Məhkəmə qərarları › İş №2(102)-2487/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2487/2023

22.05.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2487/2023 22.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərər tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-985/2 023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları 1. "xxxx" MMC (bundan sonra – iddiaçı və ya MMC) ilə Cavabdeh (fərdi sahibkar, bundan sonra – cavabdeh) arasında bağlanmış *0.0*.20*8-ci il tarixli podrat müqaviləsinə əsasən, cavabdeh 30.*2.20*8-ci il tarixədək MMC üçün Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində 0.03 ha torpaq sahəsində *28 kv.m fərdi yaşayış evi tikib, təhvil verməyi öhdəsinə götürmüşdür.

2. Hazırda tərəflər arasında bu müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı mübahisə vardır. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı aralarında bağlanmış podrat müqaviləsinin lə ğv edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatət təqdim edərək, bildirmişdir ki, iddianın əsasını tərəflər arasında bağlanmış podrat müqaviləsi təşkil edir. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə fərdi yaşayış evinin tikintisini sifariş vermiş, cavabdeh həmin evi 30.*2.20*8-ci il tarixədək tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Cavabdeh fərdi sahibkarlıqla məşğul olmaqla, iddiaçı ilə podrat müqaviləsini də fərdi sahibkar qismində bağlamışdır. Göründüyü kimi, hazırkı iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan bu mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(0*0)-985/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərardadı ilə (hakim Təranə Mahmudova) vəsatət təmin olunmamışdır.

6. Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayətini vəsatətdə qeyd olunan dəlillərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iddiaçı tərəfindən tikilməsi sifariş verilən fərdi yaşayış evinin hansı məqsədlə tikilməsini müəyyən etməli idi. İddiaçının bir şirkət kimi öz fəaliyyəti üçün hər hansı hazırlıq işləri aparması, məsələn fəaliyyət göstərməsi üçün ofis icarəyə götürməsi, işçiləri üçün evlər kirayələməsi, direktor üçün ev tikilməsini sifariş verməsi kimi hərəkətləri yalnız onun sahibkarlıq fəaliyyəti ilə bağlı hesab edilən hərəkətlərdir, çünki bu hərəkətlərin arxasında iddiaçı öz fəal iyyətini həyata keçirmək məqsədi güdür. Belə olan halda, iddiaçının cavabdehə ev tikintisi sifariş verməsi onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi kimi başa düşülməlidir.

7. Birinci instansiya məhkəməsinin 02 may 2023-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

8. İddiaçı şikayətə qarşı etiraz təqdim edərək, kommersiya mübahisələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr olmaqla, cavabdeh tərəfin göstərdiyi fəaliyyətin sahibkarlıq fəaliyyəti olması ilə bağlı məhkəməyə heç bir dəlil təqdim edilməmişdir. Kassasiya məhkəməsindəki icraat

9. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğ v olunmalı və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

11. Həmin Məcəllənin 25.* və 26.*-ci maddələrinə, əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı q aydasında kommersiya məhkəmələri baxır. 12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *8 sentyabr 2020-ci il tarixli qərarına əsasən MPM-in *-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin hə yata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd **). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd *2).

13. Baxılan işdən görünür ki, iddiaçı kommersiya hüquqi şəxs, cavabdeh isə fərdi sahibkar olmaqla, hazırkı mübahisə aralarında bağlanmış podra t müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlıdır.

14. Birinci instansiya məhkəməsi işin kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirən subyektlər olsa da, mübahisə predmeti və hüquq münasibətlərinin xarakteri tamamilə fərqlidir. Mübahisənin predmeti məhz sifariş verilmiş tikilinin tikilməməsi, yəni podratçının öz vəzifələrini layiqincə yerinə yetirməməsi və bunun nəticəsində müqavilənin ləğv edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsidir. Hüquq münasibətlərinin xarakteri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil. Belə ki, müqavilədən göründüyü kimi sifarişçi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə yönələn obyekt və ya qey ri-yaşayış sahəsinin deyil, məhz fərdi yaşayış evinin tikintisini sifariş verdiyi üçün iddia tələbinə ümumi məhkəmədə baxılmalıdır.

15. Məhkəmə tərkibi bu mövqe ilə razılaşmayaraq, qeyd edir ki, kommersiya hüquqi şəxsi olan iddiaçı ilə fərdi sahibkar olan cavabdeh arasında bağlanmış podrat müqaviləsinin predmetindən asılı olmayaraq (yaşayış və ya qeyri-yaşayış sahəsinin tikintisi üçün) kommersiya hüquqi şəxsinin sahibkarlıq fəaliyyətindən kənar fəaliyyəti olmadığı üçün həmin müqavilədən əmələ gələn öhdəliklərin icrası ilə bağlı istənilən mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlir.

16. Lakin birinci instansiya məhkəməsi mübahisə predmetini və mübahisəli hüquq münasibətinin xarakterini düzgün qiymətləndirməyərək, işin kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin etməmi şdir.

17. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-*.7). Kassasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər (403-*.8.2.)

18. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-*.6 və 403-*.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-985/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı po drat müqaviləsinin ləğv edilməsi, maddi və mənəvi zərər tələblərinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar