Məhkəmə qərarları › İş №2(102)-5042/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5042/2021

12.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5042/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mübahisəli torpaq sahəsinin boşaldılması və qanunsuz sahiblik nəticəsində əldən çıxmış gəlirlərin cavabdehdən tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X16 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, maraqlı şəxs Bakı şəhər Vergilər Departamentinin Kommersiya X13 Qeydiyyatı İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)2963/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Firması 23 mart 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X13 Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində dövlət qeydiyyatına alınmış, bu barədə 826 saylı şəhadətnamə verilmişdir. Firmanın yeganə təsisçisi İddiaçı olmuşdur. İddiaçı məktubu əsasında "xxxx" firmasının Bakı şəhəri, Xətai rayonu, Qulam Yəhya küçəsi, 2935-Q saylı məhəllədə bərbərxana tikintisi üçün 0,003 ha torpaq sahəsi ayrılmışdır. 06 sentyabr 2008-cil ildə dövlət notariat kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsin ə əsasən, "xxxx" Firmasının təsisçisi İddiaçı cəmiyyətin nizamnamə kapitalındakı 100%-lik payını X2.

2. İddiaçı 2010-cu ildə cavabdehlər Cavabdeh və X9 qarşı ona məxsus olan Bakı şəhəri, Qulam Yəhya küçəsi, 2935-Q saylı məhəllədə yerləşən torpaq sahəsindən və mağazasından çıxarılması, cavabdehlərdən vurduqları maddi və mənəvi ziyana görə 100.000 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2897/2010 saylı, 19 noyabr 2010cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi rədd edilmişdir.

4. İddiaçı məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin notariat qaydada təsdiqlənmiş ərizə yazaraq, apellyasiya şikayətini geri götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində i craat

5. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Notariat Kontoruna və Bakı şəhər Vergilər Departamentinin Kommersiya X13 qeydiyyatı İdarəsi) 28.08.2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"nın (sonradan Rəşad-2008 MMC adlanmışdır) satılması ilə bağlı 9 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi, mübahisəli torpaq sahəsinin iddiaçının xeyrinə boşaldılması və cavabdehdən iddiaçının əmlakına qanunsuz sahibliyi nəticəsində məhrum olduğu 110.000 manat gəlirin (əldən çıxmış faydanın) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehla təsadüfən tanış olmuş və cavabdeh şəhid ailəsi kimi iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində qeyri-yaşay ış sahəsinin tikilməsini, habelə ailəni dolandırmaq üçün ona yardım edilməsini təklif olunmuşdur. İddiaçı cavabdehə şifahi olaraq "xxxx"nın istifadəsində olan torpaq sahəsində bərbərxana tikintisi üçün razılıq vermişdir. Bir müddət cavabdeh iddiaçıya hər ay 200.000 manat məbləğində yardım etsə də, sonradan yardım etməkdən boyun qaçırmış və iddiaçı mübahisəli torpaq sahəsini cavabdehdən geri tələb etmişdir. Lakin cavabdeh imtina etdiyinə görə İddiaçı Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Xətai rayonu, Qulam Yəhya küçəsi, 2935-Q saylı məhəllədə yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, maddi və mənəvi ziyana görə 100.000 manat pulun tutulmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 19 noyabr 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı q ətnamədən apellyasiya şikayəti vermiş, lakin cavabdeh onunla razılığa gələrək, ona maddi yardım göstərəcəyini vəd etmiş və iddiaçı apellyasiya şikayətini geri götürmüşdür. İddiaçı heç vaxt təsisçisi olduğu "xxxx"nın istifadəsinə verilmiş Xətai rayonu, Qulam Yəhya küçəsi, 2935-Q saylı məhəllədə yerləşən 0,0003 ha torpaq sahəsini heç kimə satmamışdır. Belə ki, həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh hüquqi biliyinə görə iddiaçıdan üstün olaraq onu həmişə aldatmış, ona olan etibarından sui-istifadə etmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, o, saxta yollarla iddiaçının təsisçisi olduğu "xxxx"nı 9 saylı Dövlət Notariat X1 satmışdır. Ümumiyyətlə iddiaçı X7 tanımır, onunla heç vaxt adı çəkilən notariat kontorunda olmamı şdır və həmin şəxslə onun arasında müqavilə bağlanmamışdır. 06 sentyabr 2008-ci il tarixdə 9 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, iddiaçı ilə X11 arasında bağlanmış müqavilə saxtadır. Həmin müqavilədə göstərilən imza iddiaçıya məxsus deyildir.

7. Birinci instansiya məhkəməsində X11 da cavabdeh kimi işə cəlb edilmişdir. 8.Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddia tələbinə etiraz etmişdir. Cavabdeh X4 etibarnamə üzrə nümayəndəsi və vəkili X8 həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin iddia müddəti ötürüldükdən sonra verildiyinə görə müddətin tətbiq edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7491/2019 saylı, 26 noyabr 2019cu il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddianın rədd edilməsi qət edilmişdir. 10.Məhkəmə ba xılan iddiaya müddət tətbiq etməklə iddianı rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətlərdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir.

11. Məhkəmə İddiaçı qanunla ona müqavilənin etibarsızlığı üçün verilmiş müddəti ötürdüyü qənaətinə gəlmiş və bu nəticəni onunla əsaslandırmışdır ki, 19 noyabr 2010-cu il tarixdə Xətai Rayon Məhkəməsində iddiaçının vermiş olduğu iddia ərizəsinə baxılarkən İddiaçı özü bilavasitə iclasda iştirak etmişdir. Qeyd edilən məhkəmə iclasında 06 sentyabr 2008-ci il tarixli müqaviləyə sübut kimi qiymət verilmiş və müqavilədən irəli gələn hüquqi əsaslara istinad edilərək qətnamə qəbul edilmişdir. Məhkə mə iddiaçının müqavilədən 19 noyabr 2010-cu ilə qədər məlumatsız olmasını qəbul etmiş olsa belə, bu tarixdən sonra da məlumatsız olmasını qəbul etmir. Belə ki, iddiaçı qeyd edilən məhkəmə iclasında özü iştirak etmiş və qətnamədən narazı qalaraq ondan apellyasiya şikayəti vermişdir. Beləliklə iddiaçı istər 06 sentyabr 2008-ci il tarixin istərsə də 19 noyabr 2010-cu il tarixin əsas götürüldüyü təqdirdə qanunvericiliklə müəyyən edilmiş əqdin mübahisələndirilməsi üçün nəzərdə tutulan bir illik müddəti ötürərək iddia ərizəsi məhkəməyə 03 sentyabr 2019-cu il tarixdə müraciət etmişdir.

12. Məhkəmə iş üzrə ekspertiza təyin edilməsi barədə iddiaçının vəsatətini də iddia müddətinin ötürülməsi əsası ilə rədd etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı Bakı şəhəri Xətai ray on Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)2963/2020 saylı qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yuxarıda göstərilən əsaslandırması (əqdin etibarsızlığı ilə bağlı bir illik müddətin ötürülməsi) ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının müqavilənin etibarsız h esab edilməsi barədə iddia tələbinin rədd olunması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “110.000 manat gəlirin iddiaçının xeyrinə tutulması və mübahisəli torpaq sahəsinin boşaldılması” barədə hissələrinə gəldikdə isə hesab etmişdir ki, həmin iddia tələblərinin də rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi İddiaçı tərəfindən 06 sentyabr 2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əldən çıxmış fayda ilə bağlı tələbi əsaslandıran hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi “mübahisəli torpaq sahəsinin boşaldılması” ilə bağlı iddia tələbinin əsas tələbə əlavə olduğunu nəzərə alaraq hesab etmişdir ki, həmin tələb əsas tə ləbin rədd olunması səbəbindən təmin oluna bilməz.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 354,375-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 19.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, işin faktiki hallarına düzgün qiymət verilməmiş və nəticədə əsassız qətna mə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qətnamə çıxararkən qanunun tələblərinə əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdilər.

22. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhər Vergilər Departamentinin Kommersiya X13 Qeydiyyatı İdarəsinin nümayəndəsi X12 məhkəmə iclasında vəkillə iştirak etmədiyinə görə onun zahatı dinlənilmədi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh, X11, üçüncü şəxs 9 saylı Notariat Ofisinin nüm ayəndəsi məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, ha belə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları a rasında müqavilə olmalıdır. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sa yılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

25. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etməd ən saxlaya bilər; Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

27. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın lə ğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

32. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia mü ddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir.

33. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

34. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müə yyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

35. İddiaçı da sözügedən müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə, həmin müqavilənin etibarsız sayılması hüququnu itirmişdir.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)2963/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar