öhdəliklərini icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə bütün bunları nəzərə almamış, sübutlara düzgün qiymət verməmiş, formal cü mlələrlə qətnamənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddianı rədd, qarşılıqlı iddianı isə təmin etmişdir. Məhkəmə cavabdehlə bağlanmış öhdəlik müqaviləsini etibarsız hesab etməsinə səbəb kimi xx.xx.2019-cu il tarixli öhdəlik müqaviləsini 2019-cu il iclas protokollarında qeyd edilsə idi, həmin müqavilə iclas protokolunda müzakirə edilsə idi və ya iclas protokolunda öz əksini tapsa idi hazırkı qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış hesab ediləcəyini bildirmişdir. Əvvəla, vətəndaşın bələdiyyə orqanın hərəkətlərinə nəzarət etmək imkanı və mexanizmi mövcud deyil. Yəni, tərəflər arasında müqavilə bağlandıqdan sonra və ya əvvəl vətəndaş bələdiyyə orqanına tapşırıq verə bilməzdi ki, həmin müqavilə ilə bağlı iclas protokolu keçirsin və ya həmin məsələni iclasda müzakirə etsin. Hakimin göstərilən yanaşması absurd və qanunsuzdur. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində və Azərbaycan Respublikası prezidentinin xx.xx.2012-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Bələdiyyələrin nümunəvi reqlamenti”nin 2.10-cu bəndində Bələdiyyə iclasında hansı məsələlərə baxılması göstərilmişdir. Həmin məsələlərin içində müqavilələrin müzakirəsi ilə bağlı heç bir tələb göstərilməmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə düzgün deyil. Çünki Azərbaycan Respublikasının Konstitusiyasında və bələdiyyələrin nümunəvi reqlamentinin 2.10-cu bəndində göstərilən hallardan biri iclasda müzakirə edilsəydi, belə olan halda, məhkəmənin göstərdiyi kimi protokol tərtib edilməli idi. Tərəflər arasında bağlanmış öhdəlik müqaviləsinin bələdiyyə iclasın da müzakirə olunmasına isə heç bir zərurət olmadığı qanunvericiliklə öz təsdiqini tapmışdır.
20. Apellyasiya baxışında Samur Bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil2 Çərkəz oğlu bildirmişdir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə torpaq sahəsinin saxta sənədlər tərtib edilməklə ələ keçirilməsi sübut olunmuşdur. Torpaq sahəsinə görə 120000 manat pulun ödənilməsinə dair sübut yoxdur. Cavanşir Əvəzov 17 ha torpaq sahəsinin mənimsənilməsinə görə ittiham olunub. Bundan əlavə xx.xx.2025-ci il tarixli Samur bələdiyyəsinin sədri adından yazılmış və qarşılıqlı iddiadan imtina, ilk iddianın etiraf edilməsi barədə ərizə bələdiyyə sədri tərəfindən tərtib olunmayıb, saxtadır, kimin tərəfindən yazılması məlum deyil.
21. Apellyasiya baxışında Samur Bələdiyyəsinin nüm ayəndəsi Nümayəndə bildirmişdir ki, məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli ərizə onun tərəfindən imzalanmamış və möhürlənməmişdir. İddiaçı ilə hər hansı bir razılaşma da olmamışdır
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-359/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-719/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari)
23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir işin müəyyən edilmiş hallarına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-105/2024, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Xaçmaz Reqional Ədliyyə idarəsinin sabiq rəisi C.Əvəzov müvafiq sənə dləri saxtlaşdırmaqla, Qusar rayonu Samur qəsəbəsi ünvanında yerləşən 17 ha torpaq sahəsini əmisi X2 mülkiyyətinə keçirilməsinə nail olmuş, X8 isə xx.xx.2019-cu il tarixdə həmin əmlaka dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra 18 noyabr 2019-cu il tarixdə C.Əvəzovun atasının dayısının oğlu, iddiaçının isə əri olmuş mərhum X12 17000 manata satmışdır. Daha sonra əmlak 10 yanvar 2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə keçmişdir. C.Əvəzov barəsində aparılan cinayət işinin istintaqı zamanı, yəni 08 iyun 2022-ci il tarixdə qeyd olunan 17 ha torpaq sahəsi iddiaçı tərəfindən etibarnaməli nümayəndəsi (həmçinin övladı) X14 vasitəsi ilə bağlanmış bağışlama müqaviləsinə əsasən Qusar rayonu Samur Bələdiyyəsinə bağışlam ışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş iddiaçının oğlu X14 ifadəsində göstərmişdir ki, anası və digər qohumlarının məsləhəti əsasında sözügedən torpağı bələdiyyəyə bağışlamışdır
24. Apellyasiya instansiya məhkəməsi iddiaçının 08 iyun 2022-ci il tarixli bağışlama müqaviləsinin Qusar rayonu Samur Bələdiyyəsi ilə bağlanmış 27 noyabr 2019-cu il tarixli, 01 saylı ilkin müqavilənin 1.1-ci bəndinin şərtlərinə əsasən bağlanması, Samur bələdiyyəsinin isə ilkin müqavilənin 1.2-ci bəndinin şərtini yerinə yetirməməsi səbəbindən xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə dəlillərinə münasibətdə göstərmişdir ki, bağışlama müqaviləsində bağışlamanın şərtlə və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi ilə bağlı hər hansı bir şərt nəzərdə tutulm amışdır.
25. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi onu qeyd etmişdir ki, bağışlama müqaviləsinin şərtlə və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi ilə bağlanması halında hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi bağışlamaqdan imtina etməklə müqavilənin ləğvi tələbinin irəli sürülməsi üçün əsas hesab olunur. Qeyd edilən hal müqavilənin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Buna görə də iddiaçının qeyd edilən əsasla iddia tələbini irəli sürməsi əsassız olmuşdur. Əqdi etibarsızlığına əsas verən hər hansı başqa hal isə iddiaçı tərəfindən irəli sürülməmişdir
26. Bundan başqa, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)105/2024, xx.xx.2024-cü il tarixli hökmünə görə mübahisələndirilən bağışlama müqavi ləsi torpaq sahəsinin bələdiyyənin mülkiyyətindən qanunsuz yollarla çıxması səbəbindən, başlanmış cinayət işi üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən könüllü şəkildə bağışlama yolu ilə bələdiyyənin mülkiyyətinə qaytarılmış, həmin cinayət işi üzrə 27 noyabr 2019-cu il tarixli, 01 saylı ilkin müqavilənin mövcudluğundan bəhs olunmamışdır.
27. Qusar rayonu Samur Qəsəbəsində yerləşən 17 ha torpaq sahəsinin 18 noyabr 2019-cu il tarixdə alğı-satqı müqaviləsi əsasında iddiaçının ərinin mülkiyyətinə keçdikdən təxminən 10 gün ərzində həmin torpaq sahəsinin Qusar rayonu, Samur bələdiyyəsinə bağışlanması, əvəzində isə 20 ha torpaq sahəsinin iddiaçıya bağışlanmasına dair 27 noyabr 2019-cu il tarixli, 01 saylı ilkin müqavilənin bağlanmasının hansı zərurətdən irəli gəlmə si ilə bağlı iddiaçı tərəfin hər hansı bir əsaslı səbəbinin olmaması, ilkin müqavilənin 27 noyabr 2019-cu il tarixdə bağlanmasına baxmayaraq, təxminən 3 il sonra iddiaçının birtərəfli qaydada müqavilədə nəzərdə tutulan öhdəliyini yerinə yetirməsi faktı, həmin müddətlərdə bələdiyyə iclaslarında müzakirəyə çıxarılan məsələlər içərisində ilkin müqavilənin bağlanmasına dair məsələnin olmaması, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-105/2024, xx.xx.2024-cü il tarixli hökmünə dair cinayət işi üzrə ilkin müqavilənin mövcudluğundan bəhs olunmaması və ilkin müqavilənin qanunvericiliyin tələbinə uyğun olmayan şəkildə, yəni notarial qaydada bağlanmaması həmin müqavilənin bağışlama müqaviləsindən sonra, qanuni əsası olmayan yollarla bağlanmasını ehtimal etməyə əsas vermişdir.
28. Apellyasiya ins tansiya məhkəməsi bir məsələni də vurğulamışdır ki, ümumiyyətlə, 27 noyabr 2019-cu il tarixli, 01 saylı müqavilə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında ilkin müqavilə olmaqla, həmin müqavilənin notariat qaydasında təsdiqlənməsi mülki qanunvericiliyin tələbi olmuş, lakin həmin müqavilə qeyd edilən qaydaya uyğun bağlanmamışdır.
29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 144.1, 329.1, 337.1, 402.1, 402.2, 421.2, 666.1, 670.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi həmçinin Qusar rayonu Samur Bələdiyyəsinin adından qarşılıqlı iddiadan imtina, ilk iddianın etiraf edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 26 nömrəli ərizədə cinayətin əlamətləri olduğundan prokurora xəbər verilməsi barədə 16 aprel 2025-ci il tarixdə iş üzrə xüsusi qərardad da çıxarmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələblərinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlliləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı Samur bələdiyyəsi etiraz vermişdir.
34. Kassasiya şikayətinə etiraz ilk iddia etirazın və qarşılıqlı iddianın dəlilləri nə uyğun əsaslandırılmış və şikayətin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müə yyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 402.1 İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2 İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasi ya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə iddiaçı (qarşılıqlı cavabdeh) tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi ilk, qarşılıqlı iddia tələbləri və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə qiymət verib.
40. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi hər iki iddia üzrə etibarsızılığı tələb edilən müqavilələrin etibarlıq şərtlərini yoxlamış və gəldiyi nəticəni də əsaslandırmışdır.
41. Bu baxımdan, məhkəmə kol legiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 23-29-cu bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab edir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hər iki iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələblər üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
43. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
44. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər ilk iddia tələbinin və apellyasiy a şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-359/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.