Məhkəmə qərarları › İş №2(102)-2486/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2486/2025

20.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2486/2025 20.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-576/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəy yən etdi: İşin halları

1. X14 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-175/2-M8856/2024 nömrəli məktubuna əsasən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən Cavabdeh (VÖEN **********) iş yerində əmək hüquqlarını pozulması ilə bağlı müraciət etmişdir. Bununla bağlı araşdırmaya yazılı izahat verən Cavabdeh izahatında İddiaçı ilə heç vaxt əmək münasibətləri yaratmadığını bildirmişdir. Bu səbəbdən, İddiaçı iddia tələbinə dair sübutları (sənədləri, hər hansı digər sübutları) araşdırmaya - X14 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə təqdim etməsi xahiş olunmuşdur.

2. X14 Xidməti Şirvan-Salyan regional bölməsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-M19630/2024 nömrəli məktubuna əsasən fiziki şəxs Cavabdeh İddiaçı əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cə lb etməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü (Əmək müqaviləsinin forması) və 49-cu maddələrinin (Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi) tələblərini pozmuşdur. Bu səbəbdən, fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə, iş üzrə inzibati icraata başlanılmışdır. 3. xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Cavabdeh, İddiaçı əmək müqaviləsi bağlanmadan işlərin görülm əsinə cəlb etməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü (Əmək müqaviləsinin forması) və 49cu maddələrinin (Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi) tələblərini pozmuşdur. Bu səbəbdən, fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 4000 manat məbləğində inzibati cərimə olunmuşdur.

4. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 466 nömrəli rəyi ilə İddiaçı Salyan RPX-də xx.xx.2024-cü il tarixdə müayinə olunmuşdur. Qeyd edilmişdir ki, hazırda kəskin produktiv psi xopatologiya yoxdur. (F20.0) Şizofreniya remissiya fazası diaqnozu qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2017-ci ilin yanvar ayının 01-dən 2024-cü ilin yanvar ayının 30-a kimi, hər ayı 600 manatdan olmaqla, cəmi 50400 manat ödənilməyən əmək haqqından 700 manat ödənilmiş əmək haqqının çıxılaraq, cəmi 49700 manat ödənilməyən əmək haqqının və 50 manat ödənilmiş mediasiya xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən “Şeş-Beş” kafesinə iddiaçını 2017-ci ildə işə qəbul edərək hər günü 20 manat olmaqla, aylıq əmək haqqı verəcəyini bildirmişdir. Cavabdeh iddiaçının savadsız, yaşlı və kimsəsiz olmasından istifadə edərək 7 il həmin kafedə işlətmişdir. Bu müddət ərzində ona ümumilikdə 700 manat əmək haqqı vermişdir. Bütün bunlardan sonra iş üzrə cavabdeh iddiaçının 7 il müddətində yığılan əmək haqqısını vermədiyi üçün, o, DƏMX-nin Şirvan-Salyan regional şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəsi orada araşdırıldıqdan sonra cavabdeh İXM-nin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Buna qədər ödənilməyən əmək haqqının ödənilməsi üçün mübahisəni mediatorun köməkliyi ilə öz aralarında həll edilməsi üçün cavabdehə məktub göndərsə də, bunun heç bir nəticəsi olmamışdır.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh onu 7 il işlədərək əmək haqqısını ödəməmişdir. Bu halı təsdiq edə biləcək şahidləri də vardır. Övladı öldüyü üçün depressiya keçirmişdir. Cavabdeh onu döymüş və ona qarşı nalayiq ifadələr işlətmişdir. İddiaçının övladı da həmin kafedə işləmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini rədd edir. Cavabdehin sözlərinə görə o, Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən “Şeş-Beş” kafesini işlətmişdir. O, iddiaçı ilə tanış olmuş və həmin kafedə olan otaqların birində iddiaçı ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olaraq yaşamışdır.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərmişdir ki, o, əvvəllər Hacıqabul rayonu, Nəvahi kənd ində yerləşən “Şeş-Beş” kafesində işləmişdir. İddiaçı X6 ilə həmin kafedə işləyərkən tanış olmuşdur. İddiaçı cavabdehlə ər-arvad münasibətlərində olmuşlar. O, dəfələrlə iddiaçının cavabdehin paltarlarını yuduğunu görmüşdür. İddiaçı həmin kafedə rəsmi olaraq işləməmişdir.

10. Məhkəmə iclasında dindirilən şahid X5 göstərmişdir ki, o, əvvəllər Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən “Şeş-Beş” kafesində işləmişdir. İddiaçı ilə həmin kafedə işləyərkən tanış olmuşdur. İddiaçı cavabdehlə ər-arvad münasibətlərində olmuşlar. O, dəfələrlə iddiaçının cavabdehin paltarlarını yuduğunu görmüşdür. İddiaçı həmin kafedə rəsmi olaraq işləməmişdir. Bundan başqa, X5 məhkəməyə yazılı kağız parçası təqdim edərək, həmin kağız parçasının iddiaçı tərəfindən ona verildiyini qeyd etmişdir. Həmin kağızda yazılanla r məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, iddiaçı şahid Sevinc Ağamalıyevaya iddia təmin olunacağı təqdirdə 3000 manat pul verəcəyini vəd etmiş, bunun əvəzində isə məhkəməyə yanlış olaraq onun cavabdehlə əmək münasibətlərində olması barədə ifadələr söyləməyə təhrik etmişdir.

11. Məhkəmə iclasında dindirilən şahid X7 göstərmişdir ki, Hacıqabul RPŞ-nin Nəvahi qəsəbəsi üzrə sahə müvəkkili vəzifəsində işləyir. İddiaçı X2 tanıyır. O, dəfələrlə Nəvahi kəndində yerləşən “Şeş-Beş” kafesində olmuş, lakin iddiaçının orada işlədiyinin şahidi olmamışdır. İddiaçı ilə cavabdeh qeyri-rəsmi nikah münasibətlərində olmuşlar.

12. Hacıqabul Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(071)-44/2025 nömrəli iş üzrə 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd ed ilmişdir (hakim Orxan Bayramov).

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbinin əsası kimi X14 Xidməti Şirvan-Salyan regional şöbəsinin göndərdiyi məktublara istinad etsə də, məhkəməyə hər hansı digər mötəbər sübutlar təqdim etməmiş, ümumiyyətlə iddiaçı ilə əmək münasibətlərinə daxil olduğunu, onun üçün işlədiyini sübut edə bilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab etmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdehin hüquqazidd əməli nəticəsində ona borclu olduğunu iddia etdiyi məbləği mötəbər sübutlarla əsaslandıra bilməmişdir.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 80, 106 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İnzibati araşdırma materialları məhkəmə tərəfindən aidiyyəti orqandan tələb edilməmiş, işə birtərəfli qaydada baxılmışdır. İşdə şahid qismində dindirilmiş Ağamalıyeva Sevinc məhkəm əyə yazılı kağız təqdim etmişdir və kağızda iddiaçının ona 3000 manat pul verəcəyini vəd verdiyi qeyd edilmişdir. Bundan başqa, məhkəmə işin faktiki hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla cavabdeh iddiaçını əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb etdiyi üçün İXM-nin 192-ci maddəsinə əsasən 4000 manat cərimə edilmişdir. İş üzrə cavabdehin onu əmək müqaviləsi olmadan işlətməsi barədə müvafiq qurumun qanuni qüvvəsini almış qərarı sübut sayıldığı halda, hakim cavabdeh tərəfin dəvət edilmiş şahidlərin ifadələrin ilə kifayətlənmişdir.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-576/2025 nömrəli m ülki iş üzrə 22 aprel 2025ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 10385 manat pulun tutulması qət edilmişdir (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Aytən Novruzova).

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, izahatlardan müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh təxminən 2004-2005-ci illərdən faktiki nikah münasibətlərində olmuş, faktiki nikahdan 2005-ci ildə 1 uşaqları olmuşdur. Həmin vaxt cavabdehlə bir müddət Nəvahi stansiyasında evdə qalmışlar. Uşaq 12 yaşında avtoqəza nəticəsində həlak olmuşdur.

20. İddiaçının bildirdiyinə görə, 2018-ci ildə cavabdeh gəlib o nu “Şeş-beş” restoranına aparmış, onu orada işlətmişdir. Bir müddət işləyəndən sonra oranın kabab çəkəni olan cavabdehə demişdir ki, ona əmək haqqı versin. Cavabdeh bir ay əmək haqqı vermiş, həmin pulu da sonra borc adı ilə geri almışdır. Sonra əmək haqqı verməyi dayandırmışdır. “Şeş-beş” restoranında təmizlik, yemək bişirmək və qab yumaq işlərinə baxırdı.

21. Cavabdeh isə izahatında bildirmişdir ki, 2020-ci ildə “Şeş-beş” restoranını almış və 5 saylı Ərazi Vergilər İdarəsindən qeydiyyatdan keçmişdir. 2021-ci ildə iddiaçının xahişi ilə onu “Şeş-beş” restoranına işə götürmüşdür. Restoranda bir otaq ayırmış və birlikdə orada ailə kimi qalmışlar5. Cavabdeh xx.xx.2020-ci ildən vergi ödəyicisi kimi qeydə alınması ilə bağlı sənədini təqdim etmişdir.

22. Hər iki tərəfin izahatlarından belə qənaət ə gəlmək mümkündür ki, cavabdeh restoranı işlətməyə başladıqdan sonra 2021-ci ilin yanvar ayından cavabdeh iddiaçını əmək müqaviləsi bağlamadan restoranda işlətmişdir.

23. X14 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh (VÖEN **********) iş yerində əmək hüquqlarının pozulması ilə bağlı 4000 manat inzibati qaydada cərimə edilmişdir. Bu hal da onu təsdiq etmişdir ki, cavabdeh “Şeş-baş” restoranını işlədərkən iddiaçını 2021-ci ilin yanvar ayından sonra (iddiaçının bildirdiyinə görə - 2024-cü ilin yanvar ayınadək) fəhlə, xadimə, yaxud ofisiant və s. kimi işlətmişdir. Birinci instansiya məhkəməsi bu sübuta qiymət verməmişdir.

24. Birinci instansiya məhkəməsi məhkəmə iclasında dindirilmiş şahidlərin if adələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı və cavabdeh faktiki ər-arvad münasibətlərində olmuşlar. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdehin sözügedən restoranda ər-arvad münasibətində olmaları, iddiaçının restoran işçisi kimi işləməsi (cavabdehin onu əmək müqaviləsi bağlamadan işlətməsi) faktının mövcudluğunu təkzib edən hal deyildir.

25. Cavabdeh inzibati tənbeh edilməsinə dair materiallar öyrənilmişdir. Həmin materiallardan görünmüşdür ki, cavabdeh vergi ödəyicisi kimi qeydə alınmış, iddiaçının adına isə xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək olan dövr üzrə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” yazılmışdır.

26. İnzibati tənbeh etmə haqqında material lardan görünmüşdür ki, iddiaçının şikayəti əsasında iş araşdırılarkən ərizəçinin izahatından başqa «Şeş-beş» restoranında işləmiş əməkdaşların izahatları da alınmışdır. Əməkdaşlar - X9 və X10 izahatlarında iddiaçının onlarla birgə “Şeş-beş” restoranına işlədiyini təsdiq etmişlər.

27. Restoranın işçisi X9 inzibati iş üzrə izahat vermiş və göstərmişdir ki, özü 1 il yarım əvvələ qədər 4 ay müddətinə yaxın cavabdehə məxsus “Şeş-beş” kafesində işləmişdir. Orada təmizlik işlərinə baxmışdır. İşə qəbul olunarkən onunla əmək müqaviləsi bağlanmamışdır. Kafedə işlədiyi dövrdə İddiaçı da işləyirdi. İddiaçı orada mətbəx işləri, təmizlik işləri və qab yumaq işlərinə baxırdı. Taranəyə və orada işləyənlərə də Rafaət göstərişlər verirdi. Gündəlik əmək haqqlarını Rafaət verirdi. O, sonra kafedən işdən çıxmı şdır.

28. İnzibati iş üzrə digər işçi X11 izahatında göstərmişdir ki, 1 il yarım əvvələ qədər 4 ay müddətinə qədər Cavabdeh məxsus “Şeş-beş” kafesindədə işləmişdir. Orada ofisant işləyirdi. İşə qəbul olunarkən onunla əmək müqaviləsi bağlanmayıb. Gündəlik 12 manat əmək haqqı alırdı. Kafedə işlədiyi dövrdə İddiaçı da işləyirdi. Taranə orada mətbəx işləri və qab yumaq işlərinə baxırdı. Taranəyə və orada işləyənlərə Rafaət göstərişlər verirdi. O, kafedən işdən çıxandan sonra Taranə orada işləyirdi.

29. Beləliklə, iddiaçının izahatından və iddiaçının istinad etdiyi, inzibati materiallar üzrə işçilərdən alınmış digər izahatlardan görünmüşdür ki, cavabdeh iddiaçını həmin restoranda faktiki işlətmiş, lakin onunla əmək müqaviləsi bağlamamış, ona əmək haqqı ödəməmişdir. İzahatlar və cavabdehin inzib ati qaydada cərimələnməsi həmin restoranda onun iddiaçının bir ay yox, daha çox əmək müqaviləsi bağlamadan işlətdiyini təsdiq etmişdir (Əks halda, cavabdehin inzibati tənbeh edilməsi barədə qərar verilməzdi).

30. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdehin arasında əmək müqaviləsi bağlanmadığına əsaslanaraq, onların əmək münasibətlərində olmamasına formal yanaşaraq iddianı rədd etmişdir. Apellyasiya məhkəməsi bu mövqeni əsassız saymışdır.

31. İddiaçı ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək haqqını tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı əslində tələbində cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldə edə bilmədiyi əmək haqq həcmində ona vurulan maddi ziyanı tələb etmişdir.

32. İddiaçı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində vurulmuş ziyanı tələb edərkən tələbin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri təşkil edir.

33. Yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması kimi hallar müəyyən edilmişdir.

34. İddiaçı 2017-ci ildən 2024-cü ilin yanvar ayının 30-dək ayda 700 manat olmaqla əmək haqqı qismində pul tələb etmişdir. Belə ki, iddiaçı göstərmişdir ki, cavabdeh ona ayda 700 manat əmək haqqı verməyə söz vermiş, sonra öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh 2021-ci ilin yanvar ayında iddiaçını restorana gətirdiyini, işə düzəltdiyini, orada işlətdiyini təsdiq etmiş, lakin sonradan restoran işçisi kimi deyil, arvadı kimi ona qulluq etdiyini bildirmişdir.

35. İşin faktiki halları, tərəflərin izahatları, təqdim edilmiş digər sübutlar onu deməyə imkan vermişdir ki, cavabdeh restoranda işlətmək adı ilə iddiaçını 2021-ci ilin yanvar ayından restorana gətirmiş, 2024-cü ilin yanvar ayının sonunadək muzd ödəmədən işlətmiş, ondan faydalanmışdır.

36. İddiaçı ayda 700 manat hesablanmaqla və ona ödənilən əmək haqqı çıxılmaqla qalan 49700 manat pul tələb etmişdir. Məhkəmə 49700 manatın tutulması tələbini tam əsaslı saymamışdır. Çünki tərəflərin şifahi olaraq hansı muzd üzrə razılaşdıqları müəyyən edilməmişdir.

37. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçını restoranın işçisi kimi, 2021-ci ilin y anvar ayından 2024-cü ilin yanvar ayınadək muzdla (fəhlə, xadimə, yaxud ofisiant və s. kimi) işlətdiyinə görə minimum əmək haqqından az olmayaraq ona muzd ödəməli idi. Minimum əmək haqqının 2021-ci ildə 250 manat, 2022-ci ildə 300 manat, 2023-cü ildə 345 manat olduğu nəzər alınarsa, cavabdeh iddiaçıya muzd olaraq 2021-ci ildə ən azı 3000 (250 x 12) manat, 2022-ci ildə ən azı 3600 (300 x 12) manat, 2023-cü ildə ən azı 4140 (345 x 12) manat və 2024-cü ilin yanvar ayında ən azı 345 manat (bu illər üzrə cəmi - 11085 manat) haqq ödəməli idi. İddiaçının özü ona 700 manat ödənildiyini bildirmişdir. Belə halda iddiaçı qalan - 10385 manat pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

38. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələri nə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə X1 izahatında təhriflərə yol vermişdir. Belə ki, cavabdeh izahatında iddiaçının 2021-ci ilin yanvar ayında “Şeş-beş” restoranına işə götürməsi ilə bağlı izahat verməmiş, vergi orqanının tələbi ilə iddiaçı ilə bir ay müddətinə xidmət müqaviləsi bağlamışdır. Bir aylıq müqavilə bağlamayacağı təqdirdə vergi orqanı tərəfindən cərimə olunacağını bildirmişdir. Lakin məhkəmə qətnaməni əsaslandırmaq üçün cavabdehin iddiaçını işə götürməsi barədə izahat verməsini qeyd etmişdir.

41. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı 2018-ci ildən cavabdehin onu “Şeş-beş” restoranına aparıb işlətdiyini iddia etmiş, cavabdeh isə iddiaçı ilə ailə kimi yaşadığını, onunla heç bir əmək münasibətinə daxil olmadığını, cavabdehin restoranda işləmədiyini qeyd etmişdir. İzahatlar əsasında 2021-ci ilin yanvar ayından cavabdeh iddiaçını əmək müqaviləsi bağlamadan restoranda işlətməsi öz təsdiqini tapmamışdır. Nəzərə alınsa ki, cavabdeh iddiaçı ilə ailə münasibətlərində yaşamışdır, belə olan halda cavabdeh onun bütün xərclərini (ərzaq, yataq və s.) qarşılamışdır. Ailə münasibətində yaşamış şəxslərin əmək haqqı müqabilində işləməsi inandırıcı deyildir. Bu hal şahid ifadələri ilə də öz təsdi qini tapmışdır.

42. Məhkəmə qətnamədə X12 və X3 izahatlarına əsaslanmışdır. Cavabdeh məhkəmə icraatı zamanı X4 və X3 şahid qismində məhkəməyə cəlb olunmaları barədə şifahi vəsatət versə də məhkəmə tərəfindən vəsatətə qiymət verilməmişdir. Halbuki, X12 və X11 məhkəmə iclasında dindirilsə idi iddia tələbinin əsassız olması öz təsdiqini tapardı.

43. Qətnamədə cavabdehin iddiaçını əmək müqaviləsi olmadan işlətdiyi üçün inzibati qaydada cərimə edildiyi qeyd edilmişdir. Cavabdeh hüquqi savadsızlıq səbəbindən X14 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün prosessual müddəti ötürmüş, bu səbəbdən də şikayəti icraata götürülməmişdir.

44. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 9, 88, 386-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

47. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış f ayda) başa düşülür.

48. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

49. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiri lməsi üçün əsaslar yoxdur.

60. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

61. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

62. Beləliklə d ə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ş irvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-576/2025 nömrəli iş üzrə 22 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar