Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2473/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (maraqlı şəxslər - Bakı Şəhəri Maraqlı şəxs1, Maraqlı şəxs2 və xxxxx İctimai Birliyi) qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103 )-4818/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.01.2020-ci il tarixli 2749/20/K saylı əmrin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı və 50000 manat vurulmuş mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1720/2020 nömrəli iş üzrə 03 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4818/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Cəmilova (sədrlik edən və məruzəçi), E.Nağıyeva və N.Cəfərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunaraq, “xxxx” ASC-nin iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə 09 yanvar 2020-ci il tarixli 2749/20/K №-li əmri ləğv edilmiş, iddiaçının “xxxx” ASC-nin Şirvan-Muğan Filialına satış nümayəndəsi vəzifəsinə bərpa edilməsi və ona, 09 yanvar 2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh tərəfindən ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı ya zılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya baxışı zamanı məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişi təqdim edilərək, iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyindən barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən: “2.1. İddiaçı öhdəsinə götürür ki, işə bərpa olunması, məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı və 50000 manat vurulmuş mənəvi zərərin əvəzinin ona ödənilməsi tələbindən imtina edir. 2.2. Cavabdeh öhdəsinə götürür ki, - 09.01.2020-ci il tarixli 2749/20/K saylı əmr ləğv edilir; - iddiaçı ilə bağlanan 17 oktyabr 2017-ci il tarixli 871/17 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (a) bəndi ilə xitam verilir. Buna dair iddiaçının Əmək kitabçası nda müvafiq dəyişikliklər edilir; - cavabdeh iddiaçı ilə agent xidmətlərinin göstərilməsinə dair Agent müqaviləsi bağlayır; - iddiaçının cavabdehə olan debitor borcu silinir.” Məhkəmə iclasında tərəflər barışıq sazişi ilə yanaşı yazılı ərizə təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını bildirdilər və barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə maraqlı şəxslər (nümayəndələri) hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını müm kün hesab etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-ə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 52.3, 191.2, 261.0.5, 417.1.5). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “2.1. İddiaçı öhdəsinə götürür ki, işə bərpa olunması, məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı və 50000 manat vurulmuş mənəvi zərərin əvəzinin ona ödənilməsi tələbindən imtina edir. 2.2. Cavabdeh öhdəsinə götürür ki, - 09.01.2020-ci il tarixli 2749/20/K saylı əmr ləğv edilir; - iddiaçı ilə bağlanan 17 oktyabr 2017-ci il tarixli 871/17 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (a) bəndi ilə xitam verilir. Buna dair iddiaçının Əmək kitabçasında müvafiq dəyişikliklər edilir; - cavabdeh iddiaçı ilə agent xidmətlərinin göstərilməsinə dair Agent müqaviləsi bağlayır; - iddiaçının cavabdehə olan debitor borcu silinir.” Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4818/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qar şı 09.01.2020-ci il tarixli 2749/20/K saylı əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı və 50000 manat vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2473/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2473/2021
31.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver