Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2484/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi, fərdi yaşayış evindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 9.720 manat kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-751/2025 nömrəli 1 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əhədzadə X3 Ülkər Yusub qızı ilə 7 fevral 1989-cu ildə ailə qurmuşlar. Birgə nikahdan Cavabdeh2 adlı uşaqları olmuşdur.
2. Masallı Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.
3. Masallı şəhəri, H.Əliyev küçəsində yerləşən 38 nömrəli evin 3 nömrəli mənzili X1 məxsus olmuş və o, həmin evi 4 iyul 2014-cü il tarixli bağışlama müqaviləsi ilə İddiaçı bağışlamışdır.
4. Masallı şəhəri, H.Əliyev küçəsində yerləşən 38 nömrəli evin 3 nömrəli mənzili İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyat a alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 9720 manat kompensasiya verilməklə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014cü il qeydiyyat tarixli, **********39-05101-093009 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olan Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 38 nömrəli evin 3 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların və Cavabdeh3 həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda qeydiyyatda olduqları Masallı şəhəri, H.Əliyev küçəsində yerləşən 38 nömrəli evin 3 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdehlərlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan Cavabdeh1 ilə aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Cavabdeh1 ilə nikahları dövründə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 31-ci məhəllədə 3 nömrəli binanın 3-cü blokunda, 6-cı mərtəbədə yerləşən 66,3 kv.metr sahəsi olan 235 nömrəli mənzili almışlar. Həmin mənzil xx.xx.2021-ci il tarixli müqavilə əsasında "xxxx" MTK-dan alınmışdır. Qeyd olunan mənzil üzərində Cavabdeh1 ilə payları müəyyən edilsə də, o, mənzilin satılması ilə bağlı razılığa gəlmədiyindən, aralarında olan narazılığa görə ayrılsalar da, mülkiyyətlərində olan mənzildə cavabdehlər yaşadıqlarından kirayədə qalmalı olmuşdur. Qeydiyyatda olduqları evdə onunla yanaşı cavabdehlərin də birgə yaşa ması mümkün deyildir və bu onun mülkiyyət hüquqlarının pozulmasıdır. Bununla bağlı cavabdehlərə kompensasiya ödəməklə evdən istifadə etməmələrini xahiş etsə də, onlar razılaşmamışlar.
7. Cavabdeh1 vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh iddianı qismən qəbul edir. Belə ki, iddiaçı evdən çıxarılma hissədə iddianı qəbul etsə də, kompensasiya məbləği və ekspert rəyi ilə razı deyildir. İddiaçının vəkilinin vurğuladığı Ali Məhkəmənin qərarlarının tətbiq olunması məsələsi isə məcburi xarakter daşımayan məsələdir. Çünki şəhərlər arasında fərqlər vardır. Həmçinin kirayə haqqının 270 manat olması ilə razı deyildirlər. Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında istifadə hüququ ilə bağlı irəli gələn məsələlərdə kimlərin ailə üzvü hesab olunubolunmam ası göstərilmişdir. İstifadə hüququ fərdi hüquqdur. İddiaçı ilə cavabdeh 1989-cu ildə ailə qurub, uşaqları 1991 və 1993-cü illərdə anadan olmuşdur. Həmin evdə 1989-cu ildən ər-arvad kimi yaşamışlar. Hər ailə üzvlərinə münasibətdə isə hüquq ayrı-ayrı vaxtlarda yaranmışdır. Kompensasiya hüququ isə fərdi hüquqdur. Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilir ki, kompensasiya hüquq bütün hüquq iştirakçılarına fərdi qaydada tətbiq olunmalıdır. Fərdi hüquqla bağlı kompensasiyanın toplanılaraq, hesablanması düzgün deyildir. Konstitusiya Məhkəməsinin qərarı normativ aktların iyerarxiyasında daha üstün qüvvəyə malikdir. Cavabdeh3 də, mülkiyyətçinin keçmiş ailə üzvüdür. Beləliklə həmin qərarı rəhbər tutaraq 3 illik müddət üçün məbləğ (270x12x3) 9720 manat təşkil edir. Bu isə o deməkdir ki, cavabdehlərin hər birinə 9720 manat məbləğində kompensasiya ödənilməlidir.
8. Məhkəmə Ekspertizası Mərkəzinin X2 4 iyul 2024-cü il tarixli, 19/470 nömrəli ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən orta təmirli mənzilin aylıq kirayə haqqının orta bazar qiyməti təxminən 270 manat müəyyən edilir.
9. Masallı Rayon Məhkəməsinin 5 sentyabr 2024-cü il tarixli, 2(050)-210/2024 nömrəli qətnaməsi ilə (hakim - Ellara Abbasova) iddia təmin edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh3 iddiaçının oğlu Cavabdeh2 ilə ailə qurmuş, 2006-cı ildə Masallı şəhəri, H.Əliyev prospektində yerləşən 38 nömrəli evin 3 nömrəli mənzilinə köçmüşdür. Belə olan halda ona münasibətdə iddia tələbi üzrə mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına əsasən həll edilməlidir. Ailə üzvlərinin dairəsinə İddiaçı gəlini Cavabdeh3 daxil olmadığından, həmçinin onlar arasında fərdi yaşayış evindən istifadə hüququ ilə bağlı hər hansı razılaşma olmadığından, Cavabdeh3 münasibətdə kompensasiya alınması qanunauyğun və ədalətli deyildir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ev Masallı şəhərində olan 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Mənzilin 3 otağı olmaqla, ümumi sahəsi 67.0 kv.m-dir. İddiaçı mənzil hüququ qanunla qorunur və bu hüquqa Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq kompensasiya verməsi yolu ilə onların mənzildən istifadə hüquqlarına xitam verilə bilməsi mümkündür. Beləliklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 davamlı və müəyyən müddət daxili ndə oxşar şəraitli evdə yaşaması, təklif olunan 9720 manat kompensasiya məbləği ilə 36 ay, yəni 3 il müddətində mümkün olacaqdır.
12. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutların mötəbərliyi baxımından hüquqi qiymət verərək belə hesab etmişdir ki, iddiaçının mülkiyyətçi olaraq kompensasiya verməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi onun mülkiyyətçi olaraq hüquqlarının müdafiəsini özündə ehtiva edir və cavabdehlərə yaşayış sahəsinin istifadəçisi olaraq ədalətli kompensasiya təklif edilmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2-ci, Azərbaycan SSR-in 8 iyul 1982-ci ildə qüvvəyə minmiş, 1 oktyabr 2009-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddələrinə, R.Ağ alarovun şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-210/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın ona qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinin təmin edilməməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlara düzgün qiymət verilməmiş, sübutlara iddiaçının xeyrinə qiymət verilmiş və məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə təkrar ekspertiza barədə vəsatətini əsassız olara q rədd etmişdir. Halbuki, birbirinə ziddiyyətli 2 ekspert rəyi olmuş, lakin məhkəmə həmin ziddiyyəti aradan qaldırmadan qətnamə qəbul etmişdir. Bir rəydə 350 manat, ikinci rəydə 270 manat kirayə haqqı müəyyənləşdirilmişdir. Hər iki rəyi də eyni qurumun ekspertləri vermişdir. Bu açıqca göstərir ki, rəylər arasında ziddiyyətli məqamlar vardır.
16. Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-210/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, kompensasiya məbləğinin mənzildən istifadə hüququ olan şəxslərin, yəni Cavabdeh1, onların və uşaqlarının hər birinə 15.000 manat ayrı-ayrılıqda ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istifadə hüququ nun nə zaman və kimə münasibətdə yaranmasını, hər birilərinin istifadə hüququnun ayrı vaxtda yaranmasını, yaşamağa başqa yerlərinin olmamasını, qət olunan məbləğin 6 nəfər şəxsin 3 il müddətinə kirayə haqqı üçün kifayət etməyəcəyini, real kompensasiya məbləği olmadığını aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən kompensasiyanın məbləğinin 9720 manat olması və istifadə hüququna cəm halda xitam verilməsinin əsası sübuta yetirilməmişdir. Məhkəmə tərəfindən göstərilmiş nəticə işin hallarına uyğun deyildir. İstifadə hüququ fərdi hüquqdur və hər birinin hüququ ayrı-ayrı vaxtda və şəraitdə yaranmışdır. Məhkəmə istifadə hüququna fərdi yox, ümumi hüquq kimi qiymət vermiş və hamı üçün ümumi məbləğ müəyyən etmişdir. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymət verilməmiş, sübutlar iddiaçının xeyrinə qiymət verilmiş. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Halbuki bir-birinə ziddiyyətli 2 ekspert rəyi olmuş, lakin məhkəmə həmin ziddiyyəti aradan qaldırmadan qətnamə qəbul etmişdir. Bir rəydə 350 manat, ikinci rəydə 270 manat kirayə haqqı müəyyənləşdirilmişdir. Hər iki rəyi eyni qurumun ekspertləri vermişdir. Bu açıqca göstərir ki, rəylər arasında ziddiyyətli məqamlar vardır.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - X5 (sədrlik edən və məruzəçi), X7 və X4) 2(106)-751/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 1
9. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı qətnamə ilə müəyyən edilən kompensasiya məbləği ilə razılaşmaq olar. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ev Masallı şəhərində olan 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Mənzilin 3 otağı olmaqla, 67.0 kv.m-dir. İddiaçı mənzil hüququ qanunla qorunur və bu hüquqa Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq kompensasiya verməsi yolu ilə onların mənzildən istifadə hüquqlarına xitam verilə bilməsi mümkündür. Cavabdeh1 mübahisəli mənzildə yaşamış, keçmiş əri İddiaçı ilə birlikdə təsərrüfatı idarə etmişdir. Həmçinin onların birgə nikahdan olan uşaqları Cavabdeh2 1992-ci ildə anadan olmuş, anadan olduğu vaxtdan həmin mənzildə yaşamışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, onların uzun müddətdə həmin evdə yaşaması, tərəflərin hər ikisinin ailə və maddi vəziyyətləri, təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi, həmçinin onların Xırdalan şəhərində olan "xxxx" MTK-da olan evdə də faktiki yaşamalarını və digər diqqətəlayiq məqamlar nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan məhkəmə tərəfindən kompensasiya məbləğinin 9720 manat müəyyən olunmasında haqlı olmuşdur.
20. İşin hallarına əsasən iddiaçının da maddi və ailə vəziyyəti, daha çox kompensasiya ödəmək imkanında olub-olmaması kimi diqqətəlayiq hallar nəzərə alınmalıdır. Daha çox kompensasiya ödəmək maddi imkanına malik olmayan şəxsin mülkiyyət hüququnun qorunmaması, həmin hüququn əmlak üzərində formal olması ilə nəticələnə b ilər, bu isə faktiki olaraq mülkiyyətdən məhrum etmək anlamına gəlir. Çünki tərəflər arasında gərgin münasibət vardır və həmin gərginliyə görə mülkiyyətçi İddiaçı evdən istifadə edə və faydalana bilmir.
21. Kollegiya Cavabdeh1 mübahisələndirilən mənzil dövlət fonduna aid mənzil olması, mənzilin 1998-ci ildə saxta yolla iddiaçının atası Ağamusanın adına rəsmiləşdirilməsi, Ülkərin ailə üzvü olduğundan həmin dövlət mənzil fonduna aid mübahisəli mənzilin mülkiyyətçilərindən biri olması, hazırda mübahisəli olan mənzilin 2014-cü ildə Ağamusa tərəfindən oğlu Azərə bağışlanması, buna görə də hazırkı mübahisəli mənzilin ümumi əmlak olması və həmin mənzildə Ülkərin payının olması fikrinə münasibətdə qeyd etmişdir ki, cavabdeh indiyədək mənzilin Ağamusanın adına rəsmiləşdirilməsini, həmçinin həmin mənzilin 2014-cü ildə Azərə bağışlanmasını hər hansı formada məhkəmədə mübahisələndirməmiş, mənzil hazırda iddiaçının tam mülkiyyətindədir.
22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 228-ci, Azərbaycan SSR-in 8 iyul 1982-ci ildə qüvvəyə minmiş, 1 оktyabr 2009-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 (vəkil - Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, onun mübahisəli mənzildən çıxarılması tələbinin təmin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehi qeyd olunan mənzildən çıxarması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6 və 590-cı maddələrində nəzərdə tutulan hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Hədiyyə mənzilin nikah dövründə verilməsinə baxmayaraq onu mülkiyyət növü – hədiyyə alanın fərdi mülkiyyəti və ya ailənin (ər-arvadın) ümumi birgə mülkiyyəti olması araşdırılmamış və iş üzrə bu normalar tətbiq edilməməklə ailə mülkiyyətinin hüquqi tənz imlənmə mexanizmi nəzərə alınmamaqla, cavabdeh faktiki mülkiyyət hüququ olduğu mənzilindən çıxarılmaqla hüquqları pozulmuşdur. Məhkəmə cavabdeh barəsində Mülki Məcəllənin 228.2-ci maddəsini səhv tətbiq etmişdir. Belə ki, mənzilin bağışlanması iddiaçının adına sənədləşdirilsə də, işin halları, sübutlar və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin mövqeyi nəzərə alınmaqla mənzilin ailəyə bağışlandığı, iddiaçı ilə cavabdehin ümumi birgə əmlakı olduğunu təsdiq edir və 33 ildən çox, o cümlədən mənzil bağışlanana qədər 22 il fasiləsiz sahiblik və istifadə hüququnu həyata keçirən şəxsin mənzildən çıxarılmasını absurd və qanunsuz edir.
25. Bundan başqa, mənzil iddiaçıya bağışlandıqdan sonra onun tərəfindən mənzilin əsaslı təmirinə əhəmiyyətli vəsait sərf edilmiş, nəticədə mənzilin dəyəri iki dəfə artmışdır.
26. Apellyasiya Məhkəməsi cavabdehin hüquqlarının pozulması nəticəsində birinci instansiya məhkəməsində təqdim edilməsinin qeyri-mümkün olan, mənzilin ailə mülkiyyəti olmasına dair sübutlarını araşdırmaqdan imtina etmiş, həmin sübutların araşdırılmasına dair vəsatətləri təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etirazda qeyd edilmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-751/2025 nömrəli, 1 may 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tə tbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan SSR-in 8 iyul 1982-ci ildə qüvvəyə minmiş, 1 оktyabr 2009-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
32. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər isti fadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassas iya şikayətində qətnamə Cavabdeh1 tərəfindən qismən mübahisəli mənzildən çıxarılması tələbinin təmin edilməsindən imtina edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əvvəlki kassasiya icraatı zamanı qəbul olunmuş qərardakı göstərişlərə uyğun olaraq apellyasiya şikayəti üzrə araşdırma aparılmış, bu zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
43. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəmə si tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
44. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, a pellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Məhkəmə kollegiyası yuxarıda göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 may 2025-ci il tarixli 2(106)751/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.