Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2490/2023 19.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, ərizəçə Maraqlı şəxs1 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisəyə baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək hüquqi şəxs Masallı rayonu Mənzil-Komm unal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 76683.27 manat, Dövlət Sosial Müdafiə Fonduna 57995.39 manat, İcbari Tibbi Sığorta Fonduna olan 4417.36 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 22.11.22-ci il tarixli **********858500, 19.10.22-ci il tarixli **********4444700, 19.10.22-ci il tarixli **********673900, 19.10.22-ci il tarixli **********484900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi ya ranmış borc məbləğini ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1861/2023 nömrəli, xx.xx.2023-cu il tarixli qərardadı ilə ərizənin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Masallı rayonu MKTİB təşkilatı hüquqi formasına görə digər kommersiya təşkilatıdır. Mübahisənin tərəfi olan maraqlı şəxsin rəhbəri olduğu Masallı Rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi hüquqi şəxs olsa da, hüquq münasibətlərinin xarakteri onun sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyinə görə hazırki işə ümumi məhkəmədə baxılmalıdır. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi mübahisənin məhkəmə aidiyyəti ilə razılaşmayaraq 2(008)-3802/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardad ı ilə məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığının həll olunması məqsədi ilə mülki işi Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir. Məhkəmə qeyd etmişdir ki, maraqlı şəxsin rəhbəri olduğu Masallı rayonu MKTİB digər kommersiya hüquqi şəxslərə aid olmaqla kommersiya hüquqi şəxsidir, Birlik öz fəaliyyət növünə görə məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələrinə aiddir, yəni adıçəkilən qurum malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında eyni ilə digər hüquqi şəxslər kimi iştirak edir. Buna görə də məhkəmə hesab edir ki, maraqlı şəxsin rəhbər olduğu Masallı rayonu MKTİB-nin fəaliyyətindən irəli gələn münasibətlər fakti ki iqtisadi məzmunlu olduğundan, işə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə tərkibi hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 1.6-cı bəndinə görə, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işl ərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarının 23-cü bəndinə əsasən Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bu zaman tələblərin həmin orqanların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlib-gəlmədiyini müəyyən etmək zəruridir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə Plenumun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldə dəyişiklik edilərək MPM-nin 26.2 və 355-5-ci maddələrinin tələbləri nəzərə alınaraq, Cədvəlin özünün “Xüsusi icraat qaydasında baxılan aşağıdakı tələblərdən birinə aiddir ?” hissəsindən “və ya hüquqi şəxslərin icra orqanının rəhbəri sözləri, “və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda hüquqi şəxslərin icra orqanının rəhbəri sözləri ilə əvəz edilmişdir. Hazırki iş üzrə tələbdən görünür ki, hüquqi şəxsin ödənilməyən borcları DSMF-na məcburi dövlət sosial sığorta ayırmalarına görə və Dövlət Tibbi Sığorta Fonduna ödənilməmiş vəsaitə görə yaranıb, yəni həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir. Buna görə də, həmin borcların ödənilməməsinə görə onu rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xüsusi icraat qaydasında baxılmalı olan ərizə hüquq münasibətlərinin xarakterinə görə kom mersiya məhkəməsinə aid deyil. Qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, hazırkı mülki iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığı həll edilərək, ərizə mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs1 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2490/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-2490/2023
19.05.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver