Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2483/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” İKB ASC-nin (hazırda “xxxx” ASC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh1 və vəkili X2 oğlunun, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(103)157/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 12 yanvar 2015-ci il tarixli Kredit müqaviləsi ilə “xxxx” İKB ASC tərəfindən Cavabdeh1 illik 25 faiz dərəcəsi ilə, 36 ay müddətinə 43000 ABŞ dolları məbləğində kredit verilmişdir. 16 dekabr 2015-ci il tarixli Kredit müqaviləsinə əlavə ilə müqavilənin müddəti 54 ay 1 gün, kreditin faiz dərəcəsi isə 24% müəyyən olunmuşdur. Kreditin təminatı olaraq 12 yanvar 2015-ci il tarixli İpoteka müqaviləsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərində olan ünvan 1 saylı evin 27 saylı mənzili iddiaçı “xxxx” İKB ASC-ni n xeyrinə ipoteka ilə yüklü edilmişlər. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 12 yanvar 2015-ci il tarixli Kredit müqaviləsi üzrə banka 24 yanvar 2018-ci il tarixə 37054,11 ABŞ dolları əsas, 18807,38 ABŞ dolları faiz, 1713,72 ABŞ dolları cərimə borcu, ümumilikdə 57575,21 ABŞ dolları məbləğində borcu mövcuddur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 20 iyul 2018-ci il tarixli rəyinə əsasən 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 16 dekabr 2015-ci il tarixli əlavə üzrə Cavabdeh1 “xxxx” İKB ASC-yə 24 yanvar 2018-ci il tarixə 37007,98 ABŞ dolları əsas borcu, 18407,24 ABŞ dolları faiz borcu müəyyən edilir. “xxxx” MMC-nin 10 avqust 2018-ci il tarixli rəyinə əsasən ünvan 1 saylı evin 27 saylı mənzili nin ilkin satış qiyməti 103000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 37054,11 ABŞ dolları əsas, 18807,38 ABŞ dolları faiz, 1713,72 ABŞ dolları dəbbə pulu borcunun, cəmi 57575,21 ABŞ dollarının, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutmanın öhdəliyin təminatı kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus ü nvan 1 saylı evin 27 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin bankın xeyrinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra olunması, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməklə həmin şəxslərin evdən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə bank arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan cavabdeh müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(011)3245/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” X1 ilə Cavabdeh1 arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli XXX saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 37007,98 ABŞ dolları əsas, 18407,24 ABŞ dolları faiz borcu və gecikdirməyə görə 100 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 55515,22 ABŞ dollarının (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının bankın xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus ünvan 1 saylı mənzilinin ilkin satış qiymətinin 103000 manat müəyyən olunması, tələbin həmin mənzilə yönəldilməsi, ünvan 27 saylı mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, mənzil satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1 ay ərzində mənzildən çıxarılması və mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfində n öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə əsas və faiz borclarını iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun, cərimə borcunu isə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldaraq tutmuş və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(011)3245/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(103)-157/2020 nömrəli qətnaməsi ilə ( hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(011)-3245/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həm kredit, həm də ipoteka müqavilələrinə dair hüquqi proseslər barəsində apellyatorların müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirmişlər. Beləliklə də, hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə almışdı r ki, Cavabdeh1 “kredit müqaviləsinin etibarsız edilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə qanuni qüvvəsini almışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(103)-157/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehlər kredit və ipoteka müqavilələrini bağlayarkən aldadılmış, onlar krediti ABŞ dolları ilə deyil, manatla almaq istəmiş, qrafik üzrə ödənişlər borcdan düzgün silinməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 və vəkili X2 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-in 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatlarını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat landırılmalarına baxmayaraq iddiaçı nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara i stinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi qətnaməni cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə uyğun, yəni kredit borcunun və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində yoxlamışdır. Hazırda kassasiya şikayətini yalnız Cavabdeh1 verdiyindən və kredit borcunun məbləğini mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət e tməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşy alar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, ş ahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edi lmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan məhkəmələr əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişlər. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (etdiyi, lakin ekspert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən cavabdeh kredit və ipoteka müqavilələrini aldadılma nəticəsində bağladıqları göstərsələr də, iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 “xxxx” İKB ASC arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 se ntyabr 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərarı ilə müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(103)-157/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2483/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2483/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver